Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dying To Try
Dying To Try (azərb. Cəhd etməyə can atmaq‎) — İrlandiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.. Brendan Mürrey "Dying to Try" mahnısı ilə İrlandiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Yörqen Elofsson və Ceyms Nyuman tərəfindən bəstələnmişdir.
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?, Yaponiyada tanınan adı ilə Dungeon ni Deai wo Motomeru no wa Machigatteiru Darou ka (ダンジョンに出会いを求めるのは間違っているだろうか, azərb. Zindanda qız tutmağa çalışmaq düz deyil?‎) və ya qısaca DanMachi (ダンまち?) — Suzuhito Yasudanın rəssamlığı ilə Fucino Omori tərəfindən yazılmış ranobe seriyası. SB Creative 2013-cü ilin yanvarında GA Bunko imprinti altında 19 cildini buraxmışdır. Ranobe seriyası əsasında 1 spin-off ranobesi və 2 manqa adaptasiyası istehsal olunmuşdur. J.C.Staff studiyası tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 4 aprel 2015-ci ildən 27 iyun 2015-ci ilə kimi yayımlanmışdır. 7 dekabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2018-ci ilin fevralında ikinci mövsümü və orijinal film adaptasiyası anons edilmişdir.Bundan əlavə "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" adlı spin-off ranobesi 2014-cü ilin yanvarında, "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Familia Chronicle!" (Nilitsunun rəssamlığı ilə) adlı spin-off ranobesi 2017-ci ilin martında nəşr olunmağa başlamışdır. Hər iki ranobe manqa adaptasiyası əldə etmişdir. "Sword Oratoria" əsasında 2017-ci ildə anime serialı adaptasiyası çəkilmişdir. == Məzmun == === Dünya === Hadisələr Orario adlı uydurma ölkədə baş verir.
Antreq-syur-Tryuyer
Antreq-sür-Trüyer (fr. Entraygues-sur-Truyère, oks. Entraigas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Antreq-sür-Trüyer kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12094. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 33 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1171 nəfər təşkil edirdi. == İdarəetmə == == İqtisadiyyat == 2007-ci ildə 644 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 448 nəfər iqtisadi cəhətdən fəal, 196 nəfər fəaliyyətsizdir (fəaliyyət nisbəti 69.6%, 1999-cu ildə 67.5%).
Antreq-syur-Tryuyer (kanton)
Antreq-sür-Trüyer (fr. Entraygues-sur-Truyère) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1211. Antreq-sür-Trüyer kantonuna cəmi 5 kommuna daxildir, onlardan ən əsası Antreq-sür-Trüyer kommunasıdır. == Kantonun kommunları == == Əhali == 1999-cu ildə əhalinin sayı 2 548 nəfər təşkil edirdi.
Bulbophyllum tryssum
Bulbophyllum tryssum (lat. Bulbophyllum tryssum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Ceki Çan: Mənim tryuklarım (film, 1999)
Ceki Çan: Mənim tryuklarım (ing. Jackie Chan: My Stunts, çin. 成龍:我的特技) — 1999-cu ildə Ceki Çanın kaskadyorluqları, döyüşləri və digər əlaqəli şeylər və bunları necə icra etdiyi haqqında sənədli filmdir. Ceki film boyu müxtəlif döyüş səhnələrini büdcəyə uyğun şəkildə necə icra edəcəyinə dair sürətli təlimatlar verir. == Heyət == Ceki Çan — özü Ron Smurenbur — özü Kvan Yun — özü Yuan Byao — özü Danieli Çau Leuben Landon === Ceki Çan Tryuk komandası === Ken Lo — özü Bred Allan — özü Paul Andreovski — özü Mars — özü Antoni Karpio — özü Nikki Li — özü Rokki Li — özü Conni Çeun — özü Luis Keun — özü Sam Vun — özü Çan Manasçin — özü Endi Çen — özü Rokki Çeun — özü = Həmçinin bax = Ceki Çan Ceki Çan: Mənim hekayəm == Xarici keçidlər == "Ceki Çan: Mənim tryuklarım" Internet Movie Datebase saytında.
Le-Tryuel
Le-Trüel (fr. Le Truel, oks. Lo Truèlh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12284. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 37 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 345 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 185 yaşda olan (15–64 yaş arasında) 121 nəfər iqtisadi fəal, 64 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,4%, 1999-cu ildə 64,0%).
This Is Me Trying
"This Is Me Trying" (kiçik hərflərlə stilləşdirilmiş) — amerikalı müğənni-bəstəkar Taylor Sviftin mahnısı. Mahnı onun 24 iyul 2020-ci ildə Republic Records tərəfindən yayımlanmış səkkizinci studiya albomu olanFolklore-un doqquzuncu trekidir. "This Is Me Trying" Svift və Cek Antonoff tərəfindən yazılmış, istehsal prosesində isə onlar arasında Co Elvin də yer almışdır. Mahnı orqan, yavaş templi təbil və nəfəs alətlərində ifa olunan orkestr pop və drim-pop janrındadır. "This Is Me Trying" "üç fərqli personajın baxış bucağından" yazılmışdır. Svift özü mahnının sözlərində 2016-2017-ci illərdə yaşadığı hisslərə yer vermişdir. Mahnıdakı hekayəni danışan şəxs "dağıdıcı təsirin rədd edilməsi" perspektivini təsvir edir. Svift başqasının onun haqqındakı nöqteyi-nəzərini qəbul edərək trekin hekayə danışanı kimi gizlənməyə çalışmışdır. O, 2020-ci ildə hazırladığı Folklore: The Long Pond Studio Sessions adlı sənədli filmində mahnının alkoqolizmə də toxunduğunu söyləmişdir. Tənqidçilər mahnının istehsalını və sözlərini, bəziləri isə Sviftin vokal performansını tərifləmişdirlər.
Tryodlaskaqi
Tryodlaskaqi yarımadası (isl. Tröllaskagi) — İslandiya ərazisində yerləşən yarımada. Tryodlaskaqi yarımadası İslandiyanın şimalında yerləşir. Şimaldan Qrenland dənizi, şərqdən Eyya-fiord, qərbdən isə Skaqa-fiordla əhatələnmişdir. Yarımadanın şərqində İslandiyanın ən böyük şəhərlərindən biri olan Akyureyri yerləşir. Yarımada ərazisi bir dağlıq platodur. Ətaziində dəniz səviyyəsindən 1000 metr yüksəkliyi olan dağlar mövcuddur. Ən hündür zirvəsi Kerlinq vulkanı 1538 metr yüksəkliyə malikdir. İri yaşayış məntəqələri ancaq sahil ərazilərində yerləşir. Ən iri yaşayış məntəqələri:Dalvik, Xofsous, Siqlyufordyur, Oulafsfordyur.
Tryoxluçevoy adası
Tryoxluçevoy adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adı üçbucaq formaya malik olması ilə əlaqədar verilmişdir. == Yerləşməsi == Arxipelaqın şərqində, Qrehem-Bell adası sahilində yerləşir. Ondan qumlu dayazlıqla ayrılır. Üçbucaq formasına malikdir. Uzunluğu 3 km-dir.
Tryoxqornu
Tryoxqornu (rus. Трёхгорный, tərc. "Üç dağlı") — Rusiyanın Çelyabinsk vilayətində şəhərdir. Qapalı şəhər olaraq, Tryoxqornu şəhər bölgəsi yaradır. 2019-cu ildə şəhərin əhalisi 32 613 nəfərdən ibarət idi.
Trypanasomatidae
Trypanasomatidae (lat. Trypanasomatidae) — İbtidailərin Euglenozoa tipinə daxil olan fəsilədir. == Xarakterik əlamətləri == Kiçik ölçülü qamçılardır. Bədənləri uzunsov, hər iki ucda sivridir. Bədəni sitoplazma, nüvə, kinetoplast, undulyasiya edən membran və qamçıdan ibarətdir. Tripanazomlara bir çox onurğalı heyvanların qanında rast gəlmək olur. Quru onurğalılarında onların keçiriciləri ikiqanadlı həşəratlar, gənələr, triatom taxtabitiləri; su onurğalılarında isə qansoran zəlilərdir. == Yayılması == Keçmiş SSRİ ərazisində insanların tripanazomlarla yoluxması qeyd edilməmişdir. Ancaq iribuynuzlu mal-qarada bu qamçılılar aşkar edilmişdir. Azərbaycanda Trypanasoma və Leishmania cinslərindən olan Trypanasoma theileri Laveran – Lənkəran zonasında və Zurnabad yaxınlığında iribuynuzlu mal-qarada; T.lewisi Kent – Bakı ətrafında boz siçovulda; T. Rabinovitschi Brumpt – Dağlıq Qarabağda mişovulda; T. Vulgaris Zuhs – Abşeron yarımadasında və Zurnabad yaxınlığında ərəbdovşanında və tülküdə; T. Pestanci Zuhs – porsuqda; T. İngens Bateman et Mackie – cüyürdə; T. Loricatum (Mayer), T.mega Dutton et Todd, T.neveulemairie Brumpt, T. Pipinetis Diamond, T. Rotatorium Mayer – Kür çayı vadisində, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində, Aşıq Bayramlı və Yekəxana su anbarında, Ağgöl, Sarısu, Nohur, Candar göllərində göl qurbağasında; T. Avium Danilewsky – göycəqarğada, qızılı qızlarquşunda və şanapipikdə; T. Dschunkowskyi Tartakowsky – zığzığda; T. Matisi Sergent – kənd qaranquşunda; Trypanosoma sp.
Trypanosoma ataevi
Tripanasoma atayevi (lat. Trypanosoma ataevi ) — Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən iri, ilanvari, uzunsov və sivriləşmiş sonluqla qurtarır, enli titrək membranı var. Qamçının sərbəst ucu qısadır, bədənin yarı uzunluğunu keçmir. Bədənin arxasında yerləşən nüvə bədənin eni böyüklükdədir. Kinetoplast arxa tərəfdən uzaq yerləşib. Bədədnin uzunluğu 16.0-38.0, eni – 1.5-3.0, titrək membranın eni 1.0-2.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.5-4.8, kinetoplastdan nüvəyə - 6.0-11.8, nüvədən ön qutaracağadək – 7.0-19.8, nüvəni uzunluğu 2.0-4.0, nüvənin eni – 1.0-3.0 mkm-dir. == Həyat tərzi == Xulu balığların spesifik parazitidir. Sahibi: mərmər xuludur. == Yayılması == Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Trypanosoma carassii
Tripanasoma karasiya (lat. Trypanosoma carassii )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən nazik və və uzunsovdur, ilanabənzər sıxılmış, sivriləşmiş arxa qutaracağa malikdir, yaxşı inkişaf etmiş titrək membranı var, çox nadir hallarda bədən orta hissədə yoğunlaşmış olur. Kinetoplastdan arxa tərəfdən uzaq yerləşib. Bədənin uzunluğu 13.0-60.0, eni – 0.8-6.0, titrək membranın eni 0.7-2.2, qamçının sərbəst hissəsinin uzunluğu 9.0-22.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.2- 3.0, kinetoplastdan nüvəyə - 0.9-19.8, nüvədən ön qutaracağadək – 3.7-22.0, nüvəni uzunluğu 1.3-4.5, nüvənin eni – 0.9-2.8 mkm-dir. == Yayılması == Tripanasoma karasiya Lənkəran çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Sahibləri: qafqaz ilişkəni, durna balığı, lil və çəki balığı balıqlarıdır.
Trypanosoma ibragimov
Trypanosoma ibragimovi - Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədəni uzunsov, ilanvari, iti sonluqludur. Kinetoplast orta ölçülüdür, bədənin arxa hissəsini tamamilə tutur. Bu növün əsas əlamətidir. Bədənin uzunluğu 32.0–39.5, eni isə 2.0–4.9, kinetoplast, arxa qutaracağa qədər olan məsafə 0.1–0.5, kinetoplast ölçüsü 0.6–1.1, kinetoplastdan nüvəyə qədər olan məsafə — 12.0–18.8. Nüvə yumru və ya tlipsvaridir, bədənin ortasındadır, bəzilərində önə tərəf yaxınlaşıb. Nüvəsinin uzunluğu 3.0–4.6, azur-eozinlə çahrayı boyanır, nüvədən önə qədər məsafə 12.0–17.0, titrək membranı ensizdir, eni 0.6–1.2, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 11.5–15.0 mkmdir. == Yayılması == Trypanosoma ibragimovi əsasən Dəvəçi limanınnda yayılmışdır. == Həyat tərzi == Elm üçün yeni növ kimi verilib. Sahibi: göl qurbağası Pelophylax ridibundus (Pallas).
Trypanosoma ibragimovi
Trypanosoma ibragimovi - Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədəni uzunsov, ilanvari, iti sonluqludur. Kinetoplast orta ölçülüdür, bədənin arxa hissəsini tamamilə tutur. Bu növün əsas əlamətidir. Bədənin uzunluğu 32.0–39.5, eni isə 2.0–4.9, kinetoplast, arxa qutaracağa qədər olan məsafə 0.1–0.5, kinetoplast ölçüsü 0.6–1.1, kinetoplastdan nüvəyə qədər olan məsafə — 12.0–18.8. Nüvə yumru və ya tlipsvaridir, bədənin ortasındadır, bəzilərində önə tərəf yaxınlaşıb. Nüvəsinin uzunluğu 3.0–4.6, azur-eozinlə çahrayı boyanır, nüvədən önə qədər məsafə 12.0–17.0, titrək membranı ensizdir, eni 0.6–1.2, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 11.5–15.0 mkmdir. == Yayılması == Trypanosoma ibragimovi əsasən Dəvəçi limanınnda yayılmışdır. == Həyat tərzi == Elm üçün yeni növ kimi verilib. Sahibi: göl qurbağası Pelophylax ridibundus (Pallas).
Trypanosoma loricatum
Trypanosoma loricatum (lat. Trypanosoma loricatum )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Trypanosoma loricatum Monomorfik tripanosom ellips və ya oval bədən quruluşuna malikdir, səthi kələ-kötürdür. Bədənin hər iki tərəfi yumurulanmışdır. Titrək membran çoxlu qatlara malikdir. Kinetoplast nisbətən iridir, arxa tərəftədir, nüvədən uzaqda yerləşir. Nüvə dairəvidir. Kinetoplast və nüvə çox vaxt bədənin periferik hissəsində yerləşir. Qamçı çox vaxt görünmür. Bədədnin uzunluğu 32.0-59.0, eni – 23.0-26.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 13.0-24.0, kinetoplastın ölçüsü 1.0-1.1, kinetoplastdan nüvəyə qədər olan məsafə - 1.0-4.3.
Trypanosoma luciopercae
Trypanosoma luciopercae (lat. Trypanosoma luciopercae ) — Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən uzun, ilanvari və orta hissədən yoğunlaşmışdır. Arxa qutaracaq yumurlanıb. Titrək membranı zəif inkişaf edib. Qamçının sərbəst hissəsi bədənin yarı uzunluğunu keçmir. Yumru kiçik nüvə bədənin ön yarısında yerləşir. Kinetoplast arxa qurtaracağa çox yaxın yerləşir. Bədədnin uzunluğu 27.0- 44.7, eni – 2.3-5.1, titrək membranın eni 0.2-1.0, qamçının sərbəst hissəsinin uzunluğu 11.0-15.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.6- 1.0, kinetoplastdan nüvəyə - 10.5-18.0, nüvədən ön qutaracağadək – 7.5-15.0, nüvəni uzunluğu 1.7- 4.0, nüvənin eni – 1.0-2.7 mkm-dir. == Yayılması == Trypanosoma luciopercae Şəmkir su anbarı və Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Trypanosoma markewitschi
Tripanasoma markeviçi (lat. Trypanosoma markewitschi Lubinsky in )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən uzun, ilanvari, orta hissədən qalınlaşmışdır. Arxa qurtaracaq sivridir. Titrək membranı çox ensizdir. Qamçının sərbəst hissəsi ya görünür, ya da bədənin arxa hissəsindədir. Kürə və ya elipsvari nüvə ya ortada, ya da bədənin arxa hissəsindədir. Kinetoplast kiçikdir – 0.5-0.9 mkm . Bədənin uzunluğu 27.0- 38.0, eni – 2.0-4.5, titrək membranın eni 0.4-1.5, qamçının sərbəst hissəsinin uzunluğu 3.5-5.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.2- 2.5, kinetoplastdan nüvəyə - 12.0-18.0, nüvədən ön qutaracağadək – 10.8-18.5, nüvəni uzunluğu 2.5- 4.0, nüvənin eni – 1.5-3.0 mkm. == Yayılması == Tripanasoma markeviçi Şəmkir su anbarı su anbarında yayılmışdır.
Trypanosoma mega
Tripanasoma meqa (lat. Trypanosoma mega )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Tripanasoma meqa Bədəni ortadan qalınlaşmış, orta ölçülüdür. Ön və arxadan daralmışdır. Titrək membran orta hissədədir. Sitoplazma dənəlidir, bənövşəyi rəngə boyanır. Bədənin uzunluğu 60.5-68.0, eni – 6.0-12.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 18.7-22.7, kinetoplastın ölçüsü 0.8-1.2, kinetoplastdan nüvəyə qədər olan məsafə - 2.0-6.0. Nüvəni uzunluğu 5.0- 8.0, nüvənin eni 2.2-4.5, nüvədən ön qutaracağadək 31.0-40.0, titrək membranın eni 0.8-2.5, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 11.0-15.0 mkm-dir. == Yayılması == Tripanasoma meqa Qarayazı gölü, Nohurqışlaq su anbarı və Dəvəçi limanında yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir.
Trypanosoma mikailovi
Tripanasoma Mikayılov (lat. Trypanosoma mikailovi) — Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Tripanasoma Mikayılov Bədəni uzun, ilanvari, uclardan itidir. Titrək membran çox enlidir, bədənin demək olar ki, ortasından başlayır və bir neşə qat əmələ gətirir. Bəzən kinetoplast seçilmir. Nüvə ellipsvaridir. Nüvənin kənarında ləkənin olması onun xarakterik əlamətidir. Ləkə rənglənmir. Bədənin uzunluğu 81.0-106.5, eni – 8.0-14.5, Kinetoplast orta ölçülüdür 0.8-1.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 28.3-47.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 4.5-16.5. Nüvəni uzunluğu 4.0- 5.1, nüvənin eni 3.0-4.0, nüvədən ön qutaracağadək 32.0-50.0, titrək membranın eni 2.0-4.6, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 7.0-9.0 mkm-dir.
Trypanosoma neveulemairei
Trypanosoma neveulemairei (lat. Trypanosoma neveulemairei )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Trypanosoma neveulemairei Bədəni çox uzun, ilanabənzər, hər iki ucdan itidir. Titrək membran orta endə, çoxlu qatlar əmələ gətirir. Sitoplazma dənəvaridir, bənövşəyi rəngə boyanır. Arxa tərəf kinetoplasta qədər zəif boyanır. Bədənin uzunluğu 107.0-152.3, eni – 5.9-13.0, kinetoplast orta ölçülüdür 0.6-1.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 28.3-63.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 5.0-10.3. Nüvəni uzunluğu 5.6- 10.0, nüvənin eni 3.2-6.0, nüvədən ön qutaracağadək 62.2-81.0, titrək membranın eni 1.0-2.5, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 5.0-14.0 mkm-dir. == Yayılması == Kür çayı, Araz çay, Qanıxçay, Qarayazı gölü, Çınqıl karxanası, Ağgöl, Naxalıqçala gölü, Qanlıgöl; Şəmkir, Nohurqışlaq, Aşıqbayramlı, Yekəxana su anbarları, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir.
Trypanosoma percae
Tripanasoma Persale (lat. Trypanosoma percae )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Bədən iri, uzunsov, ilanvari, öndən yastı, arxa kör çıxıntılı ensiz titrək membranlıdır. Qamçının sərbəst ucu nisbətən kiçikdir. Ön tərəfdə yerləşən dairəvi nüvənin eni bədənin enindən azdır. Kinetoplast bədənin arxa hissəsinə yaxın yerləşib. Bədədnin uzunluğu 22.0- 61.4, eni – 2.0-8.0, titrək membranın eni 0.5-0.9, qamçının sərbəst hissəsinin uzunluğu 3.4-17.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 0.2- 2.0, kinetoplastdan nüvəyə - 6.8-18.5, nüvədən ön qutaracağadək – 7.0-15.0, nüvəni uzunluğu 2.4- 6.1, nüvənin eni – 2.0- 6.8 mkm-dir. == Yayılması == Tripanasoma Persale Kür çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Xanı balığının spesifik parazitidir.
Trypanosoma pipientis
Trypanosoma pipientis (lat. Trypanosoma pipientis )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Trypanosoma pipientis Bədəni orta ölçülü, uclardan iti, ilanvaridir. Sitoplazma dənəvaridir, açıq bənövşəyi rəngə boyanır. Bədənin uzunluğu 30.0-53.0, eni – 1.8- 4.2, kinetoplast orta ölçülüdür 0.7-1.3, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.3-9.8, kinetoplastdan nüvəyə qədər olan məsafə - 7.5-13.9. Nüvə dairəvi, ellipsvaridir, çox vaxt bədənin orta hissəsində yerləşir, onun uzunluğu 2.4-5.0, nüvənin eni 1.2-3.9, nüvədən ön qutaracağadək 12.5- 29.0, titrək membranın eni 0.9-2.1, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 10.0-19.0 mkm-dir. == Yayılması == Qarayazı gölü, Ağgöl, Naxalıqçala gölü, Yekəxana su anbarları, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Sahibləri: göl qurbağası Pelophylax ridibundus, ağac qurbağası - Hyla arboreadır.
Trypanosoma rotatorium
Trypanosoma rotatorium (lat. Trypanosoma rotatorium -Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Trypanosoma rotatorium Bədən uzunsov, ön hissə dairəvaridir. Nüvə uzunsovdur və ya dairəvaridir. Kinetoplast kiçik ölçülü, ellips formasındadır. Titrək memranı enlidir, 5-6 büküş əmələ qətirir. Qamçının sərbəst hissəsinin uzunluğu bədənin ½ hissəsinin uzunluğunu keçmir. Sitoplazma dənəvərdir, bənövşəyi rəngə boyanır. Bədənin uzunluğu 35.0-46.5, eni – 8.8–13.5, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 1.3-9.8, kinetoplastdan nüvəyə qədər olan məsafə - 3.5-6.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 0.7-2.2, nüvənin uzunluğu 11.0-18.0, nüvədən ön qutaracağadək 13.0- 16.0, qamçının uzunluğu 16.0-29.0 mkm-dir. == Yayılması == Kür çayı, Araz çayı, Şəmkirçay, Qarayazı gölü, Çınqıl karxanası, Ağgöl, Naxalıqçala gölü, Şəmkir, Nohurqışlaq, Aşıqbayramlı, Yekəxana su anbarlarında yayılmışdır.
Cry
Cry — Maykl Ceksonun 2001-ci ildə çıxardığı onuncu və sonuncu studio albomu olan Invincible albomundan olan sinql. Mahnı R&B ifaçısı və bəstəkar, həmçinin Ceksonun 1995-ci ildə çıxardığı sinqlı "You Are Not Alone" mahnısının müəllifi olan R. Kelly tərəfindən yazılmışdır. Mahnının prodüserliyi isə Ceksonun özü və R. Kelly tərəfindən edilmişdir. 2001-ci ilin dekabrında çıxarılmış sinql "Invincible" albomundan olan üçüncü sinqldır. "Cry" dünyanın önəmli problemlərindən bəhs edən R&B balladadır. Mahnının sözləri insanları dünyanı xilas etməyə çağırır. Mayklın bu səpkidə olan bir neçə əvvəlki mahnıları kimi bu əsər də insanları sülhə və çevrəçiliyə çağırır. Sinql ikiüzlü çıxarılmış, B-üzdə "Shout" və "Streetwalker" mahnıları təqdim edilmişdir. "Cry" musiqi tənqidçiləri tərəfindən müxtəlif rəylər almışdır. Beynəlxalq səviyyədə də sinql orta səviyyəli nəticə göstərmiş, hit oaradlarda yüksəldiyi ən yüksək mövqe Niderlanda on altıncı pillə, ən aşağı nəticə isə Avstriyada olmuşdur.
THY
Türk Hava Yolları (qısaca: THY) — Türkiyə Respublikasında fəaliyyət göstərən beynəlxalq hava yolları şirkəti. Mərkəzi İstanbul hava limanıdır. 20 may 1933-cü ildə qurulub.
TRT
Türkiyə Radio və Televiziya Qurumu və ya qısaca TRT —
Tly
Tly — talış dilinin Beynəlxalq Standartlaşdırma Qurumu (ISO) tərəfindən yaradılmış kodu. ISO 639-3 kodudur.
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. == Tarixi == Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Tey
Tey — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == == Toponimikası == Toponim türk dilində "təpə" mənasında işlənən tey sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası == == Əhalisi == Kənddə 1873-cü ildə 126 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünün nəticəsində kəndi tərk etmişlər. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə adı ilə kənddə yaşayan azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir.
ARY Zindagi
ARY Zindagi — "ARY Digital Network" şirkətinin sahibləndiyi Pakistan özəl əyləncə telekanalı. Telekanal Hindistan, Pakistan və Türkiyə proqramlarını yayımlayır. ARY Zindagi ilk dəfə AsiaSat 3S 105.5 Degree East peyki ilə sınaq testi olaraq 5 aprel 2014-cü ildə yayımlanmışdır. Telekanal əsas yayımına 11 aprel 2014-cü ildə başlamışdır. Telekanal "ARY Zauq" telekanalının əvəzinə yaradılmışdır.
Ben Tre
Bençe — Vyetnamın cənubunda, Mekonq deltası sahəsində yerləşən şəhər, Bençe vilayətinin mərkəzi və bələdiyyəsi. Şəhər 65,75 km2 ərazini əhatə edir və 143 639 nəfər (2009-cu il) əhalisi var.
Dağlarda toy
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur.Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır. Fransa mərkəzli "Le Monde" qəzeti erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşün Azərbaycanın lehinə keçdiyini bildirmişdir.
Krunq Tay
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir. Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir. 1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi. Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi. Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir.
Muay Tay
Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir.
Oliver Tri
Oliver Tri Nikell (29 iyun 1993, Santa-Kruz[d], Kaliforniya) — ABŞ müğənnisi. Tri "When I'm Down" mahnısının populyarlıq qazanmasından sonra, 2017-ci ildə Atlantic Records ilə müqavilə bağladı və 2020-ci ildə ilk studiya albomu "Ugly Is Beautiful"u buraxdı. Onun uğuru "Life Goes On" və "Miss You" mahnıları ilə daha da artdı. Onun ikinci studiya albomu "Cowboy Tears" 18 fevral 2022-ci ildə işıq üzü gördü. == Həyatı == Oliver Tri Nikell 29 iyun 1993-cü ildə Kaliforniya ştatının Santa-Kruz şəhərində anadan olub. O deyir ki, "üç yaşında piano dərsləri alıb, növbəti il mahnı yazmağa başlayıb və altı yaşında albom yaradıb".Tri San-Fransisko Dövlət Universitetində iki il biznes ixtisası üzrə təhsil alıb.
Qanlı Toy
Qanlı toy (isp. Bodas de Sangre) - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes. == Mövzu == Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.
TRT 1
TRT 1 (tam adı: Türkiyə Radio və Televiziyası 1-ci kanalı, türk. Türkiye Radyo ve Televizyonu 1. kanalı) — 31 yanvar 1968-ci ildə qurulan Türkiyənin ilk milli televiziya kanalıdır. == Tarixçə == Türkiyə Radio Televiziya Qurumu (TRT) 1961-ci il Konstitusiyasının 121-ci maddəsinə əsasən çıxan 24.12.1963 tarixli və 359 saylı qanunla Türkiyə Respublikasının mülkü olaraq 1 may 1964-cü il tarixində qurulmuşdur. Həmin qanuna əsasən radio-televiziya ilə bağlı bütün hüquqlar TRT-yə məxsusdur. Görülən işlər nəticəsində ilk test yayımını 31 yanvar 1968-ci il tarixində axşam saatlarında Ankaradan həyata keçirmişdir. Daha sonra 1970-ci ildə İzmir, 1971-ci ildə isə İstanbul studiyaları istifadəyə verilmişdir. İlk qardaş kanalı "TV 2" açılana kimi (daha sonrakı adları "TRT 2" və "TRT Haber" olmuşdur) "TRT 1" sadəcə "TRT" adlanırdı. Adında proqramın, ya da xəbərin hazırlandığı vilayətin adı da olmuşdu. 6 oktyabr 1986-cı ildə "TV 2"nin yayıma başlamasına görə adı "TV 1" olmuşdu.
TRT 2
TRT Haber TRT tərəfindən qurulan xəbər kanalıdır. 18 mart 2010-cu il tarixində yayıma başlamışdır. Kanal qurulana yaxın TRT 2 bağlandı. Yayım saatını əsasən xəbər verilişləri təşkil edir. 18 noyabr 2013-cü il tarixində "HD" yayıma başlamış və 16:9 formatlı yayıma keçmişdir.
TRT 3
TRT 3 — Türkiyənin televiziya kanalı. TRT 3 kanalının əsas məqsədi əsasən tamaşaçılarına idman yeniliklərini çatdırmaqdır. Kanalın verilişləri müəyyən saatlarda TRT-QAP və TBMM TV ilə yayımlanır. Əksəriyyətlə idman proqramları olmaqla, təlim, mədəniyyət və musiqi proqramları ilə xəbərlərdən ibarətdir. Reklamlar da proqramlar arasında yer tutur. Həmçinin, bu kanalda, həftə ərzində hər gün müəyyən vaxtlarda, Türk vətəndaşlarının gündəlik həyatlarında ənənəvi olaraq istifadə etdikləri dil və ləhcələrdə mədəniyyət, xəbər və musiqi proqramları aparılır. TRT-3’ün yayım mərkəzi Ankara Televiziyasıdır. == TBMM TV == TBMM TV və yaxud bilinən digər adı ilə Meclis TV, Türkiyə Böyük Millət Məclisi ilə bağlı məlumatlarla TBMM İclaslarını canlı yayımlayan, TRT 3 ilə eyni tezlikdə yayımlanan bir televiziya kanalı. == TRT GAP == TRT-QAP verilişləri, Şərqi və сənub-şərqi Anadolu Bölgələrində yaşayan əhalinin istəklərinə cavab verən və bölgə xüsusiyyətlərinə görə hazırlanan təlim, mədəniyyət, bədii film, musiqi proqramları ilə xəbərlərdən ibarətdir. Reklamlar da proqramlar arasında yer tutur.
TRT 4
TRT-4-ün məqsədi, müxtəlif təlim proqramları ilə uşaqların təlimlərinə dayaq olmaq, tamaşaçılara musiqimizdən nümunələr çatdırmaqdır. TRT-4 verilişlərində orta məktəb şagirdləri ilə ali təhsil tələbələri üçün dərslər deyilir. Bundan savayı mədəniyyət, musiqi və əyləncə proqramları çatdırılır. Reklamlar da proqramlar arasında yer tutur. TRT-4-ün yayım mərkəzi Ankara Televiziyasıdır.Hal-hazırda TRT 4 kanalının 2008-ci ildə yayını durdurulmuş,TRT Çocuk kanalı ilə əvəz olunmuşdur.
TRT 4K
TRT 4K — ilk yayıma 19 Fevral 2015-ci ildə Türksat 2A üzərindən başlamışdır. Türkiyənin ilk 4K texnologiyasına sahib Türksat peykində şifrəsiz olaraq izlənilə bilər. HEVC (h.265) kodlayıcı ilə 3840×2160p50 görüntüyə və DD+ kodlayıcı ilə 7.1 surround türkcə səsə sahibdir. 10 iyun 2016 tarixindən etibarən Türksat 3A peykindən UEFA Avropa Çempionatı açılış mərasimi və ilk matçını canlı yayımlayaraq, proqramlı olaraq tam zamanlı yayıma başladı.
TRT 6
TRT Kurdî, 25 dekabr 2008-ci ildə test yayımına başlayan ictimai, çoxdilli televiziya kanalı. Kanal 1 yanvar 2009-cu il tarixində Türkiyə Radio Televiziya Qurumuna bağlı olaraq normal yayıma başlamışdır. "Türkiyənin zənginliyini və rənglərini ekrana daşıma" məqsədi ilə qurulmuşdur. 10 yanvar 2015-cu il tarixində isə quruluş adı olan "TRT 6", "TRT Kurdî" olaraq dəyişdirilmişdir. Kanal əsasən Kürd dilinin "Kurmanci" və "Sorani" ləhcələrində və Zaza dilində yayımlanır. 25 dekabr 2008-ci ildə cümə axşamı günü test yayımına başlayan kanal, İstiqlal marşından sonra ilk olaraq Rojin tərəfindən səsləndirilən Türkiyə Qurtuluş Savaşı dövründə həyatını itirənlər üçün yandırılan bir türkü ilə açılmışdır. Kanalın təqdimatlarında "Em di bin eynî esmanî da ne" (Eyni Səmanın altındayıq) sözü ön plana çıxmışdır. Açılışı Ciwan Haco və Rojin konsertləri ilə başlayacağı elan edilsə də bu xəbərlər sənətkarlar tərəfindən yalanlanmışdır. 1 yanvar 2009-cu il tarixində Türkiyə vaxtı ilə saat 19:00-da rəsmi açılışına İstiqlal marşı ilə başlayan kanalın ilk proqramında Nilüfer Akbal və Rojin aparıcılığını etmişdir. İlk proqramda Türkiyə prezidenti Abdullah Gül və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın kanalla bağlı ismarıcları Kürd dilində dublyaj və Türk dilində altyazı yayımlanmışdır.
TRT Arabi
TRT Arabi (عربي TRT) — Türkiyədəki və Yaxın Şərqdəki ərəb dilli auditoriyaya, gündə 24 saat olmaqla müxtəlif mövzular, hadisələr və xəbərlərin yayımlanmasını təmin edən TRT-nin (Türkiyə Radio və Televiziya Qurumu) ərəb dilli kanalıdır. Türkiyədə 4 aprel 2010-cu ildə fəaliyyətə başlamışdır. Kanalın direktoru olan Turan Kaçlakji 2015-ci ilin mart ayında vəzifəyə təyin olunmuşdur.
TRT Avaz
Avaz – TRT-nin Balkanlar, Qafqaz və Orta Asiyada verilişləri yayımlanan ortaq türk kanalı. Altı dildə (Azərbaycan dili, qazax dili, qırğız dili, özbək dili, türkmən dili, türk dili) iyirmi dörd saat ərzində yayımlanan kanalda türk dövlətlərinin öz dilində türk xalqlarının tarixi haqqında filmlər, verilişlər nümayiş etdirilir. Bundan başqa, türk mədəniyyəti, adət-ənənəsi bu kanal vasitəsi ilə dünyaya çatdırılır.
TRT Belgesel
TRT Belgesel — Türkiyə Radio Televiziya Korporasiyasının sahibi və idarə etdiyi türk televiziyasıdır. Sənədli filmlər yayımlanır.
TRT Diyanet
Diyanət TV — TRT və Türkiyə Respublikası Diyanət İşləri Nazirliyi tərəfindən 2012-ci ildə əsası qoyulmuş televiziya kanalıdır. 2012-ci ildə test yayımına başladı və TRT Anadolu ilə qarşılıqlı yayınlanmağa başladı. Kanalın fəaliyyətə başlamasından sonra TRT Anadolunun yayımı dayandırıldı. Eyni gün Diyanət radio versiyası quruldu. 4 aprel 2018-ci ildə HD yayımına başladı. Kanalın 7 avqust 2018-ci ildə TRT ilə əməkdaşlığını sona çatdırdı.
TRT Haber
TRT Haber TRT tərəfindən qurulan xəbər kanalıdır. 18 mart 2010-cu il tarixində yayıma başlamışdır. Kanal qurulana yaxın TRT 2 bağlandı. Yayım saatını əsasən xəbər verilişləri təşkil edir. 18 noyabr 2013-cü il tarixində "HD" yayıma başlamış və 16:9 formatlı yayıma keçmişdir.