Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəbəllütariqin ələ keçirilməsi
Cəbəllüttariqin ələ keçirilməsi — 31 iyul - 4 avqust 1704-cü il tarixlərində İspaniya mirası uğrunda müharibə zamanı İspaniyanın Cəbəllüttariq qalasının ələ keçirilməsi ilə bitən müttəfiq İngiltərə-Hollandiya donnanmasının əməliyyatı. Bu əməliyyatdan sonra İspaniya birdəfəlik Cəbəllüttariqi itirdi. İspaniya mirası uğrunda müharibənin əvvəlindən ingilis-holland ittifaqı Cəbəllüttariq boğazına nəzarət etmək və Aralıq dənizinin qərbindəki Fransız donanmasına qarşı dəniz əməliyyatlarını asanlaşdırmaq üçün Pireney yarımadasında uyğun bir liman axtarırdı. Kadisi ələ keçirmək cəhdi 1702-ci ilin sentyabrında uğursuzluqla sona çatdı. Lakin ittifaq donanmasının həmin il oktyabr ayında Viqo körfəzindəki müvəffəqiyyətli dəniz basqınından sonra iki dəniz ölkəsi Hollandiya və İngiltərənin birləşmiş donanmaları bölgədə mühüm qüvvə oldular. Bu qələbə Portuqaliya Kralı II Pedronun Fransa və Burbonların nəzarətində olan İspaniya ilə mütəffiqliyini kəsməsinə və 1703-cü ildə Böyük İttifaqa daxil olmasına səbəb oldu. Bu ittifaqın mənafeyinə uyğun gəlirdi. Çünki İttifaq donanması Lissabon limanına girişdən istifadə edərək Aralıq dənizində rahat hərbi kampaniya aparırdı. İspaniya taxtına yiyələnmək uğrunda Avstriya Habsburqlarını namizədi VI Karl da mübarizə aparırdı. Hesse-Darmştat şahzadəsi Georq Hessen bölgədə Habsburq sülaləsinin maraqlarını təmsil edirdi.
Cəbəllüttariqin ələ keçirilməsi
Cəbəllüttariqin ələ keçirilməsi — 31 iyul - 4 avqust 1704-cü il tarixlərində İspaniya mirası uğrunda müharibə zamanı İspaniyanın Cəbəllüttariq qalasının ələ keçirilməsi ilə bitən müttəfiq İngiltərə-Hollandiya donnanmasının əməliyyatı. Bu əməliyyatdan sonra İspaniya birdəfəlik Cəbəllüttariqi itirdi. İspaniya mirası uğrunda müharibənin əvvəlindən ingilis-holland ittifaqı Cəbəllüttariq boğazına nəzarət etmək və Aralıq dənizinin qərbindəki Fransız donanmasına qarşı dəniz əməliyyatlarını asanlaşdırmaq üçün Pireney yarımadasında uyğun bir liman axtarırdı. Kadisi ələ keçirmək cəhdi 1702-ci ilin sentyabrında uğursuzluqla sona çatdı. Lakin ittifaq donanmasının həmin il oktyabr ayında Viqo körfəzindəki müvəffəqiyyətli dəniz basqınından sonra iki dəniz ölkəsi Hollandiya və İngiltərənin birləşmiş donanmaları bölgədə mühüm qüvvə oldular. Bu qələbə Portuqaliya Kralı II Pedronun Fransa və Burbonların nəzarətində olan İspaniya ilə mütəffiqliyini kəsməsinə və 1703-cü ildə Böyük İttifaqa daxil olmasına səbəb oldu. Bu ittifaqın mənafeyinə uyğun gəlirdi. Çünki İttifaq donanması Lissabon limanına girişdən istifadə edərək Aralıq dənizində rahat hərbi kampaniya aparırdı. İspaniya taxtına yiyələnmək uğrunda Avstriya Habsburqlarını namizədi VI Karl da mübarizə aparırdı. Hesse-Darmştat şahzadəsi Georq Hessen bölgədə Habsburq sülaləsinin maraqlarını təmsil edirdi.
Xam sövdələşmə (film, 1986)
Xam sövdələşmə (ing. Raw Deal) — 1986-cı ildə Con İrvin tərəfindən çəkilmiş ABŞ filmidir. == Xarici keçidlər == Xam sövdələşmə — Internet Movie Database saytında.
Monqolların Gürcüstanı ələ keçirməsi
Monqolların Gürcüstanı ələ keçirməsi – orta əsrlərdə Gürcüstan krallığının XIII əsrdə Monqol imperiyası orduları tərəfindən ələ keçirilməsi nəzərdə tutulur. İlk döyüşlər 1220-ci ildə monqol kəşfiyyatçı dəstələri ilə baş verdi. 1236-cı ildə isə monqollar bütün qüvvələri ilə bölgəni ələ keçirdilər və 1243-cü ildə Gürcüstan monqol hakimiyyətini qəbul etdi. Dövlət hər il çox ağır vergi vermək məcburiyyətində qaldı və bitib tükənməyən monqol səfərləri üçün döyüşçü təmin etməyi öhdələrinə götürdülər. İlk dövrlərdə zəif olan gürcü mqaviməti getdikcə yüksəldi. Gürcüstanda monqol tərəfdarı vı monqol əleyhdarı qrupların çəkişmələri ölkəni bölmüşdü. 1320-ci illərdə taxta çıxan kral V Georgi diplomatik və hərbi sahədəki uğurları ilə krallq torpaqlarında yenidən monqolları məğlub edərək müstəqil oldu. == İlk döyüşlər == Monqollar gürcü torpaqlarında ilk dəfə görüldüyü zaman gürcü krallığı hələ də güclü idi və Qafqazın çoxuna hakim idi. İki ölkə arasında ilk təmas 1220-ci ildə yaşandı. Sabutay və Cebe komandanlığındakı 20 min monqol Xarəzmşahlar dövləti hökmdarı Şah II Əlaəddin Məhəmmədi Xəzər dənizi sahilərinə qədər qovmuşdu.
Osmanlının Quriyanı ələ keçirməsi
Osmanlının Quriyanı ələ keçirməsi – Osmanlı imperiyasının Quriya çarlığının bir hissəsini ələ keçirməsi ilə nəticələnən hərbi kompaniyadır. Hərbi əməliyyatların sonunda Çaneti (Lazıstan sancaqlığı), Acara, Qonio və Batumun sahil qismi Osmanlı imperiyasına qatılmışdır. Hərbi əməliyyatlar 1547-ci ildə başlamışdır.Müharibənin gedişatında Quriya hökmdarı Rostom Qurieli digər gürcü hökmdarları ilə ittifaq qurmağa çalışsa da, buna müvəffəq ola bilməmişdir. Bir-birləri ilə fedodal ara müharibələri aparan müxtəlif gürcü knyazları və iri feodalları Osmanlı imperiyasına qarşı birləşə bilməmiş və nəticədə Rostom Qurieli hökmdarı olduğu torpaqların böyük bir hissəsini itirmişdir. Osmanlının isə Gürcüstandakı mövqeləri daha da güclənmişdir. == Tarixi == 1547-ci ildə Osmanlı ordusu Quriyanın sahil qisminə gələrək Qonio və Batumun dənizə yaxın olan məntəqələrini işğal etdi. Rostom Qurieli İmereti kralı III Baqrat və Meqreliya şahzadəsi I Levan Dadianiyə yardım çağırışı etdi. Bu çağırışa cavab olaraq I Levan abxaz və meqrellərdən ibarət ordu formalaşdıraraq Rioni çayının sahilində düşərgə saldı. Bununla bərabər, Rostoma onun əvvəllər Meqreliyaya etdiyi hücumlara görə qəzəbli olan İmereti kralı III Baqrat Levanla Rostomun arasının pozulmasına səbəb oldu və nəticədə, Levanın ordusu Meqreliyaya geri döndü. Təkcə öz ordusu ilə Osmanlı ordusu ilə döyüşməyə məcbur olan Rostom Osmanlı ordusuna hücum edərək onları Batumu boşaldaraq Çoruhun gerisinə getməyə məcbur etdi.
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı - SSRİ Ali Sovetinin 20 oktyabr 1956-cı il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi (1697–1701) — 1697-ci ilin 26 martı ilə 1701-ci ilin 9 martı arasında baş vermişdir. Bu ikinci hadisə idi ki, İran körfəzində vacib şəhər Səfəvi imperiyasının əlinə keçirdi. Bəsrə müasir İraq ərazisində yerləşməkdədir və 1697-ci ilə qədər 1508-ci ildən 1524-cü ilə qədər Səfəvi imperiyasının əlində olmuşdu. Bu şəhər 1524-cü ildə Şah İsmayılın ölümündən sonra itirilmişdi. Bundan sonrakı dövr ərzində Səfəvi imperiyasının rəqibi Osmanlı imperiyası bölgə üzərində nominal da olsa, öz hakimiyyətini qurmağı bacarmışdı. Faktiki olaraq isə, hakimiyyət ərəb Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan Əl-Muğamis tayfasının əlində qalmaqda idi. 1596-cı ildə Bəsrənin Osmanlı hakimi Əli paşa öz vəzifəsini yerli əyanlardan olan Əfrasiyaba pul müqabilində satdı. Bundan sonrakı 70 il ərzində Bəsrə Əfrasiyab və xələflərinin irsi hakimiyyəti altında olan əyalət statusu ilə Osmanlı imperiyasının tərkibində qaldı. Səfəvi imperiyasının Bəsrəni geri qaytarmaq üçün 1624, 1625 və 1628-1629-cu illərdəki cəhdləri portuqaliyalıların müdaxiləsi, digər cəbhələrdə yaranmış çətin şərait və nəhayət I Abbasın ölümünə görə uğursuzluqla nəticələnir. Bəsrə coğrafi və iqtisadi səbəblərə görə Səfəvilərə doğru yuvarlanmaqda davam edirdi.
Əmir Teymurun Gürcüstanı ələ keçirməsi
Gürcüstan krallığı 1386-1403-cü illər arasında imperiyası Orta Asiyadan Anadoluya qədər uzanan Teymurun orduları tərəfindən bir neçə dəfə hücuma məruz qaldı. Bu hücumlar Qızıl Ordanın xanı Toxtamışla Əmir Teymur arasındakı rəqabətlə sıx bağlı idi.Teymur səkkiz hücumundan ilkində Gürcüstanın paytaxtı Tiflisi yağmaladı və 1386-cı ildə Kral V Baqratı ələ keçirdi. Gürcülərin müqaviməti türk ordusunun yendən hücum etməsinə səbəb oldu. Baqratın oğlu və xələfi VII Georg sərt müqavimət göstərdi və hakimiyyətinin çoxunu (1395-1405) Teymurun işğalları ilə döyüşməyə məcbur oldu. Teymur ona qarşı olmuş hücumların bir çoxuna rəhbərlik etmişdir. Gürcüstan üzərində möhkəm hakimiyyət qura bilməsə də, ölkəyə heç bir zaman unudulmayacaq zərbələr vurmağı bacardı. == Tarixi == Teymurun Qafqazdakı ilk ortaya çıxışı Toxtamışın 1385-ci ildə Qafqazdan Şimali İrana girərkən etdiyi yağmaçılığa cavab idi. Bu iki hökmdar arasında düşmənlik var idi. Teymur inkişaf etməkdə olan imperiyanın qərb sərhədi ilə Toxtamışın xanlığı arasında qalan kiçik sərhəd ölkələrinə tam miqyaslı hücum başladaraq cavab verdi. Teymur Azəbaycan və Qarsı ələ keçirdikdən sonra Gürcüstana daxil oldu.
I Abbasın Qeşm adasını ələ keçirməsi
I Abbasın Qeşm adasını ələ keçirməsi — Səfəvi imperiyasının İran körfəzindəki portuqaliyalı qüvvələri məğlub etməsi nəzərdə tutulur. == Zəmin == I Abbas hakimiyyətə keçdiyi dövrdən İran körfəzində Portuqaliya-İspan hegomonluğuna son qoymaq barədə düşünürdü. Buna 1602-ci ildə başlanılsa da, sonradan Osmanlı ilə müharibələrə görə dayandırıldı. Abbas Osmanlıya qarşı Portuqaliya ilə ittifaq bağlamaq, ipək ticarətini onlar vasitəsiylə etmək barədə düşündüyü üçün onlarla uzun müddət elçilər vasitəsiylə danışıqlar apardı. İsfahana iki dəfə gələnkeşiş Fiqueroa bu danışıqlarda qarşı tərəfi təmsil edən şəxs idi. Lakin uzun danışıqlardan sonra heç bir nəticə əldə edilmədi. Abbasın körfəzi ələ keçirmək üçün ilk hücum etdiyi yerlərdən biri də Qeşm adası oldu. == Döyüş == Avqustun sonlarında Fiqueroa İsfahandan Hörmüzə yola düşdü. O, yolda ispan kralının məktubunu daşıyan çaparla qarşılaşdı və məktubu qəbul etdi. Bu məktuba iki imperiya arasında razılaşmanın qaralama versiyası da var idi.
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi — ərəb sərkərdəsi Mərvan ibn Məhəmmədin 735-737-ci illəri əhatə edən hərbi yürüşü nəzərdə tutulur. Əməvi xəlifəliyi tərəfindən hərbi əməliyyatlar başladılmışdır. İşğalın məqsədi və hədəfləri tarixçilər tərəfindən mübahisəlidir. Gürcü tarixşünaslığı əsl məqsədin sonda ərəb hakimiyyətinə qarşı sərt gürcü müqavimətini qırmaq olduğu məsələsində israr edərkən, Kril Tumanov və Ronald Sani kimi qərbli tarixçilər həm qərbi Gürcüstana hakim olan Bizans imperiyasına, həm də təkrarlanan hücumları yalnız İberiya və bütün Qafqazı deyil, 730-cu ildə ərəb torppaqlarına qədər çatan Xəzərlərə yönəlik ümumi müharibə olaraq görür. == İşğal == İşğal son Əməvi xəlifəsi olan Mərvan ibn Məhəmməd tərəfindən idarə edilmişdir. İlk olaraq Kartlidə əməliyyatlar başladı. daha sonra ordularını qərbə yönəltdi və Kaxetiyadan Arçil və Abxaziyadan I Leon tərəfindən dəstəklənən qardaşı Mihrin mövqe aldığı Anakopiya qalasını mühasirəyə aldı. Bir hücumdan qorxan çox sayda gürcü dağlıq bölgələrə qaçdı. Mərvan daha sonra Samtsheni işğal etdi. Odzrkhedə düşərgə saldı və güclərini gürcü şahzadələri olan Arqveti, Konstantin və Davuda qarşı göndərdi.
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi — Səfəvi sülaləsinin devirərək öz sülaləsini hakimiyyətə gətirən Nadir şah Əfşar bir neçə il sonra müasir Hindistan ərazisində yerləşən Böyük Moğol imperiyası üzərinə yürüşə çıxdı. Müasir Hindistanın şimalını, Pakistanı ələ keçirən Nadir şah 1739-cu ilin martında Karnal döyüşündə qələbə qazanaraq Dehliyə daxil oldu. Beləliklə də, bütün döyüşlərdə qələbə qazanan Nadir moğolların paytaxtı olan şəhərə daxil olmuş oldu.Nadir şahın şərqdə bu parlaq qələbəsindən sonra geri dönüb, qərbdəki əsas rəqib olan Osmanlı imperiyası ilə müharibəyə başlamaq üçün şəraitin yarandığı demək idi. Həmçinin Nadir şahı qərbə yürüş zamanı Şimali Qafqaza və Mərkəzi Asiya yürüşlərinin həyata keçirilməsi də gözləməkdə idi. == Başlanğıc == Səfəvi imperiyası şahının vəziri kimi fəaliyyət göstərən Nadir ölkədən əfqanları, rusları, osmanlıları qovmağı bacarmışdı. 1738-ci ildə Nadir şah bir zamanlar Səfəvi imperiyasının paytaxtı İsfahanı ələ keçirən Hotakilərin son istehkamı olan Qəndəharı da ələ keçirdi. Bu yürüş ardınca o, ordularını Hindiquş dağları vasitəsiylə Şimali Hindistana saldı. Bu torpaqlar o zaman moğollların hakimiyyəti altında idi.Moğol imperiyası I Övrəngzibin ölümündən sonra imperiyadakı daxili çəkişmələr nəticəsində zəifləmişdi. İmperiyanın torpaqlarının bir qismi Maratxa dövləti tərəfindən ələ keçirilmiş, yerdə qalan hissələrdə isə bir çox moğol feodalı müstəqillik iddia etməkdə idi. Moğol hökmdarı Məhəmməd şah dövlətin bütövlüyünü qoruya bilməməkdə idi.
Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi
Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi — Nadir şahın Mərkəzi Asiya yürüşü zamanı bölgənin siyasi və iqtisadi mərkəzlərindən biri olan Səmərqəndi ələ keçirməsi nəzərdə tutulur. == Arxa plan == Səmərqəndin ələ keçirilməsinə səbəb olacaq yürüşün əsasları 1730-cu illərdə meydana çıxmışdı. Bu zaman Nadir Hindistan yürüşündə idi və onun varisi şahzadə Rzaqulu Mirzə Mərkəzi Asiyanın dövlətləri üzərində bir neçə parlaq qələbə qazanmağı bacarmışdı. Rzaqulunun Xivəni ələ keçirməsi Xivə hökmdarı İlbars xanın qəzəbinə səbəb oldu və o, əks-hücuma keçəcəyi ilə bağlı hədələr verməyə başladı. Nadir özü uzaqda olduğuna görə oğluna hərbi əməliyyatları sonlandırmağı əmr etdi. Onun planı geri döndükdən sonra daha parlaq əməliyyatları öz komandanlığı altında həyata keçirmək istəyirdi. Xivənin ilhaq edilməsindən sonra İlbars edam edildi və onun yerinə Əbülfəz xan gətirildi. Nadir onun daha sadiq olacağını düşünürdü. Bu yürüşün nəticəsində Səfəvilər də daxil olmaqla, regionda mövcud olmuş dövlətlərdən demək olar ki, heç birisinin Mərkəzi Asiya üzərində qazanmağa nail ola bilmədiyi qələbə qazanıldı. === Mərkəzi Asiyaya yürüşün başlanması === Nadir şah Türküstanı ələ keçirməyi arzulayırdı.
Cümə, ayın 13-ü. Ceyson Manhetteni ələ keçirir (film, 1989)
Cümə, ayın 13-ü. Ceyson Manhetteni ələ keçirir (ing. Friday the 13th Part VIII: Jason Takes Manhattan) — 1989-cu ildə istehsal olunmuş ABŞ filmidir.
Salman Xan
Salman Xan (ing. Salman Khan; 27 dekabr 1965, İndore, Madhya-Pradeş) — məşhur Hindistan aktyoru və teleaparıcısı. == Ailəsi == Atası — Səlim Xan, anası — Salma Xan, ögey anası — Helen, bacıları — Alvira və Arpita, qardaşları — Arbaaz və Soheyl. == Filmoqrafiya == Radhe (film, 2021) Bajrangi qardaş (film, 2015) Zərbə / Kick (film,2014) Uzun qələbə! / Jai ho! (film,2014) Parisdə məhəbbət (film, 2013) Cəsur Veer (2008) (pre production) Main Aur Mrs. Khanna (announced) Yuvraj (2008) (under production) Heroes (2008) (post production) Wanted Dead And Alive (2008) (post production) Amar Akbar Anthony Remake (2008) (unconfirmed) Hello (2008) (under production) London Dreams (2008) (on hold) God Tussi Great Ho (2008) (under production) Om Şanti Om (film, 2007) / Om Shanti Om Saawariya (2007) .... Imaan Marigold: An Adventure in India (2007) .... Prem Partner (2007) .... Prem Salaam-E-Ishq (2007) ....
Əli Bulağı (Salmas)
Əli Bulağı (fars. علي بلاغي‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 438 nəfər. yaşayır (71 ailə).
Salman xan Ustaclı
Salman xan Şahəli mirzə oğlu Təmişli-Ustaclı (XVI əsr, Məşhəd – 1624) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin nəvəsi, vali. == Həyatı == Salman mirzə Şahəli mirzə oğlu Təmişli-Ustaclı Təbriz şəhərində dünyaya gəlmişdi. 1580-ci ildə Şirvan bəylərbəyi təyin olunmuşdu. Az sonra Gilana hakim göndərilmişdi. Şahəli mirzə Təmişli-Ustaclı1585-ci ildə sarayda divanbaşı olmuşdu. Şahəli mirzə Təmişli-Ustaclı 1587-ci ildə Murtuzaqulu xan Pörnək-Türkmandan sonra Məşhəd şəhərinə hakimlik etmişdi. 1612-ci ildə Qəzvinin valisi idi. Şahəli mirzə Təmişli-Ustaclı 1624-cü ildə vəfat edib. == Ailəsi == Salman mirzə Şəhribanu xanım I Təhmasib şah qızı Səfəvi (?-1583) və Gövhər Sultan xanım II İsmayıl şah qızı Səfəvi (1577-1618) ilə dünya evinə girmişdi. Abdulla xan Ustaclının nəvəsidir.
Xan Taxtı (Salmas)
Xan Taxtı (fars. خان تختي‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 419 nəfər yaşayır (114 ailə). Xan Taxtı kəndinin əhalisi etnik azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar. Əhalisi etiqad baxımından müsəlman və şiədirlər. == Coğrafiyayi yerləşməsi == Bu kənd Salmas şəhərindən 40 km cənubda və Pir Çavuş dağının yamacında yerləşir. Xan Taxtı kəndi Minas, Aq ziyarət, İstisu və kəndlər ilə qonşudur. == Kəndin görməli yerləri == Xan Taxtı kitabəsi sasanilər çağına aiddir. Pirçavuş dağının üzərində oyulmuşdur. Pirçavuş dağı Salmasın yüksək zirvələrindən biri sayılır ki, oda bu kəndin arxasında yerləşir.
Salmas
Salmas (fars. سلماس‎, az.-əbcəd سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür.Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s.Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir. Bu təpənin böyük bir ərazidə yer aldığı, o çağlarda şəhər əhalisinin çox olduğundan xəbər verir.Aratta Dövləti Aratta Şəhər-Dövlətinin dəqiq sərhədləri bəlli olmasa da, bəzi tədqiqatçıların dediyinə görə Urmu gölü ətrafında yerləşirdi. Bu barədə Şumer lövlərində belə yazılır; "Aratta dağ ucalığında inşa edilmişdir. Yeraltı sular Arattanın suya olan tələbatını təmin edir.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimiyası == Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. == Əhalisi == Əhalisi 1680 nəfərdir.
Ülə (Salmas)
Ülə (fars. اولق‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 654 nəfər yaşayır (189 ailə).
Heydər Əli xan
Heydər Əli xan (urdu سلطان حيدر علی خان, doğ.1720 - ö. 1782) — Hindistanda Maysur əmirliyini idarə edən komandan və dövlət xadimi. == Həyatı == 1720-ci ildə Benqalurun şimal-qərbində olan Dodballapurda doğulmuşdu. XVI əsrdə Hicazdan Hindistana köç edən bir ailəyə mənsub olduğu rəvayət edilir. Atası Fəth Məhəmməd xan vəfat edəndə beş yaşında ikən qardaşlarıyla birlikdə Benqalurdaki Maysur dövlətinə sığındı. Maysur ordusunda zabit olan əmisi oğlu Heydər tərəfindən əsgər olaraq yetiştirildi və orduda bəzi vəzifələrdə xidmət etdi. İlk əsgəri uğurunu 1749-cu ildə Devanhallinin mühasirəsi sırasında qazandı, mükafat olaraq əlli atlı və 200 piyadadan təşkil olunan bir birliyin komandanlığına gətirildi. Heydər Əli xan 1755-ci ildə Madurə bölgəsindəki Dindiqula Maysur dövlətinin fövcdarı təyin edildi. Burada Fransız mütəxxəssislərinin də yardımıyla bir silah emalatxanası qurdu. Daha sonra Benqalur cəgirdarı oldu.
Hüseyn xan Lələ
Hüseyn xan Lələ (?-1918) — İran Mücəzat Komitəsinin üzvü. == Həyatı == Hüseyn Lələ suçu şagirdi kimi Ağabala xan Sərdari-Əfxəmin sarayına işə düzəlmişdi. Məşrutətələblərə qoşulub Gilandan Təbrizə qədər fəaliyyət göstərmişdi. 1916-cı ildə İbrahim xan Münşizadənin təşəbbüsü ilə xainlərindən intiqam almaq üçün "Cəza komitəsi" təşkil olundu. Onun müavini Əsədulla xan Əbülfətzadə idi. Dəstəyə ilk qoşulanlar arasında Kərim Dəvatgər, Rəşidəssultan Xalxali, Seyid Murtuza, Əbdülhüseyn Saatsaz vardı. Sonralar bu komitəyə Məmmədnəzər xan Mişkətülməmalik, Hüseyn Lələ, Ehsanulla xan Dustdar, yazıçı Mirzə Ələkbər Ərdaği, xəttat İmadülküttab və Hacı Zaman xan Kürdüstani Bahadurüssəltənə də daxil oldular. Komitə üzvləri əvvəlcə məmləkətə xəyanət edənləri və anqlofilləri aradan götürməyə başladılar. Komitəyə təsadüfi, mənfəətgüdən tamahkarlar daxil olduqda komitənin bütün sirləri açıldı. Hacı Zaman xan Kürdüstani komitənin bütün sirlərini açdı, onun hiyləsilə komitə uzvləri Kürdustana, Bani şəhərinə sürgün olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər.
Ləyaqət Əli Xan
Ləyaqət Əli Xan (1 oktyabr 1895 – 16 oktyabr 1951[…], Ravalpindi, Pakistan dominionu) — Pakistan İslam Respublikasının 1-ci baş naziri. == Həyatı == Ləyaqət Əli Xan 1 oktyabr 1895-ci ildə Hindistanın Haryana əyalətində olan İngilis Hindistanı, Pəncab əyalətinin Karnal şəhərində aristokrat Nausherwani Müsəlman Marhal Jatt ailəsində anadan olmuşdur. urdu dilini mənimsəmişdi və doğma urdu dilində danışırdı Atası Nəvab Rüstəm Əli xan, yerli əhali və ailəsi tərəfindən böyük hörmətə sahib olan İngiltərə hökuməti tərəfindən Rukun-əl-Daulah, Şamsher Jang və Nawab Bahadur titullarına sahib idi. Əli xan ailəsi, mülkləri (cəmi 300 kənd, Karnaldakı 60 kəndin cagiri də daxil olmaqla) həm Pəncab, həm də Muzaffarnagar'ın şərqində genişlənmiş bir neçə mülkədarlardan biri idi. Valideynləri Nawab Rüstəm Əli Xan və Mahmoodah Begum, Hindistanın Haryana, Karnal xaricində yerləşən şahzadələr ailəsində bir yerdə basdırılırlar. Liaquat Əli Xanın keçmiş şəxsi iqamətgahı, Uttar Pradeş'in Muzaffarnagar'ın Jansath Tehsil'də, atasının əmlakından təxminən 80 km məsafədə yerləşir və indi Uttar Pradesh hökuməti tərəfindən bir turist məkanı olaraq açılmağı düşünülür. Liaqatın babası Nəvab Əhməd Əli Xanın 1857-ci il üsyanı əsnasında İngilis ordusuna verdiyi dəstək (mənbə-Lepel Griffin'in Pəncab rəhbərləri Cild Birinci). Liaquat Əli Xanın anası Mahmoodah Begum, rəsmi təhsilə başlamazdan əvvəl evdə Quran və hədis dərslərini təşkil etdi. Ailəsinin İngiltərə hökuməti ilə güclü əlaqələri var idi. Ailəsinin hind müsəlman mütəfəkkiri və filosofu Seyid Əhməd Xana dərin hörməti var idi və atası gənc Liaqat Ali Xanın İngilis təhsil sistemində təhsil almasını istədi; buna görə ailəsi Əli xan məşhur hüquqşünas Aligarh Müsəlman Universitetinə (AMU) göndərdi, burada hüquq və siyasət elmləri aldı.
Məhəmməd Əli xan
Məhəmməd Əli xan — XVIII əsrin I rübündə fəaliyyət göstərmiş Səfəvi hərbi xadimi, Azərbaycan bəylərbəyliyinin hakimi. == Həyatı == Məhəmməd Əli xan 1719-1720-ci illər aralığında Səfəvi dövlətinin Azərbaycan bəylərbəyiliyinin hakimi olmuşdur. O, bu vəzifədə Səfiqulu xan Ziyadoğlu Qacarı əvəzləmiş, ondan sonra isə bu vəzifəyə Mehdi (və ya Mixri) xan gəlmişdir. Onun hakimliyi dövrü Səfəvi dövlətinin süqut dövrünə təsadüf edir. Qəddar hakim kimi təsvir edilən Məhəmməd Əli xanın davranışları Təbrizdə üsyana səbəb olmuş, üsyan nəticəsində də Məhəmməd Əli xan bəylərbəyiliyi tərk etməyə məcbur qalmışdır. Üsyan və bəylərbəyininin vilayəti tərk etmə hadisəsi 1719-cu ildə baş vermişdir. Bu hadisədən sonra İsfahandakı mərkəzi Səfəvi hakimiyyətinin ağır təzminat olaraq əyalətdən pul aldığı və göndərilən hakimiyyət nümayəndələrinə tabe olmağı əmr etdiyi bildirilir.
Saif Əli Xan
Saif Ali Xan, (ing. Saif Ali Khan, benq. সাইফ আলি খান, urdu سیف علی خان; 16 avqust 1970, Yeni Dehli) — hind kinoaktyoru, prodüsser. 1970-ci il 16 avqust tarixində Nyu-Dehli şəhərində anadan olmusdur. == Filmoqrafiya == Sabah açılacaq, yoxsa yox?
Əli xan Bayat
Əli xan Bayat — 1822-1866-cı illərdə Maku xanlığının dördüncü xanı.
Əli xan Qantəmir
Əlixan Qadoeviç Qantəmir (9 may 1886, Diqora rayonu – 16 aprel 1963, Münhen, Bavariya, Qərbi Almaniya) — Qafqaz Dağlılarının İttifaq Şurasının üzvü, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəsi, Zaqafqaziya Demokratik Federativ Respublikasının xarici işlər nazirinin müavini, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü. == Həyatı == Əlixan Qantəmir 1886-cı ildə Diqorada müsəlman osetin ailəsində doğulmuşdur. Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir.Aprel işğalından sonra tutulsa da, əvvəlcə Gürcüstana, daha sonra isə Türkiyəyə (1921) qaçdı.1938-ci ildə Sovet səfirliyinin təzyiqi ilə Türkiyə vətəndaşlığından çıxarılaraq ölkədən qovulmuş və Almaniya köçmüşdür.1963-cü ildə Münhendə vəfat etmiş və orada dəfn olunmuşdur. == Siyasi faəliyyəti == Fevral inqilabından sonra Qarsda yerli hökumət qurulmuş, sırayla erməni, türk, yunan bir həftəlik Qars şəhərinin valisi olurdu. Türklər adından vali Əlixan Qantəmir seçilmişdir. Bu dövrdə Qarsda Bakı İslam Xeyriyyə Cəmiyyəti vəkili kimi fəaliyyət göstərmişdir. 1917-ci ildə Zaqafqaziya Komissarlığının Qars vilayətindəki komissarı olmuşdur. Ümumrusiya Müəssislər Məclisinə seçkilərə Müsəlman Sosialist Blokunun 12 saylı siyahısı üzrə qatılan Əlixan Qantəmir siyahıda İbrahim bəy Heydərovdan sonra ikinci sırada idi. Siyahının 159 770 (6.51%) səs almasıyla siyahıdakı ilk 3 nəfər: İbrahim bəy Heydərov, Əlixan Qantəmir və Aslan bəy Səfikürdski Ümumrusiya Müəssislər Məclisinin üzvü seçildilər.Xalq tərəfindən dəstəklənərək 23 fevral 1918-ci ildə yeni yaradılan Zaqafqaziya Seyminə millət vəkili olaraq seçilmiş, Seymdə Müsəlman fraksiyasına daxil olmuşdur. O, 1918-ci ilin martında dağlı xalqların Zaqafqaziya Seymi ilə danışıq aparmaq üçün Tiflisə göndərdiyi nümayəndə heyətinin üzvü olmuş, dağlı nümayəndə heyətinin tərkibində Trabzon və Batum konfranslarında iştirak etmişdir.
Əli xan Qaraxani
Əli bin Həsən xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1156. ildə qohumu III İbrahim xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
Əli xan Zahirəddövlə
Əliqulu xan Məhəmmədnasir xan oğlu Dəvəli-Qacar (1864, Tehran – 1924) — Nasirəddin şahın saray naziri, Nemətullahi təriqətinin şeyxi Səfiəlişahın müridi, sufi, şair. == Həyatı == Əli xan Məhəmmədnasir xan oğlu 1864-cü ildə doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəhirəddövlə ləqəbi daşıyırdı. Əli xan Nasirəddin şahın saray naziri, eşikağasıbaşısı olmuşdu. Sonra təşrifat vəziri vəzifəsini həyata keçirmişdi. Şahın ondan xoşu gəlirdi. 1880-ci ildə onu qızı ilə evləndirdi. Nemətullahi təriqətinin mürşidi Mirzə Həsən Səfiəlişah 1898-ci ildə vəfat edəndən sonra Əli xan Zəhirəddövlə onun canişini oldu. 1906-cı ildə Həmədan və Kirmanşahın valisi təyin olunmuşdu.
Əli xan Əfşar
Əli xan Əfşar (Zəncan – Zəncan) — Zəncan xanlığının 1780-ci ildən 1782-ci ilə qədər olan ikinci xanı. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, səh. 323-324. == Ədəbiyyat == Abu’l-Ḥasan Ḡaffārī Kāšānī, Golšan-e morād, ed. Ḡ Ṭabāṭabāʾī Majd, Tehran, 1369 Š./1990. Moḥammad-Ṣādeq Nāmī Eṣfahānī, Tārīḵ-e gītīgošā, ed. S. Nafīsī, Tehran, 1317 Š./1938. J. R. Perry, Karim Khan Zand, Chicago, 1979.
Əli xan Əmini
Əli xаn Hacı Möhsün xan oğlu Əmini (12 dekabr 1905, Tehran – 12 dekabr 1992, Paris) —İranın baş naziri. == Həyatı == Əli Əmini 12 dekabr 1905-ci ildə Tehran şəhərində anadan olmuşdu. Müzəffərəddin şah Qacarın qız nəvəsidir.. Atası Möhsün xan Əminüddövlə Qacarlar dövründə dövlət xadimi idi. . == Həmçinin bax == Mirzə Əli xan Əminəddövlə == İstinadlar == == Xarici keçidlər == Transcript of Amini interview as part of Harvard Iranian Oral History Project directed by Dr. Habib Ladjevardi Dr. Ali Amini, Prime Minister, Switzerland, 1962, A short passage (1:53) of an interview, in French, with Dr. Ali Amini, YouTube.
Əli xan Əminəddövlə
Mirzə Əli xan Mirzə Məhəmməd xan oğlu Əminəddövlə (1 aprel 1844, Tehran – 1904, Tehran) — İranın baş naziri. == Həyatı == Əli xan Mirzə Məhəmməd xan oğlu 1843-cü ildə Tehran şəhərində anadan olmuşdu. Adi məmurluqdan baş nazir vəzifəsinədək ucalmışdı. Baş nazir Əminüssultan hakimiyyətdən götürüldü. Mütərəqqi qüvvələrə yaxın olan Əli xan Əminəddövlə 1897-ci il aprel ayında baş nazir vəzifəsinə təyin edildi. Ölkədə maarifi inkişaf etdirmək, yeni tipli məktəblər təsis etmək üçün Əminüddövlənin yardımı ilə "Maarif əncüməni" təşkil olundu. Sarayın görkəmli qulluqçularından olan Əminüddövlə ölkədə qanuni hökumət yaratmaq uğrunda uzun illərdən bəri mübarizə aparan "Adəmiyyət cəmiyyəti" və "İttihade islam" təşkilatı ilə həmkarlıq edirdi. O, hər iki təşkilatın birgə fəaliyyəti və mübarizə dövründə Tehranda "Hövzeye bidaran"ın görkəmli üzvü və başçısı idi. Onu gözdən salmaq istəyirdilər. Əminüddövlə hələ 1896-cı il may ayında saraydan uzaqlaşdırılaraq Azərbaycan valisi təyin edilmiş və Təbrizə göndərilmişdi.
Abdulabad (Salmas)
Abdulabad (fars. عبدل اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (32 ailə).
Acvac (Salmas)
Acvac (fars. اجواج‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (82 ailə).
Ayan (Salmas)
Ayan (fars. ‎عيان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 349 nəfər yaşayır (76 ailə).
Ağaismayıl (Salmas)
Ağaismayıl (fars. اقااسماعيل‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Şahpur bölgəsinin Ləkistan kəndistanında, Şahpur qəsəbəsindən 8 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (76 ailə).
Ağziyarət (Salmas)
Ağziyarət (fars. اق زيارت‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Ənzəl kəndistanında, Urmiya şəhərindən 69,5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 534 nəfər yaşayır (115 ailə).
Baharabad (Salmas)
Baharabad (fars. بهاراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər. yaşayır (15 ailə).
Bahik (Salmas)
Bahik (fars. بهيك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 281 nəfər yaşayır (56 ailə).