Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yanacaq
Yanacaq — ədədi qiymətcə 1 kq yanacağın tam yanması üçün sərf olunan istilik miqdarına deyilir. 1 kq yanacaq tam yanarkən sərf olunan istilik miqdarı yanacağın kütləsindən və növündən asılıdır.Bu zaman sərf olunan istilik miqdarı aşağıdakı düsturla hesablanır: Q = qm Burada q - yanacağın xüsusi yanma istiliyi ,m - yanacağın kütləsi , Q - yanacağın tam yanması nəticəsində sərf olunan istilik enerjisidir."Yanacağın Xüsusi Yanma İstiliyi" hər bir yanacaq üçün müvafiq olaraq təcrübələrlə müəyyən edilmişdir.Lakin buna baxmayaraq bir çox mənbələrdə bununla əlaqədar bəzi fərqliliklər aşkar olunub.Ona görə də hələ ki, bəzi yanacaqların "Xüsusi Yanma İstiliyi" dəqiq olaraq müəyyən deyil.Sadəcə olaraq dərsliklərdə və ya Fizika üçün nəzərdə tutulmuş təcrübə kitablarında bu təxmini olaraq,yəni dəqiq nəticəyə ən yaxın götürülmüşdür. Yanacağın yanması prosesi qısa müddət sürən, maddənin molekullarına və atomlarına xaricdən istilik enerjisi vasitəsilə parçalanması prosesidir.Yanacaq sadəcə təbiətdə deyil,bizim orqanizmimizdə də baş verir.Fərqlisi isə odur ki, orqanizmimizdəki yanacaq bədənimizə daxil olan karbohidratlar və ya zülallardır. == Növləri == Təbiətdə ən geniş yayılmış yanacaq növləri sırası ilə aşağıdakılardır: Neft Təbii qaz Daş kömür Qonur kömür Yanar şist Torf Quru ağac odunu.Aqreqat halına görə yanacaqlar aşağıdakı qruplara bölünür: Bərk yanacaqlar Quru ağac Yanar şist Sapropel Torf Bitumlu qum Bərk raket yanacağı kömür(daş kömür, boz kömür) OdunMaye yanacaqlar Neft yanacaqları (dizel yanacağı, soba yanacağı, mazut, kerosin, benzin) Yağlar Spirtlər Maye raket yanacağı Efirlər Qazoyl MazutQaz yanacaqlar Təbii qaz (metan) Neftlə birlikdə çıxan qazlarPropan, Butan və s. Metan, təbii qaz, kerogen qazı, mədən qazı, bataqlıq qazı, bioqaz Hidrogen Sıxılmış təbii qaz(CNG) Bərk yanacağın qazlaşdırılması məhsulları == Həmçinin bax == Bioyanacaq Faydalı qazıntılar Yanacaq-energetika sənayesi == Xarici keçidlər == Alternativ enerji üzrə böyük imkanlara malik nadir ölkə...
Hipergolik yanacaq
Hipergolik yanacaq, hipergolik impuls, hipergolik reaksiya və ya hipergolik propellant, ətrafdakı temperatur və təzyiq kimi fiziki dəyərlərdən asılı olmayaraq başqa bir kimyəvi birləşmə ilə birləşdirildikdə qəfildən parlaya və alovlanma qabiliyyətinə malik yüksək reaktiv və yanıcı birləşmələrə verilən ümumi addır. Hipergolik yanacaq, xüsusilə atmosfer xaricindəki tətbiqlərdə raketlərin hipergolik mühərriklərlə oksigendən müstəqil şəkildə yanmasını təmin edir. Burada istifadə olunan impulslardan biri yanacaq, digəri isə yüksəldici və ya oksidləşdirici adlanır. Ümumiyyətlə, müasir kosmik tətbiqlərdə ən çox istifadə olunan hipergolik yanacaqlar asimmetrik dimetil hidrazin və diazot tetraoksid birləşməsindən ibarətdir. == Tarixi == Sovet tədqiqatçısı Valentin Qluşko 1931-ci ildə hipergolik yanacaqla raket mühərrikini sınaqdan keçirdi. Əvvəlcə mühərriklərin "kimyəvi alovlanması" üçün karbon disulfidində həll olunan fosforun kerosin / azot turşusunun mühərriklərə yüklənməsinidə istifadə edilmişdir. 1935-ci ildən başlayaraq, Alman Aeronavtika İnstitutunun professoru O. Lutz 1000-dən çox öz-özünə atəş açan eksperimentlər aparmışdır. O, Walter şirkətinə konsentrat hidrogen peroksid ilə alovlanan C-Stoffun inkişafında kömək etdi. BMW müxtəlif aminlər, ksilidinlər və anilinlərin birləşməsi ilə hipergolik turşu qarışığı yandıran mühərriklər hazırladı. Hiperqolik propellanlar, 1940-cı ildə ABŞ-da GALCIT və Navy Annapolis tədqiqatçıları tərəfindən müstəqil olaraq üçüncü dəfə kəşf edildi.
Tonka (yanacaq)
Raket yanacağı TQ-02 (Samin) — Almaniyada İkinci Dünya müharibəsi dövründə inkişaf etdirildi və alman adı “Tonka-250” idi. Bu bir sıra anti-təyyarə, balistik raketlərdə, eləcə də raket daşıyici larında istifadə edilmişdir. TQ-02 raket yanacağının tərkibi ksilidin C6H4CH3NH2 və texniki trietilamin (C2H5)3 qarışığıdır. Yanacağın tərkibində olan trietilamin və ksilidin (6 izomer) – zəhərli və kanserogen maddələr qrupuna aid olmasına görə ətraf mühitə, sakinlərin sağlamlığına zərər verən və yeraltı suların çirklənməsi ilə nəticələnə bilən təhlükə mənbəyidir. TQ-02 yanacağı giqroskop, havadaki oksigenlə vaxtaşırı oksidləşir və bu prosesin katalizatorları kimi işıq, yüksək temperatur, rütubət və mis ionlarının iştiraki qeyd edilir.Əvvəllər yararsız vəziyyətə düşmüş “Samin” açıq tipli sobalarda yandırırdılar. Bu üsul ətraf mühitin çirklənməsi ilə nəticələnirdi. == Kimyəvi xassələr == Bununla bağlı adı çəkilən yanacaqdan trietilamin (88-92 °C) və ksilidenlər (220-224 °C) ayrılırlar. Yanacağın rektifikasiya ilə ayrılması nəticəsində az miqdarda dietilaminin qarışığı ilə 43% texniki trietilamin və 41% ksilidinin qarışıq izomerləri alınır. Atmosfer təzyiqində 220 °C qovulan ksilidenlərdə parçalanma prosesi müşahidə olunur. Odur ki, həmin bu proses 80-82jC 10 mm/cs-da vakuumda aparılır.
Təbii yanacaq
Qalıq yanacaqlar — mineral yanacaqlar olaraq da bilinər, hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqlarıdır. Qalıq yanacaqlar sənaye sahədə çox geniş bir istifadə sahəsi tapmaqdadır. Elektrik istehsalında, ümumiyyətlə qalıq yanacağın yanması ilə ortaya çıxan enerji bir turbinə güc olaraq çatdırılar. Köhnə generatorlarda ümumiyyətlə yanacağın yanması ilə əldə edilən buxar turbini çevirmək üçün istifadə edilərdi, lakin yeni enerji stansiyalarında yanma ilə əldə edilən qazlar, birbaşa olaraq qaz turbinini çevirməkdədir. 20 və 21-ci əsrdə dünya səviyyəsindəki texnoloji inkişaflarla, qalıq yanacaqlardan əldə edilən enerjiyə olan ehtiyac artmaqdadır. Xüsusilə neftdən əldə edilən benzin, dünya səviyyəsində və regional olaraq böyük qarşıdurmaların ana səbəbi halına gəlməkdədir. Kömür, neft və təbii qaz dünyanın bu günki enerji ehtiyacının çox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾-nün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir.
Yanacaq-Energetika Sənayesi
Yanacaq-energetika sənayesi — Yanacaq və energetika sənayelərinin adı. Müxtəlif növ enerji hasilatı, istehsalı və istifadəsi ilə əlaqədardır.Dünyada energetika resurslarının istehsalı və istehlakı daima artır.Energetika resursları istehlakında böyük fərqlər var.Dünya əhalisinin 15%-i yaşayan İEÖ-lər (İnkişaf Etmiş Ölkələr) dünya energetika və resurslarının demək olarki, 60%-ni, dünya əhalisinin 5%-i yaşayan ABŞ isə 25%-dən çoxunu istehlak edir.İOÖ-lərdə (İnkişafda Olan Ölkələr) istehsal olunan yanacaq və enerjinin böyük hissəsi ABŞ-yə, Qərbi Avropa və Yaponiyaya daşınır. Birinci dünya müharibəsindən sonra avtomobil və aviasiyanın inkişafı, sənayedə daxili yanacaq mühərriklərinin tətbiqi ilə əlaqədar neft və qazın rolu artmışdır.Bu həm də neftin qiymətinin ucuz olması ilə əlaqədar idi.Lakin 1960-cı illərdə yaradılan OPEK, neft hasilatını öz əlinə almış və neftin qiymətini bir neçə dəfə qaldırmışdır.Neftin ölçü vahidi Bareldir.(1 barel = 159 litr). Dünyanın yanacaq energetika balansında dəyişikliklər hər bir ölkənin ayrı-ayrı energetika resursları ilə təmin olunan Norveç, İsveç,Finlandiya və Kanada üçün su enerjisinin, neft və təbii qaz resursları ilə zəngin İran körfəzi sahili dövlətləri üçün bu resursların yüksək çəkisi səciyyəvidir. Respublikamızın da yanacaq-energetika balansının strukturunda neft və təbii qaz üstünlük təşkil edir. == Neft sənayesi == Dünya neft hasilatının 35%-i OPEK ölkələrinin payına düşür.Dünya bazarında neftin qiymətinin sabit saxlanılması, hasil edilən neftin dünya bazarında tələbatdan artıq olmaması məqsədilə OPEK, bu quruma daxil olan hər bir ölkə üçün neft hasilatı üzrə öhdəlik (kvota) verir.OPEK ölkələri bütün ixrac tədarükünün 50%-dən çoxunu təmin edir.Bu rəqəm dünya iqtisadiyyatının OPEK ölkələrinin neftindən nə dərəcədə asılı olduğunu göstərir. Neft ehtiyatları əsasən Yaxın və Orta Şərqdə (xüsusilə İran körfəzində) olduqca yüksək təmərküzləşmişdir.Ona görə də bu regionu "neft kranı" adlandırırlar.Qərbi Sibir,Qvineya körfəzi,Cənub-Şərqi Asiya, Karib dənizinin Cənubi Amerika sahilləri də əsas neft regionlarıdır.Bundan başqa Şimal dənizi, Xəzər dənizi və Meksika körfəzindəki yeni neft yataqlarının mənimsənilməsi, bu bölgələrin də neft sənayesindəki əhəmiyyətini artırırır.XXI əsrin başlanğıcından etibarən Xəzər hövzəsində yerləşən Qazaxıstan,Türkmənistan eləcə də respublikamız neftin iri ixracatçılarına çevrilir.Neftin ən böyük idxalçıları Qərbi və Şərqi Avropa ölkələri, ABŞ və Yaponiyadır. Dünyada neftin əsas hissəsi nəhəng tankerlərlə və boru kəmərləri vasitəsi ilə daşınır.XXI əsrin əvvəllərində neft daşınmasın üçün daha sərfəli olan yeni boru kəmərləri, o cümlədən 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilmişdir. === Neft və qaz mühəndisliyi === Neft və qaz üzrə mühəndis neft və qaz yataqlarının kəşfiyyatı, həmçinin neft və qaz hasilatı ilə məşğul olur. Neft və qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr bu profillərə bölünür: neft və qaz yataqlarının qazılması, neft və qaz hasilatı obyektlərinin istismarı, boru kəməri obyektlərinin tikintisi, geoloji kəşfiyyat texnologiyaları və s.
Yanacaq doldurma məntəqəsi
İran yanacaq etirazları (2019)
2019-cu ildə yanacağın qiymət artımına görə İran etirazları — İlk başda yanacaq qiymətlərindəki 200%-lik bir artışla başlayan, ancaq daha sonra İrandakı mövcud rejimə və Ali Rəhbər Əli Xameneinin istefasına yönələn, İranın bir çox şəhərlərində baş tutan sivil etirazlardır. Etirazlar 15 noyabr axşamında başladı və internətdə nümayişlərin videosu yayılmağa başladıqca üsyanlar saatlar içərisində 21 şəhərə sıçradı. Şiddətli etirazların şəkilləri beynəlxalq səviyyəli etirazlarla birlikdə internetdə paylaşıldı.Etirazlar ilk başda dinc toplanmalar kimi başlasa da, hökumətin sərt tədbirləri iğtişaşları bütün İran rejiminə qarşı yönəltməyə təşviq etdi. İran hökuməti etirazları susdurmaq üçün ölkə səviyyəsində interneti kəsmək, binalardan, vertolyotlardan, yaxın məsafədən pulemyotla etirazçılara atəş açmaq kimi ölümcül üsullardan istifadə etdi. İran hökuməti, həmçinin, etirazları basdırarkən ölənlərlə bağlı real rəqəmlərin gizli qalması üçün öldürülən nümayişçilərin cəsədlərini yaxınlarına vermirdi. Öldürülənlər ailələri KİV-lərə məlumat verməsin və ya yas mərasimi keçirməsin deyə hökumət tərəfindən təhdid etdilmişdi. Ölənlərlə bağlı hələ də tam dəqiq bir rəqəm olmasa da, bəziləri mühafizə qüvvələrinin 1000-dən çox İran vətəndaşını öldürdüyünü təxmin edir.Hökumətin etirazçılara qarşı sərt tədbirlər almağı etirazçıları daha şiddətli reaksiya verməyə təşviq etdi. İran mərkəzi bankı daxil olmaqla ölkə səviyyəsində 731 banka, 9 dini mərkəzə hücumlar oldu, antiamerikanizm və Ali Lider Əli Xameneiyə aid olan plakatlar, həmçinin abidələr dağıdıldı, yandırıldı. 50 hərbi bazaya da nümayişçilər tərəfindən basqınlar oldu. Amnesty International və Radio Fardanın hesabatına görə etirazlar silsiləsi 1979-cu ildəki İran inqilabından sonrakı ən şiddətli və sərt etirazlar silsiləsi ola bilər.Etirazlar və yüzlərlə ölən etirazçı ilə bağlı informasiyanın sosial media şəbəkələrindən paylaşılmasını əngəlləmək üçün hökumət 6 gün davam edəcək olan, ölkə səviyyəsində interneti blokladı.
Qarabağda yanacaq anbarında partlayış
Qarabağda yanacaq anbarında partlayış — 25 sentyabr 2023-cü ildə Azərbaycanın Xankəndi şəhəri yaxınlığında yerləşən Berkadzorda yanacaqdoldurma məntəqəsində baş verən partlayış. Hadisə nəticəsində ən azı 125 nəfər həlak olmuş və 300 nəfər yaralanmışdır. == Partlayış == Partlayışdan bir həftə əvvəl Azərbaycan separatçı Dağlıq Qarabağ Respublikasına qarşı genişmiqyaslı hərbi hücum başlatmışdı. Bu zaman 28 mindən çox etnik erməni regionu tərk etməyə başlamışdı. Regionu tərk etmək istəyən insanların yanacaqdoldurma məntəqələrinə axın etmişdi. Partlayış anında stansiyada yüzlərlə insan toplaşmışdı. == Reaksiyalar == Partlayışdan sonra Azərbaycanda yerli xəstəxanalar hazır vəziyyətə salınmış, yaralıların təxliyəsi üçün danışıqlara başlanılmışdır. Qarabağın erməni sakinlərinin nümayəndələri bu təklifdən imtina etmişdilər.Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurasının sözçüsü Edriyenn Votson zərərçəkənlər üçün başsağlığı vermiş və regiona humanitar yardımın çatdırılmasına ehtiyac olduğunu söyləmişdir.
Yapalaq
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Yatmaq
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. == Yuxunun fiziologiyası == Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. == Yuxu elmi izahı == Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Yataq
Yataq — sahil çimərliyi olaraq çoxlu sayda canlının toplaşdığı ərazi nəzərdə tutulur. Bu termin bir qayda olaraq sahildə cəm şəkildə toplanmış dəniz məməliləri üçün işlədilir. Sahil yataqları əsasən qulaqlı suitilər tərəfindən təşkil olunur. == Yataqların tipi == «Yataq» termini sahildə cəmləşmiş pərayaqlılar üçün işlədilir. Bu yataqları bir necə tipə bölünür: Çoxalma yatağı (rookery) və Subay yatağı (haulout). Birinci tipə daxil olan yataqlarda canlılar çütləşmə və çoxalma dönəmini keçirirlər. İkinci tipə aid yataqlarda isə heyvanlar dincəlirlər. Öz növbəsində bu yataqların yerləşdiyi ərazinin örtüyündən (suxur və ya buzlaq) və heyvanın növündən asılı olaraq tiplərə bölmək mümkündür. Məsələn: dəniz şirləri Mednı adasında gilli, adi suitilər və morjlar müvəqqəti istirahət yerlərini daşlı, şimal dəniz fili Kaliforniya sahillərində qumlu çimərliklərdə yataqlar təşkil edirlər. Bəzi növlər məsələn: Ueddell suitisi öz yataqlarını buz üzərində qurur.
Adi yapalaq
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Boz yapalaq
Boz yapalaq (lat. Bubo cinerascens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Boyu 37–39 sm, qanadlarının uzunluğu 94–104 sm-dir. Yaşayış məskəni meşələr, böyük parklardır. Gecələri hərəkətlidir, gündüzləri ağaclarda istirahət edərək keçirir. Səsi çox nəzərəçarpandır.
Yanalaq düzü
Yanalaq düzü — Füzuli rayonunun Kərimbəyli kəndinin qərb tərəfində yerləşən düz. Bu düz bir çox tarixi hadisələrə səhnə olub. Elxanlılar zamanı daxili çəkişmələrə görə hərbi-köçəri əmirlər burda savaşıblar. Bu düzdə Əmir Teymurla Əmir Yarəhməd Qaramanlının vuruşu baş verib. 1812-ci ildə Kotlyarevski Abbas mirzənin üzərinə gedərkən qoşunlarından bir hissəsini burada saxlayıb. Yanalaq düzü Arazbar el-obaları üçün qışlaq yeri idi. 1822-ci ildə Qaradağ vilayətiində Hacıəlili elinin qolu olan Kərimbəyli obası bu yurdda məskunlaşdı.
Yataman nardostaxisi
Yataman nardostaxisi (lat. Nardostachys jatamansi) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin nardostaxis cinsinə aid bitki növü.
Yatağan dəmirtikan
Yatağan dəmirtikan (lat. Tribulus terrestris) — dəmirtikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Birillik ot bitkisi olub, nazik, düz kökləri olur. Gövdəsi budaqlanan olub, uzunluğu 10-60 (120) sm-dir. Yarpaqları qarşı-qarşıya, cüt-cüt, mürəkkəb lələkvari, 6-8 olmaqla, cüt-cüt yerləşən uzunsov yarpaqcıqdan ibarət, uzunluğu 3-8 sm, eni isə 1,5-2 sm-dir. Çiçəkləri qoltuq yarpaqlarından ibarət, qısa ayaqcıqlı, tək, azsaylı, kiçık, 1,2 sm diametrində çiçək tacından ibarətdir. İkiqat çiçək yanlığı, düzgün, beşüzvlü olmaqla, 10 erkəkcikdən ibarətdir. Yetişən zaman meyvələri 5 ulduzşəkilli künclü və 4 ədəd uzun və sərt tikan və çoxsaylı qabarcıqlardan ibarətdir. Çiçəkləri yaşıl-sarı, yarpaqları yaşıl, meyvələri isə açıq-yaşıldır. Özünəməxsus zəif iylidir.
Yatağan ilanlar
Yatağ ilanlar, və ya Qum yatağan ilanları (lat. Eryx) – Yatağanlar fəsiləsinə aid ilan cinsi. == Xüsusiyyətləri == Bu cinsə daxil olan ilan növlərinin yalnız az qismi qumda yuxa qururlar. Digər qismi isə gilli, çınqıllı və daşlıqlı ərazilərdə yuxa qurur. Bədəni silindirik formaya malik olur və əzələ sistemi yaxşı inkişaf etmişdir. Quyruğu isə çox qısadır. Gözləri xırda olub yuxarı istiqamətlənmiş formadadır. Ön dişləri arxa dişlərinə nisbətən uzundur. Onlar əsasən öz ovunu əzələli bədəni ilə sıxaraq öldürürlər. Əsasən kərtənkələlərlə qodalanır.
Yaşamaq hüququ
Yaşamaq hüququ (ing. Right to life) — İnsanın ən mühüm təbii hüquqlarından biri. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Yaşamaq hüququ insanın mövcudluğu ilə bağlıdır və onu insana heç kəs vermir. Bu hüquq, sadəcə insanın doğulması faktı ilə yaranır. Hər bir şəxs psixobioloji catışmazlığa malik olub olmamasından, habelə şəxsi-mənəvi keyfiyyətlərindən asılı olmayaraq yaşamaq hüququna malikdir. Yaşamaq hüququnun konstitusion təminatlarından biri ölüm cəzası ilə bağlıdır. Yaşamaq hüququ ölüm cəzasının məhdudlaşdırıcısı kimi çıxış edir. İnsanın yaşamaq hüququ beynəlxalq birlik tərəfindən birmənalı şəkildə qəbul edilmiş və beynəlxalq hüquqi aktlarda öz əksini tapmışdır. == Tarixi və məzmunu == Ümumiyyətlə, insan və vətəndaş hüquqları, onun əsas azadlıqları problemi mürəkkəb və çoxplanlı xarakterə malikdir.
Çapacaq nekropolu
Çapacaq nekropolu — Sədərək rayonunun Sədərək qalasının şərqində, müasir suvarma kanalının ərazisində arxeoloji abidə. == Ümumi məlumat == Nekropoldakı kurqanların biri N.Müseyibli tərəfindən tədqiq edilmişdir. Kurqanaltı qəbir kamerası daş qutu tipli olub orta həcmli daşlardan hörülərək qurulmuşdur. Qəbirin uzunluğu 1.85 metr, eni 1.5 metr, dərinliyi 0.6 metrdir. Qəbir kamerasında insan skeletinin qalıqlarına rast gəlinməmişdir. Tədqiqat zamanı qonur rəngdə bişirilmiş gil qabların parçaları, obsidian qəlpəsi və daşdan hazırlanmış bir ədəd yağdan aşkar olunmuşdur. Çapacaq kurqanı aşkar olunmuş arxeoloji materiallara əsasən əsasən eradan əvvəl 14-13-cü əsrlərə aid edilişdir.
Havaçağ
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Yaşamaq (film, 1952)
Yaşamaq (生きる, Ikiru) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1952-ci il istehsalı Yaponiya dram filmi. Baş rolda Takaşi Şimura oynayır. Film Tokio bürokratiyasının çatışmazlıqlarından və həyatın mənasından bəhs edir. Ssenari Lev Tolstoyun 1886-cı ildə yazdığı "İvan İlyiçin ölümü" novellasından təsirlənib. Filmin əsas mövzularına yaşamağın yolu, bürokratiyanın çatışmazlıqları və Yaponiyada ailə həyatıdır. Bu mövzular akademiklər və tənqidçilər üçün mövzu olmuşdur. Film tənqidçilər tərəfindən bəyənilmiş, Kinema Cunpo və Mayniçi mükafatlarını qazanmışdır. 2007-ci ildə televiziya filmi remeyki çəkilmişdir. == Məzmun == Filmin baş qəhrəmanı Kanci Vatanabe adlı orta yaşlı dövlət məmurudur. O, öz bürokratik vəzifəsində 30 il boyunca monoton həyat tərzi keçirib.
Yaşamaq uğrunda mübarizə
Yaşamaq uğrunda mübarizə — Yaşamaq uğrunda mübarizə dedikdə təkcə açıq şəkildə birbaşa mübarizə deyil, bir növ daxilində, növlər və mühit amilləri arasında olan mürəkkəb, çoxcəhətli münasibətlər nəzərdə tutulur. Hər bir fərdin təbiətdə yaşaması üçün müəyyən yaşayış sahəsi lazımdır, lakin onların doğulan balalarının sayı yaşayış üçün zəruri olan sahədən çox olur, yəni intensiv çoxalırlar. Kütləvi surətdə çoxalan orqanizmlərin bir qismi əlverişsiz mühit şəraitinin təsirindən, digər qismi isə başqa heyvanlar tərəfindən məhv edildiyindən onların çox az bir hissəsi cinsi yetkinliyə çatır. Məsələn, bir dəniz tısbağası yüzlərlə yumurta qoyur, lakin bu yumurtalardan çıxan balaların heç də hamısı sağ qalmır. Qida və su çatışmazlığı, habelə yaşayış məskənlərinin məhdudluğu, yaranan rəqabət, yırtıcıların hücumu, xəstəliklər onların yaşamaq qabiliyyətinə mane olur və yaşamaq uğrunda mübarizəyə gətirib çıxarır . Var olmaq mübarizəsi konsepsiyası, yaşamaq üçün lazımlı qaynaqlar uğrunda rəqabət və ya döyüşə aiddir. İnsan cəmiyyətinə və ya təbiətdəki orqanizmlərə müraciət edə bilər. Konsepsiya qədimdir və mövcudluq uğrunda mübarizə termini 18-ci əsrin sonlarında istifadə olunurdu. 17-ci əsrdən etibarən bu konsepsiya populyasiyanı aşan insanla əlaqələndirildi; bu məsələ Tomas Robert Maltusun Binjamin Franklinin Bəşəriyyətin Artması, Ölkələrin Yenidənqurma və s. ilə əlaqəli müşahidələrinə əsaslanan əhali prinsipinə dair Bir məqalədə sərt şəkildə göstərilmişdir .
Yaşamaq gözəldir, qardaşım!
"Yaşamaq gözəldir, qardaşım!" — rejissorlar Ramiz Əsgərov və Antonis Voyazos ilk tammetrajlı bədii filmi. == Məzmun == Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir.Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir... == Festivallar və mükafatlar == 1)1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Kinodebütə və filmdə müasir dövrün görkəmli şairi Nazim Hikmətin avtobioqrafik nəsr əsərinin ekranda təcəssümünə cəhd göstərildiyinə görə SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir. == Film haqqında == Film türk yazıçısı Nazim Hikmətin "Romantika" romanı əsasında ekranlaşdırılmışdır. Film rejissorlar Ramiz Əsgərov və Antonis Voyazosun ilk yaradıcılıq işidir. Film quruluşçu rəssam Fikrət Bağırovun kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi : Nazim Hikmət Ssenari müəllifi : Leonid Aqranoviç Quruluşçu rejissor : Ramiz Əsgərov, Antonis Voyazos Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Nadir Zeynalov, Fikrət Bağırov Bəstəkar : Fikrət Əmirov Səs operatoru : İqor Popov Rejissor assistenti : Əşrəf Mamayev, Murad Məlikov, Ramiz Əliyev (R. Əliyev kimi) Operator assistenti : Eduard Qalakçiyev, R. Əliyev Rəssam assistenti : Rafiz İsmayılov, M. Səfərəliyeva Qrim edən : Telman Yunusov Montaj edən : A. Filimonova Məsləhətçi : Ə. Babayev (filologiya elmləri namizədi) Redaktor : Nataliya Şneyer Filmin direktoru : S. Bəyazov Çalır : Azərbaycan Radio və Televiziya Studiyasının Kamera Orkestri Dirijor : Nazim Rzayev === Rollarda === Vladimir Koval-Əhməd Oleq Xabalov-İsmayıl Nelli Zinovyeva-Annuşka Murad Məlikov-Kərim Kseniya Minina-Marusya M. Qasımbəyov-Si Ya-u Ağasadıq Gəraybəyli-Şükrü bəy Bəşir Səfəroğlu-Ziya Valentin Qrudinin-Qolçomaq Abbas Rzayev - Kəndli Məleykə Ağazadə-Şükrü bəyin arvadı Yusif Yulduz-Naməlum adam Abşeron Adıgözəlov Jenya Aleksandrov Əliheydər Həsənzadə-Türk qəzet alan === Filmi səsləndirənlər === Hamlet Xanızadə-Ziya (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur) Şahmar Ələkbərov-Əhməd (Vladimir Koval) (titrlərdə yoxdur) Həsənağa Turabov-İsmayıl (Oleq Xabalov) (titrlərdə yoxdur) Əminə Yusifqızı-Annuşka (Nelli Zinovyeva) (titrlərdə yoxdur) Rafiq Əzimov-Si Ya-u (M. Qasımbəyov) (titrlərdə yoxdur) Sadıq Hüseynov (titrlərdə yoxdur) Yusif Vəliyev-Kəndli (Abbas Rzayev)(titrlərdə yoxdur) Həsən Əbluc-Petrosyan (titrlərdə yoxdur) Kamil Qubuşov-Rus kəndli (titrlərdə yoxdur) Əzizağa Qasımov (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Газета "Советская культура", 5 августа 1967 г. Zeynalov, N. “Yaşamaq gözəldir, qardaşım!” //Kino yenilikləri.- 1967.- 11-20 sentyabr.
Bahar (yataq)
Bahar yatağı — qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir. Bu yataq 1968-ci il mart ayının 21-də kəşf olundu. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılmışdır. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard m³ qaz olmuşdur. Hazırda yataq onun işlənməsi layihəsinə 1 milyard dollar yatırmış Bahar Enerji Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Bura müəssisənin karbohidrogenlərin hasilatı ilə məşğul olan iki mədənindən (sexindən) biri sayılır. Baharda 11 özül fəaliyyət göstərir.
Quru yataq
== Quru yataq == Quru yataq-daimi sabit axını olmayan çay yataqlarına deyilir. Quru yataqlar ancaq nadir hallarda düşən yağışların əmələ gətirdiyi müvəqqəti axınların yataqları olub, quraq iqlim zonaları üçün xarakterikdir. Quru yatağa Afrikada və Ərəbistanda "vadi", Avstraliyada "krik", Orta Asiyada "uzboy" deyilir. Quru yataqların bəziləri keçmiş humid iqlim çaylarının yataqları olmuşdur.
Qışlaq (yataq)
Qışlaq — sığırxana, yataq və yaşayış evlərini ozundə birləşdirən müvəqqəti yaşayış məskəni olmuşdur. Adından məlum olduğu kimi qışlaq, əsasən, qış aylarında yaşayış ucun nəzərdə tutulan ərazi, otlaq sahəsi deməkdir. İlin 8-9 ayını qışlıqlarda kecirən Azərbaycanın maldar elatları, əsasən də tərəkəmələr yalnız yay aylarında yaylaqlara qalxırdılar. Qışlaq digər muvəqqəti yaşayış məskəni tiplərindən xeyli daimiliyi ilə fərqlənir və kəndə kecidin son mərhələsi hesab olunurdu. Qışlaq yerinin daimi məskənə-kəndə keçid təşkil etdiyini bəzi kəndlərinin adlarının tərkibində “qışlaq” sözünün işlənməsi də təsdiq edir. Oğuz rayonunun Xaçmazqışlaq, Xalxalqışlaq, Tovuz rayonunun Böyükqışlaq, Laçın rayonunun Köhnəqışlaq, Qışlaq, Qazax rayonunun Köhnəqışlaq, Düzqışlaq, Daşkəsən rayonunun Yayqışlaq, Zəngilan rayonunun Günqışlaq, Qəbələ rayonunun Aydınqışlaq, Goranboy rayonunun Başqışlaq kimi kənd adları buna misal ola bilər. Müvəqqəti yaşayış məskənlərinin daimi məskənə-kəndə keçid təkil etdiyini XIX-XX əsrin əvvələrinin ədəbiyyat materialları da təsdiq edir. == Mənbə == Azərbaycan etnoqrafiyası. Üc cilddə. II cild.
Ataçay
Mənbəyini Xızının Altıağac Milli Parkıdan alan çay. == Haqqında == Ataçay Çayı Altıağac Milli Parkından mənbəyini götürmüş sonu Siyəzən rayonuna gələn çaydır. Azərbaycanın Xızı ilçəsində yerləşən Altıağac milli bağından başlanğıcın (39 T, 320921.20 d D, 4528287.15 m K) götürən, quzey-doğu istiqamətində uzanaraq, Azərbaycanın Siyəzən ilçəsi ərazisində (39 T, 347106.46 d D, 4550385.13 m K) Xəzər dənizinə tökülən çaydır. Mənbəyi 1760 metr yüksəklikdə yerləşir. Adının anlamı böyük çay deməkdir. Ataçay çayı Xızı rayonunun Xələc kəndi ilə Fındığan kəndi arasında (39 T, 334979.17 d D, 4534196.29 m K) güneydən gələn qolu ilə birləşir. Ataçay böyük Qafqazın quzey-doğu yamacından və mənsəbi okean səviyyəsindən aşağı olan çaylar qrupuna aiddir. Ataçay çayı Azərbaycanın daxili çaylarındandır. Ataçayın sağ sahilində, Fındığan kəndi ərazisində qədim qəbir qalıqları aşkar edilmişdir. Ataçay çayında su, əsasən (təxminən 45%) yağışın, (təxminən 20%) qarın və (təxminən 35%) yeraltı suların hesabına ortaya çıxmaqdadır (formalaşmaqdadır).
Aviasiya yanacağı
Aviasiya yanacağı — havanın oksigenlə oksidləşməsi prosesində istilik enerjisinin alınması üçün uçan aparatın mühərriyinin yanma kamerasına hava ilə birlikdə daxil edilən yanan maddədir. Onun iki növü var: aviasiya benzini və reaktiv yanacağı. Birinci növ, bir qayda olaraq, porşen, ikinci turboreaktiv mühərriklərində tətbiq olunur. Eləcə də dizel yanacağından, hazırda kerosindən istifadə edən dizel porşen aviasiya mühərriklərinin işlənilməsi məlumdur. Hal-hazırda artan neft qıtlığı səbəbindən neft aviasiya yanacağının əvəz olunması üsulları axtarılır, o cümlədən yanacağın variantları nəzərdən keçirilir: sintetik, kriogen (maye hidrogen daxil olmaqla), kriogen metan yanacağı (KMY) və s. 1989–90-cı illərdə maye hidrogen və KMY-də Ty-155, 1987–88-ci illərdə kondensləşdirilmiş texniki propan-butanla (АСКТ) işləyən Ми-8ТГ vertolyotu sınaqdan keçirilmişdi. Hər hansı bir təyyarə mühərriyi onun üçün güc, iş rejiminin dövrlərin artmasına yönəlmiş dəyişmə müddəti, etibarlılıq, resurs üzrə tələb olunan parametrləri təmin edə bilən müəyyən yanacaq növü üçün nəzərdə tutulmuşdur. Təyyarə mühərriklərində həmçinin yanacağın tövsiyə olunan analoqlarından istifadə etmək olar, bu halda, bir qayda olaraq, mühərriyin istifadəsinə məhdudiyyət qoyulur. Qeyd etmək lazımdır ki, aviasiya yanacaqları yalnız aviasiya texnologiyasında istifadə olunmur. == Aviasiya benzinləri == === Aviasiya benzininin əsas keyfiyyət göstəriciləri: === detonasiyaya davamlılıq (detonasiya alovlanması əmələ gətirmədən işçi qarışığın yüksək sıxılma dərəcəsi olan mühərriklərdə benzinin yararlı olmasını müəyyən edir) Fraksiya tərkibi (benzinin buxarlanmasını göstərir, bu da onun işçi yanacaq-hava qarışığı əmələ gətirmə qabiliyyətini təyin etmək üçün çox vacibdir; qaynama temperaturu diapozonu (40–180°С) və doymuş buxarların təzyiqi ilə xarakterizə olunur (29–48 kpа)) Kimyəvi sabitlik (saxlanma, nəql və tətbiq zamanı kimyəvi tərkibin dəyişməsinə davamlılıq) === Aviasiya benzini istehsalı === Aviasiya benzini istehsalının əsas üsulu neftin birbaşa qovulması, yüksək keyfiyyətli komponentlər, etil mayesi və müxtəlif aşqarların əlavə edilməsi və ya edilməməsi ilə katalitik krekinqi və ya riforminqidir.
Dizel yanacağı
Dizel yanacağı (köhnəl."solyarka") — daxiliyanma mühərriklərində yanacaq kimi istifadə olunan maye məhsuldur. Adətən bu ad altında neftin birbaşa qovulma məhsulu olan kerosin-qazoyl fraksiyasından alınan yanacaq başa düşülür. "Solyarka" sözü alman dilində Solaröl (günəş yağı) sözündən yaranıb. Hələ 1857-ci ildə neftin qovulmasından alınan ən ağır fraksiya sarı rənginə görə belə adlandırılıb. Sovet dövründə neft emalı sənayesi "Соляровое масло ГОСТ 1666–42 и ГОСТ 1666–51" adlı məhsul buraxırdı. Bu məhsul ortadövriyyəli (600–1000 dövr/dəq) dizel mühərriklərində yanacaq kimi istifadə üçün nəzərdə tutulub geniş tətbiq olunurdu. Solyar yağı itiyerişli dizel mühərriklərində yanacaq kimi tətbiq üçün yararlı deyil. == Tətbiqi == Dizel yanacağının əsas istehlakçıları dəmiryolu nəqliyyatı, yük avtonəqliyyatı, su nəqliyyatı, hərbi texnika, dizel elektrogeneratorları, kənd təsərrüfatı texnikası, eləcə də son zamanlar sərnişin dizel avtonəqliyyatıdır. Dizel mühərriklərindən başqa, qalıq dizel yanacağı (solyar yağı) çox vaxt qazanxana yağı kimi istifadə olunur. == Yanacağın əsas göstəriciləri == Dizel yanacağı distillə olunmuş, aşağı özlülü (itiyerişli nəqliyyat) və qalıq, yüksək özlülü (traktor, gəmi, stasionar və s.nəqliyyat) yanacağa bölünür.
Nüvə yanacağı
Nüvə yanacağı — nüvədaxili enerjinin ayrılması ilə müşayiət olunan nüvələrin zəncirvarı bölünməsi və ya onların sintezi reaksiyalarını həyata keçirməklə enerjinin alınması üçün istifadə olunan maddələr. == Təbii və qeyri-təbii nüvə yanacaqları == Təbii halda tapılan nüvə yanacağı urandır. Təbii uranda zəncirvarı bölünmə reaksiyalarının getməsini təmin edən bölünən 235U nüvələri (birinci yanacaq) və "xammal" nüvələri adlanan 238U nüvələri var. Axırıncılar neytronları udaraq iki dəfə β çevrilməyə uğraması nəticəsində təbiətdə mövcud olmayan 236Pu (ikinci yanacaq) izotopuna çevrilir. Təbii halda təsadüf olunmayan nüvə yanacağından biri də 233U izotopudur. O, torinium (232Th) neytron udaraq, iki dəfə β çevrilməsi nəticəsində alınır. == İstifadəsi == Nüvə yanacağından nüvə reaktorlarında metal bloklar şəklində istifadə edilir. bunların istilikayıran elementləri nüvə yanacağından ibarət özəkdən və üzəri kip bağlanan metral örtükdən ibarət olur. Kimyəvi tərkibinə görə istilikayıran elementləri metal (buraya ərintilər də daxildir), oksid, karbid, nitrit və s. ola bilər.
Ataçay nekropolu
Ataçay nekropolu — Xızı rayonu Böyük Qafqaz dağ silsiləsinin cənub-şərq ətəklərindən Xəzər dənizi sahillərinədək olan ərazini əhatə etmiş nekropol. Ərazidə XX əsrin əvvəllərindən Azərbaycanın şimal-şərq bölgəsində arxeoloji tədqiqatlar aparılmışdır. Tarix elmləri üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının rəhbərliyi ilə Xızı arxeoloji ekspedisiyası tərəfindən Xızı rayonu ərazisində planlı şəkildə tədqiqatlara 2009-cu ildən başlanılmışdır. Ərazidə arxeoloji kəşfiyyat işləri nəticəsində bir çox nekropol qeydə alinmışdır. Onlardan biri də Ataçay nekropolu olmuşdur. Ataçay nekropolu Xızıdan Altıağaca gedən yolun ayrıcında yerləişir. Xızı-Altıağac yolunun və həmin yolun Fındığan kəndinə gedən qolunun çəkilişi zamanı və eyni zamanda,nekropolun dağ yamacında yerləşməsi səbəbindən qəbirlərin bəzisi dağıntılara məruz qalmışdır. 2010-cu ildə Xızı arxeoloji ekspedisiyası erkən orta əsrlərə aid 11 ədəd daş qutu qəbir tədqiq etmişdir. Qeyd edək ki, Xızı rayonunda məhz bu nekropolda əvvəllər aparılmış arxeoloji-kəşfiyyat işləri zamanı ilkin olaraq 3 daş qutu qəbir aşkar edilmişdir. Təpənin yamacının üst hissəsində yerləşən qəbirlər heç bir material verməmiş, yalnız aşağıda yolun kənarında açılmış (xatırldaq ki, burada salınmış yol nekropolun ərazisini iki yerə ayırır) 2 daş qutu qəbirdə bəzi bəzək əşyaları tapılmışdır.