WATER-TANK
WATER-TOWER
OBASTAN VİKİ
Tap
Tap (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap (film, 1989) — film.
Fiji Water
Fiji Water — Ficidən ixrac olunan su brendi. Mənbəyi Viti-Levu şəhərində yerləşir. Artezian tipli quyudan çıxarılır. 330 ml, 500 ml, 700 ml, 1 litr və 1,5 litrlik qablarda satılır. Mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.Kanadalı iş adamı Devid Qilmor 1996-cı ildə Natural Waters adı altında Fiji Water şirkətini qurdu. 2004-cü ildə Fiji Waterin satışı 50 milyon ABŞ dolları təşkil etmişdir. Fiji Water-in sahibi Resnik Holding Teleflora, POM Wonderful və Suterra adlı şirkətlərində sahibidir. 2009-cu ildə Fiji Water-in satışı 85 milyon dollar təşkil edib. 2010-cu ilin sonunda Fiji Water şərab istehsalına başladı. Fiji Water-in qırmızı və qara şərabları dünya miqyasında tanınılır.
Tap (Goranboy)
Tap — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Tap kəndi dağətəyi ərazidədir. Keçmiş tam adı Tap Rus olmuşdur. XIX əsrdə Rus Borisi kəndindən ayrılmış rus ailələri Tap Qaraqoyunlu kəndi yaxınlığında saldığına görə belə adlandırılmışdır. Azərbaycan dilində tap “dağ döşündə, ətrafı dərə, yaxud yarğanla əhatə olunmuş kiçik düzən sahə”yə deyilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır.
Tap Qaraqoyunlu
Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. İkinci Qarabağ müharibəsinə qədər kənd təcavüzkar ermənilər tərəfindən tez-tez atəşə tutuldu. == Tarixi == Kənd Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazilərə çox yaxın olduğundan Ermənistan ordusu bir neçə dəfə bura da hücum etmişdir. Lakin kəndi işğal etmək onlara nəsib olmadı. Müharibə dövründə və atəşkəsdən sonrakı 17 il ərzində Tap-Qaraqoyunlu kəndinin 38 sakini həlak olmuşdur. 2010-cu ilin oktyabrın 14-də Tap Qaraqoyunlu kəndində Azərbaycan ərazisindəki ikinci ən hündür bayrağın təntənəli açılışı olub. Dayaq hündürlüyü 65 metr olan bayrağın uzunluğu 18, eni isə 9 metrdir. Ölkənin yenilməz simvolu sayılan Azərbaycan bayrağı işğal altındakı ərazilərdən də aydın görünür. Kompleksin inşasını Dövlət Neft Şirkəti həyata keçirib və bu münasibətlə şirkətin prezidenti Rövnəq Abdullayev Tapqaraqoyunlu kəndinə gəlib.
Walk on Water
Walk on Water (azərb. Su üstündə gəzmək‎) — Maltanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. İra Losko "Walk on Water" mahnısı ilə Maltanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Liza Dezmond, Tim Larsson, Tobias Lundqren, Molli Pettersson Hammar və ifaçı İra Losko tərəfindən bəstələnmişdir.
Tap Qaraqoyunlu bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tap görək (oyun)
Tap görək — Azərbaycan milli uşaq oyunu. == Yaş == 15 6-10 == Oyunçuların sayı == 1 == Oyun qaydası == Bir dəstə uşaq bir yerə yığılır və hər bir uşağa ad qoyulur. Eləcə də adlarına müvafiq onların yeyəcəyi xörək təyin edilir. Məsələn: uşaqların biri dovşan yediyi-kələm; ikinci adam yediyi-cörək, üçüncü kirpi yediyi-ilan, dördüncü tülkü yediyi-toyuq, beşinci toyuq yediyi-darı, altıncı qarğa yediyi-pendir. Uşaqlar dairə vurub otururlar. Onlardan biri dairənin mərkəzinə gəlib barmağı və yaxud əlindəki ağac ilə yerdə dairə çəkə-çəkə deyir: karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma. O biri uşaqlar da barmaqları ilə və ya təbaşirlə dairə çəkə-çəkə karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma deyirlər. Dairənin ortasındakı uşaq birdən barmağını yuxarı qaldıraraq, yoldaşlarının birindən soruşur: yediyin nədir? Həmin uşaq çaşmayaraq qabaqcadan təyin edilən xörəyin adını düzgün söyləyərsə oyun davam edər. Uşaqlar yenə karıxma-darıxma, kəliməsini təkrar edirlər.