Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xudadat bəy Poladov
Xudadat bəy Əli bəy oğlu Fuladov (1844-1872) — XIX əsr Azərbaycan şairi. Xudadat bəy Fuladov böyük satirik şair Qasım bəy Zakirin nəvəsi, dövrün tanınmış şairləri olan İbrahim bəy Azər (1836-1885) və Abdulla bəy Asinin (1841-1874) qardaşlarıdır. * * Fuladov familiyası ilə məşhur olan üç qardaşdan biri də 1844-cü ildə Şuşada anadan olmuş ailənin son beşiyi Xudadat bəy idi. "Əli bəy vəfat edəndən sonra dörd səğir uşağı qaldı. Bu balalara Zakirdən başqa, bir münasib pərəstar yox idi. Odur ki, Zakir də naçar qalıb qəyyum oldu. (Rza qulu Cavanşir). Əli bəy Fuladovun uşaqlarını, yəni Qasım bəy Zakirin qız nəvələrini – İbrahim bəyi, Abdulla bəyi və Xudadat bəyi babaları öhdəsinə götürüb, onlara öz doğma balaları kimi baxmağa başladı. Nəvələrinə "ailə məktəbi"ndə təlim-tərbiyə verdi, savad öyrətdi, şerə, sənətə məhəbbət oyatdı, bir sözlə qayğıkeşliklə böyüdüb ərsəyə çatdırdı. Bu nəticədə də hər üç qardaş – Zakir "ailə məktəbi"nin "məzunları" gələcəyin tanınmış şairləri oldular və Qarabağ poeziya məktəbinin layiqli davamçılarına çevrildilər.
Xudadat bəy Rəfibəyli
Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli və ya Rəfibəyov (12 yanvar 1878, Yelizavetpol – 1 iyun 1920, Nargin adası, Azərbaycan) — Azərbaycan Xalq Cümhuriyyətinin Yelizavetpol quberniyasının general-qubernatoru, II Xoyski hökumətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə xalq səhiyyəsi naziri, Afanasyev adına Yelizavetpol xəstəxanasının direktoru, həkim. Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1878-ci il yanvarın 12-də indiki Gəncə şəhərinin Bala Bağman məhəlləsində əsilzadə ailəsində doğulub. O, Rəfibəylilər nəslindəndir. Xudadat bəy Gəncə Kişi Gimnaziyasını bitirdikdən sonra təhsilini də davam etdirmişdir. Xudadat bəy Rəfibəyli 1904-cü ildə oranı bitirir. 1904-cü ildə Xarkov İmperator Universitetinin Tibb fakültəsini bitirir və həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyir. O, 1907-ci ildə ailəsiylə birgə Gəncə şəhərinə qayıdır. Həmin ilin noyabrın 15-də o, Yelizavetpol Şəhər İdarəsinim təqdimatı, qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol xəstəxanasına (6 nömrəli şəhər müalicəxanası) direktor təyin edilir. 17 il Gəncə xəstəxanasının baş həkimi olaraq çalışmışdır. 1909-cu ildə fəaliyyəti, xidmətləri nəzərə alınaraq titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib və 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.
Xudadat bəy Rəfibəyov
Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli və ya Rəfibəyov (12 yanvar 1878, Yelizavetpol – 1 iyun 1920, Nargin adası, Azərbaycan) — Azərbaycan Xalq Cümhuriyyətinin Yelizavetpol quberniyasının general-qubernatoru, II Xoyski hökumətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə xalq səhiyyəsi naziri, Afanasyev adına Yelizavetpol xəstəxanasının direktoru, həkim. Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1878-ci il yanvarın 12-də indiki Gəncə şəhərinin Bala Bağman məhəlləsində əsilzadə ailəsində doğulub. O, Rəfibəylilər nəslindəndir. Xudadat bəy Gəncə Kişi Gimnaziyasını bitirdikdən sonra təhsilini də davam etdirmişdir. Xudadat bəy Rəfibəyli 1904-cü ildə oranı bitirir. 1904-cü ildə Xarkov İmperator Universitetinin Tibb fakültəsini bitirir və həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyir. O, 1907-ci ildə ailəsiylə birgə Gəncə şəhərinə qayıdır. Həmin ilin noyabrın 15-də o, Yelizavetpol Şəhər İdarəsinim təqdimatı, qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol xəstəxanasına (6 nömrəli şəhər müalicəxanası) direktor təyin edilir. 17 il Gəncə xəstəxanasının baş həkimi olaraq çalışmışdır. 1909-cu ildə fəaliyyəti, xidmətləri nəzərə alınaraq titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib və 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.
Xudadat bəy Əzizbəyov
Əzizbəyov Xudadat bəy Əsədulla bəy oğlu — müəllim, tərcüməçi. Xudadat bəy Əzizbəyov 1892-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbində, sonra Şuşa real məktəbində oxumuşdu. 1911-ci ildə real məktəbi bitirib Bakı şəhərində "İttihad" progimnaziyasında müəllim işləmişdi. Biliyi, savadı sayəsində əvvəlcə nəzarətçi, sonra müfəttiş vəzifəsinə yüksəldi. Xəstəliyi ilə bağlı Şuşaya dönüb Savadlılığı yayma cəmiyyətində, eyni zamanda da "Gövhəriyyə" məktəbində müəllim kimi çalışdı. Onun təşəbbüsü ilə cəmiyyətin nəsdində "Rəşidiyyə" adlı məktəb açıldı. Bir xeyli müddət burda çalışdı. I Dünya Müharibəsi illərində Şuşadakı Qarşılıqlı Kredit Cəmiyyətində işlədi. "Rəşidiyyə" məktəbinin pedoqoji kollektivinin xahişi ilə yenidən təhsil ocağına qayıtdı.
Mirzə Xudadat bəy Vəkilov
Mirzə Xudadat bəy Vəkilov — Rusiya çar ordusunun polkovniki . Polkovnik Mirzə Xudadat bəy Vəkilov 1822-ci ildə Salahlı kəndində anadan olub. İlk zabit rütbəsini 1847-ci il iyunun 2-də, polkovnik rütbəsini 1879-cu il dekabrın 14-də alıb. Hazırda Qafqaz Əlahiddə ordusunda xidmətdədir. İgidliyə görə təltif olunduğu ordenlər: dördüncü dərəcəli Müqəddəs Anna (1847), üçüncü dərəcəli Müqəddəs Anna, bantla birgə (1851), Müqəddəs Stanislav (1858), İmperatorun tacqoyma mərasimi münasibətilə orden (1860), ikinci dərəcəli Müqəddəs Anna, qılıncla birgə (1861), Dördüncü dərəcəli Vladimir bantla, birgə (1875), üçüncü dərəcəli Müqəddəs Vladimir (1883) və 1862-ci ildə İranın üçüncü dərəcəli "Şire-Xorşid" ordeni . Polkovnik Mirzə Xudadat bəy Vəkilov Tiflisdəki hərbi gimnaziyanı bitirib. Qafqaz Əlahiddə Ordusunda şərq dilləri üzrə mütərcim-tərcüməçi işləyib. O, məşhur tibb alimi doktor Məmmədrza ağa Vəkilovun əmisi oğlu, müsavat lideri Əlimərdan bəy Topçubaşovun isə dayısıdır.
Xudadat bəy Məlik-Aslanov
Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov (az-əbcəd. خداداد بگ آقا بگ اوغلی ملک-اصلانوف‎; aprel 1879, Taynaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 23 iyul 1935, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri. AXC-nin birinci və ikinci hökumət kabinetlərində — 1918-ci il mayın 28-dən oktyabrın 6-dək ilk yollar, poçt və teleqraf naziri. Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Taynaq kəndində anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi. Peterburq mühitində 1901–1904-cü illərdə-tələbəlik illərində Rusiya Sosial Demokrtatik Fəhlə Partiyasının (RSDFP) üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra heç bir partiyaya daxil olmamış və ömrünün axırınadək bitərəf qalmışdı 1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi. Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi o, əvvəlcə mühəndis, sonra Stansiya rəisinin köməkçisi, daha sonra isə Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram Aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi olmuşdu. Onun rəhbərliyi altında həmin xidmət sahəsində xeyli mülki tikinti aparılmış, Surom bölməsində texniki qurğular tikilmişdi. İkinci Dəmiryol Xəttinin çəkilişi davam etdirilərək Çiatura marqans mədənlərinə ensiz zolaq dəmir yolu salınmış, texniki işlər görülmüşdü.
Xudadad Əfşariyan
Xudadad Əfşariyan — İranlı futbol hakimidir. 1965-ci ildə Gəçsaran şəhristanında dünyaya gəlibdir. "Xudadad Əfşariyan tanıtımı". İran idman hakilmlərinin saytı. 2011-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2013‏.
Xudadad bəy Məlikaslanov
Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov (az-əbcəd. خداداد بگ آقا بگ اوغلی ملک-اصلانوف‎; aprel 1879, Taynaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 23 iyul 1935, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri. AXC-nin birinci və ikinci hökumət kabinetlərində — 1918-ci il mayın 28-dən oktyabrın 6-dək ilk yollar, poçt və teleqraf naziri. Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Taynaq kəndində anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi. Peterburq mühitində 1901–1904-cü illərdə-tələbəlik illərində Rusiya Sosial Demokrtatik Fəhlə Partiyasının (RSDFP) üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra heç bir partiyaya daxil olmamış və ömrünün axırınadək bitərəf qalmışdı 1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi. Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi o, əvvəlcə mühəndis, sonra Stansiya rəisinin köməkçisi, daha sonra isə Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram Aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi olmuşdu. Onun rəhbərliyi altında həmin xidmət sahəsində xeyli mülki tikinti aparılmış, Surom bölməsində texniki qurğular tikilmişdi. İkinci Dəmiryol Xəttinin çəkilişi davam etdirilərək Çiatura marqans mədənlərinə ensiz zolaq dəmir yolu salınmış, texniki işlər görülmüşdü.
Xudadad mirzə Fərmanfərmaiyan
Xudadad mirzə Fərmanfərmaiyan (8 may 1928, Tehran – 16 dekabr 2015)— şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Həmdəm xanımın oğlu idi. Pəhləvi sülaləsi dövründə, o, İran Mərkəzi Bankının başçısı idi.
Xudadad xan Dünbili
Xudadad xan Nəcəfqulu хаn oğlu Dünbili (1785-1787) — Təbriz hakimi. Xudadad xan Nəcəfqulu xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təlim-tərbiyəsi almışdı. Xudadad xan 1784-cü ildə atasından sonra xanlıq taxtına əyləşdi. Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşidən Sərab hakimi Sadıq xan Şəqaqi Təbrizə qoşun çəkdi. Xalqın nümayəndəsi Ağa Əliməhəmməd tacirbaşı xeyli sovqatla yardım üçün Məhəmmədqulu xanın yanına yollandı. Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. İbrahim xan Araşlını 2 min nəfərlik qoşunla Təbrizə göndərdi. Təsuc yaxınlığında Əhməd xan Dünbili də ona qoşuldu.
Xurafat
Xurafat ərəbcə huruf (hərflər) sözündən törəmədir və çox güman ki, hürufilik üsulları ilə məna çıxarmalarını bildirib. Ancaq sonradan mahiyyəti dəyişmişdir. Xurafatı miflə də əlaqələndirmək olar. Belə ki, insanlıq uşaqlıq dövründə dünyaya mif vasitəsilə baxıb. Qədim Yunan filosofu Aristotel özünün Metafizika kitabında bir problemin fərqinə varıb heyrətə düşmək insana özünün biliksizliyini fərq etdirir deyərək aşağıdakı ifadələri bildirir; "Bu səbəbdəndir ki, philo-mythos bir tərəfiylə də philo-sophosdur, çünki məhz miflər (xurafatlar) heyrət verici şeylərdən təşkil olunur." Xurafat ilə əlaqədar filosof Dücanə Cündioğlunun aşağıdakı fikirləri mühüm əhəmiyyət kəsb edir. "Bu gün xurafə-pərəstliyin dəyəri bilinmir, çünki xurafə-pərəstliyin bir imkan olaraq dərk olunması bir tərəfə dursun həqiqət-pərəstliyin tam əksi zənn edildiyindən həyatın bütün sahələrində xurafatlar qəhr olduqca həqiqətin özü də qəhr olub durur.
Xudat
Xudat — Azərbaycan Respublikasının şimalında Xaçmaz inzibati rayonunun tərkibində şəhər. 1950-ci ildə rayon tabeli şəhər statusu almışdır. Xudat 1943-cü ildə yaradılmış Xudat inzibati rayonunun mərkəzi olmuşdur. Bu rayon 1959-cu ildə ləğv edillmiş və Xudat daha əvvəllər aid olduğu Xaçmaz rayonunun inzibati idarəsinə verilmişdir. Belə ki, rayonun Xudat şəhəri, Müqtədir qəsəbəsi, Nabran, Yalama, Qusarçay, Ləcət və Susayqışlaq kənd sovetləri Xaçmaza, Şirvanovka kənd sovetliyi isə Qusar rayonuna verilmişdir. 1963-cü ildə ləğv edilən Xaçmaz rayonunun ərazisi Quba və Qusar rayonlarına verilmiş, Xudat bu dəfə Qusar rayonunun inzibati idarəsinə daxil olmuşdur. 1965-ci ildə bu strukturun da ləğvindən sonra Xudat təkrar bərpa edilmiş Xaçmaz rayonunun inzibati tərkibinə qatılmışdır. Oykonim türk dilindəki xod/xud (tərəvəz) və at (yer) komponentlərindən düzəlib, bostan yeri mənasındadır. 1920-ci ilin 28 aprelində Xudat Bakını işğal etməyə gedən Qızıl ordu tərəfindən tutulmuşdur. Bu stansiyada Bakıya doğru yol alan 4 zirehli qatar ilə bunu Bakıdan qarşılamağa gələn 2 zirehli qatar arasında artilleriya döyüşü olmuşdur.
Xudayar Yusifzadə
Xudayar Müslüm oğlu Yusifzadə (15 iyul 1998, Bərdə – 22 oktyabr 2020, Ağbənd, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Radə Qurbanova isə evdar xanım idi. Onların ailədə dörd uşağı olmuşdur — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir. Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışmışdır. Subay idi. Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir.
Xudayar təsnifi
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
Xudayar xan
Xudayar xan Xudayari (17 oktyabr 1873, İran – 28 yanvar 1950, Tehran) — Qacar ordusunun generalı, Rza şah dövründə Poçt-Teleqraf naziri Xudayar xan 1873-cü ildə anadan olmuşdu.1892-ci ildə Qacar dövründə təşkil edilmiş İran Kazak briqadasında xidmətə başlamışdı. 1906-cı ildə mayor, 1917-ci ildə polkovnik, 1921-ci ildə briqada generalı idi. Xudayar xan Xudayari Rza şah Pəhləvinin dövründə Qəzvinin valisi olmuşdu. Şah onu Poçt-Teleqraf naziri təyin etmişdi. 1929–1930-cu illərdə Sepah bankın direktoru vəzifəsində çalışmışdı. Xudayar xan böyük mülkədar idi. Qum-Dizabad yolu boyunca mülkü vardı. O, 1950-ci ildə vəfat edib. Ənvər Çingizoğlu, Xudayar xan Xudayari: Qacarın can düşməni, "Soy" dərgisi, 1 (34), 2010, səh.43.
Xudayət Orucov
Xudayət Vilayət oğlu Orucov (4 sentyabr 1987; Ağstafa rayonu, Azərbaycan SSR — 4 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Xudayət Orucov 1987-ci il sentyabrın 4-də Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. 1994-2005-ci illərdə Ş. Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi. Xudayət Orucov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdə artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xudayət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayət Orucov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayət Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Koreyada xurafat
== Ümumi məlumat == Batil inanc, məntiqi bir təmələ söykənməyən inanc və davranışlara deyilir. Müasir həyatda belə batil inanclar həddən artıq çoxdur. İnsanlar həyatın mühüm məqamlarında inancların uğur və ya pislik gətirəcəyinə inanır. İnancını sınayıb fikrini dəqiqləşdirənlər də olur, ona, həqiqətən, düşüb-düşmədiyini yoxlamadan kor-koranə inananlar da. Hər bir insanın inancı fərqlidir. Hətta bir çox insanlar belə düşünür ki, inandıqları və sınadıqları inancları bilə-bilə pozmaq gələcək hər hansı bir mənfi hadisəyə hazır olmaq üçün bir işarədir. Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi inancları da mövcuddur. == Koreyalıların batil inancları == "4" rəqəmindən qorxu.Bu batil inancının açılışı çox sadədir. Belə ki, bir çox Asiya ölkələrində "4" rəqəminin deyilişi "ölüm" sözünün deyilişi ilə çox oxşardır. Koreya dilində "ölüm" 死 사 (sa)-dır və "4" rəqəmini bildirən 四 사 (sa) ilə tamamilə eyni səslənir.
Xudayət Əsgərov
Xudayat Əsgərov (tam adı: Xudayət Məmməd oğlu Əsgərov) — Azərbaycanlı aktyor və rejissor,kuklaçı, Gəncə Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Azərbaycanın əməkdar artisti (2013),Prezident mükafatçısı(2006) Əsgərov Xudayət Məmməd oğlu 1960-cı il fevralın 14-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Gəncə şəhər Baza İnşaat Texnikomunu bitirib.İbtidai musiqi məktəbinin tar sinfini bitirib. Təhsil aldığı illərdə Gəncə şəhəri İnşaatçılar mədəniyyət sarayının “Gənclik” xalq teatrında həvəskar aktyor kimi fəaliyyət göstərib. 1981-ci ildən C.Cabbarlı adına Gəncə Dövlət Dram teatrında əmək fəaliyyətinə başlayıb. 1987-ci ildən isə Gəncə Dövlət Kukla teatrında aktyor kimi işə qəbul olunub.Bu illər ərzində Kukla teatrının səhnəsində yüzdən artıq tamaşalarda baş rolları ifa edib. Oynadığı rollarla kiçik tamaşaçıların rəğbətini qazanıb. Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu”-da Əhməd, “Meşə çaqqalsız olmaz”-da tülkü, N.Gəncəvinin “Xeyir və Şər”-də Xeyir, Ə.Orucun “Zınqırovlu pişik”-də Ambardar,A.Linqrendin “Uşaq və Karlıson”-da Ata ,R.Səməndərin “Çətin məsələ”-də Canavar, A.S.Eqzüperinin “Balaca Şahzadə”-də Kral ,Xalq nağılı“Şəngülüm,Şüngülüm,Məngülüm”-də Canavar və s. bu kimi yadda qalan obrazlar yaratmışdır. Aktyorluğu ilə yanaşı Xudayət Əsgərv teatrda bir çox tamaşalara rejissoir kimi quruluş vermişdir.Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”, K.Kollodinin “Pinokkionun sərgüzəştləri, K.Ağaqızının “Tənbəl Əhməd”, O,Abdullayevin “Xoruzun hikkəsi”, R.Əlizadənin “Dəli Domrul” A.Əlizadənin “Şeytanın dostu” və s. bu kimi tamaşalara uğurlu quruluş vermişdir.
Xudayar yüzbaşı Çələbiyanlı
Köhnə Xudat
Köhnə Xudat (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat qazmalar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Saman xudat
Saman xudat (VIII əsr, Bəlx vilayəti)—Samanilər sülaləsi əmirlərinin ulu babası. Saman xudat bin Hamidan Bəlxdə yaşamışdı. Sülalənin banisi Saman-xudat (Saman-ata) ilk dəfə siyasi arenada VIII əsrin birinci rübündə peyda olur. Mənbələrə görə, bu dövrdə Saman –xudat Bəlxdən Xorasanın ərəb valisi Əsəd İbn Abdullah Əl Kəsrinin (və ya Əl Kuşairinin ) yanına, Mərvə gəlib onun vasitəsilə islamı qəbul etmiş və onun şərəfinə öz oğluna Əsəd adı vermişdir. Sonra o, öz oğlu ilə birlikdə Xorasanda Əbu Müslümün Əhli-Beyt hərəkatında iştirak etmişdir. Sonradan onun oğlu Əsəd, görünür ikinci dəfə İslamı, Mərvdə olduğu zaman Xəlifə Əl Məmnunun öz əlindən qəbul etmişdir. Saman-xudatın nəvələri, yəni Əsədin oğulları Nuh, Əhməd, Yəhya və İlyas Xəlifə tərəfinə keçərək Rəfi İbn Əl Leysin Orta Asiyadakı Əhli-Beyt hərəkatının ikinci üsyanının yatırılmasında iştirak etmişdilər. Xidmətlərinə görə, Mərvdən Bağdada getməzdən əvvəl Xəlifə Əl-Məmnun onları Maverənnəhrdəki şəhərlərə hakim təyin etmişdi. Samanilər sülaləsinin soyadı əcdad Saman-xudatın adı ilə bağlıdır. Mənbələrə görə o, Bəlx vilayətində yerləşmiş Saman məskəninin yaradıcısı və sahibi idi.
Xudat bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xudat rayonu
Xudat rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1943–1959-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Xudat olmuşdur. Xudat rayonu 8 oktyabr 1943-cü ildə yaradılmışdır. Xudat rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir. Xudat rayonu 4 dekabr 1959-cu il tarixində ləğv edilmiş, Şirvan kənd sovetliyi istisna olmaqla ərazisi (Xudat şəhər, Müqtədir qəsəbə soveti, Dədəli, Qusarçay, Ləcət, Nabran, Susayqışlaq və Yalama kənd sovetləri) Xaçmaz rayonuna birləşdirilmişdir. Şirvanovka kənd sovetliyi isə Qusar rayonuna verilmişdir. Rayon ərazisində "Xudat kolxozçusu" qəzeti nəşr edilmişdir.
Köhnə Xudat (Qusar)
Köhnə Xudat — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Köhnə Xudat oyk., mür. Xaçmaz r-nunun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır; Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. 1900-cü ildə Biləcəri-Dərbənd d.y. xəttinin çəkilişi ilə əlaqədar burada tikilən stansiyaya Xudat adı verilmişdi. Xudat kəndi yeni yaradılmış stansiyadan əvvəl salındığı üçün Köhnə Xudat adlandırılmışdır. Sonradan yarandığı üçün kənd əhli arasında Törəmə də adlanır.
Köhnə Xudat (Xaçmaz)
Köhnə Xudat — Azərbaycan Respublikası Xaçmaz rayonu eyniadlı inzibati ərazi vahidində kənd. Kənddə məktəb, kitabxana, poçt idarəsi və bələdiyyə fəaliyyət göstərir. Köhnə Xudat kəndində 1200-yə yaxın insan yaşayır. Kənddə su fontanı var. Köhnə Xudat Samur-Dəvəçi ovalığında yerləşir.