Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Radial doldurma
Radial doldurma (en. radial fill) – qrafik obyektin iki rənglə elə doldurma üsuludur ki, bir mərkəzdə olan rənglərdən biri tədricən ətrafdakı digər rəngə keçir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arteria radialis
Mil arteriyası (lat. arteria radialis) — saidi və əli qanla əchiz edən arterial sistemin, yuxarı ətraf arteriyalarına aid, uc hisədə ovucun dərin qövsünü təşkil edən damar. Bilək nahiyəsində mil sümüyünün bilavasitə üzərində və səhi yerləşdiyi üçün dəri üzərində nəbzi əlləmək mümkündür. Milarteriyası tibbi praktikada mühüm əhəmiyyət malikdir. Belə ki, xəsənin invaziv qanlı Korotkov üsulu ilə qan təzyiqinin ölçülməsi, dializ xəstələrində məhz bu arteriya vasitəsilə Çimino şuntu qoyulur. == Şaxələri == said: Qayıdan mil arteriyası — lat. arteria recurrerus radialis biləyin ovuc şaxəsi — lat. ramus carpeus palmaris (r. carpeus volaris — BNA) ovucun səthi şaxəsi — lat. ramus palmaris superficialis (r.
Radiallahu anhu
RadiAllahu anhu (Ərəbcə: رضي الله عنه) kişilərə aid edilərək Allah ondan razı olsun deməkdir. Qadına "RadiAllahu anhə", onlardan razı olsun kimi "RadiAllahu anhum" kəlməsi işlədilir. Sünnilər Muhəmməd peyğəmbərin ﷺ səhabələri haqqında danışanda "Allah on(lar)dan razı olsun" deyirlər. Tövbə surəsinin 100-cü ayəsində ilk hicrət edən mühacirlərə enən ayədə "RadiAllahu anh" kəliməsi keçir. "Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır.
Radian
Radian (ixtisarı: rad; lat. radius — şüa, radius) — müasir riyaziyyatda və fizikada müstəvi bucaqların əsas ölçü vahidi. Radian, qövsün bucaq ölçüsü ilə təyin edilir. 1 rad = 180 π ≈ 57.2958 ∘ {\displaystyle 1\operatorname {rad} ={\frac {180}{\pi }}\approx 57.2958^{\circ }} Belə olduqda, tam çevrənin radianla ölçüsü 2π radiana bərabərdir. Başqa bucaq ölçüləri ilə müqayisə: Dərəcə/radian çevrilmələri Radianı dərəcəyə çevirmək üçün göstərilən radianı 180 π {\displaystyle {\frac {180}{\pi }}} nisbətinə vurmaq lazımdır: 1 rad = 1 rad ⋅ 180 ∘ π ≈ 57 , 2958 ∘ {\displaystyle 1\operatorname {rad} =1\operatorname {rad} \cdot {\frac {180^{\circ }}{\pi }}\approx 57,2958^{\circ }} Nümunə: π 4 rad = π 4 ⋅ 180 ∘ π = 45 ∘ {\displaystyle {\frac {\pi }{4}}\operatorname {rad} ={\frac {\pi }{4}}\cdot {\frac {180^{\circ }}{\pi }}=45^{\circ }} . Dərəcəni radiana çevirmək üçün göstərilən dərəcəni π 180 ∘ {\displaystyle {\frac {\pi }{180^{\circ }}}} nisbətinə vurmaq lazımdır. Nümunə: 90 ∘ = 90 ∘ ⋅ π 180 ∘ = π 2 rad {\displaystyle {90^{\circ }}={90^{\circ }}\cdot {\frac {\pi }{180^{\circ }}}={\frac {\pi }{2}}\operatorname {rad} } Riyazi analizdə, triqonometrik funksiyalara baxılarkən, arqument həmişə radianla ifadə edilir. Kiçik bucaqlar olduqda sinus və radianla ifadə edilmiş bucağın tangensi təxminən bu bucağın özünə bərabərdir ki, bu da yuvarlaq hesablamalar zamanı istifadə olunur: sin ⁡ α ≈ tg α ≈ α ; α ≪ 1.
Radikal
Radikal (hərfi tərcümə: "köklü" lat. radix — "kök"): Radikal (kimya) — molekulda xüsusi atomlar qrupu. Radikallar nəzəriyyəsi — Antuan Lavuazyenin fikrincə bir birləşmədən digərinə dəyişikliksiz keçən atomlar qrupu. Radikal (siyasət) — baxışlarında və dəyişikliklərdə kəskin mövqe tutan və radikalizm tərəfdarı olan şəxs. Radikal — Radikal Partiyanın üzvü. Radikal — Kökaltı işarəsi (√).
Radikal (kimya)
Kimyadakı sərbəst radikallar - xarici elektron qabığında bir və ya daha çox boşaldılmış elektron hissəciklər. Sərbəst radikallar bərk, maye və qazlı maddələrdir və çox qısa (saniyənin bir hissəsi) çox uzun müddətə (bir neçə ilədək) mövcud ola bilər. Radikallar yalnız neytral deyil, həm də ion (radikal ionlar) ola bilər və eyni zamanda birdən çox boşaldılmayan elektrona malikdirlər (məsələn, biradikallarda). Sərbəst radikallar paramaqnetik xüsusiyyətlərə malikdir və çox reaktiv hissəciklərdir. Sərbəst radikalların mövcudluğu XIX əsrdə təkrarlanmışdı.1849-cu ildə İngilis kimyaçı Eduard Franklend, etil radikalının olduğuna inanaraq yodetanı sinklə qızdıraraq butan əldə etdi. Bənzər bir səhv Alman kimyaçısı German Kolbe tərəfindən etilin metil radikalı kimi qəbul edilməsi ilə edildi. C 2 H 5 I + Z n → C 4 H 10 + Z n I 2 {\displaystyle {\mathsf {C_{2}H_{5}I+Zn\rightarrow C_{4}H_{10}+ZnI_{2}}}} Həlldəki ilk sərbəst radikal Amerikalı kimyaçı Musa Qomberq tərəfindən kəşf edildi. 1900-cü ildə o, trifenilmetil xlorid üzərində gümüşün təsiriylə əldə edərək trifenilmetil radikalını kəşf etdi. Bu radikalın olması səbəbindən məhlul sarı rəngə boyandı və sonra bu radikalın dimerinin ağ kristalları məhluldan çıxdı. 1901-ci ildə nitroksil quruluşunun sərbəst bir radikalı olan porfireksid əldə edildi, ancaq onu qəbul edənlər O idi.
Radikal polimerləşmə
Radikal polimerləşmə — makromolekulun uzanmasının aktiv mərkəzləri rolunu sərbəst radikallar oynayan zəncirvari polimerləşmə prosesidir. Radikal polimerləşmə proseslərində monomer olaraq əsasən CH2=CH-X və CH2=CX2 (X = H, Hal, COOH, COOR, OCOR, CN, CONH2, C6H5, C6H4Y), CH2=CXY (X = Alk, Y = COOH, COOR, CN); CH2-CX=CH-CH2 və CH2-CH=CH-CHX (X = H, Alk, Hal, polyar qrup) birləşmələr istifadə oluna bilər. Radikal polimerləşmə prosesi aşağıdakı mərhələlərdən ibarətdir: 1. Həyəcanlanma və ya aktiv mərkəzlərin əmələ gəlməsi - ilkin sərbəst radikallar ya müxtəlif maddə molekullarının parçalanması ya da monomer molekulundakı — rabitənin homolitik qırılması yolu ilə alınır. Radikalların əmələ gəlməsinin müxtəlifliyinə görə radikal polimerləşmə 4 qrupa bölünür: termiki, fotokimyəvi, radiasiya və inisiatorların iştirakı ilə; 2. Zəncirin uzanması - inisiatorun parçalanmasından alınan sərbəst radikalların monomer molekullarını özünə birləşdirilməsilə baş verir; 3. Zəncirin uzanmasının dayanması və ya qırılması — böyüyən makroradikallarda olan qoşalaşmamış elektronun kimyəvi rabitəyə daxil olması ilə həmin radikalların zənciri uzatmaq qabiliyyətinin itməsi zəncirin uzanmasının qırılması adlanır; 4. Ötürülmə — uzanan radikalların mühitdə iştirak edən neytral maddə molekulları ilə qarşılıqlı təsirdə öz aktivliyini və neytral molekuldan yeni radikalın əmələ gəlməsidir. Reaksiya şəraitində parçalanaraq radikallar əmələ gətirən maddələr inisiatorlar deyilir. İnisiatorlar iştirakı ilə polimerləşmədə aktiv mərkəzlər və ya sərbəst radikallar reaksiyaya ya hazır şəkildə verilir, ya da polimerləşmə şəraitində asanlıqla parçalanaraq sərbəst radikallar əmələ gətirən maddələrin mühitə daxil edilməsi ilə baş verir.
Radikal (qəzet)
"Radikal" — Türkiyədə gündəlik qəzet. "Doğan Yayın Holding"ə məxsusdur. 1996-cı ildə nəşr olunmağa başlayan qəzetin çap nəşri 2014-cü ilin iyununda, rəqəmsal nəşri isə 2016-cı ilin martında başa çatmışdır. "Radikal" qəzeti 1996-cı ildə çap olunmağa başlayıb. Bu, ABŞ-nin "The New York Times" və Britaniyanın "The Guardian" qəzetlərinin versiyasıdır. "Radikal İki", "Radikal Kitap" və "Radikal Hayat" adlı əlavə nəşrləri var idi. 17 oktyabr 2010-cu ildən tabloid ölçüsündə nəşr olunur. "Radikal" 21 iyun 2014-cü il tarixində zərər etdiyinə əsaslanaraq nəşrini dayandırmış və rəqəmsal jurnalistikaya keçid etmişdir. Qəzetin baş redaktoru olan Ezgi Başaran 2 dekabr 2015-ci ildə işini Cem Erciyesə təhvil vermişdir. "Radikal"ın fəal köşə yazarları 4 aprel 2016-cı il tarixində qəzetin saytında öz "vəda" məqalələrini dərc etmişdilər.
Radikal inam
Radikal inam — hökumət, kitabxana, biznes, din və ya muzey kimi hər hansı strukturlaşdırılmış təşkilatın onlayn icmalar daxilində əməkdaşlıq və səlahiyyətlərə malik olduğuna inam. Xüsusilə, o, təşkilatlar tərəfindən onlayn icma ilə əlaqələri inkişaf etdirmək üçün bloqlar, viki və onlayn sosial şəbəkə platformalarından istifadəsinə aid edilir. Radikal inam təşkilatın maraqları üçün rəy və istiqamət verə bilər. Təşkilat bu girişə "inanır" və öz idarəçiliyində ondan istifadə edir. Radikal inam anlayışının ilk təzahürlərindən biri Tim O'Raylinin "Veb 2.0 nədir" adlı vebloq yazısında veb 2.0-ın əsas prinsiplərini əks etdirən məlumat qrafikində müşahidə olunur. Radikal inam istehlakçı tərəfindən yaradılan medianın etibarlılığına inamın rəhbər nümunəsi kimi verilmişdir. Bu konsepsiya Kitabxana 2.0-ın əsas fərziyyəsi hesab olunur. Kitabxananın radikal inamı qəbul etməsi onun rəhbərliyindən kitabxanaya nəzarətin bir hissəsini buraxmağı və son nəticəni nəzərə almadan təşkilat qurmağı tələb edir. Kitabxananın tutacağı istiqamət insanların onlayn icmalar vasitəsilə təqdim etdiyi məlumatlara əsaslanır. Təşkilatdakı bu dəyişikliklər təbiəti cəhətdən sadəcə olaraq anekdot xarakterli ola bilər.
Radical Optimism
Radical Optimism — İngiltərə müğənnisi Dua Lipanın üçüncü studiya albomu. 3 may 2024-cü ildə Warner Records tərəfindən buraxılıb.
Radikal coğrafiya
Radikal coğrafiya — sosial problemləri, qeyri-bərabər inkişafı, məkanlaşma və istismarı, dövlətdə və ya dünyada sosial ədalətin təmin edilməsi məqsədilə regionlara münasibətdə dövlət və dövlətlərarası siyasətin formalaşmasında coğrafi amillərin nəzərə alınmasına yönəlmiş tədqiqat mövzularını nəzərə alaraq coğrafiyanın öyrənilməsinə yönəlmiş, marksist əsaslara söykənən tənqidi nəzəriyyə. Termin və onun arxasında duran ideyalar 1970-ci illərdə anqlofon və frankofon coğrafiyasında üstünlük təşkil edən pozitivist tədqiqatlara cavab olaraq yayılmışdır. Radikal coğrafiya Viltam Bunge və Devid Harvinin əsərlərində formalaşdırıldıqdan sonra "solçu" intellektual dairələrdə populyarlaşmışdır. Anri Lefevr urbanizm və şəhər məkanı problemlərinə həsr olunmuş son əsərləri ilə onların davamçısı hesab edilə bilər. Radikal coğrafiya ayrıca elmi istiqamət kimi öz yerini tutmamış, müəyyən edilmiş məsələlər üzrə nəşrlərin sayının dəfələrlə artmasına töhfə vermiş, daha akademik və daha az siyasiləşmiş tənqidi coğrafiyanın yaranması üçün əsas olmuşdur.
Radia Perlman
Radia Perlman (ing. Radia Perlman; 18 dekabr 1951[…]) — amerikalı proqramçı və şəbəkə mühəndisi. O, şəbəkə körpülərinin işləməsi üçün əsas olan Spanning Tree Protocol (STP)(en) ixtirası ilə məşhurdur və bununla da "İnternetin anası" ləqəbini qazanmışdır.
Radikal Sol Koalisiya
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
Radikal Sol Koalisya
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
Tənzimlənən radikal polimerləşmə
Tənzimlənən radikal polimerləşmə- Radikal polimerləşmənin yeni istiqamətlərindən olub əvvəlcədən məlum quruluşa və funksional imkanlara malik polimer və oliqomerlər, eləcə də, kompozitlər sintez etməyə imkan verir. TRP-nin özəlliyi ondan ibarətdir ki, tələb olunan molekul kütləli və dar dispersliyə malik homo- və sopolimerlər, həmçinin müxtəlif monomerlər əsasında calaq və blok sopolimerlər almağa imkan verir. Bu polimer və oliqomerlər həmçinin, “canlı” xarakter göstərirlər. Belə ki, onlar sistemə yeni monomerin daxil edilməsi ilə polimerləşməni davam etdirə bilən reaksiyayaqabil qrup sonluqlarına malik olurlar. Tənzimlənən radikal polimerləşmənin göstərilən üstünlükləri bütün dünyada bu istiqamətə artan marağı izah edir .. Zəncirin tənzimləyiciləri - aktiv əlavələrin istifadəsindən asılı olaraq “canlı” zəncir rejimində baş verən prosesləri şərti olaraq aşağıdakı istiqamətlərə bölmək olar: 1. Stabil radikallar vasitəsilə polimerləşmə (Stable Free Radical Polymerization, SFRP); 2. Atomun ötürülməsi vasitəsi ilə polimerləşmə (Atom Transfer Radical Polymerization, ATRP); 3. Molekul və ya atomlar qrupu fraqmentinin bir radikaldan digərinə dönən keçidi ilə polimerləşmə (Reversible Addition Fragmentation Transfer, RAFT). Tənzimlənən radikal polimerləşmə (TRP), eləcə də adi (sərbəst radikallı) RP radikal hissəciklər iştirakında baş verir və bu proseslər ümumi xüsusiyyətləri ilə xarakterizə olunur və praktiki olaraq bir və ya neçə sinif monomerlərin polimerləşməsi üçün tətbiq oluna bilər.
Batial
== Batial çöküntülər == Dəniz və okeanların batial zonasında (sahəsində) çökən vulkanik lillərdən, dərinlik qumlarından və çınqıl daşlarından ibarət, əsasən göy, yaşıl, qırmızı və boz rəngli çöküntülər. Batial çöküntülərin tərki­bində terrigen materiallar üstünlük təşkil edir. Batial çöküntülər dünya okeanı dibi sahəsinin 15,4%-ni örtür, əsasən materik yamaclarında yayılmışdır. Batial çöküntüləri - əksərən materik yamac hüdudunda, qismən isə şelfin daha dərin hissələrində, 200 m-dən 2000 m-ə qədər dərin­likdə toplanan dəniz çöküntüləri. == Batimetrik xəritə == Batimetrik xəritə-izabatın köməyi ilə tərtib edilən sualtı relyefi əks etdirir. Sualtı relyefin rəngləri dərinlik pillələri üzrə verilir. == Batimetriya == Batimetriya-(yun. bathus dərin+metreo - ölçürəm) - xüsusi cihazlarla (lota, exolota və digər dərinlik ölçənlərlə) dəniz və okeanlann dərinliyinin ölçülməsi. == Batimetrik vilayət == Batimetrik vilayət okean və ya dənizlərin dib hissəsi və ona qovuşan su qatları. Ayrı-ayrı batimetrik vilayət adətən (bəzən şərti olaraq) aşağıdakı dərinliklərlə səciyyələnirlər: şelf 0-200 m (500-600 m-ə qədər), qitə yamacı (batial vilayət) 200-500m-dən 2000-3000 m və daha artıq, hemipelagik 2000 m-dən 4000-5000 m qədər, abissal 4000-5000 m-dən 6000 m qədər, ultraabissal 6000m-dən dərin.
Radiata
Bağırsaqboşluqlular (lat. Coelenterata) — heyvanlar aləminə aid heyvan bölməsi. Bağırsaqboşluqlular yalnız su və əksər hallarda dəniz həyat tərzi keçirirlər. Onların bəziləri sərbəst üzən, sayca çox olan bəzi formaları isə oturaq və dibə yapışan heyvanlardır. Onların oturaq formaları polip, sərbəst üzənləri isə meduzalardır. Bu tipə 9000-ə qədər növ daxildir. Tipin səciyyəvi əlaməti isə bağırsaq boşluğunda və bədənində dalayıcı hüceyrələrin olmasıdır. Bağırsaqboşluqların quruluşu radial şüalı simmetriya ilə xarakterizə olunur. Bədəndə boylama istiqamətində bir əsas ox müəyyən edilir ki, onun da ətrafında radial qayda da müxtəlif orqanlar yerləşmişdir. Radial simmetriyanın sırası təkrarlanan orqanların sayından asılıdır.
Radium
Radium (Ra) – Dmitri Mendeleyevin elementlərin dövri sistemində 88-ci element.Qələvi torpaq metallarından radium ən axırda kəşf edilmişdir, hələ Dmitri Mendeleyev onun üçün dövri sistemdə əvvəlcədən boş xana saxlamışdı. Radium 1898-ci ildə uran filizində tapıldı. Pyer və Mariya Kürilər bu mineralı tədqiq edərkən bəzi filiz nümunələrinin radioaktivliyinin onlardakı uranın miqdarına görə gözləniləndən böyük olduğunu müəyyən etdilər. Onlar belə nəticəyə gəldilər ki, uran filizinin tərkibində radioaktivliyi uranınkından yüksək olan yeni element vardır. Tezliklə onlar bu birləşməni ayıra bildilər. Radioaktiv parçalandığına görə elementi radium adlandırdılar. Kürilər təqribən bir ton uran filizini işləyərək, 0,1 q-a yaxın radium duzu aldılar. Radium metalı isə 1910 -cu ildə civə katodundan istifadə etməklə radium – xlorid məhlulunun elektrolizindən alındı. Radium gümüşü – ağ rəngli ağır, çətinəriyən metaldır (6,5x10-4 atm təzyiqə tər=0,63C0). Digər qələvi – torpaq metallar kimi o da sərbəst halda yüksək kimyəvi aktivliyə malikdir, su ilə şiddətli reaksiyaya daxil olaraq hidrogeni ayırır: Ra+2H2O=Ra(OH)2+H2.
Radius
Radius (latınca: radius — təkərin oxu, şüa) - çevrənin yaxud sferanın mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən parça, eləcə də bu parçanın uzunluğu. Radius diametrin yarısını təşkil edir. Radius sözünə ilk dəfə 1569-cu ildə Fransız alimi P. Ramusun əsərlərində rast gəlinmişdir. XVII əsrin sonlarında bu söz alimlər arasında ümumi termin kimi qəbul olundu.
Sadval
Sadval (ləzgi dilində Birlik) — Ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı təşkilat. Sadval təşkilatı 1990-cı ildə Dərbənddə yaradılmışdır. Təşkilatının ilkin məqsədi Rusiyanın cənub və Azərbaycanın şimal bölgələrinin hesabına Ləzgistan adlı dövlət yaratmaq olmuşdur. Politoloq və Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadə Sadval təşkilatının Rusiya xüsusi xidmət orqanları tərəfindən yaradıldığını iddia edirdi. Ermənistan dövləti tərəfindən ələ alınan Sadval təşkilatı üzvünün 1994-cü ildə Bakı metrosunda partlayış törətməsi nəticəsində 27 nəfər həlak olmuşdur. 1990-cı illərin ortalarında Azərbaycan hakimiyyəti "Sadval"ın ölkə ərazisində fəaliyyətinin qarşısını aldı. Bakı metrosunda baş verən terror aktına görə təşkilatın bir neçə üzvü həbs edildi. 2015-ci ildə təşkilatın aktiv üzvlərindən biri Ruslan Maqomedrəhimov Dağıstanda öldürüldü. Bir il sonra Sadvalın rəhbəri Nazim Hacıyev də Dağıstanda öldürüldü. Hacıyev 1961-ci ildən etibarən ləzgilərə məxsus muxtar respublikanın qurulmasına çağırışlar edirdi.
Madia
Madia (lat. Madia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Madia chilensis (Nutt.) Reiche Madia citrigracilis D.D.Keck Madia citriodora Greene Madia elegans D.Don ex Lindl. Madia elegans var. densiflora (Greene) D.D.Keck Madia exigua (Sm.) A.Gray Madia filipes A.Gray Madia glomerata Hook. Madia gracilis (Sm.
Nadil
Nadil — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Nadil Göygöl r-nunun Balçılı i.a.v.-də kənd. Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrin sonlarında Akarca və ona yaxın olan digər oymaqlardan köçüb gəlmiş ailələr tərəfindən onlar üçün ayrılmış ərazidə salınmışdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim nadel (çar Rusiyada təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə vərilən kiçik torpaq sahəsi belə adlanırdı) sözündən olub, "kəndli ailələrinin istifadəsinə verilmiş torpaq payı” manasındadır. Lakin XV əsrə aid mənbədə Azərbaycanda XIII əsrdə baş vərən hâdisələrlə bağlı Şəmkir səhrasında Natil yər adının çəkilməsi bu izahın doğruluğunu şübhə altına alır. Nat/nət/nit bəzi türk dillərində "kürək” demakdir. Güman etmək olar ki, bu tarixi ərazinin adı Şəmkir, Göygöl, Goranboy, Yevlax r-nları ərazisində axan Kürəkçayın adı ilə bağlı yaranmışdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1133 nəfər əhali yaşayır.
Padia
Düyü (lat. Oryza) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qabıqlı halda çəltik deyilir. Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. Dünyanın, demək olar ki, hər yerində istehlak olunur. su 13 %, nişasta 7 %, yağ 2,2%, karbohidrat 73 %, minerallar 1,2 %. Düyünün illərə görə istehsalı min. ton.
Radar
RADAR (ing. radar, qısaca olaraq radio detection and ranging sözlərindən – məsafəni müəyyən edən və radioaşkarlayıcı) – radarlayıcı stansiya – radaralama üsulu ilə müxtəlif obyektləri müşahidə etmək üçün qurğudur. İlk dəfə 1936 −1938-ci illərdə Böyük Britaniyada, ABŞ — da və keçmiş SSRİ — də istifadə olunmuşdur. Obyektlərin yerinin təyin edilməsi, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi üçün elektromaqnit dalğalarının əks olunması və özünə məxsus şüalanması kimi xassələrindən istifadə olunur. Radiotexnikanın fəzada şüalandırılan elektromaqnit dalğalarının birbaşa əks olunması, sınaraq əks olunması və özünəməxsus şüalandırılması nəticəsində müxtəlif obyektlərin yerinin və koordinatlarının, habelə hərəkət göstəricilərinin təyin edilməsi ilə məşğul olan bölməsi radarlama adlanır. Obyektlərin yerinin aşkarlanması, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi kimi funksiyaları yerinə yetirən qurğu və ya sistemə müvafiq olaraq radar stansiyası və ya radar sistemi deyilir. Fəzanın müəyyən edilmiş ərazisində obyektin mövcudluğuna, koordinatlarına və hərəkət göstəricilərinə dair məlumat mənbəyi obyektdən gələn radarlama siqnallarıdır. Radarlama siqnallarının yaranma xüsusiyyətlərinə görə radar müşahidəsini üç yerə bölürlər. Elə bu qədər də radar stansiyası və radar sistemi var. Radar müşahidəsinin I növündə radar tərəfindən şüalandırılan radarlama siqnallarının obyektdən əks olunması xassəsindən istifadə edilir.
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Rafal
Rafal (isp. Rafal) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 1,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4181 nəfərə çatmışdır.
Ramil
Ramil — kişi adı.
Ramal
Ramal — ad. Ramal Hüseynov — Azərbaycan futbolçusu. Ramal Aslanov — Azərbaycan kikboksçusu. Ramal Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Ramal Amanov — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. Ramal İsrafilov — Azərbaycanlı müğənni, bəstəkar. Digər Ramal (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Rahil
Rahil — Azərbaycanlı kişi adı. Rahil Əkbərov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Rahil Məmmədov — Azərbaycan futbolçusu Rahil Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. Rahil Ərəbli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Pinus radiata var. radiata
Pinus radiata (lat. Pinus radiata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Vətəni Şimali Amerika dır. Çətiri yumru, şarşəkilli, sıxdır. Zoğları möhkəm yapışmış, nazik və müxtəlif uzunluqdadır. Tumurcuqları qısa, uzunluğu 3 mm, pulcuqları yapışqanlı, nazik, yumşaq, boz-mavi, zoğların uclarında yuxarı istiqamətlənmiş, qeyri-bərabər yayılmışdır, üstdən yaşıl, altdan mavi-yaşıldır, uzunluğu 10 sm-ə qədərdir. Tezböyüyən, istisevən kölgəyə və soyuğa davamlıdır, quraqlığa dözümsüzdür. Ağır olmayan rütubətli, drenaj üsulu ilə təmişlənmiş gillicə, qumluca tropaqlarda yaxşı bitir, durğun sulu, artıq dərəcədə nəm olan torpaqlarda göbələk xəstəliklərinə yoluxduğu üçün uzunömürlü olmur. Aşağı temperaturda (-10-110 C) iynəyarpaqlarını don vurur. Güclü dəniz küləklərinə qarşı davamlıdır.
BADIL
Fələstinlilərin Yaşayış və Qaçqınların Hüquqları üzrə BADIL Resurs Mərkəzi — fələstinli qaçqınların və məcburi köçkünlərin hüquqlarını qorumaq, onları təşviq etmək öhdəliyi daşıyan müstəqil, insan hüquqları üzrə qeyri-kommersiya təşkilatı. BADIL 1998-ci ilin yanvarında təsis edilmişdir. İsrailəmeylliü "NGO Monitor" qrupunun məlumatına görə, BADIL İsrail hərbi rəsmilərinə qarşı "qanun"la məşğuldur və həmçinin antisemit karikaturalar dərc etmişdir. BADIL BMT-nin İSŞ yanında xüsusi məsləhətçi statusuna malikdir və eyni zamanda çoxlu sayda Fələstin təşkilatı şəbəkələrinin bir hissəsidir. BADIL fələstinli qaçqınların problemləri ilə bağlı ingilis dilində rüblük nəşr olunan "Al-Majdal" jurnalını dərc edir.