Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saməddin Fərziyev
Saməddin Qəfərov
Saməddin Əmrahov
Saməddin Əsədov
Saməddin Fəxrəddin oğlu Əsədov (5 iyun 1985, Bakı) — 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosda İdarə Heyətinin sədridir. 2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışmışdır. 2011-2014-cü illərdə "Azərkosmos"da müxtəlif vəzifələrdə çalışmışdır. 2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərmiş. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. 2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2008-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistr dərəcəsini bitirib. 2013-cü ildə ADA universitetinin "Executive Education" və "Maastricht School of Management" Strateji İdarəetmə üzrə ixtisasartırma proqramının məzunu olub. 2020-ci ildən təhsilini ADA universitetində "Executive Education" və "Duke University’s Fuqua School of Business-in Adaptive Strategic Execution Program" üzrə təhsilini davam etdirir.
Şaməddin Əliyev
Saləddin Allahverdiyev
Saləddin Xosrov oğlu Allahverdiyev (Gəncə) — Azərbaycan Respublikasının Arbitraj Məhkəməsinin Hakimi Allahverdiyev Saləddin Xosrov oğlu 1951-ci il fevralın 11-də Gəncə şəhərində (keçmiş Kirovabad) anadan olub. 1969-cu ildə orta məktəbi bitirb. Ali təhsillidir, 1973-cü ildə "Lenin ad. Azərbaycan Pedaqoji İnstitutu"nun tarix fakültəsini bitirb. 1976–1993-cü illərdə Pioner Evinin müdirü və "Lənkəran Ziyalılar Evi"nin direktoru vəzifələrində işləyib. 1993-cü ildən hüquq müdafiəçisi, 2000-ci ildən "Azərbaycan Xalqlarının Assambleyası"- ın prezidentidir. 1994–2014-cü illərdə ASDP-nin üzvü kimi fəaliyyət göstərib. Bu illər ərzində ASDP sədrinin müavini, ASDP MK üzvü seçilib, müxtəlif beynəlxalq konfranslarda iştirak edib. Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP sədrinin hüquq məsələləri üzrə müavini, ASDP Mərkəzi Komitəsinin üzvü seçilib. ASDP MK Bürosunun üzvüdür.
Zaməddin Kərəmov
Zaməddin Rüstəmov
Zaməddin Ziyadoğlu
Zaməddin Ziyadoğlu (tam adı:Həmişəyev Zaməddin Ziyad oğlu; 1 aprel 1947, Qazax) — şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Həmişəyev Zaməddin Ziyad oğlu 1947-ci il 1 aprel-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. İlk təhsilini öz doğma kəndlərində alıb. Bakıda neft texnikumunu bitirmişdir. Sonra Moskavada Sosial Münasibətlər Akademiyasının məzunu olmuşdur. Gənc neftçi kimi əmək fəaliyyətinə Neft Daşlarında başlamışdır. 25 il Neft Daşlarında işləmişdir. Şeirləri, publisist məqalələri, yumorlu hekayələri, poemaları “Neft daşları”, “Vışka”, “Qaradağ”, “İki sahil”, “Xalq qəzeti”, “Azərbaycan”, “Yeni Azərbaycan”, “Müstəqil Respublika”, “Respublika”, “Şərq”,“Ədalət”, “Göyəzən”, “Dəli Kür” qəzetlərində, “Məshəti”, “Kulina” jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. “Neftçi” Ədəbi Məclisinin sədridir.Yüz iyirmidən çox neftçi-şairi “Neftçi” Ədəbi Məclisi ətrafında birləşdirə bilmişdir.Otuz dörd qələm sahibinin kitabının redaktoru və ön söz müəllifi olmuşdur. Şeirləri 50-yə yaxın tanınmış şairin kitabına salınmış, publisistik yazıları, müsahibələri, bədii yaradıcılıq nümunələri Azərbaycan, Türkiyə və Rusiyanın 100-dək qəzet, jurnal və dərgisində çap edilmişdir.
Mehmed Sadəddin Əfəndi
Mehmed Sadəddin Əfəndi (1798, Konstantinopol – 6 avqust 1866, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1798-ci ildə İstanbulda dünyaya gəldi. XVI əsrin tanınmış tarixçisi və şeyxülislamı Hoca Sadəddin Əfəndinin nəslinin nümayəndəsidir. Atası müdərris Əbdülhəmid Əfəndidir. Atasından və dövrün mühüm alimlərindən təhsilini tamamladıqdan sonra qazı oldu və Anadolunun bir çox vilayətlərində xidmət etdi. Aydındakı xidmət illərində yerli əyanlarla yaşadığı münaqişə səbəbilə bir müddət Kütahyaya sürgün edildi. Ancaq çox keçmədən bağışlandı və Manisaya təyin edilərək uzun müddət burada xidmət etdi. 1841-ci ildə dövlətin daxilində aparılan struktur dəyişikliyi əsnasında vəzifədən alındı və İstanbula qayıtdı. Bir müddət sonra Maliyyə nazirliyində katib vəzifəsinə təyin edildi. Uzun illər müxtəlif nazirliklərin nəznində xidmət etdikdən sonra 1856-cı ildə Anadolu qazəsgərliyinə namizəd seçildi.
Sadəddin Məmmədov (gizir)
Sadəddin Əbulqasim Təbrizi
Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi — Azərbaycan da doğulmuş məşhur sufi,övliya XI əsr yazılı abidəsi olan «Qabusnamə»də gənc əxi cavanmərdlərin və sufilərin davranışlarına ayrıca fəsil həsr olunmuşdu. XII əsrdə mütəfəkkir, «kəmala çatmış arif, təriqət mürşidi və gerçəklik rəhbəri» olan Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi də əxi idi.
Elməddin Abdullayev
Elməddin Alxasov
Elməddin Babayev
Elməddin Bədəlov
Elməddin Cəfərov
Elməddin Misir oğlu Cəfərov (1 yanvar 1981, Zod, Vardenis rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Elməddin Cəfərov 1 yanvar 1981-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Doğulduğu kənddə orta təhsilə başlasa da Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüş, Gəncədə orta təhsilini davam etdirmişdir. O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Elməddin Hüseynzadə
Elməddin Həsrətov
Elməddin Həsənov
Elməddin Meydanov
Elməddin Mustafayev
Elməddin Mürsəlzadə
Elməddin Məhərrəmov
Elməddin Məmmədli
Elməddin Məmmədov
Elməddin Namazov
Elməddin Nurzaliyev
Şəmşəddin
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.
Samedik
Samedik filmi rejissor Sahil Nəzərov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Arı Productionda istehsal edilmişdir. Bütün hadisələr mafiya dəstəsinin iki ağıldan kəm üzvünün oğurladıqları hard diski yoldan təsadüfən keçən Samedik adlı uşağın önünə atmaqla başladı. Əsas rolları Səməd Səfiyarov, Səbinə Əliyeva, Elsəvər Mehdizadə, Elşən Hacıbabayev, Nizami Həsənli, Ataş Hüseyn, Sayqa Cahid və Pərvanə Talıbzadə ifa edirlər. Bütün hadisələr mafiya dəstəsinin iki ağıldan kəm üzvünün oğurladıqları hard diski yoldan təsadüfən keçən Samedik adlı uşağın önünə atmaqla başladı. Hard diski götürən Samedik özü də bilmədən özünü böyük bir tələyə saldı. Qağa adlı mafiya başçısı ağıldan kəmlərin bu işdə onu yarıtmayacaqlarını başa düşərək işə özü əl atdı. Çarəsiz qalan Samedikin köməyinə isə onun partizan babası çatır. Babanın varlığından xəbər tutan Qağa yol alır babanın dədə — baba yurdu olan Novxanıya. Qalan əhvalatlar da Novxanı kəndində cərəyan edir.