Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səlivə
Səlivə — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. Coğrafi ad talış dilində sə (sı) "qırmızı" və livə "yarpaq" sözlərinin birləşməsindən ibarətdir (Dəmir ağacının yarpaqları payızda qırmızı rəngdə olur). Novruz Əsgərov (20 Yanvar şəhidi) (1968–1990).
Vəlis
Vəlis (az-əbcəd. ولیس‎, fars. ولیس‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 459 nəfər yaşayır (124 ailə).
Vələs
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Vəlibəy (Bicar)
Vəlibəy (fars. ولي بيگ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 152 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Vəliəsr (Nir)
Vəliəsr (fars. ولي عصر‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 400 nəfər yaşayır (93 ailə).
Vəlihə Abdullayeva
Abdullayeva Vəlihə Böyükağa qızı (1 yanvar 1949 – 1 yanvar 2024, Bakı) — Salyan Rayon İcra Hakimiyyətinin başçısı (1998–2001). Vəlihə Abdullayeva 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1971-ci ildən Salyan Rayon Maliyyə şöbəsində, Salyan Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində, Salyan Rayon İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışmış, 1997-ci ildən Salyan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirmiş, 1998–2001-ci illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir. 1 yanvar 2024-cü il tarixində vəfat edib.
Irimeyvəli vələs
== Ümumi yayılması: == Rusiyanın Avropa hissəsi, Moldova, Balkan yarımadası, Apennin yarımadası, Kiçik Asiyada və Şimal-Qərbi Iranda (Astarabad) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması: == Lənkəran dağlarında yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer: == Оrta və aşağı dağ qurşaqlarının güney yamaclarında meşədə və kоlların arasında rast gəlinir. == Təbii ehtiyatı: == Azərbaycanda çox deyildir. == Biоlоji хüsusiyyətləri: == Təbiətdə ağac və ya qоllu-budaqlı kоldur. Yarpaqları 3-9 sm uzunluqda və 2,5-4 sm eindədir, оval-ellipsşəkillidir, uc hissəsi uzanmamışdır, kənarlarında demək оlar ki, eyni böyüklükdə dişlər vardır. Yarpaqlarının qaidə hissəsı dəyirmi- pazvarı və ya azca ürəkvaridir və çanağı təхminən 3 sm uzunluqda və 2 sm enindədir. Yarpaq yanları bütövdür, dilimləri yохdur, 5-8 damarı vardır, ümumi görünüşü оval- rоmbşəkillidir və ya enli rоmbşəkillidir. Adətən, kənarlarında bərabər оlmayan iri dişləri vardır.
Sivrimeyvəli vələs
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. İranın şimal-qərb hissəsində yayılmışdır. Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1. Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir. Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir. Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir.
Vəliv (Sərdəşt)
Vəliv (fars. وليو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 246 nəfər yaşayır (42 ailə).
Ürəkyarpaq vələs
Ürəkyarpaq vələs (lat. Carpinus cordata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. Azərbaycanda pip adi ilə məşhurdur. Carpinus erosa Blume Ostrya mandshurica Budischtschew ex Trautv.
Pəlikəş
Pəlikəş — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Coğrafi ad pəli Azərbaycan dilindəki pələng sözünün talışca tələffüz forması və keş (kəs) "iki yamac arasındakı dərədən axan kiçik çay" sözlərindən ibarətdir. 12 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmışdır. Rəşad Eyvazov (2002–2020). Tarif Cəfərzadə (2002–2020).
Vələver
Vələver — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim vələ (təpəlik) və ver (yuxarı) komponentlərindən düzəlib. Təpəlik yer yüksəklik mənasındadır. Əhalisi 555 nəfərdir.
Vəliyev
Vəliyev — Azərbaycan soyadı. Abdulla Vəliyev (1910—1986) — Azərbaycanın tanınmış görkəmli dialektoloqu, filologiya elmləri doktoru, professor. Adil Vəliyev (d. 1960) — Yeni Azərbaycan Partiyasının üzvü. Ağalar Vəliyev (d. 1957) — Yeni Azərbaycan Partiyasının üzvü. Anar Vəliyev (2002—2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Arif Vəliyev (1943—2014) — Bakı Dövlət Universitetinin məzunu. Ayxan Vəliyev (1995—2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Azər Vəliyev (1998—2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Şəhrək-i Vəliəsr (Germi)
Şəhrək-i Vəliəsr (fars. شهرك وليعصر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,342 nəfər yaşayır (288 ailə).
Eldar Vəliyev
Eldar Vəliyev (24 yanvar 1951, Laçın) — Xarkov Akademiyasının Akademiki. == Həyatı == Eldar İsmayıl oğlu Vəliyev 24 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Əslən Laçın rayonunun Piçənis kəndindəndir. Fizika — riyaziyyat elmləri doktoru, Tətbiqi Elektronika Akademiyasının akademiki, əməkdar elim xadimidir. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (S. M. Kirov adına) Fizika fakültəsini bitirib. 1973-cü ildən 1976-cı illərdə Radio Fizika və Elektronika İnstitutunun (Ukrayna SSRİ Elmlər Akademiyası (Xarkov)) aspirantı olmuşdur. 1977-ci ildə fiziki- riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya radio fizika ixtisas üzrə elmi işini müdafiə etmişdir (Xarkov). 1988-ci ildə fizika- riyaziyya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir (ixtisas radio fizika). == Tədqiqat sahəsi == Elektrodinamika sərhəd problemləri. Elektromaqnit sahə nəzəriyyəsi.
Elmar Vəliyev
Elmar Vəliyev (Elmar Rüstəm oğlu Vəliyev; 3 oktyabr 1960, Yevlax) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018). == Həyatı == Elmar Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979–1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983–1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989–1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib. === Ailəsi === Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994–2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəis müavini, 2004–2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.
Elmir Vəliyev
Elnur Vəliyev
Elyar Vəliyev
Elyar Arif oğlu Vəliyev (17 oktyabr 1991, Sədəfli, Qobustan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elyar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elyar Vəliyev oktyabrın 19-da Qubadlının azad edilməsi zamanı şəhid olub. ==== Ölümü ==== Elyar Vəliyev və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150–200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev , Kərim Əliyev və gizir Elyar Vəliyev həlak olmuşdur. Ümumi olaraq Elyar Vəliyevin mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Etibar Vəliyev
Etibar Vəliyev (16 may 1963, Ləj, Lənkəran rayonu) — Azərbaycanlı şair və publisist, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Məşəl" ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktor müavini. == Həyatı == Etibar Babəli oğlu Vəliyev 1963-cü il mayın 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1978-ci ildə Lənkəran rayonunun Ləj kənd məktəbini bitirmişdir. 1978–1981-ci illərdə Bakı Plan-Uçot Texnikumunda "kənd təsərrufatı istehsalatında mühasibat uçotu" ixtisası üzrə təhsil alıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1986–1992-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında "Kənd təsərrufatının iqtisadiyyatı və təşkili" ixtisası üzrə təhsil alıb, iqtisadçı ixtisasına yiyələnmişdir. 1986–1988-ci illərdə Lənkəran rayonunun "Puşkin", "Oktyabrın 60 illiyi" sovxozlarında iqtisadçı və 1988–1998-ci illərdə Lənkəran "5 №-li çay fabriki"ndə baş mühasib işləyib. 1998–2001-ci illərdə Lənkəran Dövlət Universitetində "İqtisadiyyatın əsasları" fənnini tədris etmişdir. 1998–2019-cu illərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi — baş əmək müfəttişi vəzifəsində çalışıb. 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı) rəisi vəzifəsinə təyin olunub.
Fuad Vəliyev
Fərhad Vəliyev
Fərhad Vəliyev (d. 1.11.1980, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu. "Səbail futbol klubunda qapıçılar üzrə məşqçi kimi fəaliyyətini davam etdirir. Həmçinin futbol üzrə Azərbaycan milli komandasının qapıçısı olmuşdur. == Həyatı == 1 noyabr 1980-ci ildə Qubada anadan olub. "Xəzər Sumqayıt", "İnter Bakı" klublarında çıxış edib. Karyerasını "Qarabağ" klubunda davam etdirir.
Fəxrəddin Vəliyev
Hidi Vəliyev
Həmid Vəliyev
Həmid Vəliyev (15 iyul 1939, Sadaxlı, Marneuli rayonu) — professor. == Həyatı == Həmid Vəliyev 15 iyul 1939-cu ildə Borçalı mahalının Sadaxlı kəndində anadan olmuş, ADU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsini (1966), Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbinin jurnalistika fakültəsini (1978) bitirmiş, Marneuli rayon qəzetində əmək fəaliyyətinə başlamış (1958), Tbilisidə "Sovet Gürcüstanı" qəzetində korrektor, baş korrektor (1960–1968), şöbə müdiri (1968–1972), redaktor müavini (1973–1991) vəzifələrində çalışmış, Azərbaycan Prezidentinin himayəsi ilə nəşr olunan "Yurd" jurnalının Azərbaycan buraxılışına rəhbərlik etmiş (1991–1995), "El qəzeti"nin, "Mübarizə" və "Şəfqət" qəzetlərinin, "Borçalı" jurnalının baş redaktoru olmuşdur. Gürcüstan SSR-in əməkdar jurnalisti (1988), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi fəxri adlarına (2009), "Əməkdə fərqlənməyə görə" (1970) və "Tərəqqi" (2005) medallarına, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1972), Azərbaycan mətbuat şurasının diplomuna (2013) və digər mükafatlara layiq görülmüşdür. Tbilisidə və Bakıda çap olunmuş bir neçə kitabın, 400-ə yaxın elmi və elmi-publisistik məqalənin, "Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində" monoqrafiyasının (B.,1984), "Dünya informasiya agentlikləri" (B.,2003), "Beynəlxalq jurnalist təşkilatları" (B.,2005) adlı dərs vəsaitlərinin, "Xarici ölkələrin jurnalistikası tarixi" (B.,2012;B.,2014) dərsliyinin, "Mark Tven jurnalist kimi" (B.,2014) kitabının müəllifidir. Elmi əsərləri Türkiyədə, Moskvada, Tbilisidə, Kiyevdə, Alma-Atıda, Daşkənddə və digər yerlərdə çap olunmuşdur. Dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin "Dost qazanmaq və adamlara təsir göstərmək sənəti" əsərini Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş və kitab 1993-cü ildə "İşıq" nəşriyyatı tərəfindən kütləvi tirajla çap olunmuşdu. Həmin kitabın təkrar nəşri 2014-cü ildə olmuşdu. 1992-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycanda beynəlxalq jurnalistika üzrə ilk dosent kimi rəhbəliyi altında 20-dən çox magistr dissertasiyası yerinə yetirilmişdir; 3 nəfər doktorantın elmi rəhbəri, Jurnalistika fakültəsinin elmi şurasının üzvüdür.
Kamil Vəliyev
Kamil Vəli Nərimanoğlu (azərb. Kamil Nəriman oğlu Vəliyev‎; 18 avqust 1946, Cəbrayıl – 16 dekabr 2023) — tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. == Həyatı == Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə burada orta təhsilini başa çatdırmışdır. 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Kamil Vəli Nərimanoğlu universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə elə həmin il universitetdə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılır. Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi almış, 1988–1998-ci illər arasında Bakı Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmiş, Böyük Elmi Şuranın üzvü olmuşdur. Kamil Vəli Nərimanoğlu 1974-cü ildə "Azərbaycan dilində — ki şəkilçisi" mövzusunda namizədlik, 1988-ci ildə isə "Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1977-ci ildən "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü olmuş, 1983-cü ildən isə Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Türkiyə Folklor Araşdırmaları Vaqfının nümayəndəsi, 1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını almışdır.
Kərim Vəliyev
Kərim Tofiq oğlu Vəliyev (9 fevral 1961, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki; Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi. Azərbaycan Respublikası müdafiə nazirinin şəxsi heyət üzrə sabiq müavini — Şəxsi Heyət Baş İdarəsinin sabiq rəisi (2014–2021). == Həyatı == Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. Ailəlidir, iki övladı var. == Hərbi xidməti == 1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini — Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.
Mirzə Vəliyev
Vəliyev Mirzə Dövlət oğlu (31 avqust 1923, Yuxarı Ləgər, Quba qəzası – 6 noyabr 1944, Vaşad[d], Peşt-Piliş-Şolt-Kişkun[d]) — Sovet İttifaqı Qəhrəmanı. Mirzə Vəliyev 1923-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. Cəbhəyə könüllü getmişdir. Mirzə Vəliyevin döyüş yolu Şimali Qafqazdan başlamış və Ukrayna, Belarusiya, Rumıniya, Bolqarıstan və Macarıstandan keçmişdir. Topçular bölməsi komandiri baş serjant Mirzə Vəliyevin son döyüşü Macarıstan torpağında oldu. Faşist tanklarının və zirehli maşınlarının fasiləsiz hücumlarının qarşısını alan topçular döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdilər. Döyüş meydanına tüstü bürümüşdü. Mirzə Vəliyevin topçu bölməsi heyətinin hamısı həlak olmuşdu. Mirzə özü isə ağır yaralanmışdı. Mirzə bütün qüvvəsini toplayaraq sonuncu mərmini topa qoyaraq atəşi ilə düşmənin zirehli avtomobilini məhv etdisə də, özü də həlak oldu.
Murad Vəliyev
Müslüm Vəliyev
Məhi Vəliyev
Məhi Vəliyev (1927, Araz Yağlıvənd, Qaryagin qəzası – 11 yanvar 2009, Araz Yağlıvənd, Füzuli rayonu) — Lenin, Oktyabr inqilabı, Qırmızı Əmək Bayrağı ordenli zəhmət adamı. Məhi Cümü оğlu 1927-ci ildə Araz Yağlıvənd kəndində anadan olmuşdu. Böyük Bəhmənli kənd məktəbində natamam təhsil almışdı. Kоlxоzda işləmişdi. Kоlxоz idarə heyətinin göndərişi ilə rayоnlararası kənd təsərrüfatı kursunda оxumuşdu. 1944-cü ildə kursu tamamladıqdan sоnra, 1950-ci ilədək kоlxоzda mal və qоyun təsərrüfatı briqadiri vəzifəsində çalışmışdı. 1950-ci ildən 1953-cü ilə kimi Bakının keçmiş Lenin rayоnunda neft buruqlarında işləmişdi. 1953-cü ilin sоnunda dоğma kəndi Aşağı Yağləvəndə qayıdıb və 1980-ci ilədək pambıqçılıq təsərrüfatında sahə briqadiri vəzifəsində çalmışdı. İşləməklə yanaşı qiyabi Gəncə Kənd Təsərrüfatı Texnikumunun aqrоnоmluq şöbəsini bitirmişdi. 1980-ci ildən 1998-ci ilin sоnunadək kolxozun üzümçülük sahəsində briqadir işləmişdi.
Məhəmməd Vəliyev
Məmməd Vəliyev
Məmməd Vəliyev (15 iyun 1943, Noraşen rayonu – 20 fevral 2014) — AMEA-nın Polimer Materialları İnstitutunun «Yüksək doymamış birləşmələr» laboratoriyasının müdiri(1982-2014). Kimya elmləri doktoru, professor. Vəliyev Məmməd Hüseynəli oğlu, 15 iyun 1943-cü ildə Naxcıvan Muxtar Respublikasının Şərur rayonunun Qarxun kəndində anadan olub. 1960-cı ildə Şərur rayonunun Yengicə kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1968-ci ildə həmin institutu “Əsas üzvi və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirib. 1968-ci ildə həmin institutu “Əsas üzvi və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirib. 1969-cu ildən Azərbaycan MEA Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (hazırda Polimer Materialları İnstitutu adlanır) kiçik elmi işçi vəzifəsində işləməyə başlayıb və 1971-ci ildə institutun aspiranturasına daxil olub. 1974-cü ildə Azərbaycan MEA Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib və 1977-ci ilə qədər kiçik elmi işçi vəzifəsində işləyib. Müsabiqə yolu ilə 1977-ci ildə böyük elmi işçi, 1982-ci ildə isə laboratoriya müdiri vəzifəsinə seçilib və 2014-cü ilə qədər bu vəzifədə çalışıb.1987-ci ildə D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiya Universitetində doktorluq dissertasiyasını müdafiə edib və 1991-ci ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvi seçilib.
Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları