Ruyş ilanbaşı
Ruyş ilanbaşı — (lat. Dracocephalum ruyschiana)
Çoxillik bitkidir. Gövdəsi bir və ya bir neçə, nazik, sadə və ya budaqlı, hündürlüyü 20–45 sm, qısatüklü və ya demək olar ki çılpaqdır. Yarpaqları oturaq, xətti-lansetvari və ya xəttvari, üstdən tünd yaşıl, altdan daha açıq rəngdədir. Köbələri azçiçəklidir, gövdənin təpəsində uzunsov başcıqlı çiçəkbirliyi şəklində yığılmışdır, çiçəkləri demək olar ki, oturaqdır. Kasacıqları 7–12 mm, qısatüklü, çox vaxt bənövşəyidir. Tacı 2–2,5 sm, əlvan bənövşəyi və ya bənövşəyi-göy rəngdə, xaricdən qısa tüklüdür. Toxumcaları 3 mm uzunluqda, hamar yumurtavari, küt üçtinli, demək olar ki, qara rəngdədir.
BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Dağ çəmənlərində bitir.