Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan-Uruqvay futbol matçlarının siyahısı
Azərbaycan–Uruqvay futbol matçları
Azərbaycan–Uruqvay münasibətləri
Azərbaycan–Uruqvay münasibətləri — Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin yanvar ayının 11-də qurulmuşdur == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 4 mart 2016-cı il tarixindən Mixail Zabelin işçi qrupunun rəhbəridir.
Basketbol üzrə Uruqvay çempionatı
Basketbol üzrə Uruqvay çempionatı — (İspan dilində: Liga Uruguaya de Basketball) — Uruqvayda kişilərdən ibarət basketbol komandaları arasında turnir.
Ermənistan–Uruqvay münasibətləri
Uruqvay—Ermənistan münasibətləri — Uruqvay və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Cənubi Amerikanın bu kiçik dövləti böyük bir erməni icmasına ev sahibliyi edir. Uruqvayda təxminən 16.000 nəfər erməni icması yaşayır. == Tarix == Uruqvaya ilk ermənilər 1800-cü illərin sonlarında gəlirlər. 1920-1930-cu illər arasında çox sayda erməni bu ölkəyə üz tutur. 20 aprel 1965-ci ildə Uruqvay dünyada erməni soyqırımını rəsmən tanıyan ilk dövlət olur. 1939-cu ildə Ümumerməni Xeyriyyə Birliyi Uruqvayın Montevideo şəhərində ofislərini açır. 26 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan müstəqilliyini bərpa edir. 27 may 1992-ci ildə Ermənistan və Uruqvay arasında diplomatik əlaqələr qurulur. 1992-ci ilin iyununda Ermənistan Prezidenti Levon Ter-Petrosyan Uruqvaya rəsmi səfər edir.
Nasyonal (Uruqvay)
Nasyonal (isp. Club Nacional de Football) — Uruqvayın ən məşhur və ən uğurlu peşəkər futbol klublarından biri. Klub komandası öz ev oyunlarını Böyük Mərkəzi Parkda (isp. Gran Parque Central) keçirir. 14 may 1899-cu ildə yaranmışdır. Nasyonal 1901-ci ildən Uruqvay Primera División mübarizə aparır. 46 dəfə "Primera División Uruguaya"da birinci olmuşdur. Libertadores Kuboku və Qitələrarası kuboku (1971, 1980, 1988), İnteramerikan Kuboku (1972, 1989) və Recopa Cənubi Amerika (1989).
Uruqvay
Uruqvay (isp. Uruguay) və ya rəsmi adı ilə Uruqvay Şərq Respublikası (isp. República Oriental del Uruguay) — Cənubi Amerikada dövlət. Uruqvay Cənubi Amerikanın cənub tərəfində yerləşir. Qərbdə Argentina, şimal və şərqdə Braziliya ilə həmsərhəddir. Cənubda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Montevideo şəhəri, ümumi sahəsi 176,215 kvadrat kilometr, əhalisinin sayı 3,449,000(2018) nəfərdir. Uruqvay Latın Amerikasında Surinamdan sonra ən kiçik ikinci ölkəsi hesab olunur. 1680-cı ilə qədər ölkədə Portuqallar tərəfindən Sakramento koloniyası yaradılana qədər ərazidə çox az sayıda yerli insan yaşayırdı. Montevideo şəhəri XVIII əsrin əvvəllərində İspanlar tərəfindən hərbi mərkəz kimi yaradılmış və bölgənin bütün işlərini buradan aparılması planlaşdırılmışdı.
Uruqvay Kolorado Partiyası
Kolorada partiyası (isp. Partido Colorado,qırmızı partiya.Uruqvayın siyası partiyasıdır. Rartiyanın əsasını konservanlar və sosial demokratlar təşkil edir. Ölkədə stabilliyin qorunub saxlanmasında bu partiyanın böyük rolu olmuşdur. Partiya 1836-cı ildə qurulmuşdur. Siyasi təşkilat 1868–1959-cu illərdə ölkəni tək başına idarə etmişdir.1959-cu ildə iktidarı Uruqvay Milli Partiyasıya vermişdir. Növbəti 1966-cı il seçkilərində qalib gəlmişdir. Bunda əlavə 1984,1994,1999-cu illərdəki seçkilərdə qalib gəlmişdir. Partiya üzvlərindən Uruqvay prezidentləridə cıxmışdır. Bunlara misal: Fruktuoso Rivera, Venansio Flores, Xorxe Paceko Areko, Luis Batle Barreras, Xulio Mario Sanrinetti və Xorxe Luis Batle kimiləri göstərmək olar.
Uruqvay Milli Partiyası
Milli partiya (isp. Partido Nacional üstəlik Ağ partiya da adlandırılırdı isp. Partido Blanco) — Uruqvayın sağ yönümlü konservativ siyasi pardiyasıdır. Hazırda ölkəni idarə edən Geniş Cəbhə koalisiyasına daxil olan partiyalardan biridir. Partiyanın əsası 10 avqust 1836-cı ildə Manuel Oribe tərəfindən qoyulmuşdur. Uruqvay Kolorado Partiyası ilə birlikdə ölkənin köklü partiyalarından sayılır. 1863-1865 ci illərdə baş verən Uruqvay müharibəsi nəticəsində Kolorado partiyası Milli partiyanı siyasi arenadan sıxışdırıb cıxarır. 1972-ci ildən partiya adını dəyişərək Ağ partiyadan Milli partiyaya çevrilir. XX əsrdə müəmmalı hadisə baş verir, belə ki, 1931-1959-cu illərdə Azad Milli partiya yaranır. Rəsmən iki partiya yaransa da rəsmilər ölkədə yalnız bir Milli partiyası olmasını bildirirlər.
Uruqvay SV
Uruqvay SV — Boneyrin Rinkon şəhərini təmsil edən futbol klubudur. Klub hal-hazırda Boneyrin əsas liqası olan Boneyr Liqasında mübarizə aparır. Klub 1962-ci ildə təsis edilmişdir.
Uruqvay Vətəndaş müharibəsi
Uruqvay vətədaş müharibəsi (isp. Guerra Grande) —Hərbi toqquşmalar Uruqvay Kolorado Partiyası və Uruqvay Milli Partiyası arasında baş vermiş 1839-1851 ci illəri əhatə etmişdir. Hər iki xariçi ölkələr müxtəlif yardım göstərirdilər.Onlar Braziliya imperiyası, Argentina Konfederasiyası,Britaniya imperiyası, Fransa və həmcinin İtaliyalı legionlar hansı ki,onlara Cüzeppe Qaribaldi dururdu. 30-cu illərdə siyasi həyat uruqvayda iki partiya : konservantlar Blankos(Ağlar) və liberallar Kolorados(rənglilər) arasında gərgin mübarizə gedirdi.Koloradosun rəhbəri Furktuoso Rivero idi ,onlar Montevideoda cəmləşmişdir.Blankos isə Manuele Oribe idi.Onlar kənd torpaq sahiblərini dəstəkləyirdilər. 1838-ci ildə Fransızlar Buenos Ayres limanını mühasirəyə alırlar amma quru qüvvələri olmaması onları müttəfiqlərə müraciət etməsinnə səbəb olur.Bu məqsədlə Fruktuos Rivera Uruqvay prezidenti Manuel Oribeyə qarşı cıxaraq onu hakimiyyətdən uzaqlaşdırır.Oribe Argentinaya qacmalı olur.Rosas Riveranı qanuni prezident kimi tanımır.Rivera və Xuan Lavale Buenos Ayresə hücuma hazırlaşır.Britaniya və Fransada münaqişəyə qoşulur,müharibə beynəlxalq xarakter alır.Blankos Manuel Oribe və Koloradosdan isə Rivera Arroya-Frandedəki toqquşmada Kolorados partiyası qoşunları darmadagın edilir.6 dekabr 1842-ci ildə Oribe Montevideonu muhasirəyə alır.Şəhərin müdafiəsində azad edilmiş qullar ,5000 kontingent,xariçi immiqrantlar ,Britaniya və Fransada iştirak edir.1845-ci ilin dekabrında Britaniya və Fransa Buenos Ayres limanını mühasirəyə alır.Bir müddətdən sonra dəniz donanması Montevideonun dənizdən müdafiəsini təşkil edir.1850-ci ildə Rasosla Britaniyə və Fransa arasında anlaşmaya əsasən donanma müharibədəm cıxarılır.Hamı Rasosun koloradosu məğlub edəcəyi bir anda Entre-Rios,Xusto Xose de Urkiso vilayyətləri üsyan edərək Riveroya yardım edirlər.Bunun nəticəsində 1851-ci ildə Oribe məğlub olur.May ayında isə Braziliya imperiyası Uruqvaya qoşun yeridir.Braziliya müttəfiqləri üsyan qaldıran vilayyətlərlə birlikdə 1852-ci ilin fevralında Koserasda baş vermiş döyüşdə Rosas məğlub olur. Braziliya və Uruqvay arasında imzalanmış anlaşmaya əsasən Braziliya onun daxili işlərinə qarışmaq hüququ alır.Uruqvay kolorados partiyasına edilən maddi yarımın əvəzini ödəməyi öz üzərinə götürür. Müharibə iqtisadiyyata agır zərbə vurur.Əsas gəlir mənbəyi olan heyvandarlıq demək olar ki tam cökür.Uruqvay Kurari çayı hövzəsinə olan iddiyasınfa imtina edir.Bununlada onun ərazisi 176,000 km² qədər azalır.Hər iki partiya Ölkədə quldarlığı ləğv edərək onları ordunuya cəlb edirlər.Montevideo vəhil ərazilər Koloradosun nəzarətinə verilir.Blankos isə daxili bölgələrə nəzarəti üzərinə götürür.Montevideodakı mövqelərini itirməsinə qarşılıq Blankosa yarım miliyon dollar əvəz verilir. Növbəti illərdə qarşıdurmalar olur.Ən güclüsu isə 1870-1872 illər Anario Sarabiinin başçılıq etdiyi inqilab daha kütləvi xarakter alır.
Uruqvay bayrağı
Uruqvay bayrağı — Uruqvayın dövlət bayrağı. Uruqvayın dövlət bayrağı rəsmi olaraq 1830-cu ilin iyul ayının 12-də qəbul edilmişdir. Bayrağın ölçü nisbəti 7:10-dur. Uruqvayın bayrağı bir çox cəhətlərinə görə, Argentinanın bayrağına bənzəyir. Bu da əbəs deyil. Belə ki, Uruqvay müstəqillik əldə edənə qədər Argentinanın tərkibində olub. Bayrağın ilkin variantında 9 mavi və 10 ağ zolaq var idisə, 1830-cu ildə bu, 4 mavi və 5 ağ zolağa qədər endirildi. Ümumilikdə 9 zolaq Uruqvayın ilkin 9 bölgəsinin sayı ilə üst-üstə düşür. Bayraqdakı günəş şəkli azadlığı tərənnüm edir.
Uruqvay coğrafiyası
Müasir ərazisinin ölçülərinə görə Uruqvay Latın Amerikası ölkələri içərisində kiçik dövlətlərdən biridir. O, materikin cənub-şərqində, Uruqvay çayının şərq sahilində yerləşdiyindən Oriental del Uruqvay, yəni şərqi Uruqvay Respublikası adını almışdır. Ölkənin ərazisi cənub-qərbdə və qərbdə Argentina, şimalda və şərqdə Braziliya, cənub-şərqdə isə Atlantik okeanın suları ilə əhatələnir. Ərazinin Argentina ilə sərhəddi Uruqvay çayı və La-Plata boyu keçir. Ərazisinin çox da böyük olmaması onun təbii şəraitinin bir şəkildə olmasına şərait yaradır. Ərazinin relyefl təpəli-düzənlik xarakterlidir. Bəzi yerlərdə yüksəkliklər nəzərə çarpır. Maksimum hündürlük 600 m-dən çox deyildir. Düzənlik cənub-qərbdən şimal-şərqə doğru yüksəlir. Atlantik okeanının sahili boyu qumlu düzənlik və xırda laqunlar uzanır.
Uruqvay erməniləri
Uruqvay erməniləri — Uruqvayda yaşayan ermənilərə verilən ümumi ad. ASALA tərəfindən 1970—1980-ci illərdə Türkiyənin xarici ölkələrdə yerləşən səfirliklərinə qarşı törədilmiş terror aktlarının maliyyələşdirilməsində Uruqvay ermənilərinin rolu olmuşdur.
Uruqvay himni
Uruqvay — Uruqvayın rəsmi dövlət himni. Himnin mətni Paraqvay himni yazan Fransisko Acuña de Figueroa tərəfindən yazılmışdır. Mətn rəsmi olaraq 8 iyul 1833-cü ildə milli marş kimi qəbul edildi. Adətən yalnız onun ilk iki kupeti oxunur. Musiqi Fransisko Xose Debali və Fernando Kixano tərəfindən yazılmışdır, ehtimal ki, Donizettinin operasından musiqi mövzsiusuna əsaslanır. İlk dəfə bu musiqi 1945-ci il 19 iyulda reallaşdı və 25 iyul 1848-ci ildə rəsmən milli himni olaraq qəbul edilmişdir. 90 il sonra, 20 may 1938-ci ildə, Gerardo Qrasso və Benone Kalkavekkia tərəfindən təklif edilən layihə ilə dəyişikliklər edilmişdir. ¡Orientales la Patria o la Tumba! ¡Libertad o con gloria morir! Es el voto que el alma pronuncia, ¡Y que heroicos sabremos cumplir!
Uruqvay milli futbol komandası
Səma-mavilər ilk dünya çempionatının meydan sahibi və qalibi kimi tarixə düşüb. 1930-cu ildəki yarışın finalında Argentinanı 4:2 hesabı ilə məğlub edən La selesta 20 il sonra ikinci dəfə mundialın qalibi oldu. Bu dəfə onlar məşhur "Marakana" stadionunda qeydə alınan tamaşaçı rekorduna baxmayaraq, meydan sahiblərini məğlub edib – 2:1. 200 mindən artıq azarkeşin izlədiyi oyundan sonra sambaçılardan biri oyunu belə şərh edib: "Qonaqların ikinci qolundan sonra tribunalara sükut çökdü. Sanki qurbağa gölünə daş atmışdılar. Milçəklərin səsi də eşidilirdi". Məğlubiyyətin şokundan stadionda olan fanatlardan üçü infarktdan, biri isə özünü öldürməklə dünyasını dəyişdi. Həmin zəfərdən keçən 60 ildə uruqvaylılar yalnız dünya dördüncüsü olmaqla, kifayətlənib. Onlar 1954 və 1970-ci illərdə buna nail olub. La selesta sonuncusu 15 il əvvəl olmaqla, 14 dəfə (1916, 1917, 1920, 1923, 1924, 1926, 1935, 1942, 1956, 1959, 1967, 1983, 1987, 1995) Cənubi Amerika çempionu titulunu qazanıb.
Uruqvay müharibəsi
Uruqvay müharibəsi (Braziliyada: port. Guerra do Uruguai; Uruqvay tarixşünaslığında: Braziliya işğalı, isp. Invasión brasileña) — 1864–1865-ci ildə baş verən toqquşma Braziliya və Uruqvayın (Ağlar) partiyası arasında baş vermişdir. Braziliya ordusu 10 avqustda Uruqvay ərazisinı daxil olur və ölkənin icərilərinə doğru irəliləyir. 1865-ci ilin fevral ayında münaqişə bitir. Braziliyalılar bu müharibəni Uruqvay müharibəsi (Guerra da Uruguai) Uruqvayda isə bu muharibəni Braziliya müdaxiləsi 1864 (İnvasión brasileno de 1864). Müdaxilə nəticəsində Prezident Atanasio Aqirre hakimiyyətdən uzaqlaşdlrılır. Yerinə "Kolorados" partiyasının rəhbəri Venansio Flores gətirilir. Bu da öz növbəsində yeni müharibəyə (Paraqvay müharibəsi) səbəb olur. Uruqvayda iki partiya (Kolorados və Ağlar) arasında daima mübarizə gedir.
Uruqvay tarixi
Uruqvay tarixi (isp. Historia de Uruguay; port. História do Uruguai) — Uruqvayın ümumi tarixini əhatə edir. İspanlar Uruqvaya 1516-cı ildə gəldilər. XV əsrdən etibarən ərazidə yayılmağa başlayan müxtəlif xətəliklər, qızıl və gümüş ehtiyatlarının az olması səbəbindən XVI və XVII əsrlərdə Uruqvayda yeni yerləşim sahələri məhdud sayda salınmışdır. Latın Amerikası bölgəsində üstünlük əldə etməyə çalışan ora əsrlərdə Avropanın iki böyük dəniz dövləti Portuqaliya imperiyası və İspaniya imperiyası Uruqvay üzərində nüfuz üstünlüyü əldə etmək üçün bir-biri ilə mübarizəyə başladı. 1603-cü ildə İspaniya imperiyası tərəfindən kənd təsərrüfatını inkişaf etdirmək üçün ölkədə camış fermaları yaradılır. Uruqvayda ilk koloniya 1624-cü ildə İspanlar tərəfindən salınır və Neqro çayının sahilində yerləşən həmin koloniya Soriano adlandırılır. İspaniya imperiyasının ərazidə möhkəmlənməsindən narahat olan Portuqaliya imperiyası 1669-1671-ci illərdə Sakramento koloniyasının əsasını qoyur və əlavə hərbi məqsədli bir necə qala inşa edir. İspaniya imperiyası Portuqaliyalı dəniz səyyahlarına və ölkəyə gələn Portuqal din misyonerlərinə qarşı ərazidə İspan yaşayış məntəqlərinin sayını sürətlə artırmağa başladı.
Uruqvay çayı
Uruqvay (isp. Río Uruguay) — Cənubi Amerika ərazisindəndə yerləşən çay. Çay Braziliya ərazisində 1800 metrdən başlayır, Pelotas və Kanoas çaylarının birləşməsindən əmələ gəlir. Şimaldan cənuba doğru axır və Braziliya və Uruqvay arasında sərhədi təşkil edir. Çay Parana çayının əmələ gətirdiyi estuariyə tökülür (La-Plata estuarisi adlanır). Quarani dilindən tərcümədə mənası "rəngli quşların çayı" anlamında işlənir. Uzunluğu təxmini 1600 km (Pelotas çayı ilə birlikdə 2200 km), hövzəsi 365,000 km² təşkil edir. Mənsəbdə eni 12 km çatır. Əsas qolları — İbikui və Rio-Neqro çayıdır. Salto şəhərindən yuxarı axarlarda çayda astanalara rast gəlinir və yatağı qayalıqlarla zəngindir.
Uruqvay Şərq Respublikası
Uruqvay (isp. Uruguay) və ya rəsmi adı ilə Uruqvay Şərq Respublikası (isp. República Oriental del Uruguay) — Cənubi Amerikada dövlət. Uruqvay Cənubi Amerikanın cənub tərəfində yerləşir. Qərbdə Argentina, şimal və şərqdə Braziliya ilə həmsərhəddir. Cənubda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Montevideo şəhəri, ümumi sahəsi 176,215 kvadrat kilometr, əhalisinin sayı 3,449,000(2018) nəfərdir. Uruqvay Latın Amerikasında Surinamdan sonra ən kiçik ikinci ölkəsi hesab olunur. 1680-cı ilə qədər ölkədə Portuqallar tərəfindən Sakramento koloniyası yaradılana qədər ərazidə çox az sayıda yerli insan yaşayırdı. Montevideo şəhəri XVIII əsrin əvvəllərində İspanlar tərəfindən hərbi mərkəz kimi yaradılmış və bölgənin bütün işlərini buradan aparılması planlaşdırılmışdı.
Salto (Uruqvay)
Salto (isp. Salto) — Uruqvayın şimal-qərbindəki Salto Departmanının paytaxtıdır. 2011 siyahıya almasına görə əhalisi 104.028-dir və Montevideo və Siudad de la Kostadan sonra Uruqvayın ən böyük üçüncü şəhəridir. Şəhər, Rute 3 üzərində, Montevideonun təxminən 496 km (308 mil) şimal-qərbində və Rio Uruqvayın şərq sahilində, Argentinadakı Konkordia şəhərinin qarşısında yerləşməkdədir. Şəhərin təxminən 12 km (7,5 mil) şimalında, Salto Qrande su anbarının üzərine inşa edilən Salto Qrande Körpüsü iki sahili birləştirir. Təpələr və qayalıqlar üzərinə inşa edilmiş olan şəhər, eyni zamanda Salto Qrande su anbarının da yerləşdiyi Rio Uruqvayın 'böyük tullanma' şəlalələrinin yaxınında yer almaqtadır . Ərazi, dəniz səviyyəsindən 48 metre (157 fit) yüksəklikdə, çay sahilinin yanında alçaqdır. Salto, günəşli və isti yayları, ara-sıra şiddətli yağışları və mülayim qışları ilə bölgəyə xas subtropik dəniz iqliminə sahipdir. Gənclər arasındakı məşhur aktivitələr arasında mate (bitkisəl bir içəcək) içmək, gecələri rəqsə getmək və həftə sonları Koncordiada alışveriş etmək üçün Argentinaya keçmek yer alır. Maraq doğurucu yerlərdən biri də şəhrə yaxın kordinatdakı termal hovuzlardır.
Uruqvay Raundu Müqavilələri Qanunu
Uruqvay Raundu Müqavilələri Qanunu (ing. Uruguay Round Agreements Act (URAA) — Amerika Birləşmiş Ştatlarında 1994-cü il Mərakeş Sazişini həyata keçirən ABŞ Konqresinin qəbul etdiyi qanun. Marakeş Sazişi Tarifləri və Ticarət üzrə Baş Sazişin Ümumdünya Ticarət Təşkilatına çevrilməsi ilə bağlı danışıqların Uruqvay Raundunun yekun hissəsi idi. Qanun qüvvəyə mindikdən sonra Birləşmiş Ştatlar əvvəllər ictimai mülkiyyətə keçmiş bəzi əsərlərin müəllif hüquqlarının qorunmasını bərpa etdi. ABŞ Prezidenti Bill Klinton URMQ (ing. URAA) üçün qanun layihəsini 27 sentyabr 1994-cü ildə Konqresə göndərdi. Qanun Nümayəndələr Palatasına H.R. 5110, Senata isə S. 2467 nömrələri ilə təqdim edildi ki, nə Palata, nə də Senat onu dəyişdirə bilməsin. Palata qanun layihəsini 29 noyabr 1994-cü ildə, Senat isə 1 dekabr 1994-cü ildə qəbul etdi. Prezident Klinton qanunu 8 dekabr 1994-cü ildə Konqres aktı (103–465) olaraq imzaladı. URMQ 1995-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
Buruq
Buruq — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır. Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilərdən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur == Tarixi == Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir. Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin] == Coğrafiyası == Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir.
Urud
Urud (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Urud (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Urum
Urum- Arsakda IX əsrdə mahal adı. Ə.Ələkbərov bu mahalı Qarabağda orta əsrlərdə "Urum"»adı ilə bağlı toponimlərin yayılma ərazisi ilə lokalizə etnonimdir. Eramızın I minilliyinin I yarısında Qarabağda məskunlaşmış yunan (yerli əhalinin danışığında Urum) tayfasının adını əks etdirir. Strobon Xəzərin cənub qərbində ana, riak,mard, pars, uta və b. tayfalarla yaşadığını yazarkən onlarla yanaşı eniam adlı tayfasının da yaşadığını onların köçkün yunanlar olduğunu qeyd etmişdir. Erkən orta əsrlərdə Azərbaycanda Yunan (Bərdə yaxınlığında) Bu şəhəri VII əsrlə əlaqədar hadisələrdə Əhməd ibn Əsəm əl Kufi də çəkmişdir və Yunanşəhr (Bakı-Salyan yolu içərisində) və s. adlar göstərir ki, həmin elianlar ( yunanlar) buraya gəlmiş və yerli əhali onları Urum adlandırmışlar. Gürcüstanda yaşayan yunanları oradakı azərbaycanlılar indi də Urum adlandırırlar. Arsak Qafqaz Albaniyası ""ARSAK VƏ YA ARSAX" TOPONİMİ" ( (az.)). karabakhinfo.com.
Urup
Urup adası (yap. 得撫島, aynu. ウルㇷ゚, Уруп; həmçinin Rakkoşima; 1760—1806-cı illər ərzində Aleksandr adası) — Kuril adalarına daxil olan Böyük Kuril cırgəsinə aid olan ada. Ümumilikdə isə arxipelaqın dördüncü ən böyük adası. İnzibati cəhətdən isə Saxalin vilayətinin Kuril şəhər dairəsinə aiddir. 1946—1991 illərdən adada sərhəd zastavası fəaliyyət göstərmişdir. Burada Sovet sərhəd konringenti xidmət edirdi. Hazırda isə daimi əhaliyə sahib deyildir. Ada Urup boğazı ilə Çornıye Bratya adalarından ayrılır. Bu ada Urupdan 30 km şimal-şərqdə yerləşir.
Utuq
Utuq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Utuq oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonimi “suvanlan biçənək, otlaq, tarla” mənalannda işlənən utuk, “dağ çökəkliyi, dağ ətəyində düzən” və ya “küləkdən qorunan təbii daldalanacaq yer”, “heyvanlann qışlaması üçün əlverişli yer” mənalı ottok sözü ilə əlaqələndirirlər. Kəndin əhalisi etnik tatlardır. Şirvanı Şimali Qafqazla birləşdirən ticarət yolu üzərində yerləşən Utuq kəndinin toqr. IX-X əsrlərdə meydana gəlməsi ehtimal edilir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 337 nəfər əhali yaşayır.
Uduq
Uduq (şum. 𒌜), sonralar akkad dilində utukku — qədim Mesopotamiya mifologiyasından bəzən yaxşı, bəzən də şər qüvvə hesab edilən qeyri-müəyyən demonlar sinfi. Ekzorsizm mətnlərində bəzən "xeyir uduğu" "şər uduğu"na qarşı çağırılır. Bu, ümumiyyətlə qeyri-müəyyən bir sözdür və bəzən müəyyən bir cin növünə deyil, bütövlükdə cinlərə xitab etmək üçün istifadə olunur. Uduğun heç bir vizual təsviri hələ müəyyən edilməmişdir, lakin adətən onun digər qədim Mesopotamiya cinlərində olduğu kimi qaranlıq kölgədən ibarət olması, onu əhatə edən işığın olmaması, zəhər və karedici səsə sahib olduğu bildirilir. Salamat qalmış qədim Mesopotamiya mətnlərində şər uduqlarını qovmaq üçün "Uduq-hul" mətnləri kimi tanınır. Bu mətnlərdə şər uduğun xəstəlik törətməkdə oynadığını rolu və xəstəliyin sağalmasında şeytan çıxaranın əhəmiyyəti vurğulanır. Bütün Mesopotamiya demonları arasında uduq ən az aydın şəkildə müəyyən olunanıdır. Bu söz əvvəlcə sözügedən demonun yaxşı və ya pis olduğunu ifadə etmirdi. İki Qudeya silindrindən birində Laqaş padşahı Qudeya (e.ə.
URMQ
Uruqvay Raundu Müqavilələri Qanunu (ing. Uruguay Round Agreements Act (URAA) — Amerika Birləşmiş Ştatlarında 1994-cü il Mərakeş Sazişini həyata keçirən ABŞ Konqresinin qəbul etdiyi qanun. Marakeş Sazişi Tarifləri və Ticarət üzrə Baş Sazişin Ümumdünya Ticarət Təşkilatına çevrilməsi ilə bağlı danışıqların Uruqvay Raundunun yekun hissəsi idi. Qanun qüvvəyə mindikdən sonra Birləşmiş Ştatlar əvvəllər ictimai mülkiyyətə keçmiş bəzi əsərlərin müəllif hüquqlarının qorunmasını bərpa etdi. ABŞ Prezidenti Bill Klinton URMQ (ing. URAA) üçün qanun layihəsini 27 sentyabr 1994-cü ildə Konqresə göndərdi. Qanun Nümayəndələr Palatasına H.R. 5110, Senata isə S. 2467 nömrələri ilə təqdim edildi ki, nə Palata, nə də Senat onu dəyişdirə bilməsin. Palata qanun layihəsini 29 noyabr 1994-cü ildə, Senat isə 1 dekabr 1994-cü ildə qəbul etdi. Prezident Klinton qanunu 8 dekabr 1994-cü ildə Konqres aktı (103–465) olaraq imzaladı. URMQ 1995-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.
2K11 Kruq
2K11 Kruq (Rusca: 2К11 «Круг», “dairə”; NATO kod adı: SA-4 Ganef) – Sovet istehsalı daşınabilən hava hücumundan müdafiə sistemidir.
Kruq ZRK
2K11 Kruq (Rusca: 2К11 «Круг», “dairə”; NATO kod adı: SA-4 Ganef) – Sovet istehsalı daşınabilən hava hücumundan müdafiə sistemidir.
Musa Urud
Musa İsa oğlu Quliyev (25 noyabr 1961, Urud, Sisian rayonu) – Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist. Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2003) qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə təyinatla göndərildiyi Gəncə şəhərində həkim kimi başlamışdır. Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasında həkim-intern (1984–1985), Gəncə şəhər 1 saylı poliklinikasında sahə həkimi (1985–1986), Gəncə rayonlararası narkoloji dispanserində həkim-narkoloq vəzifəsində (1986–1990) çalışmışdır. Musa Quliyev 1990–1994-cü illərdə Bakı şəhərində 7№-li poliklinikada həkim nevropatoloq, Yasamal rayon həkim əmək ekspertiza komissiyasının ekspert nevropatoloq işləmişdir. 1994–1997-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, Respublikanın Baş həkim-əmək eksperti, 1997–2000-ci illərdə isə həmin nazirlikdə idarə rəisi vəzifələrində çalışmışdır. Musa Quliyev bu dövr ərzində Qarabağ müharibəsi əlillərinin ekspertizası, reabilitasiyası, o cümlədən protezləşməsi və ölkə xaricində müalicə-bərpa kursları keçməsinin təşkil olunmasında yaxından iştirak etmişdir. Musa Quliyev 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.
Okan Buruq
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Quruq (Xoy)
Quruq (fars. قوروق‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Uluq Bəy
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı. Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür. Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar.Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır. Sarayda hər cür qayğı ilə əhatə olan Turğay Mirzəni gələcəyin hökmdarı kimi tərbiyə etməyə çalışırlar.
Uluq Məhəmməd
Uluğ Məhəmməd xan (tatarca: Oluğ Möxämmät ,d. ? – ö. 1445) – 1419-1420, 1421-1423, 1427-1437-ci illərdə Qızıl Orda xanı, 1438-1445-ci illər arasında Kazan xanlığının xanı. Çingiz xanın oğlu Cucinin oğlu Toka Temurun nəslindən İçkili Həsənin oğludur. Cabbar Berdi xanın, sonrasında da xanlığı pərdə arxaısnda idarə edəm Edige Mirzənin 1419-cu ildə yaşanan iç müdaxilə nəticəsində öldürülməsindən sonra Qızıl Orda xanı olmuşdur. 1445-ci ildə səfərdən geri dönərkən anidən ölən Uluğ Məhəmməd bəzi fikirlərə görə, oğlu Mahmud (Mahmuted) tərəfindən öldürülmüşdür. Ancaq Uluğ Məhəmməd xan xanlığı Cabbar Berdi xanın oğlu Dövlət Verdi ilə ayrı-ayrı idarə etməkdə idi. Sarayda hökm sürən Uluğ Məhəmməd 1420-ci ildə Dövlət Berdinin şəhəri mühasirəyə almasından sonra xanlığın şimalına doğru çəkilməyə məcbur oldu. Bununla birlikdə, hələ Qızıl Orda torpaqlarında təsirini davam etdirən taxt mübarizəsi zamanı Barak xan ilə edilən döyüşü uduzduqdan sonra 1423-cü ildə Litva hersoqu Vytautasa sığınmağa məcbur oldu.
Urud (Loru)
Urud, Urut (erm. Ուռուտ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Urud bələdiyyəsi"ni (erm. Ուռուտ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.020 nəfərdir.
Urud (Zəngəzur)
Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstərilir. Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir. Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər, 1987-ci ildə 16–18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Urud abidələri
Urud qəbiristanlığı — ermənilər tərəfindən dağıdılmış orta əsrlərə aid Zəngəzurun Urud kəndinin qəbiristanlığı. Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvanyə avlade-avğv (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını dağıdıblar. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulduqdan sonra Urud abidələri də ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda burada heç bir abidə qalmamışdır.
Urud livası
Urud livası — Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Urud idi. 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livası dörd nahiyəyə bölünürdü.
Urud nahiyəsi
Urud nahiyəsi və yaxud Urud nahiyəsi — 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə. Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livasının Urud nahiyəsində ümumilikdə 36 kənd var. Onlardan 6-i erməni, 30-si türk kəndidir. Türklər yaşayan kəndlərdən 30-i dağıdılıb. Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır. Urud nahiyəsi 1593 Kəndləri 5. Ağakəndi azərb. kəndi (dağıdılıb) 6. Şataq azərb. kəndi (dağıdılıb) 8.
Urud qalası
Urud qalası - Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Urud qalası qədim Zəngəzurun Qarakilsə nahiyəsinin Urud kəndində Bazarçayın sağ sahilindəki təpəlikdə VIVII əsrlərdə inşa edilmişdir. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü. Urud qalasının adı mənbələrdə 450-ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1075–1094-cü illərdə Sünikin hökmdarı I Senikərimə məxsus idi. Qala 1104-cü ildə Səlcuqlular, 1386-cı ildə Əmir Teymur, 1407-ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.XIII əsrin əvvəllərində Xəzərin şimalından gələn qıpçaq Orbelilər nəsli Zəngəzurda məskunlaşaraq xristianlığı qəbul etmişlər. Orbelilər nəsli sonradan erməniləşmişlər. Əmir Teymurun qoşunları 1386-cı ildə Süniki işğal edərkən Urud qalasını da zəbt etmişdir.
Zindan-Muruq
Zindanmuruq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Zindanmuruq bələdiyyəsinin mərkəzi. Zindan-Muruq oyk., miir. Qusar rayonunun eyniadlı i.ə.v.-də kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Qusarçayın sağ sahilində, Qızılqaya platosunun (Böyük Qafqaz) yamacmdadır. Əsl adı Sindanmuruqdur. Dağıstanın cənubunda erkən orta əsrlərə aid Sindan (Şindan) qalasının adından və Muruq kəndinin adından yaranmışdır. Talış zonasında da Şindan qalası var. Qalanın adı ilk dəfə VII əsr hadisələri ilə əlaqədar çəkilir. Oykonim "Sindan yaxınlığındakı Muruq kəndi" mənasmdadır.
Urud körpüsü
Urud körpüsü — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən - Sisian) rayonunun Urud (03.07.1968-ci ildən - Vorotan) kəndində, Bazarçay çayı üzərində birtağlı körpüdür. Körpü Bədir və Qala qayalarının arasında iki iri daşın üzərində 1855-ci ildə bölgənin müsəlman bəyləri tərəfindən inşa edilmişdir. 15-20 addım uzunluğunda olan bu körpü Urud azərbaycanlı kəndini onun tarlaları, bağları ilə birləşdirir, mahalın Şam, Dərəbas, İrmis, Bəhrülü, İlizin və s. azərbaycanlı kəndlərinə gediş-gəlişi təmin edirdi. Körpünün tikintisində çay daşları, əhəng, yumurta sarısından və s. təbii tikinti materiallarından istifadə olunmuşdur. Qədimdən Türk-Oğuz boylarının yurdu olan Urud kəndində 1988-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Kəndə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il deportasiyasından sonra köçmüşlər.
Ufuq Özqan
Ufuq Özqan (11 aprel 1975, Manhaym, Baden-Vürtemberq) — Türkiyə TV serial aktyoru. Anası Of, Trabzondan, atası Samsunun Tekkeköy rayonundandır və Çərkəz soyundandır. Almaniyada doğulub böyüyən Ufuk Özkan 12 yaşında ailəsi ilə birlikdə Türkiyəyə qayıtdıqdan sonra türkcə yaxşı danışa bilmədiyi üçün təhsilini 8-ci sinifdən deyil, 5-ci sinifdən davam etdirib. Samsun Bələdiyyəsi Orta Məktəbinin məzunudur. Samsun Bələdiyyəsi Konservatoriyası və İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr fakültəsini bitirmişdir (2001). İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarında aktyor kimi çalışmışdır. Theater Fishbone ilə 3 il kabare teatrı oynadı. 2003-cü ildə BKM istehsalı olan "Ölümsüz Aşk" serialında baş rola çəkilib. Asuman Dabək Teatrında da rol alıb. Qardaşı isə Umud Özqan özü kimi aktyordur.
Urud qəbiristanlığı
Urud qəbiristanlığı — ermənilər tərəfindən dağıdılmış orta əsrlərə aid Zəngəzurun Urud kəndinin qəbiristanlığı. Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvanyə avlade-avğv (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını dağıdıblar. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulduqdan sonra Urud abidələri də ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda burada heç bir abidə qalmamışdır.
Urum-Qıpçaqlar
Urumlar (yun. Ουρούμ, urum; türk. Urum, krımtat. Urum) — əsasən Osmanlı İmperiyasında və Krımda bəzi türkdilli xalqlar (türklər, Krım tatarları) tərəfindən müsəlman dövlətlərinin Yunanıstanın peçeneq və ya türk əsilli əhalisini adlandırmaq üçün işlədilən ekzoetnonim. Müasir etnoqrafiyada bir qayda olaraq, türk türkdilli qrup urumlar (və ya peçeneq-urumlar) adlandırılır. Lakin urumları xristian türklər və ya müstəqil etnos, yaxud oğuz-qıpçaq etnik qrupu hesab edən tədqiqatçılar da var. Rusiya Federasiyasında 54 nəfər (2002-ci il siyahıya almasına əsasən), Ukraynada 91548 nəfər (2001-ci il siyahıya almasına əsasən), Gürcüstanda 15.166 nəfər urum yaşayır.
Üfüq
Üfüq- açıq yerdə Yer səthinin dairə şəklində görünən hissəsidir ki, bu hissədə göy qübbəsinin kənarları yerə bitişmiş kimi görünür. Üfüqün kənarında göyün yerə bitişik kimi görünən sərhəddinə üfüq xətti deyilir. Üfüq xətti müşahidəçi üçün yer səthinin görünən hissəsini görünməyən hissəsindən ayırır. Üfüqün dörd əsas: Şimal-Şm. (North-N), Cənub-C. (South-S), Şərq-Ş (East-E), Qərb-Q (West-W) cəhətləri vardır. Üfüqədək görünən məsafəni d = 3 , 86 h {\displaystyle d=3,86{\sqrt {h}}} düsturu ilə hesablamaq olar. Burada h-müşahidə nöqtəsinin (m-lə) hündürlüyüdür. Müşahidə olunan nöqtənin hündürlüyündən asılı olaraq üfüqün diametri genişlənir. Müşahidəçi açıq havada Elbrus dağından (5633 m) Qara dənizdə gəmini, Baba dağından (3629 m) Kür-Araz ovalığının hər tərəfini görə bilər. Üfüqi zonallıq hündürlük və ya şaquli zonallığın əksinə, üfüqi istiqamət üzrə zonaların bir-birini əvəz etməsinə deyilir.
Füruğ Fərruxzad
Füruğ Fərruxzad (fars. فروغ فرخزاد‎; 5 yanvar 1935, Tehran, İran — 13 fevral 1967, Tehran, İran) — İran şairəsi, rejissor. == Həyatı == Füruğ Fərruxzad 1935-ci il yanvar ayının 5-də Tehranda, hərbi xidmətçi ailəsində dünyaya gəlib. Ailədə ondan başqa daha 6 uşaq var idi. 9-cu sinfi bitirəndən sonra Fərruxzad orta sənət məktəbinə daxil olub. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə evlənib və Əhvaza köçüb. Oğlu Kamyar dünyaya gələndə ona "Sənin üçün bir şeir" adlı əsər həsr edib. İki ildən sonra şairə həyat yoldaşından ayrılıb və yeganə oğlunu keçmiş ərinin himayəsinə buraxmalı olub. Tehrana qayıdarkən 1955-ci ildə "Əsir" adında şeirlər məcmuəsini çap etdirib. 1958-ci ildə Fərruxzad Avropada filosof İbrahim Gülüstan ilə tanış olub və "Ev qaradır" adlı filmin ideyasını ondan alıb (bu vaxta qədər şairənin daha iki kitabı işıq üzü görmüşdü – "Divar" və "Üsyan").