Türk Qarakilsəsi - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd.[2]
kənd | |
Türk Qarakilsəsi | |
---|---|
40°45′00″ şm. e. 43°47′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Şörəyel mahalı]] |
Rayon | [[Düzkənd rayonu]] |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.470 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 15 km cənub-qərbdə, Gümrü şəhərinin 5 kilometrliyində, dəniz səviyəsindən 1462 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Kənd albanlara aid qara daşdan tikilən kilsənin yaxınlığında salındığı üçün Qarakilsə adlanmışdır. Toponimin əvvəlindəki türk etnonimi fərqləndirici əlamət bildirir və sakinlərinin türklər (azərbaycanlılar) olduğunu göstərir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Axurik qoyulmuşdur.
Kənddə 1886-cı ildə 410 nəfər, 1897-ci ildə 484 nəfər, 1904 - cü ildə 554 nəfər, 1914 - cü ildə 911 nəfər azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Türkiyənin Muş, Sasun Xnus, Qars vilayətlərindən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.