Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tərcümədə Təşkilatlanma
Mədəniyyətin funksiyaları
Geniş mənada mədəniyyət , yəni onun hər iki təzahür formaları – maddi və mənəvi mədəniyyət məkan və zaman çərçivəsində insanları birləşdirərək dünyanın təkmilləşdirilməsinə doğru yönəldilir. Bu mənada mədəniyyətin ən vacid vəzifəsini insanları vahid bəşəriyyət timsalında birləşdirərək konkret ictimai funksiyaların reallaşdırılmasını təmin etmək təşkil edirdi. Tarixi inkişaf prosesində mədəniyyətin bir sıra funksiyaları formalaşmışdır: ətraf aləmə uyğunlaşma funksiyası; dərketmə funksiyası, informativ funksiya, kommunikativ funksiya, requlyativ funksiya, insan qruplarının inteqrasiyası funksiyası, sosiallaşma funksiyası. Bu funksiyaların hər birinin qısa şərhə ehtiyacı olduğundan onların hər biri üzərində dayanaq. Mühitə uyğunlaşma funksiyası – ən qədim funksiyalardan hesab edilərək iki mühüm şəraiti – təbii (təbiət) və sosial şəraitə uyğunlaşmanı nəzərdə tutur. Əgər ən qədim əcdadlarımız üçün heyvan dərisi, od mədəniyyətin qədim, ilkin nümunələri hesab edilirdisə, müasirlərimiz üçün bunu kosmik libaslar, məsələn, skafandr və ya dərin su üçün nəzərdə tutulan batiskado əvəz edir. Bütün bunlar son məqamda insanın təbiətə, mühitə uyğunlaşması funksiyasını yerinə yetirir. Lakin qeyd edildiyi kimi, insan təkcə təbiətin deyil, həm də cəmiyyətin üzvüdür. Burada isə, mədəniyyət çərçivəsində uyğunlaşma vasitələri hazırlanır: dövlət qərar və strukturlarından başlamış müdafiə və hücuma hazırlıq alətlərinin mövcudluğuna qədər – hər şey insanın mənafe və uyğunlaşmasına aid edilir. cəmiyyətdə uyğunlaşmanın mütləqləşdirilməsi «sosial darvinizm» doktrinasının əsasını qoymuşdur.
Azil mədəniyyəti
Azil mədəniyyəti — İspaniyanın şimalında və Fransanın cənubundakı epipaleolit ​​dövrünün arxeoloji mədəniyyəti (və ya texnoloji ənənəsi). Yəqin ki, Aziliya mədəniyyəti, təxminən 8 min il əvvəl Allerda iqlim fərqliliyi e.ə. dövrünə aiddir və madlen mədəniyyətini izlədi. Arxeoloqların fikrincə, Asil mədəniyyəti madlenin son mərhələsi idi, iqlim istiləşməsi isə bölgədə insanların yaşam tərzində dəyişikliklərə səbəb oldu. Buzların əriməsi qida ehtiyatlarını azaldıb və Madeleine mədəniyyətinin istehsalçılarının yoxsullaşmasına səbəb ola bilər. Nəticədə, Aziliya alətləri və sənəti Buz dövrünün sələflərinə nisbətən daha xam və daha az yayılmışdır və ya tamamilə tamamilə fərqlidir. Bu mədəniyyətin diaqnostik artefaktları, xüsusən, Azil ucları (yuvarlaq arxaları olan mikrolitlər), kobud düz sümük qarpun və mücərrəd bəzək naxışları olan çınqıllardır. Sonuncu, ən çox Ariz çayının bölgəsində (en:Arize) Fransa Pireneyində yerləşən Mas-d'Azil mədəniyyət abidəsindədir. Bu çınqıllardan 145-i İsveçrənin Birsmatten-Eremitaj abidəsindən tanınır. Madlen mədəniyyətinin son mərhələsi ilə müqayisədə mikrolitlərin sayı artmışdır.
Azərbaycan mədəniyyəti
Azərbaycan mədəniyyəti (az-əbcəd. آذربایجان مدنیتی‎) — azərbaycanlıların, Azərbaycan etnik qruplarının və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. XI-ХIII əsrlərdə Səlcuqlar və Hülakülər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir. Azərbaycan ədəbi dili XIII əsrdə formalaşmağa başlamış, XIV–XV əsrlərdə isə yazılı Azərbaycan ədəbiyyatı ortaya çıxmışdır. XVI əsrdə Azərbaycan türkləri tərəfindən qurulan Səfəvilər imperiyasında Azərbaycan dili dövlət dili olaraq istifadə edilirdi. Əsrlər boyunca Azərbaycan dili bütün Persiya, Qafqaz və cənub-şərqi Dağıstanda linqva franka kimi ticarətdə və etnik qruplar arası qarşılıqlı münasibətlərdə istifadə edilib. İranda uzun müddət azərbaycandilli sülalələrin hakimiyyətdə olması fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlərin daxil olmasına gətirib çıxarmışdır. Azərbaycan ədəbiyyatının geniş inkişaf etdiyi Səfəvi dövründə Azərbaycan dastanları Osmanlı, Çağatay və fars ədəbiyyatlarına nüfuz etmiş, XVIII əsrdə erməni və gürcü aşıqları Azərbaycan aşıq sənəti nümunələrini öz əlifbaları ilə qeydə almışdır. Orta əsrlərdə formalaşmış Azərbaycan xalçaları Asiya və Avropada məşhurlaşmış, Azərbaycan xalçaçılarının ideya və bacarıqları bütün Qafqazda hiss edilmişdir. XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar.
Aşel mədəniyyəti
Aşel mədəniyyəti — Azərbaycan ərazisində arxeoloji mədəniyyətdir. Azərbaycanda Aşel mədəniyyəti Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel mədəniyyətinə aid tapıntılar Azərbaycan ərazisində Qazax rayonunun Qayalı, Acıdərə, Şiş Quzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin başlıca olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur. Erkən Aşel 700-500 min il bundan əvvələ aid edilir. Azıx mağarasında Erkən Aşel Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Aşel dövrünün erkən mərhələsi Azıx mağarasının altıncı təbəqəsində aşkar olunmuşdur. Bu təbəqədən xeyli daş məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki ovuntusu aşkar olunmuşdur. Heyvan qalıqlarının çox aşkar olunması Aşel dövründə təsərrüfatda ovçuluğun əsas yer tutduğunu göstərir.
Bakı mədəniyyəti
Bakı şəhərinin əsası V əsrdə qoyulmuşdur. Azərbaycanın paytaxtı olan bu şəhər müxtəlif dövrlərdə Şirvanşahlar dövləti, Bakı xanlığının və Rusiyanın Bakı quberniyasının mərkəzi olmuşdur. Bakıda dövrümüzə çatmış ən qədim tikili Qız qalasının təməl hissəsi hesab edilir. Şirvanşahlar dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilmiş və şəhər inkişaf etdirilmişdir. XII əsrdə qala divarları inşa edilmiş və şəhərin müdəfiə sistemi gücləndirilmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra şəhərin “Qala” adlandırılan qədim hissəsinin həyatında “kristallaşma” dövrü başlamışdır. XIX əsrdə Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə ictimai və mədəni həyatda da canlanma baş verir. XX əsrin əvvəllərində Bakı Rusiya imperiyasının əsas sənaye şəhərlərindən birinə çevrilir. Şəhərin iqtisadi baxımdan sürətli inkişafı aralarında Emanuel Nobel, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aleksandr Mantaşev və s. milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait yaradır, çoxsaylı yeni binalar və komplekslər inşa edilir.
Baxmutino mədəniyyəti
Baxmutino mədəniyyəti — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Xalqların böyük köçü (5–7/8-ci əsrlər) dövrünə aid arxeoloji mədəniyyət. Başqırdıstan Respublikasının Baxmutino kəndinin adı ilə adlandırılmışdır. Ufa çayının aşağı axınından Belaya çayının Kamaya töküldüyü rayonadək yayılmışdır. İlk dəfə 1911-ci ildə burada dəfn yeri aşkarlanmışdır. 1928-ci ildə A.V. Şmidt tərəfindən Baxmutino qəbiristanlığında, Çandar və digər yaşayış yerlərində aşkar olunmuş materiallar əsasında müəyyənləşdirilmişdir. Mazunin mədəniyyətinin (onu bəzən Baxmutino mədəniyyətinin erkən mərhələsi hesab edirlər, 3–4-cü əsrlər) başqırd variantının və gəlmə əhalinin ənənələri əsasında təşəkkül tapan Baxmutino mədəniyyətinə sonradan Turbaslin mədəniyyəti, Kuşnarenko mədəniyyəti və Şimali Qafqazla əlaqələr də təsir göstərmişdir. Yarımqazmaları, çoxsaylı təsərrüfat quyuları, o cümlədən taxıl anbarları olan şəhər və kənd yerləri aşkar edilmişdir. Hər nekporolda meyitlərin eyni səmt də dəfn olunduğu torpaq qəbirlər üstünlük təşkil edir. Dəfn mərasimlərində istifadə edilən müxtəlif heyvan fiqurları, dairəvi oturacaqlı və nöqtəvi basmalı keramika, qaşovlar və s. tapılmışdır.
Başqırd mədəniyyəti
Başqırd mədəniyyəti — Başqırd xalqının, Başqırdıstanda yaşayan digər xalqların və Başqırdıstan Respublikasının xalqlarının mədəniyyətidir. ХVII-XVIII əsrlərdə başqırdlarda məktəblər, mədrəsələr və ibtidai xalq məktəbləri fəaliyyət göstərirdi. Dərslər ərəb dilində keçilir və əsasən də ərəb dilini və Quranı öyrədirdilər. XVIII əsrin birinci yarısında Başqırdıstanda yüzlərlə məktəb və mədrəsələr fəaliyyət göstərirdilər.
Belarus mədəniyyəti
Belarus mədəniyyəti, bir sıra müxtəlif amillərin təsiri altında minillik inkişaf məhsuludur. Bunlara fiziki mühit; Belarus xalqlarının etnoqrafik mənşəyi; erkən köçənlərin və onların ev sahiblərinin bütpərəstliyi; Şərq ortodoks xristianlığı; ölkənin təbii sərhədlərinin zəif olması; bölgədəki dinlərin müxtəlifliyi (Katolik, Pravoslav, İudaizm və İslam) daxildir. Belarus tərəfindən ilk böyük musiqi əsəri, Antoni Radziwiłl tərəfindən yazılmış Faust operası idi. 17-ci əsrdə Polşa bəstəkarı Stanislav Monyuşko Minskdə yaşayarkən bir çox opera musiqi parçaları bəstələmişdir. Burada yaşadığı zamanı Belorus şairi Vintent Dunin-Martsinkyeviçlə işləmiş və Sialianka (Kəndli qadın) operasını yaratmışdır. 19-cu əsrin sonunda Belarusun böyük şəhərləri öz opera və balet şirkətlərini yaratdılar. M. Kroşnerin Nightingale baleti Sovet dövründə tərtib edilmişdir. Böyük Vətən müharibəsindən sonra yazılan musiqilər Belarus xalqının çətinliklərinə və ya vətəni müdafiə etmək üçün silah çəkənlərə yönəldi. Bu, "Polşa Virjin Meşəsi " (ing. 'In Polesia Virgin Forest') operasının yaradıcısı Anatoli Bogatyrev Belarus bəstəkarlarının "müəllimi" kimi xidmət etdiyi dövr idi.
Belçika mədəniyyəti
Belçika mədəniyyəti — Belçika ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş mədəni irs. Belçikanın ərazisində qədim kelt və qədim Romaya aid olan incəsənət abidələri mövcud olmuşdur. Ayrı-ayrı feodallıqlara parçalanmış Belçikanın şəhərləri Orta əsrlərdə sürətlə inkişaf etmiş və Avropanın mədəni mərkəzlərindən biri olmuşdur. Belçikanın Turn, Brügge, Gent, Brüssel, Antverpen və Mehelen şəhərlərində XI–XII əsrlərdə roman üslubunda, XIII–XIV əsrlərdə qot üslubunda çox əzəmətli kilsələr tikilmişdir. XIV-XV əsrlərdə Niderland mədəniyyətinin təsiri altında vahid flamand rəssamlıq məktəbi yaranmışdır və bu məktəbin yaradıcısı Yan Van Deyk idi. İntibah dövrü flamand rəssamlığının ən görkəmli nümayəndələri isə P. Bregel (Böyük) və P. Bregel (Kiçik) olmuşdur. XVII əsrdə Flandriyada T. Rombouts, A. Yansens, F. Sneyders, Y. Feyt, Y. İordans, K. Yeqer, L.van Uden, K.de Vos, D. Tenirs və K. Heysmans kimi məşhur rəssamlar olmuşdur. Bütün bunlarla yanaşı Qərbi Avropa rəssamlığının ən görkəmli nümayəndələrindən olan P. P. Rubens və A.van Deyk məhz bu dövr flamand rəssamlıq məktəbinin içərisindən çıxmışdır. XVIII əsrdə flamand ədəbiyyatı elə də inkişaf etməsə də, memarlıq, rəssamlıq və digər incəsənət sahələri xeyli irəli getmişdir. Belçikada yaşayan flamandlar da bir sıra başqa Avropa xalqları kimi azad yaşamaq, müstəqil olmaq arzusu ilə yaşayırdılar.
Boyan mədəniyyəti
Boyan(ing. Boian) — Rumıniya və Bolqarıstan ərazilərində yayılmış Neolit mədəniyyəti (e.ə. 4-cü minillik). Boyan gölündəki (Rumıniya) məskənin adı ilə adlandırılmışdır. Boyan üçün üzəri qara boz rəngli və oyma xətlərlə bəzədilmiş gil qablar xarakterikdir. Qablar üzərindəki oyma xətlər çox zaman ağ maddə ilə doldurulurdu. Boyanda daş baltalar da tapılmışdır. Əhali əkinçilik , maldarlıq, ovçuluq və balıq tutmaqla məşğul idi. Qumelnisa mədəniyyətinin (Enolit dövrü) formalaşmasında Boyan mədəniyyətinin mühüm rolu olmuşdur.
Butan mədəniyyəti
Butan mədəniyyəti — Butanın müasir mədəniyyəti qədim zamanlarda formalaşmışdır.Coğrafi mövqeyindən dolayı Butan xarici mədəniyyətlərin təsirindən qorunmuşdur. Cənubda Hindistan və şimalda Çinlə sərhədi olan bu ölkə uzun müddət ərzində mədəni irs və müstəqilliyini qorumaq üçün həm mədəni, həm də iqtisadi inteqrasiya siyasətini izləmişdir. Yalnız 20-ci əsrin son illərində əcnəbilərin ölkəyə məhdud şəkildə səfər etməsi təmin edilmişdir. Beləliklə, Butan , mədəniyyətinin bir çox aspektlərini qoruya bilmişdir. Dinin təsiri bütan cəmiyyətinin demək olar ki, bütün sahələrində hiss olunur. Ən azı 1% -i Butan digər dinlərin ardıcıllarıdır. Ölkənin sakinlərinin əksəriyyəti (75%) müxtəlif təzahürlərdə Buddizm tətbiq edir. Əhalinin 1% -i digər dinlərin ardıcıllarıdır. Butan vətəndaşları, gündüz saatlarında ictimaiyyətdə olduqları zaman “Driglam Namzha” kimi tanınan milli geyim geyinirlər. Bəzi rayonlardakı (dzonqaqalar) tələblər digərlərindən daha sərtdir.
Butmir mədəniyyəti
Butmir mədəniyyəti — Bosna çayının (Bosniya) yuxarı və orta axarında Son Neolit – Erkən Eneolit dövrünə (e.ə. 5200–4600) aid abidələrin lokal qrupu. Adı 1893–1906-cı illərdə tədqiq olunmuş Butmir məskənindən (Sarayevo şəhəri yaxınlığında) götürülmüşdür. Ocaqları bayır tərəfdə yerləşən yarımqazma və yerüstü möhrə evlərdən ibarət kiçik kənd yerləri, həmçinin çaxmaqdaşı alətləri emalatxanalarının qalıqları aşkar olunmuşdur. Butmir mədəniyyətinə aid qaracilalı kasalar, bardaqlar, səhənglər, altlıqlı piyalələr, armudvarı amforalar, sivri oturacaqlı və konusvarı qablar, oyma, yaxud cızma və nöqtəşəkilli naxışlarla (kannelür, spiral, üçbucaq, romb və ziqzaqlar) bəzədilmiş dördayaqlı “mehrablar”, həmçinin naxışsız kobud keramika tapılmışdır. Antropomorf və zoomorf heykəltəraşlıq mövcud olmuşdur. Çaxmaqdaşıdan düzəldilmiş bıçaqşəkilli lövhələr, ərsinlər və oxlara rast gəlinmişdir. Təsərrüfatın əsasını toxa əkinçiliyi (buğda, arpa, mərci), qaramal, donuz yetişdirilməsi təşkil edirdi. Butmir mədəniyyətinə Vinça mədəniyyətinin güclü təsiri olmuşdur. Herseqovina, Dalmasiya, Adriatik dənizi adalarında Butmir mədəniyyətinə yaxın Xvar-Lisiçnitsi qrupu abidələri yayılmışdır.
Butovo mədəniyyəti
Butovo mədəniyyəti — Rusiyada Volqa-Oka hövzəsində Mezolit dövrünə (8,5-9,5 min il əvvəl) aid arxeoloji mədəniyyət. Butovo mədəniyyəti 1976-cı ildə L.V.Koltsev tərəfindən müəyyənləşdirilmiş, Tver vilayətindəki Butovo I düşərgəsinin adı ilə adlandırılmışdır. Düşərgələrdə bəzən yerüstü tikililərin və yarımqazmaların izlərinə rast gəlinmişdir. Butovo mədəniyyəti üçün daş ox ucluqları, mikrolitlər, ərsinlər, tiyələr, bıçaqlar və s. səciyyəvidir. Butovo mədəniyyətinin mənşəyi son paleolit dövrünün Resseta mədəniyyətinin ənənələri ilə əlaqələndirilir. Neolit dövründə bu ərazidə yayılmış Yuxarı Volqa mədəniyyətinin mənşəcə Butovo mədəniyyəti ilə bağlı olmasına dair fərziyyə mübahisəlidir.
Ceytun mədəniyyəti
Ceytun — Aşqabaddan (Türkmənistan) 25 km. şimal-qərbdə Neolit dövrünə aid məskən (e.ə. VI minilliyin əvvəlləri) və onun materialları əsasında Cənubi Türkmənistan və şimal-şərqi İranda müəyyənləşdirilmiş erkən əkinçilik mədəniyyəti (e.ə. VI minillik). Ceytun yaşayış məskəni 1940-cı illərdə A.A.Maruşşenko tərəfindən aşkar edilmiş, qazıntılar V.A.Kuftin (1952), V.M.Masson (1955–1959), (1962–1963), sovet-ingilis arxeoloji ekspedisiyası (V.M.Masson, D.Harris; 1989–1992) tərəfindən aparılmışdır. Ərazidə 150–200 nəfərin yaşaya biləcəyi 30 ev yeri aşkar edilmişdi. Türkmənistanın cənubundakı Ceytun mədəniyyətinə aid ilk əkinçilər irqi nöqteyi-nəzərdən Ön Asiya və Şərqi Aralıq dənizi əhalisinə yaxındır. Ceytun arxeoloji abidəsi təqribən 1 hektar ərazini əhatə edir və 5 inşaat təbəqəsindən (3,5 metr) ibarətdir. Samanlı kərpicdən tikilmiş birotaqlı evlər səciyyəvidir; evlərin interyeri standartdır: təsərrüfat bölməsi evə girişin sağ tərəfində, böyük "buxarı" sağ divarın ortasında, çıxıntılı taxça isə qarşı tərəfdə yerləşir, döşəmə ağ gəclə suvanır və çox vaxt qırmızı boya ilə rənglənir, yaxud həsirlə örtülürdü. Evlərin ətrafında yardımçı binalar və bir neçə paralel divardan ibarət tikililərin (ehtimal ki, taxıl anbarları) olduğu həyətlər yerləşirdi.
Cyomon mədəniyyəti
Cyomon (saxsı qablar) mədəniyyəti — Neolit (yeni daş dövrü) Yaponiya ərazisində e.ə. 8-ci minillikdən - e.ə. 300-cü ilədək olan dövrü əhatə edir. Neolit dövründə saxsı məmulatlarının istehsalı başlanır və ipli saxsı qablar (cyomon) meydana gəlir. Məhz buna görə də, yapon arxeoloqları neolit dövrünü "Cyomon mədəniyyəti dövrü" adlanırırlar. Cyomon mədəniyyətinin izləri ilk dəfə XIX əsrin sonlarında amerikan Eduard Mors tərəfindən aşkar edilmişdir - o, böyük balıqqulağı topası (kaycuka) aşkar etmişdi. Məhz balıqqulağı topası altında qədim dövrə dair tapıntılar aşkar edilmişdir. II Dünya Müharibəsinə qədər Cyomon dövrünə sinonim olaraq "daş dövrü" ifadəsindən də istifadə olunmuşdur. Bu dövr üçün ikiqulplu alətləri, ox və kaman, daş və sümükdən hazırlanmış alətlər xarakterikdir. Bu dövrdə qayıqlar da hazırlanmışdır.
Donqşon mədəniyyəti
Donqşon (vyet. Văn hóa Đông Sơn) - Cənub-Şərqi Asiyanın tropik zonasında Son Tunc dövrünə (e.ə. I-ci minillik) aid arxeoloji mədəniyyət. E.ə. I-ci minilliyin əvvəllərində Cənubi Çində, Şərqi və Mərkəzi Hind-Çində meydana gəlmiş, təqr. e.ə. VI əsrdə Malakka yarımadasında, Sumatra, Yava adalarında, qismən Kalimantan adasında və bir neçə digər adalarda yayılmışdır. Donqşonun təsiri Filippində də hiss olunur. Şimali Vyetnamda Donqşon “əsas”, həmçinin orta və ehtimal ki, aşağı Sitszyanın şimal axarlarındakı “batvyet” mərkəzlərinə, bir sıra “periferik ocaqlara” - Donqşonun variantlarına və Yanszı hövzəsində Xuanxe mədəniyyətləri ilə əlaqəli zonaya bölünür. Donqşon məskəninin materialları əsasında rus mənşəli fransız tədqiqatçısı V.V.Qolubev tərəfindən müəyyənləşdirilmişdir (1924 il qazıntıları; Vyetnam, Txanxoa əyaləti).
Düktay mədəniyyəti
Düktay mədəniyyəti - Şimal-Şərqi Asiyada formalaşmış və inkişaf etmiş Yuxarı (Son) Paleolit dövrünə aid arxeoloji mədəniyyət. 1967-ci ildə Y.A.Moçanov tərəfindən aşkar edilmişdir. Ərazi Düktay çayının sağ sahilində, Aldan çayının yatağından (Yakutiya) 112 metr uzaqlıqda yerləşir. Mədəniyyət öz adını Düktay mağarasının adından almışdır. Düktay mədəniyyəti iki təbəqəyə bölünür: erkən (35—25 min il əvvəl) — Ejansı, Ust-Mil, İxine-I,II yaşayış məntəqələri; gec (23—10,5 min il əvvəl) — Düktay mağarası, Tumulur, Dirinq-Yuryax, Xayırqas mağarası, Yeni Leten-I,II, Kiçik Cikimde, Vilyoy və İndiqirka çay hövzələri Mağarada 12-14 min il əvvələ aid 2 təbəqə radiokarbon analizləri vasitəsilə öyrənilmişdir. Y.A.Moçanovun fikrincə, Düktay mədəniyyətinin ən qədim abidəsi radiokarbon analizləri nəticəsində təqribən 35 min il əvvələ aid edilən Ejansı düşərgəsidir, digər tədqiqatçılar isə Düktay mədəniyyətinin yaşının 18 min ildən çox olmadığını hesab edirlər. Açıq düşərgə və mağara düşərgələri məlumdur, nizə və ya mizraq ucluqlarının, bıçaqların ikitərəfli emalı səciyyəvidir. Fauna qalıqları mamont, şimal maralı, sığır, bizon, at, qar bəbiri, mağara şiri, canavar, tülkü, şimal tülküsü, dovşan və gəmiricilərin sümüklərindən ibarətdir. Ejansı düşərgəsindən tüklü kərgədanın sümükləri tapılmışdır. Indigirka çayı hövzəsinə aid olan Börölöx düşərgəsində “mamontlar qəbiristanı” məşhurdur.
Butovo mədəniyyəti.
Butovo mədəniyyəti — Rusiyada Volqa-Oka hövzəsində Mezolit dövrünə (8,5-9,5 min il əvvəl) aid arxeoloji mədəniyyət. Butovo mədəniyyəti 1976-cı ildə L.V.Koltsev tərəfindən müəyyənləşdirilmiş, Tver vilayətindəki Butovo I düşərgəsinin adı ilə adlandırılmışdır. Düşərgələrdə bəzən yerüstü tikililərin və yarımqazmaların izlərinə rast gəlinmişdir. Butovo mədəniyyəti üçün daş ox ucluqları, mikrolitlər, ərsinlər, tiyələr, bıçaqlar və s. səciyyəvidir. Butovo mədəniyyətinin mənşəyi son paleolit dövrünün Resseta mədəniyyətinin ənənələri ilə əlaqələndirilir. Neolit dövründə bu ərazidə yayılmış Yuxarı Volqa mədəniyyətinin mənşəcə Butovo mədəniyyəti ilə bağlı olmasına dair fərziyyə mübahisəlidir.
Ciruft mədəniyyəti
Ciruft mədəniyyəti — Erkən Tunc dövrünə (e.ə. III minillik) aid arxeoloji mədəniyyəti. İndiki İranın Sistan və Bəlucistan və Kirman ostanlarında yerləşir. Bu mədəniyyət haqqındakı məlumat, xüsusilə Xəlil çayı hövzəsindəki Ciruft yaxınlığındakı Konar Sandal başda olmaqla Sistan və Bəlucistan, Kerman bölgələrində son zamanlarda kəşf edilən bir sıra ərazilərdə aparılan çox millətli arxeoloji qazıntılara dayanmaqdadır. Bu sahədə ən azı 12 ədəd yer qazılmışdır, ən qədiminin 7 min yaşında olduğu düşünülür. Digər mühüm yerlər Şehr-i Suhta (Yanıq şəhər), Bambur təpə, Espidej, Şahdad, İblis və Yahya təpədir. Bu mədəniyyətdə qazıntılara Cənubi Azərbaycanlı Yusif Məcidzadə rəhbərlik etmişdir. Onun bildirdiklərinə görə bu mədəniyyət Hind vadisi mədəniyyəti ilə Elam mədəniyyətinin arasında mövcud olmuşdur. Onun versiyasına görə, Ciruft mədəniyyəti itmiş Aratta krallığının qalığıdır. Lakin bir çox arxeoloqlara görə bu versiya əsassızdır.
Davenkou mədəniyyəti
Davenkou — Çində Qərbi və Cənubi Şandunda, Mərkəzi Şandunun bir hissəsində, həmçinin Szyansunun şimalında Orta Neolit dövrünə (e.ə. 3700–2600/2300-cü illər) aid arxeoloji mədəniyyət. 1959-cu ildə Şandun əyalətinin qərbində, Venxe çayı sahilindəki Baotou və Davenkou kəndlərində qazıntılar zamanı aşkar edilmiş məzarlığının adı ilə adlandırılmışdır. Arxeoloji qazıntılar 1964, 1974, 1978-ci illərdə də aparılmışdır. Üç (bəzən daha çox) mərhələ müəyyənləşdirilir. Erkən mərhələyə yastı və hündür kasalar (o cümlədən həndəsi naxışlı), qab, qulplu bardaq və kasalar əsasında tripodlar (üçayaqlı qablar), geniş yayılmış formalardan hündür oturacaqlı bardaqlar, nazikayaqlı qədəhlər; gövdəsinin orta hissəsində qulpu olan bardaqlar aiddir; qabların üzərindəki naxışlar ziqzaqvarı, nöqtəli və yaxud onların kombinasiyası şəklindədir. Orta mərhələyə oturacağı üç hissəyə bölünən nazikayaqlı qədəhlər aiddir; qab altlıqları dəliklidir, yastı kasa və tripodlara rast gəlinmir. Son mərhələyə isə dulus kürələrində düzəldilmiş standartlaşdırılmış kütləvi formalar: müxtəlif parçlar, hündürotu racaqlı kasalar, tripodlar və s. aiddir. Naxışlı qablara az təsadüf olunur (bəzən üfüqi cızma xətlər, volyuta).
Diqora mədəniyyəti
Diqora mədəniyyəti - Diqora dərəsində (Şimali Osetiyanın qərbi), Kabarda- Balkariyanın dağlıq rayonlarında və Raçidə (Qərbi Gürcüstan) Son Tunc dövrünə (e.ə. XV-XIII əsrlər) aid arxeoloji mədəniyyət. Y.İ.Krupnov tərəfindən müəyyənləşdirilməsi (1951) mübahisələrə səbəb olsa da, 1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində yazılmış elmi əsərlərlə təsdiqlənmişdir. Müasir tədqiqatlara görə, Diqora mədəniyyəti Şimali Qafqaz və Mərkəzi Qafqazın qohum protokoban mədəniyyətləri ilə sinxrondur; protokoban dövrünün ikinci mərhələsinə aiddir; 2 mərhələyə bölünür. Ağac-daş konstruksiyalı sərdabalarda meyityandırma izləri var; uzadılmış vəziyyətdə dəfn olunmuş meyitlərə (bəzən torpaq quyularda) rast gəlinir. Çaxmaqdaşıdan ucluqlar, dəstəli xəncərlər, baltalar, ucluqlu (volyuta, oval və s. şəkilli) sancaqlar, lövhəşəkilli tilli qolbaqlar, qoç başlı quşabənzər piləklər, asmalar, şüşə muncuqlar, sürməli bəzək əşyaları və s. aşkar edilmişdir. Diqora mədəniyyətinin dolmen mədəniyyəti, Svaneti, Qaraçay-Çərkəz, Inquşetiya və Dağıstan abidələri (Qinçi mədəniyyəti, Qayakənd-Xoroçoy mədəniyyəti) ilə əlaqələri izlənilir. Diqora mədəniyyətinin Koban mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır.
Egey mədəniyyəti
Egey mədəniyyəti—Tunc dövrü sivilizasiyasının ümumi adı. Qədim Yunan bədii mədəniyyəti üç əsas mənbədən qidalanır. Egey dənizinin adasında yerləşən əhalinin qədim krit-miken incəsənəti. Bu özünü zəngin arxitekturaya malik olan Krit, Mikena və Tirinf iqamətgahlarında göstərir, həmçinin rəsmlərində, keramika və qızıl əşyalarında büruzə verirdi. Aralıq dənizi sahilindəki Kiçik Asiya və Finikiyalılar tərəfindən daxil olan kompozisiyalı arxitektura, Qədim Misirin incəsənəti də güclü təsir göstərirdi. Dori tayfalarının incəsənəti. Şimaldan gələn Dori tayfalarının incəsənəti və özləri ilə gətirdikləri həndəsi üslubda Yunan mədəniyyətinə təsir göstərir.Öz inkişaf tarixində Qədim Yunan mədəniyyəti bir neçə mərhələdən keçib. Bunlardan birincisi Krit-Miken mədəniyyətidir. Yunan ərazisindəki qədim sivilizasiya tədqiqatçılar tərəfindən Krit-Miken mədəniyyəti adını almışdır. Bu ad Krit adaları və materik Yunanıstanı ərazisindəki Miken şəhəri ilə əlaqədardır.
Ermənistan mədəniyyəti
Ermənistan mədəniyyətinə həm müasir Ermənistan ərazisi, həm də tarixi Ermənistanda erməni xalqının yaratdığı maddi və qeyri-maddi mədəni irs nümunələri daxildir. Erməni xalqının mədəniyyət tarixi eramızdan əvvəl VI–V əsrlərdən başlayır və daha da qədim Urartu mədəniyyətinin davamıdır. Britannica ensiklopediyasında qeyd olunduğu kimi, Ermənistan dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir. Xristianlığın IV əsrin ilk illərində Ermənistanın dövlət dini olaraq qəbul edilməsi erməni xalqının tarixinin və mədəniyyətinin inkişafında böyük rol oynamışdır. IV əsrdən etibarən erməni mədəniyyəti tarixində yeni bir mərhələ — orta əsrlər dövrü başlayır. Erməni mədəniyyətinin ümumi yüksəlişi VII əsrə qədər olan dövrü əhatə edir. Sonrakı nəzərəçarpan inkişaf dövrü X əsrin sonlarında başlayır və 885-ci ildə Ermənistan tarixində yeni bir qızıl dövrün başlanğıcı olan müstəqil Ani krallığının bərpası ilə əlaqələndirilir. Mədəni yüksəliş dövrü XIII əsrə qədər davam edir və bəzi müəlliflər tərəfindən "Erməni İntibahı" kimi xarakterizə olunur. XV–XVI əsrlərdə təxminən iki əsr böhrandan sonra XVII əsrdən etibarən mədəni həyat canlanır. 1918-ci ildə müstəqil Ermənistan dövləti yaradılır.
Fransa mədəniyyəti
Fransa mədəniyyəti — coğrafi şəraitdən və böyük tarixi hadisələrdən təsirlənən Fransa mədəniyyəti. Fransa və ümumiyyətlə Paris XVII əsrdən başlayaraq elit mədəniyyət və dekorativ sənət mərkəzi olan böyük bir rol oynadı. Bundan əlavə, Fransanın iqtisadi, siyasi və hərbi təsirinin artması ilə onun rolu durmadan artırdı. Ədəbi dilin saflığı (purizm üçün) istəyi rəsmi standart olaraq Fransa Akademiyası tərəfindən qurulmuşdur. Əlbəttə ki, bu məcburi deyil: bəzən hətta bəzi siyasətçilər buna məhəl qoymurlar. Fransada bir çox dialekt var. Breton və Elzas dialekti kimi bəziləri rəsmi dildən çox fərqlidir. Fransa Konstitusiyasına 2008-ci ilin iyul ayındakı düzəlişlər ləhcələr rəsmi olaraq tanınmışdır.. İlk görüntülər tarixdən əvvəlki dövrə aiddir. Məsələn, Lasko mağarasındakı təsvirlərin artıq 10.000 ildən çox yaşı var.
Tərcüməçi
Tərcüməçi — Bir dildən başqa dilə tərcümə etməklə məşğul olan adam; mütərcim.
Tərcümə
Tərcümə — fikrin bir dildən digər dilə eyni məzmunda verilməsi. İlk dövrlərdə tərcümə ancaq insanlar tərəfindən edilirdi. Sonradan tərcümə maşın (ing. MT — Machine Translation) və kompüterdən istifadə edilməklə (ing. CAT — computer aided translation) edilməyə başlandı. Bu zaman onun keyfiyyəti insan tərcüməsindən çox geri qalır. Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdir. Ancaq dillərin xüsusiyyəti, mədəniyyət fərqi və elmi terminlərin yayılması dərəcəsi tam tərcüməyə imkan vermir. Tərcümələr "şifahi" və "yazılı" tərcümələrə bölünür. Poetik tərcümə, yəni bir dildə yazılmış şeirin digər dildə bənzərini yaratmaq tərcümənin ən çətin növlərindən hesab olunur.
Maşın tərcüməsi
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Poetik tərcümələr
Mədəniyyət
Mədəniyyət — insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər. "Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture" — "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası — torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə. Mədəniyyət sözü, həmçinin, ərəbcə "Mədinə" sözündədir və mənası "şəhərsalma" anlamına gəlir. Məşhur rus dilşünası Vladimir Dal özünün "İzahatlı lüğət"ində yazır: "Mədəniyyət — işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır". Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona "insan tərəfindən yaradılmış ikinci təbiə" adını vermişdir. Mədəniyyət — təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır. Mədəniyyət — hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.
Tərcümeyi-hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Tərcümeyi hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.