Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İkifotonlu udulma
İkifotonlu udulma — elektronlar yuxarı həyəcanlanmış haldan aşağı həyacanlanmış hala keçəndə enerjinin ayrılması əksinə aşağı həyəcanlaşma halından yuxarı həyəcanlaşma halına keçdikdə isə enerjinin udulması ilə baş verən proses. Maddələrin üzərinə düşən işığın udulma səbəbi də budur. Adətən udulma bir fotonla baş verir. Birfotonlu udulmanın baş vermə ehtimalı daha böyük olur. Ancaq təcrübələrdə müşahidə olunub və nəzəri olaraq da isbat olunub ki, birfotonlu udlmanın qadağan olunduğu hallarda çoxfotonlu udulmanın xüsusilə də ikifotonlu udulmanın ehtimalı böyüyür. Elektron iki foton udaraq daha yüksək həyacanlaşma halına keçir.
Şüalanmanın udulma dozası
Şüalanmanın udulma dozası — ionlaşdırıcı şüalanmanın E udulmuş enerjisinin şüalanan maddənin m kütləsinə nisbətinə deyilir,D=E/m.BS-də şüalanmanın udulma dozası vahidi Qrey (Qr)-dir və əsas vahidlərin siyahısına daxildir.Şüalanmanın udulma dozası vahidi 1Qr-1kq şüalanan maddə ionlaşdırıcı şüalanma ilə 1C enerji alan şüalanmadır,1Qr=1C/kq.Şüalanmanın təbii fonu norması-(kosmik şüalar, ətraf mühitin və insan bədəninin radioaktivliyi) hər adam üçün 1 ildə 2·10−3Qr şüalanma dozasına yaxındır.Şüalanmanın 1 ildə yol verilən limit dozası-Şüalanmadan beynəlxalq müdafiə komissiyasının təyin etdiyi normadır və0,05Qr-dir.Ölümcül şüalanma dozası-qısa müddətdə alınmış 3-10Qr-dir.Rentgen-şüalanmanın ionlaşdırıcı dozası üçün sistemdənkənar vahiddir.Bu vahid rentgen və qamma şüalanmanın ionlaşdırıcı qabiliyyətinin ölçüsüdür.Praktik dozimetriyada hesab etmək olar ki,1R,təxminən,şüalanmanın udulma dozasının 0,01Qr-yə ekvivalentdir.
Udlaq
Udlaq — yun. Pharinx həzm kanalının ikinci hissəsini təşkil edərək burun, ağız boşluqları ilə qırtlağın arxasında, kəllə əsasının altında, onurğanın boyun hissəsinin ön səthində yerləşmişdir. Aşağıda VI–VII fəqərə cisimləri arasında qida borusuna keçir. Uzunluğu 12–15 sm və eni yuxarıda 4,5 sm-ə bərabərdir. Vəzifəsi qidanı ağız boşluğundan qida borusuna və havanı burun boşluğundan qırtlağa keçirməkdir. Burada həzm kanalı ilə tənəffüs yolları çarpazlaşır. Udlağın dal və iki yan divarı vardır. == Mənbələr == Prof.
Unudulmaq hüququ
Unudulmaq hüququ — Avropa İttifaqında və 2006-cı ildən Argentinada tətbiq edilən konsepsiya. Müvafiq məsələnin gündəmə gəlməsi insanların "keçmişdə etdikləri hər hansı xüsusi hərəkətə və ya fəaliyyətə görə bütün ömrü boyu və ya zaman-zaman damğalanmadan, qınaq obyektinə çevrilmədən müstəqil şəkildə özünü inkişaf etdirmək və həyatına davam etmək" istəklərindən irəli gəlirdi.:231Unudulmaq hüququna beynəlxalq insan hüquqları statusu verilməsinin praktikliyi ilə bağlı çoxsaylı mübahisələr mövcuddur: bu, bir tərəfdən informasiyaya çatımlılıq ilə bağlıdırsa, qismən də belə bir hüququn tətbiq edilməsi ilə əlaqədar hazırkı tənzimləmənin qeyri-müəyyənliyi ilə izah edilir. Bundan əlavə, qeyd edilən hüququn ifadə azadlığına təsiri, şəxsi həyata hörmət hüququ ilə əlaqəsi, eləcə də unudulmaq hüququnun yaradılmasının senzura və neqasionizm vasitəsilə internetin keyfiyyətini azaldıb-azaltmayacağı ilə bağlı narahatlıq yaradan suallar mövcuddur. Unudulmaq hüququnun tərəfdarları onun əhəmiyyətini bir sıra məsələlərlə əsaslandırırlar: məsələn, axtarış sistemində şəxsin adı üzrə axtarış edərkən pornoqisas saytlarının aşkarlanması; eləcə də şəxsin keçmişdə törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətlərlə bağlı məlumatların üzə çıxması və s. Əsas narahatlıq yaradan məsələ, silinmədiyi təqdirdə həmin məlumatların şəxsin onlayn nüfuzuna qeyri-müəyyən müddətə potensial olaraq təsir etmək ehtimalının olmasıdır. == Konsepsiya == Avropada məlumatların mühafizəsi üzrə qanunvericilik fərdlər barədə şəxsi məlumatların potensial zərərdən müdafiəsi məqsədi daşıyır. "Unudulmaq hüququ" anlayışı Avropada daha əvvəl mövcud olan çoxsaylı fikirlərdən qaynaqlanır. Birləşmiş Krallıqda uzun müddət, xüsusilə də Cinayətkarların Reabilitasiyası haqqında qanunvericilikdə belə bir müddəa mövcud olmuşdur ki, müəyyən vaxtdan sonra cinayətə görə ittihamlar "ödənilmiş" olur; bu da o deməkdir ki, ittiham edilənlər haqqında məlumatlar onlar sığorta olunarkən və ya iş axtararkən nəzərə alınmamalıdır. Eynilə Fransada bu hüquqa (fr. le droit à l'oubli — unudulmaq hüququ) diqqət yetirilir və 2010-cu ildə Fransa qanunvericiliyində təsbit edilmişdir.
Dil-udlaq siniri
IX cüt kəllə (Dil-udlaq) siniri qarışıq sinirdir, tərkibində hərəki, hissi, dadbilmə və sekretor liflər vardır. Hərəki lifləri biz udlaq əzələsini innervasiya edərək udlağı qaldırır. Nüvəsi nn.amiguus - X sinirlə müştərəkdir, uzunsov beynin orta hissəsində yerləşir. Periferik motoneyronların aksonları zeytun və beyinciyin aşağı ayaqcığı arasında beyin əsasına keçərək vidaci dəliyindən kəllə sümüyündən çıxır. Mərkəzi hərəki neyronlar ön mərkəzi qırışın aşağı hissəsində yerləşir, aksonlan tr.corticonuclearis tərkibində daxili kapsulanın dizindən keçərək, beyin sütunu əsasında aşağı enir və uzunsov beyində hər iki tərəfın nüvələrində qurtarır. Bu sinirin hissi liflərinin I neyronu vidaci dəliyinin ətrafında yerləşən ganglion jugularae superius və ganglion jugularae inferiusdan başlayır. Bu düyünlərdən çıxan dendritlər dilin arxa 1/3 nissəsini, yumşaq damağı, əsnəyi, udlağı, qırtlaq qapağını, qulaq keçəcəyini, təbil boşluğunu innervasiya edir. Aşağı düyündən ayrılan liflərin bir hissəsi dilin arxadan 1/3-də dadbilmə məməciklərində qurtarır. Hüceyrələrin aksonlan uzunsov beyinə daxil olaraq dadbilmə nüvəsində (nuc.solitarii) və hissi nüvədə (nuc.alae cinereae) qurtarır. Hər iki nüvənin aksonları, (II neyron) əks tərəfə keçərək daxili ilgəyə qoşulur və görmə qabarının yan nüvəsində qurtarır.