Xərxan — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd.[1] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xərxan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Xərxan | |
---|---|
39°43′24″ şm. e. 46°56′46″ ş. u. | |
Ölkə | |
Rayon | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.050 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Oykonim Erkən orta əsrlərdə Qafqaz Albaniyasının Arsax əyalətində (indiki Ağdərə rayonu ərazisində) mövcud olmuş Xarx qalasının adındandır. Bu qalanın adı ilk dəfə XIII əsrə aid mənbədə çəkilmişdir. Xərxan yaşayış məntəqəsi kimi əvvəlcə Ağdərə rayonu ərazisində olmuş, orta əsrlərdə dağıdılmış, əhalisi Xocavənd və Şuşa rayonları ərazisində Xərxan adlı iki kənd salmışdır. Oykonim türk dillərindəki xarz (boş, kimsəsiz) və İran dillərindəki -an (yer) komponentlərinin birləşməsindən düzəlib, "kimsəsiz, boş yer" mənasındadır. Görünür, qala XIII əsrdə artıq boşalmış və kimsəsiz olduğu üçün bu adla qeydə alınmışdır[2]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[3] | XXXX | XXXX | XXXX |
2009[4] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.