DÖYƏCLƏMƏK

f.
1. Bir şeylə döymək, vurmaq.
Az qalıb, mənzil başına çatmışıq, – deyə arabaçı öküzləri döyəclədi. T.Ş.Simurq.

2. Bir şeylə üstündən vuraraq (döyərək) düzləndirmək, yastılatmaq, bərkitmək, basıb sıxlaşdırmaq, bərabərləşdirmək. Damın torpağını döyəcləmək. İsti qırı (asfaltı) döyəcləmək.
– Sofiya xanım irəli yeridi, odunları maşa ilə döyəclədi, çırpdı, sonra birbirinə yavıqlaşdırıb sobanın ağzını örtdü. Çəmənzəminli.

3. məc. Ara vermədən çarpmaq, döymək, vurmaq, taqqıldatmaq. Yağış pəncərəni döyəcləyir.
– Bir də görərdin, hərə əlinə bir mis qapıb dama çıxar və onu döyəcləyərdi. H.Sarabski.
Dəniz ara vermədən buruğun polad sütunlarını döyəcləyirdi. M.İbrahimov.
Köpüklü dalğalar sahilə doğru şütüyərək, sıldırım qayaları hirslə döyəcləyirdi. M.Hüseyn.

4. məh. dan. Birnəfəsə danışmaq, demək.
Qız məni çıxılmaz bir döngəyə salıb döyəclədi. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖYƏCLƏMƏK çırpmaq — vurmaq — taqqıldatmaq
  • DÖYƏCLƏMƏK vurmaq — yastılatmaq — bərkitmək — toxaclamaq
DÖYƏCLƏMƏ
DÖYƏCLƏNMƏ

Digər lüğətlərdə

вверга́ться мо́йры недоде́ржка подхлёстываться прихлеба́ла прома́сливать аккурати́стка восково́й га́мма-спектро́метр моторизи́ровать преклоня́ть свобо́дный удар спо́ру нет assumption doolie non-self-governing Norwood overly watering-can бутыль грузооборот закашляться поломка развариться чистоплотность