BED

bed1

n 1. çarpayı; yatacaq, yorğan-döşək; yataq; a comfortable ~ rahat çarpayı / yatacaq; folding ~ açılıb-yığılan / qatlanan çarpayı; single ~ biradamlıq çarpayı; double ~ ikiadamlıq çarpayı; soft ~ yumşaq çarpayı; hard ~ bərk çarpayı; spring-yaylı çarpayı; 2. kəbin; the eldest son of the second ~ ikinci kəbindən olan böyük oğul; 3. lək, kərdi; a ~ of onions bir lək soğan, soğan ləki;

◊ to go to ~ yatmaq; I go to bed at twelve at night Mən gecə saat on ikidə yatıram; to put a child to ~ uşağı yatırtmaq; to make the ~ 1) yer salmaq; 2) yeri yığmaq (səhər); to change the ~ yataq dəyişəyini dəyişmək

bed2

adj: ~ sheet mələfə; ~ linen yatacaq dəyişəyi; ~ jacket gecə koftası

bed3

v (-dd-) 1. yatırtmaq; 2. yatmaq, yatacağa uzanmaq: to ~ with smb. bir kəslə yatmaq; 3. əkmək, basdırmaq (bitkini); to ~ out flowers çiçək / gül əkmək; 4. cinsi əlaqədə olmaq

BECOMINGLY
BED-QUILT
OBASTAN VİKİ
In My Bed
"In My Bed (Mənim Yatağımda), ingilis musiqiçi Amy Winehouse-un Frank albomu üçün yazdığı və səsləndirdiyi single-dır. Winehouse-un 3-cü olan bu single'ı 3 aprel 2004-də dərc olundu.
Bed and breakfast
Bed and breakfast, B&B (tərcümədə ing. — "yataq və səhər yeməyi") — müxtəlif evlərdə mövcud olan, qonaqlar üçün yataq və səhər yeməyi xidmətləri təklif olunan mini otel növü. İsraildə B&B-lərə danışıq dilində tzimer (yəhudi dilindən צימער "otaq") deyilir. Hindistanda B&B-nin inkişafını dəstəkləmək üçün hökumət proqramı mövcuddur ki, bu da B&B-ni "qızıl" və "gümüş"ə bölür. Otaq kirayəsini təşviq etmək üçün Havay 1989-cu ildən bəri Oahuda yeni B&B-lərin açılmasını qadağan etmişdir. Hətta böyük kurort mehmanxana kompleksləri "Yataq və səhər yeməyi" qida sistemini təklif edir, yəni otel qonaqları üçün otaq qiymətinə yalnız səhər yeməyi daxildir.
Ahmet Bedevi
Manisa Tarzanı (rəsmi qeydlərə görə Ahmeddin Carlak ya da öz ifadəsi ilə Əhməd Bədəvi(türk. Ahmet Bedevi) (d. 1899 Səmərra, Osmanlı İmperiyası - ö. 31 may 1963, Manisa, Türkiyə) — Kərküklü türkman. Türkiyə Qurtuluş Savaşında döyüşdüyü üçün "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Həyatını Manisanın bütün Türkiyəyə nümunə olacaq şəkildə yaşıllaşdırılmasına həsr etmiş və minlərlə ağac əkmişdir. Spil dağında yaşayan və Manisa küçələrində yalnız şort ilə gəzən Ahmeddin Carlaka cammat 1934-cü ilin istehsalı olan "Tarzan" filmi ekranlara çıxandan sonra "Manisa Tarzanı" adını vermişlər. 1963-cü ildə vəfat etdikdən sonra Manisa əhalisinə bir əfsanəyə çevrilmiş, ildə bir çox heykəli tikilmişdir. Hər il ölüm ildönümü 31 may günündə Manisada xatirəsi üçün mərasimlər keçirilir.
Andrey Bednyakov
Andrey Bednyakov (ukr. Андрій Бідняков; d. 21 mart 1987, Mariupol, Ukrayna SSR, SSRİ) — ukraynalı artist və teleaparıcı, daha çox "Oryol i Reşka" (rus. Орёл и решка) verilişinin aparıcısı kimi tanınmışdır. == Bioqrafiya == Andrey Bednyakov 21 mart 1987-ci ildə Ukrayna SSR-nin Mariupol şəhərində anadan olub. Məktəbi bitirəndən sonra üç il ərzində İliç adına Mariupol metallurgiya kombinatında elektrik işləyib. Zavodda işlədiyi müddətdə o, Xarkov daxili işlər universitetində qiyabi ali təhsil almışdır. Buranı bitirdikdən sonra Kiyevə köçüb. Ukrayna yüksək Şən və Hazırcavablar Klubu (KVN) liqasında çıxış edib. 2011-ci ildən 2013-cü ilədək "İnter" telekanalında yayımlanan "Oryol i Reşka" verilişinin aparıcılarından biri olub.
Aşk Kaç Beden Giyer?
Aşk Kaç Beden Giyer? – türk ifaçı Hadisənin beşinci studiya albomu. == Albom Haqqında == Hadise dinləyiciləri ilə yenidən birlikdədir. Müğənni bu dəfə "Aşk Kaç Beden Giyer?" adlı albomu ilə geri qayıdıb. Albomun promo şəkilləri üçün seksual pozalar verən müğənni Beyonsedən (Beyoncé) ilhamlanıb. Eurovision Mahnı Müsabiqəsi 2009-da iştirak edib 4-cü olub pərişan olan Hadise 2 ildir ki, albom çıxarmırdı.Sonda bu susqunluğun üstündən studiyada xətt çəkdi və yeni albom üçün mahnılar yazmağa başladı. Albom Gülşen, Erdem Kınay, Alpyer Narman, Gökhan Şahin, Deniz Erten, Ender Gündüzlü, Ozan Doğulu və Ozan Çolakoğlu kimi məşhurlarla işlənilib. Albomdan ilk klip söz və musiqisinin Gülşəşə məxsus olan, arenjimanı Ozan Çolaqoğluya aid olan "Superman" adlı mahnıya çəkilib. Hadise: Danışmadığım şeyləri, əziyyətlərimi və sevinclərimi "Aşk Kaç Beden Eder?"də toplamışam. == Albom İmici == Albom imici üçün Hadise pələng naxışlı geyimlərdən istifadə edib.
Bedantit
Bedantit — mineral, PbFe33+[(OH)6 | AsO4SO4] == Haqqında == Bedantit az miqdarda Fe3+-Al-la, As-P-la əvəz olunur. Triqonal. Habitus rombo­edrik, tez-tez psevdokub. Ayrılma {0001} üzrə orta.Rəngi qara, tünd qonur, yaşıl, tünd yaşıl. Parıltı şüşəli, qatranı. Sərtliyi 3,5-4,5. Xüsusi çəkisi 4,3. Pb-lü yarozit, anqlezit, farmakosiderit, limonitlə oksidləşmə zonalarında. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Bedağar
Bedağar — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bedağar Balakən r-nunun Qazma i.ə.v.-də kənd. Balakən çayının sahilində, Alazan-Həftəran vadisindədir. Oykonim be/bet (avar. "baş", "başlanğıc", "bir qədər yuxarı") və dağar/dahar (azərb. "daşlı, çınqıllı yer") komponentlərindən düzəlib, "daşlı, çınqıllı yüksəklik" mənasındadır. XVIII əsrə aid xəritələrdə Alazan çayının hər iki sahilində Bidiqar adlı yaşayış məntəqəsinin olduğu göstərilir.
Beddu Amanq
Beddu Amanq (7 avqust 1936, Makasar – 9 yanvar 2021) — İndoneziyalı iqtisadçı. 1995–1998-ci illərdə İndoneziyanın Qida Naziri vəzifəsini icra etmişdir. O, həmçinin, Dövlət Lojistik Agentliyinin (BULOG) rəhbəri idi. Qacah Mada Universitetinin Kənd Təsərrüfatı fakültəsini, sonra isə 1977-ci ildə Kənd Təsərrüfatı Sosial-İqtisadiyyat Bölməsini və magistr dərəcəsini bitirmişdir. 1981–1984-cü illərdə ABŞ-nin Deyvis Kaliforniya Universitetinin iqtisadi inkişaf doktoru dərəcəsini almışdır.
Beden
Beden Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Beden - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Şimali Qafqazda Kuban əyalətində Beden dağ və Stavropol əyalətində Veden dairə adı ilə eynidir. Türk dillərində bet "aşırım", "dağ yamacı" və in "mağara" sözlərindəndir.
Bedesten
Bedesten ― Şimali Nikosiyanın Səlimiyyə məhəlləsində, Səlimiyə məscidinin birbaşa yanında yerləşən tarixi bina. Tikilinin min ildən uzun və mürəkkəb bir tarixi var. Bina təxminən altıncı əsrdə əvvəlcə bir kilsə olaraq inşa edilmiş və XII-XVI əsrlər arasında Müqəddəs Nikolaya həsr olunraq genişləndirilmiş və yenidən qurulmuş, Osmanlı hakimiyyəti dövründə isə örtülü bir bazar növü olan bedestenə çevrilmişdir. Bina hal-hazırda mədəniyyət mərkəzi kimi istifadə olunur. == Tarix == === Bizans dövrü === Bedesten ən qədim tarixində Bizans bazilikası olmuşdur və onun fraqmentləri mövcud binada hələ də qorunub saxlanılır. Kiprdəki Afendrika və Ayios-Filon kilsələri ilə bənzər struktur xüsusiyyətləri daşıyan bu qalıqlar ehtimal ki, altıncı əsrə aiddir. Bu qalıqlar şəhərdəki ilk Müqəddəs Sofiya kafedralinin yeri olaraq qəbul edilmişdir. === Kipr krallığı dövrü === Daha sonra Kipr krallarının hakimiyyətinə keçən binanın sonrakı tarixi yaxşı sənədləşdirilməmişdir. Lakin Kamil Enlart da daxil olmaqla bəzi tarixçilər Əkkanın süqutundan sonra, XII əsrin sonlarında Tomas Beketin davamçıları olan ingilis rahiblərinin bu ərazidə Müqəddəs Nikolaya həsr edilmiş yeni bir Latın kilsəsi qurduqlarını qeyd etmişdir. Lakin bu mənbələr Müqəddəs Tomas cəngavərlərinin Latın şərq tarixində az rol oynadığı nəzərə alınaraq ümumiyyətlə qəbul edilmir.
Bedey (Aryej)
Bedey (fr. Bédeille) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sent-Krua-Volvestr kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09046. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 83 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 44 yaşda (15-64 yaş arasında) 32 nəfər iqtisadi cəhətdən fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 69.2%). 32 aktiv adamdan 27 nəfəri (14 kişi və 13 qadın), 5 nəfər işsizdir (4 kişi və 1 qadın). 12 hərəkətsiz 2 nəfər arasında şagird və ya tələbə, 3 nəfər təqaüdçü, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Bedeyak-e-Ena
Bedeyak-e-Ena (fr. Bédeilhac-et-Aynat) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09045. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 187 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 112 yaşında (15-64 yaş arasında) 83 nəfər iqtisadi fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,1%, 1999-cu ildə 65.3%). Fəal olan 83 nəfərdən 67 nəfər (41 kişi və 26 qadın), 16 nəfər işsiz (7 kişi və 9 qadın) idi. Fəal olmayan 29 nəfər arasında 6 nəfər şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Bedfordia
Bedfordia (lat. Bedfordia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Bedfordia arborescens Hochr.
Bedia Güləryüz
Bedia Güləryüz (türk. Bedia Güleryüz) — türk rəssam. İlk türk qadın rəssamlardan olan Bedia xanım, nəsillər boyu xəttatlıq ilə maraqlanan və məşğul olan bir ailədən gəlməsinə baxmayaraq, rəssamlıq sənətinə yönəlmiş və İnas Sanayi-i Nefise Məktəbinə daxil olmuş, dizayn dərslərini Feyhaman Duran, sənət tarixini Əhməd Haşim və anatomiya dərslərini Nurəddin Əli Bəydən almışdır. Burada impressionizm ixtisası üzrə təhsil almış və bundan sonra Berlində, sonra isə Nyu-Yorkda ali təhsilini davam etdirmişdir. Berlində qaldığı müddət ərzində Artur Kampf ilə çalışan Güləryüz, Türkiyədə Gözəl Sənətlər Birliyinin son dövrlərində Nazlı Ecevit ilə birlikdə sərgilərdə iştirak etmişdir. Açıq hava rəssamı olan Bedia xanım əsərlərinə təbiətlə başlayıb və təbiətlə bitirmişdir. 49-cu Ankara Rəsm Sərgisinə "Boğaziçi Çubuqlu", "Köhnə İstanbul-Zeyrək", "Natürmort və Çiçəklər" adlı əsərləri ilə qatılmışdır.
Bedia Müvahhit
Bedia Müvahhit (türk. Bedia Muvahhit; doğum adı Əminə Bedia Şekip, Emine Bedia Shekip; 1896, Kadıköy, İstanbul ili – 20 yanvar 1994, İstanbul) — Türkiyə aktrisası. O, ilk müsəlman aktrisalarından biri hesab olunur. == Bioqrafiya == Bedia Müvahhit 16 yanvar 1897-ci ildə Osmanlı imperiyasının paytaxtı İstanbulun Kadıköy məhəlləsində prokuror Şekip bəyin və həyat yoldaşı Refiki xanımın ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Böyükada adasındakı Müqəddəs Antuan məktəbində almışdır. Müvahhit məktəbi bitirdikdən sonra İstanbulda Notr-Dam-de-Sion Fransız liseyinə daxil olmuşdur. Bedia türk və fransız dillərinə əlavə olaraq, yunan dilini də bilirdi. Bedia Müvahhit 20 yanvar 1994-cü ildə İstanbul Universiteti Xəstəxanasında vəfat etmişdir. O, Aşyan qəbiristanlığında dəfn edilmişdir.
Bediha Tunadağı
Bediha Tunadağı (20 avqust 1985, Qaziantep) — Türkiyəli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Bediha Tunadağı İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır. == Karyerası == 1.63 m boyu olan Bediha öz doğma şəhərini təmsil edən Qaziantep Halter İhtisas S.K klubunun üzvüdür. Bedihanın baş məşqçisi Mehmet Doğandır. 2012-ci ilin iyul ayında Bediha beynəlxalq turnirlərdə karyerasının ən yaxşı nəticəsini əldə etmişdir. O, bu uğura Rusiyanın Kazan şəhərində keçirilən Avropa Çempionatında dördüncü yeri tutmaqla nail olmuşdur. Bediha 2012 Yay Olimpiya Oyunlarında təsnifat mərhələsində iştirak etmişdir.
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Bediklər
Bediklər və ya Bedik xalqı — Afrikada kiçik etnik qrup. Şərqi Seneqalın daha çox təcrid olunmuş ərazisindəki kəndlərdə yaşayırlar. Bediklər Bedik dilində danışır və onların dinləri, animist kökləri ilə daha yeni xristian təsiri arasında bir qarışıqdır. Seneqal ilə müqayisədə Qvineya və ya Mali ilə daha çox əlaqəli olan Bediklər Bassari və Serer kimi digər etnik qruplarla əlaqədədilər. İvol onların yaşayış məskənlərindən biridir.
Bedlam
Bedlam ilk olaraq Londonda yerləşən ruhi xəstələr üçün hospitaldır. Daha sonra bedlam sözü xaos, qarmaqarışıqlıq mənasını verməyə başladı. == Tarixi == Bedlam hospitalı məşhur Taueronun qabağında tikilmişdir. Onu 1330-cu ildə burada xəstəxana tikilmiş, 1377-ci ildə isə ruhi xəstələr üçün xəstəxanaya çevrilmişdir. 1403-cü ildə burada cəmi 9 xəstə var idi. 1815-ci ildə bu xəstəxananın yerində burada nəhəng ruhi hospital tikilmişdir. Burada xəstələri zəncirlə bağlayıb, ac saxlayırdılar.
Bedlend
Bedlend (ing. badlands - pis (yararsız) torpaqlar) — alçaq dağlıq ərazidə kəskin və mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. Azərbaycan Respublikasında Bozqır yaylaq ərazisində daha çox rast gəlinir. İstifadəsi mümkün olmayan torpaqlar Bedlendlər adlanır. Badlands sözündən götürülüb Burada Bad-pis Land torpaq anlamındadır. Azərbaycanda belə torpaqlara Bozqır ərazilərində rast gəlinir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Bednota (qəzet)
Bednota — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr edilmiş gündəlik leqal bolşevik qəzeti. 14 sentyabr 1919-cu il tarixindən, həmin ilin 26 oktyabrına qədər fəaliyyət göstərən qəzetin cəmi 30 nömrəsi buraxılmışdır. Qəzetin məsul redaktoru Əliheydər Qarayev olmuş, qəzetdə Bakı fəhlələrinin həyatından, həmkarlar ittifaqları, fəhlə konfransı, digər fəhlə təşkilatlarının fəaliyyətindən, fəhlələrin kollektiv müqavilə uğrunda mübarizəsindən bəhs edən materiallar, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin, Kommunist İnternasionalının bir sıra rəsmi sənədləri dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparmış, davamlı olaraq Azərbaycanın müstəqilliyi əleyhinə yönəldilmiş məqalələrlə çıxış etmiş, buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır.
Bedotiidae
Bedotiidae (lat. Bedotiidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinin melanotaeniidae fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Bedra qəzası
Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة), Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب). == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.
Bedri Rahmi Eyüboğlu
Bedri Rahmi Eyüboğlu – (1911-ci il Görele - 21 sentyabr 1975-ci il İstanbul) Türk rəssam və şairidir. == Həyatı == Bedri Rahmi 1911-ci ildə Qaradəniz, Görele-də doğulub. O, beş uşaqlı ailənin ikinci uşağı olub. Böyük qardaşı Sabahattin Eyüboğlu tanınmış bir yazıçı idi. Kiçik bacısı Mualla Eyüboğlu isə bərpa işində çalışan ilk memarlardan biri olub. O, daha çox İstanbuldakı Topkapı sarayının Harem bölməsində etdiyi işlərlə tanınır. Atası vali vəzifəsində işlədiyinə görə, Trabzonda liseyə gəlmədən əvvəl Türkiyənin müxtəlif yerlərində yaşamışdılar. O, 1929-cu ildə İstanbulda Gözəl Sənətlər Akademiyasına girmək üçün İstanbula köçdü. 1931-ci ildə isə qardaşı ilə birlikdə Fransada təhsil almaq üçün müvəqqəti olaraq Akademiyadakı təhsilini dayandırdı. O, əvvəlcə Dijon, sonra Lyonda Fransızca öyrəndi.
Bedrix Smetana
Bedrix Smetana (çex. Bedřich Smetana [ˈbɛdr̝ɪx ˈsmɛtana], xaç suyuna salınarkən Fridrix adını alıb (alm. Friedrich‎); 2 mart 1824[…], Litomişl[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 12 may 1884[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…]) — çex bəstəkarı, pianoçusu və dirijoru, Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı.
Bedrjix Smetana
Bedrix Smetana (çex. Bedřich Smetana [ˈbɛdr̝ɪx ˈsmɛtana], xaç suyuna salınarkən Fridrix adını alıb (alm. Friedrich‎); 2 mart 1824[…], Litomişl[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 12 may 1884[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…]) — çex bəstəkarı, pianoçusu və dirijoru, Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı.
Bedtime Stories (Madonna albom)
Bedtime Stories Madonnanın altıncı studiya albomu. 25 oktyabr 1994 ildə Maverick Records tərəfindən nəşr olundu.