Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərxan Sərxan
Sərxan Sərxan (müğənni) — Azərbaycan müğənnisi. Sərxan Sərxan (qatil) — ABŞ senatoru Robert Kennedinin qatili.
Sərxan Sərxan (müğənni)
Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; 18 iyun 1952, Bakı) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018). == Bioqrafiya == Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb. == Diskoqrafiya == Танго (azərb. Tanqo‎) — 3:43 Осень (azərb. Payız‎) — 4:06 Прости (azərb.
Sərxan Sərxan (qatil)
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Sərxan Abdullayev
Sərxan Abdullayev (filoloq)
Sərxan Aliyev
Sərxan Bayramov
Sərxan Oktay oğlu Bayramov (12 iyul 1993, Zaqatala – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri. 03.04.2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Kiçik gizir Bayramov Sərxan Oktay oğlu 1993-cü ilin 12 iyul günündə Zaqatala şəhərində anadan olub. 01.09.2000-ci ildə Zaqatala şəhəri Nizami Hüseynov adına 2 saylı tam orta məktəbinin birinci sinfinə daxil olub. 31.05.2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Subay idi. == Hərbi xidməti == Kiçik gizir Bayramov Sərxan Oktay 08.10.2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Müddətli həqiqi hərbi xidməti zamanı könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə keçmiş, orda Xüsusi Təyinat kursunu bitirdikdən sonra ona kiçik gizir hərbi rütbəsi verilmişdir. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində gedən aprel döyüşləri zamanı 03 aprel 2016-cı ildə Ağdərə-Goranboy istiqamətində Talış kənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Aprelin 11-i isə kiçik gizir Sərxan Bayramov doğulduğu Zaqatala şəhərində son mənzilə yola salındı.
Sərxan Bağırov
Sərxan Azər oğlu Bağırov (d. 10 oktyabr 1997; Göygöl, Azərbaycan — ö. 3 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Sərxan Bağırov 10 oktyabr 1997-ci ildə Göygöl rayonunun Alməmmədli kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Sərxan Bağırov 2016-cı ilin 3 aprel tarixində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Sərxan Bağırov doğulduğu Göygöl rayonunun Alməmmədli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Bağırov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Sərxan Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Sərxan Hacıyev
Sərxan Eldar oğlu Hacıyev (8 iyul 1990, Qobustan, Azərbaycan — 23 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Hacıyev 8 iyul 1990-cı ildə Qobustan şəhərində anadan olub. Əslən qədim Borçalı mahalının Başkeçid elindəki (Gürcüstan, Dmanisi) Qızılkilsə kəndindən idi. Orta təhsilini də Qobustanda bitirib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Həci Hüseynov Füzulinin azad edilməsində savaşıb. Sərxan 23 oktyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşini bir həftə neytral ərazidə qaldıqdan sonra götürmək mümkün olub. Qobustan kənd qəbiristanlığında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərxan Hacıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sərxan Hacıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Sərxan Həsənov
Sərxan Habil oğlu Həsənov (8 mart 1999 – 27 sentyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Həsənov 1999-cu il martın 8-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 2005-2014-cü illərdə Q.Rzayev adına Hacallı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Sərxan Həsənov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sərxan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sərxan Həsənov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Əlibəyli kəndində dəfn olunub.
Sərxan Həşimov
Sərxan Həşimov (Həşimov Sərxan Qasım oğlu; d. 26 yanvar, 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — "Microsoft" Azərbaycan nümayəndəliyinin rəhbəri, "Microsoft" MDB nümayəndəliyinin idarə heyətinin üzvlərindən biri. == Həyatı == Sərxan Həşimov 1984-cü ilin yanvar ayının 26-da Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1990–2000-ci illər ərzində Bakı şəhəri 5 nömrəli orta məktəbdə təhsil almışdır. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr səviyyəsində təhsil almışdır. 2004–2006-cı illər ərzində Maliyyə Menecmenti üzrə magistr təhsili almışdır. == Ailəsi == Evlidir, bir oğlu var. Vüqar Həşimovun qardaşıdır. Asudə vaxtlarında peşəkar şahmatla məşğul olur. == Karyerası == Sərxan Həşimov HP, "Oracle" və SAP kimi beynəlxalq şirkətlərdə çalışıb.
Sərxan Kərəmoğlu
Sərxan Kərəmoğlu — aktyor, tele-aparıcı, rejissor, ssenarist, Rusiyada ilk Azərbaycan teatırının yaradıcısı, Heydər Əliyev Universitetinin məzunu, Dünya Azərbaycanlılar Konqresi RF üzrə Mədəniyyət şöbəsinin rəisi, Nəsibə Zeynalova adına Moskva Estrada teatırının bədii rəhbəri, Türkiyə Cümhuriyətində İstanbulda "Guliyeva adına Türk-Azərbaycan Mədəniyyət Mərkəzi"nin prezidenti. == Həyatı == == Filmoqrafiya == Adam ol! (film, 2005) (tammetrajlı bədii film) — ssenari müəllifi, ikinci rejissor, rol: Zeynal Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film) — ssenari müəllifi, quruluşçu rejissor, rol: Sərxan Adam ol!
Sərxan Kəskin
Sərxan Kəskin (25 noyabr 1977, İzmit) — 1997-ci ildə İzmit şəhər teatrının nəznində açılan teatr kursunda aktyorluq həyatına başlamışdır.1999-2002 illəri arasında “Akademi İstanbul” teatr məktəbində aktyorluq təhsilini bitirdikdən sonra 2002-ci ildə yaradılan “Semaver Kumpanya” truppasına qatıldı və uzun illər burada həm aktyor, həm də rejisor kimi fəaliyyət göstərdi. == Fəaliyyəti == 2011-ci ildə rejissoru Onur Ünlü olan, TRT tərəfindən yayımlanan Leyla ilə Məcnun teleserialındakı “İsmail abi” obrazı ilə daha böyük kütlə tərəfindən tanındı. Sərxan Kəskin 2014-cü ildə senaristi və rejissoru Onur Ünlü olan “Etirazım var” filmində Büşra Pekin və Osman Sonant ilə baş rolları böülşmüşdür. 2013-cü ildə Sən Aydınlatarsan Gecəni filmində rol aldı. 2013-cü ilin martında Leyla və Məcnun serialının aktyorları ilə bərabər qurduğu “Leyla The Band” musiqi qrupunda bas gitarı ilə yer aldı 2015-ci ildə Limonata filmində baş rolda Səlim obrazını canlandırdı. 2015-ci ilin fevralında başlayan Beş Qardaş teleserialında Balıqçı Səid obrazı ilə baş rolda oynamışdır. 2014-cü ildə 51-ci Qızıl Portağal Film Festivalı tərəfindən ən yaxşı kişi aktyor adına layiq görülür.
Sərxan Mirzəmmədov
Sərxan Osman oğlu Mirzəmmədov (3 avqust 1998, Mirzəməmmədqışlaq, Xaçmaz rayonu – 9 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Mirzəmmədov 1998-ci il avqustun 3-də Xaçmaz rayonunun Mirzəməmmədqışlaq kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərxan Mirzəmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərxan Mirzəmmədov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Mirzəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Mirzəmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərxan Mirzəmmədov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sərxan Mustafayev
Sərxan İslam oğlu Mustafayev (21 mart 1994; Qazax rayonu, Azərbaycan — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Mustafayev 1994-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 2001-2009-cu illərdə Aslanbəyli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Sərxan Mustafayev 2012-2013-cü illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərxan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərxan Mustafayev oktyabrın 31-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Aslanbəyli kəndində dəfn olunub.
Sərxan Muxtarov
Sərxan İlqar oğlu Muxtarov (26 iyun 1988; Sarıqamış, Xanlar rayonu, Azərbaycan SSR — 12 yanvar 2021; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Sərxan Muxtarov 26 iyun 1988-ci ildə Xanlar rayonunun (indi Samux rayonuna aiddir) Sarıqamış kəndində anadan olmuşdur. 2005-ci ildə Gəncə şəhər 36 nömrəli tam orta məktəbi bitirmişdir. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. == Hərbi xidməti == Sərxan Muxtarov 2009-cu ildə "Motoatıcı” ixtisası üzrə ali hərbi təhsilini aldıqdan sonra leytenant ilkin hərbi zabit rütbəsi alımışdır. İkinci Qarabağ müharibəsi dövründə mayor Sərxan Muxtarov Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin tərkibində Ağcabədi, Ağdam, Qazax, Qubadlı və Sərhəd Qoşunlarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Ordusunun mayoru olan Sərxan Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vətən müharibəsi bitdikdən sonra Qubadlı rayonunda xidmətini davam etdirən tabor komandiri Sərxan Muxtarov 12 yanvar 2021-ci ildə həmin yerdə vəzifə başında minaya düşərək şəhid olmuşdur. Sürücüsü əsgər Məcid Səfərov isə həmin hadisədə ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir.
Sərxan Məmmədov
Sərxan Elxan oğlu Məmmədov (4 noyabr 1993, Nemətabad, Yevlax, Azərbaycan — 19 oktyabr 2020, Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Məmmədov 4 noyabr 1993-cü ildə Yevlax rayonunda dünyaya gəlib. Hələ uşaq yaşlarından idmana böyük marağı olan Sərxan karate üzrə bir sıra nailiyyətlər qazanıb. 2020-ci ildə isə yenidən MAXE kimi ordu sıralarında xidmətə başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sərxan Məmmədov Madagizin azad edilməsində savaşıb. Sərxan Məmmədov 2020-ci il oktyabrın 10-da Suqovuşanda gedən döyüşdə şəhid olub. Yevlaxda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sərxan Ocaqverdiyev
Sərxan Ocaqverdiyev (16 iyul 1967, Səfikürd, Qasım İsmayılov rayonu – 5 may 1992, Talış) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ocaqverdiyev Sərxan Surxay oğlu 16 iyul 1967-ci ildə Goranboy rayonu Səfikürd kəndində anadan olmuşdur. 1975-ci ildə Tatarlı kənd orta məktəbinin I sinfinə getmiş, 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1985-ci ildə Sovet ordusu sıralarında xidmət etmiş, 1987-ci ildə ordudan tərxis olunmuşdur. Həmin il Gəncə Maşınqayırma Texnikumuna daxil olmuş 1989-cu ildə oranı bitirərk Gəncə Maşınqayırma Zavodunda işə daxil olmuşdur. == Döyüşlərdə iştirakı == 1991-ci ildə Xocalı soyqırımından sonra, bu vəhşiliyə dözə bilməyən Sərxan yerli könüllü batalyonuna yazılmışdır. Bir çox doyüşlərdə igidlik göstərən qəhrəmanın son döyüşü Talış kəndində 5 may 1992-ci ildə olmuşdur. Goranboy rayonun Səfikürd kəndində dəfn edilmişdir. Nişanlı idi. Hal-hazırda oxuduğu Tatarlı kənd orta məktəbi onun adını daşıyır.
Sərxan Qasımov
Sərxan Vaqif oğlu Qasımov (28 dekabr 1995, Dağ Kəsəmən, Ağstafa rayonu – 27 dekabr 2013, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2013-cü ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Sərxan Qasımov Vaqif oğlu 28 Dekabr 1995-ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 2001–2012-ci illərdə Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbində 11 illik orta təhsil alıb. Eyni zamanda Qazax rayon musiqi məktəbinin muğam söbəsini bitirmiş və müxtəlif muğam müsabiqələrində iştirak edərək qalib olmuşdur. 2013-cü ildə hərbi xidmətə çağrılmış və Tərtər rayonunun N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdə vəzifəsi baş atıcı idi. Sərxan Qasımov xidmətdə olduğu müddətdə Tərtər rayon Çaylı kəndində döyüş bölgəsində ön xətdə olmuşdur. == Hərbi xidməti == Sərxan Qasımov 2013-cü ildə, dekabrın 27-si Azərbaycan-Ermənistan təmas xəttinin Tərtər rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Dekabrın 28-i isə Sərxan Qasımov son mənzilə yola salındı.
Sərxan Quliyev
Quliyev Sərxan Babaş oğlu (1 aprel 1968, Aşağı Mollu, Qubadlı rayonu, Azərbaycan SSR) — Azərbaycan şahmatçısı. Beynəlxalq dərəcəli qrosmeyster (1995). == Həyatı == Sərxan Quliyev 1968-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1985-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuş və 1992-ci ildə oranı bitirərək mühəndis-iqtisadçı ixtisasına yiyələnmişdir. Rusiya Dövlət Bədən Tərbiyəsi Akademiyası yanında Ali Məşqçilər Məktəbində (1995–96) təhsil almış, 1996-cı ildə oranı bitirərək "Ali dərəcəli məşqçi" rütbəsini almışdır. 1997-ci ildə isə həmin Akademiyanın şahmat kafedrasında aspiranturaya qəbul olunmuş və eyni zamanda orada müəllim işləmişdir. 1995-ci ildə Beynəlxalq qrosmeyster rütbəsinə yiyələnmişdir. Moskva-1994, Elista-1998 ümumdünya şahmat olimpiadasında və Pula-1997 Avropa komanda birinciliyində Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Sonra Veloreçensk–1991, Fridik-Mistik–1992, Çessko-Budoyovistsa–1992, Minsk-1994, Vladivostok–1994, Moskva–1995, Tehran–1999, 2000, İzmir–2000, Bakı–1994-cü il beynəlxalq yarışlarının qalibi olmuşdur. Sərxan Quliyev 17 dəfə müxtəlif səviyyəli yarışlarda Azərbaycan yığma komandasının tərkibində çıxış etmişdir.
Sərxan Salahov
Sərxan Həsənqulu oğlu Salahov ( 1 mart 1991, Ələki, Naxçıvan Muxtar Respublikası – 2 noyabr 2020, Xocavənd rayonu ) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Sərxan Salahov 1991-ci il mart ayının 1-də, Şərur rayonunun Ələki kəndində anadan olub. Ələki kənd tam orta məktəbində orta təhsil alıb.Ailəli idi.İki qızı yadigar qalıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Sərxan Salahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərxan Salahov noyabr ayının 2-də Hadrutun azad edilməsində şəhid olub. Noyabr ayının 6-da Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Salahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Salahov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sərxan Ömərov
Sərxan Mübariz oğlu Ömərov (18 oktyabr 1999, Yuxarı Tala, Zaqatala rayonu – 13 sentyabr 2022, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. == Həyatı == Sərxan Ömərov 1999-cu il oktyabrın 18-də Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. 2005-ci ildə Zaqatala rayonu Yuxan Tala kənd 4 nömrəli tam orta məktəbinə daxil olub, 2005-ci ildən 2014-cü ilə qədər həmin məktəbdə təhsil almışdır. 2014-cü ildə C. Naxçıvanski adına Hərbi liseyə daxil olub və 2017-ci ildə həmin liseyi bitirib. 08.08.2017-ci ildən 30.09.2020-ci ilədək Heydər Əliyev AAHM-də təhsil alıb və həmin məktəbin Quru Qoşunlar fakültəsini Xüsusi təyinatlı texnika sistemlər ixtisası üzrə bitirmişdir. == Hərbi xidməti == Sərxan Ömərov xidmətini davam etdirmək üçün "N" saylı hərbi hissəyə göndərilir və 30.09.2020-ci ildən 04.11.2020-ci ilədək "N" saylı hərbi hissədə tank əleyhinə idarə olunan raketlər batereyasının ll tank əleyhinə idarə olunan taqım Komandiri vəzifəsinə təyin olunub və xidmət etmişdir. 04.11.2020-ci ildən 28.11.2020-ci ilədək "N" saylı Artilleriya Briqadasında Artilleriya divizyonunun kəşfiyyat rəisi vəzifəsində xidmət etmişdir. 28.11.2020-ci ildən 25.06.2021-ci ilədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 25.06.2021-ci ildən 27.12.2021-ci ilə dək Xüsusi Təyinatlı Qüvvələr Komandanının sərəncamında olmuşdur. 27.12.2021-ci ildə isə Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində Xüsusi təyinatlı dəstənin Xüsusi təyinatlı taqım komandirinin Müavini vəzifəsinə təyin olunub və Şəhid olanadək bu vəzifədə xidmət etmişdir.
Sərxan İbrahimov
İbrahimov Sərxan Şərəfxan oğlu (1896, Cəbrayıl qəzası – 21 iyun 1947, Qaryagin) — Azərbaycan pedaqoqu, jurnalist. == Həyatı == Sərxan İbrahimov 1896-cı ildə Cəbrayıl qəzasının Manaflar kəndində (Saracıq kəndinə birləşib) anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra bir sinifli Qaryagin (Füzuli) şəhər məktəbində, 1907-1910-cu illərdə Şuşa real məktəbində, 1910-1912-ci illərdə Yelizavetpol (Gəncə) quberniyasındakı müəllimlik kursunda oxumuşdu. Bu kursu tamamlayandan sonra bir müddət Cəbrayıl qəzasının Daşkəsən kəndində müəllim işləmişdi. Sovet dönəmində 1927-ci ilə kimi Cəbrayıl RİK-də, rayon partiya komitəsində əvvəlcə ümumi şöbə müdiri, təlimatçı, sonralar isə taxıl və pambıq tədarükü işində, 1927-1930-cu illərdə isə Sərdar (indiki Fuzuli) rayonunda partiya işində, torpaq şöbəsində çalışmışdır. 1933-1934-cü illərdə Qaryagin MTS-nin direktoru, Zaqafqaziyada Federasiya Teleqraf Agentiliyinin Azərbaycan üzrə xüsusi müxbiri, Zəngilanda, Jdanovda (Beyləqanda), Cəbrayılda torpaq şöbəsinin müdiri, 1935-1936-cı illərdə Tovuz RİK-nin sədri, sonralar 1946-1947-ci illərdə SSRİ Nazirliyinin Xalq Tədarüklər Komissarlığının Azərbaycan SSR üzrə müvəkkili işləmişdir. 1937-ci ilin repressiya kampaniyası çərçivəsində bədxahları ona qarşı hücuma keçmiş, hətta "Bakinsiy raboçiy" qəzetində Makürinin imzası ilə ona xalq düşməni damğası vurulmuşdu. O 27 mart 1938-ci ildə "Bakinskiy raboçiy" qəzetində haqqında getmiş böhtan məqalənin müəllifini, qəzetin redaktorunu məhz qəzet vasitəsi ilə üzr istəməyə məcbur etmişdir. Bir çox orden və medallarla təltif edilmiş Sərxan İbrahimov Füzuli və Jdanov (Beyləqan) rayonlarında RİK sədri çalışmışdı.
Sərxan Abdullayev (filoloq)
Abdullayev Sərxan Əvəz oğlu (1942, Papı, Cəbrayıl rayonu) — filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universiteti Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri. == Həyatı == Sərxan Abdullayev 1942-ci il martın 17-də Cəbrayıl rayonunun Papı kəndində anadan olub. 1949-52- ci illərdə Papı kənd ibtidai və Çərəkən yeddiillik məktəbində oxuyub. 1959-cu ildə Horovlu kənd orta məktəbini bitirib 1959-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Alman dili fakültəsinə qəbul olunub 1965-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi saxlanılıb 1966-ci ildən Alman dili kafedrasında müəllim işləyir Kafedrada əvvəlcə baş müəllim, sonra dosent vəzifələrində çalışıb, bir müddət Roman-german filologiyası kafedrası ilə əməkdaşlıq edib 1971-ci ildə namizədlik dissertasiyası müdafiə edib 1975-76- cı illərdə germanistikanın mərkəzi sayılan Leypsiq şəhərində (Almaniya) Karl Marks adına universitetdə 10 aylıq ixtisasartırma kursunda olmuşdur 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib 1993-cü ildə Alman dili kafedrasının professoru seçilib 1976-2003- cü illərdə Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb 2003-2009- cu illərdə Alman dili kafedrasının müdiri vəzifəsində işləyib Hal-hazırda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir Ailəlidir, 4 övladı var == Təhsili, elmi dərəcə və elmi adları == 1965, M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu, Alman dili fakültəsi, fərqlənmə diplomu 1971, Filologiya elmləri namizədi, Elmlər Akademiyasının Dilçilik İnstitutu 1974, dosent, Azərbaycan Pedaqoji Dillər İnstitutu 1989, filologiya elmləri doktoru, Tbilisi şəhəri, Tbilisi Dövlət Universiteti 1994, professor, Azərbaycan Pedaqoji Dillər İnstitutu == Əmək fəaliyyəti == 1966-1973, müəllim, baş müəllim, ADU-nun Alman dili kafedrası 1974-1994, dosent, ADU-nun Alman dili kafedrası 1966-2003, dekan, ADU-nun Alman dili fakültəsi 1994-2018, professor, ADU-nun Alman dili kafedrası 2003-2009, kafedra müdiri, professor, ADU-nun Alman dili kafedrası 2017, professor, ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası 2018-ci ildə professor Sərxan Abdullayev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilib.[1] Arxivləşdirilib 2018-12-30 at the Wayback Machine == Tədqiqat sahəsi və bildiyi xarici dillər == Müqayisəi-tiploloji dilçilik, German dilləri, Dil nəzəriyyəsi, Semantika, Diskurs nəzəriyyəsi Alman, rus, ingilis, türk dilləri == Respublika və beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı == 1968, Bakı, M.F.Axundov adına APDİ-nin professor-müəllim heyətinin elmi konfransı 1981, Bakı, Dil sisteminin funksional və konstruktiv səviyyələri mövzusunda Respublika konfransı 1982, Bakı, Xarici dil müəllimlərinin seminar yığıncağı 1983, Bakı, Konfrontativ linqvistika problemlərinə dair Respublika elmi konfransı 1990, Gəncə, “Respublikanın xalq təhsili sistemində xarici dillərin fasiləsiz tədrisi” mövzusunda Respublika konfransı 1990, Bakı, Respublika elmi konfransı (Проблемы полиглосии и межьязыковой интерференции в Азербайджанской ЛСР) 1991, Xaçmaz, “Respublikada milli konsepsiya çərçivəsində xarici dillərin fasiləsiz tədrisi” mövzusunda Respublika konfransı 1990, Gəncə, Respublikanın xalq maarifi sistemində xarici dillərin fasiləsiz tədrisi mövzusunda Respublika elmi konfransı 2005, Bakı, Tərcümə və transmilli proseslər mövzusunda beynəlxalq konfrans == Çap olunmuş əsas əsərləri == 1.Dərslik, dərs vəsaiti və monoqrafiyaları 1984, Dil və bədii qavrayış, “Yazıçı”, 166 s. 1987, Alman və Azərbaycan dillərində inkarın leksik-frazeoloji ifadə vasitələri, Azərbaycan Təhsil Nazirliyi nəşriyyatı, 67 s. 1990, Müasir alman dilində təsdiq və inkarın praqmatik-üslubi variativliyi, Azərbaycan Təhsil Nazirliyinin nəşriyyatı, 79 s. 1997, Deutsch (VIII sinif üçün Alman dili) “Maarif” nəşriyyatı, Bakı, 214 s. 1998, Müasir alman və Azərbaycan dillərində inkarlıq kateqoriyası “Maarif”, Bakı, 278 s. 2001, Alman atalar sözləri və onların azərbaycanca-rusca qarşılıqları, Bakı, “Maarif”, 178 s. (N.Seyidəliyevə birlikdə) 2004, Немецкий аффирмативный контекст, Bakı, 331 s.
Sərxan Əliyev
Sərxan Əliyev (tam adı: Sərxan İslam oğlu Əliyev, 16 yanvar 1998, Sumqayıt – 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Əliyev 16 yanvar 1998-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Sərxan Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sərxan İbrahimoğlu
Sərxan İbrahimoğlu (Mustafayev Sərxan İbrahim oğlu; 18 dekabr 1983, Bakı) — Jurnalist, redaktor. O həm də keçmiş Azərbaycan futbolçusudur. Futbolçu kimi müdafiəçi mövqeyində oynamışdır. == Həyatı == Sərxan İbrahimoğlu 1983-cü il dekabrın 18-də Bakıda anadan olmuşdur. 1990-cı ildə orta məktəbə daxil olmuş və 2000-ci ildə məzun olduqdan sonra, həmin ildə Milli Aviasiya Akademiyasına daxil olmuşdur. Həmin akademiyada iqtisadiyyat və hüquq fakültəsi üzrə bakalavr və magistr dərəcəsi üzrə təhsil almışdır. İstər akademiya daxilində, istərsə də digər universitetlərə qarşı keçirilən müxtəlif turnir və matçlarda iştirak edərək akademiyanın futbol sektorunda fəal rol oynayıb. Təhsil aldığı akademiyanın ictimai-sosial tədbirlərində fəal iştirak etdiyinə görə bir neçə dəfə təşəkkürnamə və fəxri fərmanlarla mükafatlandırılmışdır. 2005–2006-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. == Fəaliyyəti == === Futbol karyerası === Sərxan İbrahimoğlunun futbolçu kimi ilk fəaliyyət illəri əsasən 1995-ci ilərdən başlayır.
Sərxan Abdullayev (gizir)
Sərxan Elxan oğlu Abdullayev (2 noyabr 1988; Qazax, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Abdullayev 1988-ci il noyabrın 2-də Qazax şəhərində anadan olub. Atası — Birinci Qarabağ müharibəsinin veteranı Elxan Abdullayevdir. 1995-2006-cı illərdə Qazax şəhərində M. Hüseyn adına humanitar və təbiət fənnləri üzrə liseydə təhsil alıb. Cəmilə Abdullayeva ilə ailəli idi. Orxan və Turan adında 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Sərxan Abdullayev 2006-2008-ci illərdə DİN Daxili Qoşunlarının Nərimanov rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə DİN Daxili Qoşunlarının Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Sərxan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sərxan Abdullayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Sərxan Məmmədov (əsgər, 2001)
Sərxan Sahil oğlu Məmmədov (9 may 2001, Qabaqtəpə, Daşkəsən, Azərbaycan — 3 noyabr 2020, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Məmmədov 27 may 2001-ci ildə Daşkəsən Rayon Qabaqtəpə kəndində dünyaya gəlib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sərxan Məmmədov Hadrutun azad edilməsində savaşıb. Sərxan Məmmədov noyabrın 3-də Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub. Daşkəsəndə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Sərxan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Sarxan
Sarxan — türk, altay və macar mifologiyasında əjdaha ilahı. Sarhan şəklində də deyilir. Sarıqan Xan, Sarıxan (Saruhan) və ya Sarıq Xan olaraq da bilinər. Əjdahaları idarə edər. Əlində mis bir dəyənəklə yeraltının doqquzuncu qatında yaşayır. Macar mifologiyasındakı əjdahanın adı Sarkanydır. == Macar mədəniyyətində == Çox başlı əjdaha (Sarkany) macar xalq əhvalatlarında mənfi xüsusiyyətlər daşıyan bir varlıqdır. (Avropa və İran mifologiyasında da əjdaha insanlara düşmən ikən Çin mədəniyyətində ejderhalar, ümumiyyətlə yaxşı xasiyyətli varlıqlardır.) Xristian mədəniyyətində ejderhalar Satan (Şeytan) və ya onun xidmətçiləri kimi görünür. "Sarkany" sözü macar nağıllarında qasırğa mənasını da saxlayır çünki "Sarkany" tez-tez qasırğalarla (və ya qasırğa kimi) gəlir. Bu xüsus qıpçaq qəbilələri vasitəsilə gələn və digər türk dillərində də bənzər söyleyişlerle iştirak edən kimi sözlərdə də görülməkdədir və "Sarkany" sözünün yağış, fırtına, qasırğa mənalarını ağıla gətirir.
Sərkan
Sərkan — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,557 nəfər və 1,418 ailədən ibarət idi.
Xərxan
Xərxan — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xərxan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Oykonim Erkən orta əsrlərdə Qafqaz Albaniyasının Arsax əyalətində (indiki Ağdərə rayonu ərazisində) mövcud olmuş Xarx qalasının adındandır. Bu qalanın adı ilk dəfə XIII əsrə aid mənbədə çəkilmişdir. Xərxan yaşayış məntəqəsi kimi əvvəlcə Ağdərə rayonu ərazisində olmuş, orta əsrlərdə dağıdılmış, əhalisi Xocavənd və Şuşa rayonları ərazisində Xərxan adlı iki kənd salmışdır. Oykonim türk dillərindəki xarz (boş, kimsəsiz) və İran dillərindəki -an (yer) komponentlərinin birləşməsindən düzəlib, "kimsəsiz, boş yer" mənasındadır. Görünür, qala XIII əsrdə artıq boşalmış və kimsəsiz olduğu üçün bu adla qeydə alınmışdır == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Serban
Serban (fr. Serbannes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03271. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 481 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 331 nəfər iqtisadi cəhətdən fəal, 150 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 71.8%). 331 aktiv insandan 300 nəfəri (152 kişi və 148 qadın), 31 nəfəri işsizdir (15 kişi və 16 qadın). Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 81 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şeyxan
Şeyxan qəzası