Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Razmik Panosyan
Razmik Panosyan (erm. Ռազմիկ Փանոսեան; 2 fevral 1964, Beyrut) — erməniəsilli Kanada tarixçisi və politoloqu. Etnik erməni olan Panosyan 1964-cü ildə Livanın Beyrut şəhərində anadan olmuşdur. O, Kanadada "[erməni] icması ilə məşğul olan" ailədə böyümüşdür. İngilis, fransız və erməni dillərini bilir. O, 2002-ci ildə London İqtisadiyyat Məktəbində (LSE) namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiya işi "Multilokal milli kimliyin təkamülü və müasir millətçilik siyasəti: Ermənistan və onun diasporu" adlandırmışdır. O, Beynəlxalq İnsan Hüquqları və Demokratik İnkişaf Mərkəzində siyasət direktoru olmuş və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (BMTİP) də daxil olmaqla, beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərmişdir. O, London İqtisadiyyat Məktəbində və London Universitetində mühazirələr oxumuşdur. Hal-hazırda Portuqaliyada yaşayan Panosyan 2013-cü ildən Kalust Gülbəkyan Fondunun erməni icmaları departamentinin direktorudur.
Razmiyan
Razmiyan - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Qərbi Ələmut bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 965 nəfər və 284 ailədən ibarət idi. Bu şəhərin əhalisi tatlardan ibarətdir və tati dilində danışırlar.
Razi
Razi — ad. Razi Nurullayev — Azərbaycan siyasətçisi. Razi Səfərov Fəxrəddin Razi — Məhəmməd ibn Zəkəriyə əl-Razi — fars tibb və kimya elm adamı. Yaşayış məntəqələri Razi (Xoy) — İranda kənd.
Cahangir Rəzmi
Cahangir Rəzmi (16 dekabr 1947, Ərak) mükafat qazanmış İranlı fotoqraf və hadisə yerindən xəbərlər fotoqrafiya müəllifi olmaq üçün 1980-ci ildə Pulitzer mükafatı qazandı. Onun fotoşəkili "İranda güllələmə", 27 avqust 1979-cu ildə qəbul olundu və İran qəzeti İttilaatda anonim şəkildə çap oldu.Neçə gün sonra, o, dünyanın çoxsaylı qəzetlərinin ön səhifələrinə çıxdı.Bu fotoqraf,Pulitzer mükafatının 90 illik tarixində yalnız anonim qalibi olmuşdur,çün Rəzminin kimliyi fotoqraf kimi 2006-cı ilə qədər aşkar olunmamışdı.
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Qordon Ramzi
Qordon Ceyms Ramzi (ing. Gordon James Ramsay Jr.) — Britaniyalı aşpaz, restoranlar sahibi və televiziya aparıcısı və prodüseri. Onun restoranları ümumilikdə 16 Michelin ulduza layiq görülüb. 1966-cı ilin noyabrın 8-də Constoun şəhərində anadan olub. 5 yaşından Straford şəhərində böyüyürdü. Qordon ailədəki dörd uşağından ikincidir. Böyük bacısı, Dayan, kiçik qardaşı Ronni və kiçik bacısı İvonn var. Qordon sözlərinə görə, Ronni azyaşlı olarkən, heroin saxladığına görə azadlıqdan məhrum olunub. Onun atası Qordon Ceyms 1997-ci ildə həlak olmuş. Fərqli vaxtlarda atası hovuz idarəçisi, qaynaqçı və satıcı işləyirdi, bacısı İvonna ilə anası Helen (qızlıqda Kosqrov) tibb bacıları idilər.
Razim Məmmədov
Razim Məmmədov (21 iyun 1966, Ağdü, Sisian rayonu) – Xətai Rayon İcra Hakimiyyətinin başçısı (2006–2018). Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Qərbi Azərbaycanda, Sisiyan rayonunun Ağudi kəndində anadan olub. İlk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq"ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984–1986-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub. Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.
Razim Paşayev
Razim Paşayev — Azərbaycan bəstəkarı. Onun bir çox bəstələri illər uzunu xalq mahnısı adıyla tanınıb. Tanınmış müğənni Səyyad Əlizadənin "Sənin üçün oxuyuram" adlı kompakt—disk şəklində çıxan albomuna xalq mahnıları və onlar qədər həzin və məlahətli səslənən Razim Paşayevin bəstələri də daxil edilib. "Ədalət" qəzetinin baş redaktor müavini, şair Əbülfət Mədətoğlu yazdığı şerlərə bəstələnmiş bir kompakt-disk də dinləyicilərə məlumdur.
Fəxrəddin Razi
Fəxrəddin Əbu Abdullah Məhəmməd ibn Ömər ər-Razi, daha çox Fəxrəddin ər-Razi (ərəb. فخرالدین الرازی‎ kimi tanınır; hicri 1149, Rey — hicri 1209, Herat) — əşirət qələminin tanınmış nümayəndəsi, altıncı mücəddid. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. Yarımçıq olan məşhur Məfatih əl-qayb təfsiri ona məxsusdur. Bu təfsiri o, mutazilit əz-Zəmaxşarinin təfsirinə cavab olaraq yazmışdır. == Həyatı == Tam adı Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ət-Təbaristani Fəxrəddin ər-Razi olan filosof 1149-cu ildə Reydə anadan olmuşdur. Atası Rey şəhərinin hatibi olmuşdur. Buna görə də onu İbn əl-Hatib (hatibin oğlu) deyə çağırmışlar. Şafi fiqhi, üsul əl-fiqh sahəsində ilk təhsilini atasından və əl-Kamal əs-Simnanidən almışdır. Fəlsəfəni isə Məcduddin əl-Cilidən öyrənmişdir.
Hüseyn Razi
Rzayev Hüseyn Məmməd oğlu (Hüseyn Razi; 17 oktyabr 1924, Dəstə, Naxçıvan MSSR – 27 fevral 1998, Dəstə, Naxçıvan Muxtar Respublikası) – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984). == Həyatı == 1924-cü il oktyabrın 17-də Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Ordubad Pedaqoji Məktəbini bitirdikdən sonra Culfa rayonunun Ərəzin kəndində orta məktəbdə müəllim işləmişdir (1941-1943). İkinci dünya müharibəsində Sovet ordusu sıralarında Oryol, Kursk, Bryansk istiqamətində gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, sağaldıqdan sonra kiçik təyyarə mütəxəssisləri məktəbini bitirmiş, ikinci Pribaltika cəbhəsində əlahiddə uzaq kəşfiyyat alayında xidmət etmiş, ordudan tərxis olunmuşdur (1943-1945). Ordubadda səkkizillik məktəbdə müəllim, Dəstə kənd klubunda müdir, Naxçıvan Radio Verilişləri Redaksiyasında redaktor, "Şərq qapısı" qəzetində ədəbi işçi, Azərbaycan Teleqraf Agentliyinin Naxçıvan MR üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. "Şərq qapısı" qəzetində Ədəbiyyat və İncəsənət şöbəsinin müdiri olmuş (1962-1989), sonra təqaüdə çıxmışdır (1989). S.M.Kirov adına ADU-nun filologiya fakültəsini bitirmişdir (1959). 1947-ci ildə ilk şeirləri "Şərq qapısı" qəzeti və "İnqilab və mədəniyyət" jurnalında çap olunmuş, bundan sonra dövri mətbuatda müntəzəm olaraq çıxış etmişdir. O, poetik yaradıcılıqla bərabər tərcümə ilə də məşğul olmuşdur. M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev, O.Şestinski, R.Həmzatov, R.Babacan, A.Bartonun şeirlərini dilimizə tərcümə etmişdir.
Rami Miron
Rami Miron (ivr. ‏רמי מירון‏‎; 17 yanvar 1957, Bakı) - olimpiya güləşçisi. Azərbaycan yəhudilərindən olan ailədə, 1957-ci ilin 17 yanvar tarixində Bakı şəhərində dünyaya gəlmişdir. Daha sonralar Sovet İttifaqından İsrailə köçmüşdür. 1975-ci ildə yüngül çəkidə çıxış edən Rami Miron həmin ildə Dünya Gənclər Çempionayında VI, Dünya Çempionatında isə VII yeri tutmuşdur. O, həmçinin 1975-ci ildə Təl Əviv Beynəlxalq Güləş Turnirində qızıl medal qazanmış və İsrail qəzeti Maariv tərəfindən "İlin İdmançısı" mükafatına layiq görülmüşdür.. Bundan sonra İsrail üçün güləşməyə başlamış və 1976-cı ildə Monrealda keçirilən olimpiya yarışlarında sərbəst güləş üzrə İsrail yığmasında çıxış etmişdir. Bu zaman onun 19 yaşı var idi. ABŞ-ni təmsil edən Ronald Jozefi, İşveçli Lennart Lundelli, Avstraliyalı Zsiqmond Kelevitzi məğlub etmiş, lakin macar Janos Kocsis və yarımfınalda qızıl medalı qazanacaq Sovet İttifaqını təmsil edən Pavel Piniginə məğlub olmuşdur. Olimpiya oyunlarının sonunda VII yeri tutumuşdur.
Rami Qaripov
Rami Qaripov (başq. Рәми Йәғәфәр улы Ғарипов 12 fevral 1932, Arkaul[d], Başqırd MSSR – 20 fevral 1977, Arkaul[d], Başqırd MSSR) — Başqırd şairi. Başqırdıstanın xalq şairi Rami Qaripov 12 fevral 1932-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Salavat rayonunun Arkaul kəndində kolxozçu ailəsində anadan olmuşdur. Doğma kəndindəki yeddi illik məktəbi bitirib, sonra 9 nömrəli Ufa orta məktəbində oxumuşdur. 1950–1955-ci illərdə A. M. Qorki adına Ədəbiyyat İnstitutunun tələbəsi olur. Oranı bitirdikdən sonra "Başqırdıstan Şurası" qəzetinin redaksiyalarında, "Ağidel" jurnalında və Başqırd kitab nəşriyyatının bədii redaktoru işləmişdir. 1959–1964-cü illərdə Rami Qaripov doğma yurdunda yaşayır, Yuryuzan kolxozu və Salavat rayonunun Sarqamış sovxoz komsomol təşkilatının katibi, Salavat regional qəzetinin şöbə müdiri vəzifələrində çalışır. 1964–1966-cı illərdə "Başqırdıstan Şurası" qəzetində ədəbi işçi, 1968–1972-ci illərdə "Başqırdıstan Qızı" jurnalının icraçı katibi işləyir. Rami Qaripovun əsərləri 1950-ci ildən çap olunmağa başlayır. İlk şeiri 1950-ci ildə "Ədəbi Başqırdıstan" jurnalında çap olunur.
Razi (Xoy)
Razi (fars. ‎‎رازي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Razi Nurullayev
Razi Nurullayev (1 aprel 1971, Xəlfəli, İmişli rayonu) — azərbaycanlı siyasətçi, Milli Cəbhə Partiyasının və "Region Beynəlxalq Analitik Mərkəzi"nin (RBAM) sədri, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı. 2015–2020-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrliyinə iddiaçı olmuş Nurullayev, 2018-ci il və 2024-cü il Azərbaycan prezidenti seçkilərində prezidentliyə namizəd kimi iştirak etmişdir. Razi Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. 1978–1988-ci illərdə İmişli rayonu Xəlfəli kənd məktəbində orta təhsil alıb.[mənbə göstərin] 1992–1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakültəsində ali təhsil alıb.[mənbə göstərin] 2000–2005-ci illərdə Cənubi-Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsində ali təhsil alıb.[mənbə göstərin] 2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi ixtisasartırma kursunu bitirib.[mənbə göstərin] Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.[mənbə göstərin] 1994-cü ilin yanvar ayından 1995 noyabr ayına qədər "ÇAĞ" qəzetində müxbir işləyib. Bu qəzetdə beynəlxalq siyasət, mədəniyyət, adət-ənənələr və inkişaf məsələləri ilə bağlı onlarla yazılar yazıb, "The Daily Mail", "The Times" və "The Guardian" kimi qəzetlərdən onlarla tərcümələr edib.[mənbə göstərin] 1995-ci ilin may ayından 1995-ci ilin noyabr ayına qədər Bakı şəhərində yerləşən "Hyatt Regency" hotelində VIP qonaqlarla iş üzrə çalışıb.[mənbə göstərin] 1995–1997-ci illərdə "McDermott Marine Construction"da tərcüməçi, anbar və alqı-satqıya nəzarətçi işləyib.[mənbə göstərin] "Çıraq 1" neft platformasında Quruda və dənizdə iş, baş mühəndisin köməkçisi və gəmi kapitanının tərçüməçisi olub.[mənbə göstərin] 1998-ci ilin yanvar ayından 1998-ci ilin may ayına qədər Rusiyanın Həştərxan şəhərində yerləşən "BUE Caspian Ltd." şirkətində ingilis, rus, Azərbaycan dilinə gəmi sənədlərinin və layihələrinin tərcüməçisi olub. Xəzər gəmiçiliyi, banklar və gömrük idarələri arasında danışıqların aparılması işini görüb.[mənbə göstərin] 1998-ci ildən 2001-ci ilə qədər "Baku Steel Company"də menecer köməkçisi və tərcüməçi olub.[mənbə göstərin] 2001-ci ilin may ayından 2003-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın "International Alert" təşkilatının Azərbaycan üzrə məsləhətçisi olub.[mənbə göstərin] 2001-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dillər Universitetində İngilis dilinin qramatikasından mühazirələr deyib.[mənbə göstərin] 2002-ci ilin fevral ayından AMEA Beynəlxalq Münasibətlər İnstitutunda, 2003-cü ildən 2006-cı ilə qədər isə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq" şöbəsində elmi işçi kimi fəaliyyət göstərib.[mənbə göstərin] 2001-ci ilin iyun ayından 2002-ci ilin yanvar ayına qədər Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub.[mənbə göstərin] 1999-cu ilin sentyabr ayından 2011-ci ilə qədər Demokratik İslahatlar Uğrunda Cəmiyyətin həmsədri olub.[mənbə göstərin] 2007-ci ildən 2012-ci ilə qədər Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının kordinatoru olub.[mənbə göstərin] 2009-cu ilin sentyabr ayının 15-dən 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub. 2012-ci ildən Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.[mənbə göstərin] 19 avqust 2015-ci ildə AXCP-də Əli Kərimlidən narazı qüvvələr sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib. 2020-ci ilin 28 iyul tarixində keçirilən onlayn qurultayda Razi Nurullayev AXCP adından imtina etdi və yeni Milli Cəbhə Partiyasını təsis etdi. 2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən (SD) namizəd olub.
Razi Səfərov
Razi Səfərov (6 iyun 1981, Cəhri, Babək rayonu) — azərbaycanəsilli cüdoçu, cüdo üzrə görmə məhdudiyyətləri olan şəxslər arasında dünya çempionu. Hal-hazırda "İnterpol"da axtarışdadır. Razi Səfərov 6 iyun 1981-ci ildə Azərbaycan SSR-də, Naxçıvan MSSR-nin Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Onun Azərbaycan və Rusiya vətəndaşlığı var. Səfərov 2006-cı ilə qədər Rusiya millisində çıxış etmişdir. O, 2006-cı ildə görmə qabiliyyətini qismən itirmişdir. 2010-cu ildə Kocaeli Böyükşəhər Bələdiyyəsinin "Kağıtspor" komandasına transfer olmuş və Türkiyənin görmə məhdudiyyətli cüdo milli komandasının düşərgələrində partnyor idmançı kimi iştirak etmişdir. O, görmə məhdudiyyətləri olan şəxslər arasında cüdo üzrə dünya çempionu olmuşdur. Səfərov 2011-ci ildə Türkiyə millisində oynamaq üçün Türkiyə vətəndaşlığını almağa çalışmışdır. O, bu zaman Kocaelidə olarkən siyasi sığınacaq istəmiş və bildirmişdir ki, digər ölkələrdən təkliflər olsa da, Türkiyə adına yarışmaq istəyir.
Rami Malek
Rami Malek (İngiliscə /ˈrɑːmi ˈmælɪk/ ərəb. رامي سعيد مالك‎; 12 may 1981, Los-Anceles, Kaliforniya) — ABȘ aktyoru. O, vaxtilə USA Network-də yayımlanmıș "Cənab Robot" psixoloji-dram serialında canlandırdığı xakker Elliot Alderson obrazı və Böyük Britaniyanın məșhur rok qrupu "Queen"dən bəhs edən "Bohemiya Rapsodiyası" filmində canlandırdığı qrupun solisti Freddi Merkyuri rollarına görə tanınır. O fəaliyyəti ərzində bir çox təriflər almıș və ən yaxşı aktyor üçün "Akademiya" mükafatına layiq görülmüș ilk Misir əsilli aktyordur. "Taym" jurnalı Malekin adını 2019-cu ilin "100 ən nüfuzlu adamı" siyahısına daxil edib. Rami Malek ilk aktyorluq fəaliyyətinə Nyu-York şəhərindəki kinoteatrlarda başlamışdır. Bu müddət ərzində o, "Evdəki müharibə", "Sakit okean cəbhəsi", "Muzeydə gecə" kimi film və seriallarda çıxış etmișdir. 2021-ci ildə, "Kiçik șeylər" adlı kriminal-bədii filmində baş rolu canlandırmış, Ceyms Bondun "Ölmək üçün vaxt yoxdur" filminin əsas antaqonisti olmuşdur. Malek, həmçinin bir sıra televiziya və videooyunlarındakı personajları səsləndirmișdir. Rami Saed Malek 12 may 1981-ci ildə Kaliforniyanın Torrens şəhərində anadan olmuşdur.
Şərif Razi
Seyid Rəzi və ya Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd (ləqəbi: Şərif Rəzi; 970 və ya təq. 970, Bağdad – 27 iyun 1015 və ya 1016, Bağdad) — alim, fəzilət sahibi və ədib, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən. O, on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Quranı əzbərləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yaxşılıqlardan paya malik olub. Seyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərin- dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nöman bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidin- də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”.
Əmin Razi
Əmin Əhməd oğlu Razi (az-əbcəd. امین رازی‎ ləqəbi: Ümid) — Səfəvilər dövrünə (16–17-ci əsrlər) aid Azərbaycanlı coğrafiyaşünas və yazıçı olub. Bətləmiusun Əl-Məcisti yeddi iqlim sisteminə əsaslanaraq məşhurYeddi iqlim (fars. هفت اقلیم‎ — həft iqlim) adlı coğrafi təzkirəsinin yazmışdır. Razi Səfəvi dövlətinin Rey şəhərində ziyalı ailədə anadan olmuşdur. Onun atası Mirzə Əhməd Tehrani Şah I Təhmasib tərəfindən Rey şəhərinin rəisi təyin olunmuşdur. Onun əmisi Məhəmməd Şərif şair və Xorasan vilayyətinin başçısının naziri və sonra da Şahın naziri olmuşdur. Razi qeyd edir ki, o, qamusunu hicri təqviminə görə 1002-ci ildə (1593 miladi) altı il işlədikdən sonra tamamladı, baxmayaraq ki, indiyə qədər olan əsərdə daha kiçik tarixə aid əlavələr var. Onun doğum və ölüm tarixləri məlum deyil. Səfəvi sarayının üzvü olan Əmin Razi Şah Abbas dönəmində Hindistana gedərək Cahangir şahla görüşmüşdür, başqa məlumata görə, Əkbər Şahın dövründə Muğal Hindistanına səfər etmiş ola bilər.
Rami kazarması
Rami kazarması (türk. Rami Kışlası) — İstanbulun Avropa hissəsindəki Əyyubsultan rayonunda yerləşən keçmiş Osmanlı ordusu və Türkiyə Silahlı Qüvvələri kazarmaları. Kazarma binaları 1770-ci illərdə tikilib və hazırda kitabxana kimi istifadə edilmək üçün yenidən bərpa olunub. 2023-cü ildə burada müasir Rami kitabxanası açılıb.. Rami kazarması 1757–1774-cü illər arasında Osmanlı sultanı III Mustafanın dövründə tikilib. Onlar sonradan 1828-ci və 1829-cu illərdə II Mahmudun hakimiyyəti dövründə Asakiri Mənsurəyi Məhəmmədiyyə ordu qüvvələrinin yerləşdirilməsi üçün təmir olunub və genişləndirilmişdir. Kazarma binaları Əyyubsultan səmtindəki Rami məhəlləsində yerləşirlər. O, vaxtlar bu ərazi İstanbulun kənarları sayılırdı. Tarixən bu kompleks Rami məhəlləsində "Topçu Kışlası" (kazarması) kimi tanınırdı. Onlar Osmanlı hərbi islahatının bir hissəsi olaraq Yeni Nizam Ordusu (Nizami-Cədid ordusu, hərfi mənada "yeni nizam") əsgərləri üçün tikilmiş mühüm hərbi kazarma idi.
Rami kitabxanası
Rami kitabxanası (türk. Rami Kütüphanesi) — Kitabxana 2023-cü ildə İstanbulda bərpa olunan Rami kazarmalarında istifadəyə verilib. 2023-cü ildən İstanbulun ən böyük kitabxanası sayılır. 220 min kvadratmetr sahədə inşa edilən kitabxana 4200 nəfərlik istifadəçi yeri və 2,5 milyon kitaba malikdir. Kitabxanada şəhər muzeyi, kitab mağazaları, suvenir mağazaları, banklar, kafelər, restoranlar, kinoteatrlar və s. kimi 120-yə yaxın kommersiya müəssisəsi fəaliyyət göstərir, həmçinin 1200 avtomobilin yerləşə biləcəyi dayanacaq tikilib. Onun tərkibinə Bəyazid Dövlət Kitabxanası Onun tərkibinə Bəyazid Dövlət Kitabxanası xidmət bölmələri, Tərtib Müdirliyinin xidmət sahələri, Atatürk Araşdırma İxtisas Kitabxanası və əlyazma təmiri şöbələri daxil edilib. Kitabxananın həyəti ictimai bağ kimi nəzərdə tutulub. Rami kazarmaları Osmanlı imperiyası dövründə Asakiri Mənsurəyi Məhəmmədiyyə ordu qüvvələri üçün tikilib və 1828-ci ildə istifadəyə verilib. Kazarma binaları 1871-ci ilə qədər hərbi məqsədlər üçün istifadə edilib.
Azmi Qovumuramadhoni
Azmi Qovumuramodhoni
Bedri Rahmi Eyüboğlu
Bedri Rahmi Eyüboğlu – (1911-ci il Görele - 21 sentyabr 1975-ci il İstanbul) Türk rəssam və şairidir. == Həyatı == Bedri Rahmi 1911-ci ildə Qaradəniz, Görele-də doğulub. O, beş uşaqlı ailənin ikinci uşağı olub. Böyük qardaşı Sabahattin Eyüboğlu tanınmış bir yazıçı idi. Kiçik bacısı Mualla Eyüboğlu isə bərpa işində çalışan ilk memarlardan biri olub. O, daha çox İstanbuldakı Topkapı sarayının Harem bölməsində etdiyi işlərlə tanınır. Atası vali vəzifəsində işlədiyinə görə, Trabzonda liseyə gəlmədən əvvəl Türkiyənin müxtəlif yerlərində yaşamışdılar. O, 1929-cu ildə İstanbulda Gözəl Sənətlər Akademiyasına girmək üçün İstanbula köçdü. 1931-ci ildə isə qardaşı ilə birlikdə Fransada təhsil almaq üçün müvəqqəti olaraq Akademiyadakı təhsilini dayandırdı. O, əvvəlcə Dijon, sonra Lyonda Fransızca öyrəndi.
Fəxrəddin ər-Razi
Fəxrəddin Əbu Abdullah Məhəmməd ibn Ömər ər-Razi, daha çox Fəxrəddin ər-Razi (ərəb. فخرالدین الرازی‎ kimi tanınır; hicri 1149, Rey — hicri 1209, Herat) — əşirət qələminin tanınmış nümayəndəsi, altıncı mücəddid. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. Yarımçıq olan məşhur Məfatih əl-qayb təfsiri ona məxsusdur. Bu təfsiri o, mutazilit əz-Zəmaxşarinin təfsirinə cavab olaraq yazmışdır. == Həyatı == Tam adı Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ət-Təbaristani Fəxrəddin ər-Razi olan filosof 1149-cu ildə Reydə anadan olmuşdur. Atası Rey şəhərinin hatibi olmuşdur. Buna görə də onu İbn əl-Hatib (hatibin oğlu) deyə çağırmışlar. Şafi fiqhi, üsul əl-fiqh sahəsində ilk təhsilini atasından və əl-Kamal əs-Simnanidən almışdır. Fəlsəfəni isə Məcduddin əl-Cilidən öyrənmişdir.
Rami (film, 2007)
Rami — İran kinorejissoru Babək Şirinsifətin bədii filmi. Erməni təcavüzü zamanı özünü xilas edən kənd sakinləri ilə birlikdə Arazın o tayına keçib itkin düşmüş arvadını axtaran qəhrəmanın İranda başına gələn əhvalat filmin əsas süjet xəttini təşkil edir. Film “Yanıq Kərəmi” havasından istifadə olunmuşdur. Çəkilişlər Azərbaycanda və İranda aparılıb. Kamran Yunis Günay Mikayılova Mehriban Xanlarova Qurban İsmayılov İlqar Cahangirov 2008-ci ildə "Nizami" kinoteatrında "Rami" bədii filminin premyerası keçirilib.
Rami Mehmed Paşa
Rami Mehmed Paşa (1645, Konstantinopol – 1706, Rodos) — II Mustafa dönəmində 6 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda dövrünün məşhur şairlərindən olması və şeirlərində dövlət adamlarını kəskin tənqid etməsi səbəbilə ərəbcə "atıcı, iynələyici" mənası verən Rami təxəllüsü almışdır. 1655-ci ildə İstanbulun Əyyubsultan ilçəsinin Nişançı məhəlləsində dünyaya gəlmişdir. Atasının adının Həsən ağa olduğu bilinir. Gənclik illərində bir müddət atasının yanında çalışmış, İstanbulun su yollarının təmiriylə məşğul olmuşdur. Sonralar yazı qabiliyyətinin yaxşı olması səbəbilə divan-i hümayuna alınmış, zamanla katibliyə qədər yüksəlmişdir. Qısa zamanda dönəmin məşhur şairləri arasında tanınmış, bununla yanaşı ikinci vəzir müsahib Mustafa Paşanın məsrəf katibi kimi fəaliyyət göstərmişdir. 1678-ci ildə yaxın dostu şair Nəbiylə birlikdə həcc ziyarətinə getmiş, ziyarətdən döndükdən sonra Mustafa Paşa tərəfindən divan əfəndiliyinə yüksəldilmişdir. 1685-ci ilə qədər şair Nəbiylə birlikdə paşanın xidmətində qaldı. Mustafa Paşanın vəfatından sonra yenidən divan xidmətinə dönən Mehmed Əfəndi 16 noyabr 1694-cü ildə rəisülküttablığa gətirildi.
Atəş ramı
Atəş ramı və ya Taran — döyüşdə istifadə oluna biləcək ən sonuncu hücum variantıdır. Hücum vasitələri bitmiş və ya zədələnmiş təyyarənin digər təyyarəyə və ya yer hədəfinə çırpılması ilə məhv üsuludur. Təyyarələrin ixtirasından çox əvvəl dəniz və quru döyüşlərində bu hücum növündən istifadə olunmuşdur. Atəş ramı ilə Kamikadze hücumları eyni deyildir. Çünki atəş ramı zamanı pilotun sağ qalmaq ehtimalı vardır. İlk taran 1914-cü ildə Birinci Dünya Müharibəsi zamanı Pyotr Nesterov tərəfindən həyata keçirilmişdir. Azərbaycan Hərbi Hava Qüvvələri tarixində ilk dəfə atəş ramı həyata keçirən pilot polkovnik Zaur Nudirəliyev olmuşdur.
Kazumi
Kazumi — Yaponiya kişi adı. Kazumi Takada — keçmiş Yaponiya futbolçusu. Kazumi Tsubota — keçmiş Yaponiya futbolçusu.
Nazim
Nazim — Azərbaycanda və Türkiyədə daha çox işlədilən kişi adı. Nazim Hikmət — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) Nazim Mahmudov — Azərbaycanlı professor. Nazim Mədətov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. Nazim Məmmədov Nazim Məmmədov (rejissor) — Azərbaycanlı rejissor, kino rəssamı, animator. Nazim Məmmədov (alim) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Nazim Məmmədov (professor) — professor. Nazim Məmmədov (iqtisadçı) — iqtisadçı. Nazim Məmmədov (general-leytenant) — general-leytenant. Nazim İmamverdiyev — Nazim Nağıyev — Səbail rayon polis idarəsi (1995–2003) və Binəqədi rayon polis idarəsinin (2003–2006) rəisi. Nazim Əlicanov — sərbəst güləş üzrə Avropa çempionu (2002), əməkdar idman ustası.
Ramiz Drazi
Ramiz Həsənoğlu (tam adı: Mirzəyev Ramiz Həsənağa oğlu; 13 aprel 1946, İrəvan) — Azərbaycan teatr, kino və televiziya rejissoru, "Azərbaycantelefilm"in direktoru (2019), Azərbaycan Respublikasının xalq artisti (2006), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R. Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir. Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır.
Qazma
Qazma — Azərbaycan Respublikasının Balakən rayonunun Qazma kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 6,660 nəfərdən çoxdur. Qazma bələdiyyəsinin tərkibinə Qazma, Bədağar, Darvazbinə, Cillik, Öküzovtala və Şambulbinə kəndləri daxildir. Kənd əhalisinin məşğuliyyətləri — Fındıq, qoz, qarğıdalı yığımı, maldarlıq, arıçılıq, tütünçülükdür (son illərdə az sayda). Yaşayış məntəqəsinin ilk evləri vaxtilə sadə yeraltı ev tipli qazmalardan ibarət olduğuna görə ona belə ad verilmişdir. Qazma tipli yaşayış yerləri kənddə XX əsrin 50-60-cı illərinə qədər istifadə edilmişdir. Kənd əhalisi arasında olan versiyaya görə Qazma kəndi qədimdə sıx meşəlik ərazi olmuş, bura ilk köçən insanlar özlərinə torpağın altında qazma sığınacaqlar düzəltmişlər. Tarixçi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin fikrinə görə Gereyli, Tülü, Qullar Qazma və Katak kimi kənd adları qədim Bulqar türkləri ilə bağlı olub, II-IV əsrlərdə formalaşmışdır. Qazma kəndinin əhalisi arasında "Qoz tala" adı ilə tanınan hissəsində, 2010-cu ildə kənd sakinlərindən birinin fındıq bağında kurqan-nekropol aşkar edilmişdir. Arxeoloq N.Muxtarovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar çox maraqlı faktları, o cümlədən çox qədim bir məbədin qalıqlarını üzə çıxardı.
Kazım
Kazım — Kişi adı.