Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Firuzə
Firuzə — Azərbaycanda çox işlədilən qadın adı. Firuzə Məmmədli — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), filologiya elmləri namizədi (1980). Firuzə Vəliyeva — Azərbaycan alimi. Firuzə Əlixanova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1974). Firuzə Vəlixanlı — Azərbaycan şahmatçısı. Firuzə Eminbəyli — əksinqilabi trotski-terrorçu. Firuzə Əfəndiyeva — yazıçı. Firuzə İbadova — əməkdar artist, müğənni. Firuzə Abbasova — BDU Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri (2008), Hüquq elmləri doktoru (2011), Professor (2012), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü (2018). Firuzə Məmmədova — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi (1962–1963).
Firuzə (mineral)
Firuzə — mineral, kimyəvi tərkibi (CuAl6[PO4]4(OH)8·4H2O) olan çox nadir və qiymətli daş. Fars dilindən tərcümədə, firuzə — "xoşbəxtlik daşı" deməkdir. Çox zaman "firuzə" sözünü fars dilindən "Piruz", yəni, "qalib gələn" kimi də tərcümə edirlər. Qədim dövrlərdən zərgərlikdə istifadə edilən firuzə bərəkət və var-dövlət rəmzi hesab edilirdi. Rəngi açıq mavidən, göy, yaşıl və tünd yaşıl çalarlara qədər olur. Sıxlığı 2,6—2,8-dir. Firuzə mineralının çıxarıldığı yataqlar: Misir, Sinay yarımadası, İran, Əfqanıstan, Tacikistan, Türkmənistan. Dünyada süni firuzə mineralının istehsalı geniş yayılmışdır ki, bu mineralları əsil firuzədən yalnız mütəxəssislər ayıra bilirlər. Su tərkibli olan fosfar və alüminium birləşməsi sayılır. Kimyəvi tərkibi olduğu kimi qalmır və durmadan dəyişikliyə uğrayır; CuO - 9.57%, Al2O3 - 36,84%, Pb2O3 - 34,12%, H2O - 19,47%.
Firuzə (opera)
Firuzə — Üzeyir bəy Hacıbəyovun yarımçıq qalmış operası. == Tarixçə == 1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biridir. Operanın librettosu Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildində (B., 1964) çap olunmuşdur. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda (Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu.
Firuzə (şəhər)
Firuzə — İranın Rəzəvi Xorasan ostanınında şəhər və Firuzə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 205,172 nəfər və 51,897 ailədən ibarət idi.
Firuzə Abbasova
Firuzə Abbasova (Firuzə Məmməd qızı Abbasova; 1958, Ermənistan SSR) — BDU Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri (2008), Hüquq elmləri doktoru (2011), Professor (2012), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü (2018). == Həyatı == Firuzə Abbasova 1958-ci ildə Ermənistan SSR-də anadan olmuşdur. O, 1975–1979-cu illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində, 1980–1985-ci illərdə isə S. M. Kirov adına ADU-nun Hüquq fakültəsində təhsil almışdır.1979–80-ci illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində müəllim kimi çalışmışdır. 1987-ci ildə Sosial Təminat Nazirliyində inspektor, 1987–1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda mütəxəssis, baş ekspert, elmi işçi, böyük elmi işçi, 1994–2000-ci illərdə Bakı şəhərində hakim, 2001-ci ildən BDU-nun Cinayət prosesi kafedrasında müəllim, 2005-ci ildən dosent kimi fəaliyyət göstərmişdir. 2008-ci ildən Cinayət prosesi kafedrasının müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == 2001-ci ildə "Azərbaycanda məhkəmə ekspertizasının yaranması, müasir vəziyyəti və inkişafının hüquqi, elmi tənzimi məsələləri" adlı namizədlik dissertasiyası müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir. 2011-ci ildə "Azərbaycanın cinayət-prosessual qanunvericiliyində çəkişmə prinsipinin nəzəri və təcrübi problemləri" adlı doktorluq dissertasiyasını Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən hüquq elmləri doktoru elmi adı verilmişdir. 2012-ci ildən kafedranın professorudur. == Təltifləri == 7 mart 2007-ci ildə gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində xidmətlərinə görə fəxri fərmanla təltif edilmişdir.
Firuzə Abdullina
Firuzə Abdullina (başq. Абдуллина Фирүзә Дәүләтша ҡыҙы 24 fevral 1961, Şulkə, Başqırd MSSR) — başqırd əsilli müəllim, şairə. 1961-ci ilin 24 fevral tarixində, Başqırd Muxtar Sovet Sosialist Respublikasının Baymak rayonu, Şulkə kəndində anadan olmuşdur. 2017-ci ildən Rusiya Federasiyası Başqırdıstan Respublikası Yazıçılar Birliyinin üzvüdür.. Firuzə Abdullinanın ixtisası — rus dili və ədəbiyyatı, başqırd dili və ədəbiyyatı müəlliməsidir. O, Yəğəfər Nəzerşin, Damir Soltanov, Nəsimə Əminova, Azat İskujin, Yulay Moratov, Rəsimə Dinislamovalar kimi insanlarla birlikdə mahnı yazmışdır. == Bioqrafiyası == Şulkə kəndində altı illik məktəbdə oxumuş, sonra Baymak internat məktəbinə oxumağa getmişdir. 1978-ci ildə məktəbi bitirmişdir. 1978–1983-cü illərdə Sterlitamak Pedaqoji İnstitutunda təhsil almışdır. Sonra müəllim işləməyə başlayır və 1983–1984-cü illərdə Karmaskalı rayonunda qabaqcıl lider müllimlərdən biri olur.
Firuzə Ağayeva
Firuzə Abdulla qızı Ağayeva (1955, Qaymaqlı, Qazax rayonu) — Alim, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, Azərbaycan və Türkmən Xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistan Respublikasının qızıl medalına layiq görülmüşdür. == Həyatı və elmi fəaliyyəti == Firuzə Ağayeva 1955-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1971-ci ildə Qaymaqlı kənd orta məktəbini bitirdikdən sonra 1971-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində ali təhsil almışdır. 1975-1978-ci illərdə Azərbaycan Ensiklopediyasının redaksiyasında çalışmışdır. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmiş, daha sonra orada müəllim vəzifəsinə təyin edilmişdir. 1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Mütəmadi olaraq Orta Asiya və türk dünyası ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda iştirak edir. Çoxsaylı publisistik, 50-dən çox elmi məqalənin, Azərbaycan dilində 8, rus dilində 2 monoqrafiyanın və dərs vəsaitinin müəllifidir. Hazırda Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professorudur. == Təltif və mükafatları == Azərbaycan və Türkmən Xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistan Respublikasının qızıl medalına layiq görülmüşdür.
Firuzə Balayeva
Firuzə Mirzəağa qızı Balayeva (23 fevral 1980, Bakı) — azərbaycanlı aktrisa. == Həyatı == Firuzə Balayeva 1980-cı il 23 fevralda Bakı şəhərində dünyaya göz açmışdır. 1997-ci ildə orta məktəbi bitirmiş və elə həmin il Bakı Mədəni-Maarif texnikumuna daxil olmuşdur. 2000-ci ildə Kulturologiya və bədii yaradıcılıq fakültəsini bitirmişdir. 2010–2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Teatr rejissoru" fakültəsi ixtisasına yiyələnmişdir.Ailəlidir bir övladı var. == Fəaliyyəti == 2004-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi işləməyə başlamışdır. 2008-ci ildə teatrdan ayrılaraq "Azərbaycanfilm" kinostudiyasında filmlərdə rejissor assistenti kimi işləməyə başlamışdır.Çalışdığı müddətdə "Tanrıverdinin nağılı", "Ölüm novbəsi", "Niyyət", "Kabusun gözü ilə", "Mən evə qayıdıram" və s. filmlərdə işləmişdir.2009-2010-cu illərdə "İbrus" özəl teatrında rejissor assistenti vəzifəsində işləmişdir. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlamışdır. == Teatr tamaşalarındakı rolları == Mustafanın dostu — "Mustafa" Uzunqulaq — "Cənnətin üç alması" Kəniz — "Ələddinin sehirli çırağı" Nabat — "Çimnaz xanım yuxudadır" Pişik — "Çəkməli pişik" Şeytan — "Güc birlikdədir" 2 nağılçı — "Tıq-Tıq xanım" Qara əcinnə — "Pəri cadu" Yalıncıq — "3 qulağın nağılı" Emiliya; döyüşçü oğlan — "Zorro" Keçi — "Kosanın qızı" ? — "Buzlar ölkəsində" Şərəbani ("Yaşar", Cəfər Cabbarlı) Luçiya ("Filumena Marturano,Eduardo De Filippe) Səkinə ("Dəli yığıncağı") Mangurt ("Mangurt" ) Qulluqçu ("Ölülər ",C.Məmmədquluzadə) Qulluqçu ("Qarabağnamə",....) Xanım ("Anamın kitabı",.....) Qurbağa ("Buratino",....) Limon("Çipollino",....) Bəyim (Xurşud Banu Natəvan) == Filmoqrafiya == Ana qaz (film, 2005) (qısametrajlı bədii televiziya filmi) 2 (film, 2009) (qısametrajlı bədii film) (rol: bacı) 220 №-li otaq (film, 2010) (qısametrajlı bədii televiziya filmi) Kabusun gözüylə (film, 2010) (tammetrajlı bədii film) (rol: aptekdə satıcı) Niyyət (film, 2010) (tammetrajlı bədii film) Aramızda qalsın (film, 2011-2013) (bədii serial) Qayınana (film, 2011) (bədii serial) (rol: ana; falçı) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Fira) Həyat varsa… (serial, 2012-2014) (bədii serial) Bir ovuc torpaq (teleserial, 2013) (bədii serial) (rol: qaçqın qadın) Çaqqal nəfəsi (film, 2013) (bədii serial) (rol: məhbus qadın) Həyat sən nə qəribəsən (teleserial, 2013) (rol: Qumru) Ləkə (teleserial, 2013) (bədii serial) (rol: bağça müdirəsi) Qisas (teleserial, 2014) (bədii serial) (rol: qonşu) Açar (film) (qısametrajlı bədii televiziya filmi) Niyə (komediya serialı) Rəxşəndə Komedixana (yumoristik veriliş2019-2022) Toy əhvalatı (komediya serialı) klarnet ifacisi.
Firuzə Bədirbəyli
Firuzə Bədirbəyli (tam adı: Firuzə Xanlar qızı Bədirbəyli; 10 dekabr 1916, Morul, Yelizavetpol qəzası – 16 dekabr 1992, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1971). == Həyatı == Firuzə Bədirbəyli 10 dekabr 1916-cı ildə Yelizavetpol qəzasının Morul kəndində (hazırda Şəmkir) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1939-cu ildə Şamxor Dövlət Teatrında başlamışdır. 1947-ci ilin sonlarında Kirovabad Dövlət Dram Teatrının truppasına qəbul edilmiş, 1 sentyabr 1975-ci ildə öz ərizəsi ilə teatrdan çıxmışdır.Aktrisa 16 dekabr 1992-ci ildə Gəncədə vəfat etmişdir.Xalq artisti Zemfira Əliyevanın anasıdır. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 dekabr 1971 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh.
Firuzə Kərimova
Firuzə Qədəşi qızı Kərimova — neftçi, filantrop == Həyatı və təhsili == Firuzə Kərimova 1907-ci ildə neftçi ailəsində anadan olmuşdur. Səkkiz yaşında olanda müsəlmanların maariflənməsi məsələsi ilə məşğul olan "Nəşr-Maarif" Cəmiyyətinin Balaxanıda açılmış ibtidai məktəbinə daxil olur. Onun xisləti-məcazı ibtidai məktəb illərindən qeyri-adiliyi ilə nəzərə çarpır. O zamanlar qızların məktəbə getməsinə mövhumatçılar maneçilik edirdilər. Firuzə bütün hədələrə sinə gərərək təhsilini davam etdirir. O, 1919-cu ildə məktəbi fərqlənmə ilə bitirərək, kənd qadınlarına savad öyrətməyə başlayır. Onların evində, atasının yanında toplaşan gizli yığıncaqların iştirakçıları: Müseyib Dadaşov, Mikayıl Oalarov, Əlisəttar İbrahimov, Ağahüseyn Rəsulzadənin söhbətlərinə qulaq asır və onların tapşırığı ilə gizli vərəqlər paylamaqla onlara kömək edirdi. İnqilabçı fəhlələr arasında birinci dəfə gizli vərəqələr paylayanda Firuzənin 13 yaşı var idi. Bundan başqa o, 1919-cu ildə Balaxanıda Fatma Maqsudovanın rəhbərlik etdiyi qadın özfəaliyyət dərnəyinə gedir, başqa balaxanılı qadınlarla səhnə əsərlərinin tamaşaya qoyulmasında iştirak edirdi. Həmin illərdə Bakıda Ceyran Bayramova, Mələknisa Qafarova, Zeynəb Rizvanovanın fədakar əməkləri nəticəsində qadınlar klubu yaradılır.
Firuzə Muradova
Firuzə Ramazan qızı Muradova (23 mart 1929, Bakı – 1987, Bakı) — vokalçı-aktrisa, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Firuzə Muradova 23 mart 1929-cu ildə Bakıda anadan olub. 1940-cı illərin sonlarından Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb.Dramatik soprano səsinə malik olan aktrisa Qərb və Şərq ifaçılıq mədəniyyətinin sintez etmişdi. O, 1987-ci ildə Bakıda vəfat edib.
Firuzə Məmmədli
Firuzə Məmmədli (azərb. Firuzə Nurəddin qızı Məmmədli‎;) — Azərbaycan şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), filologiya elmləri namizədi (1980). == Həyatı == Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olmuşdur. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil almışdır. 1964-1968-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurmuşdur. == Əmək fəaliyyəti == Firuzə Məmmədli institutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedoqoji məktəbində çalışmışdır. 1970-ci ildə APİ-nin Azərbaycan dilçiliyi kafedrasına dəyişdirilmişdir. Həmin vaxtdan orada Azərbaycan dilini tədris edir. 1990-cı ildən müasir Azərbaycan dili kafedrasının dosentidir. "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslublub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Firuzə Məmmədova
Firuzə Məmməd qızı Məmmədova (1927, Şuşa, DQMV) — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi (1962–1963). 1927-ci ildə Şuşa şəhərində anadan olub. Ağdamda Müəllimlər İnstitutunu və iki illik partiya məktəbini bitirib. Bir neçə il maarif sahəsində işləyən F.Məmmədova sonralar Partiya işində çalışıb. 1962-ci ilin martından 1963-cü ilə - Qubadlı rayonu Zəngilan rayonuna birləşənə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi olub.
Firuzə Novruzova
Novruzova Firuzə Saleh qızı — Azərbaycanın ilk qadın elektrokimyaçılarından biri. == Həyatı == Firuzə Novruzova 1937-ci il iyunun 15-də Bakıda ziyalı ailəsində anadan olub. 1944-1954-cü illərdə Biləcəri qəsəbəsində orta məktəbi bitirdikdən sonra, 1954-1959-cu illərdə indiki Azərbaycan Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsini bitirmişdir. 1959-cu ildən indiki Azərbaycan Milli Elmlər Akademiyası akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ilk əmək fəaliyyətinə başlamışdır. İşlədiyi illər ərzində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrinə qədər yüksəlmişdir. 1970-ci ildə Rusiyada "Elektroliz zamanı tellurun xlorid turşusu məhlulunda katod və anod proseslərinin tədqiqi" mövzusunda kimya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 50-dən artıq elmi əsərin və 10-dan artıq patentin müəllifidir. F.Novruzova 2016-cı il iyulun 1-də dünyasını dəyişmişdir.
Firuzə Vəlixanlı
Firuzə Orxan qızı Vəlixanlı (26 oktyabr 1970) — Sovet və Azərbaycan şahmatçısı, qadınlar arasında qrosmeyster (1994). Azərbaycan qadın yığmasının tərkibində dörd FİDE Şahmat Olimpiadası (1992, 1994, 2002, 2004) və iki Avropa Komanda çempionatında (1992, 1997) iştirak etmişdir. == Həyatı == 1970-ci ildə anadan olub. 1990-cı ildə qadınlar arasında beynəlxalq şahmat ustası adını qazandı, 1994-cü ildən qrosmeyster adını aldı. 1991-ci ildə yüksək idman nəticələrinə görə Azərbaycan SSR fəxri diplomuna layiq görülmüşdür.. 1992-ci ildə Azərbaycanın qadınlardan ibarət yığma komandasında Milli Komandaların Avropa çempionatında bürünc medal qazandı. 1995-ci ildə Azərbaycan idmanının inkişafındakı nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edilmişdir.Həyat yoldaşı AFFA-nın ilk prezidenti olmuş Fuad Musayevin oğlu Tofiq Musayevdir. Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir. == Mükafatları == 31. yanvar 1991 — Azərbaycan SSR-in Fəxri fərmanı 5.
Firuzə Vəliyeva
Firuzə İbadova
Firuzə Böyükağa qızı İbadova (18 fevral 1954, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikası əməkdar artisti (2006). == Həyatı == Firuzə İbadova 1954-cü il fevralın 18-də Bakı şəhərində anadan olub. 173 saylı orta məktəbdə təhsil alıb və buranı 1971-ci ildə bitirib.1963-cü ildən Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətində Əfsər Cavanşirovun uşaq xorunun solisti olub. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Lalə" qızlar ansamblınıın, 1976-cı ildən Gülnarə Əliyeva adına "Dan ulduzu" ansamblının solisti olub. 1979-cu ildə Rəşid Behbudovun mahnı teatrına solist kimi dəvət edilib. Firuzə İbadova həm Azərbaycanda, həm də bir sıra xarici ölkələrdə çıxış edərək beynəlxalq müsabiqələr laureatı olub. O, 1980-ci ildə Orta Asiyada Azərbaycan ongünlüyünün konsert proqramlarında çıxış edib. 1984–1985-ci illərdə Moskva şəhərində XII ümumdünya festivalının diplomantı və "Lenin komsomolu" mükafatı laureatı olub. Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin xətti ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarında konsert proqramları ilə çıxış edib. Firuzə İbadova mütəmadi olaraq kütləvi dövlət tədbirlərinin iştirakçısıdır.
Firuzə şəhristanı
Firuzə şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Firuzə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 49,823 nəfər və 12,581 ailədən ibarət idi.
Firuzə şəhəri
Firuzə — İranın Rəzəvi Xorasan ostanınında şəhər və Firuzə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 205,172 nəfər və 51,897 ailədən ibarət idi.
Firuzə Əfəndiyeva
Əfəndiyeva Firuzə Nəsib qızı — azərbaycanlı yazıçı. == Həyatı == Firuzə Əfəndiyeva 1932-ci ildə Qaraqoyunlu mahalının Çəmbərək rayonunun Qaraqaya kəndində anadan olub. Orta məktəbi Gölkənd kəndində bitirib.Haqqıxlı kəndində yaşayıb. Yazıçısı Nəsib Əfəndiyevin qızıdır.Yazar-şair Ayişə Nəbinin anasıdır. == Əsərləri == Bir yurdun simfoniyası.(memuar) Bakı: Nurlan, 2008, 224 səh.
Firuzə Əlixanova
Firuzə Məmmədqulu qızı Əlixanova (10 sentyabr 1917, Ordubad – 23 noyabr 1994, Naxçıvan) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1974). Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilkin aktrisalarındandır. Onun səhnəyə gəlişi hadisəyə çevrilib və bundan sonra daha bir neçə gənc qız həyatını teatrla bağlayıb. Realist teatr məktəbinin görkəmli nümayəndələrindən sayılır. Oyunu təbii və şirin yumoru, xoşagəlimli səmimiyyəti, gülüşün məna tutumu ilə səciyyəvi olub. == Həyatı == Cazibəli səhnə görkəmi və şirin səsi olan Firuzə Məmmədqulu qızı Əlixanova 9 sentyabr 1917-ci ildə Ordubadda dogulub. Buradakı şəhər səkkizillik məktəbində təhsil alıb və Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Şəhərin bayram tədbirlərində şən mahnılar oxuyan Firuzənin ifaçılıq istedadı Səməd Mövləvinin diqqətini cəlb edib. Onun səyi ilə tələbə qız 1932-ci ildə Naxçıvan teatrına aktrisa dəvət olunub. Bu kollektivdə şərəfli və şöhrətli yaradıcılıq yolu keçib.
Firuzə Əsədullayeva
Firuzə Əsədullayeva (14 may 1950, Şağan) — jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "20 yanvar" qəzetinin redaktoru, "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medal təltifçisi. == Həyatı == Firuzə Bəyməmməd qızı Əsədullayeva 1950-ci ildə Bakının Şağan kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Bakıda 20 il müəllim kimi fəaliyyət göstərən Firuzə xanım I dərəcəli müəllimdir. == Fəaliyyəti == Ədəbi fəaliyyətə uşaq şeirləri ilə başlayan müəllif Azərbaycan dövlət müstəqilliyini qazanandan ölkəmizin bir çox aparıcı kütləvi informasiya vasitələrində jurnalist kimi fəaliyyət göstərib. Müxtəlif vaxtlarda aparıcı mətbuat orqanlarında və informasiya agentliklərində işləyib. Həmçinin, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin və Daxili İşlər Nazirliyinin "Dinamo" cəmiyyətlərinin mətbuat rəhbəri vəzifəsində çalışıb. Hərbi-jurnalist kimi Azərbaycanın bütün bölgələrində olub. 450-yə yaxın vətən övladlarının ailələrinə jurnalist kimi baş çəkməklə yanaşı, 90-dan çox şəhid haqqında mətbuatda silsilə yazılar yazıb. Şəhidlərə ithaf olunan "Şəhidlik çələngi" silsiləsindən 3 kitabın "Bircə günün şəhidləri" (1995), "Vağzalı çalınır" (1996), "Bulaqların göz yaşı" (1998) müəllifidir.
Firuzə Bayramova
Firuzə Bayramova Tural qızı (10 Yanvar 2008 - Balakən, Azərbaycan) - Azərbaycanlı qadın futbolçu. == Karyerası == Bayramova Firuzə Tural qızı 2019-cu ildən etibarən "Dinamo" klubunun şərəfini qoruyur. Balakən rayonunu qızlar liqasında təmsil edən klubda qapıçı mövqeyindədir. 2023 - Bayramova 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinada keçirilmiş oyunlarda yığmanın heyətində oynamaq hüququ qazanıb. Həmçinin 2022/2023-cü il qadın futbol mövsümündə, ən yaxşı qapıçı adına layiq görülüb.
Carçı daşı
Carçı daşı — Ordubad rayonunun Biləv kəndindən cənubda, hündür təpənin üzərində təbiət abidəsi. Yerli əhalinin məlumatına görə, kəndlə bağlı ən mühüm xəbərlər bu daşın üzərinə çıxan carçı tərəfindən elan edildiyi üçün belə adlandırılmışdır. == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 55.
Davasko daşı
Bu məfhumun varlığı məntiq və fizika qanunlarına ziddir. Davasko daşı - 300 tondan ağır olan bu daş parçası qayanın kənar ucluğunda küləyin əsməyi sayəsində yellənir. Artıq bir neçə minilliklərdir ki, bu daş bu şəkildə dayanır, sanki fövqəl birgüc onu bura bərkidib. Davasko daşı Argentinada Buenos-Ayresdən cənub-şərqdə yerləşən Tandil şəhərindədir. Davasko daşı burda çoxdan bəri dayandığına görə, artıq heç kəs onun haçan və necə peyda olduğunu xatırlamır. Artıq 200-dən çox nəsil dəyişib, amma daş hələ də dayanaraq bemolca həyatı müşahidə edir. Yerli sakinlərdə belə bir rəvayət var ki: "1000 il bundan öncə Davasko (Günəşin oğlu) özü ilə birgə onların əcdadlarını bura gətirib. O əkinçiliyi, maldarlığı və s. sənətkarlığı insanlara yiyələndirir. O qızıl qarşısında intizamı xüsusi ilə öyrədir.
Türk
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 150 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
ABŞ-dakı türk lobbisi
Tərk daş məscidi
Tərk daş məscidi (fars. مسجد سنگی ترک‎) — İranın Şərqi Azərbaycan ostanında, Miyanə şəhərindən 29 km məsafədə yerləşən tarixi abidə. Tikilmə tarixi haqqında dəqiq məlumat yoxdur. Bina 1969-cu ildə İranın Mədəniyyət və Elm nazirliyi tərəfindən 868 nömrəsi ilə tarixi abidələr siyahısında qeydə alınmışdır. == Tarixi == Tərk daş məscidi Miyanə şəhərindən 29 km aralıda Tərk kəndində yerləşən tarixi abidədir. Məscidinin günümüzə hər hansı bir kitabəsi gəlib çatmadığı üçün tikilmə tarixi haqqında əlimizdə dəqiq məlumat yoxdur, lakin bəzi tarixçilərə görə abidə Həsən ibn Əli dövründə inşa edilib. Bir digər tarixçilər isə tikilmə tarixini VI əsrə, digərləri VIII əsrə aid edir. Buna səbəb Şeyx Səfiəddin Ərdəbilinin qeydlərində məscidin VII əsrdə mövcud olması ilə bağlı yazıdır. Abidənin Elxani hökmdarı Sultan Məhəmməd Xudabəndə dövründə inşa edildiyi fikrini irəli sürən tarixçilər də var. İranın Mədəni İrs təşkilatı məscidi Elxani dövrü memarlıq abidəsi kimi qeydə alıb.
Firuz mirzə Nüsrətəddövlə
Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Nüsrətəddövlə (1889–1937) — İranın xarici işlər naziri. == Həyatı == II Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Qovanlı-Qacar 1889-cu ildə Tehran şəhərində anadan olmuşdur. Orta təhsilini bitirəndən sonra ali savad almaq üçün 1897-ci ildə Beyrut şəhərinə yollanmışdı. Təhsilini tamamlayandan sonra, 1905-ci ilin yanvarında Tehrana qayıtmışdı. Fransız dilini mükəmməl bilirdi. Həmin ildə atası tərəfindən Kerman əyalətinin vali naibliyinə təyin edilmişdi. Nüsrətüddövlə ləqəbini daşıyırdı. Nüsrətüddövlə Qacar səltənətinin yıxılmasında yaxından iştirak etmişdi. O, respublika tərəfdarı idi. Nüsrətüddövlə 1920-ci ilin payız və qışını İngiltərədə olmuşdu.
Məhəmmədhüseyn mirzə Firuz
Məhəmmədhüsеyn mirzə Əbdülhüseyn mirzə oğlu Firuz (1893-1983) — şahzadə, İran ordusunun generalı. == Həyatı == Əbdülhüsеyn mirzə Fərmanfərmanın dördüncü оğlu Məhəmmədhüsеyn mirzə 1893-cü ildə Təbriz şəhərində anadan оlmuşdu. Sankt-Pеtеrburqda Hərbi Akadеmiyada təhsil almışdı. Nizaməddin ləqəbini daşıyırdı. Məhəmmədhüsеyn mirzə 1911-ci ildə jandarmеriyada xidmətə başlamışdı. 1915-ci ildə Rus оrdusunda, Qusar alayında xidmət еtmişdi. Birinci Cahan Savaşı nədəniyə rus оrdusu İrandan çıxandan sоnra, Qacar оrdusuna qatılmışdı.1919-cu ildə Əhməd şahın qvardiyasında qulluq еtmişdi. 1919-cu ildən 1921-ci ilədək Xоrasanda, Məşhəd şəhərinin jandarmеriyasına başçılıq еtmişdi. 1921-ci ildə pоlkоvnik rütbəsi almışdı. 1921-ci ildə оrduda yüksək vəzifə tutmuşdu.
Əbdülməcid Mirzə Firuz
Əbdülməcid mirzə Əbdülhəmid mirzə oğlu Firuz (1892, Kirman – 1959, Tehran) — şahzadə, İran ordusunun generalı. == Həyatı == Əbdülməcid mirzə Əbdülhəmid mirzə oğlu 1892-ci ildə Kirman şəhərində dоğulmuşdu. Ali məktəbdə оxumuşdu. 1932-ci ildən 1933-cü ilədək Yоl və Rabitə naziri оlmuşdu. 1942-ci ildən 1943-cü ilədək hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdı.1943-cü ildən 1944-cü ilədək Müdafiə naziriyində işləmişdi. General-mayоr rütbəsi almışdı. Əbdülməcid mirzə Firuz 1959-cu ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Bayatı–Türk
Bayatı–Türk — Şur dəstgahı tərkibində olmaqla özlüyündə dügah, fili, şikəstə, camədəran, Mehdiyi zərrabi, ruh-ül-ərvah kimi şöbələri birləşdirən muğam. Şərq musiqisində Rast dəstgahında niiriz və mübərriğə arasında səslənən şöbə.
CNN Türk
CNN Türk — ABŞ-nin "CNN" şirkəti və Türkiyənin "Doğan" şirkəti ortaqlığı ilə 11 oktyabr 1999-cu ildə İstanbulda fəaliyyətə başlamış xəbər telekanalıdır. Telekanalın tanınmış simaları Əhməd Xaqan, Handə Fərat, Cüneyt Özdəmir, məşhur verilişləri isə "5N1K", "Bitərəf bölgə" və "Tamaşaçı qalmayın" layihələridir. == Tarixçə == Türkiyənin ilk iqtisadiyyat xəbər kanalı "Eko TV"nin analoq yayımdakı tezliyində yayıma başlayan kanalda əvvəllər CNN-in ingilis dilindən tərcümə edilmiş verilişləri yayımlanırdı. 2005-2008-ci illərdə Formula 1 yarışları canlı yayımlanıb. 28 yanvar 2008-ci il tarixində analoq-rəqəmsal yayımdakı tezliyi "TNT" kanalına verilib. Daha sonra isə "TV5" kanalının tezliyində yayımlanmağa başlayıb. Kanalı kabel antenlər vasitəsilə izləmək yenidən mümkün olub. 2010-cu ildə digər "CNN" kanallarında olduğu kimi loqosu yenidən ekranın sağ alt küncünə yerləşdirilib. 28 mart 2013-cü il tarixində HD, 17 sentyabr 2012-ci il tarixində isə 16:9 təsvir formatlı yayıma keçmişdir. 5 iyun 2015-ci il tarixində isə Azərbaycanda yayımı qadağan olunsa da, 2018-ci ilin sentyabr ayında bu qadağa götürülüb.
Riyad Türk
Riyad Türk — Suriya Kommunist Partiyasının baş katibi, Suriya müxalifətinin real liderlərindən biri. 1982-ci ildə Xama şəhərində baş verənlərə görə Hafiz Əsədi diktator adlandıran, öz silahdaşları tərəfindən "Müsəlman qardaşları"nı tənqid etmədiyinə görə, satqın adlandırılan, İtambul konferensiyasına etibarlıq votusu verən, məşhur kommunist lider. == Həyatı == Əl-Türk, tələbə ikən Suriya Kommunist Partiyasına qatıldı. İlk dəfə 1952-ci ildə dövlət çevrilişində hakimiyyətə gələn hərbi hökumətə qarşı çıxdığı üçün hüquq məktəbini bitirdikdən sonra həbs edildi. Beş ay tutuldu və işgəncələrə məruz qaldı, lakin məhkəmədə heç vaxt mühakimə olunmadı.Daha sonra partiya qəzeti olan Əl-Nur üçün məqalələr yazdı və lider partiya ideoloqu oldu. 1958-ci ildə Suriya və Misirin Birləşmiş Ərəb Respublikasında birləşməsinə qarşı çıxdığına görə Nasser altında yenidən həbs edildi və on altı ay tutuldu. Yenə işgəncəyə məruz qaldı, lakin heç bir cinayətə görə mühakimə olunmadı. Türk bir müddətdir partiyanı dəmir yumruqla idarə edən baş katib Xalid Baqdaşa qarşı çıxaraq, ərəb millətçiliyinə daha müsbət baxışı tələb edən bir qrupa rəhbərlik edirdi. 1972-ci ildə Bakdash, partiyanı hakim Ərəb Baath Sosialist Partiyası ilə müttəfiq olan təşkilatlar koalisiyası olan Milli Mütərəqqi Cəbhəyə birləşdirmək qərarına gəldi. Partiyanın radikal qanadındakı tərəfdarlarla yanaşı, Türk 1960-cı illərin sonlarından bəri görünən bir parçalanmanı birləşdirərək Suriya Kommunist Partiyasını (Siyasi Büro) yaratdı.
TRT Türk
TRT Türk — TRT-nin xarici ölkələr üçün olan mədəniyyət və xəbər kanalıdır. Həm də bir çox Orta Asiya ölkələrinə istiqamətlənmiş kanalıdır. TRT-nin 16:9 formatı ilə yayımlanan ilk kanalıdır. Kanalın məqsədi "BBC", "CNN" və "Al-Jazeera kanallarına alternativ olmaqdır. Kanal 24 saat canlı yayım həyata keçirir. "Reuters" xəbər agentliyi ilə əməkdaşlığı var == Tarixçə == Kanal ilk dəfə 1992-ci ildə test üsulu ilə yayımlanmış, 1993-cü ildə isə normal yayıma keçmişdir. O zamanki adı "TRT Avrasya" idi. 8 may 2009-cu ildə yenidən quruldu. 21 mart 2009-cu il tarixində bütün tezlikləri "TRT Avaz" kanalına verildi. Tezliklər "TRT Avaz"a verildikdən sonra yenidən "TRT İnt." kanalı ilə birləşdirildi.
Türk-Xoylu
Türk-Xoylu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Türk Xoylu Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 124 nəfər əhali yaşayır.
Türk (mifologiya)
Türk — türklərin əfsanəvi əcdadı, bəzi mənbələrə görə Bibliyadakı Yafətin oğlu, Nuhun nəvəsi. Türkün Yafətin nəslindən gəlməsi erkən dövr müsəlman etnogenealogiyalarında qeyd edilir. Əbulqazi Bahadır xanın "Şəcərəyi türk" əsərinə görə Türk Yafətin səkkiz oğlundan biridir və Yafət Türkü öz yerinə seçərək digər oğullarına onu hökmdar kimi tanımağı və ona tabe olmağı əmr edir. Əfsanəyə görə oğuz türklərinin əcdadı Oğuz xan Türkün nəslindəndir. == Tarixi mənbələrdə qeyd edilməsi == === Orta əsrlərdə === Hələ VIII əsrə aid ərəb dilində yazılmış əsərlərdə görülən ilk müsəlman etnogenealogiyalarında türklər slavyanlar və Yəcuc və Məcuc xalqları ilə birlikdə Yafət nəslinə aid edilir. Təbəri (IX-X əsrlər) Yafətin nəslindən gələnlər arasında ət-Türkün adını çəkir, digər bir yerdə isə ibn İshaqa (VIII əsr) istinad edərək təkrar onun adını çəkir. X əsr yaşamış Məsudi "oğlaq altında", yəni şimalda yaşayan Yafət nəslinin nümayəndələri haqqında yazırdı; onların arasında ət-Türk də var idi. X əsrə aid anonim müəllif tərəfindən yazılmış "Müxtəsər əl-əcaib" əsəri Yafətin nəslindən gələnlərə ət-Türkü də aid edirdi. Anonim müəllif tərəfindən farsca yazılmış "Mücmal-ət-təvarix" əsəri (XII əsr) türklərin Yafətin nəslindən olduğu qeyd edilir, soy başlarının arasında Türkün də adını çəkir. Tarix, ilahiyyat və tibb mövzusunda ərəbcə əsərlər yazmış İsgəndəriyyə patriarxı II Evtixiy və ya daha çox tanındığı adı ilə Səid ibn Batrik(en) (X əsr) də Ət-Türkü Yafətin nəslindən gələnlər arasında çəkir.Rusiya tarixçisi Tatyana Kalininaya(ru) görə türklərin əminliklə Yafətin nəslinə aid edilməsi, çox güman ki, ərəb müəlliflərin özlərinin çıxartdığı nəticədir.Х əsrdə İtaliyada yazılmış "İosipponun kitabı"nda Yafətin nəvəsi Foqarmanın(en) 10 oğlunun adı çəkilir; onlardan birinin adı da Türkdür.
Türk (pyes)
Türk Malless ve Borciya Qubernatoru Floransanın Möhtəşəm Faciəsi (ing. An Excellent Tragedy of Mulleasses the Turke, and Borgias Governour of Florence), əsasən Türk (ing. The Turk) olaraq tanınır — ingilis dramaturq Con Mason tərəfindən yazılmış, ilk dəfə 1610-cu ildə yayımlanan intiqam mövzulu faciə.
Türk Briqadası
Türk briqadası (kod adı Şimal Ulduzu, ing. North Star, türk. Şimal Yıldızı və yaxud Qütb Ulduzu) — Koreya müharibəsində 1950–1953-cü illərdə BMT qüvvələrinin tərkibində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin piyada briqadası. ABŞ Ordusunun 25-ci diviziyasının tabeliyində olmuş və bir sıra döyüş əməliyyatlarında iştirak etmişdir. Xüsusən Kunu-ri döyüşündə göstərdikləri şücaətə görə ABŞ və Cənubi Koreya hökumətləri tərəfindən təşəkkürə layiq görülmüşdülər. Türk briqadası müharibə ərzində döyüş qabiliyyəti, cəsur müdafiə, vəzifəyə sadiqliyi və şücaəti ilə şöhrət qazanmışdı. II Dünya Müharibəsi bitsə də, ondan sonra yeni müharibə Soyuq Müharibə başlamışdı. Soyuq Müharibə dünyanın iki qütbə bölən SSRİ və ABŞ arasında gedirdi. Hər iki tərəf bu müharibədə özünə yeni müttəfiqlər axtarırdı. Belə yeni müttəfiqlərdən də biri Türkiyə ola bilərdi.
Türk Dərnəyi
Türk dərnəyi (türk. Türk Derneği) — İkinci Məşrutiyyətin elanından sonra İstanbulda qurulmuş dərnək. Osmanlı imperiyasında ilk milliyətçi quruluş olaraq qəbul edilir.25 dekabr 1908-ci ildə qurulan dərnəyin qurucuları arasında Nəcib Asim bəy, Əhməd Midhət, Əhməd Hikmət bəy, Rza Tofiq Bölükbaşı, Bursalı Mehmet Tahir bəy, Vələd Çələbi, Yusif Akçura, Fuad Raif bəy və Əmrullah Əfəndi yer almışdır. Dərnək, kurs və konfranslar təşkil etmiş, öz adı ilə bir dərgi də çıxarmışdır. Dərnəyin məqsədi 1909-cu ildə çıxarılan “Türk dili” dərgisində açıqlanmışdır. Məqsəd “ Türk adı ilə anılan bütün tayfaların keçmişi, halı və əsərlərini öyrənmək və öyrətməktir.” Üzvləri dil və mədəniyyət arasındakı əlaqəni başa düşən dərnək, dildə sadələşdirmə aparmaq üçün çalışmışdır.Bu cəmiyyətin damı altında rus elm adamı Qordlevski, Karaçun Əfəndi, alman elm adamı Martin Hartmann ilə türkçü yazıçılardan İsmayıl Qaspıralı, Əli bəy Hüseynzadə, Mehmed Əmin Yurdaqul, Köprülüzadə Mehmet Fuad bəy, İspartalı Haqqı bəy, Hüseyn Cahid bəy, Xalid Ziya Uşaklıgil və erməni məbuslardan Aqop Boyacıyan və Tıngır əfəndilər də vardı.Dərnəyin aylıq yayım orqanı öz adını daşıyan "Türk Derneği Dergisi" idi. Dərgi 1911-ci ildə 6, 1912-ci ildə isə 1 say olmaqla, toplamda 7 sayı buraxıldıqdan sonra bağlanmışdır. Dərgidə türk tarixi və Osmanlı cəmiyyəti haqqında yazılmış məqalələr dərc olunmuşdu. Məqalələrdə əsas olaraq dil problemi ələ alınmışdır. Dərnək 1912-ci ilə qədər fəaliyyət göstərdikdən sonra dağıldı.
Türk Kitabələri
Türk kitabələri – runi, uyğur, suriya və ərəb kitabələri. == Abidələrin təsnifatı == Növündən asılı olaraq Türk kitabələri runi, uyğur, suriya və ərəb kitabələrinə bölünür. Runi kitabələr Macarıstandan Lenayadək geniş bir ərazini əhatə edir. Qəbirüstü abidələr üzərində ən böyük mətnlər Monqolustanda - Orxon-Yenisey, Selenqi və Tol çaylarının hövzələrində rast gəlinir. Onlar kəşf olunduğu andan (XIX əsrin sonu) Orxon kitabələri adlandırılmışdı. Gültəkinin, Bilgə xaqanın Ongin abidəsinin, Tonyukuk və Kuliqurun xatirələrinə hazırlanmış abidələr linqvistik cəhətdən qədim oğuz dillərinə aiddir. Xakasiya və Tıvada aşkar olunmuş kitabələr paleoqrafik və dil cəhətdən VI-VIII əsrlərə, arxeoloji məlumatlara görə VII-VIII əsrlərə aiddir. Yayıldığı əraziyə görə onlara Yenisey abidələri deyilir. Buradan da türk runisinə verilmiş ikinci ad Orxon-Yenisey abidələri yaranmışdır. Bu tip kitabələr Altay Respublikasında, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Çonin Sinzyan abidələrində aşkar edilmişdir.
Türk Lirası
Türk lirəsi — Türkiyədə və Şimali Kiprdə istifadə olunan pul vahidi. Türk lirasının alt vahidi kuruşdur. Türkiyədə kağız pul çap etmə səlahiyyəti Türkiyə Respublika Mərkəzi Bankına aiddir.Puldakı 0 (sıfır) sayını azaltmaq məqsədi ilə 31 yanvar 2005-ci ildə müvəqqəti olaraq tədavüldən qaldırılmış və yerinə Yeni Türk Lirəsi istifadə edilməyə başlanmışdır. YTL-dən TL-yə keçidin tamamlanması səbəbiylə 1 Yanvar 2009 tarixində yenidən tədavülə girmişdir. Lakin 2009-cu ildə tədavülə girən pullardan YTL-də olduğu kimi 6 sıfır yoxdur. YTL-nin alt vahidi Yeni Kuruş-dur. Bu günə qədər Türk lirəsının ön tərəfində yalnız Mustafa Kamal Atatürk və İsmət İnönü-nün şəkilləri var. İsmət İnönünün şəkli yalnız prezidentlik etdiyi dövrdə (1938-1950) Türk lirasının ön tərəfində yer almışdır. Bunun səbəbi isə Osmanlı dövründən bəri bir ənənə halını almış və Osmanlıdan başqa bir çox dövlət tərəfindən də istifadə olunan bir ənənə olan pulun ön tərəfinə o zaman ki dövlət başçısının şəklini qoymaqdır. Bu ənənə 30 dekabr 1925-ci ildə qəbul edilən 701 saylı "Mevcut Evrak-ı Nakdiyenin yenileriyle İstibdaline Dair Qanun" -la rəsmiləşmişdir.
Türk Lirəsi
Türk lirəsi — Türkiyədə və Şimali Kiprdə istifadə olunan pul vahidi. Türk lirasının alt vahidi kuruşdur. Türkiyədə kağız pul çap etmə səlahiyyəti Türkiyə Respublika Mərkəzi Bankına aiddir.Puldakı 0 (sıfır) sayını azaltmaq məqsədi ilə 31 yanvar 2005-ci ildə müvəqqəti olaraq tədavüldən qaldırılmış və yerinə Yeni Türk Lirəsi istifadə edilməyə başlanmışdır. YTL-dən TL-yə keçidin tamamlanması səbəbiylə 1 Yanvar 2009 tarixində yenidən tədavülə girmişdir. Lakin 2009-cu ildə tədavülə girən pullardan YTL-də olduğu kimi 6 sıfır yoxdur. YTL-nin alt vahidi Yeni Kuruş-dur. Bu günə qədər Türk lirəsının ön tərəfində yalnız Mustafa Kamal Atatürk və İsmət İnönü-nün şəkilləri var. İsmət İnönünün şəkli yalnız prezidentlik etdiyi dövrdə (1938-1950) Türk lirasının ön tərəfində yer almışdır. Bunun səbəbi isə Osmanlı dövründən bəri bir ənənə halını almış və Osmanlıdan başqa bir çox dövlət tərəfindən də istifadə olunan bir ənənə olan pulun ön tərəfinə o zaman ki dövlət başçısının şəklini qoymaqdır. Bu ənənə 30 dekabr 1925-ci ildə qəbul edilən 701 saylı "Mevcut Evrak-ı Nakdiyenin yenileriyle İstibdaline Dair Qanun" -la rəsmiləşmişdir.
Türk Ocaqları
Türk Ocaqları — Türkçülük ideyası ətrafında 1912-ci ildə qurulmuş təşkilatdır. Təşkilat 1931-ci ildə Cümhuriyyət Xalq Partiyası hakimiyyətdən gedənə kimi fəaliyyət göstərdi. Osmanlı Dövlətində İkinci Məşrutiyyət dövründə Türk Dərnəyi (1908) və Türk Yurdu dərgisi (1912) ilə Osmanlıçılıq və Türkçülük ideyası ətrafında birlik davam etdirildi. Siyasi sahəyə qarışmamağın məqsədi Türkçülüyü siyasi sahəyə inkişaf etdirmək olsa da, əvvəlcə İttihad və Tərəqqi Komitəsi, sonra respublikanın ideologiyası proqram və məqsədləri müəyyənləşdirdi. Dövlət və orqanizmlə üzvi əlaqələri Türk ombudsmanlarının böyüməsində mühüm rol oynadı. 1925-ci ildən sonra müdafiəçi, qoruyucu, modernləşmə və türkləşmə siyasətinin bir hissəsi oldu. 1927-ci ildə zirvəyə aparan prosesin ilk astanası idi, ancaq bu, onun bağlanmasının başlanğıcı idi. Türk ocaqları o dövrdə CHF siyasətinin rəsmi hissəsi oldu və partiyanın nəzarəti altına keçdi. 1930-cu ildə Azad Respublika Partiyasının yaranması və içindəki hadisələr Türk Ocaqlarının bağlanmasına aparan prosesin təyini oldu. 264 şöbəsi, 30 mindən çox üzvü və geniş mal və qiymətli kağızlar varlığıyla əhəmiyyətli bir qeyri-hökumət təşkilatı olan Ocaqlar, Türkiyədə tək partiyalı dövrün vətəndaş və ictimai həyata olan müdaxiləsi bağlanıldı, bütün varlığı və üzvləriylə partiyaya təhvil verildi.
Türk PA
Türk Dövlətləri Parlament Assambleyası və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyası — 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu sazişlə təsis olunmuşdur. 29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) I. plenar sesiyası keçirilmişdir. Plenar sesiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilmişdir. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur. == Məqsədləri == Parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək; Tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması.
Türk Qarakilsəsi
Türk Qarakilsəsi - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-qərbdə, Gümrü şəhərinin 5 kilometrliyində, dəniz səviyəsindən 1462 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd albanlara aid qara daşdan tikilən kilsənin yaxınlığında salındığı üçün Qarakilsə adlanmışdır. Toponimin əvvəlindəki türk etnonimi fərqləndirici əlamət bildirir və sakinlərinin türklər (azərbaycanlılar) olduğunu göstərir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.
Bakı Türk Şəhidliyi
Bakı Türk şəhidliyi — Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması (1918, 15 sentyabr) uğrunda həlak olmuş Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə Bakının Şəhidlər Xiyabanında ucaldılmış abidə. == Tarixi == Bakının daşnak və eser-menşeviklərin idarə etdiyi “Sentrokaspi diktaturası” ndan azad edilməsi zamanı həlak olmuş Azərbaycan və Türkiyə əsgərlərinin şərəfinə ucaldılacaq abidə kompleksinin layihəsi hələ 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmışdı. Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının ildönümü münasibətilə 1919-ci il sentyabrın 15-də Azərbaycan Parlamentinin xüsusi iclası keçirilmiş, millət vəkilləri hökumət üzvləri ilə birlikdə Çənbərəkənd qəbiristanlığına (indiki Şəhidlər Xiyabanının ərazisi) gedərək, xatirə abidəsinin özülünü qoymuşdular. Lakin Aprel işğalı (1920) nəticəsində abidənin tikintisi yarımçıq qaldı. == Məlumat == Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbacanın və Türkiyənin dövlət rəhbərlərinin qarşılıqlı razılaşması əsasında xatirə abidəsinin Şəhidlər Xiyabanında ucaldılması qərara alındı. 1918-ci ilin sentyabrında Bakının azad olunması uğrunda döyüşlərdə həlak olmuş türk və Azərbaycan hərbiçilərinin bir çoxu da həmin ərazidəki Çənbərəkənd qəbiristanlığında dəfn edilmişdilər. Tikintisinə 1999-cu il iyunun 24-də başlanmış, açılış mərasimi 2000-ci il aprelin 9-da olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl iştirak etmişlər. Abidənin müəllifi memar Hüseyn Bütünerdir. Tikinti işləri Türkiyənin Azərbaycandakı hərbi attaşesi tuğgeneral (briqada generalı) Sadıq Ercanın rəhbərliyi ilə aparılmışdır.
Bakı Türk İşçi Teatrı
Gəncə Dövlət Dram Teatrı — 1921-ci ildə noyabr ayının 13-də Bakıda yaradılmış teatr. Gəncə Dövlət Dram Teatrı 1925-ci ilə kimi "Tənqid-təbliğ" teatrı adı ilə 1925-ci ildən isə "Bakı-işçi-kəndli" teatrına çevrilmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir. == Tarixi == Gəncə şəhərində XIX əsrdə həvəskar teatr truppaları fəaliyyət göstərməyə başlayırlar. 1899-cu ildə burada "Teatr" adlanan bina həvəskar aktyorların ixtiyarına verilib. 1906-cı ildə isə həvəskarlardan ibarət "Gəncə müsəlman dram məclisi" teatr truppası yaradılıb. Sonradan 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb"-i tələbələrinin ilk dram truppası da yaradılır. Bu truppada gələcəkdə teatr tarixində vacib rol oynayacaq Adil İsgəndərov, Barat Şəkinskaya, Mir İbrahim Həmzəyev və digərləri fəaliyyət göstəriblər.Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə noyabr ayının 13-də aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi Bakıda yaranmışdır. 1921-ci ildən 1925-ci ilə qədər "Tənqid-təbliğ" teatrı adı ilə, 1925-ci ildən 1932-ci ilə qədər isə "Bakı-işçi-kəndli" teatrı adı ilə fəaliyyət göstərmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və Qırmızı bayraqlı Türk işçi Teatrı adı ilə fəaliyyətini davam etdirmişdir.
Bakı Özəl Türk Liseyi
Bakı Özəl Türk Liseyi — 1992-2014-cü illərdə Bakı şəhərində fəaliyyət göstərmiş özəl təhsil müəssisəsi. == Tarixi == Azərbaycanda Türkiyə Cümhuriyyətinin özəl təhsil qurumlarının fəaliyyəti 1992-ci ilin dekabrında Naxçıvanda başlamışdır. Ardınca Bakıda və Sumqayıtda müştərək məktəblə açılması məqsədi ilə 4 sentyabr 1992-ci il tarixində Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi ilə niyyət protokolu imzalanmışdır. Həmin ilin payızına doğru məktəblər təsis edilmiş və Bakıda ayrılmış binanın təmiri və avadanlıqlarla təchizatı başa çatdırılmışdır. Beləliklə, 6-cı və 8-ci siniflərə 84 şagird qəbul edən liseydə təlim-tədrisə start verilmişdir. == Fəaliyyəti == Lisey fəaliyyəti dövründə 6-cı sinifdən imtahan yolu ilə şagirdlər qəbul etmişdir. Ümumən, sözügedən təhsil müəssisəsi məzunlarının yerli və xarici ali məktəblərə yüksək qəbul əmsalı, habelə şagirdlərinin beynəlxalq olimpiadalardakı yüksək nəticələri səbəbindən zaman-zaman dövri mətbuatda Azərbaycanda fəaliyyət göstərən ən nüfuzlu orta ümumtəhsil müəssisəsi kimi göstərilmişdir.2014-cü ilin iyun ayında Bakı Özəl Türk Liseyi fəaliyyətini dayandırıb.
Das adası
Das adası (ərəb. داس‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Əbu-Dabi əmirliyinin bir parçası. Sahildən 160 km şimal-qərbdə yerləşir. Ada 1,2 x 2,4 km ölçülərinə malikdir. Buradan neft və sıxılmış təbii qaz Avropa və Asiyanın bir çox limanlarına ixrac edilir. Neft hasilatı 1956–1960-cı illərdə gerçəkləşən kəşfiyyat işlərinin ardından baş vermişdir. Das adası əvvələr tısbağa və dəniz quşlarının yuva qurduğu bir ərazi olmuşdur. Neft və qaz hasilatına baxmayarq ada yenədə köçəri quşların əsas dayanacaq yerlərindən biridir. Burada qədim insanların, xüsusi ilə islam keramikanın izlərinə rast gəlinir. Balıqçılar və mirvari toplayan üzgüçülər fırtınadan qorunmaq üçün adaya sığınırdılar.
Çurki adası
Çurki adası — Xəzər dənizinin Abşeron körfəzi akvatoriyasında yerləşən kiçik ada. Dardanel adaları ilə Çilov adasının Urunus yarımadası arasında yerləşir. Şərqində Yal adası yerləşir. Düzən relyefə malikdir. Abşeron arxipelaqının tərkib hissəsinə daxildir. Okean səviyyəsindən −28 metr aşağıda yerləşir.
Türk Soyqırımı
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları – erməni-daşnak silahlı quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar. == Tarixi == Birinci dünya müharibəsi (1914-1918) illərində ermənilərin Türkiyəyə qarşı ilk silahlı çıxışı çoxdan hazırlıq gördükləri Zeytun bölgəsində oldu. Onlar Türkiyədə hərbi səfərbərliyə qarşı çıxır, qeydiyyat üçün səfərbərlik məntəqələrinə gedən müsəlmanları qətlə yetirir, qarət edirdilər. Zeytundakı erməni "Hnçaq" komitəsinin yığıncağında "ingilislər İsgəndəruna çıxacaqları üçün Adana, Maraş işğal olununcaya qədər üsyanlarla səfərbərliyə mane olmaq, ingilislərin hərəkatını dəstəkləmək, jandarmaların silah və cəbhəxanalarını ələ keçirmək, hökumət məmurlarını və ailə üzvlərini öldürmək, teleqraf tellərini kəsmək" tövsiyə olunmuşdu. 1915-ci ilin fevralında hərəkətə başlayan 800 nəfərlik erməni quldur dəstəsi Maraşın teleqraf xəttini kəsmiş, hərbi qışlaya basqın etmiş və Təkkə monastırına sığınmış – 304 Şəmsəddin Məhəmməd Sahib-Divandı. 25 jandarma həlak olmuş, 34-ü yaralanmışdı. Bundan əlavə, Maraşın müxtəlif yerlərində çoxlu müsəlman öldürülmüşdü. Bölgədən orduya çağırılan ermənilərin hamısı fərarilik etmişdi. 1915 il fevralın 24-də Rusiyanın İngiltərədəki səfiri İngiltərə Xarici İşlər Nazirliyinə gedərək, zeytunlu bir erməninin Qafqaz canişini knyaz Voronsov-Daşkova müraciət edərək, türk ordularının əlaqə yollarını kəsmək üçün ermənilərin 15 minlik bir qüvvə topladıqlarını, ancaq silah və sursatın olmadığını söylədiyini bildirmişdi. İngilis və fransızların Antakya limanı vasitəsiylə yardım göndərə biləcəyi güman edilirdi.