Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Acer
Ağcaqayın (lat. Acer) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır. == Botaniki xarakteristikası == Qarşı-qarşıya düzülən yarpaqları dilimli, nadir hallarda lələkvarı mürəkkəb və ya bütövdür; çiçəkləri salxım, yaxud qalxanabənzər çiçək qrupunda toplanmışdır. Meyvəsi ikiqat qanadlıdır. Avropa, Asiya, Şimali Afrika, Şimali Amerika və Mərkəzi Amerikada 150-dək növü məlumdur. Azərbaycanda 8 növü var. Oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Ağcaqayın dekorativ və ballı bitkidir.
Race
Race — ABŞ musiqiçisi Alex G-nin debüt studiya albomu. 1 yanvar 2010-cu ildə Bandcamp vasitəsilə buraxılıb.
Corc Rocer
Corc Rocer (19 Mart 1908 - 24 İyul 1995) — Afrikadakı işləri və İkinci Dünya Müharibəsinin sonundakı Bergen-Belsen düşərgəsindəki kütləvi ölüm hadisələrinin fotoşəkillərini çəkməsi ilə məşhur olan ingilis fotojurnalist idi. == Həyatı və Kariyerası == Hale, Cheshire adlı ərazidə anadan olan Corc, əslən alman və şotlandiya mənşəlidir. O, məktəbi bitirdikdən sonra Britaniya tacir donanmasına qoşulur və beləcə dünyanı gəzir. Bu illər ərzində, Rocer səyahətlərinin hesabatını aparır və onları sənədləşdirmək üçün öz-özünə fotoqrafiyanı öyrənir. Lakin səyahət haqqında yazılarını çap etdirə bilməyən Rocer, Böyük Depressiya dövründə iş tapa bilmir və 1936-cı ildə Britaniyaya qayıdır. Londonda o, BBC-nin "Listener" adlı jurnalında fotoqraf olaraq iş tapır. 1938-ci ildə "Black Star Agency" adlı yerdə qısamüddətli bir işə də olur. İkinci Dünya müharibəsi başladıqdan sonra Rocer müharibəni fotolar çəkərək sənədləşdirmək istəyir. Alman düşərgəsi olan The Blitz ərazisində çəkdiyi fotolar ona Amerikanın "Life" jurnalında müharibə fotoqrafı işi qazandırır. Rocer Qərbi Afrikadakı müharibəni geniş şəkildə əhatə etdi və müharibənin sonuna qədər müttəfiqlərin Fransa, Belçika və Hollandiyadan azad edilməsi prosesini yaxından izlədi.
III Rocer
III Rocer — Apuliyanın beşinci hersoqu. II Rocerin oğlu idi. Atası ilə birgə üsyançılara və Papalıq ordusuna qarşı döyüşmüşdü. 1139-cu ildə Neapol şəhərini ələ keçirərək qardaşı Alfonsonu taxta çıxartmışdı. Heç vaxt evlənməsə də, qeyri-qanuni 2 oğlu var idi. 1148-cu ildə, 30 yaşında bilinməyən bir səbəbdən qəflətən vəfat etdi. Yerinə daha sonra kral olacaq olan qardaşı III Vilyam keçdi.
II Rocer
II Rocer (22 dekabr 1095 – 26 fevral 1154, Palermo) — Siciliyanın ilk kralı. 1105-ci ildə Siciliya qraflığının III qrafı olmuşdu. 1127-ci ildə isə Apuliya hersoqu olmuşdu. 1130-cu ildə Siciliya krallığının ilk hökmdarı elan edilmişdi. 9 yaşında taxta çıxmışdı. == Gəncliyi == I Rocer və Adelheyd del Vastonun kiçik oğlu idi. 9 yaşında taxta çıxmışdı və anasının qəyyumluğu altında hakimiyyətdə idi. 1110-cu ilin yayında, 14 yaşında ikən Norveç kralı I Siqurd onu ziyarət etmişdi. 1112-ci ildən bəri tək hakimiyyətə başlamışdı. 1127-ci ildə Apuliya hersoqu II Vilyamın ölümündən sonra onun torpaqlarını ələ keçirdi.
I Rocer
I Rocer (1031 – 22 iyun 1101 və ya 29 iyun 1101) — Siciliyanın ilk qrafı. Tankred Hoytvillin oğlu idi. Normanların nəslindən gələn Rocer 1055-ci ildə İtaliyaya gəlmişdi. Qardaşları ilə birlikdə uzun illər Siciliya əmirliyinə qarşı müharibə aparmışdı. 1071-ci ildə Palermonun ərəblərdən alınmasından sonra Siciliya qrafı elan edilmişdi. 1091-ci ildə Malta adasını almışdı. == Ailəsi == 1061-ci ildə Normandiya hersoqu I Vilyamın böyük nəvəsi Juditlə evlənmişdi. Ondan ancaq qızları olmuşdu (Matilda, Adelisa və Emma). 1077-ci ildə Eremburqa adlı başqa bir norman qadınla evlənmişdi. Ondan olan övladları: Mauger — Troyana qrafı Matilda Muriel Konstansiya — II Konradla evlənmişdi.
Qacer (Bükan)
Qacer (fars. قاجر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 417 nəfər yaşayır (65 ailə).
Raceş Xanna
Raceş Xanna (ing. Rajesh Khanna, hind. राजेश खन्ना — əsl adı azərb. Catin Xanna‎, ing. Jatin Khanna, hind. जतिन खन्ना; 29 dekabr 1942, Amritsar, Britaniya Hindistanı – 18 iyul 2012, Mumbay) — Hindistanlı aktyor, prodüser və siyasətçi. Raceş Xanna bütün aktyorluq karyerası boyunca 163-ü tammetrajlı, 17-si isə qısametrajlı olmaqla 180 bədii filmdə rol almışdır.
Rocer Bekon
Rocer Bekon (ing. Roger Bacon; təq. 1220 – təq. 1292[…], güm. Oksford[…]) — ingilis filosofu və təbiətşünası. Sxolastik metodlarla elmin insanlara fayda verməli olduğunu irəli sürdü. Bekon Aristotelin baxışlarına istinad edərək göstərirdi ki, duyğular mühüm psixi proseslərin daha vacibi olmaqla, biliklərin yaranmasına material verir.
Rocer Federer
Roje Federer (8 avqust, 1981, İsveçrə, Bazel) – isveçrəli tennisçi. İlk olaraq 1998-ci ildə peşəkar turnirində iştirak etmişdir. Gələcəyin 1 nömrəli tennisçisi ilk turnirində 1/16 finalda Lukas Arnold Kerə məğlub olmuşdur. İlk finalını 2000-ci ildə Marsel Açıq turnirində Marc Rossetə qarşı oynamışdır və bu final oyununda 3 setdə məğlub olmuşdur. 2001-ci ildə Milan İndoor turnirində ilk çempionluğunu əldə etmişdir. Həmin il o, 2 Böyük Dəbilqə serialı tennis turnirlərində - Roland Garros və Uimbldonda - 1/4 finala çıxmağa nail olmuşdur. 2002-ci ildə Hamburq Master Series turnirində finalda Marat Safini udaraq çempionluğu əldə etmişdir. Bu çempionluq Rogerin 2002-ci ildə əldə etdiyi ən böyük nəaliyyəti olmuşdur. 2003-cü il Rogerin ilk Böyük Dəbilqə serialı turnirində çempion olmağı ilə yadda qaldı. O, Uimbldon finalında Mark Filippoussisi məğluq etmişdir.
Rocer Fenton
Rocer Fenton ( 28 mart 1819 – 8 avqust 1869[…], London) — bilinən ilk rəsmi müharibə fotoqrafı.
Rocer Mayerson
Rocer Mayerson (ing. Roger Bruce Myerson; d. 29 mart 1951) — amerikalı iqtisadçı. 2007-ci ildə Leonid Qurvits və Erik Meskin ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafatı qazanma səbəbləri "Mexanizm dizaynı nəzəriyyəsinin əsasını qoymaları" olaraq açıqlanmışdır. Rocer Mayerson 29 mart 1951-ci ildə yəhudi bir ailənin övladı olaraq anadan olmuşdur. Harvard Universitetində magistr və doktorluq dərəcəsinə yüksəlmişdir. Doktorluq dissertasiyasının mövzusu Kooperativ oyunlar nəzəriyyəsi (ing. A Theory of Cooperative Games) idi. Rocer Mayerson 1976-2001-ci illərdə Şimal-Qərb Universiteti Kelloq Menecment məktəbinin iqtisadiyyat bölməsində müəllim heyətinin tərkibinə daxil idi.
Rocer Mur
Ser Rocer Corc Mur (ing. Sir Roger George Moore; 14 oktyabr 1927[…], Stokuell, London qraflığı[d] – 23 may 2017[…]) — Britaniyalı kinoaktyor, ssenarist və prodüser. Əsasən Ceyms Bond rolu ilə məşhurlaşmışdır. Rocer Mur 14 oktyabr 1927-ci ildə London yaxınlığındakı Stokuelldə (Stocwell) anadan olub. Atası Corc Mur polis, anası Lilian Mur evdar qadın olub. Rocer 18 yaşında ikən milli orduya gedib və kapitan rütbəsinə qədər qalxıb. Hərbi xidmətini başa vurduqdan sonra Dramatik İncəsənət Kral Akademiyasında (ing. Royal Academy of Dramatic Art (RADA)) oxuyub. Rocer Mur daha çox Ceyms Bond haqqında lentə alınan filmlərin qəhrəmanı kimi tanınmışdır. Aktyor "Yaşa və ölməyə imkan ver" (Live and Let Die, 1973), "Qızıl tapançalı adam " (The Man with the Golden Gun, 1974), "Məni sevən casus" ("The Spy Who Loved Me, 1977), "Ay yarışçısı" (Moonraker, 1979), "Ancaq sənin gözlərin üçün" (For Your Eyes Only, 1981), "Səkkizayaqlı ilbiz" (Octopussy,1983) və "Öldürməyə baxış" (A View to a Kill,1985) filmlərində 007 nömrəli agent rolunu oynayıb.
Rocer Seyvori
Rocer Mervin Seyvori (ing. Roger Mervyn Savory 27 yanvar 1925, Piterboro[d], Kembricşir qraflığı[d] – 17 fevral 2022) — iranşünas və Səfəvilər dövrü üzrə mütəxəssis. Rocer Seyvori Londonda Vladimir Minorskinin yanında oxumuşdu. İngilis dilinə tərcümə edilmiş şərq mənbələri sırasına ("Tarixi Aləm-arayi Abbasi" və "Təzkirat-əl-Mülük"ü də aid etmək İsgəndər bəy Münşinin "Tarixi Aləm-arayi Abbasi" əsərini fars dilindən ingiliscəyə Rocer Seyvori tərcümə etmişdir. O, iki cildlik bu tərcüməni 1979-cu ildə işıq üzü görmüş "İran irsi" seriyasında nəşr etdirmişdir. Özünün dediyi kimi. R. Seyvori, fars dilini bilməyən tədqiqatçılara Səfəvi dövrü tarixşünaslığının ən əhəmiyyətli mənbələrindən biri olan adı çəkilən əsərlə tanış olmaq imkanı vermək istəyi ilə bu tərcüməni etmişdir. Səfəvi dövlətinin tarixinə dair ən məşhur əsərlər sırasında Toronta Universitetinin professoru Rocer Seyvorinin "İran Səfəvilərin hakimiyyəti altında" əsəri və "Səfəvi İranının tarixinə dair hekayələr" adlanan məqalələr toplusu xüsusi yer tutur. Bu əsərlərdə müəllif müxtəlif mənbələr — Qərbi Avropa və Amerika tarixşünaslığında toplanmış faktiki materiallardan və şərq mənbələrindən istifadə edərək Səfəvi dövlətinin yaranışı, dövlət quruluşu, hüquqi və inzibati idarəçiliyi, xarici siyasət məsələlərini, xüsusilə Qərblə əlaqələrini geniş işıqlandırmış, sülalənin mövcudiyyatının müxtəlif mərhələlərində sosial, iqtisadi, siyasi tarixini, intellektual həyatını araşdırmışdır. Müəllifın Səfəvi dövlətinin tənəzzül və süqutu ilə bağlı fikir və mülahizələri Azərbaycan tarixi üçün xüsusilə önəmlidir, lakin R. Seyvorinin Səfəvilərin türk mənşəli olmasını şübhə altına alması, əlbəttə ki, qeyri-məqbuldur.
Rocer Teylor
Rocer Teylor (26 iyul 1949) — Məşhur Rok qrupu Queen in üzvü İngiltərədə dünyaya gəlmişdir. Qrupun albomlarında ən əvvəldən bəri iştirak etmişdir və bəstələrin bir çoxunu özü səsləndirmişdir. Musiqi həyatına 8 yaşında başlamışdır. Musiqini çox sevsə də, peşəkar həyatına diş həkimi olaraq davam etmək istəmiş və 1967-ci ildə Londona köçərək ''London Hospital Medical School" da oxumağa başlamışdır. Lakin qısa vaxt ərzində buradan ayrılmış və "London Polytechnic" məktəbində biologiya öyrənməyə başlamışdır. 1968-ci ildə Brayan Mey və Tim Stafel ilə birlikdə Smile qrupunu qurmuş, lakin Stafelin qrupdan ayrılmasından sonra Freddi Merkyuri və Con Dikonla birlikdə Queen qrupunu qurmuşdur.
Rocer Ver
Rocer Kit Ver (ing. Roger Keith Ver; 27 yanvar 1979, San-Xose, Kaliforniya) – "bitcoin" startaplarına erkən investor. Rocer Ver aşağı kriptovalyuta ötürmə qabiliyyəti və yüksək əməliyyat xərcləri kimi problemləri həll etməyi qarşısına məqsəd qoyan "Bitcoin Cash" kriptovalyutasının əsas tərəfdarlarından biridir. Rocer Ver ABŞ-də, Kaliforniyanın San-Xose şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Rocer bir il De Anza Kollecində oxumuş, lakin sonra biznes maraqlarını həyata keçirmək üçün təhsilini yarımçıq qoymuşdur. 2005-ci ildə o, qeyri-qanuni yollarla partlayıcı satdığı üçün 10 ay həbsdə yatdıqdan sonra Yaponiyaya köçmüşdür. 2014-cü ildə Rocer Sent-Kits və Nevis vətəndaşı olmuş, ABŞ vətəndaşlığından imtina etmişdir.
Şən Rocer
Şən Rocer (ing. Jolly Roger) — ingilis dilində ənənəvi olaraq XVIII əsrdə dəniz quldurlarının bayrağına deyilən ad. Bayraqda adətən kəllə sümüyü və iki çarpazlaşmış sümükdən ibarət olan simvol əks olunurdu.
Rocer Kornberq
Rocer Kornberq (ingiliscə: Roger David Kornberg; 24 aprel 1947, Sent-Luis, Missuri) — amerikalı biokimyaçı, kimya üzrə Nobel mükafatı laureatı (2006il). Stenford Universitetinin professoru, ABŞ Milli Elmlər Akademiyasının üzvü (1993il). London Kral Cəmiyyətinin (2009 il) və Rusiya Elmlər Akademiyasının (2016 il) əcnəbi üzvü olub. Rocer Kornberq Tibb üzrə Nobel mükafatı laureatı Artur Kornberq və biokimyaçı Silvia Rut Levi ilə evliliyindən yəhudi ailəsində 24 aprel 1947-ci ildə anadan olub. 12 yaşlı Rocer 1959-cu ildə Stokholmda atasının Nobel mükafatı mərasimində iştirak edib. 1967-ci ildə Harvard Universitetini bakalavr dərəcəsi ilə bitirib, 1972-ci ildə Stenford Universitetində doktorluq dərəcəsi alıb. O, Böyük Britaniyanın Kembric Universitetinin laboratoriyasında tədqiqat işlərini aparıb. 1976-cı ildən Harvard Universitetinin hərbi tibb fakültəsində dosent vəzifəsində çalışıb. 1978-ci ildə Stenford Universitetinə professor kimi qayıdıb. 2006-cı ildə o, hüceyrələrin genetik məlumatı kopyalama mexanizminə dair araşdırmasına görə kimya üzrə Nobel mükafatına layiq görülüb.
Rocer Tsen
Rocer Tsen- (1 fevral 1952[…], Nyu-York, Nyu-York ştatı – 24 avqust 2016[…]) Çin-Amerika kimyaçısı və San-Diyeqo Kaliforniya Universitetinin Kimya və Biokimya Departamentinin professoru 2008-ci ildə o, digər iki kimyaçı ilə birlikdə “Yaşıl fluoressensiya zülalının kəşfi və təkmilləşdirilməsinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. == Erkən illəri == Rocer Tsen 1 fevral 1952-ci ildə Nyu-Yorkda Massaçusets Texnologiya İnstitutunda mexaniki mühəndis olan Xuezhu Tsen və tibb bacısı Yiyinqin üçüncü oğlu olaraq anadan olub. Onun ailəsinin kökü, Sun sülaləsi ilə uzun tarixən sənədləşdirilmiş əlaqələri olan Hançjoudan olan alim-zadəganlar xətti ilə əlaqələndirilirdi. Üstəlik, ailənin İkinci Dünya müharibəsi zamanı və dərhal sonra Çin tarixi hadisələrini əks etdirən qeyri-adi taleyi var idi. Onun nümayəndələri uğursuzluqlara və qərəzlərə baxmayaraq, tez-tez Qərbdə karyera qururdular. Belə ki, Kaliforniya Texnologiya İnstitutunda reaktiv mühərriklər laboratoriyasının yaradıcılarından biri olan Sian Xuesen Tsenin atasının əmisi oğludur. Tsenin qardaşı Riçard da Stenfordda tanınmış alimlərdəndir. T.Rocerin atası Nyu-Yorkda kiçik bir ticarət şirkətinə sahib idi və eyni zamanda Vestçester Countidə mühəndislik məsləhətçisi idi. Daha sonra atası Rocer səkkiz yaşında olanda ailəni Nyu-Cersi ştatının Livinqston şəhərinə köçürdü. Orada Tsenin atası Radio Corporation of America və Esso Research and Engineering üçün vakuum boruları və neft-kimya məhsulları üzərində işləyirdi.
Rocer Palm
Rocer Palm (ing. Roger Palm; 31 mart 1949 – 21 sentyabr 2024, Stokholm) — ABBA qrupunun baraban ifaçısı == Həyatı == 31 mart 1949-cu ildə Jamtland əyalətində anadan olub. 4 yaşında ilk aləti olan akkordeonu aldı. O, 12 yaşında gitara çalmağa başlayıb.1970-ci illərdən ABBA ilə çıxış edib, bundan əvvəl isə "Gimmicks", "Beatmakers" və "Moonlighters" qrupları ilə çalışıb. O, ABBA-nın "Dancing Queen", "Mamma Mia "və "Take a Chance on Me" kimi hitlərinin səsyazmasında iştirak edib. 1976-cı ildən sərbəst musiqiçi kimi fəaliyyət göstərib. 21 sentyabr 2024-cü ildə Bromma, Stokholmda vəfat edib.
Denis Rader
Dennis Lynn Rader (9 mart 1945) BTK (bu ad onun verdiyi "bağla, işgəncə ver, öldür" ifadəsinin qısaltmasıdır) kimi tanınır, 1974 və 1991-ci illər arasında Kansas ştatının Wichita və Park City şəhərlərində ən azı on nəfəri qətlə yetirən amerikalı serial qatildir. Rader bəzən kişiləri və uşaqları öldürsə və ya öldürməyə cəhd etsə də, əsasən qadınları hədəfə alırdı. Onun qurbanları tez-tez bağlanmış, bəzən evlərindən götürdüyü əşyalarla bağlı saxlanmış və ya plastik torba ilə boğularaq, ya da boğma üsulu ilə əllə öldürülmüşdü.Bundan əlavə, Rader qadın qurbanlarından müxtəlif xatirə əşyaları, o cümlədən alt paltarları, şəxsiyyət vəsiqələri və şəxsi əşyalar oğurlayırdı. O, tez-tez polisə və media qurumlarına cinayətlərinin detalları haqqında istehzalı məktublar göndərirdi. 2004-cü ildə 13 illik fasilədən sonra Rader məktub göndərməyə davam etdi ki, bu da onun 2005-ci ildə həbs olunmasına və sonradan günahını etiraf etməsinə səbəb oldu. Hazırda o, El Dorado İslah Müəssisəsində on ardıcıl ömürlük həbs cəzası çəkir. == Bioqrafiyası == Dennis Lynn Rader, dörd oğulun ən böyüyü olaraq, 9 mart 1945-ci ildə Pittsburg, Kanzasda anadan olmuşdur. Anası mühasib Dorothea Mae Rader (doğma soyadı Cook; 17 sentyabr 1925 – 14 oktyabr 2007), atası isə Kanzas Qaz Xidməti (Kansas Gas Service) işçisi William Elvin Rader (21 noyabr 1922 – 27 dekabr 1996) idi. Rader Wichita şəhərində böyümüşdür. Valideynləri hər ikisi uzun iş saatlarına malik olduğundan, uşaqlarına evdə çox az diqqət yetirirdilər.
Erigeron acer
Erigeron acer (lat. Erigeron acer) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Acer campestre
Çöl ağcaqayını (lat. Acer campestre) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15 m-yə qədər olan enli çətirli ağac və yaxud ağacşəkilli hündür koldur. Gövdəsinin qabığı qonura çalan-boz rəngdə olub, uzununa çatlıdır. Yarpaqlarının uzunluğu 4-8 sm, eni 4-10 sm, küt 5-bölümlü, nadir hallarda 3-bölümlüdür, yarpağın qaidə hissəsi ürəkşəkillidir, nazikdir, üst tərəfədən tutqun tünd-yaşıl, alt tərəfədən isə daha açıqdır, sarımtıl-yaşıl rənglidir və tükcüklüdür və yaxud yalnız yarpaqların küncündə saqqalcıqlıdır. Saplaqları eynidir, yarpaq ayasından bir az uzun və ya qısadır. Çiçəkləri xırda, sarımtıl-yaşıl rəngdədir. Çiçək qrupunun oxu, çiçək saplağı, kasa yarpağı və ləçəklər (kənarları) tükcüklüdür. Qanadcıqlarının uzunluğu 2-4 sm-dir, üfüqi xətt üzrə yerləşmiş, bəzən qanadları oraqvari əyilmiş halda olur. Findiqca meyvələri çılpaq və ya yumşaq tükcüklüdür.
Acer ginnala
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. == Arealı == Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
Acer heldreichii
Acer heldreichii (lat. Acer heldreichii) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.
Hacər
Hacər — İbrahim peyğəmbərin zövcəsi. == Tövratda Həcər == İbranicə Hagər olaraq adlandırılan bu sözün mənası “qaçmaq, qaçış” deməkdir. Həcər isə “getmək, hicrət etmək, şirkdən uzaq olmaq, yaşıdlarından üstün olmaq mənasını verən hecr kökünə aid ola bilər və Cənubi Ərəbistanda məskunlaşma mərkəzi olan Hecerlə əlaqəli olduğu güman edilir. Tövrata görə, Quranda adı çəkilməyən Həcər Misirli cariyədir. Tövratda açıq şəkildə bildirilməsə də, Həcər də Hz.İbrahimə verilən cariyələr arasında olmalıdır. Tövrata görə, uzun müddət övladı olmayan Sara dövrün qaydalarına uyğun olaraq Həcəri ərinə ikinci arvad kimi təqdim edir. Həcər hamilə qalanda Saraya münasibəti dəyişir; Sara onunla pis davranır və onu qaçmağa məcbur edir. == İslama görə == İslami mənbələrdə Həcərin Misir və Kıpt padşahlarından birinin qızı olduğu bildirilir. Atasının Menfis əhlindən olduğu və oranın şahı olduğu bildirildiyi kimi Həcərin Hz. İbrahimin Misirə gəldiyi zaman işdə olan fironun cariyələrindən olduğu da bildirilir.
Ravər
Ravər — İranın Kirman ostanının şəhərlərindən və Ravər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,910 nəfər və 5,921 ailədən ibarət idi.
Ravər şəhristanı
Ravər şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ravər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 38,539 nəfər və 10,236 ailədən ibarət idi.
Raçel Ueisz
İngiltərəli aktrisa.
Tomas Arçer
Tomas Arçer (ing. Thomas Croxen Archer; 1817[…] – 19 fevral 1885) — Böyük Britaniya botaniki. Tomas Arçer toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Leopoldinia piassaba Wallace ex Archer Mauritia carana Wallace ex Archer Olearia fulvida Archer ex Kuntze Olearia rugosa Archer ex Kuntze C.D. Waterston; A. Macmillan Shearer. 2006. Former Fellows of The Royal Society of Edinburgh, 1783–2002, Royal Society of Edinburgh (Edinburgo) : 1024 pp.