TUTİYA
TÜCCAR
OBASTAN VİKİ
Nəhəng tuya
Nəhəng tuya (lat. Thuja plicata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuya cinsinə aid bitki növü. Vətəni Şimali Amerika nın qərb hissəsidir, başlıca olaraq okeanın sahilboyu zolağında, aran yerlərdə, kifayət qədər nəm torpaqlarda yayılmışdır. Yan budaqlar qısa, küt, vəziciksizdir. əlverişli şəraitdə hündürlüyü 40–70 m-ə və diametri 120-240 sm-ə sıx ensiz-piramida formalı çətiri olan ağacdır. Qabığı qırmızı-qəhvəyi rəngdə olub, üzərində çatlar vardır. Şaxələrinin üst tərəfi parlaq tünd-yaşıldır. İynəyarpaqları xaçşəkilli və ya yumurtaşəkillidir, ucu biz, vəziciklidir, üzərində ağımtıl zolaqları vardır. Rəngli formaları kompozisiyalar düzəltmək üçün yararlıdır. Qozaları dərivarı, uzunsov-oval olub, uzunluğu 10-12 sm-dir.
Qərb tuyası
Qərb tuyası (lat. Thuja occidentalis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuya cinsinə aid bitki növü. Vətəni Şimali Amerika nın şərq hissəsidir. Təbii şəraitdə çökəkliklərdə, bataqlıqlaşmış sahələrdə bitir. Cavan yaşlarında piramida formalı, sonralar isə yumurtavarı çətir əmələ gətirir. əlverişli şəraitdə hündürlüyü 15–20 m-ə çatır, gövdəsinin diametri isə 90 sm-dən artıq olur. Gövdəsinin qabığı qırmızımtıl, bozumtul və ya bozumtul-qəhvəyidir. Budaqlarının qabığı hamar və qonurdur, çoxillik budaqları isə bozumtul-qəhvəyidir, üzləri çat-çatdır və xırda-xırda qopub tökülür. İynəyarpaqları 4 mm uzunluqda, pulcuqvarı, budağa möhkəm yapışmış, yay ayında tünd-yaşıl, payız-qış aylarında qonur-yaşıl rəngdə olur, ağac üzərində 2–3 il qalır. Qozaları 0,8–1,0 sm uzunluqda olub, payızda yetişir.
Sallaq tuyevik
Sallaq tuyevik (lat. Thujopsis dolabrata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuyevik cinsinə aid bitki növü. Vətəni Yaponiyadır; mədəni şəraitdə çox vaxt kol formasında becərilir. Piramidal formalı çətirli və topabudaqlı ağacdır. Vətənində əlverişli şəraitdə hündürlüyü 35-40 m-ə, diametri isə 1 m-ə çatır. Qabığı qırmızı-qonur, nazik, lifli olmaqla, uzun qabıqlarla çıxır. Zoğları iki cərgəlidir və bir sahədə yerləşir. Budaqlarının ucları aşağıya sallanır. İynəyarpaqları xaçvarı-qarşılıqlı, qabıqşəkilli, alt tərəfi iri, ağ zolaqlı və xallıdır. Sahədə iynəyarpaqları ətli, parlaq, tünd-yaşıl, zoğa sıx bitişikdir, uzunluğu 4–6 mm, alt tərəfi 2, enli ağ zolaqlıdır.
Tuya
Tuya (lat. Thuja) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Tuya (XVIII sülalə)
Tuya — Yuyanın arvadı, ali Misir rəsmisi, firon III Amenofisin qayınanası.
Tuyi (Urmiya)
Tuyi (fars. تويي‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (15 ailə).
Tuyistan
Tuyistan (fars. طويستان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 268 nəfər yaşayır (56 ailə).
Tuymaada
Tuymaada (Tuymada saxa Туймаада) — dərə Lena çayının orta axarlarında, sağ sahilində bölgəsində qərarlaşır. Dərədə Yakutiyanın paytaxtı olan Yakutsk şəhəri və onun ətrafında yerləşən Jatay, Xatassı, Tabaqa, Kanqalassı, Tulaqino, Kildyamçı, Slrdax və digər yaşayış məntəqəsi yerləşir. == Coğrafiyası == Tuymaada Lena çayı hövzəsində əhalisinin sayı baxımından üç əsas dərədən biridir (Erkeeni və Ensieli). Vadinin sahəsi 700 km² təşkil edir. Vadidə ümumilikdə 276,2 min nəfər yaşayır (2008). Bu isə bütün Yakutiya əhalisinin ¼ hissəsini təşkil edir. Vadinin ətraf ərazilərə nisbətdə 100 metr dərinlikdə yerləşir. Dərənin uzunluğu 64 km, eni 5–9 km arasında dəyişir. Dərə boyunca çoxlu sayda göllər vardır. Göllərin çoxluğu ərazinin daimi qrunt buzlağı zonasında yerləşməsi ilə əlaqədardır.
Tuymazı
Tuymazı — Rusiya Federasiyası Başqırdıstan Respublikasında şəhər.
Tuymazı-Arena
Tuymazı-Arena (başq. Туймазы-Арена və ya tam adı başq. С. Н. Ғимаев исемендәге боҙло комплекс) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Tuymazı şəhərindəki əsas idman qurğusu. Universal buz idmanı qurğusu və konsert kompleksidir. Arenanın tamaşaçı tutumu 808 nəfərlikdir. Onlayn xəritələrdə bu obyekt "Spartak stadionu" və ya "Olimpiya stadionu" adını daşıyır. == Tarixi == Kompleksin əsası 2013-cü ildə qoyulmuş, elə həmin ilin 3 sentyabr tarixində isə açılışı olmuş; Başqırdıstan Respublikasının prezidenti Röstəm Xəmitov da açılışda iştirak etmişdir. Arena "Başneft" ASC-nin xeyriyyə fondları hesabına qurulub ki, tikintinin dəyəri 302 milyon rubl təşkil etmişdir. == İstifadəsi == Arenanın əsas istiqaməti buz xokkeyi matçlarının keçirilməsi, fiqurlu konkisürmə yarışlarının təşkili və digər qış idman növləri ilə bağlıdır. Kompleksin ümumi sahəsi 5528 m²-dir.
Tuymazı rayonu
Tuymazı rayonu (başq. Туймазы районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Tuymazı şəhəridir. Tuymazı rayonu Buqulma-Bələbəy dağının mərkəzində, Başqırdıstanın "qərb qapısı" adlanan bölgədə yerləşir. Respublikanın Şaran, Buzdək, Bələbəy və Yermekeyevo rayonları ilə, qərbdə Tatarıstan Respublikası ilə həmsərhəddir. Ufaya olan məsafə 176 km-dir. Rayonun sahəsi 240 min hektardır (respublikanın rayonları arasında 21 yeri tutur). == Coğrafiyası == Rayon Başqırdıstanın qərbində yerləşir. Qərbdə Oktyabrski şəhər dairəsi və Tatarıstan Respublikası ilə həmsərhəddir. Rayon 1930-cu ildə təsis edilmişdir.
Tuyqun (Təbriz)
Tuyqun (fars. طويقون‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 313 nəfər yaşayır (79 ailə).
Tuysirkan
Tuysirkan — İranın Həmədan ostanının şəhərlərindəndir. Həm də Tuysərkan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 42,520 nəfər və 11,802 ailədən ibarət idi.
Tuysirkan şəhristanı
Tuysirkan şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. İnzibati mərkəzi Tuysirkan şəhəridir. Şəhristanın digər şəhərləri arasında Sərkan və Fərəsfəc şəhərləri də vardırlar. == Əhali == 2006-cı ilin siyahıya alınmasına əsasən, Tuysirkan şəhristanının əhalisi toplam 109,262 nəfərdən (28,917 ailədən) ibarətdir.
Tuysərkan
Tuysirkan — İranın Həmədan ostanının şəhərlərindəndir. Həm də Tuysərkan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 42,520 nəfər və 11,802 ailədən ibarət idi.
Tuysərkan şəhristanı
Tuysirkan şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. İnzibati mərkəzi Tuysirkan şəhəridir. Şəhristanın digər şəhərləri arasında Sərkan və Fərəsfəc şəhərləri də vardırlar. == Əhali == 2006-cı ilin siyahıya alınmasına əsasən, Tuysirkan şəhristanının əhalisi toplam 109,262 nəfərdən (28,917 ailədən) ibarətdir.
Tuyuq
Tuyuq - (türkcə duyğu, duymaq sözündəndir) türk şairlərinin divan ədəbiyyatına bəxş etdikləri rübaiyə bənzəyən dörd misralıq şeir növü. Qafiyə quruluşu aaba, bəzən abab, az hallarda isə aaaa şəklindədir. Rübaidə işlənən mövzular tuyuqda da işlənir. Ərəb və ədəbiyyatında olmayan, yalnız türk ədəbiyyatında istifadə olunan özünəməxsus nəzm şəklidir.Tuyuq əruz vəzninin rəməl bəhrindədir İlk numunələrini XIV əsr Azərbaycan şairi Qazi Bürhanəddin (tr: Kadı Burhanettin) yaradıb. Maninin Divan ədəbiyatına oxşar sayılır. Əruz vəzninin failatun-failatun-failun qəlibi ilə yazılır. Xalq ədəbiyyatında mani, on birli heca ilə söylənilərsə, tuyuq adını alır. Qafiyə sistemi rübainin qafiyə sistemi ilə eynidir. Manidə olduğu kimi, cinaslı qafiyə istifadə olunur. Bununla belə, tuyuqda manidən fərqli olaraq məntiqi və məna bütünlüyü qorunmaqla hər bir misranın müstəqil mənası, ideyası olur.
Tuyxunlar
Toqon(çin. ənən. 吐谷渾, pinyin: Tǔyùhùn, hərfi mənası: "Tuyuhun"; tib. 'A-zha) — 285—670-ci illərdə iqtidarda olmuş Syanbi dövləti. == Tarixi == Toqon hökmdarlığı Tsaydamın düzən ətəklərində yerləşirdi. Hələ 312-ci ildə kiçik syanbi tayfası Muyun nəslindən olan knyazlarla Cənubi Mancuriyadanm qərbə köçmüş və Kukunor gölü yaxınlığında məskən salmışdı. Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı. VI əsrin ikinci rübündə knyaz Kualyuy özünü xan elan etdi, 540-cı ildə isə Qao Xuanın yanına elçilər göndərərək əslində Yuyvın Tayın düşməninə çevrildi. Bu fakt Toqonun sonrakı xarici siyasətini müəyyənləşdirdi.
Tuyış (Əbyəlil)
Tuyış kəndi (başq. Туйыш) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Bayım kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Yənekəy kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 66 km., kənd sovetliyindən (Bayım): 1 km., ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 9 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Şərq tuyası
Tuyevik
Tuyevik (lat. Thujopsis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
лентови́дный мотори́ст напу́тываться с неприя́знью штаб-офице́р до́черин кто-л. воды́ не замутит недоспа́ть проира́кский умыва́ться шпинат blandishment blossom forth carnous eirenic mutton-dummies new-ploughed field paper knife pencil-arm sea-robber slippery гидростанция монополизация умиротворяться царство