BRAWL

brawl1

n səs-küylü dava-dalaş, küçə savaşı

brawl2

v 1. qalmaqal / dava / qovğa salmaq; 2. şırıldamaq, şırıltı ilə axmaq (su haq.)

BRAVO
BRAWLER
OBASTAN VİKİ
Brawl Stars
Brawl Stars — Finland videooyun şirkəti Supercell tərəfindən tərtib edilmiş çox oyunçulu, döyüş arenası videooyunu. Qlobal olaraq 12 dekabr 2018-ci ildə iOS və Android platforması üçün buraxılmışdır. Oyunda müxtəlif oyun rejimləri mövcuddur, burada oyunçular hər birinin özünəməxsus bacarıqları olan "brawler" adlanan personajları seçir, onları matçlarda idarə edərək bir-birlərini məğlub etməyə çalışırlar. == Oynanış == Oyunçunun məqsədi oyun kuboku yolunda (ing. Trophy Road) irəliləmək, digər oyunçularla döyüşlərdə iştirak etmək və unikal qabiliyyət eləcə də xüsusiyyətlərə malik yeni oynana bilən personajları açmaq və təkmilləşdirməkdir. Oyunun oynanışı müxtəlif oyun rejimlərində iki nəfərdən ibarət komandada və ya üç və ya beş nəfərlik kooperativdə digər oyunçulardan ibarət komandanı və ya süni intellektlə idarə olunan rəqibi təkbaşına məğlub etməyə yönəlib. Oyunçular hər biri öz bacarıqları və super gücləri olan personajları seçə bilərlər. Həmçinin, personajların hər birinin öz ulduz gücləri və qacetləri var, onları oyunda bir stardrop açmaqla əldə etmək və ya mağazadan almaq mümkündür. 2020-ci ilin may ayında oyunun yeniləmələrindən birinə Brawl Pass adlı yeni mükafat sistemi əlavə edildi. Oyunçular döyüşlərdə iştirak etdikcə, mükafat səviyyələrini açmaq üçün istifadə edilən oyundaxili valyuta olan tokenlər qazanırlar.