Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sofiyan
Sufiyan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır.
Sofiya
Sofiya — Bolqarıstanın paytaxtı və ən böyük şəhəri. Sofiyada 1.4 milyona yaxın insan yaşayır, bəzi mənbələrdə isə 2 milyona yaxın əhalinin olduğu deyilir. Sofiya əhalisinin 96% bolqarlar təşkil edir. İkinci böyük etnik qrup isə türklərdir — 0,6%. Digər millətlər isə əhalinin 3%-ni təşkil edir. Sofiya şəhəri ölkənin qərb hissəsində Vitoşa dağının ətəyində yerləşir.Şəhər İskar çayının qərbində salınıb.Rütubətli kontinental iqlimə malikdir.Balkan yarımadasının mərkəzində olmaqla, Qara dənizlə Adriatik dənizinin arasında və Egey dənizinə ən yaxın yerdə yerləşir. Antik dövrdə Serdica və Orta əsrlərdə Sredets kimi tanınan Sofiya şəhəri eramızdan əvvəl 7000-ci ildən bəri insanların məskunlaşdığı ərazidir. Şəhərin yaranma tarixi eramızdan əvvəl 29-cu ildə Serdicanın Roma Respublikasının Kelt qəbiləsindən olan Serdi tərəfindən fəth edilməsi ilə başlayır. Roma İmperiyasının tənəzzülü zamanı şəhərə hunlar, vestqotlar, avarlar və slavyanlar basqın etdilər. 809-cu ildə Serdica Krum xan tərəfindən Birinci Bulqar dövlətinin tərkibinə daxil edildi və Sredets adı ilə tanındı.
Aşıq Səfiyar
Aşıq Səfiyar (tam adı. Hüseynоv Səfiyаr Pаşа оğlu; 1920, Daşkənd – sentyabr 1943) – ifaçı aşıq. == Həyatı == Hüseynоv Səfiyаr Pаşа оğlu 1920-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində dоğulmuşdur. O, gənc olmasına baxmayaraq qısa bir müddətdə nəinki Dаşkənddə və eləcə də Göyçə mahalında ustаd аşıqlаrdаn biri kimi tanınmışdır. 1938-ci ildə İrəvan Aşıqlar Qurultayında fəal iştirak etmişdir. Festivalda II yeri tutmuş, döş nişanı ilə təltif edilmişdir. 1941-ci ildə Böyük Vətən Müharibəsi başladı. Aşıq Səfiyar 20 yanvar 1942-ci il tarixdə Bаsаrkeçər RHK-dаn оrduyа çаğırılmışdır. Sıravi əsgər Hüseynоv Səfiyаr Pаşа оğlu 1943-cü ilin sentyabr ayında itkin düşmüşdür. == Ailəsi == Aşıq Səfiyar ailəli idi.
Sofiyan Diop
Sofiyan Diop (9 iyun 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. 5 iyul 2018-ci ildə Diop Renn klubunun əvəzedici komandası ilə debüt mövsümündən sonra Monako klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Diop peşəkar karyerasında debütünü 4 avqust 2018-ci ildə Pari Sen-Jermen klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Peleni əvəz etmişdir. 2018 Fransa Superkuboku görüşündə Monako rəqibinə 0-4 hesabı ilə məğlub olmuşdur. Diop Fransada anadan olmuşdur. Valideynləri isə Seneqal vətəndaşlarıdır. O, hal-hazırda Fransa U-18 millisində çıxış edir.
Səfiyar Behbudov
Səfiyar Abuzər oğlu Behbudov (14 iyun 1967, Mollalı, Bərdə rayonu – 21 mart 1992, Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı (1992), Birinci Qarabağ müharibəsi şəhidi. 1967-ci il iyunun 14-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirən Səfiyar, 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. O, Bərdədə "Soy" Demokratik Gənclər Təşkilatını yaradaraq gəncləri öz ətrafında toplamış və Bərdənin bütün kəndlərində öz nümayəndəliklərini yaratmışdır. Xocalı soyqırımından bir həftə sonra o, tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən Səfiyar Tərtər, Ağdərə, Şuşa, Murov, Ağdam bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərmişdilər. Hərbi xidməti Macarıstanda uğurla başa vurmuşdur. Ordudan tərxis olunduqdan sonra, Xankəndində zabitlik kursunu, kiçik Leytenant rütbəsi ilə bitirir. Səfiyar Behbudov 1988-ci Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur.
Səfiyar Musayev
Səfyar Səfyar Bəylər oğlu Musayev 17 iyun 1935, Nərimanlı, Basarkeçər rayonu – 6 yanvar 1999, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, tarix elmləri doktoru, professor, 91-lərdən biri. Səfyar Musayev 1935-ci il iyulun 17-də Basarkeçər rayonunun Nərimanlı (Hüseynqulu Ağalı) kəndində doğulub. Səfyar Musayev 1953-cü ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1958-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır. Səfyar Musayev 1962-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına gətirib çıxarmış, 1965-ci ildə tarix elmləri namizədi, 1980-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsinə, 1981-ci ildə isə professor adına layiq görülmüşdür. 1986-cı ildə BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri seçilmiş və vəfat edənədək vəzifədə çalışmışdır. Səfiyar Musayev 400-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiya və 10 kitabın müəllifidir. 1991-ci ildə respublikada ilk dəfə olaraq ali məktəb tələbələri üçün Səfyar Musayevin müəllifi olduğu "Siyasi tarix" dərsliyi çap edilmişdir. Səfyar Musayev 1992-ci il oktyabrın 16-da "Səs" qəzetində dərc etdirdiyi "Mən niyə əliyevçiyəm" məqaləsində Heydər Əliyevin hakimiyyətə gəlməsini dəstəkləmə səbəblərini açıqlamışdır. Həmin illərdə Səfyar Musayev, Murtuz Ələsgərov və Əli Əhmədovun rəhbərliyi ilə Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə siyasi tarix kafedrasında "Heydər Əliyevin müdafiəsi mərkəzi" yaradılmış və Heydər Əliyevin sədrliyi ilə Azərbaycanda yeni bir partiya təsis edilməsi ideyası ortaya çıxmışdı. Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edildikdən sonra Səfyar Musayevin rəhbərliyi ilə Azərbaycanda birinci olaraq çalışdığı kafedrada 17 nəfərin iştirakı ilə YAP-ın ilk təşkilatı yaradıldı.
Səfiyar Məmmədov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Səfiyar Əliyev
Səfiyar Əliyev (1 may 1942, Sisian rayonu – avqust 1997, Bakı) −kimyaçı alim, AMEA−nın Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun böyük elmi işçisi, kimya elmlər doktoru. Əliyev Səfiyar 1942-ci ildə Ermənistan SSR Sisiyan rayonunun Dəstəgird kəndində anadan olmuşdur. 1949-cu ildə Dəstəgird orta məktəbə daxil olub, oranı 1959-cu ildə bitirib. Həmin il Bakı Dövlət Universitetinin kimya fakultəsinə daxil оlub.O, Universiteti bitirdikdən sonra, 1965-ci Ildə Azərbaycan SSR Aşqarlar Kimyası İnstitutunun aspiranturasına daxil olub. 1968-ci ildən EA AKİ-də mühəndis, kiçik və böyük elmi işçi vəzifələrində işləmişdir. 1987–97-ci illərdə "Antimikrob aşqarlarının sintezi" laboratoriyasına rəhbərlik etmişdir. 1969-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsini almaq üçün "Ditiofenol törəmələrinin kükürd əvəzləyicilərin sintezi və tədqiqi" mövzusunda namizədlik, 1991-ci ildə isə "Tərkibində azot və kükürdsaxlayan birləşmələrin sintezi və onların yağlara və soyuducu-yağlayıcı mayelərə əlavə kimi tədqiqi" mövzusunda doktorluq dissertasiyasını "Neft-kimyası" ixtisası üzrə müdafiə etmişdir.Onun rəhbərliyi ilə 2 elmlər namizədi yetişmişdir. S.Əliyev uzun sürən xəstəlikdən sonra 1997-ci ilin avqustunda vəfat etmişdir. S.Əliyev üzvi və neft kimyası sahəsində ixtisaslaşmışdır. Onun əsas elmi-tədqiqat işləri tərkibində kükürd və azotsaxlayan üzvi birləşmələrin sintezi, onların sürtkü yağlarına, yanacaqlara və eləcədə soyuducu yağlayıcı mayelərə aşqar kimi tətbiqinə həsr edilmişdir.
Sofiya (robot)
"Sofiya" (ing. Sophia) — dünyada ilk süni intellektli humanoid robot. Bu robot 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanmışdır. "Sofiya" süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak etmişdir.
Sofiya Alekseyevna
Sofiya Alekseyevna (Rusca: Со́фья Алексе́евна) (d. 27 sentyabr 1657, Moskva – ö. 14 iyul 1704, Moskva) — Rusiya çarı I Alekseyin böyük qızı. Romanovs. The second film. Feodor III, Sophia Alekseyevna; Ivan V; on YouTube – Historical reconstruction "The Romanovs". StarMedia.
Sofiya Bəsirzadə
Sofya Bəsirzadə (28 fevral 1918, Kazan quberniyası – 4 yanvar 2000, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1974). Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi də yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər. Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Qroteskli satiriki də olub, məsxərəvari yumorlusu da. Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb.
Sofiya Cermen
Sofiya Cermen (fr. Marie-Sophie Germain; 1 aprel 1776[…], Paris, Fransa krallığı – 27 iyun 1831[…], Paris, İyul monarxiyası) — Fransa riyaziyyatçısı, mexaniki və filosofu. Zəngin ipək tacirinin qızı olan Mari Sofiya Jermen ailəsinin üç qız uşağından ikincisi idi. O, 1 aprel 1776-cı ildə Parisdə anadan olub. 1789-cu il iyulunda Bastiliya hadisələri zamanı Paris küçələrində başına bir iş gəlməsin deyə Sofiyanın evdən çıxması qadağan edilmişdi. Evdə sıxıldığı münasibətlərdən qaçan Sofiya çarəni atasının zəngin kitabxanasına sığınmaqda görür. Riyaziyyata olan həvəsi qədim yunan riyaziyyatçısı Arximedin Sirakuzanın romalılar tərəfindən istilası zamanı həndəsə məsələsini həll etməyə çalışdığı anda öldürülməsi hekayəsini oxuduğu zaman yaranmışdı. Bu tarixi hadisədən o qədər mütəəssir olur ki, riyaziyyat araşdırmaları ilə məşğul olmağa qərar verir. Sofiya riyaziyyat çalışmaları ilə yanaşı, maraqlandığı sahələr üzrə mətnləri oxuya bilmək üçün latın və yunan dillərini də öyrənməyi düşünürdü. Ancaq atası bu istəyinə etiraz edir.
Sofiya Hellkvist
Sofiya Hellkvist (ing. Sofia Kristina Hellqvist və ya rəsmi adı: ing. Princess Sofia, Duchess of Värmland; d. 6 dekabr 1984, Elvdalen, İsveç) — Varmland Düşesi. İsveç şahzadəsi Karl Filip Edmund Bertilin həyat yoldaşı; keçmiş erotik qlamur model və realiti-şou iştirakçısı. Sofiya Hellkvist 1984-cü ilin dekabrın 6-da İsveçin mərkəzindəki Elvdalendə, orta sinif mənsubu olan ailədə anadan olub və "adi vətəndaş" sayılır. Məktəbi Stokholmda başa vurandan sonra, Nyu-Yorkdakı biznes və ingilis dili məktəbində oxuyub. Daha sonra yoqa kurslarında təhsil alıb, Stokholm Universitetində qlobal etika, uşaqlar və gənclərin hüquqlarını öyrənib. Model karyerası da olan Sofiya 20 yaşında ikən "Paradise Hotel" realiti-şousuna qatılmışdır. 13 iyun 2015-ci ildə İsveçin paytaxtı Stokholmdakı kral sarayında, XVIII əsrə aid Slottsçyurk kilsəsində ölkə kralı 16-cı Karlın oğlu, 36 yaşlı şahzadə Karl Filipp Edmund Bertil ilə toyu olmuşdur.
Sofiya Hüseynova
Sofiya Həsən qızı Hüseynova (Sofa İsmayılova) (26 fevral 1926, Bakı – 30 iyul 2015, Naxçıvan) — C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın xalq artisti (1982), "Şöhrət" ordeni laureatı (1996). Sofiya Hüseynova 17 fevral 1926-cı ildə Naxçıvanda anadan olub. Qızlıq soyadı İsmayılovadır. Atası Həsən İsmayılov hərbçi, anası Xədicə Qazıyeva isə aktrisa olub. Sofya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala Dövlət Dram Teatrında işlədikdən sonra yenə Naxçıvana qayıdıb. Sofiya Hüseynova həyatı boyu Naxçıvan teatrın aktrisası olmuş, bir-birindən maraqlı və rəngarəng obrazlar yaratmışdır. Gülnar və Xuraman, Fitnə ("Vaqif" və "Fərhad və Şirin" Səməd Vurğun), Sara və Gülnisə, Susanna, Nadya ("Solğun çiçəklər", "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Tərgül ("Məhsəti", Kəmalə Ağayeva), Humay ("Komsomol poeması", İsgəndər Coşqun), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov), Nərminə ("Göz həkimi", İslam Səfərli), Zalxa ("Toy", Sabit Rəhman), Günəş ("Günəş", Hüseyn Razi), Tanya ("Alınmaz qala", Həsən Elsevər), Tovuz xanım ("Bir cüt bədmüşk ağacı", Əkrəm Əylisli), Gülnaz və Sənəm, Gülçöhrə, Minnət xanım ("Məşədi İbad", "Arşın mal alan" və "Ər və arvad", Üzeyir bəy Hacıbəyov), Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), Şölə xanım ("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Güllücə ("Dan ulduzu", Cahangir Məmmədov) rolları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.
Sofiya Jozeffi
Sofiya Jozeffi (rus. София Жозеффи; tam adı Sofiya Lvovna Lipkina (rus. София Львовна Липкина); 1906, Klintsı-1997, Hyuston, ABŞ) — Sovet sirk və kino aktrisası. Sofiya Jozeffi sirk artistləri ailəsində doğulmuşdur. Uşaq yaşlarından ailəsi ilə birgə sirk şoularında iştirak etmişdir. 1923-1934-cü illərdə Azərbaycan SSR və Gürcüstan SSR-də 10-a qədər filmə çəkilmişdir. Bunlardan ən məşhurları "Qız qalası əfsanəsi" və "Savur-məzar" filmləridir. 1930-cu illərin əvvəllərində Sofiya Lipkina-Jozeffi onu filmlərə çəkən rejissor Vaxnyanski ilə ailə həyatı qurmuşdur. 1992-ci ildə qızı ilə birlikdə ABŞ-yə mühacirət etmişdir. Sonrakı aktrisalıq fəaliyyəti haqqında heç bir məlumat yoxdur.
Sofiya Kianni
Sofiya Kianni — Amerikalı iqlim fəalı. O, iqlim dəyişikliyi məlumatlarını 100-dən çox dilə tərcümə edən beynəlxalq gənclər qeyri-kommersiya təşkilatı Climate Cardinals-ın təsisçisi və direktorudur. O, Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin İqlim Dəyişikliyi üzrə Gənclər Məsləhət Qrupunun ən gənc üzvü kimi Birləşmiş Ştatlarını təmsil edir. O, həmçinin Gələcək üçün cümə günündə Milli Strateq, Extinction Rebellion üzrə beynəlxalq sözçü və “This is Zero Hour” mövzusunda milli tərəfdaşlıq koordinatoru kimi fəaliyyət göstərir. Kianni anası, atası, kiçik bacısı və iki məhəbbət quşu ilə birlikdə Virciniya ştatının Maklin şəhərində yaşayır. O, komandasının ümummilli Elm Olimpiadasının qalibi olduğu Henri Uodsvord Lonqfello Liseyində və Milli Təqaüd Proqramında yarımfinalçı olduğu Tomas Cefferson Elm və Texnologiya Liseyində oxuyub. Kianni bir yeniyetmənin COVID-19 pandemiyası ilə bağlı sosial uzaqlaşdırma tədbirlərinə reaksiya nümunəsi olaraq medianın geniş diqqətini çəkir: CNN, Time jurnalı və The Washington Post onun və dostlarının üz-üzə ünsiyyəti, hətta onların ünsiyyəti necə təşviq etdiyi haqqında yazır. Sofiya Tehranda orta məktəbdə oxuyarkən, bir gecə ulduzların dumanla örtüldüyü zaman iqlim fəallığı ilə maraqlanmağa başlayır və bu “dünyamızın həyəcan verici sürətlə istiləşməsinin siqnalına çevrilir”. Daha sonra o, Qreta Tunberqin "Gələcək üçün cümə günləri" qrupuna qoşulur və iqlim fəaliyyətinə dəstək olmaq üçün dərslərdən vaxt ayırır. 2019-cu ildə Qara cümə iqlim tətilinin təşkilində kömək edir.
Sofiya Konux
Sofiya Konux (9 mart 1980, Çelyabinsk) — Rusiyanı təmsil edən su poloçusu. Sofiya Konux, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Sofiya Konux, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu. Sofiya Konux, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Sofiya Konux, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.
Sofiya Kovalevskaya
Sofiya Vasiliyevna Kovalevskaya (rus. Со́фья Васи́льевна Ковале́вская, 3 (15) yanvar 1850, Moskva, Rusiya imperiyası[…] – 10 fevral 1891[…], Hedviq-Eleonora[d], İsveç) — rus riyaziyyatçısı və mexaniki. Sofiya Vasilyevna Korvin Krukovski zadəganlara mənsub, yaxşı təhsil almış valideynlərin ortancıl uşaqları olaraq 15 yanvar 1850-ci ildə Moskvada anadan olub. Sofiyanın atası Rusiya ordusunda general idi. Sonya adı ilə tanınan Sofiya həyatı boyunca yayınlarında cinsiyyətinin anlaşılmasının qarşısını almaq üçün həyat yoldaşının soyadının bir hissəsindən istifadə etdi. Çox kiçik yaşından riyaziyyata maraq göstərən Sofiya Moskvada, sonra da Sankt-Peterburqda xüsusi müəllimlər və tərbiyəçilər tərəfindən dərs aldı. Sofiyanın riyaziyyata böyük maraq duymasına əmisi Pyotr Vasilyeviç Krukovski təsir etmişdi. Sofiya 11 yaşındaykən evlərinin təmiri zamanı divar kağızlarının əskikliyinə görə öz otağının üstündə diferensial və inteqral hesab məsələləri olan kağızlarla örtülməsi səbəbi ilə bu "qəribə" simvolları və həlləri anlamağa çalışarkən riyaziyyata böyük həvəs oyanmışdı. Liseyi bitirdiyi zaman Sofiyanın bütün həvəsi universitetdə təhsil almaq idi. Lakin o dövrdə Rusiyada bir qadın üçün bu imkansız idi.
Sofiya Lodi
Sofiya Lodi (29 yanvar 1998, Breşiya, Lombardiya) — İtaliyanı təmsil edən bədii gimnast. Sofiya Lodi 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Lodi həm də Dünya Çempionatlarının 1 qızıl və 2 gümüş medalını qazanıb. Sofiya Lodi 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Alessia Maurelli, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Sofiya Qubaydulina
Sofiya Asqatovna Qubaydulina (tat. София Әсгать кызы Гобәйдуллина; 24 oktyabr 1931[…], Çistopol, Tatarıstan MSSR) — Rus bəstəkarı, 1991-ci ildən Almaniyada yaşayır. 100-dən çox Simfonik əsərlərin, solistlər üçün bəstələr, xor və orkestr, instrumental ansambl, teatr, kino və cizgi filmləri üçün kompozisiyaların müəllifidir. Sofiya Qubaydulina, Tatar MSSRʼin Çistay şəhərində anadan olub. Atası Qubaydulin Asqat Masqudoviç, mühəndis –geodez, anası Qubaydulina Fedosiya Fedorovna, müəllimə, babası Masqud Qubaydulin molla idi. 1932-ci ildə ailə Kazana köçdü. 1935-ci ildə Sofiya, P. I. Çaykovski adına 1 saylı musiqi məktəbinə daxil oldu.1946-cı ildən 1949-cu ilə qədər Kazan Musiqi Pianino Məktəbində (M. Ə. Pyatnitskaya sinfi) və, 1949-cu ildən 1954-cü ilədək Kazan Konservatoriyasında professor Albert Lehmanın sinifində, həmçinin Qriqori Koandanın piano sinifində təhsil almışdır. 1954-cü ildə Moskva Konservatoriyasına, Yuri Şaporinin sinifinə, sonra isə Yoqub Zackin pianino sinfində təhsil aldı. Stalin təqaüdçüsü idi. 1963-cü ildə professor Vissarion Şebalinin rəhbərliyi ilə Moskva Konservatoriyasının aspiranturasını bitirmişdir.
Sofiya Riqa
Sofiya Riqa (18 iyul 1988) — Yunanıstanlı marafonçu. Sofiya Riqa Yunanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Sofiya Riqa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 49 dəqiqə 7 saniyəyə qət edərək 157 marafonçu sırasında 103-cü yeri tutdu.
Sofiya Rotaru
Sofiya Mixaylovna Rotaru (mold. Sofia Rotaru, ukr. Софiя Ротару; 7 avqust 1947, Marşintsı[d], Çernivtsı vilayəti) — SSRİ, Rusiya, Ukrayna, Moldova pop müğənnisi, musiqiçi, kino və musiqi prodüseri, aktrisa, uğurlu iş adamı və moda yaradıcısı. Rotarunu məşhurlaşdıran onun lirik səsi, mehriban qadın xarici görünüşü və qazandığı nüfuzudur. Onun karyerası Şərqi Avropada və keçmiş SSRİ-də musiqi səhnəsində cəsarətli addımları ilə müşayiət olunmuşdur. Mətbuat onu "Pop kraliçası" və "Bu bizim dünyamızdır!" adlandırmışdı. 1988-ci ildə keçmiş SSRİ-də pop-müğənnilər arasında "SSRİ Xalq artisti" adı almış ilk şəxs olmuş, 2000-ci ildə isə XX əsrin müğənnisi elan edilmişdi. Bu gün Sofiya Rotaru Ukrayna vətəndaşı, Krım və Yaltanın fəxri sakinidir. Sofiya Rotaru əsasən Yaltada yaşasa da , tez-tez Kiyevdə, Baden-Badendə və Moskva şəhərində də məskən salır. Məşhur müğənni Ukrayna SSR-nin Xalq Artisti, Moldova SSR-nin Xalq Artisti, SSRİ Xalq artisti fəxri adlarına layiq görülmüş, Lenin Komsomolu mükafatı laureatı olmuşdur.
Sofiya Universiteti
Sofiya Universiteti və ya tam adı Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti (bolq. Софийски университет „Св. Климент Охридски“) — Bolqarıstanın paytaxtı Sofiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ilk ali təhsil ocağıdır. Universitetin rektoru professor İvan İlçevdir. Sofiya Universitetinin ali mükafatı "Mavi Lent Fəxri Nişanı"dır (ing. "Honorary Blue Ribbon Insignia"). Bu mükafatın verilməsi haqqında qərar həmin universitetin 2012-ci il 19 dekabr tarixində keçirilmiş Elmi Şurasının toplantısında qəbul edilmişdi. Bu mükafatın laureatları aşağıdakılardır: Kamal Abdulla (2013) 2013-cü ilin may ayında Sofiya Universitetinin rektoru professor İvan İlçev ilə Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdulla arasında Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması ilə bağlı saziş imzalanmışdır.
Sofiya sinaqoqu
Sofiya sinaqoqu ( bolq. Софийска синагога Sofia sinaqoqu ) Cənub-Şərqi Avropanın ən böyük sinaqoqudur . Böyüklüyünə görə Bolqarıstanda fəaliyyət göstərən iki əsas sinaqoqdan biri (ikincisi Plovdiv şəhərində) və Avropada üçüncüdür. Avstriyalı memar Fridrix Qryunagerin layihəsi əsasında paytaxt Sofiyada Səfərad yəhudiləri Yəhudi icması üçün tikilmişdir. Görünüşünə görə, Vyana şəhərindəki köhnə Leopoldştadt sinaqoqunu xatırladır. 9 sentyabr 1909-cu ildə Çar I Ferdinandın iştirakı ilə rəsmi olaraq açıldı. Sinaqoqun inşası üçün ilk hazırlıqlar 1903-cü ildə, tikinti özü isə 1905-ci ilin 13 noyabr tarixində başlamışdır. İnşaat, ravvin Markus Ehrenpreisin təşəbbüsü və Ezra Tajer və İbrahim Davijon Levi kimi hörmətli Yəhudi icmasının səyləri sayəsində gerçəkləşmişdir. Sinaqoq şəhərin tam mərkəzində, Mərkəzi Bazarın yaxınlığında yerləşir. O, bütövlükdə 1300 kilsəni əhatə edə bilər.
Sofiya tramvayı
Sofiya tramvayı — Sofiya şəhərində əsas nəqliyyat növlərindən biri. Bolqarıstan ərazisində mövcud olan yeganə tramvaydır. Faktiki olaraq tramvay iki sistemdən ibarətdir. Onların biri 1009 mm digəri isə 1435 mm reyslərə malikdir. Sofiyada ilk tramvay 1 yanvar 1901-ci ildən fəaliyyət göstərir. Sofiyanın tramvay nəqliyyatının tarixi 1 dekabr 1898-ci ildən başlayır. Belə ki, şəhər icra hakimiyyəti Fransa və Belçika şirkətləri ilə konsessiya birliyi əsasında tramvay xəttinin tikintisinə başlayırlar. Tramvay ilk dəfə 1 yanvar 1901 ildə hərəkətə gətirilir. Bu zaman tramvay sistemi altı xətdən ibarət olmuşdur. Tramvay xəttinin ümumi uzunluğu 23 kilometr idi.
Sofular
Sofular — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Çuxurtala olmuşdur. Etnooykonimdir. Kəndin adı azərbaycanlıların etnogenezində iştirak etmiş kəngərlilərin sofulu tayfa­sının adı ilə bağlıdır. Sofulu tayfasının nüma­yəndələri əsasən Zəngəzur və Qazax qəzalarında yaşamışlar. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağlıq ərazidə yerləşir. Kənddə Sofular kənd kitabxana filialı, Sofular kənd klubu fəaliyyət göstərir. Kənddə Sofular kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Sufiyan
Sufiyan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır.
Səfiyan
Səfiyan — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Səfiyan kəndi Aşağı Fərəcan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səfiyan kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 9 noyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad olunmuşdur. Yaşayış məntəqəsi keçən əsrin əvvəllərində Şuşa qəzasına daxil olmuş və Səfyanlı adı ilə qeydə alınmışdır. Səfyan bəzi türk dillərində "çəyirtkə" mənasında işlənir. Tədqiqatçıların bir qismi oykonimi Səfi şəxs adından düzəlmiş səfilər nəslinin adı ilə əlaqələndirir. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Sarıyar
Sarıyar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Sarılar kimi göstərilir. Qızılkilsə (Qızıldaş) sovetliyinin tərkibində idi. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tabeliyində olmuşdur. Toponim rəng bildirən sarı sözü ilə qədim türk dilində «yarğan» mənasında işlənən yar birləşməsindən əmələ gəlmişdir. Kəndin ərazisindəki torpaq san rəngli süxurlardan ibarətdir. Ona görə də kənd Sarıyar adlarıdırılıb. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.