Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Teya
Teya və ya Bazileya (yun. Θεία, Αἴθρα; lat. diva digər adı yun. Βασίλεια - "şahanə, ilahiyanə") — yunan mifologiyasında titan ilahə, 12 əsas titandan biri, qardaşı Hiperionun arvadı, günəş tanrısı Heliosun, ay ilahəsi Selenanın və dan şəfəqi Eosun anası. == İstinadlar == == Mənbə == Karl Kerényi: Die Mythologie der Griechen. Die Götter- und Menschheitsgeschichten. dtv, ISBN 3-423-30030-2 Michael Köhlmeier: Klassische Sagen des Altertums. ORF, 1995, Edition Radio Literatur Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Tüyr
𐕜 (səslənməsi /t'/, transkripsiyası Ṭ, ṭ) — Alban əlifbasının 45-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. տիւր (Tiwr) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır və daha dəqiq adın "T'üwr" ola biləcəyini qeyd edir. Demək olar ki, bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki T' səsi ilə eyniləşdirirlər.
Eyr
Eyr-Nort — Avstraliyada ən böyük axarsız şor göl. Materikin quraq, səhralı cənub hissəsində, dəniz səviyyəsindən 16 m aşağıdadır. Yalnız yayda, ona çaylar töküldüyü vaxt su ilə dolur. Bu dövrdə sahəsi təqribən 15000 km²-ə çatır. İlin başqa fəsillərində quruyaraq, şoranlığa çevrilir. 1840-cı ildə gölü kəşf etmiş ingilis səyyahı C. Eyrin şərəfinə adlandırılmışdır. == Mənbə == Azərbaycan sovet ensiklopediyası Bakı 1979.
Tey
Tey — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == == Toponimikası == Toponim türk dilində "təpə" mənasında işlənən tey sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası == == Əhalisi == Kənddə 1873-cü ildə 126 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünün nəticəsində kəndi tərk etmişlər. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə adı ilə kənddə yaşayan azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Ceyn Eyr
Ceyn Eyr – Şarlotta Brontenin çapdan çıxmış ilk romanı. Ceyn Eyr – ədəbi qəhrəman. Ceyn Eyr – 1934-cü ildə çəkilmiş film. Ceyn Eyr – 1943-cü ildə çəkilmiş film. Rəhmsiz – 1952-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1970-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1973-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1983-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1996-cı ildə çəkilmiş film. Ceyn Eyr – 1997-ci ildə çəkilmiş film.
Adolf Tyer
Mari Jozef Lui Adolf Tyer (fr. Marie Joseph Louis Adolphe Thiers; 15 aprel 1797[…], Marsel, Fransa metropoliyası – 3 sentyabr 1877[…], Sen-Jermen-an-Le[d]) — fransız siyasi xadim və tarixçi. Böyük Fransa inqilabının tarixinə dair bir sıra əsərlərin müəllifi. İyul monarxiyası dövründə bir neçə dəfə Fransanın baş naziri olmuşdur. Üçüncü Fransa Respublikasının ilk (müvəqqəti, 1871-1873) prezidenti. == Prezidentliyi == 1871-ci ilin fevralında açılan Fransa Müəssislər Məclisi hökumətin təşkili məsələsinə baxdı. Fevral ayının 13-də hökumətin başçısı vəzifəsinə Adolf Tyer təyin olundu və Tyer bu vəzifədə 1872-ci ilin may ayına qədər qaldı. Tyer o zaman Avropada tanınmış siyasi xadimlərdən biri idi. Belə hesab edilirdi ki, onun bu vəzifəyə gətirilməsi Almaniya imperiyası ilə danışıqlarda uğurun əldə edilməsinə şərait yaradacaq, eyni zamanda A. Tyer ölkə daxilində siyasi qüvvələr arasında bir növ siyasi bir kompromisin əldə olunmasına nail olacaqdır. İcra hakimiyyətinin başçısı olan Adolf Tyer 1871-ci ilin avqust ayının 31-dən etibarən prezident adlanmağa başlandı.
Bəndər Deyr
Bəndər Dəyyer və ya Bəndər Deyr — İranın Buşehr ostanının şəhərlərindən və Dəyyer şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18 454 nəfər və 3 882 ailədən ibarət idi.
Deyr şəhristanı
Dəyyer şəhristanı və ya Deyr şəhristanı — İranın Buşehr ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Bəndər Dəyyer şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 48,488 nəfər və 10,036 ailədən ibarət idi.
Qeyr Landestad
Qeyr Landestad (17 yanvar 1945, Sulitjelma[d], Nurlann – 22 sentyabr 2023) — Norveç tarixçisidir və 2014-cü ilə qədər Olav Nyolstad vəzifəyə təyin edildiyi zamana qədər Norveç Nobel İnstitutunun direktoru vəzifəsində çalışmışdir. Bu qabiliyyətlə, Norveç Nobel Komitəsinin katibi vəzifəsini də icra etmişdir, lakin o, özü komitənin üzvü deyil.Landestad Sulitelmedə anadan olub, Oslo və Tromsyo Universitetlərində tarix təhsili alıb və 1970-ci ildə filologiya elmləri üzrə fəlsəfə doktoru dərəcəsi alıb,1976-cı ildə isə müvafiq olaraq doktorluq dərəcəsini qazanmışdır. 1974–1990-cı illərdə Norveç Nobel İnstitutu və Komitəsinə qoşulmazdan əvvəl Tromsyo Universitetində pedoqoq olmuşdur. Sonradan, Oslo Universitetində Beynəlxalq tarix ilə bağlı mühazirələr oxumuşdur. Landestad bir neçə il ABŞ-də Harvard Universitetində tədqiqatçı kimi də çalışmışdır. Landestad Norveç Elmlər Akademiyasının üzvüdür. == İstinadlar == == Ədəbiyyat == International Relations Since the end of the Cold War. New & Old Dimensions in International Relations. (edited by Lundestad, Oxford, 2013) The Rise and Decline of the American "Empire". Power and its Limits in Comparative Perspective.
Ralf Teyt
Ralf Teyt (ing. Ralph Tate; 11 mart 1840 – 20 sentyabr 1901, Cənubi Avstraliya) — Böyük Britaniya və Avstraliya botaniki və geoloqu. == Elmi fəaliyyəti == Ralf Teyt toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Samuel Peckworth Woodward, Ralph Tate, Joseph Wilson Lowry, A.N. Waterhouse. A Manual of the Mollusca, Being a Treatise on Recent and Fossil Shells. Harvard University, London, 1880. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == Serle, Percival (1949). «Tate, Ralph (1840—1901)». Dictionary of Australian Biography. Sydney: Angus and Robertson.
Steyr AUG
Steyr AUG Avstriya istehsalı hücum silahı. Steyr Mannlicher şirkəti tərəfindən istehsal olunur. AUG adı isə Armee Universal Gewehr yəni Universal Ordu Silahı.
Teyt Modern
Teyt Modern (ing. Tate Modern) — İngiltərənin paytaxtı Londonda yerləşən milli və beynəlxalq modern sənət əsərlərinin sərgiləndiyi muzey, dünyada ən çox ziyarət edilən sənət muzeylərindən biri. Teyt Briteyn, Teyt Liverpul, Teyt S.t İves və Teyt Onlayn ilə birlikdə sadəcə "Teyt" olaraq adlandırılır. == Tarixi == Teyt Moderndəki sənət qalereyaları orijinal olaraq fərqli funksiyalara sahibdir.1947-1963-cü illərdə memar Gil Gilbert Skott dizaynına görə bu bölgədə iki mərhələli inşaat ilə "Bankside Elektrik stansiyası" inşa etdi.1981-ci ildə isə bu elektrik stansiyası bağlandı. Quruluş memarlar qrupu olan Herzoq & de Meyron tərəfindən yenidən dizayn edilərək muzey kimi xidmət göstərməyə başladı.Muzeyin tikintisini isə "Karillion" adlı inşaat firması həyata keçirdi.
Teye-Arjanti
Teye-Arjanti (fr. Teillet-Argenty) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03279. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 517 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 331 nəfər (15-64 yaş) arasında 254 nəfər iqtisadi fəal, 77 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 76,7%, 1999-cu ildə bu 68.6%) idi. Fəal olan 254 nəfərdən 226 nəfər (128 kişi və 98 qadın), 28 nəfər işsiz (13 kişi və 15 qadın) idi. Aktiv olmayan 20 nəfər arasında şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Teyu (Fransa)
Teü (fr. Théus, oks. Teüs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05171. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 189 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 108 nəfərin (15-64 yaş arasında) 88 nəfəri iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 81.5%, 1999-cu ildə 71.7%). Fəal 88 nəfərdən 78 nəfəri (47 kişi və 31 qadın), 10 nəfəri işsizdir (3 kişi və 7 qadın).
Tyer (rayon)
Tyer (fr. Thiers) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Püi-de-Dom. Suprefektura — Tyer. Rayon əhalisi 2006-cı ildə 56 671 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 65 nəf / km². Rayon sahəsi — 866 km².
Virciniya Deyr
Virciniya Deyr (ing. Virginia Dare; 18 avqust 1587, Roanoke Koloniyası, Şimali Karolina – bilinmir, ən tezi 1587 və ya ehtimal ki, XVII əsr, Roanoke Koloniyası, Şimali Karolina) — Amerikada doğulan ilk ingilis.
Endrü Teyt
III. Emori Endryu Teyt (1 dekabr 1986-cı ildə anadan olub) İngilis və Amerika sosial media fenomeni, iş adamı və keçmiş peşəkar kikboksçudur. Teyt 2005-ci ildə kikboksinqə başlayıb və 2009-cu ildə ilk Prfesyonel qəlibəsini qazanıb. O, 2016-cı ildə Britaniyanın "Big Brother" realiti-şousuna qatıldıqda daha çox diqqət çəkib və sosial mediada yazdığı şərhlər mübahisələrə səbəb olduqdan sonra verilişdən kənarlaşdırılıb. Tate'in iddia edilənlərə görə qadın düşəməni şərhləri onun bir çox sosial media platformalarından silinməsinə səbəb olub.29 dekabr 2022-ci ildə Endryu və qardaşı Tristan iki qadınla birlikdə Rumıniyada həbs olundular; Hər dördü insan alverində və mütəşəkkil cinayətkar qrup yaratmaqda şübhəli bilinir. Rumıniya polisi iddia edir ki, qrup qurbanları sosial media üçün pullu pornoqrafiya yaratmağa məcbur edib. İstintaq davam etdiyi üçün martın 31-də dördü də ev dustaqlığına buraxılıb. İttiham aktı hələ təqdim edilməyib və prokurorlar işi məhkəməyə göndərmək üçün iyunun sonuna qədər vaxtlarının olduğunu bildiriblər. == Bioqrafiya == Emori Endryu Teyt III Vaşinqtonda anadan olub. Onun afro-amerikalı atası Emori Tate Jr. Beynəlxalq Şahmat Ustası idi.
Steyr TMP
TMP (ing. Tactical Machine Pistol – taktiki avtomatik tapança) — Avstriyanın Steyr Arms şirkəti tərəfindən istehsal olunan 9x19 mm Parabellum patronu üçün kameralı avtomatik tapança. Silahların seriyalı istehsalı 1992-ci ilin sonunda başladı.
Bas Ter
Bas Ter (fr. Basse-Terre) — Qvadelupa (Kiçik Antil adaları) adasında şəhər, Qvadelupanın inzibati mərkəzi. Sufrier vulkanının ətəyində yerləşir. Əhalisi 12 100 nəfərdir (2008). Dəniz limanı yoxdur. Ancaq dərinsulu lövbər dayanacağı mövcuddur. Şəhərdə şəkər istehsalı üstünlük təşkil edir. Ərazidən şəkər xam malı, banan, kofe, kakao və vanil daşınır. Şəhərin tanınmış insanlarından biri — fransız hərbiçisi və kompozitoru, dirijor, skripkaçı Bolon de Sen-Jorjdur. == Adlandırılması == «Basse-Terre» sözü fransız dilindən «düzənlik» kimi tələffüz olunur.
Eyr (şəhər)
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Eyr Aoy
Eyr Aoy (藍井 エイル, Aoi Eiru, d. 30 noyabr 1988, Sapporo) – SME Records ilə əməkdaşlıq edən Yaponiya müğənnisi. Niconico video paylaşma platforması sayəsində kəşf edildikdən sonra 2011-ci ildə ilk sinqlı olan "Memoria"nı buraxmışdır. "Memoria" "Fate/Zero" anime serialının birinci bağlanış mahnısı olmuşdur. Eyr Aoyun mahnıları "Fate/Zero", "Sword Art Online", "Kill la Kill", "The Heroic Legend of Arslan" kimi bir çox anime seriallarında və "Rank Okoku" kimi verilişlərdə istifadə olunmuşdur. O, həmçinin ABŞ, Cənub-şərqi Asiya və Avropada keçirilən anime tədbirlərində iştirak etmiş və çıxış etmişdir. 2016-cı ilin oktyabrında sağlamlığı ilə bağlı problemlərə görə 2016-cı ilin noyabrında Nippon Budokanda baş tutacaq iki günlük konsertdən sonra qeyri-müəyyən müddətliyinə musiqidən ayrılacağını bildirmişdir. 2018-ci ilin fevralında aprel ayından musiqi dünyasına qayıdacağını açıqlamışdır. == Bioqrafiya == Aoy mahnı oxumağa liseydə təhsil alarkən qurduğu qrupda başlayıb. Yaponiya video paylaşma platforması Niconico sayəsində kəşf edildikdən sonra 19 oktyabr 2011-ci ildə "Memoria" adlı ilk sinqlını buraxmışdır.
Eyr yarımadası
Eyr yarımadası (ing. Eyre Peninsula) — Avstraliyanın cənubunda yerləşən yarımada. Ölkənin ayrıca bir regionu. == Coğrafiyası == Eyr yarımadası Cənubi Avstraliya ştatının ərazisində yerləşir. Şərqdən Spenser körfəzi, qərbdən isə Böyük Avstraliya körfəzi ilə əhatələnir. Şimaldan isə Qoler dağı ilə əhatələnir. İqlim baxımından qərb rayonları quraq, cənub rayomnları isə mülayimdir. Yay ayları orta temperatur 25—29 °C, daxili rayonlarda 34 °C, qış ayları isə 15—18 °C olur. Noyabrdan aprelə qədər Eyrdə meşə yanğınları müşahisdə edilir. Yarımada ərazisində Linkoln, Koffin-Bey, Qoler Reynciz milli parkları vardır.
Eyr şəhəri
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Qrand Ter
Qrand Ter (fr. Grande Terre) — Yeni Kaledoniyanın ən iri və əsas adası. Adanı 1774-cü ildə britaniyalı səyyah Ceyms Kuk kəşf etmiş və Yeni Kaledoniya olaraq adlandırmışdır. Bu termin nəyinki bu adaya həmcinin onun ətrafındakı adalara da şamil olunur. Yerliklər isə adanı "Le Kayya" olaraq adlandırırdılar. Adada ən iri yaşayış məntəqəsi Numeadır. O həmdə Fransanın dəniz arxası ərazisi olan Yeni Kaledoniyanın mərkəzidir. Ada Sakit okeanın tropik qurşağında yerləşir. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Mərkəzi silsilə tropik meşələrlə örtülüdür.
Deyr-Yasin qətliamı
Deyr-Yasin qətliamı — 1948-ci il 9 aprel hadisələri gedişində ərəblərin Deyr-Yasin kəndi sionist-revizionistlərin radikal təşkilatlarına aid olan yəhudi yarım hərbi silahlı dəstələri İrgun və Lehi tərəfindən tutuldu. Kəndə edilən hücum nəticəsində, müxtəlif hesablamalara görə, 107-dən 254-ə qədər kənd sakini öldürülmüş, 12 nəfər yaralanmışdır. Təcavüzkarların bölmələri ümumilikdə 132 nəfər dəstə üzvü olmaqla 5 nəfərin öldüyünü və 50 nəfərin yaralandığını bildirmişdir.Bir sıra İsrail mənbələrinə görə, "Deyr-Yasindəki qırğın" ifadəsi obyektiv deyil, təbliğat və Fələstin təssübkeşliyi məqsədi daşıyır.Hadisənin şahidlərinin ifadələri və qiymətləndirmə son dərəcə ziddiyyətlidir. == Ümumi məlumat == Təsvir edilən hadisələr Birləşmiş Millətlər Təşkilatının Fələstinin ərəb və yəhudi dövlətlərinə bölünməsi planının 1947-ci il noyabrın 29-da qəbul etdikdən sonra baş verdi, lakin bu ingilislərin Fələstin tərəfindən idarə edilməsinin və İsrail dövlətinin elan edilməsindən əvvəl (14 may 1948) olmuşdur. Qətnaməyə görə Qüds bu dövlətlərin heç birinə mənsub olmamalı və beynəlxalq nəzarət altında yerləşməli idi. Deyr-Yasin BMT planına görə, Qüds bölgəsinin bir hissəsi idi. Ərəb Dövlətləri Liqası və Fələstin Yüksək Ərəb Şurası da daxil olmaqla ərəb liderləri BMT-nin Fələstini bölüşdürmək planını qəti şəkildə rədd etdilər və bunun həyata keçirilməsinə mane olmaq üçün bütün səylərini göstərəcəklərini bildirdilər. Yəhudi və ərəb hərbiləşdirilmiş qrupları arasındakı lokal qarşıdurmalar genişmiqyaslı bir müharibəyə çevrilməyə başladı. Münaqişənin ilk mərhələsində ərəblərin planlarına yəhudi dövlətinin yaranmasının qarşısının alınması və 1948-ci il mayın 14-də İsrailin müstəqillik elan edildiyi andan - onun tamamilə məhv edilməsi ("yəhudiləri dənizə atmaq") və bütün Fələstinin Suriya, Transiordaniya və Misir arasında bölünməsi daxil idi. BMT qətnaməsinin qəbulundan cəmi dörd ay sonra 884 yəhudi öldürülmüşdü.
TƏİR
Tank əleyhinə idarəolunan raket (TƏİR) (ingiliscə: anti-tank guided missile (ATGM), və ya anti-tank guided weapon (ATGW)) tankların məhv edilməsi məqsədilə hazırlanmış silahdır. Bu raketlərin əsas vəzifəsi tank və ya digər zirehli döyüş maşınlarını vurmaq və məhv etməkdir. TƏİR-lər əsasən atəş məsafələrinə görə bir nəfər tərəfindən çiyindən, və ya bir birlik tərəfindən qurulan üçayaqlı qurğulardan, həmçinin helikopterlərdən də atıla bilir. Birinci nəsil TƏİR-lər hədəfi tapmaq üçün komanda qolu kimi bir alətlə operator vasitəsilə hədəfi tapa bilirdi. Ancaq, bu iş üçün operatorun yaxşı təcrübəsinin olması və raketin uçuşu zamanı hərəkətsiz qalması lazım gəlirdi. İkinci nəsil TƏİR-lərdə isə hədəf vurulana qədər operatorun nişangahı hədəfdən ayırmaması lazım idi. Bu sistemlərdə raketi idarə etmək üçün kabel, radio siqnalı, lazer işarələnməsi və ya raketə yerləşdirilən TV kamerasından istifadə olunurdu. Bu raketlərə ABŞ istehsalı TOW raketləri misal ola bilər. Ancaq, bu nəsil silahlarda da operatorun sabit qalması lazım gəlirdi. Çox inkişaf etmiş üçüncü nəsil TƏİR-lər isə lazer, elektronik görüş sistemlərindən istifadə olunur.
Tər
Tər — tər vəzləri vasitəsilə duz və üzvi maddələrdən yaranan su məhlulu. Tərin yaranması bir çox bioloji varlıqlarda termotənzimləyici rolunu oynayır. Tər həmçinin, məməlilər arasında sosial-bioloji prosesdə informasiya ötürülməsində əhəmiyyətli rol oynayır. Tərlə feremonlar və bir çox bioloji aktiv maddələr çıxarılır. İnsanda ən çox vəzlər əldədir — bir kvadrat santimetrdə 600 ədəddir. Tər subyektin cinsindən asılı olaraq həm cəlb edə, həm də ikrah hissi yarada bilər. Sağlam və təmiz insanda tər iy vermir. Tərin xüsusi iyi insan bədənində yaşayan bakteriyalar çoxalanda yaranır. == Ədəbiyyat == Ferner S, Koszmagk R, Lehmann A, Heilmann W (1990). "[Reference values of Na(+) and Cl(-) concentrations in adult sweat]".
Ceyn Eyr (müzikl)
Ceyn Eyr - 2000-ci ildə çəkilən müzikldır. Yazıçı Con Kayrd, bəstəkarı isə Pol Qordandır. == İstehsal tarixi == Müzikl seminarı 1995-ci ildə ABŞ-nin Nyu-York şəhərində yerləşən "Manhattan Theatre Club" adlı klubda keçirilmişdir. Bu seminarda müzikl tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Müziklın ilk premyerası Kanadanın Toronto şəhərində "Royal Alexandra Theatre" adlı teatrda 1996-cı ildə keçirilmişdir. Rəsmi açılışı isə Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən "Brooks Atkinson Theatre" adlı teatrda 10 dekabr 2000-ci il tarixində baş tutmuş və bağlanış mərasimi 10 iyun 2001-ci il tarixində son yetmişdir. "Ceyn Eyr" müziklın London premyerası "Royal Academy of Music" konservatoriyasında 2007-ci ilin iyun ayında keçirilmişdir.
Ceyn Eyr (personaj)
Ceyn Eyr — Şarlotta Brontenin Ceyn Eyr əsərindəki baş qəhrəmandır. Hekayə Ceynin körpəlik və uşaqlıq illərində yetim qalması, əvvəlcə müəllim, sonra isə qubernator kimi işləməsi və işə götürən, sirli və əhvalı-ruhiyyəli Edvard Roçesterlə romantik münasibətindən bəhs edir. Jane tənqidçilər tərəfindən etibarlılığı, güclü düşüncəsi və fərdiliyi ilə qeyd olunur. Müəllif, adi bədii və bəlkə də qismən avtobioqrafik qəhrəmanlardan fərqli olaraq, Ceynini qəsdən yaraşıqsız bir fiqur kimi yaratmışdır. Jane, romantik və feminist yazılara göstərdiyi təsirə görə oxucular tərəfindən tənqidi bəyənmələrə görə məşhur bir ədəbiyyat xadimidir. Roman teatr, kino və televiziya da daxil olmaqla bir sıra başqa formalara uyğunlaşdırılmışdır. Ceyn Eyr ana tərəfdən dayısı və varlı arvadı xanım Ridlə yaşayan yetimdir. Cənab Ridin ölümündən sonra onun arvadı Ceynə qulluq etmək üçün qalır. Jane, Jane qayğısının yeganə səbəbinin xeyriyyəçilik olduğunu iddia edərkən ondan inciyən, ona etinasızlıq göstərən və sui-istifadə edən xalası tərəfindən pis rəftar edilir, bu da Ceynin Rid ailəsinə qarşı ümumi qəzəbinə səbəb olur. Böyük əmisi oğlu Con ilə şiddətli mübahisədən sonra Ceyn Qırmızı Otağa, cənab Ridin öldüyü və Ceynin təqib edildiyinə inandığı otağa qapanır.
Ceyn Eyr (roman)
Ceyn Eyr (ing. Jane Eyre) — 16 oktyabr 1847-ci ildə İngiltərənin "Smith, Elder & Co." nəşriyyatı tərəfindən nəşr olunmuş əsərdir. Bu əsər Şarlotta Brontenin ilk çapdan çıxmış romanıdır. == Süjet == Ceyn Eyrin valideynləri dünyadan köçdükdən sonra dayısı Cənab Rid onu öz himayəsi altında alır, lakin bir müddət sonra Cənab Rid dünyadan köçür və dayısının həyat yoldaşı olan Sara Ridin himayəsi altına keçir. Ceyn Eyr 10 yaşında olan zəif bir uşaqdır. Evdə yaşayanlardan hamısının ondan xoşları gəlmirdi. Bu səbəbdən evdə yaşayanlar onu pansion məktəbə göndərməyə qərar verirlər. Ceyn Eyr evi birdəfəlik tərk edərək, məktəbə gedir. O, bir xidmətçi tərəfindən qarşılanır. Ceyn Eyr buranı öz evinə bənzədir.
Ceyn Eyr (film, 1934)
Ceyn Eyr (ing. Jane Eyre) — 1934-cü ildə rejissor Kristi Kaban tərəfindən məhəbbət janrında çəkilmiş ağ-qara filmdir. Bu film Ceyn Eyr əsərinin ilk səsli ekranlaşdırılmış filmidir. Filmin məzmunu romandan fərqli cəhətləri ilə seçilir. == Rollarda == == Xarici keçidlər == Jane Eyre — Internet Movie Database saytında.
Ceyn Eyr (film, 1943)
Ceyn Eyr (ing. Jane Eyre) — 1943-cü ildə Robert Stivenson tərəfindən məhəbbət janrında çəkilmiş filmdir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Ceyn Eyr — Internet Movie Database saytında.
Ceyn Eyr (film, 1970)
Ceyn Eyr (ing. Jane Eyre) — 1970-ci ildə məhəbbət janrında çəkilmiş film. Film Ceyn Eyr əsərinin mövzusu əsasında çəkilmişdir. Film 1972-ci ildə Emmi mükafatına layiq görülmüşdür. == Məzmun == Ceyn Eyr valideynləri itirən bir uşaqdır. Ceyn Eyr internat məktəbində oxuyur və buranı bitirdikdən sonra Roçester ailəsində mürəbbiyə kimi işləməyə başlayır. Br müddət Roçester ondan xoşlanmasa da zaman keçdikcə Ceyn Eyr Roçesterin bəraətini qazanmağa başlayır. Onlar arasında sevgi münasibətləri başlayır. Roçester Ceyn Eyr ilə evlənməyə hazırlaşır. Lakin bu zaman Roçesterin gizli saxladığı mövzu haqqında Ceyn Eyr xəbər tutur.
Ceyn Eyr (film, 1996)
Ceyn Eyr (ing. Jane Eyre) — 1996-cı ildə məhəbbət janrında çəkilmiş filmdir. Film Şarlotta Brontenin "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Ceyn Eyr — Internet Movie Database saytında.
Ceyn Eyr (film, 1997)
Ceyn Eyr (ing. Jane Eyre) — 1997-ci ildə istehsal olunmuş Böyük Britaniya filmidir. Film Şarlotte Brontenin "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir. == Rollarda == == Xarici keçidlər == Ceyn Eyr — Internet Movie Database saytında.
Ceyn Eyr (film, 2011)
Ceyn Eyr (ing. Jane Eyre) — 2011-ci ildə Keri Fukunaka tərəfindən məhəbbət janrında çəkilmiş filmdir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Ceyn Eyr — Internet Movie Database saytında.
Ceyn Eyr (miniserial, 1983)
Ceyn Eyr (ing. Jane Eyre) - 1983-cü ildə Böyük Britaniyanın BBC kanalında yayımlanan televiziya serialıdır. Televiziya serialı Şarlotta Brontenin eyniadlı əsəri əsasında çəkilmişdir. Bu mini-serial "BBC" kanalının "Ceyn Eyr" əsəri əsasında hazırladığı ikinci televiziya serialıdır. Bundan əvvəl "BBC" kanalı 1973-cü ildə Ceyn Eyr mini-serialını istehsal etmişdir. Hər iki televiziya serialının süjeti, demək olar ki, kitabın məzmunu ilə eynidir. İlk hazırlanan müddətdə mini-serial 11 seriyadan ibarət olmuşdur. Lakin ilk dəfə olaraq 18 aprel 2005-ci il tarixində DVD-də çıxan mini-serial, hər seriyanın davam etmə müddəti 60 dəqiqə olmaqla 4 seriyadan ibarətdir. Bütün seriyaların davam etmə müddəti ümumi olaraq 239 dəqiqədən ibarətdir. "Ceyn Eyr" televiziya serialında, kiçikliyi və kədərli xatirələrlə dolu olan gənc bir qadının, zəngin bir İngilis ziyalısı olan Cənab Roçesterin yanına mürəbbiyə olaraq yerləşməsi, iki insanın aralarında keçən dramatik və romantik hadisələrindən söhbət açılır.
Ceyn Eyr (miniserial, 2006)
Ceyn Eyr (ing. Jane Eyre) - 2006-cı ildə Böyük Britaniyanın BBC kanalında yayımlanan mini-serialdır. Mini-serialın ümumi davam etmə müddəti 240 dəqiqədir. == Xarici keçidlər == Ceyn Eyr — Internet Movie Database saytında.
Ceyn Eyr (teleserial, 1983)
Ceyn Eyr (ing. Jane Eyre) - 1983-cü ildə Böyük Britaniyanın BBC kanalında yayımlanan televiziya serialıdır. Televiziya serialı Şarlotta Brontenin eyniadlı əsəri əsasında çəkilmişdir. Bu mini-serial "BBC" kanalının "Ceyn Eyr" əsəri əsasında hazırladığı ikinci televiziya serialıdır. Bundan əvvəl "BBC" kanalı 1973-cü ildə Ceyn Eyr mini-serialını istehsal etmişdir. Hər iki televiziya serialının süjeti, demək olar ki, kitabın məzmunu ilə eynidir. İlk hazırlanan müddətdə mini-serial 11 seriyadan ibarət olmuşdur. Lakin ilk dəfə olaraq 18 aprel 2005-ci il tarixində DVD-də çıxan mini-serial, hər seriyanın davam etmə müddəti 60 dəqiqə olmaqla 4 seriyadan ibarətdir. Bütün seriyaların davam etmə müddəti ümumi olaraq 239 dəqiqədən ibarətdir. "Ceyn Eyr" televiziya serialında, kiçikliyi və kədərli xatirələrlə dolu olan gənc bir qadının, zəngin bir İngilis ziyalısı olan Cənab Roçesterin yanına mürəbbiyə olaraq yerləşməsi, iki insanın aralarında keçən dramatik və romantik hadisələrindən söhbət açılır.
Ceyn Eyr (teleserial, 1997)
Ceyn Eyr (ing. Jane Eyre) — 1997-ci ildə istehsal olunmuş Böyük Britaniya filmidir. Film Şarlotte Brontenin "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir. == Rollarda == == Xarici keçidlər == Ceyn Eyr — Internet Movie Database saytında.
Spayk (TƏİR)
Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). == Variantları == Spayk-SR "Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub.
Təll-Təmr
Təll-Təmr (bəzi mənbələrdə Tel-Tamer; ərəb. تل تمر‎‎, kürd. Girê Xurma, klass. süry. ܬܠ ܬܡܪ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin eyniadlı rayonunda qəsəbə, Təll-Təmr nahiyəsinin inzibati mərkəzi. İlkin olaraq, XX əsrdə aysorların yaşadığı qəsəbənin əhalisinin əksəriyyəti hal-hazırda kürdlərdən təşkil olunmuşdur və son vaxtlarda qəsəbəyə ərəblər köçmüşdür, ancaq aysorlar hələ də qəsəbədə əhəmiyyətli bir icmadır. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir.Xabur çayının sahilində, Hələb–Mosul magistrial yolu üzərində, eləcə də Əl-Həsəkə və Türkiyənin Diyarbəkir şəhərlərinin birləşdirən əhəmiyyətli bir yol üzərində yerləşən qəsəbə regionda nəqliyyat baxımından yüksək əhəmiyyət daşıyır. == Coğrafiya == Təll-Təmr Suriyanın şimalındakı Cəzirənin Yuxarı Xabur Vadisində, Xabur çayının şərq sahilində yerləşir. Qəsəbə Rəsulayn şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə, Əl-Həsəkə şəhərindən isə 40 kilometr (25 mil) şimal-qərbdə yerləşir. Hələb–Mosul magistrial Təll-Təmr qəsəbəsinin əhəmiyyətli bir nəqliyyat mərkəzinə çevirir.