Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Satıcı (film, 2016)
Satıcı — 2016-cı ildə istehsal olunan İran filmi. İranlı rejissor Əsgər Fərhadinin ikinci filmi olaraq ən yaxşı xarici film nominasiyası üzrə “Oskar” mükafatını qazanmışdı. İran istehsalı olan “Satıcı” filmi “Oskar” mükafatına layiq görülmüşdür.
Satıcı iclası (film, 2020)
Satıcı iclası — rejissoru Bedran Güzel, ssenari müəllifi isə İbrahim Büyükak olan Türkiyə istehsalı komediya filmidir. Filmdə İbrahim Büyükak, Onur Buldu və Doğu Demirkol rol alıb. Film 21 fevral 2020-ci ildə nümayiş olunub. == Məzmun == Anadoludan bir satıcı iclası üçün İstanbula gələn Namiq, Adəm və Sadiq, həyatlarının çətin anlarını yaşayarkən bir satıcı görüşündə yolları kəsişir. Gözlənilməz hadisələr nəticəsində özlərini çılğın bir planda görürlər. Üç satıcının bir -birlərinə güvənmək və sağ qalmaq üçün tez hərəkət etməkdən başqa çarələri yoxdur.
Həsən Səyyar
Həsən Səyyar — Azərbaycan şairi.
Səyyar Abdullayev
Səyyar Abdullayev (tam adı: Səyyar Həbib oğlu Abdullayev; 2 iyul 1947) — 2014-cü ilin iyul ayından AMEA Azad Həmkarlar İttifaqının sədr müavinidir. Hazırda institutda şöbə müdiridir, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar İttifaqının sədri. == Ümumi məlumat == Səyyar Həbib oğlu Abdullayev 1947-ci ildə anadan olmuşdur. 1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul edilmiş, müxtəlif təyinatlı və səviyyəli avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması məsələləri ilə məşğul olmuşdur. 1973-1984-cü illərdə müxtəlif təyinatlı informasiya sistemləri üçün proqram təminatının hazırlanması və tətbiqi məsələləri ilə məşğul olmuşdur. 1988-ci ildə sektor müdiri, 1990-cı ildə isə laboratoriya müdiri təyin edilmişdir. 1992-1993-cü illərdə Bakı şəhəri Səhiyyə İdarəsinin və Ali Məhkəmənin fəaliyyətində avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və tətbiqi məsələləri ilə məşğul olmuşdur. 2002-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası www.science.az portalının yaradılmasında yaxından iştirak etmişdir. “Elmi fəaliyyətdə İKT-nin tətbiqi monitorinq informasiya sistemi”nin yaradılmasına rəhbərlik etmişdir.Hazırda AMEA İnformasiya Texnologiyaları İnstitutunda Təhsil şöbəsinin müdiri vəzifəsində işləyir.
Səyyar Arazov
Səyyar Güloğlan oğlu Arazov (21 iyul 1987; Gəncə, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səyyar Arazov 21 iyul 1987-ci ildə Gəncə şəhərində Güloğlan Arazovun ailəsində anadan olmuşdur. 1994-2003-cü illərdə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada, 2003-2006-cı illərdə 3 nömrəli Peşə Liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil almışdır. Mülki fəaliyyətini "Semsan" şirkətinin armatur əritmə sexində çalışaraq göstərirdi. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Səyyar Arazov 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Səyyar Arazov yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səyyar Arazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Səyyar Quliyev
Səyyar Knyaz oğlu Quliyev (13 noyabr 1986; Füzuli rayonu, Azərbaycan SSR – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Səyyar Quliyev 13 noyabr 1986-cı ildə Füzuli rayonunun Zobcuq kəndində anadan olub. 2016-cı ilin 20 sentyabr günündə Səyyar Quliyevin ölümündən sonra Zeynəb adında qız övladı dünyaya gəldi. == Hərbi xidməti == Kiçik çavuş Səyyar Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 8-i isə Səyyar Quliyev doğulduğu Füzuli rayonunun Zobcuq kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Səyyar Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Səyyar universitet
Səyyar universitet (pol. Uniwersytet Latający) — üç müxtəlif gizli ali təhsil müəssisəsinin qeyri-rəsmi adı. Bunlardan birincisi 1885-ci ildən 1905-ci ilədək Polşa Çarlığında, o birilər 1977-dən 1981-dək Polşa Xalq Respublikasında fəaliyyət göstərmişdilər. PXR dövründə fəaliyyət göstərən iki müəssisə 1885-ci ildən Polşa Çarlığında fəaliyyət göstərmiş və 1905-ci ildən sonra rəsmi Elmi kursları cəmiyyətinə (pol. Towarzystwo Kursów Naukowych), o da öz növbəsində 1918-ci ildə Azad Polyak Universitetinə çevrilmiş gizli birinci Səyyar universitetlə mənəvi əlaqənin mövcudluğuna iddialıydılar. “Səyyar universitet” adı təhsil müəssisələrinin qanuni yerlərinin olmadığı və tələbələr üçün mühazirələrini daim müxtəlif konspirativ yerlərdə keçirdiklərindən gizli vəziyyətindən irəli gəlirdi.. == Tarix == Belə təhsil müəssisələrinin yaradılmasının məqsədi polşalı gənclərə hakim iqtidarın qoyduğu ideoloji tələb və çərçivələrin nəzarətində olmayan təhsil vermək imkanının yaradılması idi. XIX əsrdə Polşada geniş almanlarşdırma və ruslaşdırma siyasəti aparılırdığından burada əsas diqqət polyak özünüdərkinə aid elmi fənnlərin tədrisinə yetirilirdi . Polşa Çarlığı dövründə Səyyar universitetin yaradılması və təşkili təcrübəsi 1939-1944-cü illərdə alman işğalı zamanı polşalı professor-müəllim heyətinə buna bənzər ali kursların təşkilində yardımçı olmuşdur. İkinci dünya müharibəsi illərində gizli ali kurslar Gizli Polşa dövləti quruluşunun və mülki müqavimətin əsas elementlərindən biri idi.
Səyyar Əliyev
Əliyev Səyyar Vəli oğlu (17 mart 1949, Azərbaycan,Ağcabədi rayonu) — Azərbaycan rəssamı, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Səyyar Əliyev 17 mart 1949-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya gəlib. Atası Vəli də, anası Suqra da Azərbaycan dili, ədəbiyyat muəllimi olmuşlar. Əslən Şuşalıdır.Səyyar Əliyev orta məktəb təhsilini Şuşa və Ağcabədidə almışdır. İstehsalat kombinatında mühəndis vəzifəsində çalışmışdır. Şuşadakı Qarabag istirahət mərkəzində müdir işləmişdir. Hələ kiçik yaşlarından rəssamlığa xüsusi marağı olmuşdur. O, məktəb illərindən etibarən bir çox rəsm müsabiqələrinə qatılaraq uğurlar əldə edir. Rəngkarlığa böyük meyli olsa da ali təhsilini Azərbaycan Politexnik Universitetində tamamlayır. Tələbəlik illərini başa vuran Səyyar Əliyev 1973-75-ci illərdə təyinatı üzrə sahələrdə, 1976-90-cı illərdə Şuşa şəhərində ayrı-ayrı müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır.
Səyyar komissiya
Səyyar komissiya — vəzifələri nə coğrafi, nə də funksional baxımdan məhdud olmayan vəzifəli şəxsin vəzifələrini icra edən şəxs və ya qrup. Rəsmi vəzifədə olan şəxsə eyni vəzifədə olan şəxsə müntəzəm olaraq veriləndən daha çox azadlıq verildiyi halda, onlar səyyar komissiyaya malik olurlar. Ənənəvi olaraq, hərbi zabit onlara müəyyən bir vəzifənin vəzifə və məsuliyyətlərini həvalə edən bir komissiyanı qarşılayır. Səyyar komissiya müəyyən hərbi bazada və ya xüsusi dəniz gəmisində xidmət etmə tələbi olmadan tabe olduğu müvafiq xidmət tərəfindən təyin edilmiş hərbi zabitlərə şamil edilir. Səyyar komissiyası olan zabitlər oxşar rütbəli digər zabitlərə nisbətən daha çox sərbəstliyə malik hesab olunduğundan, onlar tez-tez belə vəzifələrə təyin edilirlər ki, onlar rollar və məsuliyyətlər arasında fasilə tədbiri kimi keçə bilsinlər.
Seyyah (albom)
Seyyah — türk müğənni Sibel Can-ın 2011-ci ildə yayımlanmış studiya albomu. == Albom Haqqında == Albomda bir çox məşhurlarla işlər görülüb. Albomda Sezen Aksu, Nazan Öncel, Sinan Akçıl, Kenan Doğulu, Gülşah Tütüncü və Volga Tamöz kimi məşhurların bəstələri yer alıb. Bu albom müğənninin 25 illik səhnəyə gəlişi ərəfəsində buraxılmış 19. albomudur. Alboma Soner Sarıkabadayı ilə yazılmış "Son Vapur" adlı duet də daxildir. Albomun fotoçəkilişlərini Zeynel Abidin həyata keçirib. == Mahnılar == Yok Yok söz və musiqi: Sinan Akçıl sibel cabap & sibel can Hançer söz və musiqi: Kenan Doğulu Teodor tashev & sibel can Arası Yok Mu?
Seyya Kişikava
Seyya Kişikava (岸川聖也, Kişikava Seyya, 21 may 1987, Kitakyüşü, Fukuoka) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Seyya Kişikava Yaponiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 5-ci pillənin sahibi olub. Daha sonra Seyya Kişikava Yaponiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Neyyar Zaman Natəmi
Neyyerzaman Mehdiqulu qızı Hatəmi (1916 – 2000) — şərqşünas alim, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin professor (1970), Azərbaycan SSR Əməkdar elm xadimi. == Həyatı == 1916-cı ildə İranda doğulmuşdur. 1936-cı ildə Tehran Universitetinin Pedaqogika fakültəsinə daxil olmuşdur. Bu fakültəni uğurla bitirdikdən sonra Tehran Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 1946-cı ildən Azərbaycan Dövlət Universitetində çalışmışdır. 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1970-ci ildə professor elmi adı almışdır. İran filologiyası kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. Bu illər ərzində fars təmayüllü məktəblərin I-XI sinifləri, digər orta məktəblərin V-XI sinifləri üçün bir çox dərsliklər yazmışdır. Fars danışıq dili və Tehran dialektinə həsr olunmuş əsərləri Azərbaycan şərqşünas-lığında yüksək qiymətləndirilir. 1999-cu ildə Tehranda nəşr olunmuş 60 min sözü əhatə edən ikicildlik «Farsca-Azərbaycanca sözlük» əsəri İran dilçiliyi sahəsində əldə edilmiş nailiyyətlərdəndir.
Teyyar de Şarden
Teyyar de Şarden (fr. Pierre Teilhard de Chardin) — Fransız filosof, Yezuitlər ordeninin din xadimi. Geologiya və Paleontologiya sahəsində etdiyi araşdırmaları ilə məşhurlaşmışdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Pekin adamının kəşfində iştirak etmişdir.
Oğuz Kaan Salıcı
Oğuz Kaan Salıcı (1972, Qaziantep) — Türkiyə siyasətçisi və politoloqu. CHP üzvüdür. == Həyatı == Əslən Adıyamana bağlı Besnidəndir. Atası dövlət qulluqçusu, anası isə evdar qadın olmuşdur. O, həyatının çox hissəsini Türkiyənin müxtəlif şəhərlərində keçirmişdir. Təhsil həyatına 1978-ci ildə Adıyaman Cümhuriyyət İbtidai məktəbində başlamışdır. Orta məktəbə 1983-cü ildə Elazığ Anadolu Liseyində başlamış, lakin atasının təyinatı səbəbilə orta təhsilini və liseyi Əskişəhər Anadolu Liseyində bitirmişdir. Boğaziçi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsini bitirmişdir. O, Sosial Demokrat Universiteti Tələbə Platformasının və Demokratiya Uğrunda Gənclər Platformasının yaradılmasında iştirak etmiş, Sosial Demokratiya Vəqfi və Türkiyə Sosial İqtisadi və Siyasi Araşdırmalar Vəqfinin üzvüdür. 2011-ci ilin sentyabrında CHP İstanbul İl sədri vəzifəsinə təyin olunmuş, 2012-ci ilin mayında İstanbul İl Konqresində İl Başçısı seçilmiş və 2014-cü ilin dekabr ayına qədər bu vəzifədə qalmışdır.
Atıcı (teleserial 2016)
Atıcı (ing. shooter) — ABŞ-nin USA Network kanalında 15 Noyabr 2016-cı ildən etibarən yayınlanmağa başlanan serial. Serialın rejissoru John Hlavn eyni zamanda ssenarisini də qələmə almışdır. Teleserial, Stephen Hunter'ın 1993-ci ildə çıxan Point of Impact adlı gərginlik romanından uyğunlaşdırılmışdır. 2007 istehsalı eyni adlı filmdən də ilhamlanan dizi, böyük bir maraqla izlənilir. Serialın inzibati prodüserliyini Shooter filmində baş rolda olan məşhur aktyor Mark Wahlberg boynuna götürmüşdür. == Süjet == Shooter dizisi Vyetnam müharibəsində tapşırıq alan snayper Bob Lee Swagger xarakterini mərkəzə almışdır. Bu xarakter eyni zamanda gerçək həyatda Vyetnam Döyüşünə qatılan və uzun məsafəli müvəffəqiyyətli atışlarıyla tanınan snayper Carlos Hatchcock'u əks etdirir. Keçmişini geridə buraxmaq istəyən Bob, sakit bir qəsəbədə sıravi bir həyat sürməkdədir. Ancaq onun üçün son bir vəzifə daha vardır.Tapşırığa qayıtması üçün çağırılan Bob, birdən ABŞ başçısına təşkil edilən bir sui-qəsd tələsinin içinə düşər.
Birinci-şəxs atıcı
Birinci şəxs atıcı və ya 3D-shooter — Kompüter oyununda janr, ilk tam üçölçülü birinci şəxs tərəfindən atışı (şuter) janrı. Janrın adı 3D üçölçülü qrafik ilə "shooter" (atıcı) ifadələrinin qarışığından yaranmışdır. Son zamanlar "şuter" ifadəsi kompüter oyunlarının janrını dəqiq göstərmək üçün daha tez-tez istifadə edilir. == Ümumi prinsiplər == Oyunçu üçölçülü fəzada olur və müəyyən hərəkət azadlığına malikdir. Tutaq ki, müəyyən məhdudiyyət çərçivəsində olan labirint vardır ki, bu labirintdə düşmənlər, müttəfiqlər və neytral qüvvələr yerləşmişlər. == Oyun prosesi == Oyun zamanı istifadəçi kifayət qədər düşmən məhv etməlidir. Bunun üçün personaja (istifadəçiyə) müxtəlif silahlar təklif olunur. 3D-atıcı və ya Birinci-şəxs atıcı janrı digər janrlara nisbətən qrafik sistemlərə, daha doğrusu kadr tezliyinə (saniyədə kadrların sayı) daha həssasdırlar. Oyun zamanı saniyədə 30 kadr tələb olunur .
Birinci şəxs atıcı
Birinci şəxs atıcı və ya 3D-shooter — Kompüter oyununda janr, ilk tam üçölçülü birinci şəxs tərəfindən atışı (şuter) janrı. Janrın adı 3D üçölçülü qrafik ilə "shooter" (atıcı) ifadələrinin qarışığından yaranmışdır. Son zamanlar "şuter" ifadəsi kompüter oyunlarının janrını dəqiq göstərmək üçün daha tez-tez istifadə edilir. == Ümumi prinsiplər == Oyunçu üçölçülü fəzada olur və müəyyən hərəkət azadlığına malikdir. Tutaq ki, müəyyən məhdudiyyət çərçivəsində olan labirint vardır ki, bu labirintdə düşmənlər, müttəfiqlər və neytral qüvvələr yerləşmişlər. == Oyun prosesi == Oyun zamanı istifadəçi kifayət qədər düşmən məhv etməlidir. Bunun üçün personaja (istifadəçiyə) müxtəlif silahlar təklif olunur. 3D-atıcı və ya Birinci-şəxs atıcı janrı digər janrlara nisbətən qrafik sistemlərə, daha doğrusu kadr tezliyinə (saniyədə kadrların sayı) daha həssasdırlar. Oyun zamanı saniyədə 30 kadr tələb olunur .
Nurlana Cəfərova (atıcı)
Nurlana Çingiz qızı Cəfərova (d. 11 avqust 1982; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən atıcı. Nurlana Cəfərova, 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil edib, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə 2 gümüş medal qazanıb. == Həyatı == Nurlana Cəfərova 1982-ci il 11 avqustda Bakı şəhərində anadan olub. 2008-ci ildən idmanla məşğuldur. == Karyerası == Nurlana Cəfərova 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. Nurlana Cəfərova, stend yarışlarının təsnifat mərhələsində 65 xal topladı və 19 atıcı sırasında 18-ci yeri tutaraq mübarizəni dayandırdı. Komanda halında stend yarışlarında isə Nurlana Cəfərova, Emin Cəfərov ilə birgə 87 xal topladı və təsnifat mərhələsində 11 atıcı sırasında sonuncu, 11-ci yeri tutaraq mübarizəni dayandırdı. Nurlana Cəfərova 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Nurlana Cəfərova, stend yarışlarının finalında 42 xal topladı və 6 idmançı sırasında 2-ci yeri tutaraq IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazandı.
Üçüncü şəxs atıcı
Üçüncü şəxs atıcı (ing. Third-person shooter, TPS) — oyunçu tərəfindən idarə olunan personajın ekranda göründüyü və geympleyin əsas hissəsi atışlardan ibarət olduğu videooyun janrı, üçölçülü atıcı oyun növü. Bu halda, virtual kamera, bir qayda olaraq, personajın arxasında yerləşir. == Tərifi == Üçüncü şəxs atıcı atıcılıq üzərində strukturlaşmış və oyunçunun burada idarə etdiyi personajı üçüncü şəxs baxış bucağında gördüyü videooyundur. Üçüncü şəxs atıcılar immersiya baxımından birinci şəxs atıcılara analoqdur.
388-ci atıcı diviziya
388-ci atıcı diviziya — Böyük Vətən Müharibəsi və Sovet-yapon müharibələri dövründə SSRİ-nin hərbi birləşməsi. == Tarixi == 12 sentyabr 1944-cü ildə 6-cı tank ordusunun tərkibində yaradılıb. Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944), Umman-Botoşan (5 mart-17 aprel), Yassı-Kişinyov (20–29 avqust 1944) əməliyyatlarında iştirak edib. 9 avqust 1945-ci ildə 388-ci zenit-artilleriya qvardiya polkuna cevrilib.
402-ci atıcı diviziya
402-cı Azərbaycan atıcı diviziyası — İkinci Dünya Müharibəsi illərində Azərbaycan SSR-də yaradılan SSRİ Silahlı Qüvvələrinin tərkibində hərbi birləşmə. == Tarixi == === Yaranması === Diviziya Xalq Müdafiə Komissarlığının 11 avqust 1941-ci il tarixli göstərişi əsasında yaradılmışdı. Hərbi birləşmənin yaranma müddəti sentyabrın 15-nə təyin edilmişdi.1941-ci il avqustun 26-da Zaqafqaziya Cəbhəsinin komandanı 402-ci Piyada Diviziyasının yaradılması haqqında direktiv imzaladı. Avqustun 28-də Azərbaycan SSR-də Xankəndi (o vaxt Stepanakert) şəhərində diviziyanın yaradılması başladı. İrana getmədən əvvəl bölmənin şəxsi heyəti: Zabitlər: 1295 nəfər Kiçik zabit heyyəti: 1088 nəfər Sıravi heyət: 8104 nəfərDiviziyanın tərkibi 9400 döyüşçüdən ibarət idi. Şəxsi heyyətin 90% -ni milliyyətcə azərbaycanlılar təşkil edirdi. Diviziya 4095 tüfəng, 1330 pulemyot, 197 yüngül pulemyot, 40 dəzgah pulemyotu, 205 tank əleyhinə tüfəng, 295 silah, 197 minaatan, 83 maşın və digər növ hərbi texnika və nəqliyyat vasitələri ilə silahlanmışdır. == Heyəti == 833-cü atıcı alayı 838-cu atıcı alayı 840-cı atıcı alayı 960-cı artilleriya alayı Ayrıca təlim-atıcı batalyonu 184-cü fərdi tank əleyhinə (özüyeriyən artilleriya) divizionu 188-ci zenit batalyonu (11.12.42-ci ilə qədər) 672-ci minaatan batalyonu (30.11.42-ci ilə qədər) 459-cu kəşfiyyat rotası 678-ci fərdi sapyor batalyonu 848-ci fərdi kommunikasiya batalyonu (697-ci ayrı rabitə rotası) 482-ci tibb-sanitar batalyonu 475-ci fərdi kimya müdafiə rotası 512-ci avtonəqliyyat rotası 247-ci sahə çörəkxanası 822-ci diviziya baytar tibb məntəqəsi 1456-ci sahə poçt stansiyası Dövlət bankının 304-cü sahə bilet şöbəsi == Döyüş yolu == 1941-ci ilin oktyabrından 1942-ci ilin aprelinə qədər nəqliyyatın təhlükəsizliyini təmin etmək məqsədilə "cənub marşrutu" ilə silah tədarüküylə bağlı Sovet-İngiltərə və Sovet-İran müqavilələrindən sonra dviziya İrana soxulmaqda iştirak edir. 1942-ci ilin may ayında hərbi birləşmə Naxçıvan Muxtar Respublikasına köçürüldü. 1942-ci ilin sentyabrında diviziyanın 840-cı alayı Zaqafqaziya Cəbhəsinin komandanı ordu generalı İ.V.Tulenyev tərəfindən yoxlanıldı.
416-cı atıcı diviziya
416-cı atıcı diviziya (rus. 416-я стрелковая Таганрогская Краснознамённая Ордена Суворова дивизия) — Böyük Vətən müharibəsində hərbi birləşmə. == Tarixi == === Yaranması === Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci ilin 22 fevral tarixdən Azərbaycan SSR-in Ucar rayonunda 416-cı atıcı diviziyanın formalaşdırılmasına başlanılmışdır. 1054-cü və 1374-cü alay Ağdamda, 1373-cü alay Göyçayda, 1368-ci alay Sumqayıtda yaradılmışdır. Həmin ilin martın 22-də diviziyanın şəxsi heyəti hərbi andiçmə mərasimində iştirak edib. Diviziyanın heyətinə 11,050 azərbaycanlı, 291 rus, 225 erməni, 110 gürcü, 99 ukraynalı, 72 tatar, 28 yəhudi, 23 belarus, eləcə də digər millətlərin hərbi qulluqçuları daxil idi. Bölmə 5156 tüfəng, 1022 avtomat, 167 əl pulemyotu, 50 ağır pulemyot, 217 tank əleyhinə tüfəng, 308 ədəd top, 181 minaatan, 65 avtomobil ilə silahlanmışdır. == Heyəti == 1368-cı atıcı alayı 1373-cü atıcı alayı 1374-cü atıcı alayı 1054-cü artilleriya alayı 444-cü fərdi tank əleyhinə (özüyeriyən artilleriya) diviziyası 222-ci fərdi kəşfiyyat rotası 348-ci fərdi sapyor batalyonu 921-ci fərdi kommunikasiya batalyonu (337-ci ayrı rabitə rotası) 519-cu tibb-sanitar batalyonu 223-cü fərdi kimya müdafiə rotası 569-cu avtonəqliyyat rotası 480-ci sahə çörəkxanası 584-cü diviziya baytar tibb məntəqəsi 1868-ci sahə poçt stansiyası Milli bankın 1185-ci sahə bilet şöbəsi === Tabeliyi === === Diviziyanın komandirləri === 15.03.1942–06.07.1942 — polkovnik Semyon Storojilov 7.07.1942–14.10.1942 — polkovnik Vasiliy Maslov 15.10.1942–19.11.1942 — polkovnik Tərlan Əliyarbəyov 20.11.1942–19.12.1942 — polkovnik Mark Karakoz 20.12.1942 — ??.04.1946 — polkovnik, 01.09.1943-cü ildən general-mayor Dmitriy Sızranov === Mükafatlar və adları === === Məşhur döyüşçüləri və bölmə komandirləri === === Maraqlı faktlar === Diviziyanın heyətində Birinci Dünya müharibəsi və Azərbaycan-Ermənistan müharibəsinin veteranı Kamil Qasımov döyüşüb. Diviziyanın heyətində Sovet yazıçısı və ədəbiyyatşünası Vitaliy Zakrutkin döyüşüb. === İrsi === == İstinadlar == == Diviziyanın formalaşdırılması == Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci ilin 22 fevral tarixdən Azərbaycan SSR-in Ucar rayonunda 416-cı milli diviziyanın formalaşdırılmasına başlanılmışdır.
Saciçi
Saciçi — Azərbaycan mətbəxinin ən ləzzətli yeməklərindən biridir. Onun hazırlanmasında eyni vaxtda ətdən və bolluca tərəvəzdən istifadə olunur. Bu yemək sacın – universal qalxanabənzər çuqun qabın içində hazırlanan yeməkdir.Ət, toyuq, balıq sac içində bişirilə bilər. Ən qədim sac yeməyi – sac qovurmadır ki, o da ətin ən yaxşı hissəsi, qoyun quyruğu və soğanla birlikdə, yağda, sac içində qovrulur.Sacda bişirilən yeməklər isti halda süfrəyə verilməlidir. Bunun üçün sac süfrəyə "sac ayağı" deyilən 3 dayaqlı altlığın üzərində qoyulur.
396-cı milli atıcı diviziya
396-cı milli atıcı diviziya — II Dünya müharibəsi illərində təşkil olunmuş milli atıcı diviziya. 396-cı atıcı diviziya 1941-ci ilin avqustunda İranda 44-cü ordunun tərkibində olmuşdur. Həmin ilin sonunda diviziya respublikanın Quba bölgəsinə gətirilmiş və Şimali Qafqaza göndərilmək üçün hazırlanırdı. Diviziyanın ilk komandiri Q.Korçakov, komandir müavini polkovnik Əsədullayev: komissarı polkovnik Xavər Vəliyev olmuşdur. Diviziyanın şəxsi heyətinin əksəriyyəti azərbaycanlılardan ibarət idi. 1941-ci ilin son günlərində diviziya Krım yarımadasına desant yolu ilə göndərildi və 51-ci Ordunun tərkibinə daxil edildi. 396-cı diviziyanın tərkibində 803-cü, 816-cı, 819-cu atıcı alayları və 957-ci artilleriya alayı (komandir Musa Heybətov) olmuşdur. Digər alayların komandirləri isə polkovnik Abdullayev və polkovnik Əsədullayev idi. 1942-ci ilin may döyüşləri ərəfəsində Krımda 44-cü, 47-ci və 51-ci Sovet Orduları yerləşdirilmişdi. Mayın 7-də faşist ordusunun genişmiqyaslı hücumları nəticəsində 44-cü Sovet Ordusu hissələri böyük itki ilə geri çəkilməyə məcbur oldular.
416-cı milli atıcı diviziya
416-cı atıcı diviziya (rus. 416-я стрелковая Таганрогская Краснознамённая Ордена Суворова дивизия) — Böyük Vətən müharibəsində hərbi birləşmə. == Tarixi == === Yaranması === Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci ilin 22 fevral tarixdən Azərbaycan SSR-in Ucar rayonunda 416-cı atıcı diviziyanın formalaşdırılmasına başlanılmışdır. 1054-cü və 1374-cü alay Ağdamda, 1373-cü alay Göyçayda, 1368-ci alay Sumqayıtda yaradılmışdır. Həmin ilin martın 22-də diviziyanın şəxsi heyəti hərbi andiçmə mərasimində iştirak edib. Diviziyanın heyətinə 11,050 azərbaycanlı, 291 rus, 225 erməni, 110 gürcü, 99 ukraynalı, 72 tatar, 28 yəhudi, 23 belarus, eləcə də digər millətlərin hərbi qulluqçuları daxil idi. Bölmə 5156 tüfəng, 1022 avtomat, 167 əl pulemyotu, 50 ağır pulemyot, 217 tank əleyhinə tüfəng, 308 ədəd top, 181 minaatan, 65 avtomobil ilə silahlanmışdır. == Heyəti == 1368-cı atıcı alayı 1373-cü atıcı alayı 1374-cü atıcı alayı 1054-cü artilleriya alayı 444-cü fərdi tank əleyhinə (özüyeriyən artilleriya) diviziyası 222-ci fərdi kəşfiyyat rotası 348-ci fərdi sapyor batalyonu 921-ci fərdi kommunikasiya batalyonu (337-ci ayrı rabitə rotası) 519-cu tibb-sanitar batalyonu 223-cü fərdi kimya müdafiə rotası 569-cu avtonəqliyyat rotası 480-ci sahə çörəkxanası 584-cü diviziya baytar tibb məntəqəsi 1868-ci sahə poçt stansiyası Milli bankın 1185-ci sahə bilet şöbəsi === Tabeliyi === === Diviziyanın komandirləri === 15.03.1942–06.07.1942 — polkovnik Semyon Storojilov 7.07.1942–14.10.1942 — polkovnik Vasiliy Maslov 15.10.1942–19.11.1942 — polkovnik Tərlan Əliyarbəyov 20.11.1942–19.12.1942 — polkovnik Mark Karakoz 20.12.1942 — ??.04.1946 — polkovnik, 01.09.1943-cü ildən general-mayor Dmitriy Sızranov === Mükafatlar və adları === === Məşhur döyüşçüləri və bölmə komandirləri === === Maraqlı faktlar === Diviziyanın heyətində Birinci Dünya müharibəsi və Azərbaycan-Ermənistan müharibəsinin veteranı Kamil Qasımov döyüşüb. Diviziyanın heyətində Sovet yazıçısı və ədəbiyyatşünası Vitaliy Zakrutkin döyüşüb. === İrsi === == İstinadlar == == Diviziyanın formalaşdırılması == Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci ilin 22 fevral tarixdən Azərbaycan SSR-in Ucar rayonunda 416-cı milli diviziyanın formalaşdırılmasına başlanılmışdır.
811 saylı Laçın dağ-atıcı alayı
811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayı — Qarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. 30 aprel 1992-ci il tarixinə kimi mövcud olmuş hərbi hissənin komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub.811 saylı Laçın alayı Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə ləğv edilərək 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilib. Rəhim Qazıyev alayın ləğvi barədə bunları deyir: Arif Paşanın bildirdiyinə görə alayın de-yure ləğvindən sonra da fəaliyyətlərini davam etdirmişlər.
Hacı Səyyah
Mirzə Məhəmməd Əli (fars. میرزا محمد علی‎) — İranlı diplomat, səyyah və dövlət xadimi. Tarix ədəbiyyatlarında etmiş olduğu səyahətlərə görə Hacı Səyyah (fars. حاج سياح‎) təxəllüsü ilə tanınmışdır. Mirzə Məhəmməd Əli, Amerika Birləşmiş Ştatları vətəndaşlığı almış ilk iranlı hesab olunur. Belə ki, Kaliforniya ştatının XII Dairə Məhkəməsinin vermiş olduğu qərara əsasən ona, 1875-ci ilin 26 may tarixində rəsmi olaraq ABŞ vətəndaşlığı verilmişdir. == Həyatı == Hacı Səyyah 1836-cı ildə Qacar dövlətinin Məhəllat şəhərində anadan olmuşdur. Gənc yaşlarından etibarən müasir və demokratik tədqiqatlar, ədəbiyyatlarla tanış olmağa başlamış və dövrünün fərqli fikirlərindən təsirlənmişdir. XIX əsrin ortalarında İranda mövcud olan avtokratik hökmdarlarıq dövründə Hacı Səyyah dünyanı gəzməyə və dünyanın müxtəlif yerlərində yerləşən cəmiyyətlərin gündəlik həyatını öyrənməyə qərar verir. === Səfərləri === Hacı Səyyah 23 yaşında olarkən tək başına dünya səyahətinə çıxmışdır.
Səfyar Musayev
Səfyar Səfyar Bəylər oğlu Musayev 17 iyun 1935, Nərimanlı, Basarkeçər rayonu – 6 yanvar 1999, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, tarix elmləri doktoru, professor, 91-lərdən biri. == Həyatı == Səfyar Musayev 1935-ci il iyulun 17-də Basarkeçər rayonunun Nərimanlı (Hüseynqulu Ağalı) kəndində doğulub. Səfyar Musayev 1953-cü ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1958-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır. Səfyar Musayev 1962-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına gətirib çıxarmış, 1965-ci ildə tarix elmləri namizədi, 1980-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsinə, 1981-ci ildə isə professor adına layiq görülmüşdür. 1986-cı ildə BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri seçilmiş və vəfat edənədək vəzifədə çalışmışdır. Səfiyar Musayev 400-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiya və 10 kitabın müəllifidir. 1991-ci ildə respublikada ilk dəfə olaraq ali məktəb tələbələri üçün Səfyar Musayevin müəllifi olduğu "Siyasi tarix" dərsliyi çap edilmişdir. == Siyasi fəaliyyəti == Səfyar Musayev 1992-ci il oktyabrın 16-da "Səs" qəzetində dərc etdirdiyi "Mən niyə əliyevçiyəm" məqaləsində Heydər Əliyevin hakimiyyətə gəlməsini dəstəkləmə səbəblərini açıqlamışdır. Həmin illərdə Səfyar Musayev, Murtuz Ələsgərov və Əli Əhmədovun rəhbərliyi ilə Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə siyasi tarix kafedrasında "Heydər Əliyevin müdafiəsi mərkəzi" yaradılmış və Heydər Əliyevin sədrliyi ilə Azərbaycanda yeni bir partiya təsis edilməsi ideyası ortaya çıxmışdı. Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edildikdən sonra Səfyar Musayevin rəhbərliyi ilə Azərbaycanda birinci olaraq çalışdığı kafedrada 17 nəfərin iştirakı ilə YAP-ın ilk təşkilatı yaradıldı.
Səyyad Aran
Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; 15 yanvar 1952, İmişli) — Azərbaycan ictimai-siyasi xadimi, filologiya elmləri namizədi (2005), Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi, 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini (16 noyabr 2012-ci ildən). Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Bioqrafiya == Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladı idi. === Təhsili === 1958–1968-ci ilərdə İmişli şəhəri 1 saylı orta məktəbdə oxumuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir. İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01) dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olmuşdur. === Əmək fəaliyyəti === 1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1973–1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olmuşdur.
Səyyad Ağahüseynli
Səyyad Əliyar oğlu Ağahüseynli (30 yanvar 2002; Qarazəncir, Cəlilabad rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səyyad Ağahüseynli 30 yanvar 2002-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Səyyad Ağahüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Döyüş meydanında qarşı tərəfin canlı qüvvəsini zərərsizləşdirmiş, texnikasını məhv etmişdir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir. 20 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 21 oktyabr 2020-ci ildə doğulduğu Cəlilabad rayonunun Qarazəncir kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Ağahüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səyyad Ağahüseynli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səyyad Ağahüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səyyad Ağahüseynli ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Səyyad Ağayev
Səyyad İsaq oğlu Ağayev (25 aprel 1976, Bakı) – İqtisad üzrə fəlsəfə doktoru, AMEA İdarəetmə Sistemləri İnstitunun 4.3 saylı "Sosial-iqtisadi proseslərin modelləşdirilməsi" laboratoriyasının böyük elmi işçisi == Həyatı == Səyyad İsaq oğlu Ağayev 25 aprel 1976-cı ildə Masallı rayonunun Kubın kəndinə anadan olmuşdur. 1982-1993-ci illərdə Kubin kənd E.Xamiyev adına əsas məktəbdə, 1991-1993-cü illərdə Hişkədərə kənd E.Ağayev adına orta məktəbdə təhsil almışdır. • 1993–1997: Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsi, bakalavr; • 2001–2003: Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” fakültəsi, informatika ixtisası, magistr; • 2007–2010: Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun “Ekonometrika” ixtisası üzrə əyani doktoranturası. Mövzu: “Vergidən yayınma risklərinin modelləşdirilməsi”, Elmi rəhbər iqtisad elmləri doktoru, professor Y.H.Həsənli. www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_n_asi_30_05_13.pdf • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 fevral 2014-cü il tarixli (protokol N03) qərarı ilə İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Ailəlidir. İki oğlu var. == Elmi fəaliyyəti == Azərbaycan Republikasında fəaliyyət göstərən sadələşdirilmiş və əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin göstəricilərinin paylanması qanunları test edilmiş və vergidən yayınma riskləri qiymətləndirilmişdir. == Əsas elmi nailiyyətləri == Azərbaycan Republikasında fəaliyyət göstərən sadələşdirilmiş və əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin göstəricilərinin paylanması qanunları test edilmiş və vergidən yayınma riskləri qiymətləndirilmişdir == Pedaqoji fəaliyyəti == • Bakı Dövlət Universiteti (”Ekonometrika” və “Optimallaşdırma üsullarının iqtisadi məsələlərə tətbiqi” fənni) • Azərbaycan Universiteti (Ümumi iqtisadiyyat kafedrası 0,5 ş.v. müəllim.
Səyyad Mövsümov
Səyyad Mübariz oğlu Mövsümov (5 noyabr 2000, Babazanlı, Salyan rayonu – 28 sentyabr 2020, Talış-Suqovuşan istiqaməti) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Səyyad Mövsümov 2000-ci il noyabrın 5-də Salyan rayonun Babazanlı qəsəbəsindən anadan olmuşdur . Uşaq yaşlarından etibarən hərbi sahəyə marağı birinci Qarabağ müharibəsi veteranı Mübariz Mövsümovdan keçmişdir. Sentyabr ayında başlayan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Murov zirvəsindəki döyüşlərdə düşmənin snayper gülləsi ilə vəfat etmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində pulemyotçu kimi xidmət edən Səyyad Mövsumpv Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Sentyabrın 28-də Talış-Suqovuşan istiqamətində verilən döyüş tapşırıqlarını yerinə yetirən zaman həlak olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Səyyad Mövsümov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. == Təltifləri == “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Səyyad Salahlı
Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; 15 yanvar 1952, İmişli) — Azərbaycan ictimai-siyasi xadimi, filologiya elmləri namizədi (2005), Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi, 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini (16 noyabr 2012-ci ildən). Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Bioqrafiya == Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladı idi. === Təhsili === 1958–1968-ci ilərdə İmişli şəhəri 1 saylı orta məktəbdə oxumuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir. İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01) dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olmuşdur. === Əmək fəaliyyəti === 1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1973–1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olmuşdur.
Səyyad Salahov
Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; 15 yanvar 1952, İmişli) — Azərbaycan ictimai-siyasi xadimi, filologiya elmləri namizədi (2005), Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi, 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini (16 noyabr 2012-ci ildən). Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Bioqrafiya == Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladı idi. === Təhsili === 1958–1968-ci ilərdə İmişli şəhəri 1 saylı orta məktəbdə oxumuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir. İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01) dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olmuşdur. === Əmək fəaliyyəti === 1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1973–1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olmuşdur.
Səyyad İbrahimov
Səyyad Cabbar oğlu İbrahimov (27 avqust 1936, Nuxa – 17 dekabr 2016, Bakı) — azərbaycanlı neftçi-alim, Azərbaycan neft sənayesinin nümayəndəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I vitse-prezidenti (1994–1997)., Azərbaycan SSR əməkdar mühəndisi (1991). Səyyad İbrahimov texnika elmləri namizədi alimlik dərəcəsini almış (1992), 20 elmi məqalənin və 17 ixtiranın müəllifi (istehsalat proseslərinin təkmilləşdirilməsi və səmərələşdirilməsi) olmuşdur. == Həyatı == Səyyad Cabbar oğlu İbrahimov 1936-cı ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. Səyyad İbrahimov 1954-cü ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Sənaye İnstitutunun neft-mexanika fakültəsinə daxil olur. 1959-cu ildə institutu fərqlənmə diplomu ilə bitirərək təyinatını Neft Daşlarına alır və həyatının növbəti 32 ilini bura həsr edir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə Neft Daşlarından başlayan Səyyad İbrahimov 1959–1972-ci illərdə burada çilingər, mexanik, böyük mexanik, neft-qazçıxarma ustası, mədən müdrinin müavini, mədən müdiri, 1979–1980-ci illərdə Neft Daşları Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) baş mühəndisi, 1980–1991-ci illərdə isə Neft Daşları NQÇİ-nin rəisi kimi çalışmışdır. Səyyad İbrahimov Neft Daşlarının dünya miqyasında şöhrətlənməsində neft mütəxəssisi və istehsalat təşkilatçısı kimi xidmət göstərmişdir. Bəxtiyar Məmmədov, Bəhmən Hacıyev, Qurban Abbasov kimi şəxslərdən sonra Neft Daşlarına rəhbərlik etmişdir. Onun rəhbərlik etdiyi 11 il ərzində Neft Daşları neft sənayesinin öncülü olaraq qaldı. Belə ki, bu dövrdə: mövcud 11 ədəd neftyığma məntəqəsi yeni üç iriləşdirilmiş neftyığma məntəqəsi ilə əvəz edilmiş, iriləşdirilmiş separasiya qurğuları tikilmiş, 1 saylı sıxıcı kompressor stansiyası genişləndirilmiş, yeni helikopter meydançası tikilmiş, Neft Daşlarından sahilə — Dübəndi neftyığma məntəqəsinə iki sualtı neft kəməri çəkilmiş, analoqu olmayan gücü 48 Mvt olan qaztrubinli elektrik stansiyasının tikilməsi və s.
Səyyad Şairov
Səyyad Şairov (1 iyul 1945, Daşkənd, Basarkeçər rayonu – 3 yanvar 2023, Ramana) — şair, "Araz" ali ədəbi media mükafatı laureatı. == Həyatı == Şairov Səyyad Süleyman oğlu, 1 iyul 1945-ci ildə ulu Oğuz yurdu Göyçə mahalının Basarkeçər rayonunun axarlı-baxarlı bir guşəsi sayılan Daşkənd kəndində anadan olub. Səyyad Şairov haqq aşiqi şair Məmmədhüseynin nəticəsidir. 1962–63-cü illərdə 1 saylı Peşə Məktəbində təhsil almış və Bakı şəhəri Səbail rayon "Neft-Qaz Çıxarma Idarəsi"ndə neft quyularının təmiri briqadasında və "Rayonlararası Avtomatlaşdırma və Elektirikləşdirmə Idarəsi"ndə elektrik işləmişdir. 1964-cü ildə Sovet Ordusu sıralarına çağırılan Səyyad Şairov Belarusiyanın Novo-Borisov şəhərində tank komandiri hazırlayan hərbi məktəbə daxil olub. Hərbi təhsili bitirdikdən sonra Qrodno şəhərində motoatıcı batalyonun tank komandiri, bölmə komandirinin müavini və bölmə komandiri olmuşdur. 1971–73-cü illərdə Gəncə Politexnik Texnikumunun "Avtomobil nəqliyyatının istismarı" ixtisasını bitirdikdən sonra 1973–76-cı illərdə Xalq Universitetinin "Kənd Təsərrüfatının Iqtisadiyyatı" fakültəsini bitirmişdir. Səyyad Şairov Bərdə rayonunun Yeni Daşkənd kəndinin "Rabitə şöbəsi"nin rəisi işləmişdir. Rayon təbliğat-təşviqat şöbəsinin üzvü olmuşdur. 1980-ci ildən 1989-cu ilin sonuna qədər Yeni Daşkənd kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" üzrə təlimatçı müəllim işləmişdir.
Səyyad Şıxıyev
Səyyad Abdul oğlu Şıxıyev (4 sentyabr 1999; Saatlı rayonu, Azərbaycan — 17 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səyyad Şıxıyev 1999-cu il sentyabrın 4-də Saatlı rayonunun Qaralar kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Səyyad Şıxıyev 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin noyabr ayından isə əvvəlcə Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissədə, sonra isə Qax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Səyyad Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səyyad Şıxıyev oktyabrın 17-də Cəbrayılın azad edilməsi zamanı Əşrəf Məmmədli və Aşur Cəmiyev ilə birgə şəhid olub. Saatlı rayonunun Qaralar dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səyyad Əlizadə
Səyyad Əşrəf oğlu Əlizadə (6 avqust 1958, Babı, Qaryagin rayonu – 30 sentyabr 2021, Yasamal rayonu) — Azərbaycan müğənnisi. == Həyatı == Səyyad Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. İlk təhsilini Babı kəndindəki orta məktəbdə alıb. Uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başladı. 8-ci sinifdə oxuyarkən Füzuli rayonunda münsiflər heyətinə Ağabala Abdullayevin rəhbərlik etdiyi müsabiqədə qalib olmuşdur. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış etmişdir. 1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olub. İnstitutda "Arzu" Xalq Çalğı Alətləri Ansamblı ilə "Oxu tar", "İstedadlar axtarırıq", müsabiqələrinin, "SSRİ-Yunan gəncləri" Festivalının laureatı olmuşdur. Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışmışdır. İnstitutu qurtaranda, 1981-ci ildə Kiyev şəhərinə Metrotikinti idarəsinə növbə rəisi göndərilmişdir.
Səyyarə Mollazadə
Mollazadə Səyyarə Məmməd qızı (22 fevral 1930, İlisu – 19 oktyabr 2015, Bakı) — Filologiya elmləri doktoru, Professor == Həyatı == BDU-nu bitirib, 1965-ci ildən ATU-da işləyir, 39 il Azərbaycan dili kafedrasının müdiri olub. 150 məqalənin, 8 kitabın müəllifidir, 12 elmlər namizədi yetişdirib, 50-dən çox dissertantın rəsmi opponenti olub. Səyyarə Mollazadə 42 ildir ki, böyük bir kollektivin üzvüdür; tibb kadrları hazırlayan, sağlamlığın təmin olunması üçün müstəsna elmi-metodiki, ictimai-təşkilati iş aparan Azərbaycan Tibb Universitetində çalışır. 1965-ci ildə baş müəllim kimi fəaliyyətə başladığı Azərbaycan və rus dilləri kafedrasına 1969-cu ildə müdir seçilib. Az qala 40 ildir ki, bu vəzifəni şərəflə yerinə yetirir. İşlədiyi uzun illər ərzində onun haqqında yalnız tərif eşidilib. Alimin işlədiyi dövrdə 4-5 rektor, neçə dekan və digər rəhbər vəzifə sahibləri dəyişmiş, lakin Səyyarə xanıma münasibət əvvəlki kimi qalmışdır. S.Mollazadə bu qocaman ali təhsil ocağında baş müəllimlikdən kafedra müdirliyinə, ali təhsilli mütəxəssisdən elmlər doktoru, professora qədər yol keçmiş, universitetin Böyük Elmi Şurasının, həmçinin fakültə elmi şurasının üzvü kimi nüfuz sahibinə, ağbirçək təhsil-tərbiyə təşkilatçısına qədər yüksəlmişdir. Maraq doğuran cəhət odur ki, Səyyarə Mollazadə təkcə özünün elmi yüksəlişini düşünməmiş, rəhbərlik etdiyi kollektivin üzvlərinin də elmi uğurlar qazanmasına, inkişafına ciddi yanaşmışdır. Onun rəhbərliyi ilə 12 nəfər filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Səyyarə Məmmədli
Səyyarə Oruc qızı Məmmədli (25 yanvar 1961, Kəsəmən, Basarkeçər rayonu) — şair-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Azərbaycan Milli Kitabxanasında şöbə müdiri (2003-indiyədək). == Həyatı == Səyyarə Məmmədli (İsmayılova) 25 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində müəllim ailəsində anadan olub. 1969-cu ildən Basarkeçər rayonu Kəsəmən kənd orta məktəbində oxuyub və 1978-ci ildə həmin məktəbi bitirmişdir. 1979-cu ildə indiki BDU-nun kitabxanaçılıq fakültəsinə qəbul olmuş, 1984-cü ildə isə universiteti bitirmişdir. 2003-cü ildən Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülmüş, 2014-cü ildə AYB-nin və Nəşriyyat-Poliqrafiya Birliyinin birgə keçirdiyi "Ən yaxşı şeir müsabiqəsi"ndə ilk onluqda yer tutmuşdur.Ailəlidir, 3 övladı var. == Yaradıcılığı == Şeir yazmağa orta məktəb illərindən başlamışdır. Əsasən qoşma, satirik və sərbəst janrlarda yazan Səyyarə Məmmədlinin şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədalət", "Kredo", "525-ci qəzet" və başqa qəzetlərdə dərc olunur. == Kitabları == "Zamanın əl ağacı", Bakı, "Yurd" NPB, 2007.
Səyyarə İbadullayeva
Səyyarə Cəmşid qızı İbadullayeva (22 fevral 1957, Naxçıvan) — biologiya elmləri doktoru, professor, AMEA Botanika İnstitutunun direktoru. == Həyatı == Səyyarə İbadullayeva 22 fevral 1957-ci ildə Naxçıvan şəhərində anadan оlub. 1980-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiət-Coğrafiya fakültəsini bitirib. Universiteti bitirdiyi il Azərbaycan Еlmlər Akademiyası Naхçıvan Regional Еlm Mərkəzində, daha sonralar isə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Həsən Əliyev adına "Araz" Elm-İstehsalat Birliyində kiçik elmi işçi kimi işləyib. 1993-cü ildə Bakı şəhərinə işə dəvət edilib və fəaliyyətini AMEA Eroziya və Suvarma İnstitutunda (Aqroekologiya Elm Mərkəzində) davam etdirib. === Təhsili === 1990–1994-ci illərdə AMEA Botanika İnstitutunun dissertantı olub və Botanika ixtisası üzrə "Naxçıvan MR florasında Baldırğan (Heracleum L.) növlərinin bioekoloji xüsusiyyətləri və efiryağlılığı" mövzusunda namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ildə AMЕA Bоtanika İnstitutunda əvvəlcə elmi fəaliyyət göstərib, daha sonra isə Botanika institutunun Еtnоbоtanika şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bakı Dövlət Universitetində "Azərbaycan florasının Kərəvüzkimiləri — Apiaceae Lindl" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir (2005). 2012-ci ildə artıq yüksək elmi fəaliyyəti layiqincə qiymətləndirilmiş və professor elmi adına layiq görülmüşdür. Oktyabrın 18-də AMEA Botanika İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında AMEA prezidentinin sərəncamı ilə biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Botanika İnstitutun icraçı direktoru vəzifəsinə təyin edilmişdir.
Səyyarə Əliyeva
Səyyarə Əliyeva (tam adı: Səyyarə Qulam qızı Əliyeva) — Azərbaycan alimi, texnika elmləri doktoru, AMEA Neft-Kimya Prosesləri İnstitutunun “Reaktiv və dizel yanacaqları” laboratoriyasının müdiri. == Həyatı == Səyyarə Qulam qızı Əliyeva 30 avqust 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakının Sabunçu rayonundakı 155 saylı orta məktəbi 1967-ci ildə bitirmiş və həmin ildə, Azərbaycan Neft - Kimya İnstitutunun (indiki ADNA) kimya-texnologiya fakultəsinə daxil olmuş və 1972-ci ildə kimyaçi texnoloq mühəndisi ixtisası ilə bitirmişdir. 1972-ci ildə akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Reaktiv və dizel yanacaqları” laboratoriyasında ali təhsilli laborant kimi işə başlamışdır. 1974-cü ildə mühəndis, 1980-cı ildə kiçik elmi işçi vəzifəsinə təyin edilib. 1982-ci ildə istehsalatdan ayrılmadan, Azərbaycan SSR EA-nın Y.H.Məmmədəliyev adına NKPI-nin nəzdində «Yanacaqların və qazın kimyəvi texnologiyası» ixtisası üzrə aspiranturaya daxil olub. 1990-cı ilin mayında «Azərbaycanın parafinli neftlərindən və katalitik krekinq məhsulları əsasında reaktiv yanacaqların alınması» mövzusunda «Məxfi» qriflə namizədlik dissertasiyası müdafiə edib. 1993-cü ildə attestasiyanın nəticələrinə görə elmi işçi, 1994-cü ildə attestasiyanın nəticələrinə görə baş elmi işçi vəzifəsinə təyin edilib. 1997-ci ildən baş elmi işçi elmi dərəcəsinə layiq görülüb. 2002-ci ildən etibarən, Əliyeva S.Q. aparıcı elmi işçi vəzifəsində reaktiv və dizel yanacaqların alınması, onların ehtiyatını öyrənmək, keyfiyyətini yaxşılaşdırmaq və hidravlik aviasiya yağının baza məhsulunun alınma, texnologiya-sının işlənməsi istiqamətində aparılan işlərə rəhbərlik etmişdir.
Sarıca
Sarıca (Şəki)
Yayıcı
AzərbaycandaYayıcı (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Yayıcı (Culfa) — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.ErmənistandaYayıcı (Göyçə) — Göyçə mahalının Yelenovka rayonunda kənd.
Neymar
Neymar (Tam adı: Neymar Da Silva Santos Junior, (port. Neymar da Silva Santos Jnior; 5 fevral 1992[…], Moji-das-Kruzis, San-Paulu ştatı) — "PSJ" klubunun braziliyalı futbolçusu, hücumçusu, Braziliya yığmasının kapitanı. = Karyerası = Santos İlk klubu Santos olub. O burada 224 oyuna çıxıb və 136 qol atıb. Onu Çelsi, Real Madrid və Inter heyətinə qatmaq istəyirdi. Braziliyalı oyunçu bunlardan heç birinə keçmək istəmirdi. Buna baxmayaraq Çelsi ona təkliflər irəli sürürdü. Santos onları FİFA-ya şikayət etməklə təhtit etdi. Barselona Braziliyalı oyunçu 2014-cü il May ayının 25-də Kataloniya klubu Barselona-ya keçdi. O burada Çempionlar liqasının qalibi oldu.
Qeydar
Qeydar (digər adı Qeydar Nəbi) — İranın Zəncan ostanında şəhər, Xudabəndə şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,525 nəfər və 6,253ailədən ibarət idi.Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər adını bura gömülü olan Qeydar Peyğəmbərdən almaqdadır.
Saylar
Say — əşyanın sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları bəzən "hansı?" sualına da cavab verir.
Sevkar
Sevkar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Seycan
Secan (fars. سيجان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 53 ailədə 83 nəfəri kişilər və 94 nəfəri qadınlar olmaqla cəmi 177 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Seygah
Segah — Azərbaycan musiqisində yeddi əsas ladlardan (məqamlardan) və yeddi əsas muğam dəstgahlarından biri.Mənası "Segah" sözü iki kökdən əmələ gəlib: farsca"se"(üç)+"gah"(mövqe,məkan,vəziyyət). Bu da Segahın üç əsas böyük hissədən (“Zabol”,“Segah” və “Hissar-müxalif”) ibarət olmasıyla əlaqədardır == Segah muğam dəstgahı kimi == Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən 24 muğam şöbəsindən biri. Bir dəstgah olaraq segah Azərbaycanda daha geniş yayılmış muğamlardan biridir. === Segah muğamı Azərbaycan musiqisində === Yaxın və Orta Şərq ölkələri musiqisində segah yalnız tək bir növdən ibarət olduğu halda, Azərbaycan musiqisində segahın bir neçə növü var: “Orta Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah”, “Haşım Segahı”. Qədim qrammofon vallarında xanəndə İslam Abdullayevin oxuduğu “Yetim Segahı” variantına da rast gəlinir. Ümumiyyətlə, İ.Abdullayev bu muğamın ən mahir ifaçısı olduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. Onun repertuarında “Segah”ın bütün variantları səslənmişdir. “Segah” ailəsinə aid bütün muğamlar bir-birindən tonallıq (kök) etibarilə fərqlənir və “Segah” muğamı inkişaf edərək özünəməxsus tonallıq sistemi yaratmışdır: Kiçik oktavadakı "si" mayəli (Xaric Segah) Birinci oktavadakı "mi" mayəli (Orta Segah) və kiçik oktavadakı "mi" mayəli (Zabul Segah) Birinci oktavadakı "lya" mayəli (Mirzə Hüseyn Segahı) Birinci oktavadakı "re" mayəli (Yalxın Segahı) Birinci oktavadakı "sol" mayəli (Haşım Segah)Segahın variantları özünəxas xarakteri, səslənməsi, yozumu, istinad pillələrinin dəyişilməsi ilə fərqlənsiyinə görə onların dinləyiciyə bağışladığı təsir müxtəlif olur."Azərbaycan xalq musiqisinin əsaları" monoqrfiyasında Üzeyir Hacıbəyov Segah muğamının estetik – psixoloji əhəmiyyətindən söz açarkən onun dinləyiciyə başlıca olaraq məhəbbət – sevgi bəxş etdiyini yazır. ==== Əsas Segah növləri ==== Zabul segah - mayeyi-zabul, muyə, manənd müxalif, segah (orta segah), məxluq, şikəsteyi-fars, mürəbbiqə, əraq, yədi-hasar, aşıq-guş şöbələrini qavrayan dəstgah.Orta segah – Zabul segahı dəstgahında əsil segah muğamının özü. Bir qayda olaraq manənd-müxalif şöbəsindən sonra ifa olunur.
Seyhan
Seyhan — Türkiyənin Adana ilində ilçə.
Seylab
Seylab və ya Silab: Seylab (Azərşəhr) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. Seylab (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Seylan
Seymur
Seymur — kişi adı. Bu adı olan tanınmışlarSeymur Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Seymur Quliyev (şəhid) — Qarabağ müharibəsi şəhidi, "Vətən uğrunda" medalı laureatı. Seymur Musayev — Ürək-damar cərrahı, tibb elmləri namizədi. Seymur Baycan — yazıçı, publisist.DigərSeymur (Antarktida) — Trimiti yarımadasından şərqdə yerləşən ada.
Seysan
Sisan-i Qədim (fars. سيسان قديم‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (9 ailə).
Seytas
Seytas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Seytas kəndi dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Ermənistanın Aqvan və Danzaver kəndlərindən qaçıb gəlmiş ailələr Seytas adlanan köhnə kənd yerində salmışdılar. Kəndin adı 1933-cü ildə Seytaş şəklində qeydə alınmışdır. Güman etmək olar ki, kənd dağların əha¬təsində yerləşdiyi üçün sey (orta, mərkəz) və taş (daş, qaya) komponentlərindən ibarət olub, “dağların ortası” mənasındadır.
Seyval
Seyval (lat. Balaenoptera borealis) — Zolaqlı balinalar fəsiləsinə, Bığlı balinalar dəstəsinə aid balina növü. Uzunluğu 20 (erkək) və 17 metr (dişi) arasında dəyişir. Çəkisi 30 tondur. == Xüsusiyyətləri == Bel nahiyyəsi tünd, yan nahiyyələri boz parlaq ləkəli, qarın hissəsi isə bozdan ağ rəngə qədər olur. Bel nahiyyəsindəki üzgəc iridir. Qidasının əsasını Xərçəngkimilər, balıq sürüləri və Başıayaqlılar təşkil edir. Yetkinliyə 5–7 yaşlarında çatırlar. Orta ömür müddəti 60 ildir. Boğazlıq dövrü 10,5–12 aydır.
Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.