Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ruby
Ruby — proqramlaşdırma dili. Dilin yaradıcısı yapon Yukihiro Matsumotodur. O, bu dili yaratmaq üçün Perl, Smalltalk və Eiffel dillərindən yararlanmışdır. Matsumoto əvvəlcə bu dilə iki ad seçmişdi — "Coral" və "Ruby". Amma "Coral" adı Matsumotodan öncə başqa dilə verildiyi üçün Ruby variantının üzərində dayanıldı. "Ruby" ingilis dilində "rubin" mənasını verir.
Ruby on Rails
Ruby on Rails — çox vaxt qısaca Rails, Ruby proqramlaşdırma dilində yazılmış açıq kodlu veb tətbiqlər yaratma çərçivəsidir (framework). Ruby on Railsin ilk versiyası 2004-cü ildə istifadəyə verilmişdi, sonuncu versiyası 3.2 2012-ci ilin Yanvar ayında istifadəyə buraxılıb. Digər veb çərçivələr kimi Ruby on Rails də Model/View/Controller arxitekturasından istifadə edir. Ruby on Rails çox zaman RubyGems paket idarəedicisini istifadə etməklə qurulur. Ruby on Rails ilk əvvəllər veb servislər üçün SOAP istifadə edirdi, sonralar bu RESTful veb servislərlə əvəz edildi.
Ruby (proqramlaşdırma dili)
Ruby — proqramlaşdırma dili. Dilin yaradıcısı yapon Yukihiro Matsumotodur. O, bu dili yaratmaq üçün Perl, Smalltalk və Eiffel dillərindən yararlanmışdır. Matsumoto əvvəlcə bu dilə iki ad seçmişdi — "Coral" və "Ruby". Amma "Coral" adı Matsumotodan öncə başqa dilə verildiyi üçün Ruby variantının üzərində dayanıldı. "Ruby" ingilis dilində "rubin" mənasını verir.
Rubyon (kommuna)
Rubyon (fr. Roubion) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Rube
Rube (fr. Roubaix, nid. Robaais) - Fransanın şimalındakı bir keçmiş sənaye şəhəri, Belçika sərhədinə yaxın bir. Üçüncü böyük şəhər isə Nor-Pə-Dö-Kəle-Pikardiya regionunda yerləşən 95.866 əhalisi olan Rubedir. Rube xalqı müxtəlif etnik qruplardan ibarətdir. Vikianbarda Rube ilə əlaqəli mediafayllar var.
Rubl
Rubl (/ˈruːbəl/; rus. рубль) Rusiya iqtisadiyyatı ilə bağlı olan Şərqi Avropa ölkələrində işlədilən pul vahidi. Rubl ilk dəfə Rusiya imperiyası dövründə pul vahidi kimi yaradılmışdı. Sonra isə SSRİ-nin valyuta vahidi kimi işlədilmişdir. Dövrümüzdə Rusiyada və Belarusiyada valyuta kimi işlədilir. Habelə, Rusiyanın təsiri altında olan Abxaziya və Şimali Osetiyada da rəsmi pul vahidi kimi rubldan istifadə edilir. Bir rubl 100 qəpikə(rus. копе́йка) bərabərdir.. Belarus rublu Rusiya rublu Монеты России и СССР Historical Currency Converter Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Cek Rubi
Cek Rubi (ing. Jacob Leon Rubenstein) — ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qatili Li Harvi Osvaldı qətlə yetirmiş polşa əsilli gecə klubu sahibi.
Frans Rubo
Frans Rubo (rus. Франц Алексеевич Рубо; fr. Franz Alexeïevitch Roubaud; 5 (17) iyun 1856, Odessa, Xerson quberniyası – 13 mart 1928, Münxen) — Fransız əsilli rus rəssam; əsasən batal janrında müharibə təsvirləri yaratmaqla tanınmışdır. Rubo XIX əsrin sonları və XX əsrin əvvəllərində Rusiya imperiyasında panoram rəssamlığının əsas nümayəndələrindən hesab olunur. Rəssamın əsərləri əsasən müharibə və şəhər təsvirlərindən ibarətdir ki, bu baxımından 1813-cü ildə Rusiya imperiyası və Qacarlar arasında baş vermiş Lənkəran döyüşünün təsvir edildiyi eyni adlı tablonu misal göstərmək olar. == Həyatı == Frans Rubo 1856-cı ilin 15 iyun tarixində Rusiya imperiyasının Odessa şəhərində əslən fransız-katolik olan ailədə anadan olmuşdur. Atası Alex Rubo, anası Madelin Seneq olan Frans ilk rəssamlıq təhsilini anadan olduğu Odessa şəhərində yerləşən Rəssamlar Akademiyasında almışdır. Rubo ailəsinin kökü Fransanın cənubunda yerləşən Marsel şəhərindən idi və Alex Rubo, Odessaya gəlməmişdən əvvəl, Marseldə kitab satışı ilə məşğul olmuşdur. Rubo Odessa Rəssamlıq Akademiyasında ilkin təhsilini başa vurduqdan sonra Almaniyanın cənubunda yerləşən Münhen şəhərinə yollanmış və 1877-ci ildən etibarən Münhen Rəssamlıq Akademiyasında təhsil almağa başlamışdır. Rəssamlıq üzrə dövrünün iki tanınmış akademiyasında təhsil alıqdan sonra Rubo, yenidən Rusiya imperiyasına qayıdır və Sankt-Peterburq şəhərində yerləşən, eyni adlı İmperiyal Rəssamlıq Akademiyasında panoram və müharibə rəsimləri çəkməyə başlayır.
Rubi Rouz
Rubi Rouz Langenheym (20 mart 1986, Melburn) – avstraliyalı model, DJ, sənətkar, aktrisa, tele aparıcı və Meybelline NewYork-un tanınmış siması. Rose əvvəlcə "Suite For Fleur" ilk performansı ilə 2008-ci ildən etibarən aktrisalığa davam etdi. "Around The Black" adlı dramada kiçik bir rol almışdır. Ruby Katia Langenheim adlı 20 yaşındaki sənətkar ve subay bir qadının qızı olmuşdur. Rose 12 yaşında lezbiyen olduğunu açıqladı. Buna görə dostları ve mekteb yoldaşları tərəfindən sözlü və fiziki tacize məruz qalıb. Belə bir halda Ruby tez-tez intihar etmək qərarını alıb. Həmçinin bir yaxını tərəfindən uşaq təcavüzünə məruz qalmışdır. Ruby-nin bipolar və klinik depressiyası vardır. Uşaqlıqda cinsiyyətini dəyişdirib oğlan olmaq istədiyine görə pul yığdığını deyib, lakin sonra fikrini dəyişmişdir.
Rubi Sparks
Rubi Sparks (ing. Ruby Sparks) — 2012-ci il ABŞ istehsalı romantik, fentezi, komediya-dram filmi. Rejissoru Conatan Deyton və Valeri Farisdir. Ssenarisi Zoi Kazan tərəfindən yazılıb. Baş rollarda Pol Dano və Zoi Kazan çəkilib. Film gənc yazar Kelvindən bəhs edir, bir gün o, gördüyü yuxudan sonra xəyalındakı qız haqqında kitab yazmağa qərar verir. Onun yaratdığı bu personaj möcüzəli şəkildə öz evində peyda olur. Rubi Sparks — Internet Movie Database saytında.
Rəqəmsal rubl
Rəqəmsal rubl (rus. Цифровой рубль) — Rusiya Mərkəzi Bankı tərəfindən hazırlanmış mərkəzi bank rəqəmsal valyutası. Bu, artıq mövcud olan nağd və nağdsız pul formalarına əlavə olaraq, Rusiya milli valyutasının üçüncü formasıdır. Rublun bütün formaları bir-birinə ekvivalent olacaq. Rəqəmsal rubl Rusiya Bankı tərəfindən rəqəmsal formada buraxılacaq, nağd və nağdsız rublun xüsusiyyətlərini özündə birləşdirəcək. Rəqəmsal rublun rəsmi buraxılış tarixi 15 avqust 2023-cü il idi. Kriptovalyutaların inkişafı fonunda 2017-ci ilin oktyabrında "kriptorubl"un yaradılmasının texnoloji həyata keçirilməsinə dair hökumət qərar layihəsi hazırlanmışdır. 2020-ci ilin oktyabr ayında Rusiya Federasiyası Mərkəzi Bankı mərkəzi bank rəqəmsal valyutasının yaradılması haqqında hesabat təqdim etmişdir. Mərkəzi Bankın kriptovalyutaya çevrilməyəcəyi vurğulanmışdır. Buna səbəb onun Rusiya Bankı tərəfindən mərkəzləşdirilmiş qaydada buraxılacağı və bunu hesablaşmaların təhlükəsizliyinin təminatçısı olacağı idi.
Ruy Ramos
Ruy Ramos (d. 9 fevral 1957) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 32 oyun keçirib, 1 qol vurub.
Mariu Ruy
Mariu Ruy (27 may 1991, Sineş[d]) — Portuqaliyalı futbolçu. "Napoli" klubunun və Portuqaliya milli komandasının müdafiəçisi. "Benfika"da formalaşan futbolçu, peşəkar karyerasının böyük hissəsini İtaliyada keçirib, A Seriyasında "Empoli" və "Roma" klublarında oynayıb. Mariu Ruy DÇ-2018-də Portuqaliya yığmasının heyətində çıxış edib. == Karyera == Mariu Portuqaliyanın "Benfika" klubunun yetirməsidir. Ancaq o, bu klubun böyüklərdən ibarət komandanın heyətində bir dənə də olsun oyun keçirməyib. 2010/11 mövsümündə Portuqaliyanın "Fatima" klubuna icarəyə verilib və bu komandanın heyətində Portuqaliya ikinci liqasında 25 oyun keçirib və 1 qol vurub. 2011-ci ildə İtaliyanın "Parma" klubu ilə müqavilə bağlayıb. 2011–2014-cü illərdə o, İtaliyanın "Parma" klubuna məxsus olsa da, komandanın heyətində bir dənə də olsun oyun keçirməyib və müxtəlif komandalara icarəyə verilib. 2011/12 mövsümündə o, "Qubbio"da icarə əsasında çıxış edib.
Rubl abidəsi (Tomsk)
Rubla abidə (Tomsk) — iki metr hündürlükdə, 250 kiloqram çəkidə ağacdan hazırlanmış rubl abidəsi. 100:1 nisbətində hazırlanmışdır. Ağcaqayın ağacından hazırlanıb və rütubətdən qorunması üçün üstü xüsusi məhlulla örtülüb. Hal-hazırda şəffaf qutu içərisinə yerləşdirilib.
Rubi Rouz (müğənni)
Rubi Rouz Benton (ing. Rubi Rose Benton; 2 oktyabr 1997, Leksinqton, Kentukki, ABŞ) — amerikalı repçi, mahnı müəllifi və model.
Rub-əl-Xali
Rub-əl-Xali — (ərəb. الربع الخالي‎‏ — "boş rüb")) — Yaxın Şərqdə geniş qumlu səhra. Ərəbistan yarımadasının cənubun üçdə bir hissəsini təşkil edir. Dünyanın ən böyük (sahəsi 650 000 km² təşkil edir), isti (iyul-avqust aylarında maksimum orta temperatur 47–50 °C təşkil edir) və quru (yağıntıların illik miqdarı ≈35 mm, buxarlanma qabiliyyəti >2000 millimetr təşkil edir) səhralarından biridir. Arid səhralar kateqoriyasına aiddir. Oman, BƏƏ və Yəmən dövlətlərinin ərazisində yerləşir. Koordinatları: 44°30' — 56°30' ş.u və, 16°30' — 23°00'. şim.e. Rub-əl-Xali Ərəbistan şelfi vasitəsilə cənub-qərbdən şimal-şərqə tərəf uzanmış böyük hövzədir. Qum təpələrinin hündürlüyü 250 m-ə çatır.
Rub əl-Xali
Rub-əl-Xali — (ərəb. الربع الخالي‎‏ — "boş rüb")) — Yaxın Şərqdə geniş qumlu səhra. Ərəbistan yarımadasının cənubun üçdə bir hissəsini təşkil edir. Dünyanın ən böyük (sahəsi 650 000 km² təşkil edir), isti (iyul-avqust aylarında maksimum orta temperatur 47–50 °C təşkil edir) və quru (yağıntıların illik miqdarı ≈35 mm, buxarlanma qabiliyyəti >2000 millimetr təşkil edir) səhralarından biridir. Arid səhralar kateqoriyasına aiddir. Oman, BƏƏ və Yəmən dövlətlərinin ərazisində yerləşir. Koordinatları: 44°30' — 56°30' ş.u və, 16°30' — 23°00'. şim.e. Rub-əl-Xali Ərəbistan şelfi vasitəsilə cənub-qərbdən şimal-şərqə tərəf uzanmış böyük hövzədir. Qum təpələrinin hündürlüyü 250 m-ə çatır.
Ruy Qonsales de Klavixo
Ruy Qonsales de Klavixo — (isp Ruy Gonzales de Clavijo) — Kastiliya və Leon Kralı III Enrikenin Əmir Teymura yolladığı səfiri, diplomat. Paytaxt Səmərqəndə qədər keçdiyi yollar və hadisələri nəql edən "Səmərqəndə Səyahət" əsəri orta əsrlərdə Ön Asiya, Qafqaz və Orta Asiyadakı türklərin həyatı haqqında önəmli ipucları verir. Timurun dövründə Səmərqəndin bir məhəlləsinə Madrid adı verilir. Hal-hazırda Səmərqənd şəhərində Rui Gonsales de Klavixo küçəsi var.
Ruy Qonzales de Klavixo
Ruy Qonsales de Klavixo — (isp Ruy Gonzales de Clavijo) — Kastiliya və Leon Kralı III Enrikenin Əmir Teymura yolladığı səfiri, diplomat. Paytaxt Səmərqəndə qədər keçdiyi yollar və hadisələri nəql edən "Səmərqəndə Səyahət" əsəri orta əsrlərdə Ön Asiya, Qafqaz və Orta Asiyadakı türklərin həyatı haqqında önəmli ipucları verir. Timurun dövründə Səmərqəndin bir məhəlləsinə Madrid adı verilir. Hal-hazırda Səmərqənd şəhərində Rui Gonsales de Klavixo küçəsi var.
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Grube
Adolf Eduard Qrube (alm. Adolph Eduard Grube‎;18 may 1812, Köniqsberq – 2 iyun 1880, Vrotslav, Prussiya) — Alman anatomu və zooloqu. == Əsərləri == "Zur Anatomie und Physiologie der Kiemenwürmer" (1838); "Die Familie der Anneliden" (1851); "Untersuchungen über den Bau von Peripatus Edwardsii" (1853); "Annulata Oerstedtiana" (1856–58); "Die Insel Lussin und ihre Meeresfauna" (1864); "Annulata Semperiana" (1878). == Ədəbiyyat == M'Intosh W. C. Adolph Edouard Grube // Nature. — 1880. — Vol. 22. — P. 435–436. — doi:10.1038/022435d0. Romer F. Adolf Eduard Grube // Leopoldina.
Hubey
Hubey (çin. 湖北) — mərkəzi Çinin şərqindəki əyalət. Vilayətin hakimiyyət orqanı Uhanda yerləşir.
Juba
Juba (1978) — İraq işğalı zamanı 645 ABŞ əsgərini öldürdüyü iddia edilən İraqlı snayperçinin ləqəbi. İraq döyüşü və üsyanlarında iştirak edərək, bir neçə videoda yer almışdır. Bu videolardan ikincisi Juba'nın 37 Amerika əsgərini vurduğunu iddia etdiyini göstərir. Juba'nın həqiqi bir fərd olub-olmaması, çoxsaylı insanlar arasında paylaşılan bir rolun olması və ya bir təbliğat məqsədilə medianın yaratması bilinmir. == Həyatı == "Juba" özü haqqında bunları deyib: "Qatil deyiləm, insanları öldürməkdən xoşum gəlmir. Lakin işğal etdiyiniz ölkəmi müdafiə edirəm. Sizin snayperin 14 yaşlı Şeymanı öldürməsini heç vaxt unutmayacağam. Ölkəmizə ziyarət üçün gəlsəydiniz sizi öz ölkənizə gülə-gülə yola salardıq. Amma ölkəmizi işğal etdiyiniz üçün sizə yaşatdıqlarınızın eynisini yaşadacayıq. Analarımız öldürülən oğulları üçün ağladılar.
Kuba
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir.
Kubey
Kubey (v. 272) — 260-cı ildən 272-ci ilədək qəbilə başçısı idi. Huçuquanın hakimiyyəti dövründə Sağ Müdrik şahzadə idi. Qardaşı Baonun dövründə isə Sol Müdrik şahzadə oldu. Şərqi Xan imperiyasının dağılmasından sonra Tiefu konfederasiyasını qurdu və müstəqilləşdi. Kubeyin ölümündən sonra Tiefu konfederasiyası qərb və şərq qollarına ayrıldı.
Moby
Riçard Mellvil Holl (ing. Richard Melville Hall) – Moby adı ilə məşhur olan amerikalı bəstəkar, musiqiçi və dj. Riçard 11 sentyabr 1965-ci il Nyu-York ştatının Harlem şəhərində anadan olub. Konnektikut ştatının Darien şəhərində böyüyüb. Valideynləri onu uşaqlıqdan bəri Moby deyə çağırırdılar. Bu ad onun əcdadı olan Herman Mellvil tərəfindən yazılmış Mobi-Dik adlı əsərdən götürülmüşdü. O uşaqlıqdan bəri gitara, bass-gitara, zərb alətləri və klavişli musiqi alətlərində çalmağı öyrənir. Hələ 13 yaşında olarkən o, hardkor pank-rok qrup olan "The Vatican Commandoes" qrupunda çıxış edirdi. 1989-cu ildə "Instict Records" səsyazma şirkəti ilə müqavilə bağlayır. Bundan əvvəl isə müxtəlif klublarda house dj-i kimi çalışırdı.
PUBG
PUBG: Battlegrounds (əvvəlki adı PlayerUnknown's Battlegrounds ilə bilinir) — Cənubi Koreya videooyun şirkəti "Krafton" şirkətinin bir hissəsi olan "PUBG Studios" tərəfindən hazırlanan və nəşr olunan onlayn multipleyer döyüş oyunu. 2000-ci ilin yapon filmi "Battle Royale"-dan ilhamlanaraq yaradılmış oyunda, 100 oyunçu paraşütlə bir adaya atlayaraq müxtəlif silah və vasitələrdən istifadə edərək digər oyunçuları öldürüb həyatda qalan son oyunçu olmağa çalışır. Oyun ərazisi vaxt keçdikcə daralmağa başlayır, oyunçular xəritənin təhlükəsiz adlanan ərazisinə daxil olmağa məcbur edilirlər, həyatda qalan yeganə oyunçu və ya komanda matçın qalibi olur. 2021-ci ilin sonuna qədər fərdi kompüterlərdə və oyun konsollarında 75 milyon nüsxədən çox satılan "PUBG: Battlegrounds", PC və Xbox One üçün ən çox satılan videooyunu, eləcə də bütün zamanların beşinci ən çox satılan videooyunudur. Oyunun mobil versiyası "PUBG Mobile" 1 milyarddan çox endirmə toplamış və 8,42 milyard ABŞ dollarından çox gəlir əldə edərək dördüncü ən yüksək gəlirli mobil oyun olmuşdur. PC və konsol oyunlarından qazandığı ümumi gəliri 4,65 milyard dollara bərabər olan "PUBG: Battlegrounds", 2022-ci ilin may ayına olan ümumi gəliri 13,07 milyard dollardır ki, bu da onu bütün zamanların ən çox gəlir gətirən videooyunlarından birinə çevirir. Oyun 12 yanvar 2022-ci ildən etibarən pulsuzdur. "PUBG: Battlegrounds" ilk dəfə 2017-ci ilin martında Steam-in erkən giriş beta proqramı vasitəsilə Windows üçün buraxıldı, tam buraxılışı isə 2017-ci ilin dekabrında edildi. Oyun həmin ay Microsoft Studios tərəfindən Xbox One üçün Xbox Game Preview proqramı vasitəsilə buraxıldı, rəsmi olaraq 2018-ci ilin sentyabrında yayımlandı. 2018-ci ildə Android və iOS üçün pulsuz oynaya bilən mobil versiyası "PUBG Mobile" PlayStation 4 üçün portlanmış versiyası ilə birlikdə buraxıldı.
Quba
Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba Bakıdan 168km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürüldüyünə inanılır Yaqutun lokallaşdırılmasına görə (1227) "Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər", ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX–X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372–1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi". Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı.
Rabu
Rabu (fr. Rabou, oks. Rabòu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Qap-Kampan kantonuna daxildir. INSEE kodu — 05112. 2008-ci ildə əhalinin sayı 77 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 56 nəfər (15-64 yaş) arasında 44 nəfər iqtisadi fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 70.5%). Fəal 44 nəfərdən 35 nəfəri (19 kişi və 16 qadın), 9 nəfəri işsizdir (7 kişi və 2 qadın).
Ruan
Ruan — Fransanın şimalında şəhər və liman. Şəhər Sena çayı sahilində yerləşir və dənizkənarı Sena departamentinin inzibati mərkəzidir. Əhalisi 541 410 (2007) nəfərdir. Ruan XI əsrdən toxuculuq, XVI əsrdən isə manufaktura sənayesi mərkəzi idi. Memarlıq abidələri: Notr-Dam, Sent-Uen, Sen-Maklu kilsələri, Burteruld oteli (1501-1537), Ədliyyə sarayı (1508-1509), ağacdan yaşayış evləri (XVI əsr) və s. Şəhərdə zərif sənətlər və keramika muzeyi var. Ruan qallara məxsus qədim yaşayış məskəninin yerində salınmışdır. E.ə. I əsrdə romalılar, V əsrin sonunda isə franklar şəhəri işğal etmişlər. 911-ci ildə Normandiya hersoqluğunun paytaxtı olmuş, 1150-ci ildə isə özünüidarə hüququ almışdır.
Hübi
Hübi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 59 nəfərdir.
Nübl
Nübl (ərəb. نبل‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 3.817 ailədə 10.836 nəfəri kişi və 10.203 nəfəri qadın olmaqla 21.039 nəfərdir.