Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikolay Şulgin
Nikolay Matveyeviç Şulgin (rus. Николай Матвеевич Шульгин; 1886 – yanvar 1942, Bakı) — sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1940), RSFSR əməkdar artisti (1934). Nikolay Matveyeviç Şulgin 1886-cı ildə anadan olmuşdur. Moskva Universitetini və teatr məktəbində Vladimir Davıdovun sinfini bitirdikdən sonra 1910-cu ildə peşəkar teatr səhnəsinə çıxmışdır. İctimai fəaliyyət də göstərərək 1918-ci ildə Novoçerkasskda incəsənət işçiləri ittifaqının birinci sədri seçilmişdir. Nikolay Şulgin 1936-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur. Onun "Torpaq" pyesində Storejev obrazı, eləcə də Vaqif, Kreçinski, Arbenin və başqa obrazları özünəməxsusluğu ilə fərqlənmişdir. 1934-cü ildə Nikolay Şulginə "RSFSR əməkdar artisti", 23 aprel 1940-cı ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adları verilmişdir. 1939-cu ildə Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilmişdir. Nikolay Şulgin 1942-ci ilin yanvar ayında Bakıda vəfat etmişdir.
Vadim Şulgin
Vadim Şulqin — Azərbaycan memarı. Vadim Şulqin Bakıdakı "Mirvari" kafesini layihələndirib. Vadim Şulqin Kandeladan fərqli olaraq “Mirvari”nin qanadlarını səkkiz deyil, altıguşəli edib. Şulqin sonradan Bakının gözəl və öz möhtəşəmliyini qoruyan Heydər Əliyev Sarayını da layihələndirib. 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Vadim Şulqinə həsr edilmişdir.
Krasnıy Sulin
Krasnıy Sulin — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Şülgen
Vadim Şulqin
Vadim Şulqin — Azərbaycan memarı. Vadim Şulqin Bakıdakı "Mirvari" kafesini layihələndirib. Vadim Şulqin Kandeladan fərqli olaraq “Mirvari”nin qanadlarını səkkiz deyil, altıguşəli edib. Şulqin sonradan Bakının gözəl və öz möhtəşəmliyini qoruyan Heydər Əliyev Sarayını da layihələndirib. 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Vadim Şulqinə həsr edilmişdir.
Şulqi
Şulqi (şum. 𒀭𒂄𒄀; v. təq. e.ə. 2045) — təxminən e.ə. 2094–2046-cı illərdə hakimiyyətdə olmuş, üçüncü Ur sülaləsindən Ur çarı, Şumer və Akkad çarı. Əvvəllər onun adı Dunqi kimi oxunurdu, lakin indiki dövrdə bu transkripsiyadan istifadə edilmir. Şulqi Ur-Nammunun oğludur. Ur çarlarının annalları daha sonrakı dövrlərdə, Selevki padşahı II Antioxun hakimiyyəti dövründə bir tələbə tərəfindən köçürülmüş və çox zəif qorunmuş nüsxəsində verilən məlumata görə, Şulqi çar Utuxenqalın qızının oğlu idi. Şulqi hakimiyyətdə olduğu müddətdə dövləti davamlı və ardıcıl olaraq gücləndirmiş və genişləndirmiş, atasının dövründə başlanan tikililərin tikintisini tamamlatdırmışdır.
Konstantin Şulqan
Konstantin Şulqan (belar. Канстанцін Канстанцінавіч Шульган; d. 11 iyul 1965, Bereza, Brest, Belarusiya SSR, SSRİ) — Belaruslu bürokrat və siyasətçi. Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri (18 avqust 2018-ci ildən). == Həyatı == Konstantin Şulqan 11 iyul 1965-ci ildə Belarusiya SSR-in Brest rayonunun Bereza şəhərində dünyaya gəlmişdir. 1989-cu ildə Minsk Ali Hava Hücumundan Müdafiə Mühəndisliyi Ali Məktəbini bitirmişdir. 1991-ci ildən 2008-ci ilədək Belarus Dövlət İnformasiya Təhlükəsizliyi Mərkəzində müxtəlif vəzifələrdə çalışmışdır. 2008-ci ildən 2018-ci ilədək Belarus Respublikasının Prezidenti yanında Əməliyyat Analitik Mərkəzində zabit vəzifədə xidmət etmiş, 2016-cı ildə həmin Mərkəzin sədr müavini vəzifəsinə təyin olunmuşdur. O, 18 avqust 2018-ci ildə Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri vəzifəsinə təyin olunmuşdur.
Plugin
Plaqin (ing. Plug-in) — informasiya texnologiyalarında proqramların elə komponentləridir ki, bu proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edirlər. Əgər dəstəklənərlərsə, plaqinlər proqramların xüsusiyyətlərini qismən dəyişə bilərlər. Məsələn, plaqinlər daha çox veb səyyahlarda istifadə olunur, onların köməyi ilə videolara baxmaq, virus baxışını həyata keçirmək, yeni fayl tiplərini göstərmək olur.
Silvin
Silvin — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, süd və qar kimi ağ, boz, sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, yağlı, tutqun; Şəffaflıq – şəffafdan işıqkeçirənədək; Sıxlıq – 1,9-2,0; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – pilləli, hamar; Başqa xassələr – suda yaxşı həll olma; hiqroskopiklik; kəskin acı-şor dad, yüksək istilikkeçirmə; şəffaf kristalların qısa dalğalı şüaları keçirmə qabiliyyəti; Morfologiya – kristallar: kütləşmiş bucaqlı heksaedik, nisbətən az hallarda oktaedrik; İkiləşmə: {111} üzrə tez-tez rast gəlir; Mineral aqreqatları: dənəvər bütöv kütlələr, nazik təbəqəciklər, nadir hallarda druzalar. Duz hövzələrinin quruması nəticəsində xemogen yolla halitdən sonra çökür və yayılmasına görə ondan xeyli geridə qalır. Törəmə silvin karnallitin pozulması ilə əlaqədar olaraq kristallaşır. Duz yataqlarında, silvinitlərdə – halogen çökmə halit- silvin süxurlarında rast gəlir. Sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında və lava axınlarının səthində nazik təbəqəciklər əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: halit, anhidrit, karnallit, kianit, kizerit və s. Mineralın tapıldığı yerlər: Solikamski yatağı, Kamçatka yarımadasə (Rusiya); Kaluşski və Stebnikski yataqları (Ukrayna); Pripyat hövzəsi (Belarus); Maqdeburq və Stasfurt (Almaniya); İtaliya; Sirles gölü (ABŞ); Ölü dəniz; Mayo mədənləri (Hindistan) və çoxsaylı digər məntəqələr. Azərbaycanda Masazır və Böyükşor özüçökən duz yataqlarında (Abşeron yarımadası) və bir sıra başqa məntəqələrdə kəskin üstünlük təşkil edən halitlə sıx assosiasiyada qeyd olunur.
Sulpan
Sulpan (Auırqazı)
Sultan
Sultan (ərəb. سلطان‎) — İslam dövlətlərində hökmdar titulu. Quranda "sultan" sözü hakimiyyəti izah edir. Sonradan termin dini hakimiyyətdən fərqli dünyəvi hakimiyyəti izah etmək üçün istifadə edildi. Hesab edilir ki, ilk dəfə bu söz Tabari tərəfindən xəlif əl-Mütamidin qardaşı Müvəffəq üçün işlədilib.
Şulqan Daş mağarası
Şulqan Daş (başq. Шүлгәнташ), həmçinin Kapova mağarası, Belskaya — Rusiyanın Başqırdıstan ərazisində yerləşən karst mağarası. Ağidel çayı sahilində, eyni adlı Şulqan Daş qoruğu ərazisində yerləşir. Mağara ibtidai icma quruluşu dövrünə aid (paleolit) qayaüstü rəsmləri ilə məşhurdur.. Şulqan Daş adı başqırd dili mənşəlidir. «Тaş» daş, Şulqan isə çay deməkdir. Məhs mağaranın girişi yaxınlığında Şulqan çayı var və Ağidelə birləşir. Bundan başqa Şulqan başqırd eposu olan Ural Batırda əsas qəhrəmanın qardaşıdır. Mağaranın digəri adı Kapovanı isə iki formada izah edirlər. Birincisi - su damcılarının səsi, və ikinci məna «kapişe» (məbəd) deməkdir.
Şulqan Daş qoruğu
Şulqan Daş qoruğu — Baçşqırdıstan əazisində yerləşən dövlət təbiəıt qoruğu. DFederal statusa sahibdir. Cənubi Uralın qərb ətəklərində, dağ-meşə zonasında, bütünlüklə Böryən rayonu ərsazisində yerləşir. Qoruğun sahəsi 22 531 ha-dır (225 km²). Qoruğun adı başqırdca «şulqan» («yoxa çıxmış») və «taş» («daş») sözlərinin birləşməsindən meydana gəlmişdir. Altın-Solok yasaqlığı ilə birlikdə Başqır Uralı adı altında YUNESKO-nun Rusiyada yerləşən Dünya İrsi siyahısına namizəddir. Qoruq 1958-ci il Başqırd qoruğunun bir filialı olaraq təşkil edilmişdir. 16 yanvar 1986-cı ildən isə müstəqil qoruğa çevrilmişdir.Qoruq yerli yaban arılarının mühafizə altına alındığı qoruqdur. Qoruqda orta ayılq temperatur −16° С, iyun və iyul ayları isə +16° С təşkil edir. İqlimi mülayim kontinentaldır.
Dürriyə Sultan
Dürriyə Sultan (3 avqust 1905, Konstantinopol – 15 iyul 1922) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Dürriyə Sultan 3 avqust 1905-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 26 mart 1920-ci ildə atasının əmisi qızı Naimə Sultanın yeganə oğlu Mehmed Cahid Osman bəylə evləndi. Cütlüyün toy mərasimi Yıldız sarayında baş tutdu və nikah şeyxülislam Heydərizadə İbrahim Əfəndi tərəfinən bağlandı. Mərasimin ardından yeni evli cütlük Naimə Sultanın sahilsarayında yaşamağa başladılar. Ancaq cəmi 1 il sonra 6 noyabr 1921-ci ildə cütlüyün nikahı öz istəkləriylə şeyxülislam Mehmed Nuri Əfəndi tərəfindən ləğv edildi. Ayrılıq səbəbi məlum olmasa da, Mehmed Cahid Osman bəy çox keçmədən Dürriyə Sultanın xalası Levrens Həcər Hüseynlə evlənmiş, cütlüyün ayrılma səbəbi də məhz bu sevgi hekayəsi olaraq görülmüşdür. Ayrıldıqdan qısa müddət sonra Dürriyə Sultan 15 iyul 1922-ci ildə tutulduğu vərəm xəstəliyi səbəbilə müalicə aldığı Heybəliadada vəfat etdi.
Dürrüşəhvar Sultan
Xədicə Xeyriyyə Ayşə Dürrüşəhvar Sultan və ya Dürrüşəhvar Sultan (Osmanlıca: خدیجه خیریه عائشه درشهوار سلطان) (d. 26 yanvar 1914 - ö. 7 fevral 2006) —son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin qızı. == Həyatı == Dürrüşəhvar Sultan 26 yanvar 1914 tarixində Çamlıca səmtindəki köşkdə dünyaya gəlmişdir. Atası Şahzadə Əbdülməcid Əfəndi, anası isə Məhisti Qadınəfəndidir. Uşaqlığı Dolmabağça sarayında keçmişdir. 1 noyabr 1922 tarixində səltənət qaldırıldı və atası sonuncu Osmanlı xəlifəsi oldu. Bu illərdə atası cümə salamlıqlarına gedərkən onu da öz arabasına mindirir, bu səbəblə İstanbul əhalisi arasında müzakirə səbəbi olmuşdu. 3 mart 1924-cü ildə TBMM xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünü barədə qəbul etdi. Ailənin bir çox üzvünə ölkəni tərk etmələri üçün 48 saat möhlət verilsə də, Əbdülməcid Əfəndi, 2 xanımı, oğlu Ömər Fərrux Əfəndi və qızı Dürrüşəhvar Sultanla bir neçə xidmətçiyə ölkəni dərhal tərk etmələri əmr edildi.
Eybə Sultan
Eybə Sultan — Ağqoyunlu dövlətində sərkərdə. Uzun Həsənin əmisi oğlu Danə Xəlilin oğlu idi. Eybə Sultanın qardaşı Yaqubcanı Fars hakimi olmuşdur. Bir qardaşı Gözəl Əhməd Bayandur, digər qardaşı isə Nur Əli bəydir.
Fövziyə Sultan
Fövziyə Sultan (28 oktyabr 1928, Paris – 9 aprel 2014, Paris) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Fövziyə Sultan 28 oktyabr 1928-ci ildə — Osmanlı səltənətinin ləğvindən 6 il sonra Parisdə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun boşnaq əsilli son xanımı Hayriyə xanımdır. Uşaqlıq illəri ailəsiylə birlikdə sürgündə keçən Fövziyə Sultan hələ 3 yaşında ikən atası vəfat etdi və anası onu da alaraq öncə Nitsaya, daha sonra isə Qahirəyə getdi. Burada anası Seyfulin adlı bir tatarla evləndi və ögey atası tərəfindən sevgiylə böyüdüldü. Burada xədiv İsmayıl Paşanın oğlu İbrahim Hilmi Paşanın xanımı Vicdan xanımla yaxın münasibət qurdu və bu vasitə ilə Misir kral ailəsinə daxil oldu. Bu illər ərzində Sorbonna Universitetində jurnalistika və sosiologiya üzrə təhsil alan Fövziyə Sultan eyni universitetin ingilis-fransız dilləri üzrə sinxron tərcüməçilik bölümünü də bitirmişdir. 1951-ci ildə Fövziyə Sultan Misir xədivi Hüseyn Kamilin qızı Qədriyə Sultanın (d. 1888 — ö. 1955) oğlu Məhəmməd Hüseyn Xeyri bəylə evləndi.
Fəhimə Sultan
Fəhimə Sultan (2 avqust 1875, Konstantinopol – 15 sentyabr 1929, Nitsa) — 33. Osmanlı sultanı V Muradın qızıdır. == Həyatı == Fəhimə Sultan 2 avqust 1875-ci ildə atasının Kadıköydəki köşkündə dünyaya gəldi. Atası Sultan Əbdüləziz dönəminin vəliəhdi Murad Əfəndi, anası isə onun dördüncü xanımı Meylisərvət Qadınəfəndidir. Ancaq saray ənənələrinə görə, vəliəhdin yalnız bir övladının olmasına icazə verilirdi. Şahzadə Muradın isə artıq bir oğlu və gizli saxlanılan bir qızı dünyaya gəlmişdi (Səlahəddin Əfəndi və Xədicə Sultan). Bu səbəblə Fəhimə Sultan doğulduğu köşkdə gizlicə böyüdüldü. Ancaq çox keçmədən Sultan Əbdüləziz taxtdan endirildi və atası Sultan Murad taxta çıxdı. Beləcə, atasının digər ailə üzvləriylə birlikdə Fəhimə Sultan da Dolmabağça sarayına köçürüldü. Ancaq cəmi 3 aylıq səltənətinin ardından Sultan Murad taxtdan endirildi və bütün ailə üzvləriylə birlikdə Çırağan sarayına həbs olundu.
Heyrannisə Sultan
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr şəhristanı, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. == Həyatı == Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla (I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Hibətullah Sultan
Hibətullah Sultan (16 mart 1789, Konstantinopol – 18 sentyabr 1841, Konstantinopol) — 27. Osmanlı sultanı I Əbdülhəmidin qızı. == Həyatı == Hibətullah Sultan 1789-cu ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid, anası isə xanımlarından Fatma Şəbsəfa Sultandır. 15 yaşında ikən 3 fevral 1804-cü ildə əmisi qızı Xədicə Sultanın əri Seyid Əhməd Paşanın ilk evliliyindən olan oğlu Ələddin Paşayla evləndi. Cütlük bacısı Əsma Sultanın Fatehdəki köşkündə yaşadı. Qardaşı IV Mustafanın taxtdan endirilməsindən sonra siyasi məsələlərə qarışması bəhanə göstərilərək göz həbsinə alındı və sarayından çölə çıxması qadağan edildi. 1812-ci ildə ərinin vəfatı ilə dul qaldı və bir daha evlənmədi. 18 sentyabr 1841-ci ildə vəfat etdi və Sultan Mahmud türbəsinə dəfn edildi. == Mənbə == Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4.
Hoşyar Sultan
Hoşyar Sultan (1796 – 1849, Məkkə, Həbəşistan əyaləti) — 30. Osmanlı sultanı II Mahmudun xanımı. == Həyatı == Osmanlı sultanı III Mustafanın qızı Beyhan Sultanın övladlığı olan Hoşyar Sultan 1796-cı ildə anadan olmuşdur. 1811-ci ildə sarayda keçirilən bir şənlikdə Hoşyar Sultanı görən Sultan Mahmud onu Beyhan Sultandan istədi. Beyhan Sultanın razılığını aldıqdan sonra cütlük evləndi. 1812-ci ildə Mihrimah Sultanı, 1813-cü ildə isə oğlu Şahzadə Əbdülhəmidi dünyaya gətirdi. Oğlu çox yaşamadı və 1825-ci ildə vəfat etdi. Qızı Mihrimah Sultanı Səid Mehmed Paşayla evləndirdi. Ancaq çox keçmədən hamilə olan qızı da vəfat etdi. Qalan ömrünü sarayda sakit keçirdi.
Selgi
Kareliya MSSR-də relyefin tirə formalarının yerli adıdır. Selgi adətən şam meşələri ilə örtülü olur, aralarındakı çökəkliklərdə isə bataqlıq və göllər yerləşir.
Splin
Splin — Rusiyanın rok qrupudur. 1994-cü ildə Vasilyev-Morozov-Rostovskiy triosuna 2 musiqiçicinin də — Stas Berezovskiy və Andrey Lısov`un da daxil olması ilə SPLİN qrupu rəsmi olaraq yaranır. 1987-ci ildə Vasilyev ləqəbi Morris olan Morozovla tanış olur.. İlk zamanlar Morozovun evində çox da peşəkar olmayan mikrofon və maqnitofondan istifadə edərək mahnılar yazmağa başlayırlar.. Beləliklə, "Mitra" qrupu yaranır. Qrupun tərkibində Vasilyev və Morozovdan başqa bir neçə musiqiçi də olur. Onlar Piter rok-klubuna daxil olmaq istəyirdilər, lakin dinləməni keçmədilər. 1988-ci ildə Splin qrupunun lideri əsgərliyə gedir. Orada da mahnılar yazmağa davam edir. Bu mahnıların da bəziləri "Pılnaya Bıl" albomunda yer alıb.
Sulli
Çoyi Cin-ri (29 mart 1994 – 14 oktyabr 2019) səhnə adı ilə daha çox tanınan Sulli (/ˈsʌli/) Cənubi Koreyalı aktrisa, müğənni və model idi.Sulli ilk dəfə uşaq aktrisa kimi debüt etdi, SBS-nin "Ballad of Seodong" tarixi dramında (2005) köməkçi aktrisa kimi göründü.Bunun ardınca o, bir sıra qonaq rollardada göründü, "Love Needs a Miracle" (2005) , "Drama City" (2007) və "Vacation " (2006). Daha sonra o, "Punch Lady" (2007) və "BA: BO" (2008) filmlərində göründü, birincisi onun ilk dəfə əhəmiyyətli dramatik rolu idi. SM Entertainment ilə müqavilə imzaladıqdan sonra Sulli 2009-cu ildə yaradılmış f(x) qız qrupunun üzvü kimi tanınmağa başladı. Qrup, SXSW-də çıxış edən ilk K-pop sənətkarı olduqdan sonra dörd Koreya bir nömrəli sinql və beynəlxalq tanınma ilə həm kritik, həm də kommersiya uğuru əldə etdi. Musiqi karyerası ilə eyni vaxtda Sulli SBS romantik komediya serialı, "Hana-Kimi" manqasının Koreyaya uyğunlaşdırılması olan "To the Beautiful You" (2012) filmində rol alaraq aktrisalığa qayıtdı və burada onun performansı müsbət qarşılandı.İki SBS Drama Mükafatını və 49-cu Paeksang İncəsənət Mükafatları nominasiyasını qazandı. Sullinin kino karyerası onun fantaziya janrında oynadığı "The Pirates" (2014) və yetkinlik dramında "Moda Kralı" (2014) filmlərində oynaması ilə irəlilədi. "The Pirates" üçün mətbuat turu zamanı Sulli səhhətində yaranan problemlərə görə əyləncə sənayesinə ara verdi və bir il f(x) ilə promosyona getmədikdən sonra 2015-ci ilin avqustunda qrupdan ayrıldı. 2015–2017-ci illər arasında o, Estée Lauder üçün qlobal brend səfiri olmamışdan əvvəl bir sıra modellik kampaniyalarına başlamışdır.Sulli eksperimental triller "Real" (2017) filmindəki rolu ilə diqqəti cəlb etdi. Daha sonra 2018-ci ildə musiqi sənayesinə qayıtdı, Dekanın "Dayfly" sinqlına qonaq oldu və 2019-cu ilin iyun ayında debüt solo sinqlı "Goblin"i buraxdı, bu onun ölümündən əvvəl son musiqi layihəsi idi. Sulli Cənubi Koreya prezidenti Mun Çe-İni qabaqlayaraq, 2017-ci ildə Cənubi Koreyada ən çox Google-da axtarılan şəxsə çevrilərək, açıq danışan şəxsiyyətinə görə Koreyanın populyar mədəniyyətinin görkəmli nümayəndəsi kimi tanınıb.
Ulsin
Ulsin (mont. Ulcinj, Улцињ, alb. Ulqini, it. Dulcigno, yun. Ολοκαίνιον, Olokénion) — Adriatik dənizi sahillərində, Monteneqroya məxsus şəhər. Ulsin eyni adlı bələdiyyənin inzibati mərkəzidir. Bələdiyyənin sahəsi 255 km²-dir. Ölkənin ən cənub şəhəridir. Ulsin ətrafındakı ərazidə tunc dövründən bəri illiryalılara aid tayfalar yaşayırdı. Şəhərin yaxınlığında, Zoqai kəndində bu dövrün məzarlıqları tapılmışdır.
Esmehan Sultan
Əsməhan Sultan (1545, Manisa – 8 avqust 1585, Konstantinopol) — 11. Osmanlı sultanı II Səlimin qızı. == Həyatı == Əsməhan Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nikahlandı. Bu evlilikdən iki uşağı olmuşdu. Bunlar Sultanzadə İbrahim və Gülruh Sultandır. Bir il sonra Sədrəzəm Səmiz Əli Paşa vəfat etdi və beləliklə sədrəzəm xanımı oldu.
Fatimə Sultan
Fatimə Sultan (tatar Fatıymasoltan, Фатыймасолтан, فاطمه سلطان‎) (vəfatı 1681) — müstəqil xanbikə (kraliça) və 1679-cu ildən 1681-ci ilə qədər Qasım xanlığının son hökmdarı. == Həyatı == 1627-ci ildə vəfat edən Arslan xanın yerinə oğlu Seyyid Bürhan keçdi. Uşaq olduğu üçün Seyyid Bürhana anası Fatma Sultan ilə babası Ağ Məhəmməd qəyyum təyin edilmişdilər. Fatma Sultan Qasım xanlığının tanınmış ruhanilərindən və Şah Qul ailəsindən olan Seyyid Ağ Məhəmmədin qızı idi. Çox keçmədi ki, ruslar yeni hiylələr qurdular. Onlar Seyid Bürhanı gələcəkdə çarın qızı ilə evləndirmək üçün əsas şərt kimi onun xristianlığını qəbul etməsini təklif etdilər. Fatma Sultan ağıllı və tədbirli qadın idi. Zahirən hər şeyi xoş qarşıladı, amma Seyyid Bürhahın hələ kiçik olduğunu və bir qərar qəbul edəcək yaşa çatana qədər gözləmək lazım gəldiyini irəli sürərək təklifi rədd etdi. 1633-cü ildə çar Qasım valisinə əmr edərək Seyyid Bürhanı Moskvaya gətirtdi. Çox ehtimal ki, elə o zamandan onu ortodoks kilsə ayinləri ilə tanış etməyə başlamışlar.
Fatma Sultan
Fatma Sultan — 6. Osmanlı sultanı II Muradın qızıdır. Fatma Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızıdır. Fatma Sultan — 9. Osmanlı sultanı I Səlimin qızıdır. Fatma Sultan — 11. Osmanlı sultanı II Səlimin qızıdır. Fatma Sultan — 12. Osmanlı sultanı III Muradın qızıdır.
Hümaşah Sultan
Hümaşah Sultan (1544, Manisa – 1582, Konstantinopol) — I Süleymanın və Xürrəm Sultanın oğlu Şahzadə Mehmedin qızıdır. 3 yaşındaykən atası vəfat etmiş, bu səbəblə İstanbula gətirilərək nənəsi Xürrəm Sultanın himayəsində böyümüşdür. == Həyatı == Hümaşah Sultanın ilk evliliyi 1556-cı ildə Kürəkən Mehmed Fərhad Paşa ilə baş tutdu. 19 il davam bu evlilikdən cütlüyün 5 oğlan və 3 qız uşaqları dünyaya gəldi. Qızlarından Fatma Xanımsultan (ö. 1588) Şəhri-zor bəylərbəyi Mustafapaşazadə Mehmed bəylə evləndirilmişdir. Fatma Xanımsultanın və ərinin məzarı Şahzadə külliyəsindəki türbələrinə dəfn edilmişdir. Ancaq 6 fevral 1575-ci ildə Mehmed Fərhad Paşa vəfat etmiş, bir müddət sonra Hümaşah Sultan Lələ Qara Mustafa Paşa ilə evləndirilmişdir. Bu evliliyindən Sultanzadə Əbdülbaki adlı bir oğlu daha dünyaya gəlmişdir. Nəhayət, 1581-ci ildə Kürəkən Mehmed Paşa ilə evləndirilmişdir.
Hürrəm Sultan
Xürrəm Sultan (Osmanlı türkcəsi: خُرَّم خاصيكي سلطان; əsl adı Aleksandra Lisovska; bilinmir, bilinmir – 15 aprel 1558, Konstantinopol) — Osmanlı imperiyasının 10. padşahı və 89. İslam xəlifəsi I Süleymanın nikahlı qadını və Sultan II. Səlimin anasıdır. Maraqlı həyatı, intriqaları, zəkası, cəsarəti və sevgisi ilə məşhurlaşan bir Xanım Sultandır. Siyasətdə və dövlət işlərində önəmli rol oynayaraq, Osmanlı tarixində "Qadınlar səltənəti" adlanan bir mərhələni başlatmışdır. Bununla yanaşı, Osmanlı tarixinin ən güclü və ən təsirli qadın sultanı olaraq qəbul edilir. Dövlət məsələlərindəki önəmli rolu və təsiri ilə ona qarşı olan paşaları, dövlət adamlarını və hətta hərəmxanadakı rəqiblərini aradan qaldırmışdır. == Əsli == Osmanlı sarayına qədərki həyatı haqqında müxtəlif fikirlər mövcuddur. Lehistan Krallığı ərazisinə daxil olan Rutenya (indiki Ukrayna) ərazisində 1504 tarixində provaslav bir ailədə dünyaya gəldiyi söylənilir. Tatar quldur dəstələri tərəfindən əsir alınaraq 1520 tarixində 15 yaşlarında Krım sarayına satılmış, daha sonra Sultan I Süleymana hədiyyə olaraq İstanbula göndərilmişdir.
Kösəm Sultan
Mahpeykər Kösəm Sultan (osman. كوسم سلطان; təq. 1589 – 2 sentyabr 1651, Konstantinopol) — Osmanlı dövlət idarəsində önəmli rol oynamış Hasəki Sultan və Validə Sultan. Nəvəsinin səltənəti dövründə belə hərəmi və bütün imperiyanı idarə etmişdir. Sultan I Əhmədin hasəkisi, Sultan IV. Murad və I. İbrahimin validəsi, Sultan IV. Mehmedin Validə-i Müəzzəmidir (nənəsi). Osmanlı tarixinin 1603–1651 dövrlərində, təxminən 50 il müddətində saray içində mükəmməl gücə sahib olmuşdur. Osmanlı tarixinin öldürülən ilk Validə Sultanıdır. Saray tarixindəki ilk adı Mahpeykər olsa da, ləqəb olaraq işlətdiyi Kösəm adı sonradan əsl adı kimi işlədilmişdir. Kösəm sözü "yol göstərən, hər şeyi bilən" deməkdir. Mahpeykər Kösəm Sultanın saray daxilində və saray xaricindəki duruşu bir-birilə ziddiyyət təşkil edirdi.
Bulqan
Bulqan — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaracuq kənd inzibati-ərazi vahidi tərkibindəki Qaracuq kəndinin bir hissəsi Bulqan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Bulqan kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Tarixi == Bulqan Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kənd ərazisində orta əsrlərə aid yaşayış yeri olmuş, buradan sənduqə tipli bir neçə qəbirüstü abidə, müxtəlif dövrə aid çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıntıları tapılmışdır. Bulqan kəndi yarandığı vaxtdan Araz çayının kənarında yerləşmiş, 1963-1969-cu illərdə Araz su anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüş, keçmiş kənd Araz dəryaçasının altında qalmışdır. Mənbələrdə “Bulğan” adı ilə qeydə alınmış kənd XVI əsrdə Naxçıvan nahiyəsinə, XVIII əsrdə Qarabağ nahiyəsinə, XIX əsrdə Naxçıvan mahalına, 1925-1930-cu illərdə Naxçıvan dairəsinə daxil olmuşdur. XIX əsr və ondan əvvəlki dövrlərdə kənddə kəngərlilərin Qızılqışlaq tayfasına məxsus 29 ailə yaşamış, kəndin torpaq sahələri Əmir Suar bəyə və üç qardaşa məxsus olmuş, ərazidə daha çox buğda və arpa əkilmişdir. Bulqanda yaşayan Qızılqışlaq tayfası və tirələrinin, eləcə də kəngərlilərin Əlixanlı tayfasına məxsus ailələrin yaylaq yeri XIX əsrdə Əli Məmməd qışlağı, “Güllü qışlaq”, “Kalançı qışlaq” və “Mağara qışlaq” adları ilə tanınmış indiki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri olmuş, bu kəndlərin əsası kəngərlilər tərəfindən qoyulmuşdur. Dilimizdə “Bulqan” adının mənası haqqında yekdil fikir yoxdur.
Salqir
Salqir (ukr. Салгир, Krım-Tat. Salğır, Салгъыр) — Krımda ən uzun çaydır, lakin ən bolsulu çay deyil (Belbek də həmçinin). Çay yatağının uzunluğu 232 km, çəkilmə sahəsi 3.750 km²-dir (digər mənbələrə görə 4010 km² qədər). Aşağıda axında ildə üç aydan çox müddətə quruyur. Əhəmiyyətli iqtisadi (suvarma da daxil olmaqla) və rekreasiya əhəmiyyəti var: çayın sahilində çox sayda park və gölməçələr var. Uzunluğu 204 km, drenaj hövzəsi 3750 km²-dir.Suyun orta axını 2 m³ / s təşkil edir. Dəniz səviyyəsindən 390 metr yüksəklikdə Anqara və Kizilkobinka çaylarının birləşməsindən, Çatırdağ yamaclarında başlayır, Sivaş körfəzinə axır. Yuxarı axında suyun 40% -ni Ayanın sol qolundan götürür. Simferopol şəhərinin yaxınlığında bir su anbarı meydana gətirir.
Suluqun
Suluqun Xan - türk və altay mifologiyasında yeraltı padşahı. Sülükün Xan olaraq da bilinər. İlk insanın oğlu kimi qəbul edilir. Ruhu yeraltına gedib oradakı dənizi idarə etməyə başlamışdır. Sular altındakı səltənətə hökm edər. Saysız sürüsü vardır. Yeniyılda (Novruzda) yer üzünə çıxar. Gələcək ildə nələr olacağını bilər. İnsana bənzər, qısa boylu və qaşsızdır. Özünə bağlı, Suluqunlar adı verilən ruhlar vardır.
Sırqın
Sıqın (fars. سرقين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 825 nəfər yaşayır (185 ailə).