Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rüstəm Paşa külliyəsi (Təkirdağ)
Rüstəm Paşa külliyəsi — Təkirdağda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, kitabxana, qoşa hamam, bazar meydanı və karvansaradan ibarətdir. Bunlardan yalnız məscid, mədrəsə, imarət və karvansara Memar Sinan tərəfindən inşa olunmuş, külliyəyə daxil olan digər əsərlər isə müxtəlif dövrlərdə inşa olunmuşdur. Bu əsərlərdən yalnız məscidin inşa tarixini ön hissəsindəki kitabəsindən bilmək mümkündür. Bunlardan birində Rüstəm Paşa və 1553 tarixi qeyd olunmuşdur. İkinci kitabədə isə Sultan Əbdülməcidin adı və 1841 tarixi qeyd edilib. Buna görə də məscidin XIX əsrədək zərər gördüyü və həmin il yenidən bərpa olunduğu başa düşülür. Məscid və bazar meydanından başqa digər əsərlər tam olaraq günümüzə gəlib çatmamışdır. == Strukturu == === Rüstəm Paşa məscidi === Məscid kvadrat planlı və tək gümbəzlidir. Daxilindəki bəzəmələr olduqca zəngindir.
Təkirdağ
Təkirdağ — Türkiyənin Təkirdağ ilinin inzibati mərkəzi.
Təkirdağlı Bəkri Mustafa Paşa
Təkirdağlı Bəkri Mustafa Paşa (ö. yanvar 1690) — II Süleyman dövründə ümumilikdə 1 il 5 ay 23 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == == Mənbə == Anonim Osmanlı Tarihi: 1099-1116/1688-1704(haz. Abdülkadir Özcan), Ankara 2000, s. 1, 8, 9-11; Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekayiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 109, 121, 167, 168 vd., 191, 219, 233, 245, 288-341, 343-344, 346, 357, 428, 576, 587; Silâhdar Mehmed Ağa, Zeyl-i Fezleke (haz. Nazire Karaçay Türkal, doktora tezi, 2012), MÜ Türkiyat Araştırmaları Enstitüsü, tür.yer.; Hadîkatü’l-vüzerâ, s. 114-116; D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 170-187, 420; Şeyhî, Vekāyiu’l-fuzalâ, IV, 48; Râşid Mehmed Efendi – Çelebizâde Âsım Efendi, Târîh-i Râşid ve Zeyli (haz.
Təkirdağspor
Təkirdağspor — Türkiyənin Təkirdağ ilçesinə bağlı futbol klubu. Regional Həvəskarlar Liqası'nda çıxış edir. == Tarixi == 1967-ci ildə qurulmuşdur.
Təkirdağ döyüşü
Təkirdağ döyüşü — 3 avqust 1511-ci ildə Osmanlı taxt-tacı uğrunda mübarizə. Təkirdağ döyüşü II Bəyazid və oğlu Səlimin qoşunları arasında baş verdi. Bu müharibə Osmanlı tarixində dönüş nöqtəsi hesab olunur və Yavuz Sultan Səlimin taxta çıxmasına zəmin hazırlayır. == Səbəblər == II Bəyazidin qocalması və taxt-taca kimin keçəcəyi ilə bağlı qeyri-müəyyənlik onun oğulları arasında taxt uğrunda mübarizənin başlamasına səbəb oldu. Səlim böyük oğul olmasına baxmayaraq atasının Əhmədə üstünlük verəcəyindən narahat idi. Bu narahatlıq Səlimi üsyana sövq etdi.Yeniçərilər Səlimə sadiq idilər və ona sultan olması üçün təzyiq edirdilər. Səlim yeniçərilərin dəstəyini qazanaraq taxt-tacı ələ keçirmək şansını artırdı bununla bərabər Rumeli Sipahilər, II Bəyəzidin hökmranlığından məmnun deyildilər. Səlim Rumeli süvarilərinin narazılığından istifadə edərək onları da öz tərəfinə çəkə bildi. Səfəvi dövlətinin yüksəlişi Osmanlı İmperiyası üçün təhlükə yaratmağa başlamışdı. Səlim Səfəvilərə qarşı daha güclü siyasət yeridəcəyini vəd edərək, bu təhlükəyə qarşı dura bilən lider obrazını canlandırırdı.
Təkirdağ ili
Təkirdağ ili— Türkiyənin bir vilayətidir. Mərkəzi Təkirdağda olan ilin əhalisi 2021-ci ilə görə 1.107.491 nəfərdir. Mərmərə bölgəsinin Frakiya tərəfində yerləşir; Şərqdən İstanbul, cənubdan Mərmərə dənizi və Çanaqqala, qərbdən Ədirnə, şimaldan Kırklareli və şimal-şərqdən Qara dənizlə əhatə olunub. İlçələrin ümumi sayı 11-dir. == Coğrafiyası == Təkirdağ, ilin qərbində yerləşən və ən yüksək zirvəsi 945 m hündürlükdə Qanos dağı (İşıklar dağı) olan Təkir dağları istisna olmaqla, ümumiyyətlə düzdür. Şimalda ilin ən əhəmiyyətli çayı olan Ergene çayı axır. Ergene çayı yaratdığı allüvial düzənliklərin məhsuldarlığı ilə əyalət əhalisinin böyük hissəsini ətraf yaşayış məntəqələrində cəmləşdirmişdir. Təkirdağın bitki örtüyü Mərmərə dənizi sahillərində makvis, dağlıq ərazilərdə meşə, digər yerlərdə isə çöldür. Təkirdağın iqlimi Aralıq dənizi iqlimi ilə kontinental iqlimin qarışığıdır. Mərmərə dənizinin təsiri ilə sahil rütubətli bölgədir.
Təkbir
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Təkin
Təkin — ad, soyad. Təkin Alp — Təkin Arıburun — Təkin Bingöl — Təkin Dərəli — Bülent Tekin — Kürd yazıçı. Gürsel Tekin — Türk siyasətçi. Harun Təkin Harun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Təkrir
Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunması. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.
Təkər
Təkər (və ya çarx) — çevrəvi formaya malik olub mərkəzində deşik olan oxda bərkidilimiş lövhədir. Təkəri yalnız hər hansı bir oxa keçirdikdən sonra ondan hərəkətli bir hissə alınır. Təkərlərin uzunmüddətliyi onların yağlanması, oxda oturtma dəqiqliyi və sürtünməsindən asılıdır. Maşınlarda təkərlər əsasən nəqliyyat üçün tətbiq olunurlar. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə. Vəliyev. 3.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
TƏİR
Tank əleyhinə idarəolunan raket (TƏİR) (ingiliscə: anti-tank guided missile (ATGM), və ya anti-tank guided weapon (ATGW)) tankların məhv edilməsi məqsədilə hazırlanmış silahdır. Bu raketlərin əsas vəzifəsi tank və ya digər zirehli döyüş maşınlarını vurmaq və məhv etməkdir. TƏİR-lər əsasən atəş məsafələrinə görə bir nəfər tərəfindən çiyindən, və ya bir birlik tərəfindən qurulan üçayaqlı qurğulardan, həmçinin helikopterlərdən də atıla bilir. Birinci nəsil TƏİR-lər hədəfi tapmaq üçün komanda qolu kimi bir alətlə operator vasitəsilə hədəfi tapa bilirdi. Ancaq, bu iş üçün operatorun yaxşı təcrübəsinin olması və raketin uçuşu zamanı hərəkətsiz qalması lazım gəlirdi. İkinci nəsil TƏİR-lərdə isə hədəf vurulana qədər operatorun nişangahı hədəfdən ayırmaması lazım idi. Bu sistemlərdə raketi idarə etmək üçün kabel, radio siqnalı, lazer işarələnməsi və ya raketə yerləşdirilən TV kamerasından istifadə olunurdu. Bu raketlərə ABŞ istehsalı TOW raketləri misal ola bilər. Ancaq, bu nəsil silahlarda da operatorun sabit qalması lazım gəlirdi. Çox inkişaf etmiş üçüncü nəsil TƏİR-lər isə lazer, elektronik görüş sistemlərindən istifadə olunur.
Alp Təkin
Alp Təkin (962–963) — Qəznənin ilk türk hakimi. == Həyatı == Bəlxdə anadan olmuşdu. Həyatının ilk illəri Xorasan valisinin ordusunda muzdlu döyüşçü olmaqla keçmişdir. 961-ci ildə Samani əmiri I Əbdülmalikin ölümündən sonra taxtda hərc-mərclik yaranmışdı. Alp Təkin bu mübarizədə Faiq adlı bir şahzadəni dəstəkləsə də taxta I Mənsurun çıxması ilə mövqeyi zədələnmiş, Xorasandan Qəznəyə keçmiş, yerli sülalə olan Lavik sülaləsini devirərək oranın hakimi olmağa davam etmişdir. O hələ də Samani vassalı idi. == Ailəsi == Oğlu: Əbu İshaq İbrahim — onu əvəz etdi. Qızı: Adı bilinməyən bir qızı olmuş, Səbuk Təkin ilə evlənmişdir.
Anuş Təkin
Anuştəkin Ğarçai - Xarəzmşahlar dövlətinin dördüncü sülaləsini quran hökmdar. == Həyatı == Anuştəkinin adı ilk dəfə 1073-cü ildə Məlikşahın hakimiyyəti dövründə çəkilir. Əfqanıstanın Ğarçistan adlanan indiki Həzəracat bölgəsində Səlcuq sərkərdəsi Gümüştəkin Bilgə bəy tərəfindən satın alınmış bir qulam idi. Bəzi tədqiqatçıları onu Xələc və ya Çığıl, bəziləri isə (məs. Zəki Vəlidi Toğan) Qıpçaq, Qanqlı və ya Uyğur sayır. Səlcuq sarayında Məlikşahın təstdarı, yəni dəsmal tutanı olmuş, sonra Xarəzm valiliyinə göndərilmişdi. 1097-ci ildə öldüyü güman edilir. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Tarixi Portalı :З.М. Буниятова Государство хорезмшахов-ануштегинидов 1097-1231 г.
Bilgə Təkin
Bilgə Təkin - 966-975-ci illər arası hökmdarlıq etmiş Qəznə hakimi. Samani generalı Faiqin ordularını məğlub etdikdən sonra bir az daha müstəqilləşsə də hələ də Samanilərin hakimiyyəti altında idi. 975-ci ildə Gərdiz qalasını mühasirəyə alarkən vəfat etdi. Yerinə seçki ilə başqa bir sərkərdə olan Böri Təkin keçdi.
Böri Təkin
Börü Təkin (Qəznə türkcəsində: بوری‌تگین Böri Tigin) — 975-977 illərində hakimiyyətdə olmuş Qəznə hakimi. 20 aprel 977-ci ildə xalqın başqa seçki keçirərək taxta Səbuk Təkini çıxarması ilə həyatına sərkərdə olaraq davam etdi.
Börü Təkin
Börü Təkin (Qəznə türkcəsində: بوری‌تگین Böri Tigin) — 975-977 illərində hakimiyyətdə olmuş Qəznə hakimi. 20 aprel 977-ci ildə xalqın başqa seçki keçirərək taxta Səbuk Təkini çıxarması ilə həyatına sərkərdə olaraq davam etdi.
Bəkir Mustafayev
Bəkir Dursun oğlu Mustafayev (11 fevral 1898, Axalsıx rayonu[d] – 10 dekabr 1978, Özbəkistan SSR) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 11 fevral 1898-ci ildə Gürcüstanın Axaltsixe rayonunun Qlazar kəndində anadan olub. 1941-ci ildə Axaltsixe RHK-dan orduya getmişdir. 55-ci qvardiya atıcı divizyasının 164-cü atıcı alayının manqa komandiri olub. Şimali Qafqazdan Krım vilayətinə kimi gedən döyüşlədə qəhrəmanlıq göstərib. Kerç yarımadasının faşistlərdən azad edilməsində iştirak edib. 10 dekabr 1978-ci ildə vəfat edib. == Təltifləri == Lenin ordeni, "Qızıl Ulduz" medalı ilə təltif edilib. Müharibədə göstərdiyi şücaətlərə görə starşina Mustafayev Bəkir Dursun oğlu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 16 may (fevral) tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Bəkir Nəbiyev
Bəkir Əhməd oğlu Nəbiyev (21 avqust 1930, Ağdaş – 15 mart 2012, Bakı) — Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Əməkdar elm xadimi (1990), Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). 1949-cu ildə məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Bəkir Nəbiyev 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O,1956–1959-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının aspirantı olmuşdur. Atası Əhməd Məhəmməd oğlu Nəbiyev 1888-ci ildə doğulub. İlk təhsilini atasından alıb, Qurani-Kərimi babasından öyrənib. O, keçən əsrin əvvəllərində Ağdaşda "Darülürfan" məktəbi açmış həmyerlimiz, məşhur maarif xadimi Muxtar Əfəndizadənin (1880–1975) yanında ərəbcəsini daha da təkmilləşdirib, rus dilini öyrənib, coğrafiya, həndəsə, tarix, ədəbiyyat, nücum sahəsində yeni biliklər əxz edib. 1937-ci ildə atası və əmisi həbs edilir. Arxangelskdə,Komidə "cəzasını" çəkərkən atası taleyinə düşən işgəncələrə dözməyib,1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olub.
Bəkir Tahirov
Bəkir Abbas oğlu Tahirov (29 dekabr 1940, Urud, Sisian rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Darzolaqlı yarımkeçiricilər və yüksək temperaturlu ifratkeşiricilər” laboratoriyasının rəhbəri. == Həyatı == Bəkir Tahirov 1939-cu il dekabrın 29-da Ermənistan SSRın Sisyan rayonunun Urud kəndində anadan olub. 1958-ci Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) “Fizika” fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-1965-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası nın Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildə AMEAnın Fizika İnstitutunda aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində işləyib. 1974-cü ildə namizədlik dissertasiyasını, 1995-ci ildə isə “Bi1-xSbx xəlitələrində elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildən etibarən “Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifrat keçiricilər” laboratoriyasına rəhbəri vəzifəsində çalışır. == Əsas elmi nailiyyətləri == Bəkir Tahirov qidalandırıcı tətbiq etməklə Çoxlarski üsulunu təkmilləşdirərək yüksək keyfiyyətli Bi1-xSbx xəlitələrinin monokristallarını almağa nail olmuşdur. O,həmçinin, yüksək yüyürüklüyə malik yarımkeçiricilərdə yayılan helikon dalğalarının (sabit maqnt sahəsində yerləşdirilmiş plazmada yayılan aşağı tezlikli elektromaqnit dalğası) dispersiyasını, polyarizasiyanı tədqiq etmək üçün ölçü-rezonans üsulunu işləyib hazırlamışdır. Tahirov B. A elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektlərinin kompleks şəkildə tədqiqi imkanından istifadə edərək Bi1-xSbx (x≤0,25) bərk məhlullarında yükdaşıyıcıların enerji spektrini və səpilmə mexanizmini (77≤T≤300K) müəyyən etmişdir.
Bəkir Vahab
Bəkir Vahab (17 aprel 1915 – 1944, Litva) — krım tatar şairi, 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Bəkir Vahab 17 aprel 1915-ci ildə anadan olub. Simferopolda yerləşən 13 nömrəli 9 illik nümunəvi krım tatar məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Krım Pedaqoji İnstitutuna daxil olub və buranı da 1937-ci ildə bitirib. İlk əsərlərini "Yaş kuvet", "Sovet ədəbiyyatı" jurnallarında və "Qızıl Kırım" qəzetində çap etdirib. 1938-ci ildə Qafar Bulqanaklı və Qəni Muradla birlikdə "Yaşlık yırları" (Gənclik mahnıları) adlı şeirlər toplusunu nəşr etdirib. 1944-cü ildə Qırmızı ordunun tərkibində Litvada Qayturlevka kəndi ətrafında gedən döyüşlərdə dünyasını dəyişib. 1990-cı ildə Daşkənddə Bəkir Vahabın şeirlərindən ibarət "Yazılıb bitirilməyən şeirlər" toplusu işıq üzü görüb.
Bəkir Yusifov
Bəkir Çobanzadə
Bəkir Vahab oğlu Çobanzadə (krımtat. Bekir Vaap oğlu Çoban-zade; 27 may 1893, Belaqorsk (Krım), Tavriya quberniyası[d] – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), filologiya elmləri doktoru (1920), professor (1922). == Həyatı == Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi — "Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərmişdir (1908–1918). İlk şeirlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir.
Cırıltılı Təkər
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.
Harun Təkin
Harun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Sunqur Təkin
Sunqur Təkin bəy (1191, Əhlat) Oğuzların Bozox qolunun Qayı nəslinin üzvüdür və Süleyman Şah (və ya Gündüz Alp) və Hayimə Xatunun dörd oğlundan ən böyüyüdür. Osmanlı imperiyasının qurucusu Osman Qazinin əmisidir. 1227-ci ildə Süleyman Şah Fəratda boğulduqdan sonra qardaşı Gündoğdu bəylə vətənləri Ahlata geri qayıdır. 1227-ci ildə Ögeday ordusunun sıralarına daxil olmuş və Ələddin Keyqubada məlumatlar ötürmüşdür. == Həyatı == Sunqur Təkin Qazinin həyatı haqqında məlumat kifayət qədər çox deyildir. Əldə olan məlumatlara görə, o Ögeday Xanın ordusuna cəsus kimi daxil olmuş və onun haqqında məlumatlar əldə etmişdir. Uzun müddət geri qayıtmamış, buna görə də onun öldüyü düşünülmüşdür. Uzun müddət sonra qəbiləyə geri qayıtmış və Qayı qəbiləsi iki yerə bölünmüşdür: Ərtoğrul Qazi və Dündar bəy Söğütə, Gündoğdu bəy və Sunqur Təkin isə Ahlata köçmüşdür.
Suvar Təkin
Seyfəddin Suvar Təkin ibn Ay Təkin Təbəriyə görə, Bağdadın kənarındakı Səmərrada yerləşdirilən xilafət qoşunlarında xəzər əsilli çox döyüşçü vardı. Müktəfinin dövründə xilafət ordusuna Suvar Təkin başçılıq edirdi. Elə onun hakimiyyəti illərində Hələbin əmiri Seyfəddin Suvar Təkin ibn Ay Təkin idi == Mənşəyi == Başqa məlumat əldə etmək mümkün olmadı, ancaq, bu şəxsiyətin dar etnik mənşəyi barədə onun suvar etnonimindən və tigin titulundan yaranan adından ehtimal etmək olar ki, o ya Qafqaz Hun elindən olan sabir olub, ya da İdil xəzəri.
Səbuk Təkin
Səbuk Təkin - (fars. ابو منصور سبکتگین‎‎) - Böri Təkindən sonra hökmdarlığa seçki ilə gələn 977-ci ildə taxta çıxan Qəznəvi hökmdarı. == Həyatı == 942-ci ildə Qəznə şəhərində anadan olmuşdu . 12 yaşında əsir alınaraq Hacı Nəsr adlı tacirə satılmışdı. Daha sonra Alp Təkin tərəfindən satın alınmışdı. Alp Təkin Samanilərə qarşı üsyan edəndən sonra onun qızı ilə evlənib sərkərdə olmuşdu. Əmir əl Üməra və Vəkili Mütləq titullarına layiq görülən Səbuk Təkin sonrakı sərkərdələrin hakimiyyəti dövründə Qəznəni qorudu. == Hakimiyyəti == 977-ci ildə taxta çıxanda başqa bir Qəznəvi sərkərdə olan Toqan ona qarşı çıxdı. Səbuk Təkin onu məğlub edib Qəndəharı ələ keçirdi. Şahilər sülaləsinin nümayəndəsi Cayapalanın ordusunu məğlub edib onu vergi verməyə məcbur etdi.
Türkər Təkin
Türkər Təkin (11 mart 1940 – 17 mart 2008, İzmir) — Teatr rejissoru və aktyoru, kino və serial aktyoru. == Həyatı == 11 mart 1940-cı ildə Türkiyə Turqutda anadan olub. 1963-cü ildə Ankara Dövlət Konservatoriyası Teatr Bölümündən məzun olan Təkin, 1965-ci ildən 1978-ci ilə qədər Şəhər Teatrlarında çalışdı. 1978-ci ildə İzmir Dövlət Teatrı heyətinə keçərək buradan əməkli oldu. Bundan başqa, Türkər Təkin, kino və serial filmlərdə də rol alıb. Sənətkar, bir şiş səbəbindən müalicə aldığı xəstəxanada həyatını itirdi.
Təkvir Surəsi
81-ci surə
Təkər bazası
Təkər bazası, təkər məsafəsi, təkər bucağı, təkər aralığı, təkər boşluğu, ox boşluğu, ox aralığı ox bazası, ox bucağı, ox məsafəsi kimi adlarla da adlandırılan ön təkər mərkəzi və arxa təkər mərkəzi arasındakı məsafəyə verilən addır. Təkər bazası sürətlənmə ilə təcillənmə və yavaşlama ilə əyləcləmə zamanı nəqliyyat vasitəsinin aktiv güc ötürülməsinə təsir edən əsas dəyişənlərdən biridir. Təkər bazası nəqliyyat vasitəsinin gövdə formasına və quruluşuna görə seçilir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi nəqliyyat vasitəsinin sabitliyinə və sürücülük xüsusiyyətlərinə müsbət təsir edən bir amildir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi sürücünün yüksək rahatlığını təmin edir. Böyük (uzun) ox (ox) məsafəsi nəqliyyat vasitəsinin sərnişin kabinəsinin geniş olmasına görə oxlara düşən yükün təsirini minimallaşdırır. Kiçik (qısa) təkər bazası (ox) məsafəsi, nəqliyyat vasitəsinin sallanma meylini azaldır və yumşaq nəmləndirmə ilə asqı quraşdırmağı daha asanlaşdırır. Kiçik dönmə diametrləri olan nəqliyyat vasitələrinin təkərləri daha asan dönə bilir. 1-ci sinif nəqliyyat vasitələri: təkər bazası 3.20 metrdən aşağı (təkər bazası) olan nəqliyyat vasitələri. (motosiklet, avtomobil, pikap yük maşını, mikroavtobus, torpaq yollarda hərəkət etmək üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitəsi və s.) 2-ci sinif nəqliyyat vasitələri: təkər bazası (ox bazası) 3.20 metr və daha çox olan istənilən 2 oxlu nəqliyyat vasitəsi.
Takır
Takır (qədim türk dilində – hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır. == Geomorofloji termin == Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məhrum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölünmüş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüzlərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur. == Takır relyefi == Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur. Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.
Temir
Temir (qaz. Темір) — Qazaxıstanın Aqtöbe vilayətinin Temir bölgəsindəki bir şəhər. Temir şəhər administrasiyasının inzibati mərkəzi. KATO kodu —155621100. == Coğrafiyası == Temir çayı üzərində, Temir dəmir yolu stansiyasından təqribən 20 km cənubda yerləşir. == Tarixi == Şəhər 1870-ci ildə (orijinal adı Karakamıs), Emben postunun (1862-ci ildə Emba çayı üzərində tikilən) buraya köçürüldüyü zaman quruldu. 1896 -cı ildən bir mahal şəhəri olmuşdur. Daşkənd, Buxara, Ufa, Orenburq və Orsk tacirlərinin iştirakı ilə ildə iki dəfə yarmarkaların keçirildiyi XIX əsrin sonu — 20-ci əsrin əvvəllərindəki böyük bir ticarət mərkəzi. İlk məktəblər 1870-ci ildə Temir şəhərində açıldı. Əhməd Halfe məscidi qorunub saxlanılır və bərpa olunur.
Arif Tekin
Arif Tekin (d. 1954, Diyarbəkir) — kürd mənşəli türk yazıçı, daha əvvəlində imam. == Həyatı == Diyarbəkir vilayətinin Qulp mahalına bağlı Akdoruk (Gavgas) kəndində anadan olmuşdur. Əhaliyə 1968-ci ildə 1954-ci il təvəllüdlü olaraq qeyd edildi. Kənddə ibtidai məktəb olmadığından Ərəb qrammatikası üzərinə mədrəsə təhsilinə başladı və bu təhsil təxminən 15 il davam etdi. Zaman içində Latın hərflərini öyrənib türkcəsini inkişaf etdirdi və çöldən imtahanlara girərək ibtidai məktəb diplomunu aldı. Din vəzifəlisi olmaq üçün imtahanlara girərək, Diyarbəkir mərkəzə bağlı Alıcık Köyü Məscidi imamlığına təyin edildi. İmamlıq vəzifəsi müddətində Diyarbəkir İmam Natiq Liseyini çöldən bitirib. 1994-cü ildə də Doqquz Sentyabr Universiteti İlahiyyat Fakültəsini bitirdi. 1999-ci ildə "Kur'an'ın Kökeni" (azərb.
Bekir Refet
Bekir Refet Teker (22 may 1899, Konstantinopol – 5 aprel 1977, Karlsrue, Baden-Vürtemberq) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Türkiyə millisinin heyətində çıxış etmişdir. == Həyatı == Bekir Refet 22 may 1899-cu ildə İstanbulda anadan olmuşdur. Gəncliyində Fənərbaxçada futbol oynayırdı. 1914-cü ildə İstanbul Gənclər Futbol Liqasının çempionu oldu. Həmən klubda hücumçu mövqeyində oynayaraq peşəkar karyerasına başladı. 1915–1916-cı illərdə Fənərbaxça, 1916–1918-ci illərdə Altınordu, 1920–1921-ci illərdə İttihatspor klublarında oynamışdır. 1921-ci ilin avqust ayında Qalatasarayın Almaniya turuna qatıldı, burada Hamburq, Verder Bremen, Nürnberq və Sparta Praqa klublarına qarşı oynamışdır. Karlsrue komandasına qarşı qələbədən sonra alman klubunun nümayəndələrini maraqlarına tuş gəldi və onlar onu Almaniyada qalmağa razı saldılar. O, Feniks (1921–1923), Pfortshaym (1923–1926) və Karlsrue FF (1926–1935) klublarında çıxış etmişdir.