Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vers (Əlburz)
Vers (fars. ورس‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 677 nəfər yaşayır (243 ailə).
Vers dağı
Vers dağı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində dağ. Vers dağı Dərələyəz və Göyçə mahallarının sərhədində yerləşir. Bir tərəfi Dərələyəzdə Qovuşuq kəndinə məxsus Soğanlı yaylağına, o biri tərəfi isə Göyçənin Basarkeçər (Vardenis) və Qaranlıq (Martuni) rayonuna (Göyçə gölünə) baxır. Dağın yüksəkliyi 3522 m-dir. Oronim varsaq türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir.
Le-Versu
Le-Versu (fr. Le Versoud) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38538. Kommunanın 2012-ci il üçün əhalisi 4637 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 216 ilə 441 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 12 km şimal-qərbdə yerləşir.
Ben 10 Versus the Universe: The Movie
Ben 10 Versus the Universe: The Movie — 2020-ci ilin payızında Cartoon Network-də yayımlanmış bir filmdir. İlk dəfə 19 fevral 2020-ci ildə elan edildi. Film Ben 10 (2016) seriyasının 5-ci mövsümünün bir hissəsidir. Məsələ Benin keçmişindən bir partlayış ətrafında cəmləşməsidir. Tennizon komandası və planet yer ikiqat artır və Beni günün qorunması üçün ulduzlararası olmağa məcbur edir. Bu vaxt, Quin və Maks Baba Benin yoxluğunda dünyanı xilas etmək üçün bir araya gəlirlər. Ancaq qəhrəmanımız pis adamlar tərəfindən qarışıqdır, buna görə Ben dünyanı xilas etmək üçün dünyaya qayıtmaq üçün bir yol tapmalıdır. Vilqaks İnferno Zs'Skayr Pisccissli Sightralı Tetraks Omni-Naut Jetray (ilk çıxışı) Omni-Naut İstilik partlayışı (ilk çıkışı) Omni-Naut Humunqozavr (ilk çıxışı) Omni-Naut Şok Qaya (ilk çıkışı) İldırım Topu Dörd Qol Almaz Baş Uey Biq (ilk çıkışı) Yapışqan Hüceyrə (ilk çıkışı) Xarabanı Çək İsti Atış Tələsin Qaranlıq maddə Çarpma Çənəsi Vəhşi tikan Tullantı Tankı Dörd yumruq Çəkmə ayağı Almaz Yumruğu AntiVilgax Alien V Incursean Tetrax Ben 10 Versus of the Universe The Movie filminin 10 oktyabr 2020-ci il tarixində Cartoon Network ndə dünya səviyyəsində yayımlanması planlaşdırılır.
Bulbophyllum versteegii
Bulbophyllum versteegii (lat. Bulbophyllum versteegii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Calanthe versicolor
Calanthe masuca (lat. Calanthe masuca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. Alismorkis masuca (D.Don) Kuntze Bletia masuca D.Don Calanthe furcata f.
Canni Versaçe
Canni Versaçe (it. Gianni Versace; 2 dekabr 1946[…], Recco Kalabriya, Kalabriya – 15 iyul 1997[…]) — İtaliyalı geyim dizayneri. Ordine al merito della Repubblica Italiana-nın komandoru.
Carduus versicolor
Adi alaqanqal (lat. Silybum marianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin alaqanqal cinsinə aid bitki növü. Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır.
Columba versicolor
Columba versicolor (lat. Columba versicolor) — göyərçin cinsinə aid heyvan növü.
Donax versicolor
Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Drakula (film, 1931, İngiliscə versiya)
"Drakula" (ing. Dracula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. Drakula — Internet Movie Database saytında.
Drakula (film, 1931, İspanca versiya)
"Drakula" (ing. Drácula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. Drakula — Internet Movie Database saytında.
Erigeron versicolor
Erigeron versicolor (lat. Erigeron versicolor) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Gianni Versace
Canni Versaçe (it. Gianni Versace; 2 dekabr 1946[…], Recco Kalabriya, Kalabriya – 15 iyul 1997[…]) — İtaliyalı geyim dizayneri. Ordine al merito della Repubblica Italiana-nın komandoru.
IP version 4
IP protokolu (Internet Protokol), kompüterlərin İnternet-i əmələ gətirərkən istifadə etdikləri ünvanlama protokolu olmaqla biryerdə, lokal şəbəkədə (local network, Local Area Network, LAN) İnternetə bağlı olmadan da istifadə edilə bilinər. Hal-hazırda bu protokolun ən çox istifadə edilən versiyası IPv4 – dür, 4 bölümlü olduğu üçün IPv4 deyilir (xxx.xxx.xxx.xxx). Yaxın zamanlarda IPv6 (IP version 6) – nın istifade edilməsi planlanır və bu barədə sınaqlar edilir. IPv6 – ya keçilmək istəmənin səbəbi kompüter və İnternetin istifade edilməyə başlanmasının artması səbəbiylə İnternetdəki hər kompüterə fərqli IP verəməyəcək hala gəlməsidir. Həmçinin IPv4-ün bu duruma gəlməsi mobil əlaqələri də imkansız edir. İnternet Protokolunun 4-cü versiyası (IPv4) IETF nəşri RFC 791-də (sentyabr 1981-ci il) təsvir edilmişdir ki, bu da 1980-ci ilin yanvarında verilmiş əvvəlki tərifi (RFC 760) əvəz edir. 1982-ci ilin mart ayında ABŞ Müdafiə Departamenti bütün hərbi kompüter şəbəkələri üçün standart olaraq İnternet Protokol Paketi (TCP/IP) haqqında qərar qəbul etdi.
IP version 6
IPv6 (IP version 6) – IPng (ing. Internet Protocol Next Generation) — 32 bit-lik bir adresə sahib olan IPv4-ün xüsusilə kompüterlərə IP adresi vermə mövzusunda tələbatı ödəmədiyi üçün IETF (The Internet Engineering Task Force) tərəfindən yaradılmaqda olan bir internet protokolu və ya network layer standartı-dır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Ipomoea versicolor
Ipomoea lobata (lat. Ipomoea lobata) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Iris versicolor
Iris versicolor (lat. Iris versicolor) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Kral Ceyms versiyası
"Kral Ceymsin Bibliyası" (ing. King James Bible, abr. KCB) və ya "Kral Ceyms versiyası" (ing. King James Version, abr. KCV) — Bibliyanın anqlikan kilsəsi üçün 1604-cü ildə yazılmağa başlanmış, 1611-ci ildə tamamlanmış və İngiltərə kralı VI və I Ceymsin maliyyəsi ilə nəşr edilmiş ingilis dilinə tərcüməsi. "Kral Ceymsin Bibliyası" bu vaxta qədər təsdiqlənmiş "İcazə verilmiş versiya" (ing. Authorized Version, abr. AV) statusunu daşıyırdı. "Kral Ceymsin Bibliyası" işinin kitablarına Yəhudi Bibliyasından 39 kitab, Apokrifdən 14 kitabdan ibarət bir vəsiyyətnamələrarası hissə və Əhdi-Cədiddən 27 kitab daxildir. Tərcümə yazısı "üslub əzəməti"nə görə qeyd edilir.
Le-Versak
Le-Versak (fr. Le Bersac, oks. Lo Bersac) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05021. 2008-ci ildə əhalinin sayı 928 nəfər təşkil edirdi. 2007-ci ildə 96 yaşda (15-64 yaş arasında) 52 nəfər iqtisadi fəal, 44 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 54,2%, 1999-cu ildə 62.6%). Fəal 52 nəfərdən 47 nəfər (27 kişi və 20 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Megaptera versabilis
Qozbel balina (lat. Megaptera novaeangliae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin megaptera cinsinə aid heyvan növü. Qozbel balina cinsinin yeganə müasir nümayəndəsidir. Öz cinsinin yeganə nümayəndəsi olsa da, Boz balinanın yaxın qohumu sayılır. Qozbel balina adını ya bel üzgəcinə, ya da üzərkən belini güclü şəkildə yığmasına görə almışdır. Qozbel balina zolaqlı balinalar fəsiləsinə aiddir (həmin fəsiləyə həmçinin Göy balina, Brayde zolaqlı balina, Finval və Seyval daxildir) Zolaqlı balinaların bığlı balinalar yarımdəstəsinin digər fəsilələrindən Miosen dövrünün ortalarında ayrıldığı qeyd olunur. Reminqton Kelloq Miosen dövrünə aid edilən qalıqları aşkarlamış Megaptera miocaena növünü qeydə almışdır. Şimali Amerikada aşkarlanan qozbel balinaların qalıqları alt pliosen və pleystosen dövrünə, Avropada aşkarlananlar isə pliosen dövrünə aiddir. Amma bu ailənin digər üzvlərinin bir-birindən nə vaxt ayrıldığı tam məlum deyil. Qozbel balinanı ilk dəfə 1756-cı ildə Matüren-Jak Brisson Regnum Animale "baleine de la Nouvelle Angleterre" olaraq adlandırmışdır.
Mona Liza (Prado versiyası)
Mona Lizanın Prado versiyası (isp. Mona Lisa del taller de Leonardo da Vinci) — Leonardo Da Vinçinin Luvr muzeyində saxlanan "Mona Liza" adlı portretinin Madriddəki Prado muzeyində saxlanan versiyasıdır. Portret Prado muzeyində 1819-cu ildən nümayiş etdirilsə də, onillər ərzində əhəmiyyətsiz kopya hesab edilmişdir. Lakin, 2012-ci ildə həyata keçiriən bərpa işlərindən sonra Prado Mona Lizasının Leonardonun məşhur şah əsərinin ən erkən versiyalarından biri olduğu elan edilmişdir. "Mona Liza"nın XVII–XVIII əsrlərə aid olan və dövrümüzə çatmış onlarla nüsxələrinin olmasına baxmayaraq, Prado Mona Lizası elmi baxımdan tarixi əhəmiyyətə malik ən mühüm nüsxə hesab edilir. Həmçinin müəyyən edilmişdir ki, Prado Mona Lizası Leonardonun öz əsərini işlədiyi vaxtda və onun studiyasında, tələbələrindən biri tərəfindən çəkilmişdir. Leonardonun tələbələri arasında Salai və Françesko Melli Prado Mona Lizasının mümkün müəllifləri arasında əsas namizədlər kimi qeyd edilsələr də, bəzi tədqiqatçılar əsərin müəllifinin Leonardonun ispan tələbələrindən biri olması ehtimalını da irəli sürmüşlər. Prado Mona Lizasının mənşəyi Leonardonun "Mona Liza"sı ilə eyni köklərə malikdir, çünki, onlar ehtimal ki, eyni studiyada və eyni vaxtda işlənmişlər. Madriddəki Alkazar Mediodia Qalereyasının 1666-cı il invertarına aid olan sənəddə əsər haqqında ilk dəfə məlumat verilir və o, "Mujer de mano de Leonardo Abince" (Leonardonun əlli qadını) kimi qeyd edilir. Lakin, əsərin İspaniya Kral Kolleksiyasına nə vaxt daxil olması bu günə kimi naməlum qalmaqdadır, lakin, XVII əsrin əvvəllərində portret artlq İspaniyada ola bilərdi.
Montalyo-Versyo
Montalyö-Versyö (fr. Montalieu-Vercieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38247. Kommunanın 1999-cu il üçün əhalisi 2178 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 200 ilə 347 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Neoseiulus versutus
Neoseiulus versutus (lat. Neoseiulus versutus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nə? Harada? Nə zaman? (idman versiyası)
Nə? Harada? Nə zaman? (NHN) (rus. Что? Где? Когда?, qısaca ЧГК)) oyununun idman versiyası rəsmi olaraq 1989-cu ildə SSRİ-də IAC-nin Mariupoldakı ilk təsis qurultayından sonra meydana gəlmişdir, 1983-cü ilin sonunda Odessanın "Erudit" klubunda oxşar qaydalara uyğun oynanılmağa başlanmışdı . Oyun, 1975-ci ildə Vladimir Voroşilov və Natalia Stetsenko tərəfindən yaradılan"Nə? Harada? Nə zaman?"oyununun əsasında yaradılmışdı, lakin bir çox fərqlər mövcuddur: məsələn, eyni suallar üzrə komandaların bir-birinə qarşı yarışması dünyanın bir çox ölkəsində eyni vaxtda həyata keçirilir.
Tomi Versetti
Tomas Versetti (1951, Liberti Siti) — Grand Theft Auto: Vice City adlı oyundakı xəyali obraz. Tomas Versetti 1951-ci ildə Liberti Sitidə italyan əsilli ailənin oğlu olaraq dünyaya gəlmişdir. 1971-ci ildə Sonny Forelli tərəfindən Harvudda bir adamı öldürmək tapşırığı verildi. Tommi bütün planları qurub adamı öldürmək üçün Harvuda gedəndə birdən çox adamın onu gözlədiyini görüb və böyük münaqişə baş verib. Baş verən münaqişədə 11 nəfəri öldürən Tommi, Harvud qəssabı ləqəbi ilə həbsxanaya girdi. Tommi həbsdə olarkən Sonni rəqiblərinin çoxundan qurtula bildi. 1986-cı ildə Tommi həbsdən azad edildi. Sonny Forelli bilirdi ki, uzun müddət keçsə də, Tommi Versetti hələ də unudulmayıb. Tommi Versettinin Liberti Sitidə olması Forelli ailəsinə zərər verəcəkdi. Sonni Forellinin tapşırığı ilə Tommi Vans qardaşları ilə vacib bir narkotik mübadiləsi aparmaq üçün iki Forelli qanqsteri, Harri, Li və vəkil Ken Rosenberg ilə Vaysport Botyarda getdi.
Tragulus versicolor
Tragulus versicolor (lat. Tragulus versicolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin maralçalar fəsiləsinin maralça cinsinə aid heyvan növü.
Avers
Avers (alm. Vorderseite‎, it. dritto, fr. avers, lat. adversus — "üzü tərəfə çevrilmiş") — sikkə və medalların üz və əsas tərəfi. Avers reversin əks tərəfidir. Termin qədim dövrlərdən əmələ gəlib. Əvvəlcə bu söz sikkənin alt ştempel vasitəsilə zərb olunan tərəfi mənasını verirdi (lat. adversus — "üzü tərəfə çevrilmiş"). Sikkə işinin xüsusiyyətlərini nəzərə alaraq, bu hissədə "daha vacib" təsvirlər yerləşdirilirdi, üst ştempeldə isə "daha az vacib" olanlar.
Hers
Hers (qısaca ing. Hz, azərb. Hs‎) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir: 1 Hs = 1 san−1 1 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır. Vahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.
Pers
Pers bir neçə mənada işlənilə bilər: qədim yunan mifologiyası və ədəbiyyatında (q.yun. Πέρσης): Pers (titan) — qədim yunan mifologiyasında kiçik titan, Kriya və Evribiyanın oğlu. Pers (Heliosun oğlu) — qədim Yunan mifologiyasında Tavrida padşahı, Helios və Perseidanın oğlu. Pers (Perseyin oğlu) — qədim yunan mifologiyasında Əhəmənin atası, Əhəmənilərin əcdadı, Persey və Andromedanın oğlu, farsların bir çox dillərdə yayılmış "pers" adı məhz bu qəhramanla bağlıdır. Pers — "İşlər və günlər" əsərində adı çəkilən Hesiodun qardaşı. Sen-Jon Pers (1887—1975) — Fransa şairi.
Pers.
Xristian Henrix Person (nid. Christiaan Hendrik Persoon, 1761—1836) — Niderland botaniki və mikoloqu. Neuer versuch einer systematische Eintheilung der Schwämme. In: Römers Neues Magazin für der Botanik 1794, 1 p. 109 (alm.) Observationes mycologicae (lat.) (Leypsiq, 1796—1799, 2 cilddə) Tentamen dispositionis methodicae fungorum in classes, ordines, generae et familias (lat.) (Leypsiq, 1797) Commentatio de fungis clavaeformibus (lat.) (Leypsiq, 1797) Icones et discriptiones Fungorum minus cognitorum (lat.) (Leypsiq, 1798—1800, 2 buraxılış) Commentarius, Schaefferi fungorum Bavariae indigenorum icones pictas, differentiis specificis etc. illustrans (lat.) (Erlangen, 1800) Icones pictae rariorum Fungorum (lat.) (Paris, 1803—1808,4 buraxılış) Traité sur les Champignons comestibles (fr.) (Paris, 1819) Mycologia Europaea seu completa omnium fungorum in variis Europaeae regionibus detectorum enumeratio, methodo naturali disposita, descriptione succincta, synonymia selecta et observationibus criticis additis (lat.) (Erlangen, 1822—1828, 3 cilddə) Sinopsis plantarum seu Enchiridium botanicum (lat.) (Paris, 1805—1807, 2 cilddə), Species Plantarum seu Enchiridium botanicum (lat.) (Sankt-Peterburq, 1817—1821, 5 cilddə).
Sers
Sers - İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Veri
Veri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 895 nəfərdir. Əhalinin milli tərkibi etnik talışlardır. Bu toponim talış dilindəki veri (yuxarı) sözü ilə əlaqədar olub, “yuxarıda yerləşən kənd” deməkdir. Həmçinin talış dilində veri göyərti mənası bildirir. Kənddə Veri kənd məscidi dini icması fəaliyyət göstərir.
Verl
Verl (alm. Werl‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Arnsberg inzibati dairəsində şəhər. Sahəsi 76.24 km2, əhalisi 31861 nəfərdir (2009).
Verst
Verst (rus. Верста) — keçmiş rus uzunluq ölçü vahidi. 500 sajenə, 1066,781 metrə bərabərdir. 1 verst = 1066 m = 3500 fut.
Verv
Verv - Belçikanın Lyej əyalətində bir şəhərdir. Əhalisi 54 min nəfərdir (2006). Vesdre çayı sahilində yerləşir. XVII əsrdə Verv şəhər statusu alır. XIX əsrdə əsas parça istehsalı mərkəzinə çevrilir. Həmçinin şəhərdə ipək istehsal edilir və bir çox ipək zavodları fəaliyyət göstərir.
Veys
Veys (Xuzistan) — İranın Xuzistan ostanının Bavi şəhristanının Veys bəxşində şəhər və bu bəxşin mərkəzi. Veys Morid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. ‎Azad Veys-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Verf
Tərsanə və ya verf — gəmilərin tikintisi və ya təmiri üçün yer və ya müəssisə. Sovet dövründə bu cür müəssisələr üçün "gəmiqayırma zavodu" adından istifadə olunurdu. O, gəmilərin və gəmilərin tikintisi, konvertasiyası, modernləşdirilməsi, təmiri və utilizasiyası üzrə ixtisaslaşmışdır. Tərsanə sözü Azərbaycan dilinə italyan dilindəki "tersaná" sözündən keçmişdir, bu söz isə öz növbəsində ərəb dilində "darüssəna" (ərəb. دَار اَلصِّنَاعَة‎‎, mənası – "sənaye evi") sözündən yaranmışdır. Verf sözü Niderland dilindəki "werf" sözündən keçmişdir. Альфред Генрихович Нюберг. Верфь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Vera
Vera — ad. Vera Mençik Vera Şimanskaya — Rusiyanı təmsil edən bədii gimnast.
VES
Verilənlərin emal sistemləri (VES) — verilənlərin operativ emalına yönəlmiş sistemlərdir. VES-nin əsas məqsədi verilənlərin operativ emalıdır və bu cür sistemlərdə verilənlər bir-neçə aydan çox saxlanılmırlar. Verilənlər köhnəldikdə onlar verilənlər bazasindan (VB) silinir və ya arxivə göndərilir. Təbii ki, müxtəlif sistemlərdən yığılmış bu cür verilənlər müxtəlif struktura, formata və standarta malikdir. Nəticədə VES-nin uzun müddətli istismarı ərzində yığılmış və təşkilat üçün çox qiymətli informasiyalar istifadə olunmamış qalır. Yığılmış və analiz üçün hazırlanmış verilənlərin tam, səmərəli istifadəsində müxtəlif analiz üsullarından (statistik analiz, dinamik interaktiv çoxölçülü analiz, intellektual analiz) istifadə edilir. Qərarların qəbulunu dəstəkləyən sistemlər (QQDS) korporativ şəbəkələrdə, VES-də yığılmış böyuk tutumlu verilənlər üzərində çoxölçülü, dinamik, interaktiv, intelektual analiz aparmaqla gizli tendensiyaları üzə çıxarır, verilənlər arasında qanunauyğunluqları tapır və qərarların qəbul edilməsi üçün istifadə edilir. Пржиялковский В. В. Сложный анализ данных большого объема: новые перспективы компьютеризации // СУБД. — 1996. — № 4. — С. 71–83.
Henrix Hers
Henrix Hers (alm. Heinrich Hertz‎; 22 fevral 1857[…], Hamburq – 1 yanvar 1894[…], Bonn, Prussiya) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir. 22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir. Fizika 9. § 3.4. Elektromaqnit sahəsi.
Hers reaksiyası
Hers reaksiyası -kimyaçı Riçard Hersin adını daşıyan Hers reaksiyası, anilin törəməsinin (1) disulfid dixlorid ilə Hers duzuna (2) kimyəvi çevrilməsidir, ardınca bu Hers duzu (2) natrium hidroksid ilə qarşılıqlı təsirdə olub natrium tiolata çevrilir (3):[1] Hers duzları diazotizasiyaya uyğun olan aminotiofenolları almaq üçün hidrolizə uğradılaraq benzotiadiazolların sintezində istifadə olunur.[2] Natrium tiolat sink sulfatla aralıq maddə olan sink merkaptidinə çevrilə bilər, ardınca merkaptidin benzoil xloridlə reaksiyası ilə 1,3-benzotiazol alınır. Anilin (5) üç mərhələdə (6)-cı birləşməyə çevrilir; 1. Hers reaksiyası (anilin (5) və disulfid dixlorid) vasitəsilə orto-aminotiola çevrilmə, ardınca 2. Orto-aminoariltioqlikol turşusuna çevrilməsi və 3. Sandmeyer reaksiyası vasitəsilə aromatik amin radikalının nitrilə çevrilməsi. 4. Son mərhələdə nitril hidrolizə uğradılır və nəticədə (6) birləşməsi alınır. Bu bir-ləşmə həlqənin bağlanması reaksiyası və dekarboksilləşmə üsulu ilə (7) birləşməsinə çevrilir. Alınmış birləşmə (tioindoksil(7)) bəzi boyaların üzvi sintezində mühüm aralıq məhsuldur. Asenaftoxinon ilə kondensasiyasından Ciba-Scarlet adlanan (8) boya, (7)-nin izatin ilə kondensasiyasından isə tio-İndiqo boyası (9) alınır.
Jül Vern
Jül Qabriel Vern (fr. Jules Gabriel Verne; 8 fevral 1828[…], Nant[…] – 24 mart 1905[…], Amyen[…]) — fransız yazıçı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biridir. Ona dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular Dənizinin yanında yerləşir. O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır. 8 fevral 1828-ci il də Fransanın Nant şəhərində doğulub.
Lavandula vera
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır.
Leon Vert
Leon Vert (ing. Léon Werth; 17 fevral 1878 — 13 dekabr 1955) — fransız yazıçısı və incəsənət tənqidçisi, Oktav Mirbonun dostu və Antuan de Sent-Ekzüperinin ən yaxın dostu və sirdaşı. Əsərlərində Fransa cəmiyyətinin hər iki dünya müharibəsi dövründəki yaşamına və kollaborasionizmə tənqidi və həssas yanaşma müşahidə olunur. 33 jours (33 gün) Clavel chez les majors (Mayor Klavel) La maison blanche (Ağ ev) Clavel soldat (Əsgər Klavel) Cochinchine (Koçin-çin) Le destin de Marco (Markonun taleyi) Le monde et la ville (Dünya və şəhər) Impressions d'audience Saint-Exupéry, tel que je l'ai connu (Mənim tanıdığım Sent-Ekzüperi) Caserne 1900 Déposition / Journal 1940 - 1944 Voyages avec ma pipe (Çubuğumla birgə səyahət) Une soirée à L'Olympia (Olimpiyada gecə) Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri Leon Vertə həsr olunmuşdur. Əsərin epiqrafında aşağıdakı sözlər yazılıb: "Leon Vertə. Uşaqlardan xahiş edirəm ki, bu kitabı yaşlı adama həsr etdiyimə görə məni bağışlasınlar. Mənim çox ciddi üzrlü səbəbim var: həmin yaşlı adam mənim dünyadakı ən yaxşı dostumdur. İkinci üzrlü səbəbim də var: həmin yaşlı adam dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Üçüncü üzrlü səbəbim: o Fransada yaşayır, orada indi aclıq və soyuqdur. Əgər bütün bu üzrlər kifayət deyilsə, onda mən bu kitabı həmin yaşlı adamın bir vaxtlar olduğu balaca oğlana həsr etmək istəyirəm.
Medqar Evers
Medqar Evers (ing. Medgar Wiley Evers; 2 iyul 1925, Dekeyter[d], Missisipi ştatı – 12 iyun 1963, Cekson) — Missisipi sakini, qaradərili vətəndaş hüquqları müdafiəçisi. Seqreqasiya siyasətini aparan yerli firmalarını boykot etmək üçün kampaniya keçirtmək, afroamerikalıların Mississippi Universitetinə girməsi üçün mübarizə aparmaq və 14 yaşlı Emmett Tillin qətli ilə əlaqədar ictimai istintaqa qatılmaq qızğın altmışlı illərin əvvəllərində Eversi döyüşün ön sıralarına qoydu. 12 iyun 1963-cü ildə Evers evinin ağzında ağ irqçi Bayron de la Bekvit tərəfindən güllələndi. Xəstəxanaya aparılarkən Evers yolda öldü. Bayron de la Bekvit daha sonra inandırıcı dəlillərə baxmayaraq ağ münsif tərəfindən iki dəfə bəraət qazandı və yalnız 1994-cü ildə qətlə görə cəzalandırıldı. Eversin xatirəsi mahnı və filmlərdə əbədiləşdirilib, Nyu York Universitetinin kolleclərindən biri və Cekson Beynəlxalq Hava Limanının onun adını daşıyır, Cekson şəhərində ona abidə ucaldılıb, Eversin evi isə muzeyə çevrilir.
Pers (titan)
Pers (yun. Perses) yunan mifologiyasında II nəsil titan, Hesiod "Teoqoniyasına" və Psevdo-Apollodora görə ikinci nəsil titan, Krios və Evribiyanın oğlu, Asteriyanın əri və Hekatanın atası.
Pers xalçası
Pers xalçası, İran xalçası (fars. فرش ايرانى‎ farsh, hərfi anlamda "yaymaq" kimi tərcümə olunur) və ya İran xalısı (قالی ايرانى qālī) — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Tarixən baş vermiş tənəzzül dövründən sonra Təbriz kimi toxuculuq mərkəzləri ənənələrin bərpası və dirçəldilməsində mühüm rol oynamışlar. Kəndlərdə və müxtəlif tayfalar tərəfindən inşa edilmiş xalçalar yüksək keyfiyyətli yun materialı, parlaq və mürəkkəb rəngləri və xüsusi ənənəvi naxışları ilə fərqlənirlər. Əvvəldən planlaşdırılmış və dizayn edilmiş müəllif xalçalarından fərqli olaraq, köçəri və kiçik kənd toxucuları tərəfindən inşa edilmiş xalçalar daha cəsarətli və bəzən kobud naxışları ilə seçilir, buna görə də İranın ən autentik və ənənəvi xalçaları hesab edilirlər. Gəbbə (fars. گبه‎) və ya gəvə adlandırılan xalçalar bu ənənənin ən məşhur nümunələridir.
Pistacia vera
Əsl püstə (lat. Pistacia vera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü. Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2–3 gün tez açılır. Çiçəkləmə 20–25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7–8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Kütləsi 0,9–2,5 q-dır.
Fərş
Fərş (ərəbcə: فرش) — Azərbaycan əhalisinin arasında xalçaya deyilir. Ərəbcədən tutulmuş və farscaya daxil olunmuş. Məsələn: Otağa fərş salmaq. Fərşin üstündə oturmaq. - Əvvəlimci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə və quş şəkilləri ilə səqfi münəqqəş olmuşdu. M.F.Axundzadə. Hücrənin fərşi ibarətdi bir palazdan. C.Məmmədquluzadə. // Ümumiyyətlə, yerə döşənən hər cür şey. Təbiət bir bəzəkli-düzəkli gəlinə oxşayır, yaşıl zəmilər, əkin göyləri yerə sərilmiş mərmər fərşlərə bənzəyir.
Merş
Merş -(lüksemb. Miersch, alm. Mersch‎, fr. Mersch)-Lüksemburq krallığının kantonu. Eyni adlı əyalət daxilində yerləşir. Belə ki, bu kantona 11 kommun daxildir.
Açıq dərs