Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bamiyə
Bamiyə (bitki)
Damiyə
Damiyə — Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. == Toponimkası == Damiyə Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. İrəvan quberniyasının Eçmiadzin qəzasında Dəm, Surməli qəzasında Dəmitəpə, Şarur-Dərələyəz qəzasında Dəmitəpə və Dəmibulaq. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Dəmidaq adları ilə mənaca eynidir.
Mumiyə
Mumiyo — tünd-qəhvəyi rəngli plastik maddə. Tərkibinə mineral maddələr (Ca, Mg, Na, Fe, Cr, Pb və b.- 20-dən çox element), həmçinin bərk parafinli karbohidrogenlər, zülallar, karbohidratlar, amin turşuları, alifatik turşular, spirtlər və b. daxildir. Ekstraktın üzvi hissəsinin kimyəvi tərkibi (~50% C və 10% H) mumiyo neft mənşəli olmasını göstərir. Püskürmə, metamorfik və çöküntü süxurlarda (proterozoydan dördüncü dövrədək) Orta Asiya, Tuva, Baykalətrafı, Qafqaz və b. rayonlarda rast gəlinir. Tibbdə istifadə edilir. Sinonim: Dağyağı, Daşyağı. Mumiyanın kimyəvi və spektrial tədqiqatları göstərmişdir ki, onun tərkibi mikroelementlərlə (xüsusən silisium, alüminium, dəmir, kalsium, maqnezium, manqan, kobalt, qurğuşun, titan, nikel), həmçinin aminturşular və yağ turşuları ilə zəngindir. Aparılan tədqiqatlar mumiyanın yaranma təbiəti haqqında müəyyən məlumatlar əldə etməyə imkan verdi.
Samirə
Samərra (ərəb. سَامَرَّاء‎ Sāmarrāʾ) — İraqda şəhər, Səlahəddin mühafəzasıın inzibati mərkəzi. Dəclə çayının sahilində yerləşir. Keçmişdə Abbasilər xilafətinin paytaxtı olmuşdur. Samərra şəhəri şiələr arasında məzhəbi əhəmiyyəti var. Bunun səbəbidə onların iki imamı Həsən Əskəri və Əliyyə-Nəqi türbələrinin orada olmasıdır. Abbasilər dövründə, 892-ci ildə Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah hazırlandı və bu iqamətgah Samərra (kim görsə heyrətlənər) adlandı. Bu şəhər qədim mədəniyyət mərkəzidir ki, Übeyd mədəniyyətinin kökü sayılır. Azərbaycan xalqının qəhrəman oğlu Babək bu şəhərdə edam olundu.
Saniyə
Saniyə — zaman ölçü vahididir. 60 saniyə 1 dəqiqəyə bərabərdir. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Siminə
Siminə (tarixi adı Qaramusalı)(fars. سیمینه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanının Siminə bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957 nəfər və 188 ailədən ibarət idi. Şəhərin tarixi adı olan Qaramusalı, şəhərin Tatavuçay (farsca adı Siminərud) çayının sağ sahilində yerləşdiyinə görə Siminə olaraq dəyişdirilmişdir. Şəhər Tatavuçayın sağ sahilində, dəniz səviyyəsindən 1309 metr yüksəklikdə, Qərbi Azərbaycan ostanının inzibati mərkəzi olan Urmiya şəhərindən 129 kilometr cənub-şərq məsafədə yerləşir.
Sofiya
Sofiya — Bolqarıstanın paytaxtı və ən böyük şəhəri. Sofiyada 1.4 milyona yaxın insan yaşayır, bəzi mənbələrdə isə 2 milyona yaxın əhalinin olduğu deyilir. Sofiya əhalisinin 96% bolqarlar təşkil edir. İkinci böyük etnik qrup isə türklərdir — 0,6%. Digər millətlər isə əhalinin 3%-ni təşkil edir. Sofiya şəhəri ölkənin qərb hissəsində Vitoşa dağının ətəyində yerləşir.Şəhər İskar çayının qərbində salınıb.Rütubətli kontinental iqlimə malikdir.Balkan yarımadasının mərkəzində olmaqla, Qara dənizlə Adriatik dənizinin arasında və Egey dənizinə ən yaxın yerdə yerləşir. Antik dövrdə Serdica və Orta əsrlərdə Sredets kimi tanınan Sofiya şəhəri eramızdan əvvəl 7000-ci ildən bəri insanların məskunlaşdığı ərazidir. Şəhərin yaranma tarixi eramızdan əvvəl 29-cu ildə Serdicanın Roma Respublikasının Kelt qəbiləsindən olan Serdi tərəfindən fəth edilməsi ilə başlayır. Roma İmperiyasının tənəzzülü zamanı şəhərə hunlar, vestqotlar, avarlar və slavyanlar basqın etdilər. 809-cu ildə Serdica Krum xan tərəfindən Birinci Bulqar dövlətinin tərkibinə daxil edildi və Sredets adı ilə tanındı.
Soriya
Soriya (isp. Soria) — İspaniyada şəhər. Soriya vilayətinin mərkəzi. Duero çayının sahilində yerləşmişdir.
Suriyə
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Urmiyə
Urmiya və ya Urmiyə (az-əbcəd. اۇرمیه‎, fars. ارومیه‎), yerli əhali arasında Urmu (az-əbcəd. اۇرمۇ‎) — İranın Qərbi Azərbaycan ostanı və Urmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir. 2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır.
Lamiyə Səlimova
Lamiyə Vəliyeva
Lamiyə Rövşən qızı Vəliyeva (5 aprel 2002) — T13 kateqoriyasında (görmə pozğunluğu) çıxış edən Azərbaycan paraatleti. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medallara, XVII Yay Paralimpiya Oyunlarında isə ikinci dəfə qızıl medala sahib olub. == Həyatı == Lamiyə Vəliyeva 2002-ci il aprelin 5-də anadan olub. 2015-ci ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Tofiq Əliyev, yığmada məşqçisi isə Oleq Panyutindir. == Karyerası == Lamiyə Vəliyeva 2015-ci ildə Konya şəhərində beynəlxalq turnirdə 100 metr məsafəyə qaçışda turnirin qalibi oldu. 2016-cı ildə Belarusda beynəlxalq turnirdə 60 metr məsafəyə qaçışda beşinci pillənin sahibi olan Lamiyə Vəliyeva, 2017-ci ildə isə Macarıstanda XIV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında mübarizə apardı. 2018-ci ilin yanvar ayında 400 metr məsafəyə qaçışda şəhər çempionatının qalibi oldu, fevral ayında isə Belarusda beynəlxalq turnirdə bürünc medal qazandı. 2018-ci ildə U-18 Avropa Çempionatında mübarizə aparan Lamiyə Vəliyeva, 2019-cu ildə növbəti dəfə şəhər çempionatının qalibi oldu. 2019-cu ilin iyun ayında o, 200 və 400 metr məsafələrə qaçışda U-18 Azərbaycan Çempionatının qalibi oldu.
Məmiyə (Qəzvin)
Məmiyə (fars. محمدده‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 302 nəfər yaşayır (81 ailə).
Safiyə Sultan
Səfiyyə Sultan (təq. 1550 – 10 noyabr 1618, Konstantinopol) — 12. Osmanlı sultanı III Muradın xanımı və III Mehmedin anası, Validə sultan. Sofia Bellicui Baffo adı ilə 1550-ci ildə Venesiyada dünyaya gəldi. Çox varlıqlı bir ailənin tək övladı olan Sofia dövrünə görə mükəmməl bir təhsil almışdı. Atası Leonardo Baffo Korsika adasının qubernatoru idi. Hələ 12 yaşındaykən Aralıq dənizində gəmiylə səyahət edərkən Osmanlı quldurlarına əsir düşmüşdür. Bir il sonra İstanbuldakı Pera kölə bazarına gətirilən Sofianın gözəlliyi dövrün hasəki sultanı Nurbanu Sultanın qulağına qədər gəlib çatır. Manisa sancaqbəyi olan oğlu şahzadə Muradın (III. Murad) dövlət işlərindən uzaq passiv xarakterindən narahat olan anası Nurbanu Sultan bir sərvət ödəyərək 13 yaşlı Sofianı kölə bazarından satın alaraq saraya gətirir. 2 il boyunca dayanmadan hərəmxana təhili alan Sofianın adı dəyişdirilərək, mənası "arı, duru, saf gözəllik" olan Səfiyyə qoyulur.
Samirə Allahverdiyeva
Samirə Allahverdiyeva (25 avqust 1979) — Azərbaycan müğənnisi. Allahverdiyeva Samirə 1979-cu ilin avqustun 25-də Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişdir. 1992-ci ildə ilk dəfə 7–17 yarışmasında iştirak etmişdir. 1994-cü ildə isə peşəkar səhnəyə Vaqif Gərayzadənin dəstəyi ilə çıxmışdır. 2002-ci ildə "Qayıtdı Xəyallar" adlı ilk albomu işıq üzü görmüşdür. Eyni adlı mahnı ilə Elşad Xose ilə dueti dinləyicilər tərəfindən çox rəğbətlə qarşılanmışdır. İlk klipi də 2002-ci ildə "Səni tapdım" adlı mahnıya çəkilmişdir. Evlidir, bir övladı var. O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Samirə Bayramova
Bayramova Samirə Teymurxan qızı(4 oktyabr 1988, Marneuli) — ictimai xadim, fəal, jurnalist, hüquq müdafiəçisi və sosioloq. Sovet İttifaqının dağılması və Gürcüstan vətəndaş müharibəsi başlaması ölkədə insanların sosial vəziyyətinə mənfi təsir göstərmiş, insanların rifahi sürətlə pisləşməsi nəticəsində yüz minlərlə insan ölkəni tərk etmişdir. Etnik azərbaycanlıların kompakt şəkildə yaşadıqları azərbaycanlıların Borçalı, gürcülərin Kvemo-Kartli adlandırdıqları regionda da vəziyyət fərqli olmadı. Gürcüstan müstəqillik qazandıqdan sonraki illər ərzində regionda yaşayan altı yüz min azərbaycanlıdan təxminən üç yüz əlli mindən çoxu ölkəni tərk etdi. Ölkəni tərk edənlər əsasən ziyalılar, ixtisaslı kadrlar və s. olduğu üçün sonrakı illərdə Kvemo-Kartlidəki vəziyyət daha da qəlizləşdi. Müstəqilliyin ilk illərində hakimiyyətdə milliyətçilərin olması, gürcü dilinin çətinliyi, üstəlik Azərbaycan iqtisadiyatının sürətli inkişafı və azərbaycan dilinin linqva franka olması gürcüstan azərbaycanlılarının gürcü cəmiyyətinə inteqrasiyası qarşısında əsas maneə olmuşdu. Bütün bu hadisələr fonunda islamın radikal cərayanları və panmilliyətçilik cəmiyyət arasında ayaq açmağa başlamışdır. Böyük Azərbaycan tarixçisi Ziya Bünyadovun dilə gətirdiyi panmilliyətçilyin azərbaycanlılara vura biləcəyi zərərlər artıq gerçəkliyə çevrilirdi . Bir qrup insan özünü azərbaycanlı deyil qarapapaq türkü olaraq təqdim edir.
Samirə Musa
Samirə Musa (ərəb. سميرة موسى‎; 3 mart 1917 – 5 avqust 1952, Kaliforniya) — Misir atom və tibbi fizika üzrə professoru, sülh naminə atom konfransının təşkilatçısı. O Misirdə doğulmuş və Qahirə Universitetində təhsilini davam etdirmişdir. Onun həyatının elmi hissəsi daha çox yayqın olduğundan elmi fəaliyyətini işıqlandırırıq. 1952-ci ildə ABŞ-yə etdiyi səfər zamanı S. Musanın ABŞ-nin gizli atom obyektlərini girişinə icazə verildiyi üçün akademik dairələrdə ağdərili olmasına baxmayaraq həmin obyektlərə baxış keçirilməsinə icazə verilməsi ciddi narazıçılıqlara səbəb olmuşdu. Səfər zamanı ona ABŞ-də qalması və ABŞ üçün işləməsi təklif edilsə də, o Qahirəyə dönəcəyini və öz bilgilərini Misir üçün xərcləyəcəyini bildirir. "Sülh naminə Atom" konfransının təşkilatçısı olan S. Musa, nüvə vasitəsilə xəstələrin müalicəsinin hər kəsə əlçatan olması üçün çalışırdı. Misirin nüvə silahına yiyələnə biləcəyi qorxusundan bəzi xarici dairələr S. Musa ilə rəfiqə olam misirli aktrisa Raqiyə İbrahimi öz sıralarına cəlb edir. S. Musanın açarını oğurlayan R. İbrahim açarı sabuna batırır. Sabunda açarın izilə açarın eynisini düzəldən R. İbrahimin S. Musanı evinə qonaq dəvət etməsindən istifadə edərək evə daxil olaraq onun elmi işlərilə tanış olur.
Samirə Səfərəliyeva
Samirə Elxan qızı Səfərəliyeva — Azərbaycan jurnalisti, televiziya aparıcısı. Samirə Səfərəliyeva 3 iyun tarixində Bakı şəhərində anadan olub. Valideynləri Səfərəliyev Elxan Nuruş oğlu və Səfərəliyeva Xədicə Həzi qızı Laçın rayonunda anadan olduqlarından uşaqlığı elə bu rayonda keçib.[mənbə göstərin] Ailəlidir. Ruslan (2003) və Mədinə (2011) adında iki övladı var. 1981-ci ildə Nizami rayonundakı 129 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. 1991-ci ildə orta məktəbi bitirib, sənədlərini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə verib. Lakin daxil ola bilməyib. Müxtəlif qəzetlərdə ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb. İlk yazısı isə Laçın rayonunda nəşr edilən “Laçın” qəzetində çıxıb.[mənbə göstərin] 1993-cü ildə Qərb Universitetinin "Ümumbəşər siyasəti və iqtisadiyyatı" fakultəsinə daxil olub. Axşam şöbəsində oxuduğu üçün günortalar qəzet və jurnallarda jurnalistik fəaliyyətini davam etdirib.
Samirə Əfəndi
Samirə Əfəndiyeva (Samira Əfəndi; 17 aprel 1991, Bakı) — Azərbaycanlı müğənni. O, 2020 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin yarışma ləğv edildi. Buna baxmayaraq, o, 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı. Və bu səfərdə "Mata Hari" mahnısı ilə Azərbaycanı təmsil etdi. Samirə Əfəndiyeva Azər qızı 17 aprel 1991-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olmuşdur. 1994-cü ildən Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olub. Həmin illərdə "Cücələrim Rəqs Ansamblında" milli rəqs dərslərini alıb. 2001-ci ildə Bakı şəhəri K. Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi fortepiano ixtisası üzrə bitirmişdir. 2006-cı ildə Azərbaycan Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub. 2010-cu ildə "Estrada musiqi sənəti" ixtisası üzrə tam kursu bitirmişdir.
Samirə Əfəndiyeva
Samirə Əfəndiyeva (Samira Əfəndi; 17 aprel 1991, Bakı) — Azərbaycanlı müğənni. O, 2020 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin yarışma ləğv edildi. Buna baxmayaraq, o, 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı. Və bu səfərdə "Mata Hari" mahnısı ilə Azərbaycanı təmsil etdi. Samirə Əfəndiyeva Azər qızı 17 aprel 1991-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olmuşdur. 1994-cü ildən Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olub. Həmin illərdə "Cücələrim Rəqs Ansamblında" milli rəqs dərslərini alıb. 2001-ci ildə Bakı şəhəri K. Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi fortepiano ixtisası üzrə bitirmişdir. 2006-cı ildə Azərbaycan Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub. 2010-cu ildə "Estrada musiqi sənəti" ixtisası üzrə tam kursu bitirmişdir.
Samirə Əliyeva
Samirə Əliyeva (tam adı: Samirə Zimirxan qızı Əliyeva; 29 sentyabr 1981, Bakı) — ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, azərbaycanlı aşıq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, 2014-2017-ci illərdə Prezident Mükafatçısı, Azərbaycan Aşıqlar Birliyinin üzvü. Samirə Əliyeva 29 sentyabr 1981-ci ildə Bakıda anadan olmuşdur. Təhsilinə 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə başlayaraq, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili almışdır. 1991-ci ildən aşıq sənəti ilə məşğuldur. 2006-cı ildən ADMİU-nun dissertantı olmuş Samirə Əliyeva 2013-cü ildə tədqiqat işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2019-cu ilin mart ayında, AAK tərəfindən dosentlik diplomu ilə təltif olunmuşdur. Samirə Əliyeva 2004-cü ildən ADMİU-nun "Estrada və populyar musiqi" kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən dosent vəzifəsində çalışır. 2022-ci ildən kafedranın müdiridir.
Samirə Ələkbərova
Samirə Əmirova
Samirə Əmirova (d. 2 aprel 1998) — Özbəkistanı təmsil edən bədii gimnast. Samirə Əmirova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Samirə Əmirova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Valeriya Davidova, Luiza Qəniyeva, Zarina Qurbanova və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Simiya adası
Simiya adası (ing. Shemya; aleut. Самияҳ) — Aleut adaları qrupuna daxil olan ada. Semiçi adaları, Near adaları qrupuna daxildir. 2000-ci il məlumatına görə adada 27 nəfər yaşayır. Adanın sahəsi 15,289 km²-dir. Ada Ankoricdən 1900 km aralıda yerləşir. Ada 4,49 km uzunluğa və 6,95 km enə malikdir. Vitus Berinq tərəfindən 1741-ci ildə xristian tarixində müqədəs sayılan günə əsasən adlandırılır. 1762-ci ildə ada sahillərinə yaxın ərazidə ruslara aid gəmi qəzaya uğrayır.
Sofiya (robot)
"Sofiya" (ing. Sophia) — dünyada ilk süni intellektli humanoid robot. Bu robot 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanmışdır. "Sofiya" süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak etmişdir.
Somelye
Somelye (fr. sommelier, [sɔməlje]) və ya saqi — şərabın əldə olunması, saxlanılması və müştəriyə təqdim olunmasına görə məsuliyyət daşıyan restoran işçisi. Somelye şərab xəritəsini tərtib edir, şərabın dequstasiyası ilə məşğul olur və müştərilərə seçim etməkdə kömək etmək üçün rəy bildirir. Somelyelərin öyrədilməsi xüsusi məktəblərdə həyata keçirilir, bu məktəblərdə şərabçılıq tarixi ilə yanaşı gələcək somelyelərə müxtəlif şərablardan qatışıq buketlər hazırlamaq kimi bacarıqlar da öyrədilir. Nəticədə peşəkar somelyelər şərabın qoxusuna görə onun keyfiyyətini, üzümün növünü və bəzən hətta onun hansı regiona məxsus olduğunu, yaşını müəyyən edə bilirlər. Fransa somelyelər ittifaqı bu sahədə 10 ildən artıq təcrübəsi olan şəxslərə «peşəkar somelye» adını verir. Ən azı 15-20 il somelye təcrübəsi olanlar beynəlxalq çempionatların qalibləri olurlar. Qədim fransız dilində sommereier (someryer) sözü "yük heyvanının nəzarətçisi" mənasını verirdi, belə ki, orta əsrlərdə yükün (yatağın, qab-qacağın, yemək və şərab zirzəmisinin) daşınmasına görə cavabdeh olurdu. Lakin 17-ci əsrin sonlarından etibarən somelyelər ancaq sahiblərinin şərablarını seçmək və qorumaqla məşğul olmağa başladılar. O zamandan etibarən bu vəzifə transformasiyaya uğrayaraq indiki şəklini aldı.
Sövmayə
Sövməə (Çaroymaq)
Şampye
Şampye (fr. Champier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38069. Kommunanın 1999-cu il üçün əhalisi 967 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 470 ilə 631 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Möminə Xatun
Möminə Xatun (v. 1175, Naxçıvan) — Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. II Toğruldan Arslan adlı bir oğlu olmuşdur. 1135-ci ildə II Toğrulun ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Möminə Xatunla evlənmədən öncə, oğlu Arslanın atabəyi olduğu dövrdə də onun etimadını qazanmış, onun məsləhətlərini nəzərə alaraq saray çəkişmələrinə qarışmamışdır. Möminə Xatunun ikinci evlilikdən iki oğlu — Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan və adı bilinməyən bir qızı olmuşdur. Hakimiyyət işlərində hər iki ərinə məsləhət verən bu xanım həmçinin Şəmsəddinin oğlu Arslanla münasibətlərində vasitəçi rolu oynayaraq ara müharibələrin qarşısını almışdır. 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) ərindən bir ay əvvəl Naxçıvanda vəfat etmişdir. Şəmsəddin Eldəniz onun qəbri üstündə məqbərə tikdirməyə başlamış, lakin bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlamışdır. Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-doulət əs-Səlcuqiyyə" ("Səlcuqilə dövləti haqqında məlumat") əsərində onun haqqında qeyd edirdi: Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi; dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar.
Məhəd Sofiyev
Məhəd Mahmud oğlu Sofiyev ( ) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Asiya və Afrika ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru. 1932-ci ildə anadan olmuşdur. 1952–1957-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində olan Yaxın və Orta Şərq tarixi şöbəsində təhsil almışdır. 1957-ci ildən Tbilisi şəhərində nəşr olunan "Şərqin şəfəqi" qəzetində çalışmış, 1958-ci ildən Gürcüstanın Qardabani rayonunun Qaracalar orta məktəbində tarix müəllimi işləmişdir. 1961–1963-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1964-cü ildə Tarix fakültəsində müəllim vəzifəsini tutmuşdur. 1965-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1987-ci ildən professor elmi adına layiq görülmüşdür. 1991-ci ildə Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Elmi araşdırmaları əsasən Türkiyə tarixi problemləri ilə bağlıdır.