Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəmziyə Tarsinova
Rəmziyə Tarsinova (krımtat. ; 9 dekabr 1926, Simferopol – 7 aprel 2021, Krım) — Sovet tacik, krım tatar və ukraynalı rəqqas, xoreoqraf. Qaytarma ansamblının bədii rəhbəri (1992–2016). Tacikistan SSR xalq artisti (1983). Ukraynanın əməkdar artisti (2020). 9 dekabr 1926-cı ildə Simferopolda anadan olmuşdur. Atası rəqqas və xoreoqraf Useyn Bakkal (1897–1973), anası pianoçu Zore İsmayılova, bacıları Pakizə, Tamilla və Ruşena. Beş yaşında rəqs etməyə başlayır. V. Xarçenkonun rəhbərliyi altında Simferopoldakı uşaq rəqs studiyasında təhsil alır. Simferopol Balet Studiyasını bitirir.
Rəmziyyə Veysəlova
Rəmziyyə Osman qızı Veysəlova (11 fevral 1914, Bakı – 22 avqust 1993, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1958). Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş Acar qızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülmüş, evləri isə müsadirə edilmişdi. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirərmişdir. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirmişdir. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır.
Mərziyə
Mərziyə — Azərbaycanlı adı. Mərziyə Məhərrəmova — Azərbaycanlı ağır atlet. Mərziyə Üskuyi – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Afham — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Mərziyə Xalitova — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı.
Mərziyə Afham
Mərziyə Afham (11 yanvar 1965, Şiraz) — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) Mərziyə Afham 2013-cü ildə İranda Xarici İşlər Nazirliyinin ilk qadın mətbuat katibi statusuna sahib olmuşdu. 2015-ci ildə isə İranın ilk qadın səfiri olaraq tarixə düşüb.
Mərziyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901, Həştərxan – 6 yanvar 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961). Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyə Məhərrəmova
Mərziyə Məhərrəmova (d. 14 aprel 1996) — Azərbaycanlı ağır atlet. Mərziyə Məhərrəmova 14 aprel 1996-cı ildə anadan olub. Mərziyə Məhərrəmova beynəlxalq səviyyədə birinci yarışına 2013-cü ildə qatıldı. Həmin il o, Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan Yeniyetmələrin Dünya Çempionatında qüvvəsini sınadı və 12-ci yeri tutdu.
Mərziyə Xalitova
Mərziyə Xalitova (5 iyun 1956, Yanqıyol, Daşkənd vilayəti) — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının üzvü (1986), Ukrayna Bəstəkarlar İttifaqının üzvü (1993). Krım Muxtar Respublikasının Mükafatı laureatı (2000), N. V. Lusenko adına mükafat (2003), Boris adına mükafat. 5 iyun 1956-cı ildə Yangiyul (Özbəkistan) şəhərində anadan olmuşdur. Anası məktəbdə coğrafiya fənni üzrə dərs deyirdi. Atası planlaşdırma iqtisadçısı olmuşdur. 1982-ci ildə Daşkənd Dövlət Konservatoriyasında Mirsadik Tacıyev və Qeroqi Muşelyanın kompozisiya sinfini bitirir. Sonda konservatoriyada xüsusi bir musiqi məktəbində kompozisiya tədris edir. 1993-cü ildə Xalitova Krıma köçür. Simferopol Musiqi Kollecində kompozisiyadan dərs deyir, Krım dövlət televiziyasında musiqi redaktoru olaraq çalışır.
Mərziyə Üskuyi
Mərziyə Əhmədi Üskuyi (fars. سكوئیا احمدی مرضيه‎) – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Əhmədi Üskuyi Güney Azərbaycanın (İran) Təbriz yaxınlığında yerləşən Üskü qəsəbəsində anadan olmuşdur. Ali pedaqoji təhsil aldıqdan sonra üç il doğulduğu Üskü qəsəbəsində müəllim işləmişdir. Erkən yaşlarında bədii yaradıcılığa başlayan Mərziyə Üskuyi şeirlərini "Dalğa" təxəllüsü ilə yazmışdır. İran şah rejiminə qarşı mübarizə apardığına görə həbs edilmişdir. Həyatının məhbəs günləri haqqında xatirələrini yazmışdır. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Dörd cilddə, IV cild, Redaktoru Mirzə ibrahimov, Bakı: Elm, 1994 Azərbaycan qadın şairlərinin poeziya antologiyası: klassiklər və sovet dövrü (Azərbaycan və ingilis dillərində). Bakı: 2014 Güney Azərbaycan nəsri (Başlanğıcdan bu günə qədər).
Rəziyyə Gəncəvi
Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur. Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər. *** Yolun torpağıtək eyləsən də xar, Yenə də qulunam, ey əziz dildar! Qərqəm göz yaşına, mərhəmət qılıb, Alsan ağuşuna məni, nə olar? *** Yuxum yox, getmə sən, canan, gözümdən, Getməyir göz yaşı bir an gözümdən. Çünki sən gözümü etmisən məskən, Sevincdən yaş damır hər an gözümdən.
Əruziyə Əlibəyova
Əruziyə Mustafa qızı Əlibəyova (29 mart 1914, Bakı – 10 yanvar 1981) — azərbaycanlı alim, iqtisad elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar iqtisadçısı. O, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülən ilk şəxslərdən biri, şərqdə iqtisadiyyat sahəsində professor elmi adı alan (1967) ilk qadın və konkret iqtisadiyyat kafedrasına başçılıq edən ilk azərbaycanlı qadındır. Əruziyə Əlibəyova 1914-cü il martın 29-da Bakı şəhərində, dövrün mütərəqqi ziyalılarından olan Mustafa bəy Əlibəyov və Xədicə Əlibəyovanın ailəsində anadan olmuşdur. O, 1931-ci ildə Bakı Pedaqoloji Texnikumunu bitirdikdən sonra 1932-ci ilin mayına qədər Nuxanın Böyük Dəhnə kəndində müəllimlik etmişdir. Həmin il K.Marks adına Azərbaycan Sosial İqtisad İnstitutuna daxil olan Əlibəyova 1936-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, komissiyanın qərarı ilə elmi-tədqiqat işləri aparmaq üçün institutda saxlanılmışdır. O həmçinin, 1936-cı ildə Azərbaycan Dövlət Universitetində "Sənayenin iqtisadiyyatı" fənnindən kurslar aparmışdır. 1944-cü ildə "Azərbaycan xalq təsərrüfatında qadın əməyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edən Əlibəyovaya 1945-ci ildə dosent adı verilmişdir. Əlibəyova 1947-1951-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin iqtisadiyyatı" kafedrasına rəhbərlik etmiş, 1951-ci ilin payızında Azərbaycan Politexnik İnstitututunda işə başlamış və 1955-ci ilə qədər "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasında dosent vəzifəsində çalışmışdır. O, 1955-1956-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasına müdir seçilib. 1962-ci ildə Azərbaycan Xalq Təsərrüfatı Şurasının təşki etdiyi iqtisadiyyat üzrə sahə elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri olan Əlibəyovanın başçılığı və bilavasitə iştirakı ilə 70-dən çox elmi tədqiqat işi həyata keçirilmişdir.
Məmiyə (Qəzvin)
Məmiyə (fars. محمدده‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 302 nəfər yaşayır (81 ailə).
Raziyə Rüstəmova
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı. 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır. Daha sonra manqa başçısı olmuşdur. 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Hazırda pensiyaçıdır. 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür. O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır. 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Raziyə Sultan
Raziyə Sultan (Osmanlı türkcəsi: راضیہ سلطان‎) (d. 1525 - ö. 1556 - Osmanlı padşahı I. Süleymanın qızıdır.) Osmanlı arxivlərində "Tasasız Raziye", yəni "Qayğısız Raziyə" olaraq tanınır. Buna səbəb isə həyatı boyunca dərviş həyatı yaşaması və sarayla əlaqəsini kəsməsidir. Həyatının bütöv bir hissəsini atasının süd qardaşı olan Yəhya Əfəndinin dərgahında keçirmişdir. 1556-cı ildə vərəm xəstəliyindən 31 yaşında vəfat etmişdir. Qəbri atası I. Süleymanın süd qardaşı Yəhya Əfəndinin Türbəsində yerləşir.
Raziyə xatun
Sultan Raziyə bəyim (Farsca/Urduca: رضیہ سلطانہ, Hindcə: रज़िया सुल्ताना), (1205–1240), Dehli sultanlığının sultanı, (1236–1240) şairə. İlk qadın sultan İspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211–1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi. Sultanın hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik idi: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insan idi. Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş qardaşı ilə hesablaşdı. Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı. Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində tökülən sikkələrdə o, "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") titulunu həkk etdirməyi əmr etmişdi.
Raziyə Şabani
Raziyə Qulami Şabani (21 aprel 1925, Təbriz — 28 yanvar 2013,Köln Almaniya) — Azərbaycanlı siyasətçi və aktivist. Azərbaycan Demokrat Firqəsi və İran Tudə Partiyasının üzvlərindən olan Raziyə Şabani İran tarixində ilk qadın siyasi məhbus sayılır. Raziyə Şabani 21 aprel 1925-ci ildə Təbriz şəhərində anadan olub. Gələcək həyat yoldaşı Tudə Partiyasının fəalı Rza İbrahimzadə ilə tanış olduqdan sonra siyasi fəaliyyətə başlayır. Sonradan o özü də Tudə Partiyasının üzvü olur. Öz yazdıqlarına görə, o Tudə Partiyası və onun rəhbərliyi ilə problemlər yaşayırdı və Azərbaycan xalqının qiyamına şahid olunca, onlara qatılmışdı. Azərbaycan Demokrat Firqəsinə üzv olduqdan sonra Azərbaycan Milli Hökumətinin fəallarından olur. O günlərdə, 20 yaşında gənc bir qız olan Raziyə xanım əyninə hərbi forma geyərək belində Kolt tapançası gəzdirirdi. Azərbaycan Milli Hökumətinin süqutundan iki ay sonra 1947-ci ilin fevralında Tehranda Pəhləvi rejiminin məmurları tərəfindən həbs edilir. Həbs olunduğu zaman hamilə olur.
Cəfər Rəmzi
Cəfər Rəmzi (tam adı: Cəfər Balaəmi oğlu İsmayılzadə; 9 aprel 1905, Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 11 sentyabr 1996, Bakı, Azərbaycan) — Azərbaycan şairi, ədəbiyyatşünas, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1968), Əmək veteranı (1977), Elm veteranı (1988). == Həyatı == Cəfər Rəmzi 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində, əkinçi ailəsinı doğulmuşdur. Burada dördsinifli məktəbdə ibtidai təhsil almış (1913–1917), sonra bir müddət əkinçiliklə məşğul olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Mərdəkan gənclər özəyinin kitabxanasında işləmişdir (1920–1922). Bakı Darülmüəllimində (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsilini davam etdirmişdir (1922–1927). APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1929–1932). Bundan sonra uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllimlik etmişdir. APİ-nin Tarix fakültəsində qiyabi təhsil almış (1941–1942), Azərbaycan EA Şərqşünaslıq İnstitunun İran filologiyası şöbəsində işləmişdir (1958–1990). 1968-ci ildə "Yəğma Cəndaqinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 15 yaşından başlamış, şeirlərini "Sufi" təxəllüsü ilə yazıb-yaratmışdır (1954-cü ildən).
Murat Rəmzi
Murat Rəmzi (tatar. Морат Рәмзи; 10 oktyabr 1854 — 2 aprel 1934) — Rusiya müsəlmanlarının elm və din xadimi, dini lider, tarixçi, çar Rusiyasında yaşayan türklərin tarixinə həsr olunmuş iki cildlik “Talfik əl-ahbar” əsərinin müəllifi. II Ümumrusiya Müsəlmanları Qurultayının nümayəndəsi. Murat Rəmzi 10 oktyabr 1854-cü ildə (digər mənbələrə görə, 25 dekabr 1855-ci ildə) Orenburq vilayətinin Menzelinsky rayonunun (indiki Tatarıstan Respublikasının Sarmanovski rayonunun Almetyevo kəndi) Almetmullino kəndində anadan olmuşdur. Əslən Bayar qəbiləsindən olan bir başqırddır. Mənbələrə görə, ata Batırşax başqırd əkinçisi idi. Ana Fəxri-Cihan Nurkey kəndinin başqırdlarından gəlmiş və Rizaəddin bin Fəxrəddinin uzaq qohumu idi. Murat doqquz yaşında ərəb qrammatikasını yaxşı bilirdi, on bir yaşında kalam öyrənməyə başladı. Əmisi Muratın valideynlərinə uşağı Şiqabutdin Mərdjani mədrəsəsinə, Kazana oxumağa göndərməsini tövsiyə etdi. Şeyx Rəmzini daha çox Volqa bölgəsindəki, Uraldakı və Qərbi Sibirdəki türklərinin və islamın tarixi idi.
Nizami Rəmzi
Nizami Rəmzi (tam adı: Nizami Rza oğlu Baxşıyev; 20 dekabr 1947, Bakı – 19 yanvar 1997, Bakı) — Azərbaycan meyxanaçısı və şairi. Nizami Rəmzi meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuşdur. O, 1990-cı illərdə televiziyada meyxananı ilk dəfə "Dalğa" verilişində səsləndirib. O, həm də meyxana janrında ilk video klip çəkdirmiş, ilk dəfə qadın müğənnilərlə musiqisi və sözləri özünə aid olan duetləri ifa etmişdir. Meyxananın caz ilə sintezini də Nizami Rəmzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə almış, Azərbaycanın xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə "Torpaqdan pay olmaz" adlı caz-meyxana oxumuş və bununla da caz-meyxana janrının təməlini qoymuşdu. Nizami Rəmzi 1947-ci il dekabrın 20-də Bakının Yasamal rayonunun Sovetski məhəlləsindən anadan olub. Ailədə dörd qardaş, bir bacı olublar. O, Bakıdakı 176, 158, və 159 saylı məktəblərdə orta təhsil almışdır. Atası Rza erkən vəfat etdikindən, o anası Böyükxanıma kömək etmək üçün, təhsilini yarımçıq qoyub, əmək fəaliyyətinə süd maşınında sürücü kimi başlamışdır. Sürücü işləməsinə baxmyaraq, o, bəzən axşamlar, boş vaxtlarında, toyda və məclislərdə öz bibisi oğlu və bir ayağı şikəst olmuş meyxanaçı Ağasəlim ilə meyxana deyirdi.
Nurtən Rəmzi
Nurtən Rəmzi (türk. Nurten Remzi)— Bolqarıstanda yaşayan türk şairi, yazıçısı, jurnalisti və ictimai xadimi Nurtən Rəmzi Hamit 8 iyun 1964-cü ildə Bolqarıstanın Şumnu (Şumen) şəhərində anadan olmuşdur. Atatası Rəmzi Mehmet Şaban bəy Osmanlı kökənli, anası Əzizə xanım tatar türklərindəndir. O, bəzi qaynaqlarda həyat yoldaşının soyadı ilə Hamit kimi tanınmaqdadır. İbtidai və orta təhsilini doğulduğu şəhərdə almış, liseyi Köstəndildə bitirmişdir. Daha sonra Rusçuk (Ruse) Məktəbəqədər Təhsil İnstitutunda oxumuşdur (1983–1985). 1989-cu ilin yayında Bolqarıstanda türklərin sıxışdırılması səbəbindən məcburi köçə məruz qalmış və İsveçə sığınmışdır. Bolqarıstanda totalitar rejimin çökməsindən sonra, 1990-cı ildə geriyə dönmüş və eyni məktəbdə vəzifəsini davam etdirmişdir. "Haqq və Özgürlük Hərəkatı"nın dəstəkçilərindən olmuşdur. Yeni yaradılan Şumnu Universitetinin Türkologiya bölməsinə yazılmış və qiyabi şəkildə təhsil almışdır.
Rəmzi Novruzov
Rəmzi Yüzbaşov
Yüzbaşov Rəmzi Möhsün oğlu — coğrafiya elmləri namizədi, Azərbaycanın toponomikasının, xüsusilə coğrafi obyektlərin adlarının mənşəyinin öyrənilməsində gərgin əmək sərf edən alim. Rəmzi Yüzbaşov 5 may 1906-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atası və anası öldüyündən, xalasının himayəsində böyümüşdür. 1913-cü ildə rus-tatar məktəbinə daxil olmuş, məktəbi 1917-ci ildə bitirmişdi. Həmin il Şamaxı realnı məktəbinə qəbul olunmuşdur. O, 1919-cu ildə Bakıya köçüb, Bakıda Birinci realnı məktəbində təşkil edilmiş milli (3-cü) sinfə daxil olmuş və Sovet vaxtı 1924-cü ildə ikinci dərəcəli məktəbi bitirmişdi. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinə daxil olub, 1931-ci ildə Ali Pedaqoji İnstitutu (1930-cu ildə universitet ayrı-ayrı institutlara ayrılmışdı) bitirdikdən sonra, qısa müddət Gədəbəydə məktəb müdiri vəzifəsində, 1931-1933-cü illərdə Azərbaycan SSR Maarif Komissarlığında təlimatçı, 1933-1938-ci illərdə Bakıda Xalq Maarif Komissarlığında inspektor vəzifəsində, daha sonra isə məktəbdə müəllim vəzifəsində çalışmışdır. Eyni zamanda 1935-1936-cı illərdə Azərbaycan Şura Ensiklopediyası idarəsində elmi işçi vəzifəsində də işləmişdir. 1938-ci ildə Akademiyanın Azərbaycan filialının fiziki-coğrafiya ixtisası üzrə aspiranturasına daxil olaraq oranı 1941-ci ildə bitirmişdi. Dissertasiya müdafiəsinə bir-iki ay qalmış Böyük Vətən müharibəsi başlamış və 1941-1945-ci illərdə o, Böyük Vətən müharibəsində iştirak etmişdir.
Rəmzi Əsgərov
Rəmzi Nafi
Rəmzi Nafi və ya Rəmzi Nafi Rəşid Ağa (kürd. ڕەمزی نافیع ڕەشید ئاغا/Remzî Nafî' Reşîd Axa; 1917 – 1949) — İraq siyasi xadimi, kürd milliyətçisi. O, 1943-cü ildə, İkinci Dünya müharibəsi zamanı İraqda Britaniya mandatını sarsıtmaq daşıyan uğursuz əməliyyatda Almaniya hərbi kəşfiyyatı "Abver ilə əməkdaşlıq etmişdir. Britaniya işğalına qarşı üsyanı qızışdırmaq müqabilində Rəmzi Nfiyə Adolf Hitlerdən muxtar kürd milli dövlətinin qurulmasında kömək vəd edilmişdi. Rəmzi Nəfinin nasional-sosialist ideologiyasının nümayəndəsi olub-olmaması və ya nasist rejimi ilə əməkdaşlığının Kürdüstanın müstəqilliyi məsələsində sırf fürsətçi xarakter daşımağı ilə bağlı müzakirələr davam edir. Uğursuz "Mamont" əməliyyatında əsas rol oynadığına görə Rəmzi müasir kürd tarixində bəziləri tərəfindən hörmət edilən, digərləri tərəfindən isə tənqid edilən son dərəcə qütbləşdirici bir fiqur olaraq qalır. Ramzi Nafi', der große Märtyrer, den die Stadt Hawler opferte. Mas'ud Mohamad 1985. Werner Brockdorff: Geheimkommandos des Zweiten Weltkrieges. Wels 1967, ISBN 3-88102-059-4.
Sultan Raziyə bəyim
Sultan Raziyə bəyim (Farsca/Urduca: رضیہ سلطانہ, Hindcə: रज़िया सुल्ताना), (1205–1240), Dehli sultanlığının sultanı, (1236–1240) şairə. İlk qadın sultan İspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211–1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi. Sultanın hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik idi: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insan idi. Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş qardaşı ilə hesablaşdı. Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı. Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində tökülən sikkələrdə o, "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") titulunu həkk etdirməyi əmr etmişdi.
Əzmiyə Hami Güvən
Əzmiyə Hami Güvən (türk. Azmiye Hami Güven; 1904, Konya, Konya vilayəti – 13 oktyabr 1954, Ankara) — Türkiyə yazıçısı. Əzmiyə Hami Güvən Kandilli Anadolu Qız Liseyinin məzunu olmuş, Cümhuriyyət dövrünün ilk türk qadın yazarlarından biri idi. O, 1951-ci ildə "Hemşire Nimet" (Tibb bacısı Nemət) əsəri ilə ilə tanınır.
Zakir Rəmiyev
Zakir Rəmiyev (tatar. Дәрдемәнд, tatar. Mөxəmmətzəkir Mөxəmmətsadıyq uğlı Rəmiev, Мөхәммәтзәкир Мөхәммәтсадыйк улы Рәмиев) — tatar ədəbiyyatının klassiki, tanınmış qızıl hasilatçısı və xeyriyyəçi, birinci gildiyanın Orenburq taciri. Birinci çağırış Dövlət Dumasının deputatı (Orenburq vilayətindən). 1859-cu ildə Orenburq (1865-ci ildən - Ufa) quberniyasının Sterlitamak qəzasının Zirqan (indi Başqırdıstanın Mələuez rayonunda kənd) kəndində tatar tacirinin ailəsində anadan olub. Ömrünün çox hissəsini Orenburq vilayətində keçirib, 2 il Türkiyədə təhsil alıb. Zakir Rəmiyev ictimai-siyasi xadim kimi tanınır. Böyük qardaşı Şakir Rəmiyev (1912-ci ildə vəfat edib) ilə birlikdə Orenburqda nəşr olunan liberal müsəlman qəzeti “Vakit” (“Zaman”, 1906-1918) və “Şuro” (“Şura”, 1908-1917) jurnalını nəşr etdirir. Şakir Rəmiyev tanınmış ilahiyyatçı və alimdir. O, Xüseyniyyə mədrəsəsinin (Orenburq) Qəyyumlar Şurasının üzvü idi.
Remzi MakMullen
Remzi MakMullen (ing. Ramsay MacMullen; 3 mart 1928, Nyu-York, Nyu-York ştatı – 27 noyabr 2022) — ABŞ tarixçisi. O, Yel Universitetində tarix üzrə professor olmuş, 1967-ci ildən 1993-cü ildə təqaüdə çıxana qədər tarix və klassika üzrə professor kimi dərs demişdir. Onun elmi maraqları Romanın sosial tarixi və paqanizmin xristianlıqla əvəzlənməsi idi. MakMullen 3 mart 1928-ci ildə Nyu-Yorkda anadan olmuşdur. O, Ekseter Fillips Akademiyasını və Harvard Kollecini bitirmişdir. MakMullen 28 noyabr 2022-ci ildə, 94 yaşında vəfat etmişdir. Roman Social Relations, 50 B.C. to A.D. 284 (1974) Paganism in the Roman Empire (1984) Christianizing the Roman Empire: AD 100-400 (1984) ISBN 0-300-03216-1 Soldier and Civilian in the Later Roman Empire (1963) Non-military life of the legions. Enemies of the Roman Order: Treason, Unrest and Alienation in the Empire (1966) ISBN 0-674-25400-7 Corruption and the Decline of Rome. (1988) ISBN 0-300-04799-1 Christianity and Paganism in the Fourth to Eighth Centuries (1997) ISBN 0-300-08077-8 Romanization in the Time of Augustus (2000) ISBN 0-300-08254-1 Voting About God in Early Church Councils (2006) Analyzing ecumenical councils from 325 to 553.