Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stanford Shaw
Stenford Şou(İngilis dili:Stanford J. Shaw), (d. 5 May 1930, Minnesota - ö. 16 dekabr 2006, Ankara). ABŞlı tarixçi. Osmanlı tarixi və Erməni Soyqırımı sahəsində etdiyi işlərlə tanınan və 1977-ci ildə "Erməni soyqırımı yoxdur" dediyi üçün Ermənilər tərəfindən təhdid edilərək, evi qundaqlanan ABŞlı tarixçi. 26 il əvvəl Türkiyəyə yerləşib işlərinə burada davam etmişdir. Son olaraq Bilkent Universitetində Osmanlı Tarixi dərsləri verirdi. Ayrıca Türkiyə Elmlər Akademiyasından edilən şərhdə, 16 dekabr 2006da Akademiyanın Şərəf Üzvlüyünə seçildi və2006 ili Sentyabr ayında Prof. Dr. Xəlil İnalcık ilə birlikdə Türk və Türkiyə tarixinə qatqılarından ötəri Türk Tarix Təşkilatı tərəfindən Xidmət Medalı və Beratı ilə şərəflənildi.
Sahel
Sahel (ərəb. ساحل)‎, sahel - sahil, sahilkənarı) — Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsudar torpaqlara malik tropik savanna.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Small
Con Kunkel Smol (ing. John Kunkel Small) (31 yanvar 1869, Harrisburq, Pensilvaniya — 20 yanvar 1938, Manhetten, ABŞ) — botanik. ABŞ florası (xüsusilə də Florida ştatı) taksonu üzrə ixtisaslaşmışdır..
İshal
Diareya və ya ishal — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir. Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5–8 milyon uşağın həyatını alır.
Shell
Shell — Böyük Britaniyanın neft-qaz şirkəti. 2018-ci ilə kimi, Forbes Global 2000 reytinqinə görə dünyanın 11-ci ən böyük neft-qaz şirkətidir. Qərargahı Londonda yerləşir.
Sail
Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi. 2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi. Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.
Sial
Sial — Yer qabığı süxurlarının tərkibi başlıca olaraq silisium və alüminiumdan ibarət olan üst qatıdır.
Sual
Sual — informasiya əldə etmək və ya dəqiqləşdirmək məqsədilə insan tərəfindən səsləndirilən cümlənin fikir forması. Sual səsləndirilirsə intonasiya ilə deyilir, yazılırsa sonunda sual işarəsi qoyulur. Sual verən bir qayda olaraq cavab gözləyir, ironik suallar istisna təşkil edir. Hər dildə sual cümləsinin qurulmasının öz qaydası vardır. Azərbaycan dilində adi cümlənin sonunda olan xəbərin sonuna xüsusi şəkilçilər əlavə edilir. Məsələn, " Arif eşidir-mi ? ". İngilis dilində cümlənin sual formasında xəbər mübtədadan əvvəldə yerləşir. Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur. İspan dilində sul işarəsi tərs halda (¿), cümlənin əvvəlində qoyulur.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Look Sharp!
Look Sharp! – İsveçin Roxette pop-qrupunun ikinci albomudur. Stokholmun EMI Studiosda 1988-ci ilin mart-avqust aylarında və Londonun Trident II Studiosda 1988-ci ilin iiyun ayında yazılıb. Dünyada albomun 9 millyon nüsxəsi satılıb.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Sahil (ad)
Sahil — şəxs adı və təxəllüs. Sahil Qasımov — Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Məmmədov Sahil Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Sahil Məmmədov (Rasim oğlu) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (gizir) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (şəhid) — 2016-cı ildə şəhid olmuş əsgər.
Sahil (coğrafiya)
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Sahil (dəqiqləşdirmə)
Sahil — quru ilə kəsişmə xətti. Sahil qəsəbəsi — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Sahil (qəsəbə)
Sahil (əvvəlki adı: rus. Примо́рск; Primorsk; Dənizkənarı) — Azərbaycanın Qaradağ rayonunda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Qaradağ rayonunun Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Dənizkənarı şəhər tipli qəsəbə Sahil şəhər tipli qəsəbə, Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi Sahil qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Qəsəbə dəniz sahilində yerləşdiyi üçün belə adlandırılmışdır. Sahil qəsəbəsində 1949-cu ilə qədər balıq vətəgəsi olub. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement Zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xətləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Qəsəbə Xəzər dənizi sahilində yerləşir. Küləkli, az rütubətli havası var.
Sahil Alahverdovi
Sahil Alahverdovi (gürc. სახილ ალახვერდოვი) və ya Sahil Allahverdiyev (9 yanvar 1999, Soğanlıq) — Azərbaycan əsilli Gürcüstan boksçusu. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı. 5-ci sinifdə oxuyarkən boksla məşğul olmağa başlayıb. Boksçu kimi yetişməsində məşqçisi Füzuli Ələkbərovun böyük rolu olub. 2013-cü ildə tələbələr arasında, 2014 və 2015 illərdə isə gənclər arasında Gürcüstan çempionu olub. 2015-ci ildə Lvov şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa çempionatında 46 kq çəki dərəcəsində qalib olub. 2016-cı ildə Anapa şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında gümüş, 2017-ci ildə Antalya şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında isə qızıl medal qazanıb. 2019-cu ildə Minsk şəhərində keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanıb. 2021-ci ildə Belqradda keçirilmiş dünya çempionatının yarımfinalında Tayland təmsilçisi Vuttiçay Yuraçaya məğlub olaraq, bürünc medalla kifayətlənib.
Sahil Atakişiyev
Sahil Babayev
Sahil Rafiq oğlu Babayev (1980, Bakı) — Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri. 1980-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. İngilis, rus və türk dillərini əla, fransız dilini yaxşı səviyyədə bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1999–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi, daha sonra şöbə rəisi vəzifələrində çalışıb. Həmin dövrdə Hasilatın Pay Bölgüsü, həmçinin "Şahdəniz" təbii qazının satışı üzrə sazişlərin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak edib. 2006–2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib və Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi olub. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib. Eyni zamanda, 2009–2014-cü illərdə "Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı — Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri, "SOCAR Türkiyə Ege" Neft Emalı Kompleksinin (Star layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.
Sahil Cəlilov
Sahil Hüseynov
Sahil Məmişli
Sahil Məmmədov
Sahil Məmmədov (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. Sahil Məmmədov (Rasim oğlu) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (gizir) — II Qarabağ müharibəsi şəhidi.
Şarl
Şarl (fr. Charles Fransızca tələffüz: [ʃaʁl]) — fransız kişi adı.