Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Teleqraf
Teleqraf (q.yun. τῆλε — "uzaq" + γρᾰ́φω — "yazıram") — siqnalların naqil və ya digər elektrorabitə vasitəsilə ötürülməsi. 24 may 1844-cü ildə amerikalı ixtiraçı Samuel Morze kəşf etdiyi teleqraf aparatının köməyi ilə, özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Morzenin teleqraf aparatı 1851-ci ildə Avropanın teleqraf xətləri üçün standart kimi rəsmi olaraq təsdiq edildi. 1853-cü ildə məşhur amerikalı ixtiraçı Devid Edvard Hyuz (David Edward Hughes) teleqraf çap qurğusunun yaradılması ilə məşğul olmuşdur. Bu qurğunun təkmilləşdirilməsində ona Corc Felps (George May Phelps) kömək etmişdir. Hyuzun qurğusu 1856-cı ildə Massaçusetsdə Vorçester və Sprinqfild şəhərləri arasında əlaqə yaratmaq üçün istifadə edilmişdir. Hyuz mikrofonun, induktiv tərəzinin və sonometrin də yaradıcısıdır. 1902-ci ildə London Kral Cəmiyyəti onun şərəfinə Hyuz medalını təsis etmişdir. Teleksi olmayan mehmanxana "beş ulduz" reytinqinə malik ola bilməz.
Telefon
Telefon (q.yun. τῆλε — uzaq, φωνή — səs) — səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazıdır. Müasir dövrdə əsasən GSM yaxud UMTS standartı ilə işləyən mobil telefonlardan və stasionar ev telefonlarından geniş istifadə edilir. İctimai istifadə üçün də əsasən əhalinin gur olduğu yerlərdə qoyulan taksofonlar da yayılmışdır. Bütün telefonlar danışmaq üçün mikrofona və səsi eşitmək üçün qulaqcığa malikdirlər. Mikrofon səs dalğalarını elektrik siqnallarına çevirir, daha sonra bu siqnallar telefon xətti vasitəsilə digər tərəfdəki telefona ötürülür. Həmin telefonun qulaqlıqı bu siqnalları qəbul edərək onu yenidən səs dalğalarına çevirir və digər tərəfdəki insanın danışdığı şəxsin sözlərini anlamağa imkan yaradır. Telefon dupleks kommunikasiya sistemi hesab olunur, belə sistemlərdə hər iki tərəfdəki insanlar eyni vaxtda danışa bilirlər. Qlobal telefon şəbəkəsi avtomatlaşdırılmış telefon stansiyaları vasitəsilə birləşdirilən telefon xətləri, optik lif kabelləri, mikrodalğa ötürücüləri, kommunikasiya peykləri və sualtı telefon xətlərindən ibarətdir. Bu şəbəkə dünyanın istənilən nöqtəsindəki bir telefonu digəri ilə bağlamağa şərait yaradır.
Moskovski teleqraf
"Moskovski teleqraf" (rus. «Московский телеграф») — Rusiyada ilk ensiklopedik jurnal. 1825–1834-cü illərdə Avqust Semenin Moskva mətbəəsində Nikolay Polevoy tərəfindən nəşr edilirdi. Yeni jurnallar iki həftədən bir çıxırdı. Nəşrin həcmi ən az 4–5 çap vərəqi (120-dən çox A4 vərəqi) idi. Jurnalı nəşr etdirməyə başlayan Nikolay Polevoy, Avropa dövri mətbuatının təcrübəsi, yerli mətbuatın ənənələri və müasir sosial ehtiyacları nəzərə aldı. Jurnal ensiklopedik növdə idi və elm, incəsənət, ədəbiyyat və moda bölmələrinə malik idi, bundan başqa "Biblioqrafiya və tənqid" (rus. «Библиография и критика») və "Əxbar və qatışıq" (rus. «Известия и смесь») bölmələrini özündə cəmləşdirirdi. Əvvəlcə məzmununda əsasən qeyri-bədii ədəbiyyat üstünlük təşkil edirdi, lakin zaman keçdikcə aksent bədii ədəbiyyata yönəldi.
Simsiz teleqraf
Radioteleqrafiya və ya simsiz teleqrafiya — teleqraf siqnallarının radio dalğaları ilə ötürülməsinə imkan verən telekommunikasiya sistemidir. Simsiz teleqraf və ya radioteleqrafiya, adətən CW (fasiləsiz dalğa), ICW (kəsintili fasiləsiz dalğa) ötürülməsi və ya açma-söndürmə kimi adlandırılan və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən A1A emissiya növü kimi təyin edilmiş, göndərən operatorun istifadə etdiyi radio rabitə üsuludur. Teleqraf açarından istifadə edir, açar radio ötürücünü açır və söndürür, adətən Morze əlifbasında mətn simvollarını kodlayan "nöqtələr" və "tire" adlanan müxtəlif uzunluqda modullaşdırılmamış daşıyıcı dalğa impulsları yaradır. Qəbul yerində kod radioqəbuledicinin qulaqcığında və ya dinamikində Morze əlifbasını bilən operator tərəfindən yenidən mətnə ​​çevrilən bir sıra vızıltı və ya siqnal səsləri kimi eşidilir.
Mobil telefon
Mobil telefon — rabitə vasitəsi. Ən çox şəbəkəli danışma üçün işlədilir. Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır. Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı. Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu.
Telefon Bankçılığı
Telefon bankçılığı- bu sistemdən müştərilər öz ev və ya iş telefonları vaitəsilə bankın kompüterləri ilə əlaqə yaradaraq istifadə edirlər. Bu cür xidmət növü bütün müştərilərə telefon olan hər bir yerdən əlaqəli nömrələr verilərək təqdim edilir. Ancaq istifadə olunan telefon mütləq rəqəmli digital olmalıdır. Telefon bankçılığında müştərilər həm öz şəxsi hesabları ilə əməliyyatlar edir və döviz, altın və fon hisselerinin alış və satış dəyərləri kimi məlumatlar ala bilməkdədirlər. 1973-cü ildə ilk dəfə ABŞ-də Seanttle First National Bank tərəfindən göstərilən bu xidmət növündən istifadə edənlərin çox az sayda olması ilə bağlı bir neçə ay sonra bu xidmət növü 1979-cu ilə qədər dayandırılmışdır. Telefonla göstərilən xidmətlərdən ən geniş istifadə olunanlar faiz dərəcələri haqqında məlumat alma, qızıl və valyuta məzənnələri, bankların yatırım fonlarının alış və satış dəyərləri ilə əlaqəli məlumat alma, faksla hesap işləri, kredit kartları ilə əlaqəli limitin soruşulması, lazımi vəsaitin ödənməsi, son ödeme tarixi kimi məlumatların əldə edilməsi və müddətsiz hesabdan ödəmə aparılır.
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.
Telefon kodu
Telefon kodu — şəhərlərarası və beynəlxalq telefon zənglərini qəbul etməyə imkan verən sistem.
İP-telefon
IP-telefoniya (tələffüz: ay-pi telefoniya) — səsli zənglər, internet kimi internet protokolu (IP) şəbəkələri üzərindən səsli rabitə seanslarının çatdırılması üçün üsul və texnologiyalar qrupu. IP-telefonlar Ethernet şəbəkəsinə bağlanır və sonra IP-ünvan alırlar. IP-telefoniyada telefon danışıqları verilənlərin ötürülməsi şəbəkələri üzərindən aparıldığından şəhərlərarası və beynəlxalq danışıqlar xeyli ucuz başa gəlir. IP-telefoniyanı tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-nin Massaçusets ştatının Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin layihədə kompüterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan xüsusi avadanlıqların daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-nin qərb və şərq hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən istifadə etməklə səs siqnal veriliməsinin təşkil olunmasına baxmayaraq, rabitə zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır. Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və İP protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq İP telefon üçün səsin sıxılması prosesində iki – GSM və TrueSpeech (DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu təkmilləşdirilmişdir.
Telefon köşkü
Telofon köşkü— taksofonla təchiz edilmiş və telefon istifadəçisi üçün nəzərdə tutulmuş kiçik bir binadır. Telefon köşklərində tez-tez işıqlandırma, məxfiliyi təmin etmək üçün qapı və kabinənin istifadə olunub-olunmadığını başqalarına bildirmək üçün pəncərələr var. Stend yerli telefon nömrələrinin çap olunmuş kataloqu və kağız, qələm və ya hətta otel kimi rəsmi şəraitdə oturacaqla təchiz oluna bilər. Xarici kabin elementlərə və ağır istifadəyə tab gətirmək üçün metal və plastikdən hazırlana bilər, daxili kabin isə daha mükəmməl memarlıq və mebellərə malik ola bilər. Xarici kabinələrin əksəriyyətində telefon xidməti təminatçısının adı və loqosu var.
Telefon nömrəsi
Telefon nömrəsi — telefon xəttinə, radio telefon kimi simsiz elektron telefoniya cihazına, mobil telefona, ictimai telefon şəbəkəsi (PSTN) vasitəsilə verilənlərin ötürülməsi üçün digər cihazlara və ya digər ictimai və özəl şəbəkələrə qoşulmuş stasionar telefon abunəçi stansiyasına təyin edilmiş rəqəmlər ardıcıllığı. Telefon nömrəsi təyinat kodu marşrutlaşdırma sistemindən istifadə edərək telefon zənglərini dəyişdirmək üçün bir ünvan kimi xidmət edir. Telefon nömrələri abunəçilərə milli və ya regional telefon nömrələmə planı çərçivəsində kommersiya qurumları, dövlətin nəzarətində olan qurumlar və ya digər telekommunikasiya sənayesi birlikləri ola biləcək telefon xidməti operatorları tərəfindən verilir. Telefon nömrələri adətən xüsusi telefon xidməti xüsusiyyətlərini işə salmaq üçün şaquli xidmət kodları kimi digər siqnal kodu ardıcıllığı ilə birlikdə yığılır. Vahid Nömrə Satış Sistemi mobil nömrələrin mərkəzləşdirilmiş və sistematik şəkildə satılmasına imkan verən bir sistemdir. Bu sistem mobil nömrə satışı zamanı ərizəçiyə aid məlumatların informasiya sistemləri aracılığı ilə operatorların və Azərbaycan nümunəsində "AzInTelecom"un məlumat bazasına onlayn şəkildə daxil edilməsi ilə əhatə olunur. Vahid Nömrə Satış Sisteminin faydaları arasında informasiya mübadiləsinin sistem üzərində həyata keçirilməsi, mobil operatorların abunəçi bazalarının FİN koduna uyğunlaşdırılması, vətəndaşlara dövlət qurumlarının bildirişlərinin göndərilməsi (məsələn, məhkəmə bildirişi, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, bank borcları, kommunal ödənişlər, rabitə borcları, cərimələr və s. daxil olmaqla) və istənilən portalda qeydiyyat zamanı mobil nömrəyə aid olmayan və ya qrammatik səhvlərdən yarana biləcək problemlərin aradan qalxarılması var. Beynəlxalq telefon kodları IP ünvanı ITU-T Recommendation E.123: Notation for national and international telephone numbers, e-mail addresses and Web addresses RFC 3966 The tel: URI for telephone numbers History of UK dialing codes, with lists of codes and more links World Telephone Numbering Guide which can be used to look up telephone numbering information ITU National Numbering Plans which links to the numbering plans of individual countries.
Qara telefon
Qara telefon (ing. The Black Phone) — 2021-ci ildə ekranlara çıxan ABŞ qorxu filmi. == Süjet == 1970-ci illərdə Denver şəhərində psixopat seriyalı qatil məktəbli uşaqları qaçıraraq öz zirzəmisinə kilidləyir.
Azərbaycan Dövlət Teleqraf Agentliyi
Azərbaycan Dövlət İnformasiya Agentliyi və ya qısaca AZƏRTAC — Azərbaycanın milli informasiya agentliyi; yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyi. İdarə Heyətinin sədri Vüqar Əliyevdir. == Tarixi == 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Agentlik sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. AZƏRTAC rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində dəqiq və operativ informasiya buraxır. AZƏRTAC İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), Rompress Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), Bernama (Malayziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası), AGI (İtaliya), QNA (Qətər), ELTA (Litva), TELAM (Argentina), PAP (Polşa), SPA (Səudiyyə Ərəbistanı), Asia Pulse Ltd. (Avstraliya), VNA (Vyetnam), BERNAMA (Malayziya), WAM (Birləşmiş Ərəb Əmirlikləri), WAFA (Fələstin), TDX (Türkmənistan), STA (Sloveniya), JİJİPRESS (Yaponiya), EFE (İspaniya), IP (Paraqvay), BNA (Bəhreyn) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Mobil telefon jammeri
Passiv Jammer: Jammer-Siqnal kəsici (siqnal qarışdırıcı, siqnal pozucu) , qarşılıqlı sistemdə aradakı əlaqəni pozmaq üçün yaradılmış cihaz. Müasir texnikada alıcını (əksəriyyətlə radio) hədəfləyən qüvvətli bir ötürücü. Siqnalın daşınma şəkli ən sıx elektromexaniki dalğa olmaq üzrə səs, işıq (UV-dən IR-yə qədər) də ola bilər. Alıcının həssas olduğu bant aralığında yüksək gücdə siqnalı qəbul edərək alıcının giriş nötəsinin bütün bant üçün təzyiqlənməsini təmin edir və alıcını “karlaşdırar”. Siqnal boğucu, alıcıda seçicilik və həssaslıq xüsusiyyətlərini hədəf alır. Q faktoru yüksək alıcılar bu cür maneə törətmələrə qarşı daha müqavimətlidirlər. Əsasən aşağıdakı yerlərdə tətbiq olunur: İctimaiyyətdə yüksək səslə radio-tv dinləmələrinə maneə törətmək. Kino, konsert, teatr kimi cib telefonlarının istifadəsinin qadağan olunduğu mühitlərdə nizamı təmin etmək üçün. Uzaqdan idarə edilən alətlərin işinə maneə törədilməsi. Uzaqdan idarə edilən bombaların əvvəlcədən atılması ya da bloklanması.
Moxave telefon köşkü
Moxave telefon köşkü — Kaliforniyada, Moxave səhrasında yaxınlıqda işləyən yerli geoloqlar və şaxtaçılar üçün quraşdırılan telefon köşkü. Ən yaxın şose yolundan 24 km, ən yaxın yaşayış məntəqəsindən isə onlarla km məsafədə yerləşirdi. İlk vaxtlar onun nömrəsi +1-714-733-9969 idi, sonra kod 619-a, daha sonra isə 760-a dəyişdirildi. Köşk 1948-ci ildə yaxınlıqda işləyən şaxtaçılar üçün quraşdırılmışdır. 1997-ci ildə Dyuis (Deuce) adlı bir şəxs köşk haqqında öyrənir və ona cavab verilənə qədər köşkə zəng etməyə başlayır. Hər səhər Dyuis üzünü qırxarkən güzgünün kənarına yapışdırdığı və üzərində "Sən bu gün Moxavenin ortasında yerləşən köşkə zəng etməyi unutmamısan?" cümləsini yazdığı yapışqanı görürdü. O, zəngləri ta ki Lorin (Lorene) adlı birisi ona cavab verənə qədər düz bir ay müddətində davam etdirir. Öz əhvalatını öz saytında paylaşandan sonra Moxavedəki köşk qısa bir zamanda məşhurluq qazanır. Köşkün həvəskarları cavab almaq ümidiylə ora zəng edir, zənglərə cavab vermək üçün ora gedir, həmçinin ismarış qoyurdular. Zamanla köşk bütünlüklə qraffitilərlə örtüldü.
İctimai telefon şəbəkəsi
İctimai telefon şəbəkəsi (ing. public switched telephone network; PSTN) — milli, regional və ya lokal telefon operatorları tərəfindən idarə olunan dünya telefon şəbəkələrinin məcmusu. Bu ictimai telekommunikasiya üçün infrastruktur və xidmətlər təqdim edir. Şəbəkə telefon xətlərindən, fiber optik kabellərdən, mikrodalğalı ötürmə xətlərindən, mobil şəbəkələrdən, rabitə peyklərindən və mərkəzi ofislər, şəbəkə tandemləri və beynəlxalq şlüzlər kimi kommutasiya mərkəzləri ilə bir-birinə bağlanan sualtı telefon kabellərindən ibarətdir ki, bu da telefon istifadəçilərinin bir-birləri ilə əlaqə saxlamasına imkan verir. Əvvəlcə stasionar analoq telefon sistemləri şəbəkəsi olan PSTN öz əsas şəbəkəsində demək olar ki, tamamilə rəqəmsaldır, mobil və simsiz şəbəkələri əhatə edir. Şəbəkələrin qurulması və müştərilərə xidmətlərin satışı şəbəkə operatorlarının üzərinə düşür. PSTN xidmətləri göstərmək üçün birləşən ilk şirkət ABŞ-də "Bell Telephone Company" olmuşdur. Bununla belə, bəzi ölkələrdə telefon şəbəkələrinin təmin edilməsi işi hökumətin üzərinə düşürdü, çünki tələb olunan sərmayə çox böyük idi və telefon xidmətinin göstərilməsi getdikcə vacib ictimai xidmətə çevrilmişdi. Məsələn, Birləşmiş Krallıqda Baş Poçt İdarəsi bir sıra özəl şirkətləri bir araya gətirərək vahid milliləşdirilmiş şirkət yaratmışdı. Daha son onilliklərdə bu dövlət inhisarları özəlləşdirmə yolu ilə bölünmüş və ya satılmışdır.
Telefon köşkü (film)
Telefon köşkü (ing. Phone Booth) — 2002-ci ildə çəkilmiş amerikan filmi. Bir telefon zəngi insanın həyatını həm dəyişə, həm də söndürə bilər. Filmin qəhrəmanı Styu Şeferd telefon köşkünün əsirinə çevrilir. Filmdə snayperin öldürməklə hədələdiyi adamdan bəhs olunur. Styu Şeferd və ya sadəcə Styu (Kolin Farrel) telefon köşkünə girir və telefonu götürərkən naməlum şəxs deyir ki,əgər o köşkdən çıxsa o öləcək... Filmdəki hadisələr real zamanda baş verir-film hadisələrin baş verdiyi ilk dəqiqədən son dəqiqəyədək tam təsvir olunur. Filmdəki hadisələr Nyu-Yorkda baş versə də film Los-Ancelesdə çəkilmişdir. Baş rol Cim Kerri, Uill Smit, Mel Gibson, Toni Kertisə qismət ola bilərdi. Maykl Bey filmin rejissoru ola bilərdi.
Putinə telefon zəngi
Putinə telefon zəngi (rus. звонок Путину) — bəzi Rusiya polis idarələri tərəfindən insanın qulaq məmələrinə, burnuna və ya cinsiyyət orqanlarına elektrik cərəyanı vurmaqdan ibarət işgəncə metodu üçün istifadə olunan jarqon termin. "Amnesty International" təşkilatının məlumatına görə, Rusiyada təhlükəsizlik qüvvələri və həbsxana, həbsxana və cəzaçəkmə koloniyalarının mühafizəçiləri tərəfindən elektrik şoku ilə işgəncələr adi haldır. Bu üsul 2006-cı ildə saxta qurbanı olduğu iddia edilən qurbanı sağ və salamat ikən qətldə ittiham olunan Aleksey Mixeyevin işini təsvir edən nəşrlərdə geniş yayılmışdır. İddia edilən "telefon zəngi" işgəncəsindən sağ çıxdıqdan sonra işgəncə verənlərdən xilas olmaq üçün üçüncü mərtəbənin pəncərəsindən atlamışdır. Yıxılma onurğa beyninin zədələnməsi ilə nəticələnib və Mixeyev iflic olmuşdur. Onun işi Fransanın Strasburq şəhərindəki Avropa İnsan Haqları Məhkəməsinə aparılmış və Rusiya hökumətinə qarşı Məhkəməyə gətirilən "işgəncə işində ilk ciddi qələbə" kimi diqqəti cəlb etmişdir. Rusiya 24 fevral 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücuma başladıqdan sonra Rusiya qüvvələri tərəfindən elektrik şoku ilə işgəncələrə məruz qalması ilə bağlı çoxlu məlumatlar verilmişdir. Xersondan olan Oksana Minenko Rusiya əsgərlərinin ona elektrik cərəyanı ilə işgəncə verdiyini və işgəncəni "Zelenskiyə telefon zəngi" adlandırdıqlarını bildirmişdir.
Azərbaycanın telefon kodları
Azərbaycanın telefon kodları məqaləsi Azərbaycandakı telefon kodları və telefon nömrələmə sistemi haqqında məlumat verir. Azərbaycanda telefon kodları və telefon nömrələmə sistemi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tənzimlənir. Ən aktiv və istifadə edilən kodlar Bakı (-012) və Sumqayıt (-018) kodlarıdır. == Siyahı == === Bakı === === Sumqayıt === === Bakı toll === === Şirvan regionu === === Qarabağ regionu === a Ləğv olunaraq Tərtər rayonuna daxil edilən Ağdərə rayonunun köhnə kodu 148 olub. === Quba regionu === === Şəki regionu === === Lənkəran regionu === === Şuşa regionu === === Naxçıvan Muxtar Respublikası === == Mənbə == AZƏRBAYCAN ŞƏHƏRLƏRİNİN TELEFON KODLARI Arxivləşdirilib 2009-11-05 at the Wayback Machine == Xarici keçidlər == ANS PRESS. "Azərbaycanda yeni telefon kodları tədbiq ediləcək (Siyahı)" (az.). anspress.com. 04.07.2011 13:46. İstifadə tarixi: 2014-06-12.
Telefon köşkü(film)
Beynəlxalq telefon kodları
A B C Ç D E Ə F G H X İ K L M N O Ö P Q R S Ş T U Ü V Y Z
Pulsuz-xətt telefon nömrəsi
Ödənişsiz bir telefon nömrəsi və ya pulsuz telefon nömrəsi, mənşə telefon abunəçisinə ödəniş etmək əvəzinə gələn bütün zənglər üçün hesablanmış bir telefon nömrəsidir . Zəng edən tərəf üçün şəhər telefonundan pulsuz nömrəyə zəng etmək pulsuzdur. Pulsuz zənglər 0120, 800, 0800, 888, 866, 877, 855, 844, 833 və ya 1‑800 nömrəsi 909 (ərazi) kimi coğrafi ərazi koduna bənzər bir yığım prefiksi ilə müəyyən edilir. Xüsusi xidmət giriş nömrələri ölkəyə görə dəyişir. Telefon şəbəkələri elektro-mexaniki zəng keçidindən tamamilə kompüterləşdirilmiş saxlanılan proqram nəzarət şəbəkələrinə keçdikdə pulsuz xidmətlərin xüsusiyyətləri inkişaf etmişdir. Başlanğıcda, çağırılan tərəfə göndərilən zəng, bir telefon şirkəti operatoru vasitəsi ilə bir toplama zəngi olaraq göndərilməli idi . Operator zəngi əl ilə tamamlamadan əvvəl məsafədəki nömrədə ödənişlərin qəbul olunmasını təmin etməli idi. Bir neçə iri müəssisə və dövlət idarəsi çox sayda toplama çağırışı aldı, bu da operatorlar üçün çox vaxt aparırdı. Avtomatlaşdırılmış pulsuz xidmətin inkişafından əvvəl bir çox telefon şirkəti zəng edən pulsuz xidmətin manual versiyasını təqdim etdi. Operator tərəfindən edilən pulsuz danışıq nümunələri arasında 1950-ci illərdə ABŞ-da və Kanadada təqdim olunan Zenith nömrəsi və 1960-cı ildə İngilis Poçt Ofisi tərəfindən təqdim olunan orijinal "Freephone" xidməti var.
Qazaxıstan telefon nömrələmə planı
Qazaxıstan telefon nömrələmə planı — Qazaxıstandakı ümumi telefon şəbəkəsinin müxtəlif istifadəçilərinə ayrılmış telefon nömrələri, xüsusi nömrələr və telefon danışıqları üçün digər yığım xüsusiyyətləri. Verilən bir telefon şəbəkəsinin istifadəçilərinin bütün beynəlxalq nömrələri ortaq bir başlanğıc +7 - prefiks və ya ölkə yığma kodu adlanır. Qazaxıstanda beynəlxalq kod +7 ilə dörd səviyyəli açıq nömrələmə planı Rusiya ilə birlikdə istifadə olunur. +7 6XX və +7 7XX (X = 0-dan 9-a) aralıkları Qazaxıstana verilir. Abunəçilərin mobil nömrələri (yəni +7 prefiksi olmadan) mobil operator kodu (3 rəqəm) və abunəçi nömrəsini (7 rəqəm) əhatə edən 10 rəqəmdən ibarətdir. Müvafiq olaraq üç, dörd və beş sahə kodu olan beş, altı və yeddi rəqəmli şəhərlərarası telefon nömrələri mövcuddur. Qazaxıstan qapalı nömrələmə planından istifadə edir, yəni +7 və ya 8 prefiksini və çağrılan abunənin tam nömrəsini yığmalısınız və 8 kodu yalnız ölkə daxilində istifadə edilə bilər. 101 yanğınsöndürmə xidməti 102 polis 103 təcili yardım 104 təcili qaz xidməti 105 dəmir yolunun istinad və məlumat portalı Suyun, elektrik enerjisinin və s. Kəsilmələri üçün 109 dispetçer xidməti (Almatı) 112 xilasetmə xidməti 118 pulsuz məlumat xidməti 123 Ödənişli sorğu xidməti 150 Uşaq və gənclər üçün milli yardım xətti (Bütün operatorlardan pulsuz) 160 istehlakçı dəstək mərkəzi Kazakhtelecom 165 mərkəzləşdirilmiş təmir bürosu Kazaktelekom 169 Pulsuz məlumat xidməti 188 Pullu sorğu xidməti 191 Əlaqə Mərkəzi Transtelecom 195 Kazaktelekomun şəxsi hesabının qalığı barədə məlumat almaq (Karaqanda şəhəri istisna olmaqla) 196 Kazaktelekomun şəxsi hesabının qalığına dair məlumatların alınması (Karaqanda şəhəri üçün) Qeyd: müxtəlif xidmətlər üçün qısa nömrələr 3, 4 və ya 5 rəqəm ola bilər və həmişə bir rəqəmlə başlayır. Sahə kodu üç rəqəmdən ibarətdir.
Telefon köşkü (film, 2002)
Telefon köşkü (ing. Phone Booth) — 2002-ci ildə çəkilmiş amerikan filmi. Bir telefon zəngi insanın həyatını həm dəyişə, həm də söndürə bilər. Filmin qəhrəmanı Styu Şeferd telefon köşkünün əsirinə çevrilir. Filmdə snayperin öldürməklə hədələdiyi adamdan bəhs olunur. Styu Şeferd və ya sadəcə Styu (Kolin Farrel) telefon köşkünə girir və telefonu götürərkən naməlum şəxs deyir ki,əgər o köşkdən çıxsa o öləcək... Filmdəki hadisələr real zamanda baş verir-film hadisələrin baş verdiyi ilk dəqiqədən son dəqiqəyədək tam təsvir olunur. Filmdəki hadisələr Nyu-Yorkda baş versə də film Los-Ancelesdə çəkilmişdir. Baş rol Cim Kerri, Uill Smit, Mel Gibson, Toni Kertisə qismət ola bilərdi. Maykl Bey filmin rejissoru ola bilərdi.
Mobil telefon nəsillərinin siyahısı
Bu mobil telekommunikasiyadakı nəsillərin siyahısıdır. * texnologiyanın ən son və optimal iterasiyası ** əvvəlcə 4G hesab edilmirdi, lakin 4G-yə yenidən baxıldıqdan sonra onlar da daxil edildi Mobil şəbəkədən əvvəlki (və ya bəzən sıfırıncı nəsil, yəni 0G) sistemlər kimi istinad edilir. Mobil şəbəkə texnologiyasının birinci nəslinin mobil rabitə və 1980-ci illərdə tətbiq edilmiş və 2G ilə əvəz edilmiş mobil telekommunikasiya standartıdır. Bu iki mobil şəbəkə və mobil nəsil arasındakı əsas fərq ondan ibarətdir ki, 1G audio ötürmə şəbəkəsi analoq, 2G isə tamamilə rəqəmsaldır. 2G (və ya 2-G) özündən əvvəlkilərə nisbətən üç əsas üstünlük təmin edir: telefon danışıqları rəqəmsal olaraq şifrələnir, spektrdə əhəmiyyətli dərəcədə daha səmərəlidir və mobil telefonlarda daha yüksək nüfuzetmə səviyyəsi təmin edir. 2G SMS (ing. Short Message Service) sadə mətn əsaslı mesajlardan başlayaraq mobil üçün data xidmətləri təqdim edir. 2G texnologiyaları müxtəlif mobil telefon şəbəkələrinə mətn mesajları, şəkilli mesajlar və MMS (Multimedia Mesaj Xidməti) kimi xidmətlər təqdim etməyə imkan verir. Onun 3 əsas xidməti var: Daşıyıcı xidmətlərdən biri də məlumat xidmətləri və kommunikasiya kimi tanınır. İkinci nəsil 2G mobil telekommunikasiya şəbəkələri 1991-ci ildə Finlandiyada Radiolinja (indiki Elisa Oyj-un bir hissəsi) tərəfindən GSM standartında kommersiya olaraq istifadəyə verilmişdir.
Teleqram
Teleqram (yun. τηλέ — uzaq, γραμμα — yazı) — teleqraf vasitəsilə ötürülən məlumat. 21 oktyabr 1832-ci ildə dünyada ilk teleqram Pavel Lvoviç Şillinqin (Baron Pavel L'vovitch Schilling) Sankt-Peterburqdakı mənzilində yerləşdirilmiş elektromaqnit teleqraf aparatından göndərilmişdir. Bu teleqramın mətni on sözdən ibarət idi. 6 yanvar 1836-cı ildə amerikalı ixtiraçı və rəssam Samuel Morze (Samuel Morse) Nyu-Cersi ştatının Morristaun şəhərində teleqraf aparatını nümayiş etdirmiş və bu aparat vasitəsilə özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Teleqramın ötürmə məsafəsi 3 km-ə yaxın, mətni isə bir neçə sözdən ibarət idi: “A patient waiter is no loser” (“Səbr edən heç vaxt uduzmur”). Bu tarixdən etibarən bütün dünyada məlumatın teleqraf vasitə- silə ötürülməsində standart kimi Morze əlifbasından istifadə edilməyə başlanmışdır. Əlifbanın hər bir hərfi nöqtə və tirelərdən ibarət idi. Bu işarələrin müxtəlif say və ardıcıllığı müəyyən hərf bildirirdi. Morzenin quraşdırdığı 60 kilometrlik teleqram xətti ilk dəfə prezident seçkilərinə dair məlumatların verilməsində istifadə olunmuşdur.
Abunəçi teleqrafı
Abunəçi teleqrafı — teleqraf rabitəsinin növlərindən biri. Bu, abunəçilər arasında teleqraf mesajlarının birbaşa ikitərəfli mübadiləsinə xidmət edir. Abunəçilər həm təşkilatlar, həm də fiziki şəxslər ola bilər. Abunəçi teleqrafı adi teleqrafla müqayisədə məlumatın daha tez çatdırılmasını təmin edir. Mesajlar iki naqilli xətt üzrə birbaşa cərəyanla ötürülür, abonentlərin qoşulması abonent teleqraf şəbəkəsinin kommutasiya stansiyalarında həyata keçirilir. Terminal avadanlığı teletayp) lent və ya rulon printeri, cavab verən maşın, zəng cihazından ibarətdir. Abunəçi teleqraf xidmətini təşkil etməyin başqa bir yolu mesajların telefon xətti üzərindən ton siqnalı ilə ötürülməsinə əsaslanır.
Peyk telefonu
Peyk telefonu — Dünyanın orbitində olan ünsiyyət məqsədli peykləri istifadə edərək əlaqə və ünsiyyət təmin edən bir növ mobil telefondur. Cib telefonları ilə bənzər iş prinsipiylə işləyirlər; danışıq, sms və aşağı sürətli internet xidməti təmin edirlər. Cib telefonlarından fərqli olaraq hər hansı bir baza stansiyasına ehtiyac duymadan birbaşa peyk ilə əlaqə qururlar. Peyk telefonlarının qapalı məkanlarda rabitə potensiyalı çox aşağıdır. Bir bina içərisində peyk telefonuyla keyfiyyətli bir danışıq etmək üçün pəncərə önünə yönəlmək və ya dama çıxmaq lazım ola bilər. Peyk telefonu almadan əvvəl firmanın əhatə sahəsini öyrənərək ehtiyaca uyğun bir telefon təmin etmək məsləhət görülür. Bəzi telefonların əhatə dairəsi bütün dünyanı, bəziləri isə yalnız müəyyən edilmiş bir ərazi üçün nəzərdə tutulub.
Qapı telefonu
Qapı telefonu - daxili şəbəkədən istifadə edən telefon xətti. Xətt telefon şəbəkəsi ilə bağlı deyil. Çox vaxt səsucaldan ilə təchiz olunur və eyni binanın daxilində qısa məsafələrdə rabitəni təmin edir. Elektron qurğu danışma qurğusuna zəng blok siqnalı verən qurğudur. Bir-abunəçi və çox-abunəçi qurğularına bölünür. Elektromexanika həm də elektron tip kimi avtomatik bağlayan qurğularla (AZANI) təchiz edilmiş ola bilər. Əlaqənin ötürülməsinin üsulu üzrə: məftil və ya radiosiqnaldır. Qapı telefonlarının ən mürəkkəbləri vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakının qorunması üçün çoxmənzilli evlərin bloklarına qurulur. Müasir çoxmənzilli domofonlar aşağıdakı qurğularla və funksiyalarla təchiz edilmişdir: Audio və video - mənzildə danışma qurğusuyla blokda zəng əlaqəsi. Daxili İşlər Nazirliyinin və ya FHN-ın pultuna nəticəylə mühafizə və yanğın söndürən siqnalizasiyalarının sistemlərinin qoyulması.
Etimad telefonu
Etimad telefonu (rus. Телефон Доверия) — Azərbaycan filmi. == Məzmun == Filmdə gender probleminə toxunulmuşdur. Filmin qəhrəmanı Rəna (Fatimə İbrahimbəyova) gənckən zorlama qurbanı olur. Bu travma onun ömürlük faciəsinə çevrilir. İllər keçəndən sonra onun başına bu oyunu gətirən adamla (Fəxrəddin Manafov) rastlaşdıqda Rəna başına gələn hadisələri yalnız etimad telefonuna danışa bilir. == Film haqqında == Film YUNESKO-nun sifarişi ilə çəkilmişdir. Filmin büdcəsi 12000 dollardır.
Telegram
Telegram — qlobal olaraq pulsuz, kross platforma, bulud əsaslı ani mesajlaşma xidmətidir. Xidmət həmçinin ucdan-uca şifrələnmiş söhbətlər və video zənglər, VoIP, fayl paylaşımı və bir sıra digər funksiyalar təqdim edir. O, İOS üçün 14 avqust 2013-cü ildə, Android üçün 2013-cü ilin oktyabrında istifadəyə verilmişdir. Telegram serverləri məlumat yükünü azaltmaq üçün müxtəlif bölgələrdəki beş məlumat mərkəzi ilə bütün dünyaya yayılmışdır. Əməliyyat mərkəzi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yerləşir. Layihə VKontakte-nin yaradıcısı Pavel Durov tərəfindən hazırlanmışdır. İdeya 2011-ci ildə yaranmışdır, Pavelə qardaşı Nikolay ilə elə bir əlaqə vasitəsi lazım idi ki, hökumət orqanları onların yazışmalarını oxuya bilməsin. Nikolay mesajların şifrələnməsi üçün MTPROTO sistemini hazırlamışdır, Pavel isə layihəni maliyyələşdirir və rəhbərlik edir. Şirkətin işçilərinin də əksəriyyəti VKontakte-nin keçmiş işçiləri olmuşdur. Şirkət hal-hazırda Dubayda yerləşir.
Telegram (servis)
Telegram — qlobal olaraq pulsuz, kross platforma, bulud əsaslı ani mesajlaşma xidmətidir. Xidmət həmçinin ucdan-uca şifrələnmiş söhbətlər və video zənglər, VoIP, fayl paylaşımı və bir sıra digər funksiyalar təqdim edir. O, İOS üçün 14 avqust 2013-cü ildə, Android üçün 2013-cü ilin oktyabrında istifadəyə verilmişdir. Telegram serverləri məlumat yükünü azaltmaq üçün müxtəlif bölgələrdəki beş məlumat mərkəzi ilə bütün dünyaya yayılmışdır. Əməliyyat mərkəzi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yerləşir. Layihə VKontakte-nin yaradıcısı Pavel Durov tərəfindən hazırlanmışdır. İdeya 2011-ci ildə yaranmışdır, Pavelə qardaşı Nikolay ilə elə bir əlaqə vasitəsi lazım idi ki, hökumət orqanları onların yazışmalarını oxuya bilməsin. Nikolay mesajların şifrələnməsi üçün MTPROTO sistemini hazırlamışdır, Pavel isə layihəni maliyyələşdirir və rəhbərlik edir. Şirkətin işçilərinin də əksəriyyəti VKontakte-nin keçmiş işçiləri olmuşdur. Şirkət hal-hazırda Dubayda yerləşir.
Zimmermanın teleqramı
Zimmermanın teleqramı — 1917-ci ilin yanvarında Almaniya Xarici İşlər Nazirliyi tərəfindən göndərilən və ABŞ Almaniyaya qarşı Birinci Dünya müharibəsinə girdiyi təqdirdə Almaniya imperiyası ilə Meksika arasında hərbi ittifaq təklif edən gizli diplomatik teleqram. Almaniyanın köməyi ilə Meksika Texas, Arizona və Nyu-Meksiko ştatlarını ələ keçirəcəkdi. Teleqram Britaniya kəşfiyyatı tərəfindən ələ keçirilib. Məzmunun üzə çıxması amerikalıları xüsusən Almaniyanın Xarici İşlər üzrə Dövlət katibi Artur Zimmerman martın 3-də teleqramın həqiqi olduğunu açıq şəkildə etiraf etdikdən sonra qəzəbləndirdi. Bu, 1917-ci ilin aprelində ABŞ-nin Almaniyaya müharibə elan etməsinə dəstək yaratmağa kömək etdi. Şifrənin açılması Birinci Dünya müharibəsi zamanı Britaniya üçün ən əhəmiyyətli kəşfiyyat zəfəri kimi təsvir edilmişdir və bu elektron kəşfiyyatın dünyaya təsir göstərdiyi ən erkən hadisələrdən biri kimi qeyd olunub. Mesaj 1917-ci il yanvarın 17-də Almaniya imperiyasının Xarici İşlər Nazirliyinin dövlət katibi Artur Zimmermann tərəfindən göndərilmiş şifrəli teleqram şəklində gəlmişdi. Mesaj Almaniyanın Meksikadakı səfiri Henrix von Ekkardta göndərilirdi. Zimmerman bu teleqramı Almaniyanın fevralın 1-də sərhədsiz sualtı müharibəsinin bərpası ərəfəsində göndərdi, Almaniya hökuməti bunun ABŞ ilə müharibəyə səbəb olacağını güman edirdi. Teleqramda Ekkarda göstəriş verilirdi ki, əgər ABŞ müharibəyə girəcəyinə əmin olsa, o, Almaniyadan maliyyələşəcək hərbi ittifaq təklifi ilə Meksika hökumətinə müraciət etməlidir.
Telamon
Telamon (q.yun. Τελαμών — sözün həqiqi mənasında "daşıyıcı", kökü τληναι sözünə bağlıdır) — qədim yunan mifologiyasında Eak və Endeidanın oğlu (və ya Ferekidə əsasən, Aktey və Qlavkanın), Peleyin qardaşı və Böyük Ayaks, Tevkr Telamonid və Trambelin atası; həm də Miltiadin mifik əcdadı. Salamin adasının hökmdarı."İliada" və "Odissey" (XI 468) əsərlərində onun haqqında bir neçə dəfə bəhs olunur. Onun "Telamon" adı qala qalxanı üçün istifadə edilən toqqalı lentin adıdır, hansı ki həmçinin "dayaq, dəstək" mənasını verirdi. O, bir arqonavt idi, qardaşı ilə sol bortda burun avarlarında oturmuşdur. Peliusa görə keçirilən cənazə oyunlarında disk atışında qələbə qazandı. Kalidon ovunun iştirakçısı olmuşdur. Anasının təhriki ilə Peleylə birlikdə qardaşı Foku öldürdü, bunun nəticəsində o, Salaminə Kixreyin yanına qaçmağa məcbur oldu, hansı ki onu cinayətdən təmizlədi və Salamin səltənətinin varisi etdi. Qardaşı Foku öldürdüyü üçün atası tərəfindən Eginadan qovuldu. Salamində məskunlaşdı və Alkafoyun qızı Peribeya ilə evləndi və Eant adlı oğlu oldu.
Telegraph Group
"Telegraph Media Group Limited" ("TMG"; əvvəllər "Telegraph Group") — Birləşmiş Krallıq şirkəti. Şirkət "The Daily Telegraph" və "The Sunday Telegraph" qəzetlərinin sahibidir. Devid və Frederik Barkley aylarla davam edən gərgin tender və məhkəmə çəkişmələrindən sonra şirkəti 30 iyul 2004-cü ildə ABŞ biznesmeni Konrad Blekin nəzarətində olan "Hollinger Inc." şirkətindən satın almışdır.r. 2015-ci ildə "TMG" 51 milyon funt-sterlinq əməliyyat mənfəəti əldə etmişdir. "The Guardian"a sızan yoxlanılmamış hesablara görə, vergidən əvvəl mənfəət 47 milyon funt sterlinq, 3 yanvar 2016-cı il tarixinədək 53 həftə ərzində dövriyyə isə 319 milyon funt sterlinq olmmuşdur. Əgər bu rəqəmlər doğrudursa, deməli, hər iki hesab üzrə 2014-cü il göstəricilərinə nisbətdə artım yaşanmışdır.