Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal. "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif edilirlər. == Təltif edilən şəxslər == "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təltif edir. == Taxılma qaydası == "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi metal lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfinin mərkəzində hər iki tərəfdən çevrə boyunca palıd yarpaqları ilə haşiyələnmiş nişangah, nişangahın üzərində iki çarpaz qılınc, qılıncların yuxarı iti ucları arasında təyyarə qanadları, təyyarə qanadlarının mərkəzində paraşüt, qılıncların kəsişmə nöqtəsindən aşağıda gəmi lövbəri təsvir edilmiş kompozisiya həkk olunur. Aşağı hissədə səkkizguşəli ulduz həkk olunmaqla soldan sağa doğru qövs boyunca "HƏRBİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ" sözləri yazılır. Bütün yazılar və təsvirlər qabarıqdır. === Medalın arxa tərəfi === Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində medalın seriyası və nömrəsi həkk olunur.
"Tərbiyə" məktəbi
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Ailə tərbiyəsi
Ailə tərbiyəsi — ailənin böyük üzvlərinin və ailə həyat tərzinin uşağa müntəzəm, məqsədəuyğun təsiri. == Vəzifələri == Ailə tərbiyəsinin əsas və ümumi vəzifəsi uşaqları mövcud ictimai şəraitdə həyata hazırlamaq, daha məhdud və konkret vəzifəsi isə onlara ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaqdır. Ailə tərbiyəsinin məqsəd və vasitələri ictimai-iqtisadi quruluşdan, mədəniyyətin inkişaf səviyyəsindən asılıdır. Ailə tərbiyəsi, adətən, ailənin mənsub olduğu ictimai təbəqənin ideologiyası, əxlaqı və qarşılıqlı münasibətlər sistemi üzərində qurulur. Ailə tərbiyəsi böyüklərin özünütərbiyəsi, onların xarakterində uşaqlara səmərəli pedaqoji təsir göstərə bilən keyfiyyətlərin formalaşması ilə sıx bağlıdır. == Sosialist ideologiyada == Azərbaycan sovet mənbələrinə görə, antaqonist sinifli formasiyalarda ailə tərbiyəsi sinfi xarakter daşıyır, dinin və mühafizəkar ənənələrin təsirinə məruz qalır. Ailə tərbiyəsinin məzmun, vasitə və metodlarında burjua cəmiyyəti və ailə-məişət münasibətlərindəki antaqonizmi əks etdirən dərin ziddiyyətlər meydana çıxır. Hakim sinif uşaqlarının çoxunda ailə tərbiyəsi prosesində eqoizm, varlanmaq ehtirası inkişaf edir ki, bu da uşaqlarla böyüklər arasında dərin münaqişələrə səbəb olur, çox vaxt uşaqlarda valideynlərinə qarşı nifrət doğurur. Proletar ailələrində fəhlələrin sinfi şüurlu artdıqca inqilabi ideyalar ailə tərbiyəsində daha dərindən nüfuz edir. Elmi sosializm ideyalarının təsir gücləndikcə kollektivizm, proletar beynəlmiləlçiliyi, istismarçılara nifrət, ictimai fəallıq və zülmə qarşı mübarizə tərbiyəsi başlıca əhəmiyyət kəsb edir; bu, zəhmətkeş uşaqları mütilik ruhunda tərbiyə etməyə çalışan hakim ideologiyaya qarşı ardıcıl mübarizədə həyata keçirilir.Sosializm cəmiyyətində azad tərbiyənin məqsədi şəxsiyyətin hərtərəfli – əqli, əxlaqi, estetik, fiziki inkişafının bünövrəsini qoymaq, uşaqları əməyə alışdırmaq, onların sosialist birgəyaşayış qaydalarını başa düşmələrinə və bu qaydalara əməl etmələrinə yardım göstərmək, müstəqil yaradıcılıq fəaliyyətinə marağını inkişaf etdirməkdir.
Antik yunan fəlsəfəsində tərbiyə
Tərbiyə sözü ərəbcə "əl-tərbiyə" sözünün "rəbb" kökündən əmələ gəlib.O üç mənanı ifadə edir: "Rəba"- doğri yol göstərmək;"Rəbi"-bəsləmək,yetişdirmək,böyütmək,tamamlamaq;"riba"-çoxaltmaq.Tərbiyə işi insan cəmiyyətinin yarndığı ilk dövrlərdən meydana gəlmiş,şəxsiyyətin formalaşması,onkişafı,davranışı prosesidir. Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik,bacarıq və təcrübənin məqsədyönlü,planlı,mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır. == Sparta tərbiyə sistemi == Qədim yunan filosofu Aristotelə görə,Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas yer tuturdu.Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər,gələcək quldarlar yetişdirməkdən ibarət idi.Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi.Plutarx yazırdı ki,"yeni doğulan uşaqları ağsaqqallar nəzərdən keçirirdilər.Əgər o,(uşaq) möhkəm və ahəngdar quruluşlu olardısa,onu tərbiyə etmək üçün atasına qaytarar,zəif və eybəcər uşaqları Tayqet yanındakı uçurumdan atardılar.Onlar zənn edirlər ki,belə uşağın həyatı nə onun özünə,nə də cəmiyyətə mənfəət verə bilməz.Çünki təbiət ona əvvəldən qüvvət və yaxşı bədən quruluşu verməmişdir". == Tərbiyə sisteminin mərhələləri == Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar.Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim vəzifəsini öz üzərinə götürdü.Belə tərbiyə uzunmüddətli olub üç mərhələni əhatə edirdi: a) 7 yaşdan 14 yaşadək; b) 14 yaşdan 20 yaşadək; c) 20 yaşdan 30 yaşadək.Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi.Bu məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər tayin olunurdu ki,onlara pedanom deyilirdi. === I mərhələ === Birinci mərhələdə uşaqlar pedanonum-tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar.Onlar birlikdə yaşayır,oxu və yazı vərdişlərinə yiyələnirdilər.Fiziki hazırlığa isə xüsusi yer verilirdi,belə ki,oğlanların bədəni möhkəmləndirilir,habelə onlara soyuğa,aclığa,ağrılara və susuzluğa tab gətirmək aşılanırdı.Gənc spartalılar qaçmağa,hoppanmağa,əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən istifadə etməklə yanaşı,hərbi mahnılar oxumağa da hazırlanırdılar.Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə verilirdi.Onları müxtəsərliyə,öz fikrini qısa və yığcam söyləməyə alışdırırdılar. === II mərhələ === Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə məşğələləri də əlavə edilirdi.Tərbiyə üsulları getdikcə sərtləşirdi.Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi.Gənclərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi,lakin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə məhdudlaşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların qarşısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq spartalıları sərxoşluqdan qorumaq üçün "ayıqlıq dərsləri" təşkil etmişdi.Bu "dərslərdə" qullar içməyə məcbur edilirdi ki,spartalılar sərxoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə görsün və buna şəxsən əmin olsunlar Uşaqların tərbiyəsindəki mühüm məsələlərdən biri onların tikanlı,lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri idi.Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki,buna "lakonik nitq" deyilirdi. Likurq pul sikkəsini hörmətdən salsa da "söz sikkəsi" ilə başqa cür davrandı.O,istəyirdi bir neçə sadə sözdə çox dərin məna ifadə olunsun.Uşaqlar uzun müddət dinməz dayanmağı öyrənib,dərin mənalı cavab verməyə alışırdılar.Ona görə də belə yığcam danışan adamların vətəninin adından "lakonik danışıq " anlayışı yaranmışdır.Sonralar spartalılar bu xüsusiyyəti daha da inkişaf etdirirdilər.Spartada tərbiyə ənənələri daha çox avtoritar xarakter daşıyır,sərt fiziki və hərbi tərbiyə əsas yer tutur,savad təliminə,təhsilə də kifayət qədər diqqət yetirilmirdi.Fiziki tərbiyədə dövlət üçün möhkəm bədənli döyüşçülər yetişdirilməsi nəzərdə tutulurdu.Spartada mükəmməl şəxsiyyət dedikdə,fiziki cəhətdən möhkəm döyüş çü nəzərdə tutulurdu.Belə tərbiyə sisteminin hərtərəfliliyi qədim dövrlərdə formalaşmış dövlət sistemi ilə şərtlənirdi.Dövlətin əsas vəzifəsi isə qulları itaətdə saxlamaq idi. == Afina tərbiyə sistemi == Afinada hərtərəfli inkişaf etmiş şəxslər tərbiyə etmək vəzifəsi qarşıya qoyulmuşdu.Onlar həm fiziki,əxlaqi,həm də əqli cəhətdən inkişaf etmiş,gözəl zövqə malik insanlar olmalı idilər.Bu cür adamların hakim təbəqədən seçilməsi və tərbiyə olunması nəzərdə tutulurdu.Ardıcıl təlim-tərbiyə təcrübəsinin əsasını yarış prinsipi (aqonistika) təşkil edirdi.Uşaqlar,yeniyetmələr və gənclər həmişə gimnastikada,rəqsdə,musiqidə yarışır,öz bilik,bacarıq və vərdişlərini kütlə qarşısında nümayiş etdirirdilər. Afinada uşaqlar 7 yaşa qədər ailədə tərbiyə alırdılar.Bundan sonra oğlan uşaqları məktəbə gedir,qızlar isə ailədə tərbiyə almaqla ev işlərinə alışdırılırdı.Varlı ailələrdən olan oğlanlara xüsusi peda qoq nəzarət edirdi.
Azad tərbiyə
Azad tərbiyə — XIX əsrin ikinci yarısı–XX əsrin əvvəlində Qərb pedaqogikasındada konsepsiya. == Tarixi == Tərbiyədə ifrat fərdiyyətçilik, uşağın şəxsiyyətini boğmağa, onun həyat və davranışının bütün cəhətlərini məhdudlaşdırmağa əsaslanan tərbiyəni və sistematik təlimi qətiyyətlə rədd etmək azad tərbiyə üçün xarakterikdir. Uşağın bütün qüvvə və bacarığının qeyri-məhdud inkişaf etdirilməsi azad tərbiyə tərəfdarlarının idealı idi. Azad tərbiyə ideyaları Jan Jak Russonun pedaqoji görüşləri ilə sıx bağlıdır. Azad tərbiyənin ilk təbliğatçılarından biri İsveç qadın yazıçısı Ellen Key olmuşdur. "Uşaq əsri" (1900) kitabında o, uşaqlara sərbəst inkişaf hüququ veriməsinin, onların yaşlıların təzyiqindən qurtarılmasının, yalnız gündəlik həyatda zəruri şeylərin təlim olunmasının tərəfdarı kimi çıxış edirdi. Almaniya pedaqoqları Henrix Şarrelman, Frits Qansberq, Lüdvik Qurlitt və başqaları müəllim və şagirdlərə yaradıcılıq azadlığı, öz fərdiyyətini sərbəst ifadə etmək hüququ verilməsi tələblərini irəli sürürdülər. Onların fikrincə, heç bir pedaqoji sistem olmamalıdır, çünki hər hansı sistem müəllimi yaradıcı işdən məhrum edir, onu peşəkara çevirir.XIX əsrin sonu–XX əsrin əvvəlində azad tərbiyə ideyaları anarxizm tərəfdarlarının – Rusiyadan Pyotr Kropotkin, S. For , eləcə də Fransadan Pol Roben və başqalarının pedaqoji görüş və fəaliyyətində əks olunmuşdu. Almaniya fərdiyyətçi pedaqoqlarından fərqli olaraq, anarxist pedaqoqlar azad tərbiyədə ictimai əmək aspektini ön plana çəkir, uşaqların könüllü əməkdaşlığına, onlarda qarşılıqlı yardımın inkişafına xüsusilə böyük əhəmiyyət verirdilər. Azad tərbiyənin təsiri ilə XIX əsrin sonu–XX əsrin əvvəlində burjua pedaqogikasında təlim-tərbiyədə uşaqların bilavasitə daxili maraq və tələbatını əsas götürən pedosentrizm konsepsiyası yarandı.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) — Azərbaycanda ali təhsil müəssisəsi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır. 1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar. 1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu

Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi
Əməkdar bədən tərbiyəsi və idman xadimi — fəxri adı bədən tərbiyəsi və idmanın inkişafında böyük xidmətlər göstərmiş, bu sahənin elmi-tədqiqat və müalicə-sağlamlaşdırma işində, idman kadrlarının hazırlanmasında və tərbiyə edilməsində yüksək nailiyyətlər əldə etmiş şəxslərə verilir.
Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimlərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi (azərb-kiril. Азәрбајҹан ССР ҝәнҹләрин әмәкдар һами тәрбијәчиси) — Azərbaycan SSR-də gənclərin tərbiyəsi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 12 avqust 1980-ci il tarixli Fərmanı ilə təsis olunmuşdur.Əsasnaməyə əsasən fəxri ad Azərbaycan SSR-də öz çoxillik istehsalat təcrübəsini gənclərə öyrədən, oğlan və qızlara peşə təlimi verən, onlarda əməyə kommunist münasibəti, kommunizm qurucusunun ideya və əxlaq keyfiyyətlərini tərbiyə edən və ictimai həyatda fəal iştirak edən yüksək ixtisaslı fəhlələrə, kolxozçulara, müəssisə, kolxoz, sovxoz, idarə və təşkilatlarının qulluqçularına verilirdi.
Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçilərinin siyahısı
== 1991 ==
Bədən tərbiyəsi
Bədən tərbiyəsi — insanın həyat tərzindən asılı olaraq öz sağlamlığına və fiziki vəiyyətinə düzgün davranış mədəniyyətinin formalaşmasıdır.B.t. sağlamlığı qorumaq və fiziki-idman fəaliyyətin sistemi, bədən və ruhun sağlamlığı və vəhdəti barədə məlumata malik olmaq, mənəvi və fiziki qüvvələrin inkişafı ilə səciyyələnir.
Bədən tərbiyəsi və idman (film, 1937)
Bədən tərbiyəsi və idman qısametrajlı sənədli filmi rejissor Fyodor Novitski tərəfindən 1937-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Kinolent Azərbaycanda bədən tərbiyəsi və idmanın geniş yayılmasına və təbliğinə həsr olunmuşdur. == Məzmun == Kinolent Azərbaycanda bədən tərbiyəsi və idmanın geniş yayılmasına və təbliğinə həsr olunmuşdur.Kinooçerk Bakı idman cəmiyyətləri arasında keçirilən yarışlardan bəhs edir. Azərbaycanın bədən tərbiyəçilərindən 150 nəfərinin Moskva paradında iştirak etmək üçün hazırlaşmaları burada öz əksini tapmışdır.
Məhəmməd Ali Tərbiyət
Məhəmmədəli Tərbiyət (26 may 1877, Təbriz — 17 yanvar 1940, Tehran) — ziyalı, jurnalist, Tərbiyət kitabxanasının yaradıcısı, Məşrutə inqilabının iştirakçısı. == Həyatı və təhsili == Mirzə Məhəmmədəli Mirzə Sadıq oğlu Tərbiyət 1887-ci il mayın 26-da Təbriz şəhərində anadan olub. Şəhərdə mütərəqqi fikirli ziyalı kimi tanınan Mirzə Sadıq oğlunu məhəllədəki Molla Zeynalabdinin açdığı ibtidai məktəbə qoyur. Mirzə Sadıq oğluna özü yaxşı bildiyi fənləri tədris etməklə yanaşı, Təbrizin adlı-sanlı həkimlərindən olan Mirzə Nəsrullaxanın və bir müddət Təbrizdə yaşamış Məhəmmədəlixan Küfrinin yanında avropa və şərq təbabətini öyrənməyə göndərib. Hər iki həkimin tövsiyəsilə Məhəmmədəli fransız və alman dillərini öyrənib. Nücum, riyaziyyat və tibb sahəsində özəl dərslər almasına baxmayaraq sonradan pedaqoji sahəyə maraq göstərib. Ərəb, fars, fransız və ingilis dillərini mükəmməl öyrənib. == Fəaliyyəti == 1894–1895-ci illərdə Təbrizdə hökumətin açdığı Müzəffəriyyə mədrəsəsində təbiət fənnindən, 1898–1912-ci illərdə isə yeni açılmış Loğmaniyyə mədrəsəsində nücum və coğrafiyadan dərs deyib. O, müəllim işləməklə yanaşı, daim öz üzərində çalışmış, dövrün tanınmış alimi Mirzə Abdulladan xüsusi dərslər almışdır. Ölümündən sonra alimin vəsiyyətinə uyğun olaraq şəxsi kitabxanası Məhəmmədəliyə verilmişdir.
Məhəmmədəli Tərbiyət

Məhəmmədəli Tərbiyət Təbrizi

Məhəmmədəli xan Tərbiyyət

Məktəbi-tərbiyə
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Pis tərbiyə (film, 2004)
Pis tərbiyə (isp. La mala educación) — rejissor Pedro Almodovarın dram janrında filmi. 2004-cü ildə çəkilmişdir. == Məzmun == Enrike (Fele Martínez) 27 yaşlı uğurlu rejissordur. O özünü yeni filmlərini üçün yeni süjetlərinin axtarışındadır. Bir gün, öz ofisində işləyərkən, onun yanına İqnasio adında uşaqlıq dostu adında gənc insan gəlir. İgnasio Enrique'yə deyir ki, ona təcili olaraq iş tapmaq lazımdır və həmçinin onun uşaqlıq haqqında yazılmış hekayəsini verir. O bu gündən onu İqnasio deyil, Anhel adlandırmağı xahiş edir. "Ziyarət" adlı hekayədə İgnasio və Enriquenin katolik internatda birgə həyatından danışılır. İgnasio internatda padre Manolo tərəfindən müntəzəm seksual zorakarlığa məruz qalır.
S.M.Kirov adına Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutu
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) — Azərbaycanda ali təhsil müəssisəsi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır. 1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar. 1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür.
Seks tərbiyəsi (teleserial, 2019)
Seks tərbiyəsi (ing. Sex Education) – Con Cenninqsin prodüserliyi ilə istehsal olunmuş Böyük Britaniya komediya-dram teleserialı. Lauri Nann tərəfindən yaradılmışdır. Serial 11 yanvar 2019-cu ildə Netflix vasitəsilə buraxılmış və 8 seriya davam etmişdir. 2019-cu ilin fevralında ikinci mövsümü anons edilmişdir. Hekayə valideynləri seks terapistləri olan Otis Milberndən adlı yeniyetmə gəncdən bəhs edir. Cinsi problemi olan bir zorakı oğlana kömək etdikdən sonra özünə inanan, amma qırılqan sinif yoldaşı Meyv Uayli ona bu bacarıqları ilə pul qazanmağı təklif edir. Cütlük məktəbdə cinsi problemləri olan şəxsləri tapıb onlarla məşğul olmağa başlayır. Teleserialın baş rol ifaçısı Eysa Batterfilddir. Bundan əlavə, onun sinif yoldaşı, aşiq olduğu qız Meyvi Emma Maki, Otisin anası və seks terapisti Cini Cillian Anderson, Otisin ən yaxın dostu Erik Efonqu Şuti Qatva, Erikə bullinq edən müdirin oğlu Adam Qroffu Konnor Suindels, məktəbin populyar tələbəsi Cekson Marçettini Kedar Vilyams-Stirlinq canlandırır.
Tısbağa tərbiyəçisi
Tısbağa tərbiyəçisi (türk. Kaplumbağa Terbiyecisi) — Osman Hamdi Beyin 1 may 1906-cı ildə Parisdə Fransız Sənətçilər Dərnəyinin təşkil etdiyi Salon sərgisi üçün çəkdiyi rəsm əsəri. Bu əsər 2004-cü ildə Türk rəsm sənəti tarixində ən yüksək qiymətə, 3,5 milyon dollara satılmışdır. Əsəri Suna və İnan Kıraç Vakfı Pera Muzeyində sərgilənməsi üçün satın almışlar. == Ümumi məlumat == Parisin Böyük Sarayında ilk dəfə sərgiyə çıxarılan bu əsər öncə "Tısbağalar və adam" kimi adlandırılmışdır. Rəsm üzərində yazılmış 1906-cı il yazısı deməyə imkan veriri ki, əsər ilin əvvəllərində çəkilmişdir. Bir il sonra Osman Hamdi Bəy nisbətən kiçik və bəzi fərqlər olmaqla ikinci bir əsəridə çəkmişdir. İkinci əsərdə rəssamın qohumu olan "Salih Münir Paşaya itihaf olunur" yazısı var. Əsərin çəkilməsi ilə bağlı iki əsas fikir mövcuddur: 1. Bu əsərin çəkilməsindən 37 il əvvəl Osman Hamdi Bəy Bağdadda olan zaman babasına yazdığı məktubda təsadüfən əlinə keçən Tour de Monde jurnalının bir nüxsəsini maraqla oxuduğunu söyləyir.
Hərbi
Ordu - hərbiyyə ilə əlaqədar olan termin İmam Əsgəri - On iki imam şiəliyindəki İmam, İmam Mehdi əleyhissalamın atasıdır.
Hərbi And
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Hərbi Nəşriyyat
Hərbi Nəşriyyat
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Hərbi bilet
Hərbi bilet — Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər. Silahlı qüvvələrə və hərbi xidmətə çağırış vaxtı vətəndaşa verilən sənəddir. == Haqqında == === İtirilməsi === Vətəndaş ilk öncə şəhər və rayon polis idarələrinin nəzdində fəaliyyət göstərən Tapıntı Bürosundan hərbi biletinin itirməsi ilə bağlı arayış almalıdır: "Vətəndaş əgər işləmirsə məşğulluq idarəsindən arayış gətirməlidir. Eyni halda yerli MİS-dən arayış, şəxsiyyət vəsiqəsinin sürəti və 2 şəkil tələb edilir." Hərbi biletin itirilməsinə görə isə vətəndaş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 355 maddəsinə görə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə — xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə tətbiq edilir.
Hərbi blokada
Hərbi blokada — hərbi əməliyyat, müəyyən obyektin, qoşun qrupunun, şəhərin və ya dövlətin təcrid olunması, mühasirəsi; qurudan, havadan və dənizdən onun ətraf aləmlə əlaqələrini kəsmək yolu ilə həyata keçirilir. Hərbi blokada blokadaya alınan qruplaşanı təslim olmağa vadar etmək, düşmən dövlətin hərbi-iqtisadi qüdrətini sarsıtmaq v s. məqsədlər daşıyır. Aşağıdakılar hərbi blokada obyekti ola bilər: dövlətlər; şəhərlər, müdafiə olunan rayonlar, hərbi qarnizonlar üçün strateji və operativ əhəmiyyəti olan mövqelər; böyük ordu qruplaşmaları hərbi əməlliyyat teatrında və ya bütün hərbi qüvvələr; iqtisadi rayonlar; adalar; boğazlar, körfəzlər; hərbi-dəniz bazaları, limanlar.Şəhərlərin, yaxud qalaların ələ keçirililəsi məqsədi ilə blokada edilməsi isə hərbi blokadanın mühasirə formasıdır. == Həmçinin bax == Kobani blokadası; Leninqradın mühasirəsi. == Mənbələr == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1987.
Hərbi cinayətlər
Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir.Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir.Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. == Müharibə cinayətlərinin siyahısı == Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi;Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri:mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi; şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi; qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi;Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması;Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik;Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq; müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; ictimai və ya xüsusi əmlakın talan edilməsi;Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; kollektiv cəzalandırma; girov götürülmə; terror aktları; şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; hərbi soyğunçuluq; məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Hərbi demokratiya
Hərbi demokratiya — Hərbi demokratiyanın mahiyyəti hakimiyyətin ancaq müharibə vaxtı üçün təşkil olunmasındadır. Başçılar krallar, basilevslər, xaqanlar adətən müharibə vaxtı üçün seçilirdilər, dinc vaxtı isə ağsaqqallar idarə edirdi. Hərbi demokratiya nümunəsini məsələn türklərdə atdan düşmədən adlanan quruluşda görmək olar. Müharibə vaxtı hakimiyyətə yiyələnən başçılar dinc vaxtı hakimiyyəti əldən verməmək üçün, daimi müharibələrdə maraqlı idilər. Hərbi demokratiya terminini elmə L.Morqan gətirmişdir. Hərbi demokratiya Homer dövründə (e.ə. 12-9-cu əsrlərdə) yunanlarda və çarlıq dövründə romalılarda (e.ə. 8-6-cı əsrlər) skiflərdə, keltlərdə, qədim germanlarda, normanlarda mövcud olmuşdur. Homerin İlliadasında baş verən Axilleslə Aqamemnon arasındakı mübahisə hərbi demokratiyanın daxili inkişafı nəticəsində müvəqqədi hakimiyyətdən daimi hakimiyyətə keçid əsnasını göstərir. Aqamemnon müvəqqəti başçıdır, lakin o hakimiyyəti əldən vermək istəmir, buna görə də müharibənin qızışdırılmasında maraqlıdır.
Hərbi diplomatiya
Hərbi attaşelər adətən öz ölkələrinin silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olan və müəyyən müddətə diplomatik missiyaya təhkim edilən nümayəndələrindən ibarət olur. Hərbi attaşenin, eləcə də hərbi-dəniz yaxud hərbi-hava attaşesinin əsas vəzifələrindən biri, maraqların həmin dairəsinə aidiyyəti olan hadisələr haqda hesabatları öz departamentinə bilavasitə yaxud, xüsusi vacib hallarda, missiya başçısı vasitəsi ilə təqdim etməkdir. Müəyyən şəraitlərdə hərbi attaşe silahın alınmasına və ya satılmasına imkan yarada bilər və əksər ölkələrdə o eləcə də nizami qoşunların təlimlərinə dəvət olunur.
Hərbi ensiklopediyalar
HƏRBİ ENSİKLOPEDİYALAR– hərbi biliklərin müəyyən və ya bütün sahələrini əhatə edib sistemləşdirən elmi-məlumat nəşri. Hərb sənətinin xüsusiyyətləri ilə bağlı məlumatlar (fəsillər, başlıqlar və paraqraflar şəklində) hələ orta əsrlərdə tərtib edilmiş kitablarda öz əksini tapmışdır. 16–17 əsrlərdə hərb sənətinin nəzəri və praktiki cəhətdən inkişafı xüsusi lüğətlərin – leksikonların yaranmasına gətirib çıxardı. C. Polmenin “Bizim əsrdə bütün dünyada, həm dənizdə, həm də quruda baş vermiş məşhur döyüşlər” (1577) və Fransız Giye de Sen-Jorjun “Hərbi adamın bilikləri, yaxud Zadəganın lüğəti...” (c. 1–3, Paris, 1670) əsərləri ilk H.e.-lar hesab edilir. 17–18 əsrlərdə İtaliya, Almaniya və digər Qərbi Avropa ölkələrində forma və struktur cəhətdən çoxcildli ensiklopedik lüğətlərə bənzər hərbi-ensiklopedik kitabların nəşrinə başlanıldı. Rusiyada hərbi mövzuda ilk ensiklopedik nəşrlər 18 əsrin əvvəllərində yarandı. 19 əsrdə hərbi texnikanın sürətlə təkmilləşməsi hərb sənətinin bütün sahələrində dəyişikliklərlə müşayiət olunmuş, müasir məlumatları ümumiləşdirilmiş və sistemləşdirilmiş şəkildə əhatə edən yenilənmiş H.e.-ın yaradılmasına ehtiyac doğurdu. Universal ensiklopediyalarla yanaşı müəyyən hərbi-tarixi dövrü əhatə edən, ayrı-ayrı hərbi silah və texnika növlərindən bəhs edən bircildli soraqçalar da nəşr olunmuşdur.
Hərbi geyim
Hərbi geyim — xüsusi dövlət qaydaları (fərmanlar, sərəncamlar, qaydalar və s.) ilə müəyyən edilmiş hərbçilərin geyməsi üçün müəyyən bir dövlətin silahlı qüvvələrinin və digər birləşmələrin hərbi qulluqçuları üçün məcburi olan geyimlərdir. Haaqa Konvensiyalarına uyğun olaraq, hərbi əməliyyatlar və ya silahlı qarşıdurmalar zamanı hərbi forma geyinmək, hərbçilərin bu statusdan irəli gələn bütün xüsusi hüquqları olan qanuni döyüşçü kimi müəyyənləşdirilməsinin vacib şərtidir. Eyni zamanda, silahlı qarşıdurmanın bu və ya digər tərəfinin silahlı qüvvələrinə mənsub olduğunu açıq şəkildə göstərən nişanlar, hərbi formanın məcburi bir elementidir. Bu cür qarşıdurmalarda iştirak edən xalq milisləri də qeyri-bərabər bir forma geyə bilərlər, lakin fərqlənən nişanlara sahib olmalıdırlar. == Tarixi == Hər dövr üçün xarakterik olan hərbi geyimlərin inkişafında ənənə həmişə mühüm rol oynamışdır. Hərbi geyimlərin müasir görünüşü də qədim adət-ənənələrin təsirini göstərir. Zaman keçdikcə müəyyən bir dövrü ifadə edən kostyumun təfərrüatları, orijinal məqsədlərini itirməsinə baxmayaraq, çox vaxt simvolik bəzək şəklində qorunurdu. Kasta sisteminin olduğu dövlətlərdə döyüşçü kastasının geyimləri də ordu formasında idi. Ümumiyyətlə, əvvəlcə silah gəzdirməyə qadir olan hər bir şəxs döyüşçü idi və hər dəfə geyindiyi paltarda müharibəyə gedirdi; xüsusi hərbi zireh çox ibtidai və müxtəlif idi. Ancaq qoşunlarını düşməndən mümkün qədər uzaq bir məsafədən ayırmaq istəyi, qədim zamanlarda silahlı qüvvələrin müxtəlif rəngli paltarlarla bir rəngli paltar və ya ən azı fərqli nişanlara sahib olmağa çalışmasına səbəb olmuşdur.
Hərbi gəmilər
Hərbi gəmilər , ilk növbədə dənizdəki hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş olan gəmi növüdür. Əsasən ticarət gəmilərindən çox fərqli olurlar. Silahlarla təchiz edilməsinin mümkün olması ilə bərabər, kommersiya (ticarət) gəmilərindən fərqli olaraq xəsarətlərə qarşı dözümlü, manevr qabiliyyəti yüksək və sürətli olaraq hərəkət etmək qabiliyyətinə malik olaraq istehsal edilirlər. Kommersiya gəmilərindən fərqli olaraq tipik bir hərbi gəmi sadəcə olaraq silahlar, cəbbəxana və ekipajı üçün ərzaq daşıyır. Əsasən hər hansı bir donanmaya aid olduğu kimi, bəzən xüsusi şirkətlər tərəfindən də istehsal edilmiş olan hərbi gəmilər mövcud olmuşdur. İstehsalı çox qədim zamanlara gedib çıxan bu texnikanın istehsal səbəbi, dəniz və okeanlarda hərbi əməliyyatlar aparmaq qabiliyyətinə malik olmasıdır. Hərbi əməliyyatlar vaxtı hərbi gəmi ilə kommersiya gəmisi arasındakı fərq olduqca aşağı düşür. Müharibələr zamanı kommersiya gəmiləri də silahlandırılır və Birinci dünya müharibəsi zamanındakı Q-ship kimi köməkçi hərbi gəmi (İngiliscə: Auxiliary warship) olaraq da istifadə edilir. XVII əsrə kimi bir kommersiya gəmisinin, bir donanma gəmisinin yarısı qədər hərbi gəmi kimi fəaliyyət göstərməsi normal bir hal hesab edilirdi. Bu vəziyyət XIX əsrdə piratçılıq ilə başa çatdı.
Hərbi həkim
Hərbi həkim ali tibb təhsili olan, tibbi mövqe tutan bir əsgərdir. 1864-cü ildə ilk Cenevrə Konvensiyası tibb işçilərinin xüsusi neytral statusunu müəyyənləşdirdi və bu, "yalnız tibbi" funksiyaları yerinə yetirməyi, müharibə və silahlı münaqişələrin bütün qurbanlarına "qərəzsiz" tibbi yardım göstərməyi özlərinə vəzifə olaraq qoymaq idi. == Tarixi == Qədim yunanların qoşunlarında xüsusi həkimləri var idi. Bəziləri yalnız daxili xəstəliklərin müalicəsi ilə məşğul olurdular, digərləri cərrahi. Həkimlər ordunun tərkibini təşkil edirdi, düşərgə qurarkən onların fikirləri soruşulurdu. Onlar İlahiyyat və dünyəvi tibb məktəblərində təhsil alırdılar. Romanın mövcud olduğu dövrdə tibb xəstəliklərinin müalicəsinə ruhların qovulması və müxtəlif batil müalicə metodları öz əksini tapmışdır. Epidemiyaya qarşı müharibə zamanı qoşunlarda dualar təyin olunur, keşişlər müxtəlif dini mərasimlər təşkil edirdilər. Əsgərlər yaralanan zaman bir-birlərini sağaldır və ya təsadüfi həkimlərin xidmətlərindən istifadə edirdilər. Daimi ordu olmadığı üçün daimi hərbi həkimlər olmurdu.
Hərbi jurnalistika
Hərbi jurnalistika — müharibə yaxud hərbi konflikt hallarında münaqişə zamanı əsgərlərlə birgə hərəkət edən və hadisəni onların aspektindən görüb-yansıdan müxbirlər üçün işlədilən termindir. Bu termin haqqındaki qavramlar əvvəllərə dayansa da, mübahisəli şəkildə yayılması 2003-cü ildə başlayan İraq savaşında oldu. Bir çox qələm əhli üçün hərbi jurnalistika sivillər və ordu arasındaki əlaqələri qaydaya salan bir yol idi. Buna görə də bu jurnalistika metodunun geniş istifadə olunduğu zamanlar 2-ci Dünya Müharibəsinə təsadüf edir. Müharibə zamanlarında SSRİ bu metoddan istifadəylə həmin illəri əhatə edən 208 film çəkmişdir və bu günümüzə qədər gəlib çatmışdı. Yazıçılar üçün bu hal Böyük Vətən Müharibəsi zamanı Silahlı Qüvvələr və Jurnalistlər arasındaki münasibətin müsbət olduğunun göstəricisidir. == İraqın işğalı (2003) == 2003-cü ilin martında -müharibə başlayan zaman- 775 jurnalist və fotoqraf müharibə müxbiri olaraq iştirak etdi. Bu korrespondentlər (müxbirlər) hərbi şöbə ilə müqavilələr bağladılar. Orduların yerləşdiyi məkan, planlaşdırılan əməliyyatlar və silahlar haqqında məlumatları əks etdirən informasiyaları yaymayacaqlarına dair söz verdilər. Müharibə müxbirlərinin hazırlığı 2002-ci ilin, noyabr ayında müharibə başlamazdan əvvəl başlandı.
Hərbi kadens
Hərbi kadens (ing. Military cadence) — silahlı qüvvələrdə ənənəvi olaraq marş və qaçış zamanı istifadə olunan iş mahnısı. Kadenslər şifahi hərbi folklordur və buna musiqi aləti tələb olunmur.
Hərbi kommunizm
Hərbi kommunizm — 1918–1920-ci illərdə vətəndaş müharibəsi və xarici hərbi müdaxilə dövründə RSFSR-in iqtisadi siyasətidir. == Haqqında == "Hərbi kommunizm" siyasətinin ən mühüm tədbirləri: iqtisadiyyatın hərbi tələbat üçün yenidən qurulması, iri, orta və qismən də xırda sənayenin milliləşdirilməsi, xüsusi ticarətin qadağan edilməsi, ərzaq sapalağının (yəni kəndlilərin artıq ərzaq məhsulunu möhkəm qiymətlərlə dövlətə məcburi qaydada təhvil verməsi) tətbiqi, bölüşdürmənin mərkəzləşdirilməsi (kartoçka sistemi), ümumxalq əmək mükəlləfiyyəti və əmək haqqının ödənilməsində bərabərçiliyin gözlənilməsi. 1921-ci ildə "Hərbi kommunizm" siyasəti yeni iqtisadi siyasətlə (YİS) əvəz olunmuşdur. == Mənbə == Məktəblinin tarix lüğəti.
Hərbi kəşfiyyat
Hərbi kəşfiyyat, hərbi əməliyyatlar zamanı bir ərazidəki təbii xüsusiyyətlər və düşmən haqqında məlumat əldə etmək üçün həyata keçirilmiş olan xidmətdir. Hərbi kəşfiyyat nümunələrinə piyada əsgərlər, hərbi gəmilər və ya sualtı qayıqlar, pilotlu və ya pilotsuz uçuş aparatları və süni peyklər tərəfindən həyata keçirilmiş olan patrullar və ya gizli müşahidə nöqtələrinin qurulması daxildir. Casusluq əsasən hərbi kəşfiyyat sayılmır, çünki bu iş əsas qüvvələrin qabağında işləyən hərbi təyinatlı xüsusi qüvvələr tərəfindən həyata keçirilir. Cəsuslar düşmən mövqelərinin arxasında mübarizə aparırlar.
Hərbi magistr
Hərbi magistr (lat. Magíster mílitum — ordu magistrı, silah magistrı ya hərbi magistr) — Roma İmperiyasının son dövrünə aid yüksək hərbi rütbə ya vəzifə. IV əsrin ortalarında Böyük Konstantin tərəfindən pretoriya prefektlərinin hərbi funksiyası əllərindən alındıqdan sonra bu vəzifə təsis edilmişdir. Əvvəlcə iki vəzifə: piyadalar magistrı (lat. magister peditum) və suvari magistrı (lat. magister equitum, bu vəzifə hələ Roma Respublikası dövründə mövcud olmuşdur) təsis edilir. Piyadalar magistrı daha böyük sayılırdı. Öz növbəsində həm piyadalar həm də suvarilər rəisi hər iki qoşun növünə rəhbərlik etməyə başlayırdı və müvafiq olaraq bu vəzivə piyada və suvarilər rəisi (lat. magister equitum et peditum) və ya hər iki ordunun rəisi (lat. magister utriusquae militiae) adlandırılırdı.
Hərbi maşın
Hərbi maşın və ya hərbi avtomobil bir nəqliyyat vasitəsi növüdür. Bütün quru qoşunlarının döyüş texnikası və nəqliyyat vasitələri hərbi maşınlara daxildir. O, hərbi qüvvələr üçün nəzərdə tutulmuşdur və hərbi hissələr tərəfindən geniş formada istifadə olunur. Bir çox hərbi maşınların zirehləri və ya yolsuzluq imkanları mövcuddur. Cenevrə konvensiyalarına müvafiq olaraq, ərazi təcili yardım maşınları və mobil ilk yardım məntəqələri kimi bütün qeyri-döyüş hərbi maşınları müvafiq və aydın şəkildə işarələnməlidirlər.
Hərbi mühəndis
Mühəndis Qoşunları, Silahlı Qüvvələrin yaranmasından sonra, onların inkişaf prosesində hərbi mühəndis tədbirlərinin aparılmasına olan ehtiyacdan yaranmışdır. Qədim dünyanın tanıdığı, onun üçün hazırlanmış xüsusi ordugahlarda yerləşən bilinən ilk ordu Qədim Misir ordusudur. Aparılan müharibələrdə Qədim Çin, Mezopotamiya, Yunan ordularında mühəndis işlərinin görülməsi üçün ilk başda adi insanların, əhalinin, qulların əməyindən istifadə edilirdisə də, daha sonra, gələcəkdə "istehkamçılar" adlanacaq xüsusi hazırlanmış dəstələr tətbiq edilməyə başladı. Tarixçilərin verdiyi məlumatlara əsasən eramızdan 1000 il qədər əvvəl Assuriya ordusunda yollar salan, körpülər quran, düşərgələr qurub qazıntılar aparan, mühasirəyə alınmış şəhərlərin divarlarından daha yüksək olacaq torpaq yığınları hazırlayan xüsusi bölmələr vardı və onlar "yerqazan dəstələr" adlanırdı. Məlumatlara görə onlar çaylardan keçmək üçün heyvan dərisindən hazırlanmış tuluğlardan istifadə edirdilər. Uzun səfərlərdə dayanacaqlar üçün Assuriyalılar, xəndək və torpaq hasarlardan ibarət səhra düşərgələri hazırlayırdılar. Orta əsrlərdə isə qala divarlarını uçurmaq üçün, onların təməlinin altından, qazılaraq torpağın çıxarılması kimi sadə və effektiv olduğu qədər, çox zəhmət tələb edən üsullardan istifadə edilməyə başladı. Eyni zamanda qazıntı işlərinin aparılmasını müdafiə olunanlar da müşahidə edə bildikləri üçün qarşı tədbirlər görə bilirdilər. Barıtın tapılmasından sonra dağıntıların aparılması daha da sadələşdi. Barıtdan istifadə edilməsi planlaşdırılan dağıntının harda baş verəcəyini-minananın harda və nə vaxt partlayacağını müdafiə olunanlar bilmirdilər.
Hərbi məhkəmə
Hərbi məhkəmə (Azərbaycan) — Hərbi məhkəmə (Azərbaycan Xalq Cümhuriyyəti) — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı.
Hərbi mətbuat
Hərbi mövzunun müxtəlif məsələlərinə həsr edilmiş mətbu məhsulu; əsasən, hərbi oxucular üçün nəzərdə tutulan mühüm informasiya və təbliğat vasitəsidir. H.m.-a hərbi qəzetlər, jurnallar, kitablar, broşürlər, plakatlar və s. daxildir. H.m. silahlı qüvvələrin şəxsi heyətinin siyasi, hərbi, mənəvi və mədəni tərbiyəsində, hərbi biliklərinin təbliğində mühüm vasitədir. Azərb.-ın hərbi qüvvələri haqqında mətbu orqanlarda ilkin məlumatlara hələ 1828 ildə Tiflisdə çıxan "Tiflisskiye vedomosti" qəzetində rast gəlinir. Qəzet səhifələrində A. Bakıxanovun Rusiya-Türkiyə və Rusiya-İran müharibələri ilə bağlı yazılarında Azərb.-nın suvari alayları haqqında da bəzi məlumatlar verilmişdir. Azərb.-da H.m. tarixinin başlanğıcı isə 19 əsrin sonlarına – ölkədə ilk milli mətbuatın yarandığı dövrə təsadüf edir. 1875–77 illərdə çıxan "Əkinçi" qəzetinin "Tazə xəbərlər" rubrikasında hərbi sahə ilə bağlı bir sıra məlumatların, kiçik şərhlərin verilməsi ordu islahatlarına o dövr üçün yeni olan ictimai yanaşma qaydalarının formalaşdırılmasına gətirib çıxardı.
Hərbi parad
Hərbi parad və ya Hərbi mərasim nümayiş məqsədləri üçün nəzərdə tutulan məhdud sayda əsgərin nümayiş etdirdiyi manevr hərəkətləridir. XIX əsrə qədər paradlarda müharibələrdə iştirak etmiş əsgərlər iştirak edirdilər, lakin bu gün yalnız bu mərasimlər üçün xüsusi qoşun növləri hazırlanır. Mərasimlər bir dövlətin hərbi gücünü göstərmək və/və ya təbliğat üçün nümayiş olunur.
Hərbi polis
Hərbi polis — polis vəzifəsini icra edən hərbi qurum. Bəzi ölkələrdə bu qrumun əməkdaşları hərbi qulluqçulara və hərbi maşınların hərəkətinə nəzarət edir. Beləki, Azərbaycana daxil olan bu ölkələrdə hərbi qulluqçuları və hərbi maşınları mülki polis və ya mülki yol polisi saxlaya bilməz lakin,əgər ictimai asayişə zərər vurarlarsa yalnız saxlayıb (ondan heç bir sənəd vəsiqə istəyə bilməz) hərbi polisə və ya hərbi yol polisinə təqdim edə bilər. Bundan əlavə həmçinin mülki polisin vəzifələrin icra edən və hərbi rejimi təyin edə bilən (müəyyən vəzifələri icra edən) Daxili Qoşunlar və ya Jandarma (Türkiyə) kimi hərbi birləşmələrdə fəaliyyət göstərir.
Derbi
Derbi (ing. Derby [ˈdɑrbi]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Terni
Terni — İtaliyanın mərkəzində Umbria regionunun və eyni adlı Terni vilayətinin mərkəzi olan bir şəhərdir. Terni Romadan 104 km şimalda, Rietidən 36 km şimal-şərqdə, Spoletodan isə 29 km cənubda yerləşir.
ABŞ gerbi
ABŞ gerbi (ing. Great Seal of the United States) — Amerika Birləşmiş Ştatlarının dövlət gerbi.
Almaniya gerbi
Federal gerb (alm. das Bundeswappen‎) — Almaniyanın dövlət rəmzlərindən biri.
Argentinanın gerbi
Argentina Respublikasının gerbi (ispanca: Escudo de armas de la República Argentina) 1944-cü ildə təsdiqlənmişdir. Əslində isə onun bir qədər fərqli forması 1813-cü ildə Baş Təsis Məclisinin möhrü olmuşdur.¹ Gerbin dizaynının kimə məxsus olması bilinməsə də, burada əsasən 3 nəfərin - Alvear, Monteagudo və Vieytes adı çəkilir. Lakin, bundan bir neçə il əvvəl prezident Bernardino Rivadavianın Perulu Antonio Isidoro Castrodan Argentina gerbi hazırlamağını istəməsi məlumdur. O dövrdə hələ, gerblər bayraqların üzərində göstərilmirdi, Buenos Aires doğumlu hərbi lider Manuel Belgrano gerbi bayrağın üzərinə çəkməyi əmr etdi və həmin bayrağı San Salvador de Jujuy şəhərinə verdi.² Gerbin zirvəsində qızılı-sarı rəngli May günəşini görə bilərik. Bu həm də Argentinadanın bayrağında öz əksini tapmışdır. Doğan günəş Argentinanın yüksəlişini simvolizə edir, Argentinanın himninin ilk versiyasında da deyildiyi kimi, "yeni və şanlı bir millət yerin səthindən yüksəlir" ("se levanta a la faz de la tierra una nueva y gloriosa nación"). Gerbin mərkəzində təsvir olunan iki əl Argentinanın müxtəlif əyalətlərinin birləşməsini, həmrəyliyi təmsil edir. Əllərin birləşdiyi hissədə yerləşən nizə (çubuq) gücü və nizənin başında yerləşən firigiya papağının əks etdirdiyi azadlığı qorumaq istəyini simvolizə edir. Gerbdə yer alan Firigiya papağı Fransız inqilabında olduğu kimi qırmızı rəngdədir.* Mavi və ağ rənglər bayraqda olduğu kimi Argentina səmasını özündə əks etdirir. == Maraqlı fakt == "Smurfs" ("Şirinlər") cizgifilmində bütün şirinlər ağ Firigiya papağı taxdığı halda, Şirin Baba qırmızı Firigiya papağı taxır.
Artsax gerbi
Dağlıq Qarabağ Respublikası gerbi və ya rəsmi adı ilə Artsax Respublikası gerbi — Qondarma Dağlıq Qarabağ Respublikasının gerbinın rəsmi gerbi. Ortada bəzəkli tac geyinmiş qartal və qartalın sinəsində şaquli olaraq yerləşdirilmiş bayraq altında dağ silsiləsinin panoraması ilə bəzənmiş qalxan vardır. Bunun ardınca paytaxtı Xankəndidə olan “Bu bizim dağlarımızdır” (Menq Enq Mer Sarere / Մենք ենք մեր սարերը) abidəsinin iki daş başların “Nənə və Baba” (Tatik yev Papik / Տատիկ և Պապիկ) mövcuddur. Qartal ayaqlarında buğda və üzüm də daxil olmaqla çeşidli bostan nemətləri tutmaqdadır. Çöl tərəfində isə erməni dilində yazılmış “Lernayin Ğarabaği Artsax Hanrapetutiyun” (“Qarabağın Artsax Respublikası”) ifadəsini daşıyan dairə şəklində olan qızıl lentdən formalaşmışdır.
Azərbaycan gerbi
Azərbaycan Respublikasının Dövlət Gerbi — Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, qalxanın düymələri və palıd qozaları qızılıdır. == Yaranma tarixi == Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan Respublikasının Dövlət gerbinin layihəsi 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdır. Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən, 1919-cu ilin martın 23-də "Azərbaycan" qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Hökumətin qərarı ilə Azərbaycanın dövlət gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat ("Ən yaxşı gerb layihəsi"nə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş və bu işin təşkili və icrasına nəzarət Poçt və Teleqraf Nazirliyinə həvalə edilmişdi.
Azərbaycanın gerbi

Bakı gerbi
Bakı şəhərinin gerbi - aşağı tərəfi iti bucaq şəklində olan düzbucaqlı formada qalxanvari lövhədən ibarətdir. Lövhə hər tərəfdən eni 6mm olan qızılı zolaqla əhatə olunaraq haşiyələnmişdir. Gerbin əsas ölçüləri: eni - 100 mm, hündürlüyü 140mm-dir. Gerbin fonu açıq göy (sülh və açıq səma rəmzi) rəngdədir və lövhənin fonunda qızılı rəngli, eyni ölçülü üç alov dili (odlar yurdu rəmzi) təsvir edilmişdir. Alov dilinin hər birinin hündürlüyü 37 mm, eni 26 mm-dir. Gerbin aşağı hissəsində şaquli xətt üzrə lövhənin onda bir hissəsini tutan və neftin mövcud olmasını bildirən qara rəngli sahə, qalan hissənin isə dörddə birini tutan firuzəyi rəngdə dəniz dalğaları təsvir edilmişdir. Üfüqi xətt üzrə firuzəyi rəng fonunda üç cərgə qızılı rəngli beş dalğa keçir. Üfüqi xətt boyunca hər dalğanın ölçüsü 17,6 mm-dir. Binalar və abidələr üzərində gerb qabarıq (barelyef) şəkildə lövhənin aşağısında dalğalar və ortasında 3 alov dili olmaqla təsvir edilərək çərçivə ilə haşiyələnir. Gerb medallarda və fəxri fərmanlarda təsvir edilərkən, o, aşağıdan başlayaraq sağdan və soldan zeytun (şöhrət rəmzi) budaqları ilə haşiyələnir.
Bavariya gerbi
Bavariya gerbi — tarixi və müasir Bavariya dövlətinin gerbi. Gerbin böyük və kiçik forması mövcuddur. Rəsmi olaraq 5 iyun 1950-ci ildə təsdiq edilmişdir. == Mənası == Müasir gerb 1945-ci ildə Eduard Ege tərəfindən dizayn edilmişdir. Gerbdə 4 rüb var: Qızıl şir — Yuxarı Pfalts zonasını təsvir edir. Frankoniya dırmığı — Yuxarı Frankoniya, Mərkəzi Frankoniya və Aşağı Frankoniya zonalarını simvolizə edir. Göy bəbir — Yuxarı Bavariya və Aşağı Bavariyanın simvoludur. Üç şir — tarixi Şvabiya bölgəsini təmsil edir. Kiçik qalxan (alm. Herzschild‎) — Bavariya dövlətini təmsil edir.
Başqırdıstan gerbi
Başqırdıstan gerbi - Rusiya Federasiyasının tərkibinə daxil olan Başqırdıstan Respublikasının dövlət simvolu. 1999-cu il 6 iyul tarixində Başqırdıstan Respublikasının Parlamenti tərəfindən qəbul edilib. Rusiya Federasiyasının Dövlət heraldika reyestrində №164 kimi qeydiyyatdadır. == Təsviri == Başqırdıstan Respublikasının gerbi milli ornamentlərlə çərçivəyə alınmış dairəyə içərisində Salavat Yulayevin abidəsinin doğan Günəşin və onun şüalarının fonunda təsirini təqdim edir. Aşağıda isə xalqın cəsarət rəmzi olan kurayın çiçəklənməsi təsvir edilib. Başqırdıstan Respublikasının dövlət bayrağı rənglərində bəzədilmiş lentin üzərində ağ sahədə belə yazılmışdır: «Başqırdıstan». Gerbin rəngli təsvirində Salavat Yulayevin abidəsi, ornamentlər qızılı, kuray gülü - yaşıl, doğan günəş parlaq-qızılı, günəşin şüaları-sarı, abidə və ornament arasında olan fon- ağ, daxili və xarici ətrafları - tünd-qızılı rənglərdədir. Salavat Yulayev - Başqırd bahadurlarının yürüşlərinə, doğma təbiətə təriflər deyən başqırd milli qəhrəmanı və xalq şairidir. Onun yaradıcılığı hər cür zülmə qarşı mübarizə ruhunda olub ağızdan ağıza ötürülmüşdür. Lakin gerbdə konkret bir şəxsiyyət təsvir olunmayıb.
Belarus gerbi
Belarus Respublikasının Dövlət Gerbi (belar. Дзяржаўны герб Рэспублікі Беларусь, translit. Dziyarjavnı gerb Respubliki Byelarus; rus. Государственный герб Республики Беларусь, translit. Qosudarstvennıy gerb Respubliki Belarus) — Belarus Respublikasının dövlət gerbi. Gerb bayraq və himn ilə yanaşı, Belarus dövlətinin dövlət rəmzidir. Gerb 1995-ci ildə keçirilmiş referendum nəticəsində ictimaiyyət tərəfindən 1991–1995-ci illərdə istifadə edilən Poqonyanın əvəzinə seçilmişdir. Belarusun dövlət rəmzlərindən biri olan gerbin mərkəzində Şimali Avrasiya ərazisini nümayiş edən dünya xəritəsindən doğan bir günəş və günəş şüaları ilə əhatə olunmuş yaşıl rəngli Belarus xəritəsindən var. Gerbin sağ və sol tərəflərində Belarus bayrağının rəngləri olan qırmızı və yaşıl rəngli lentlərlə sarılmış buğda sapı fiqurları mövcuddur. Sol buğda saplarında yonca, sağ buğda saplarında isə kətan təsvir olunmuşdur.
Bişkek gerbi
Bişkek şəhərinin gerbi (qırğ. Бишкек шаарынын герби) — Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərinin rəsmi simvolu. Şəhərin tarixi əhəmiyyətini və inkişafını əks etdirən gerb 1994-cü ildə təsdiq edilmişdir. == Təsviri == Bişkek şəhərinin gerbində bir qalanın düzbucaqlı bir silueti təsvir olunmuşdur. Qalanın altında dağları təsvir edən xəttlər var, onların altında isə "Bişkek" yazısı böyük hərflərlə yazılmışdır. Qalanın divarında içərisində ağ rəngdə qar bəbiri təsvir olunan olan bir kvadrat mövcuddur. == Tarixi == === Pişpek gerbi === Pişpek (Bişkekin keçmiş adı) şəhərinin gerbi 19 mart 1908-ci il tarixində Rusiya çarı tərəfindən təsdiqlənmişdir.Gerbin əsas hissəsi ətrafında Aleksandr lenti ilə bağlanmış iki buğda olan göy rəngli Fransa qalxanından ibarətdir. Qalxan üç dişli qüllə şəklində bir taclandırılır. Bu, ümmumiyyətlə, Rusiya imperiyası tərkibindəki mahal qəsəbələrini təmsil edirdi. Qalxanın yuxarı sağ küncündə Pişpek mahalının mənsub olduğu Semireçensk quberniyasının gerbi yerləşdirilmişdir.
CAR gerbi
Cənubi Afrika Respublikasının Dövlət Gerbi — CAR dövlətinin müstəqilliyi rəmzidir. == Simvolika == Qalxan milli şəxsiyyət və mənəvi qoruma vasitəsi kimi ikiqat məna daşıyır. Milli üslubda iki insan rəqəmi birliyin simvolu olaraq salam verməkdədir. Bu da bir millətə və buna görə bəşəriyyətə aiddir. Knobkierie nizə və mace müdafiə və güc simvolu. Qalandan yuxarıdakı rəqəm protea çiçəyi simvollaşdırır. Proteya (lat. Protea cynaroides) Cənubi Afrika Respublikası milli bitkisidir. İlancıllar quşu artım və sürəti xarakterizə edir. Ayaqları bir nizə və mıx kimi təsvir olunan, əla bir ilan avcısı olan güclü quş paltarın düşmənlərindən qorunması simvollaşdırır.
Con Terri
Con Corc Terri (ing. John George Terry; 7 dekabr 1980, London, İngiltərə) — ingilis futbolçu, müdafiəçi və İngiltərənin "Çelsi" futbol klubunun kapitanı. 2006-2010 və 2011-2012-ci (fevral ayına qədər) illərdə İngiltərə milli futbol komandasının eks-kapitanı, dördqat İngiltərə çempionu. Teri 2005 və 2008-ci ildə Çampionlar liqasının ən yaxşı müdafiəçisi seçildi. Həm də 2005-ci ildə PFA Players İlin oyunçusu mükafatını aldı.İndi Çelsi FCdə 26 nömrəli formanı geyməkdədir. Con Teri ilk milli komandadakı qolunu başla Braziliyaya atdı. İngiltərə Milli Futbol Komandasının formasını da geyən Teri bu günə qədər oynadığı 66 matçda 7 qol vurdu. 1998dən bəri Çelsi FC ilə müqaviləli olan oyunçu, yalnız 2000-ci ilin sonundan 2 ay üçün Nottinqham Foresta kirayəlik getmişdir. Dövrün ən müvəffəqiyyətli müdafiəçilərindən biri olaraq qəbul edilən Terry, sürpriz qolları ilə tanınmaktadır.Çelsi 2005-ci ildə 50 il sonra Premier League çempion olduğunda çempionluq kubokunu kapitan olaraq qaldırmışdər. Həm də David Beckhamın İngiltərə milli komandasının kapitanlığını buraxmasının ardından kapitanlığına gətirilmişdir.
Dnestryanı gerbi
Dnestryanı gerbi — 2 sentyabr 1991-ci ildə Dnestryanı dövləti tərəfindən qəbul edilmiş gerb.
Dövlət gerbi
Dövlət gerbi – dövlətlərin əsas rəmzlərindən biridir. Türkiyə və Dominikan Respublikası istisna olmaqla, Yer üzündəki bütün dövlətlərin özlərinə aid gerbləri var. Gerb üzərində dövlətin mədəniyyətinə, idarəetmə formasına, şüarına və sair məlumatlara rast gəlmək olar. Gerblər, vəzifə formaları, möhürlər və s. kimi dövlətin əhəmiyyətli yerlərində istifadə olunur.
Eritreya gerbi
Eritreya gerbi — Eritreyanın işlətdiyi rəsmi dövlət gerbidir. Gerbdə dairə içərisində qum üzərində dayanan sarı dəvə şəkli var. Dairəni hər iki tərəfində də gerbi əhatələyəcək şəkildə zeytun ağacı budaqlarından əmələ gətirilən sarı rəngli çələng vardır. Gerbin aşağısında şüar hissəsində isə kənarları qızılı tikməli, mavi rəngli lent üzərin ölkənin adı, dövlətin üç rəsmi dilində heraldik cəhətdən solda ərəbcə, ortada ingiliscə, sağda isə yerli tigrinya dilinde verilmişdir.
Ermənistan gerbi
Ermənistan gerbi — Ermənistanın rəsmi gerbi. 19 aprel 1992-ci il tarixində təsdiq edilmişdir. Üstündə sola baxan bir qartal və sağa baxan bir aslan fiquru vardır. Gerbin ortasındakı narıncı qalxanın içindəki dağ isə Ağrı dağıdır. Ermənistan gerbi Ermənistanın hədəfləri və məqsədləri haqqında məlumat verir.
Fransa gerbi
Müasir gerb rəsmi simvolu kimi heç bir hüquqi statusa malik olmasa da, 1953-cü ildən sonra Fransanın simvoluna çevrildi. Gerb ibarətdir: pelta, "République Française" (Fransa Respublikası) mənasını verən "RF" monoqramı ilə bir tərəfdə bir aslanın başı, digər tərəfində bir qartal ilə bitir; zeytun budağı dünyanı simvollaşdırır; palıd budağı hikməti simvolizə edir; fastsiya ədalətin rəmzi.
Gürcüstan gerbi
Gürcüstan gerbi (gürc. საქართველოს სახელმწიფო გერბი) — Gürcüstanın rəsmi dövlət simvollarından biridir. 1 oktyabr 2004-cü ildə qəbul edilmiş və üç heraldik versiyası vardır: böyük (əsas), orta və kiçik gerblər. Keçmiş gerb 14 noyabr 1990-cı ildən mövcuddur. == Təsviri == Gürcüstanın müasir gerbi, gürzə torpağının himayədarı Müqəddəs Qeorqi gümüş fiqurlu bir at üzərində nizə ilə vuraraq təsvir edən qırmızı fransız qalxanıdır. Qalxan, iki qızıl aslan tərəfindən tutulan Gürcüstan kral ailəsi Bagrationi'nin qızıl bir kral tacı ilə taclanır. Qalxanın altında "Güc birlikdədir" devizi olan bir lent var. Bu gerb qismən Gürcüstan krallığının Bagrationi evinin orta əsr gerbinə əsaslanır.
Herbi Henkok
Herbi Henkok (12 aprel 1940[…], Çikaqo, İllinoys) — "Həyatın ritmi" Fondunun təsiscisi və gözəl klassik musiqi təhsili almış sənətçi. == Həyatı == Herbi Henkok 1940-cı ildə anadan olmuşdur. Çikaqo simfonik orkestri ilə birgə konsertlərdə çıxış etməyə başlayanda onun cəmi 11 yaşı vardı. Bu "möcüzə-uşaq" artıq o vaxt Motsartın əsərlərini fortepianoda ifa edirdi. Hələ orta məktəbdə oxuduğu dövrdə Oskar Petersonun və Bil Evansın musiqisinin təsiri altında o da caz çalmağa başlamışdı. Bu dövrdə elektronika elmləri ilə də maraqlanmağa və bu sahədə biliklərini təkmilləşdirməyə başlamış Henkok son nəticədə, Qrinnel kollecini iki ixtisas üzrə bitirdi: həm musiqiçi, həm də elektronika üzrə mühəndis kimi. 1960-cı ildə Herbinin 20 yaşı olanda trubaçı Donald Veda onu öz qrupuna qoşulmağa dəvət etdi. Bundan əlavə, Ved Henkoku "Blue Note Records" qrupundan olan Alfred Lionla da tanış etdi və Herbi iki il bu qrupla işləyəndən sonra əfsanəvi solo artist kimi məşhurlaşdı. Henkokun 1963-cü ildə işıq üzü görmüş debüt albomu dərhal populyarlaşdı və bundan sonra "Qarpız-adam" adlı yeni albom üzərində iş başlandı. Bu albomda caz əlamətləri nəzərə çarpırdı.
Hindistan gerbi
Hindistanın rəsmi gerbidir. Gerbdə məşhur olan Hind şirləri təsvir edilmişdir. Rəsmi olaraq 26 yanvar 1950-ci ildə qəbul edilmişdir. == Tarixi və təsviri == Sarnathdakı Aşoka sütununa yapışdırılan (taçlandırılan) "aslanlar paytaxtı (Aşokanın şir kapitalı"nın bir təsviridir. Eramızdan əvvəl III əsrin ortalarında İmperator Aşoka, Budda Qautamanın ilk öncə dharma öyrətdiyi və böyük bir Buddist sanghasının qurulduğu yeri qeyd etmək üçün, kapitallı bir sütun qurdurdu. Bir-birinə yaxın duran dörd şir, kənarlığı olan bir abakusa quraşdırılmışdır. Buddizmə rəğbət bəsləyən Cəvahirləl Nehrunun təkidi ilə, bu özəl heykəlin təsviri 26 yanvar 1950-ci ildə (Hindistanda respublikanın qurulduğu gün) Hindistanın dövlət gerbi elan edildi. Gerbdə dəyirmi abakus üzərində dörd Hindistan şiri təsvir edilmişdir. Dördüncü aslan arxada yerləşir və buna görə də görünüşdən gizlənir. Emblem "cəsarətli, bədəni güclü, məsləhətlərdə ehtiyatlı və müxalifləri qorxudan" bir milləti simvollaşdırır.
Honkonq gerbi
Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Bölgəsinin Regional Emblemi 1 iyul 1997-ci ildə Honq-Konqun suverenliyinin Böyük Britaniyadan Çin Xalq Respublikasına verilməsindən sonra istifadəyə verilmişdir. Emblem dairəvi şəkildə Honq-Konqun regional bayrağı ilə eyni dizayn elementlərinə malikdir. Xarici ağ üzük Ənənəvi Çin və İngilis qısa formasında ərazinin rəsmi adı olan "Hong Kong" başlığı ilə göstərilir. == Tarix == === Müstəmləkə nişanı === Müstəmləkə nişanı 1843-cü ildən bu və ya digər versiyada 1959-cu ildə verilmiş gerblə əvəz olunana qədər istifadə olunurdu. Bir neçə düzəliş zamanı nişan ideyası qaldı. Ön planda sol tərəfdəki iskeledə üç tacir və bir yığın yük təsvir edilmişdir. Arxa planda, konik təpələrlə dəstəklənən limanda kvadrat formalı bir gəmi və Çin tullantıları var idi. Yuxarıda Böyük Britaniyanın kral silahları var idi.