Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Garant Holding
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Gilan Holding
Gilan Holdinq — Azərbaycanda fəaliyyət göstərmiş holdinq. 2023-cü ilin iyulundan Xəzri Solutions MMC adı ilə fəaliyyət göstərib. 30 avqust 2023-cü ildə ləğv edilib. 1987-ci ildən Azərbaycanda bir sıra layihələrə sərmayələr yatırıb. Baş ofisi Bakıda yerləşirdi. Gilan Holdinq üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərib. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edib. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyub. Holdinq həmçinin beynəlxalq filiallar da təsis etmişdir. Azərbaycanda turizm, tikinti, qida maliyyə və s.
Gəmiqaya Holding
Gəmiqaya Holdinq adını Nuh əfsanəsi ilə əlaqələndirilən Naxçıvan ərazisindəki Gəmiqaya daş abidələrindən alıb.
ISR Holding
Karat Holding
Mega Holding
Meqa Holding
Messenat Holding
Paşa Holding
Paşa Holdinq və ya Pasha Holding – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan şirkətlər qrupu. 1 noyabr 2006-cı il tarixdən fəaliyyət göstərən şirkət. Holdinqin investisiya portfeli iki növ yatırımlar əsasında qurulub: Holdinq ona məxsus şirkətlərdə nəzarət iştirak payına və digər biznesdə minoritar səhmlər payına sahibdir. Azərbaycan Əmanət Bankı kimi 1874-cü ildə qurulan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti (Kapital Bank və ya "Kapital Bank" ASC), ölkənin ən iri banklarından biridir. "Kapital Bank" ASC-nin səhmlərinin 79,56%-i "PAŞA Holding" MMC-yə, 18,31%-i digər şirkətlərə, 2,13%-i isə fiziki şəxslərə aiddir. Bankın səhmdar kapitalı 185 milyon AZN adi səhmlərdən (tam ödənilmiş paylar) və 60 milyon AZN müddətsiz imtiyazlı, qeyri-kumulyativ səhmlərdən ibarətdir. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 2021-ci ilin may ayı üçün 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Geniş çeşiddə bank xidmətləri göstərən Kapital Bank 4 milyona yaxın fiziki və 25 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi müxtəlif sosial proqramlarda yaxından iştirak edir və iqtisadiyyatın real sektorunun inkişafı üzrə bir sıra proqramları həyata keçirir. Kapital Bank yerli özəl banklar arasında ən yüksək beynəlxalq reytinqə malik olan banklardan biridir.
Yıldız Holding
Yıldız Holding — qida məhsullarının istehsalı ilə tanınan Türkiyə konqlomeratı. Şirkət digər istehlak məhsulları da istehsal edir və öz pərakəndə, özəl kapital və daşınmaz əmlak əməliyyatlarına malikdir. "Yıldız Holding" 2017-ci ildə bütün müəssisələr üzrə 42,3 milyard TL gəlir əldə edərək CEEMEA regionunda ən böyük qida istehsalçıları arasındadır. Şirkətin 56,000 işçisi var və 80 fabriki var (bunlardan 25-i Türkiyədən kənarda yerləşir). "Yıldız Holding"in 130-dan çox ölkədə 320-dən çox brendi var. "Yıldız Holding"in əsas diqqətini peçenye, tort və qənnadı məmulatlarına yönəldir. Şirkət gəlirinə görə şirin peçenye kateqoriyasında dünyada ikinci, şokolad kateqoriyasında isə yeddinci yerdədir.
AF Holding
AF Holdinq 1991-ci ildən fəaliyyət göstərən Şirkətlər Qrupudur. Holdinqin baş ofisi Moskvada yerləşir, Bakı və Londonda flialları vardır. AF Holdinq həm Bakıda, həm də xaricdə tikinti, istehsal, əmlak və turizm sektorlarında fəal fəaliyyət göstərir. == Qrup şirkətləri == AF Bank Azərbaycan VTB Bankın əvvəlki adıdır və hazırda 51% payla VTB Bank tərəfindən idarə olunur. Everton Uğur 97 Muradlı AFSAN Plastik AF Pen AF Pilsa AF Holdinqlə Sabancı Holdinq arasında tərəfdaşlıq.
APA Holding
Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir. == Haqqında == "Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır. "APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır. "APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.
Ata Holding
Ata Holdinq — 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Əhməd Erəntok idi. == Haqqında == "AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. "AtaHolding"-in maliyyə sektorunda "AtaSığorta" ASC, "AtaLizinq" ASC, turizm sektorunda "AtaTurizm" MMC, "AtaTravel" MMC və 5 ulduzlu "Excelsior Hotel Baku" hoteli, sənaye sektorunda "Şəmkir Quşçuluq" MMC və informasiya texnologiyaları sahəsində "AtaTexnologiya" MMC şirkətləri fəaliyyət göstərib. Holdinq və onun törəmə təsərrüfat cəmiyyətlərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. "AtaHolding" şirkətlər qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq beynəlxalq audit şirkəti tərəfindən bu hesabat audit olunmuşdur. Holdinq Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmişdir.
Azinko Holding
Boydak Holding
"Boydak Holding" — Türkiyənin şirkətlər qrupu. Rəhbəri tanınmış iş adamı Mustafa Boydakdır. 1957-ci ildə qurulan "Boydak Holding" şirkətlər qrupu mebel, enerji, telekommunikasiya, tekstil, kimya və maliyyə sahələrində fəaliyyət göstərən 42 tanınmış şirkəti özündə birləşdirir. Türkiyənin "İstikbal", "Bellona" və "Mondi" kimi tanınmış mebel markaları məhz "Boydak Holding" şirkətlər qrupuna daxildir. Şirkətlər qrupunun illik gəliri 7 milyard dollardır.
Cahan Holding
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Azərsun Holding
Azərsun — ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən Azərbaycan şirkətidir. Azərsun Azərbaycanda ən böyük qida istehsalçısı və ixracatçısıdır (28 qida markası istehsal olunur), həmçinin kağız və qablaşdırma ticarəti ilə məşğul olur. == Tarixi == “Azərsun Holdinq” 1991-cü ildə, ilk dəfə olaraq, birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müasir avadanlıqlarla təchiz etdi, bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə verdi. Mərkəzi Logistika Departamenti “Azərsun Holdinq”in nəzdində 1997-ci ildən fəaliyyətə başlayıb. Təhsilə töhfə verən SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) 1 sentyabr 2015-ci il tarixində Azərsun tərəfindən qurulmuşdur. “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən "Təmizlik Vasitələri Fabriki" 01 aprel 2022-ci ildən istismara verildi. 2001-ci ildə Qarabağ futbol klubu'nda maliyyə problemləri yaranmışdır. "Azərsun" şirkətinin komandanı sponsorluğa götürməsindən sonra bu problem həll olundu. "Azərsun" Holdinq "Qarabağ"ın inkişafı üçün əməli işə girişdi. Şirkətin prezidenti Abdulbari Gözəlın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu.
NEQSOL Holding
NEQSOL Holding beynəlxalq şirkətlər qrupudur. Qrupun əksər şirkətləri enerji, telekommunikasiya, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərməkdədir. Onu azərbaycanlı Nəsib Həsənov təsis edib. Holdinq əvvəlcə neft-qaz sektorunda fəaliyyətə başlayıb, sonra isə əlavə fəaliyyət sahələrinə doğru genişlənib. Hazırda holdinqin tərkibinə Vodafone Ukrayna, Bakcell, Caucasus Online, Nobel Oil Group, Nobel Upstream, Norm Cement daxildir. NEQSOL Holding-in neft və qaz fəaliyyəti Böyük Britaniyada qeydiyyatdan keçmiş iki şirkət daxilində cəmləşmişdir: Nobel Oil E&P (Nobel Upstream kimi tanınır) və Nobel Oil Services (indiki Nobel Energy). Sonuncu, 2021-ci ilin dekabrında rebrendinq çərçivəsində adını Nobel Energy olaraq dəyişdirmək qərarına gəldi. Nobel Oil Group əsasən Azərbaycanda, ABŞ-də və Böyük Britaniyada fəaliyyət göstərən korporativ qrupdur. Şirkət neft-qaz sektorunda inteqrasiya olunmuş əməliyyat xidmətləri göstərir. Bu qrup 2005-ci ildə Nəsib Həsənov tərəfindən təsis edilib, daha sonra 2014-cü ildə Nobel Upstream və Nobel Oil Services adını aldı.
Liatris Holding
Liatris Holding — Azərbaycanda fəaliyyət göstərən holdinq. Təsisçisi və rəhbəri Ruhi Əliyevadır. 2018-ci ildə Bakıda fəaliyyətə başlayıb. == Liatris Travel == Liatris Travel” "Liatris Holding" şirkətlər qrupuna aid olan tibbi və səyahət şirkəti 2018-ci ildən olaraq Azərbaycanda və xaricdə tibbi, istirahət və biznes səyahətlərinin təşkil edən şirkətdir. Ünvan: Azərbaycan, Bakı, Nərimanov rayonu, Mixail Koveroçkin 38, (Hərbi Prokurorluğun yanı) == News 24 == “News24.az” xəbər portalı 2018-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və həmin ilin iyun ayından fəaliyyət göstərir. News24.az xəbər portalı siyasi, iqtisadi, sosial, kriminal, turizm, mədəniyyət, idman, şou-biznes sahəsində xəbərləri təqdim edir. Eləcə də saytda foto və videobloq bölümü də fəaliyyət göstərir ki, burada özəl reportajlar, müsahibələr və digər məlumatlar yer alır. Sayt "Liatris Holding"-nin tərkib hissəsidir. == Liatris Yapım == “Liatris Yapım” Ruhi Əliyevanın rəhbərliyi ilə 2019-cu ildə Türkiyədə fəaliyyətə başlayıb. 2020-ci ildə “Ağır Romantik” adlı film çəkib.
Holdinq
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
Kris Smollinq
Kristofer Lloyd "Kris" Smollinq (d. 22 noyabr 1989, Qrinviç) ingilis futbolçudur. Hal-hazırda Mançester Yunayted FK klubunun formasını geyinir. == Karyerası == === Klub karyerası === 2007-ci ildə Meydston Yunayted FK klubunda peşəkar olan Smollinq karyerasındakı ilk matçına 11 dekabr 2007 tarixində 1–1 nəticələnən matçda Harlou Taun FK qarşısında çıxdı və stadionda 90 dəqiqə qaldı. İlk qolunu isə 24 mart 2008 tarixində 4–2 qazandıqları matçda İst Tarrok Yunayted FK qarşısında atdı. Smollinq iyun 2008 tarixində Fulhem FK-ya 10 bin £ qarşılığında transfer oldu. Fulhem forması altındakı ilk matçına 24 may 2009 tarixində 2–0 məğlub olduqları matçda Everton FK qarşısında çıxdı. Avropa kuboklarındakı ilk matçına 17 sentyabr 2009 tarixində 1–1 bitən matçda CSKA Sofia qarşısında çıxdı. Ancaq Fulhem formasıyla qolu yoxdur. Smollinq 27 yanvar 2010 tarixində Mançester Yunayted FK klubuna transfer oldu.
Elli Qoldinq
Elena Ceyn "Elli" Qoldinq (30 dekabr 1986) ingilis müğənni. Qoldinq, 2010-cu ildə ilk studiya albomu olan "Lights" çıxarmışdır. Albom. "UK Albums Chart"da birinci yerə yüksəlmiş və İngiltərədə 850.000-dən çox kopyası satılmışdır. 2015-ci ildə çıxartdığı "Love Me Like You Do" adlı sinqlı Bozun əlli çaları filmində səsləndirilmişdir.
Gilan Holdinq
Gilan Holdinq — Azərbaycanda fəaliyyət göstərmiş holdinq. 2023-cü ilin iyulundan Xəzri Solutions MMC adı ilə fəaliyyət göstərib. 30 avqust 2023-cü ildə ləğv edilib. 1987-ci ildən Azərbaycanda bir sıra layihələrə sərmayələr yatırıb. Baş ofisi Bakıda yerləşirdi. Gilan Holdinq üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərib. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edib. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyub. Holdinq həmçinin beynəlxalq filiallar da təsis etmişdir. Azərbaycanda turizm, tikinti, qida maliyyə və s.
Gəmiqaya Holdinq
Gəmiqaya Holdinq adını Nuh əfsanəsi ilə əlaqələndirilən Naxçıvan ərazisindəki Gəmiqaya daş abidələrindən alıb.
Holdinq şirkəti
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
ISR Holdinq
Karat Holdinq
Meqa Holdinq
Messenat Holdinq
Nurol Holdinq
Nurol Holding A.Ş., Türkiyədə fəaliyyət göstərən holdinq təşkilatı. Şirkət ticarət, müdafiə sənayesi, tikinti, maşınqayırma, istehsal, turizm, maliyyə, texnologiya, enerji, xidmət sahələrində fəaliyyət göstərir. 1966-cı ildə Arhavi (Artvin) mənşəli Çarmıklı ailəsinin üzvü olan 3 qardaşın müştərəkliyi ilə holdinqin ilk şirkəti olan Nurol İnşaat A.Ş. qurulmuşdur. Çarmıklı ailəsinin üç üzvünün bərabər paya sahib olduğu xüsusi mülkiyyətdir. Adını Nurəddin, Erol, Oğuz adlı qardaşların adlarındakı hecalardan götürmüşdür. Şirkətlər 1989-cu ildə holdinq çətiri altında birləşdirilmişdirlər. Baş ofisi Ankaradadır. Ankaranın ən güclü konqlomeratlarından biridir. 2001-ci ildə şirkətin 35 illik yubileyinə, keçmiş baş nazir və Türkiyə prezidenti Süleyman Dəmirəl qatılmışdır. 2007-ci ildə Sabah - ATV tenderində iştirak etməklə media sektoruna daxil olmağı düşünmüşdü, lakin şirkətlərin maliyyə vəziyyətinə baxdıqdan sonra buna əleyhinə qərar verildi.
PAŞA Holdinq
Paşa Holdinq və ya Pasha Holding – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan şirkətlər qrupu. 1 noyabr 2006-cı il tarixdən fəaliyyət göstərən şirkət. Holdinqin investisiya portfeli iki növ yatırımlar əsasında qurulub: Holdinq ona məxsus şirkətlərdə nəzarət iştirak payına və digər biznesdə minoritar səhmlər payına sahibdir. Azərbaycan Əmanət Bankı kimi 1874-cü ildə qurulan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti (Kapital Bank və ya "Kapital Bank" ASC), ölkənin ən iri banklarından biridir. "Kapital Bank" ASC-nin səhmlərinin 79,56%-i "PAŞA Holding" MMC-yə, 18,31%-i digər şirkətlərə, 2,13%-i isə fiziki şəxslərə aiddir. Bankın səhmdar kapitalı 185 milyon AZN adi səhmlərdən (tam ödənilmiş paylar) və 60 milyon AZN müddətsiz imtiyazlı, qeyri-kumulyativ səhmlərdən ibarətdir. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 2021-ci ilin may ayı üçün 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Geniş çeşiddə bank xidmətləri göstərən Kapital Bank 4 milyona yaxın fiziki və 25 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi müxtəlif sosial proqramlarda yaxından iştirak edir və iqtisadiyyatın real sektorunun inkişafı üzrə bir sıra proqramları həyata keçirir. Kapital Bank yerli özəl banklar arasında ən yüksək beynəlxalq reytinqə malik olan banklardan biridir.
Qarant Holdinq
Garant Holding — Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təsisçisi olduğu 2005–2019-cu illərdə fəaliyyət göstərmiş Azərbaycan holdinqi. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib. 2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Garant Holing-lə əvəzləyib.
Soltinq Madonna
Uşaq ilə Madonna (Soltinq Madonna) üslubu əsasında erkən İtaliyanın Rönesans ustası Antonello da Messinaya aid edilən rəsm əsəridir. Əsərdə gəlinciyə bənzər Uşağı əlində tutan və dəbdəbəli qızıl tacı mələklər tərəfindən başının üzərində saxlanılan Madonna təsvir olunmuşdur. Tabloya London milli qalereyası ev sahibliyi edir. Soltinq adı, hansı ki həm də Robert Campinin müəllifi olduğu Madonna rəsminə verilmişdir, onu 1910-cu ildə qalereyaya bağışlayan kollektor Corc Soltinqi bildirir. Soltinq Madonna bir neçə müxtəlif mədəniyyətlərin izlərini özündə barındırır və bu da keçmişdə alimlərin onu Flaman, İspan və hətta Rus əsəri hesab etmələrinə səbəb olmuşdur. Bu, çox guman ki, 1460-lara — hələ rəssamın Siciliyada olduğu dövrə aid olan ilk əsərlərindən biridir. Bu əsər tac, Venesiya tərzi libas və şəffaf örtük kimi ustaca işlənmiş və çəkilmiş detallar ilə bəzədilmiş Madonnanı əks etdirir. Madonna İsanın anası Məryəmin xüsusiyyətlərinə malikdir. İki mələyi olan tacı onu həm də Cənnətin Kraliçəsi kimi təmsil edir. Uşaq əlində bir dənə nar saxlayır hansı ki İsanın ehtirasını rəmzləşdirir.
Sosium holdinq
"Socium" holdinqi 10 iyun 1988-ci ildə, Bakıda anadan olan alim, sahibkar, ictimai xadim, xeyriyyəçi İqor Aşurbəyli tərəfindən təsis edilib. O, ölkədəki ilk kommersiya təşkilatlarından biridir, belə ki, yaradılma tarixi SSRİ-da Kooperasiya haqqında Qanunun qəbul edildiyi günlə üst-üstə düşür. "Socium" – beynəlxalq çoxprofilli holdinqdir. Fəaliyyət sahəsi diversifikasiyalıdır: daşınmaz əmlakın idarə olunması, bank sektorunu, IT-sənayesini, kənd təsərrüfatını, elmi-texniki ixtiraları, tibbi təyinatlı malların istehsalını, mühafizə xidmətini və s. əhatə edir. Şirkətlər qrupunun 2022-ci ilə olan aktivlərinin ümumi qiyməti 13,9 milyard rub. təşkil edib. Aktivlərinin strukturu aşağıdakı qaydada paylaşdırılıb: daşınmaz əmlak – 58%, xidmətlər – 33%, istehsalat – 9%. Fəaliyyətin əsas göstəriciləri (2022): 4,4 mlrd.rub. – holdinqin illik gəliridir; 1,8 min vahid – texnoloji avadanlıqlar parkıdır; 260 min.