Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seyidağa Axundzadə
Seyidağa Axundzadə — tarixçi. Seyidağa Mir Hüseyn oğlu Axundzadə 1887-ci ildə Maştağada ruhani ailəsində anadan olub, açıqfikirli və mütərəqqi ziyalılardan idi. Atası Axund Mir Hüseyn (1852-1924) İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, islami elmlərlə yanaşı tarix, coğrafiya və tibb sahəsinə dair biliklərə dərindən yiyələnmişdir. Axund Mir Hüseyn xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq edirdi. Deyilənə görə Hacı, Axund Mir Hüseynin biliyini və istedadını yüksək qiymətləndirib ona at və fayton bağışlamışdı. Seyidağa atasının Hacı ilə dostluq münasibətlərindən faydalanaraq Tağıyevin "Kaspi" mətbəəsində mürəttib vəzifəsinə işə düzəlmişdi. O sürətlə və qüsursuz yığıcılıq peşəsinə yiyələnməklə yanaşı mətbuatda məqalələr ilə çıxış edirdi. "Kaspi" mətbəəsi Bakının indiki Sabir adına bağçasında yerləşirdi. Cavad Axundzadənin dediyinə görə anası mətbəədə işləyən atasına vaxtaşırı çörək aparırmış və hamiləliyinin son günlərindən birində – 1909-cu ildə o Maştağada yox, məhz "Kaspi" mətbəəsində anadan olmuşdur. Seyidağa Axundzadə sonralar "Orucov qardaşları" mətbəəsində, "Səda", "Hümmət", "Yeni fikir" qəzetlərində və "Azərnəşr"də linotipçi işləsə də ilk dəfə əmək fəaliyyətinə başladığı məkanı, ilk övladının dünyaya gəldiyi yeri – "Kaspi" mətbəəsini unutmurdu.
Seyidağa Həbibov
Seyidağa Mircabbar oğlu Həbibov (d. 26 oktaybr 1919, Maştağa — ö. 1 iyun 1987, Bakı) — tanınmış şair-qəzəlxan. Seyidağa Mircabbar oğlu Həbibov 1919-cu il oktyabrın 26-da Bakının Maştağa kəndində dünyaya göz açmış və ailənin yeganə övladı olmuşdur. O, öncə Cəfər Cabbarlı adına 187 nömrəli umumtəhsil tam orta məktəbində bir neçə il oxumuş, sonra təhsilini Bakıdakı Bədəl bəy adına orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra 1937-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 3-cü kursdan təhsilini yarımçıq qoymuş, və 1940-cı ildə Azərbaycan Sənaye İnstitutuna (indi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması səbəbindən Seyidağa təhsilini yarımçıq qoymuş və yaşıdları kimi ölkəmizin (keçmiş SSRİ) müdafiəsi üçün ordu sıralarına qoşulmuş, ön cəbhəyə getmiş və döyüşlərdə tankçı kimi iştirak etmişdir. O, 1943-cü ildə Mozdok rayonu ətrafında gedən şiddətli döyüşlərdə ağır yaralandıqdan sonra arxa cəbhədə xidmət etməyə göndərilmişdir. Seyidağa 1945-ci ildə müharibə bitdikdən sonra yarımçıq qalmış təhsilini davam etdirmiş və 1950-ci ildə neft mütəxəssisi kimi ali təhsil almışdır. O, əmək fəaliyyətinə öncə Bakının Ramana kəndinin neft mədənlərində neftçıxarma ustası kimi başlamışdır.
Seyidağa Mövsümlü
Seyidağa Mövsümlü (1 avqust 1957, Ucar – 25 iyun 2018, Bakı) — Azərbaycan Ordusunun ilk hərbi operatoru. Seyidağa Mövsümlü 01 avqust 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri "Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla" (3 hissəli), "Göz həkimi" "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır.
Seyidağa Mövsümov
Seyidağa Mövsümlü (1 avqust 1957, Ucar – 25 iyun 2018, Bakı) — Azərbaycan Ordusunun ilk hərbi operatoru. Seyidağa Mövsümlü 01 avqust 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri "Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla" (3 hissəli), "Göz həkimi" "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır.
Seyidağa Onullahi
Seyidağa Onullahi (26 avqust 1925, Astara, Gilan ostanı – 2004, Bakı) — Tarix üzrə elmlər doktoru, şərqşünas, professor, Bakı Dövlət Universitetinin "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri (2001–2004-cü illər) olmuş, "21 Azər" medalı ilə təltif olunmuş 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatının iştirakçısı. Seyidağa Onullahi 26 avqust 1925-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuş, orada fars dilində orta məktəbi bitirmişdi. 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmiş və buna görə "21 Azər" medalı ilə təltif olunmuşdur. Milli hökumətin süqutundan sonra mühacirət etməyə məcbur olaraq Sovet Azərbaycanına (hazırda Azərbaycan Respublikası) pənah gətirmişdir. Astarada şəhər siyasi idarəsinin rəisi işləmişdi. Güney Azərbaycanda Pişəvəri hərəkatının faciəli süqutu zamanı Sovet Azərbaycanına gəlmiş, 1952-ci ildə Gəncə şəhərində Zərdabi adına Pedaqoji İnstitutun Tarix fakültəsini bitirmiş, 6 il Ağstafada dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdı.1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1985-ci ildə professor elmi adı almışdır. 1962-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının (hazırda Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunun "Orta əsrlər tarixi şöbəsi"ndə kiçik, baş və aparıcı elmi işçi vəzifələrində işləmişdir. Ömrünün son illərində, 2001-ci ildən 2004-cü ilədək Bakı Dövlət Universitetinin (BDU) "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün başlıca problemlərinin araşdırılması ilə bağlı olmuşdur.
Seyidava (Sərdəşt)
Seyidava (fars. سيداوا‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Seyidabad
Seyedabad (Komican)
Seyidoba
Seyidlər (əvvəlki adı: Seyidoba) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Qaracalar kənd Sovetinin mövcud Seyidoba kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 18 dekabr 2007-ci il tarixli, 513-IIIQ saylı Qərarı ilə Saatlı rayonunun Seyidoba kənd inzibati ərazi dairəsi tərkibindəki Seyidoba kəndi Seyidlər kəndi adlandırılmış, Seyidoba kənd inzibati ərazi dairəsi Seyidlər kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisinin sayı 1133 nəfərdir. Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Seyidan
Seyidan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Seyidan kəndi 2012. Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine 24 sentyabr 2017-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Salyan rayonuna səfəri çərçivəsində Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışlarında iştirak etmişdır. 15 sentyabr 2016-cı il tarixində rayonun Seyidan kəndində 132 şagird yerlik ümumi orta məktəbinin açılış mərasimi keçirilmişdir.
Ceyla Seyidova
Seyidova Ceyla Uran qızı 20 avqust 1995, Bakı) — skripkaçı. Azərbaycan Respublikasının əməkdar artisti (2020). Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu.. == Bioqrafiya == Ceyla musiqiçi ailəsində anadan olub: atası Uran Seyidov Azərbaycanın xalq artisti, Dövlət Kamera Orkestrinin konsertmeysteridir. Anası Azərbaycanın əməkdar artisti, professor Samirə Aşumovadır. Qardaşı Anar Seyidov prezident təqaüdçüsüdür, Moskva Çaykovski Konservatoriyasının məzunudur. Müəllimi Fatimə İdiatullina olmuşdur. Həmçinin, Cayla Seyidova Eduard Davidoviç Qraçın ilk azərbaycanlı tələbəsi olub.[mənbə?] Ceyla 6 yaşından musiqi ilə məşğul olur, xaricə qastrol səfərlərində olur, ABŞ-da Azərbaycan Günləri, Almaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçikada keçirilən Azərbaycan Mədəniyyəti Günləri və s. kimi mühüm mədəni tədbirlərdə iştirak edir. 2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr olunmuş gənc ifaçıların 1-ci festivalının qalibi olub.
Seyidabad (Germi)
Seyidabad (fars. سيداباد‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 211 nəfər yaşayır (37 ailə).
Seyidabad (Soyuqbulaq)
Seyidabad (fars. سيداباد‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (38 ailə).
Seyidabad (Vərziqan)
Seyidabad (fars. سيداباد‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (9 ailə).
Tamilla Seyidova
Tamilla Əbdürrəhman qızı Seyidova (29 fevral 1940) — rəssam, Azərbaycanın əməkdar rəssamı (2018), 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü. 1963-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1969-cu ildə Sankt-Peterburqda Rəssamlıq İnstitutunu bitirib. «Bakının səhəri», «Şah İsmayıl Xətai» əsərləri Dövlət İncəsənət muzeyində saxlanılır. «Qarabağ şikəstəsi» 10 tablodan ibarət silsilə əsərlərin müəllifidir. Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.
İzzət Seyidova
İzzət Əli qızı Seyidova (20 noyabr 1910, Xarkov – 30 noyabr 1973, Bakı) — ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, əməkdar incəsənət xadimi (1943). İzzət Seyidova 20 noyabr 1910-cu ildə Xarkovda anadan olub. Atası Əli bəy Mir Seyfəddin oğlu anası isə Olqa Yakovlevna idi. Onların hər ikisinin peşəsi həkim olmuşdur. İbtidai təhsilini Xarkovda alan İzzət xanım daha sonra Aleksandr İvanoviç Kosiçkinin rəssamlıq atelyesinə qoşulur. 1927-ci ildə 7-ci sinifi tamamladıqdan sonra isə Bakıdakı Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumaq qərarına gəlir. 1927–1931-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuduğu 4 il ərzində Seyidova A.Kosiçkinin və M. Qerasimovun rəhbərliyi altında çalışmışdır. 1931-ci ildə o, Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olmuş, 1938-ci ilə qədər burada oxumuşdur. Burada İzzət xanım R.Frents, Y.Lansere, A.Osmyorkin və M.Babşev kimi görkəmli sənətkarlardan öyrənmək imkanı əldə etmişdi. 1938-ci ildə o, "Yevgeni Onegin" operasının dizayn işi ilə instutdan məzun oldu.
Müjgan Seyidova
Müjgan Seyidova (11 may 2005, Balakən, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Neftçi" klubunun və Azərbaycanın qadınlardan ibarət U17 yaş qrupu üzrə millisinin müdafiəçisi 2013-cü ildən etibar Balakənin "Balxurma" klubunda futbolu öyrənməyə başladı. 2019-cu ildə peşəkar futbola Balakənin "Qubek" (hazırda: Balxurma) klubunda başladı. Yüksək Qızlar Liqasında 2-cilik əldə etdi. Növbəti sezon da, eyni uğuru təkrarladı. Yeni adı ilə "Balxurma" klubunda çıxış edərək 2-cilik əldə etdi. 2022-ci ildə eyni bölgənin eyni klubu ilə bu dəfə bürünc medal əl ldə etsi. Bu dövrdən sonra "Balxurma" karyerasına son verərək "Neftçi" klubuna transfer oldu. 2022-ci ilə qədər Yüksək Qızlar Liqasında çıxış edən Balakənin "Balxurma" klubunda çıxış edib. 2023/2024-cü il Azərbaycan Yüksək Qızlar Liqası futbol mövsümündə, "Neftçinin" heyətində çıxış edərkən, Azərbaycan çempionu oldu.
Seyidan (İran)
Seyidan — İranın Fars ostanının Mərvdəşt şəhristanının Seyidan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,555 nəfər və 1,954 ailədən ibarət idi.
Seyidrza Mirkərim oğlu
Seyid-Rza Mir Kərim oğlu (12 yanvar 1925, Bakı – 27 iyul 1995, Bakı) — neftçi-geoloq, professor, pedaqoq, ictimai xadim, texnika elmləri doktoru (1962), Azərbaycanın Əməkdar ixtiraçısı (1964), SSRİ-nin Əməkdar ixtiraçısı (1989), AMEA-nın müxbir üzvü (1980) Seyid-Rza Mir Kərim oğlu 12 yanvar 1925-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə Bakıda yerləşən 132 nömrəli orta məktəbi vaxtından əvvəl əla qiymətlərlə bitirib və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz quyularının qazıl­ması ixtisası üzrə Neft-mədən fakültəsinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Seyid-Rza Mir Kərim oğlu institutda təhsil almaqla yanaşı, 1943-1946-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasında laborant vəzifəsində çalışıb. Universiteti bitirdikdən sonra təyinatla "Azneft" Birliyinin Turbin Qazma Trestinin Şərq kontoruna göndərilib. O, burada mühəndis, sahə rəisi, istehsalat-texniki şöbəsinin rəisi və baş mühəndis vəzifələrini icra edib. 1943-cü ildə həmin idarə Seyid-Rza Kərim oğlunun rəhbərliyi ilə Köhnə Bilgəh burnunda 2550 metr dərinliyi və 800 metrdən artıq əyrintisi olan bir quyu qazıb. Bu o zaman dünya rekordu hesab edilirdi və gənc mütəxəssisin böyük uğuru kimi qiymətləndirilirdi. 1949-1950-ci illərdə Seyid-Rza idarənin baş mühəndisi kimi yeni açılmış "Kürkən-dəniz" yatağında istismar qazmasına rəhbərlik edib. Seyid-Rza Mir Kərim oğlu 50-ci illərin əvvəllərində Dənizdə İstismar Quyularının Qazılması İdarəsində baş mühəndis kimi çalışıb.
Seyidabad-i Qacer (Bükan)
Seyidabad-i Qacer (fars. سيدابادقاجر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 236 nəfər yaşayır (43 ailə).
Seyidova Ceyla Uran qızı
Seyidova Ceyla Uran qızı 20 avqust 1995, Bakı) — skripkaçı. Azərbaycan Respublikasının əməkdar artisti (2020). Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu.. Ceyla musiqiçi ailəsində anadan olub: atası Uran Seyidov Azərbaycanın xalq artisti, Dövlət Kamera Orkestrinin konsertmeysteridir. Anası Azərbaycanın əməkdar artisti, professor Samirə Aşumovadır. Qardaşı Anar Seyidov prezident təqaüdçüsüdür, Moskva Çaykovski Konservatoriyasının məzunudur. Müəllimi Fatimə İdiatullina olmuşdur. Həmçinin, Cayla Seyidova Eduard Davidoviç Qraçın ilk azərbaycanlı tələbəsi olub.[mənbə?] Ceyla 6 yaşından musiqi ilə məşğul olur, xaricə qastrol səfərlərində olur, ABŞ-da Azərbaycan Günləri, Almaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçikada keçirilən Azərbaycan Mədəniyyəti Günləri və s. kimi mühüm mədəni tədbirlərdə iştirak edir. 2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr olunmuş gənc ifaçıların 1-ci festivalının qalibi olub.
Bəyimağa (Xudabəndə)
Bəyimağa (fars. بيگم آقا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 287 nəfər yaşayır (54 ailə).
Həmidağa Hüseynzadə
Həmidağa Bağı oğlu Hüseynzadə (13 avqust 1990, Bakı – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmidağa Hüseynzadə 1990-cı il avqustun 13-də Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə 54 saylı tam orta məktəbdə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir qız övladı yadigar qaldı. == Hərbi xidməti == Həmidağa Hüseynzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun kapitanı olan Həmidağa Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunda, Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Həmidağa Hüseynzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə "Qarabağ" ordeni ilə təltif edildi.
Həmidağa Səmədov
Səmədağa Şıxlarov
Səmədağa Məmməd oğlu Şıxlarov (5 sentyabr 1955, Xıllı – 1 iyun 2021, Bakı) — Sovet və Azərbaycan futbolçusu və məşqçisi. Azərbaycanın "Neftçi", "Xəzər Sumqayıt", "Avtomobilçi", "Kəpəz", "Çıraqqala Siyəzən", Ukraynanın "MOİK Kiyev" və Çexoslovakiyanın "SQV" klublarının və SSRİ U-21 milli futbol komandasının heyətində çıxış edib. Hücumçu mövqeyində oynayıb. Səmədağa Şıxlarov 1955-ci il sentyabrın 5-də Salyan rayonunun Xıllı kəndində anadan olub. Səmədağa Şıxlarov ailədə 4 uşaq idi – 2 qardaş, 2 bacı. Sübhan adlı əkiz qardaşı 1 yaşına çatmamış dünyasını dəyişib. 1957-ci ildə ailəsi ilə Əli Bayramlı şəhərinə köçüb. Atası Məhəmməd kişi Böyük Vətən Müharibəsində Berlinə kimi getmişdi. Müharibədə xəsarət alan atasının bədənindəki qəlpələr onu çox incidirdi. O, Əli Bayramlıya köçəndə "Şirvanneft"də çilingər işləyirdi.
Bavələ-i Seyidan (Piranşəhr)
Bavələ-i Seyidan (fars. ‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (17 ailə).
Qaragöz-i Səlimağa (Urmiya)
Qaragöz-i Səlimağa (fars. قراگوزسليم اقا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (47 ailə).