Məhəmməd Nail oğlu Vəliyev(27 iyun 1996, İmanlı, Masallı rayonu – 23 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi
Məhəmməd Vəliyev | |
---|---|
Məhəmməd Nail oğlu Vəliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 iyun 1996(1996-06-27) |
Doğum yeri | |
Vəfat tarixi | 23 oktyabr 2020(2020-10-23) (24 yaşında) |
Vəfat yeri | Füzuli rayonu |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Masallı rayonu |
Dəfn tarixi | 23.10.2020 |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Atası | Nail Vəliyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri |
27 iyun 1996-cı ildə Masallı rayonunun İmanlı kəndində anadan olub.[1] 2003-cü ildə Binə Xocavar kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbi bitirib. Ailəli idi. İki uşağı var.
2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub.
Azərbaycan Ordusunun əsgəri Məhəmməd Nail oğlu Vəliyev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş və Füzulinin azad edilməsində həlak olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Məhəmməd Nail oğlu Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Məhəmməd Nail oğlu Vəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.[3]
Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Məhəmməd Nail oğlu Vəliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.[4]