Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tap
Tap (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap (film, 1989) — film.
Tap (Goranboy)
Tap — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Tap kəndi dağətəyi ərazidədir. Keçmiş tam adı Tap Rus olmuşdur. XIX əsrdə Rus Borisi kəndindən ayrılmış rus ailələri Tap Qaraqoyunlu kəndi yaxınlığında saldığına görə belə adlandırılmışdır. Azərbaycan dilində tap “dağ döşündə, ətrafı dərə, yaxud yarğanla əhatə olunmuş kiçik düzən sahə”yə deyilir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır.
Tap Qaraqoyunlu
Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. İkinci Qarabağ müharibəsinə qədər kənd təcavüzkar ermənilər tərəfindən tez-tez atəşə tutuldu. Kənd Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazilərə çox yaxın olduğundan Ermənistan ordusu bir neçə dəfə bura da hücum etmişdir. Lakin kəndi işğal etmək onlara nəsib olmadı. Müharibə dövründə və atəşkəsdən sonrakı 17 il ərzində Tap-Qaraqoyunlu kəndinin 38 sakini həlak olmuşdur. 2010-cu ilin oktyabrın 14-də Tap Qaraqoyunlu kəndində Azərbaycan ərazisindəki ikinci ən hündür bayrağın təntənəli açılışı olub. Dayaq hündürlüyü 65 metr olan bayrağın uzunluğu 18, eni isə 9 metrdir. Ölkənin yenilməz simvolu sayılan Azərbaycan bayrağı işğal altındakı ərazilərdən də aydın görünür. Kompleksin inşasını Dövlət Neft Şirkəti həyata keçirib və bu münasibətlə şirkətin prezidenti Rövnəq Abdullayev Tapqaraqoyunlu kəndinə gəlib.
Tap Qaraqoyunlu bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tap görək (oyun)
Tip və Top
"Tip və Top" (alm. Tip und Top‎) — 1974-cü ildə Almaniyada keçirilən FİFA Dünya Kubokunun rəsmi talismanları. Almaniyalı təşkilatçılar talisman kimi iki yeniyetmə əkizə üstünlük verdilər. Tip və Top düz 10.000 digər namizəd arasından seçilmişdi. biri sarışın və dıgəri qarışın olan qardaşların yanaqlarının hər ikisi də qırmızı idi. Onların üzərlərində yazılan "WM" qısaltması isə almanca "Weltmeisterschaft" sözü demək idi və tərcüməsi Dünya Çempionatı idi. Maraqlıdır ki, almanlar bu talisman üçün 7,5 milyon marka xərcləmişdilər.
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar. Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
TCP
TCP (Transmissiya İdarəetmə Protokolu) - etibarsız bir şəbəkə üzərində, etibarlı end-to-end bayt axınını təmin etmək üçün nəzərdə tutulmuşdur. Bir internet şəbəkəsi başqa bir şəbəkədən fərqlənir, çünki müxtəlif hissələr müxtəlif növ topologiyalara, bant genişliklərinə, gecikmələrə, paket ölçülərinə və digər parametrlərə malik ola bilər. TCP, şəbəkənin xüsusiyyətlərinə dinamik şəkildə uyğundur və bir çox növ uğursuzluq qarşısında sağlam olmaq üçün nəzərdə tutulmuşdur. UDP sadə bir protokoldur və müştərilərin qarşılıqlı təsirləri və multimediya kimi çox əhəmiyyətli istifadələrə malikdir, lakin əksər internet proqramları üçün etibarlı, ardıcıl çatdırılma tələb olunur. UDP bunu təmin edə bilməz, buna başqa bir protokol tələb olunur. Bu TCP adlanır və internetin əsas işçi protokollarndandır. İndi buna ətraflı nəzər yetirək. TCP 1981-ci ilin sentyabrında RFC 793-də rəsmən müəyyənləşdirilmişdir. Bu müddət ərzində bir çox səhvlər aşkarlanmış və düzəlişlər edilmişdir. TCP'yi dəstəkləyən hər bir maşın bir TCP nəqliyyat obyektinə, ya kitabxana prosedurasına, istifadəçi prosesinə və ya ən çox qismən kernelin bir hissəsinə malikdir.
Elektron top
Elektron top (ing. gun, ru. электронная пушка – elektron-şüa borusunda (CRT) ekranın daxili səthini elektronlarla "atəşə tutan" komponent. Nəticədə lüminator örtüyü işıqlanır. Elektron-şüa borusu (CRT — cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və, bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmuş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir.
Kerrot Top
Skott "Kerrot Top" Tompson (ing. Scott Thompson; d. 25 fevral 1965, Rockledge, Florida) — əsilli ABŞ aktyorudur.
Qızıl Top
"Qızıl top" — 1956-cı ildə Fransanın nüfuzlu "France Football" həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafat. 1956-cı ildən 2010-cu ilə qədər hər ilin yekununda idman yazarlarının rəyi əsasında Avropanın ən yaxşı futbolçusu müəyyənləşdirilib. Qitənin, demək olar, bütün ölkələrinin idman nəşrlərinin nümayəndələri səsvermədə iştirak imkanına malik olublar. Azərbaycanda bu missiyanı həftəlik "Olimpiya dünyası" qəzeti yerinə yetirib. 2010-cu ildə "France Football" həftəliyinin "Qızıl top" və "FIFA ilin futbolçusu" mükafatları birləşdirilərək "FIFA-nın qızıl topu" adlandırılıb. Bu mükafatın ilk qalibi Stenli Metyuz olub. Qeyd edək ki, Lionel Messi Qızıl Topu 4 il dalbadal qazanıb və bu dünya rekordu olmaqda davam edir.
Sərbəst top
Sərbəst top — futbol topu. Bu top daha çox ucuz və keyfiyyətsiz olmasına görə məşhurlaşıb. Yağışlı havalarda futbolçuların faciəsinə çevrilir. Yaxşı tərəfi isə FİFA-nın onu pulsuz paylamasıdır.
TCP/IP
Internet protokol dəsti və ya daha çox tanınan adı ilə TCP/IP — funksional meyarlara uyğun olaraq İnternetdə və oxşar kompüter şəbəkələrində istifadə olunan kommunikasiya protokollarının dəstini təşkil etmək üçün freymvork. Paketdəki əsas protokollar TCP, UDP və IP-dir. Bu modelinin ilkin versiyaları Müdafiə Departamenti modeli kimi tanınırdı, çünki tədqiqat və tərtibatı DARPA vasitəsilə ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilirdi. İnternet protokol dəsti verilənlərin necə paketləşdirilməsini, ünvanlanmasını, ötürülməsini, yönləndirilməsini və qəbul edilməsini təyin edən ucdan-uca kommunikasiyanı təmin edir. Müəyyən bir tətbiq üçün təbəqələrin tətbiqi protokol yığınını təşkil edir. Aşağıdan yuxarıya doğru təbəqələr bir şəbəkə seqmentində (bağlantı) qalan məlumatlar üçün kommunikasiya üsullarını ehtiva edən keçid təbəqəsidir: müstəqil şəbəkələr arasında interneti təmin edən internet təbəqəsi, host-to-host kommunikasiyasını idarə edən nəqliyyat təbəqəsi və proqramlar üçün process-to-process məlumat mübadiləsini təmin edən tətbiq səviyyəsi. İnternet protokol dəstinin və onun tərkib protokollarının əsasını təşkil edən texniki standartlar IETF tərəfindən qorunur. İnternet protokol dəsti ümumi şəbəkə sistemləri üçün daha əhatəli istinad çərçivəsi olan OSI modelindən əvvəl yaranmışdır. BBN Report 1822 Fast Local Internet Protocol Avtomatlaşdırma protokollarının siyahısı İnformasiya texnologiyaları akronimlərinin siyahısı IP protokol nömrələrinin siyahısı Şəbəkə protokollarının siyahısı TCP və UDP port nömrələrinin siyahısı Douglas E. Comer. Internetworking with TCP/IP – Principles, Protocols and Architecture.
TCP protokolu
TCP (Transmissiya İdarəetmə Protokolu) - etibarsız bir şəbəkə üzərində, etibarlı end-to-end bayt axınını təmin etmək üçün nəzərdə tutulmuşdur. Bir internet şəbəkəsi başqa bir şəbəkədən fərqlənir, çünki müxtəlif hissələr müxtəlif növ topologiyalara, bant genişliklərinə, gecikmələrə, paket ölçülərinə və digər parametrlərə malik ola bilər. TCP, şəbəkənin xüsusiyyətlərinə dinamik şəkildə uyğundur və bir çox növ uğursuzluq qarşısında sağlam olmaq üçün nəzərdə tutulmuşdur. UDP sadə bir protokoldur və müştərilərin qarşılıqlı təsirləri və multimediya kimi çox əhəmiyyətli istifadələrə malikdir, lakin əksər internet proqramları üçün etibarlı, ardıcıl çatdırılma tələb olunur. UDP bunu təmin edə bilməz, buna başqa bir protokol tələb olunur. Bu TCP adlanır və internetin əsas işçi protokollarndandır. İndi buna ətraflı nəzər yetirək. TCP 1981-ci ilin sentyabrında RFC 793-də rəsmən müəyyənləşdirilmişdir. Bu müddət ərzində bir çox səhvlər aşkarlanmış və düzəlişlər edilmişdir. TCP'yi dəstəkləyən hər bir maşın bir TCP nəqliyyat obyektinə, ya kitabxana prosedurasına, istifadəçi prosesinə və ya ən çox qismən kernelin bir hissəsinə malikdir.
Tip (biologiya)
Tip: zoologiyada (lat. phylum), botanikada (lat. divisio) bioloji təsnifatın ən yüksək pilləsi. Botanika və zoologiyada ali təsnifat vahidi olub, mənşəcə qohum olan sinifləri özündə birləşdirir. Məsələn örtülütoxumlular və ya çiçəkli bitkilər tipi (Angiospermae) birləpəlilər və ikiləpəlilər sinfini birləşdirir. Buğumayaqlılar tipi (Arthropoda) xərçənglər, hörümçəkkimilər, çoxayaqlılar və cücülər sinfini birləşdirir və s.
Top (Oğuz)
Top — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Top oyk., sadə. Oğuz r-nunun Yaqublu i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl mövcud olmuş Köhnə Ağalıq kənd əhalisinin Sovet hakimiyyətinin ilk illərində Top adlı indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı ilə bağlı olan oykonim Azərbaycan dilinin dialektlərindəki top (meşə sahəsi) sözündən ibarət olub, “meşəlik” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Top (idman)
Top — kürə şəklindədir. Futbolda "meşin yumru" olaraq da xatırlanır. Bir çox idmanda istifadə edilir: Futbol, Voleybol, Basketbol, Tennis, Qolf, Beysbol, Reqbi və Stolüstü tennis kimi.
Top (silah)
Döyüş topu — ağir artilleriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Yivsiz top
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.
ZZ Top
ZZ Top (zizitop oxunur) — 1969-cu ildə Amerikanın Texas ştatının Hyuston şəhərində qurulmuş blüz rok qrupu. Qrupun tərkibi praktiki olaraq bugünədək dəyişilməz qalıb.
Steyr TMP
TMP (ing. Tactical Machine Pistol – taktiki avtomatik tapança) — Avstriyanın Steyr Arms şirkəti tərəfindən istehsal olunan 9x19 mm Parabellum patronu üçün kameralı avtomatik tapança. Silahların seriyalı istehsalı 1992-ci ilin sonunda başladı.
Krop-top
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.
Krop top
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.
Top (şahmat)
Top — Şahmat fiquru. Top şaquli və üfüqi xanalar üzrə hərəkət edir.
Top gölü
Top gölü - Rusiya Federasiyasının Kareliya respublikasının Louxsum rayonun Kum su anbarında yerləşir. Sahəsinə görə Rusiya gölləri içərisində 11-ci, Kareliyada isə 4-cü yeri tutur. Gölün ətrafı düzgün formada deyildir. Şimal-qərbdən cənub-şərqə doğru basılmış formadadır. Burada Lambaşquba, Loxquba, Çuolmaquba, Şuulakşi, Koldalaşki, Kuorlakşi, Kestenqi və s. körfəzlər vardır. Göldə 144 ada vardır ki, onlarında ümumi sahəsi 63 кm²-dir. adalar əsasən gölün cənub-şərqində yerləşmişdir. Ən böyük adaları - Jiloy, Taraskin, Kukat, Nuomu, Axvenşuaridir. Gölün sahili hündür deyil, əsasən qarışıq meşələr ilə əhatələnmişdir.
Tüp-Tərxan yarımadası
Tüp-Tərxan (ukr. Тюп-Тархан, krımtat. Tüp Tarhan, Тюп Тархан) — Krımın şimal-şərqində yerləşən yarımada. İnzibati cəhətdən Krım Muxtar Respublikasının Canköy rayonu ərazisinə daxildir. Yarımadanın səthi hamardır. Sivaş körfəzinin suları ilə yuyulur. Sahillərində şoranlıq vardır. Ən hündür nöqtəsi 8,2 metrdir. Sahil xəttində dərinlik 0,4 metr, şimal-şərqində isə 0,1 metrdir. Sahilləri düzəndir.
Tüp Canköy yarımadası
Tüp Canköy (krımtat. Tüp Canköy) — Krımın şimal-şərqində yerləşən yarımada. İnzibati cəhətdən Krım Muxtar Respublikasının Canköy rayonu ərazisinə daxildir. Yarımadanın səthi hamardır. Canköydən şimal-şərqdə Sivaş körfəzinə doğru uzanır. Cənubdan şimala uzanır. Tüp-Tərxan yarımadasından Roqaçinski körfəzi ilə ayrılır. Onun uzunluğu 20 km, eni 2-4 km arasında dəyişir. Maksimal hündürlük 18,6 metrdir. Yarımadada yerləşən yaşayış məntəqələri: Ermakovoe (1945-ci ilə qədər - Totou), Medvedevka, Turqenev və Peredmestnoe.