Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mafiya
Mafiya — terror yolu ilə məqsədini həyata keçirən gizli təşkilat və ya cəmiyyət. Bir qrup tədqiqatçılar mafiyanın tarixini daha qədimlərə aid eləyirlər. Onların iddiasına görə, mafiya ərəblərin Siciliyanı işğalları zamanı yaranıb, özü də ərəb kəlməsi "maf(f)ja" — "qurtuluş yeri" sözündən götürülüb. Guya həmin dövrdə siciliyalılar milli dəyərlərin təbliği üçün gizli təşkilat yaradıblar ki, bu təşkilat da zadəgan Siciliya ailələri tərəfindən himayə olunurmuş. Sonradan ada vikinqlər, ardından ispanlar tərəfindən işğal olunanda yerli əhali qula çevrilməkdən qaçmaqdan ötrü vadilər arasındakı dayaq məntəqələrində – mafiyalarda gizlənirlər. Yeri gəlmişkən, xatırladaq ki, Mario Pyüzonun məşhur "Xaç atası" romanında da siciliyalı mafiozlar sözün mənasını məhz bu cür qəbul edirlər, yəni "qurtuluş" kimi. Diqqət etdinizsə, mafiyanın yaranma tarixiylə bağlı fərziyyələrin hamısı Siciliya ilə bağlıdır. Hamı havayı yerə Siciliya mafiyasından danışmır ki… Bu mənada Siciliya mafiyası üzvlərinin özlərinin bu tarixə olan münasibətini yazmamaq mafiyaya qarşı çıxmaq kimi bir şey olar. Onu deməklə kifayətlənək ki, Siciliya mafiozları özlərini əsası 1185-ci ildə müqəddəs Fransiska di Paolo tərəfindən qoyulmuş təriqətin davamçıları hesab edirlər. == Tarixi və quruluşu == Özlərini "Şərəfli Birlik" adlandıran Koza Nostranın təşkilatlanması, müasir bir şirkətin təşkilatlanmasını xatırladır: Capofamiglia (don/ata — Rəhbər) Consigliere (məsləhətçi/atanın sağ qolu) Sotto Capo (ikinci rəhbər) Capodecina (kapitan/capo) Uomini D'onore (əsgər) Vito Cascio Vito olaraq tanınan Vito Cascio Ferro 1862-ci ildə Palermoda doğulub.
Raziya Sultan
Şahbanu Raziyə sultan Səfəvi və ya Aləmiyan Raziyə bəyim Səfəvi (1700, İsfahan – 1775) — Səfəvilər xanədanlığının nümayəndəsi. IX Səfəvi hökümdarı Sultan Hüseynin Fərda sultandan olan qızı. 1729-cu ildə Nadir xan Əfşarla etdiyi izdivacla Əfşar-Səfəvi blokunun yaranmasına səbəb olmuşdur. Nadir xan 1736-cı ildə Suqovuşanda "şah" elan edildikdən sonra Raziyə bəyim "şahbanu" tituluna yiyələnərək Nadir şahdan sonra ölkədə ikinci ən vacib şəxs olmuşdur. 1736–1749-cu illərdə şahbanu, 1773–1775-ci illərdə isə naibə olan Raziyə sultan Nadir şahın Osmanlılarla müharibəsi zamanında külli maliyyə yardımı etmişdir. Raziya Sultan 1700-ci ildə İsfahanda doğulmuşdur. Saray təlim-tərbiyyəsi götürmüş, xüsusi müəllimlərdən dərs almışdır. Hər zaman olduğu kimi onun da dövründə iğtişaşlı saray intriqaları mövcud idi. Lakin uşaqlıq illəri dövlət üçün bəzi üsyanlar olsa da, yenə də "sabit dövr"ə təsadüf edirdi. Raziya Sultan hər zaman xalqının və dövlətinin qeydinə qalan bir xanım idi.
Safiya Qəddafi
Safiya Qəddafi (1952, Əl-Bayda) — Liviyanın Birinci xanımı. Safiya Farkaş Qəddafi Liviyanın şərqində yerləşən Əl Beda şəhərində anadan olub. O, Liviya prezidenti Müəmmər Qəddafinin ikinci həyat yoldaşıdır. Onlar 1971-ci ildə ailə həyatı qurublar. Safiya Qəddafi 6 oğul və 1 qız anasıdır. 2008-ci ildə Afrika qadınları təşkilatının vitse-prezidenti seçilib.
Mafiya Dövləti
Raçiya Açaryan
Raçiya Açaryan (erm. Հրաչեայ Աճառեան; 8 (20) mart 1876 və ya 1876, Konstantinopol[…] – 16 aprel 1953 və ya 1953, İrəvan) — Ermənistan linqvisti, leksikoqrafı, etimoloqu və filoloqu. İstanbul ermənisi olan Açaryan yerli erməni məktəblərində, Sorbonnada Antuan Meyenin rəhbərliyi altında və Strasburq Universitetində Henrix Hübşmanın rəhbərliyi altında təhsil almışdır. O, Rusiya imperiyasında və İranda müxtəlif erməni icmalarında dərs demiş, sonra 1923-cü ildə Ermənistan SSR-də məskunlaşmışdır və ölənə qədər İrəvan Dövlət Universitetində çalışmışdır. Poliqlot olan Açaryan bir neçə böyük lüğət, o cümlədən monumental "Erməni etimoloji lüğəti"ni tərtib etmiş, erməni dialektlərini geniş şəkildə öyrənmiş, erməni əlyazmalarının kataloqlarını tərtib etmiş, erməni dili və əlifbası tarixinə dair hərtərəfli tədqiqatların müəllifi olmuşdur. Açaryan erməni linqvistikasının atası hesab olunur. Açaryan 8 mart 1876-cı ildə Konstantinopolda (İstanbul) erməni ailəsində anadan olmuşdur Erkən yaşda onun bir gözü kor olmuşdur. Atası Akop çəkməçi idi. İlk təhsilini Samatiyadakı Arami və Sahaqi məktəblərində, sonra Getronaqanda (1889–1893) almış, burada fransız, türk və fars dillərini öyrənmışdır. O, erməni dilinin Konstantinopol (İstanbul) dialektində danışırdı.
Əsgər (mafiya)
Əsgər (it. soldato, ing. soldier) — həm ABŞ mafiyasının, həm də Siciliya Mafiyasının rəsmi iyerarxiyasında və ya kadrında ilk rəsmi səviyyəsi. Bu, həmçinin "Ndrangeta" və "Kamorra" kimi digər İtaliya cinayət təşkilatlarında rütbə kimi istifadə olunur. Əsgər rütbəsinə yüksəlmə komandanlıq zəncirində köməkçi səviyyədən yüksəlişdir. Mafiyanın təşəbbüskar üzvü olmayan tərəfdaşı – təşəbbüskar bir "keçirilmiş adam" olmaq və buna görə də əsgər rütbəsinə yüksəlmək üçün ailəyə özünü sübut etməli, "Omerta" andını içməlidir.
Afiya Sidqi
Afiya Sidqi (urdu Nastaliq, 2 mart 1972, Kəraçi) — Pakistan vətəndaşı. O, hazırda ABŞ-ın Texas ştatının Fort-Uort şəhərindəki Carswell Federal Tibb Mərkəzində adam öldürməyə cəhd və digər cinayətlərə görə 86 il həbs cəzası çəkir. Siddiqi Pakistanda sünni ailəsində anadan olub. O, ABŞ-də təhsil alıb, MIT-də biologiya üzrə bakalavr dərəcəsi və Brandeisdə nevrologiya üzrə fəlsəfə doktoru dərəcəsi alıb; 2001-ci ildə Brandeis Universitetində nevrologiya üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 11 sentyabr hadisələrindən sonra və 2003-cü ildə Əfqanıstan müharibəsi zamanı yenidən Pakistana qayıtdı. Xalid Şeyx Məhəmməd bildirib ki, o, Əl-Qaidənin kuryeri və maliyyəçisi olub. ABŞ Federal Təhqiqatlar Bürosunun Məlumat Axtarış — Terrorizm siyahısında idi və bu siyahıda ilk dəfə bir qadın var idi. Təxminən bu zaman o və üç övladının Pakistanda qaçırıldığı iddia edilir. Beş il sonra o, Əfqanıstanın Qəzni şəhərində həbs olundu və FTB tərəfindən sorğu-sual edildi. Siddiqi gizləndiyini, lakin sonra oğurlandığını və həbs olunduğunu söylədi.
Mafiya liderlərinin siyahısı
Mafiya liderlərinin siyahısı — Bu siyahıya bəzi mafiya liderləri daxildir. Bu siyahı əlifba sırası ilə soyadlara görə sıralanır və şəxsin cinayət təşkilatına rəhbərlik etdiyi güman edilən illər üzrə təsnif edilir.
Safiya Həsən Şeyx Əli Cimale
Safiya Həsən Şeyx Əli Cimale — Somalili siyasətçi. O, 27 may 2019-cu ildən 30 iyul 2020-ci ilə qədər Beledveyne şəhərinin meri olub. Safiya Somali vətəndaş müharibəsindən sonra ölkənin ilk qadın meri seçilmişdir. Siyasətçi Qəyyumluq dövründə və həmçinin yeni müstəqil Somali Respublikasında Əmək və Sosial Məsələlər Naziri vəzifəsində çalışmış Şeyx Əli Cimalinin nəvəsidir.
Santa Mariya della Qrasiya
Santa Mariya della Qrasiya — İtaliyanın Milan şəhərində yerləşən bir kilsədir. İlk əvvəl monastır yeməkxanası kimi tikilməsi planlaşdırılan bu kilsə UNESCOnun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Kilsənin yeməkxanasının arxa divarını Leonardo da Vinçinin Sonuncu şam yeməyi freskası bəzəyir.
Araliya
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Dakiya
Roma Dakiyası (lat. Dacia Romana) — Roma imperatoru Trayanın 106-cı ildə dakların ərazisini işğal etdikdən sonra yaratdığı Roma əyaləti. == Tarixi == Roma işğalı sosial təbəqələşmə, quldarlıq münasibətlərinin inkişafı, digər əyalətlərdən gəlmələrin axını hesabına əhalinin etnik tərkibinin dəyişməsi ilə müşayiət olunurdu. Dakların romanlaşması nəticəsində kütləvi (xüsusilə taxılçılıq) intensivləşmiş, mədən işi və metal emalı inkişaf etmiş, dulusçuluq təkmilləşdirilmiş, ticarət artmışdı. Romanlaşma yeni şəhərlərin salınması və köhnələrinin (Apulum, Porolissum, Drobeta və s.) məskunlaşdırılması, koloniyalarda və pereqrinlərə məxsus torpaqların ixtisarı hesabına munisipilər səviyyəsinədək yüksəlmiş məskənlərdə latın dilinin və Roma hüququ normalarının yayılması ilə nəticələnmişdi. == Quruluşu == Dakiyada romanlaşmanın daşıyıcıları legionerlər və veteranlar, əsasən, Kiçik Asiyadan və şərq vilayətlərindən gəlmələr olmuşlar. Roma planı əsasında yenidən qurulmuş Sarmizegetusa Dakiyanın paytaxtı olaraq qalmaqda idi. Yaradılmış əyalət qonşu yaziqlər, bastarnalar, roksolanlar, karplar və azad dakların arasıkəsilməz basqınlarına məruz qalırdı. Bu çətinliklər Adrianı 118/119-ci illərdə Dakiyanı Aşağı Pannoniya ilə birləşdirməyə, sonradan isə Dakiya əyalətini iki hissəyə: Aşağı Dakiya (Olteniya və Banatın ş. hissəsi) və Yuxarı Dakiyaya bölməyə vadar etdi.
Fasiya
Fasiya anlayışını geoloji ədəbiyyata ilk dəfə İsveçrə alimi Qressli daxil etmişdir. O, 1846-cı ildə İsveçrənin Yura dağları yamacı boyunca geoloji tədqiqat apararkən eyni yaşlı çöküntülərin öz litoloji tərkiblərini kəskin dəyişdiklərini müşahidə etmişdir. Daha sonra Qressli Portland çöküntülərində müəyyənləşdirdiyi onurğasızların asossasiyası Aralıq dənizinin müasir çöküntülərində də müşahidə etmişdir. O, həmin tədqiqatlara əsaslanıb eyni yaşlı suxurların sahə boyunca dəyişməsini "eyni horizontun petroqrafik modifikasiyası" adlandırmış, sonra bu anlayışı yığcam şəkildə ifadə edərək, "fasiya" sözü ilə əvəz etmişdi. Latınca Fasiya (facies) üz deməkdir. "Fasiya" – eyni stratiqrafik, intervalda olan, lakin fiziki- coğrafi əmələgəlmə şəraitlərinə və tərkiblərinə görə bir- birindən ayrılan çöküntü kompleksinə deyilir. Geoloji ədəbiyyatda fasiyanın aşağıdakı növlərinə, modifikasiyalarına rast gəlinir: 1. Litofasiya 2. ümumi geoloji fasiya 3. Mineroloji fasiya 4.
Frakiya
Frakiya (Bolqar dilində: Тракия Trakiya, Türk dilində: Trakya, Yunan dilində: Θράκη Traki) ― Cənub-Şərqi Avropada cənubdan Bolqarıstan, şimal-şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən, tarixi çox zəngin bir bölgə. Türkiyə sərhədləri içindəki sahəsi 23.764 km² olan bu bölgənin üç dəniz ilə sərhədi vardır: Qara dəniz, Mərmərə dənizi və Egey dənizi. == Frakiyanın ərazi bölünməsi == Frakiyanın torpaqları Türkiyə Frakiyası, Bolqarıstan Frakiyası və Yunanıstan Frakiyası arasında bölünmüşdür. Türkiyə Frakiyasına Şərqi Frakiya, Bolqarıstan Frakiyası və Yunanıstan Frakiyasına Qərbi Frakiya deyilir. Türk mediasında Qərbi Frakiya sözü Yunanıstanın Frakiya (Şərqi Makedoniya və Frakiya) bölgəsi üçün istifadə edilir. == Mənşə elmi (etimologiya) == Frakiya sözü qədim yunan dilində traxia sözündən törəmişdir və "qırtlaq, nəfəs borusu" mənasını verməkdədir. Bir başqa deyişlə Frakiya, "Boğazlar ölkəsi" dir.
Kariya
Kariya (yun. Καρία) —Kiçik Asiyada qədim əyalət. == Tarixi == Bizim eradan əvvəl II minillikdə Hettlər Kariyanı özlərinə məskən seçdilər. Yerli əhali ilə qaynayıb-qarışdılar. Troya müharibələri dövründə kariyalılar artıq mövcud idilər. Qranik döyüşündən sonra Kiçik Asiyanın yunan şəhərləri Milet və Halikarnas istisna olmaqla müqavimətsiz Makedoniyalı İsgəndərə tabe oldular. Qısa müddətdə Kariya, Likiya, Pamfiliya, Trakiya və s. şəhərlər İsgəndər tərəfindən zəbt edildi. E.ə 333-cü ilin baharında makedoniya ordusu Kappadokiyanı işğal edib Kilikiya və Tavra daxil olmuşdu.
Lakiya
Lakiya (həmçinin Lakistan; Lak: Lak, Lakral kanu, Lakku bilayat, Lakkuy) — Şərqi Avropada, Şimali Qafqazda, Dağıstandakı Lakların etnik ərazisinin adıdır. Kumux, Laki və Kulinskiy bölgələrindən ibarət Lakiyanın əsas tarixi, mədəni, mənəvi və siyasi mərkəzidir. == Ərazisi == === Coğrafi mövqeyi === Lakiya şimalda və qərbdə Avariya ilə, şərqdə Darqo, cənubda isə Aqul və Rutul ilə həmsərhəddir. Qafqazın o biri tərəfində Gürcüstan və Azərbaycandır (tarixi Tsaxur krallığı da daxil olmaqla). Lakiya, ucları şimalda, bazası cənubda olan bir az yuvarlaq tərəfləri olan üçbucaqdır. Bu üçbucağın zirvəsi Tsudaxar dərəsidir. Bu üçbucağın tərəfləri Qafqaz dağlarının eninə silsilələridir. Şərq tərəfinə Karinsko-Kundi dağları, Əli dağı, Şunudağ və Kulinsko-Xosrex silsiləsi daxildir. Yaylağın qərb tərəfinə Turçidağ, Şalı silsiləsi və Arçavar silsiləsi daxildir. Rus generalı və tarixçisi Komarov(1869) yazırdı: “Lak ölkəsi, Gümükün əsas kəndindən beş kilometr aşağıda bağlı olan bir çox kanyonlardan ibarətdir; Samur vadisindən yüksək bir silsilə ilə ayrılır.
Magiya
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Mariya
Mariya — Qadın adı. Mariya Stüart — Şotlandiya kraliçası. Mariya Şerifoviç — 2007 Avroviziya Mahnı Müsabiqəsində 1-ci yeri tutan müğənni Mariya İzabel — İspaniya müğənnisi. Mariya Stadnik — Ukrayna əsilli Azərbaycanlı sərbəst güləşçi. Mariya Küri — Mariya Mateva — Bolqarıstanlı bədii gimnast Mariya Antuanetta — Mariya Göppert-Mayer — fizik. Mariya Şarapova — Rusiya və dünyanın məşhur qadın tennisçisi. Mariya-Tereza (rif) — Mariya Korazon Aquino — Mariya Profetissima — Mariya Qriqoryan — Mariya Kaçina — Mariya Korobitskaya — Mariya Peralta — Mariya Vrayiç — Mariya Yelena Kalle — Mariya Zankovetska — Ukrayna və SSRİ aktrisası, USSR-nın xalq artisti.
Parfiya
Parfiya (q.fars 𐎱𐎼𐎰𐎺, Parθava; parf 𐭐𐭓𐭕𐭅, Parθaw; pəhl. 𐭯𐭫𐭮𐭥𐭡𐭥, Pahlaw) — Xəzər dənizinin cənub-şərqində yerləşən qədim vilayət. E.ə. 1500-cü ildən gec olmayaraq İrandilli tayfalar tərəfindən məskunlaşmışdır. E.ə. VI əsrdən Makedoniyalı İsgəndər tərəfindən fəth edilənə qədər Parfiya Əhəmənilər dövlətinin satraplıqlarından biri kimi siyahıya alınmış, sonra Selevkilər dövlətinin tərkibində olmuşdur. E.ə. 250-ci ildən b.e. 227-ci ilə qədər Parfiya ərazisində Parfiya dövləti mövcud olmuşdur. Selevkilər dövləti tənəzzül etdikcə Parfiya özü də güclənmiş və genişləmişdir.
Paviya
Paviya (it. Pavia) — İtaliyanın Lombardiya regionunda şəhər.
Qafiyə
Qafiyə — şeirdə beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Qafiyə – misraların sonunda sözlərin səs, şəkil, quruluş baxımından ahəngdar şəkildə tələffüz olunmasına deyilir. Şeirdə qafiyənin rolu əsasən belə səciyyələndirilir: «misraların sonunda və ya misra içində səslər bir-birinə uyğun, fonetik tərkibcə həmahəng və şeirə xüsusi gözəllik, ahəng, aydın forma verən sözlər. Şeirin məna və ahəngcə təşkilində qafiyə böyük rol oynayır. Bəzi müəlliflərin fikrincə, qafiyə türk şeirinə, həmçinin digər şərq xalqlarının şeirinə ərəb şeirindən keçmişdir. Lakin tarixi çox qədim olan Azərbaycan şifahi xalq ədəbiyyatında qafiyəli nümunələrin mövcud olması həmin fikrin yanlış olduğunu göstərən kifayət qədər tutarlı faktdır. Qafiyənin şeirdə məhdudiyyət yaratmaqla bərabər öz funksiyaları var. Bunlara deyilişi gözəlləşdirmə, yadda saxlamanı asanlaşdırma və s. aiddir. Məhz bu funksiyalar nəticəsində qafiyə şeirdə öz əhəmiyyətini itirməmişdir.
Qrafika
Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca "graphike" – rəsm, şəkil deməkdir. XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub. İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır.
Ramiyan
Ramiyan — İranın Gülüstan ostanında şəhər. Həm də Ramiyan şəhristanının mərkəzidir. Ramiyan şəhəri XVII əsrin əvvəllərində, I Şah Abbasın dövründə salınmışdır. Tarixçi Abdulhəmid Cəfəriyanın sözlərinə görə, qızılbaş tayfaları bu əraziyə XVI əsrin sonu, XVII əsrin əvvəllərində I Şah Abbas tərəfindən Azərbaycanın Qarabağ, Lənkəran, Şirvan, Naxçıvan, Urmiya və digər bölgələrindən köçürülüblər. Tayfaların köçürülməsinin bir neçə səbəbi olub. Belə ki, həmin dövrdə Gülüstan vilayəti Səfəvi dövlətinin şimal-şərq sərhədlərində yerləşirdi və mütəmadi hücumlara məruz qalan yer idi. I Şah Abbasın qızılbaş tayfalarını bu əraziyə köçürməkdə məqsədi də məhz həm bu torpaqları yadelli hücumlarından qorumaq, həm də yerlərdə baş qaldıra biləcək hər hansı ixtişaşın qarşısını vaxtında almaq olmuşdur. Digər tərəfdən bu ərazilərə köçürülən qızılbaşlar idarəçiliyi də öz əllərinə almışlar. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,719 nəfər və 2,831 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qəraylılardan ibarətdir və xorasan-türk dilində danışırlar.
Dariya
Dariya — Glenn Eichler və Susie Lewis Lynn tərəfindən yaradılmış böyüklər üçün cizgi serialı. Seriyalar 3 mart 1997-ci ildən 21 yanvar 2002-ci ilədək MTV kanalında yayımlanmışdır. Serial ağıllı və hayasız məktəbli qız olan Daria Morgendorffer-dən bəhs edir. "Dariya" Mayk Cadcın yaratdığı "Beavis and Butt-Head" serialının spin-off seriyasıdır, Dariya həmin serialda köməkçi personajlarından biri idi. Cadc yaratdığı bu personaj əsasında serial çəkilməyi ilə razılaşdı, lakin onun özü serialın hazırlanmasında iştirak etmədi çünki "King of the Hill" üzərində işləyirdi. MTV 2019-cu ildə "Dariya"nın personajlarından biri olan Codi (ing. Jodie) haqqında spin-off serialı çəkmək planları olduğunu bildirdi. 2022-ci ilin may ayında serial əvəzində cizgi film çəkiləcəyi məlum oldu. == Məzmun == Serial bir qədər kinli və hayasız yeniyetmə qız olan Daria Morgendorffer və onun ən yaxşı dostu Ceyn Leyndən bəhs edir. Hadisələr Texasın uydurma bölgəsi olan Lawndale-də cərəyan edir.
Qrafinya
Qraf, qrafinya (alm. Graf‎) — Qərbi Avropada erkən orta əsrlərdə kral rəsmisi. Titul IV əsrdə Roma İmperiyasında yaranmış və əvvəlcə ən yüksək vəzifəli şəxslərə verilmişdir (məsələn, comes sacrarum largitionum "baş xəzinadar"). VI əsrin ikinci yarısından etibarən Frank dövlətində qraf öz mahalında/qraflığında (alm. Gau‎ — əvvələr təqribən 100 nəfərdən ibarət qədim almanlarda kənd icması) məhkəmə, inzibati və hərbi səlahiyyətlərə sahib idi. II Keçəl Karlın fərmanı (877-ci il) ilə qrafın vəzifəsi və mülk sahibliyi irsi halına gətirildi. Feodal dağınıqlığı dövründə — qraflığın feodal sahibi, sonra (feodal dağınıqlığının bitməsi ilə) ali zadəgan titulu. Titul olaraq monarxik idarəetmə formasına sahib bir çox Avropa ölkəsində rəsmi olaraq mövcudluğunu qoruyur. Rusiyaya titul I Pyotr (1706-cı ildə onu ilk alan B. P. Şeremetyev olmuşdur) tərəfindən gətirilmişdir. XIX əsrin sonlarında Rusiyada 300-dən çox qraf tituluna malik zadəgan nəsli var idi.
Erifiya
Erifiya (q.yun. Ἐρύθεια) — qədim yunan mifologiyasında Hesperidlərdən biri. O, ya Atlas və Hesperidin qızı, ya da Hesper və Nyuktanın qızı hesab olunur. Higin təhrif olunmuş Erikadan bəhs edir. Hesperidlər qərbdə Okean çayının sahillərində yaşayırdılar. Onlar "Hesperidlər bağı"nda əbədi gəncliyin qızıl almalarını qoruyurdular.
Pifiya
Pifiya ( q.yun. Πῡθία, lat. Pythia ) — Qədim Yunanıstanda, Parnas dağının yamacında yerləşən Delfidəki Apollon məbədində Delfi orakulunun kahini. Onu adı adı ilan Pifondan gəlir. O, ilanı oxlarla öldürən Apollon tərəfindən işğal olunana qədər Delfi orakulunun qoruyucusu idi.