Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yelpik
Yelpik — sərinləmək və hava axını təmin etmək üçün istifadə edilən qatlanan və qatlanmayan növləri olan əl vasitəsi. Qatlanmayan yelpiklər sabit bir yarpaqla bir sapdan meydana gələr. Qatlanan yelpiklər, bir uclarından sancaqla bir-birinə bərkidilmiş yastı kiçik sütunu vardır. Sütunların üstünə yelpiyin açılıb bağlanmasına imkan verəcək şəkildə qatlanan bir parça ya da kağız yapışdırılır. Rhead, G. Wooliscroft.
Yelpin
Allüvial yelpik
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Yelpin (Dərələyəz)
Yelpin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
İvana Yelçiç
İvana Yelçiç (d. 16 mart 1980; Mostar, Bosniya və Herseqovina) — Xorvatiyanı təmsil edən həndbolçu. İvana Yelçiç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Yelbis
Yelbis - türk və altay mifologiyasında dağ qızları. Yelbiz də deyilir. Müqəddəs dağın iki qızına verilən addır. Bu dağın adı isə Yalbuz və ya Albuzdur. İran mifologiyasında Elbürz dağı deyilər. Yelbiz sözü eyni zamanda ruh, cin kimi mənalara gəlir. Yelbi adı verilən müqəddəs gücə sahibdirlər. Altaylılar "Abu Kaan" dağının qızlarına bu adı verərlər. Onlar, "Yelbi" deyilən gücə sahib olduqlarını üçün bu adı almışlardır. X və XI əsrlərdəki gürcü mənbələrində Qafqaz dağlarının adı "Yalbuz-Albuz" olaraq keçər.
Yellicə
Yellicə (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Yellicə (Vedi) — Vedi rayonunda kənd. Yellicə (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Kelpi
Kelpi (ing. Kelpie) — Şotlandiyada göllərdə və hovuzlarda yaşayan və formasını dəyişən su ruhuna verilən ad. Adətən at kimi təsvir olunsada, insan şəklini də qəbul edə bilər. == Etimoloqiya == Kelpi sözünün etimologiyası Şotland german dilində qeyri-müəyyən olsa da, Şotland kelt dilindəki calpa ("düyə") ya cailpeach ("sıpanı") sözündən əmələ gəlməsi təxmin olunur. Sözün ilk qeydə alınması Uillyam Kollinsin qəsidəsində, 1759-cu ildən əvvəl təxmin olunur. == Lox Ness == Demək olar ki, hər böyük Şotlandiya sularının kelpi ilə bağlı bir hekayəsi var, lakin ən geniş məlumatlı olan Lox Ness gölüdür. == Bədii təsviri == 2013-cü ilin oktyabrında Folkirkdə yerləşən Fort və Klayd Kanalında heykəltaraş Endi Skott tərəfindən Kelpi atları ucaldılmışdır.
Yelvi
Anton Yelçin
Anton Viktoroviç Yelçin (ing. Anton Yelchin; 11 mart 1989, Leninqrad – 19 iyun 2016[…], Studio City[d], Kaliforniya və ya Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru. SSRİ-də yəhudi ailəsində dünyaya gələn Yelçin körpə ikən valideynləri ilə birlikdə ABŞ-ə köçüb. O, karyerasına uşaq aktyor kimi başlayıb və 2001-ci ildə çəkilmiş "Hearts in Atlantis" filmində baş rolda oynamışdır. Aktyor 2009-cu ildə işıq üzü görmüş elmi fantastika filmi "Star Trek"də Pavel Çexov obrazını canlandırıb. == Həyatı == Yelçin 11 mart 1989-cu ildə SSRİ-nin ikinci ən böyük şəhəri olan Leninqradda yəhudi ailəsində dünyaya gəlib. Valideynləri Viktor Yelçin və İrina Korina peşəkar fiqurlu konkisürən olublar. Onlar Sovet İttifaqında dini inancları səbəbindən təzyiqlərə məruz qalırdı. Anton Yelçin 1989-cu ilin sentyabrında körpə yaşında ikən ailəsi ilə birlikdə Amerikaya köçür. 90-cı illərin sonlarından uşaqlar üçün nəzərdə tutulan teleseriallarda çəkilir.
Celtic FC
"Seltik" (ing. Celtic Football Club) — Şotlandiyanın Qlazqo şəhərini təmsil edən peşəkar futbol klubu. Oyunlarını 60,830 nəfərlik Seltik Park stadionunda oynayan Seltik yaşıl-ağ rənglərə malikdir. == Tarixi == == Rəqabətləri == Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi Reyncersin "Protestant və Kraliçə klubu", Seltikin isə kraliçəyə boyun əyməyən katoliklərın komandası olmasıdır.
Yellicə (Kəlbəcər)
Yellicə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Yellicə kəndi Keşdək kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yellicə kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra kənd 25 noyabr 2020-ci ildə boşaldıldı. Yaşayış məntəqəsini XIX əsrdə qonşu Keşdək kəndindən köçmüş ailələr Yellicə adlı binə yerində saldığı üçün belə adlanmışdır. Oykonim "yelli, küləkli yer" mənasındadır. Kənd dağətəyi ərazidə yerləşir.
Yellicə (Ərdəbil)
Yellicə (fars. يلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 252 nəfər yaşayır (55 ailə).
Yeliz Yılmaz
Yeliz Yılmaz (d. 19 avqust 1980) — Türkiyəni təmsil edən həndbolçu. Yeliz Yılmaz, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Yeliz Yılmaz, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Yeliz Özəl
Yeliz Özəl (d. 6 mart 1980) — Türkiyəni təmsil edən həndbolçu. Yeliz Özəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Yeliz Özəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Cüli Delpi
Cüli Delpi (ing. Julie Delpy; 21 dekabr 1969, XIV arondisman) — fransız-amerikalı aktrisa, rejissor, bəstəkar və müğənni. O, Nyu-York Universitetinin nəzdində olan Tiş İncəsənət Məktəbində kino təhsili alıb. Cüli o vaxtdan bəri 30-dan çox filmə çəkilib. Onun diqqətəlayiq əsərlərindən bəziləri "Europa Europa", "Voyager", "Three Colours: White", "Əvvəl" trilogiyası, "An American Werewolf in Paris" və "2 Days in Paris" filmləridir. Cüli üç "Sezar", iki "Onlayn Film Tənqidçiləri Cəmiyyəti" və iki "Oskar" mükafatına namizəd olub. O, 1990-cı ildə ABŞ-a köçmüşdür. 2001-ci ildə ABŞ vətəndaşı olmuşdur. == Həyatı == Cüli Delpi Parisdə anadan olub. Albert Delpi və Mari Pilletin yeganə övladıdır.
Yeliz Açar
Yeliz Açar (19 dekabr, 1997) — müdafiəçi kimi çıxış edən türk əsilli azərbaycanlı futbolçu. O, Fatih Vatan Spor klubunda müdafiəçi kimi çıxış edir. 17 yaşadək qızlardan ibarət Türkiyə millisinin, daha sonra isə Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının üzvü olub. == Klub karyerası == Açar karyerasına 19 mart 2010-cu ildə Zeytinburnu Sporda başlayıb. O, 2011–12 Qadınların İkinci Liqası mövsümündə Akdeniz Nurçelik Sporda debüt etdi. Növbəti mövsüm klubun adı Akdeniz Nurçelik Spor olarak dəyişdirildi. Daha sonra 2013-cü ilin sentyabrında gənc idmançı Lüleburgaz 39 Sporla müqavilə imzaladı. Lakin klub liqadan çıxdı. Beləliklə Türkiyə Futbol Federasiyasının nizamnaməsinə əsasən, o 2013–14 mövsümündə başqa kluba transfer oluna bilmədi. Həmin mövsümün ikinci yarısında Karadeniz Ereğli Belediyespora transfer oldu.
Epic Games
Epic Games, Inc. baş ofisi Şimali Karolina ştatının Kari şəhərində yerləşən Amerika videooyun və proqram təminatı tərtibatçısı və yayımcısıdır. Şirkət 1991-ci ildə Tim Suini tərəfindən Potomac Computer Systems kimi təsis edilib və əvvəlcə onun ailəsinin Merilend ştatının Potomak şəhərindəki evində yerləşirdi. İlk kommersiya videooyunu olan ZZT-dən (1991) sonra şirkət 1992-ci ilin əvvəlində Epic MegaGames, Inc adını aldı və o vaxtdan vitse-prezident vəzifəsini Mark Reyn icra edir. 1999-cu ildə baş qərargahını Kariyə köçürən studiyanın adı Epic Games olaraq sadələşdirilib. Epic Games Fortnite, Unreal, Gears of War və Infinity Blade seriyaları kimi daxili istehsal videooyunlarına da dəstək verən və kommersiya məqsədli oyun mühərriki olan Unreal Engine-nin inkişaf etdiricisidir. Unreal Engine 2014-cü ildə Ginnesin Rekordlar Kitabı tərəfindən "ən uğurlu videooyun mühərriki" seçilib. Epic Games, Chair Entertainment, Psyonix, Mediatonic və Harmonix oyun tərtibatçılarına, həmçinin bulud əsaslı proqram təminatçısı Cloudgine-ə sahibdir və Sietl, İngiltərə, Berlin, Yokohama və Seulda studiyaları idarə edir.
Epic Records
Epic Records — Sony Music Entertainment-ə məxsus ABŞ musiqi şirkəti. == Törəmə leybllar == Epic Records-un keçmiş və hazırkı törəmə leyblları: 550 Music (fəaliyyət göstərmir) MJJ Music (fəaliyyət göstərmir) Epic Street — hip-hop janrı ifaçıları üçün yaradılıb. Daylight Records Beluga Heights — prodüser Conatan "J.R." Rotem tərəfindən yaradılıb. DC Flag Records Glowworm Records Hidden Beach Records — R&B və soul musiqisi üzrə ixtisaslaşıb. Okeh Records — Okeh leyblının relizlərinin yenidən nəşri üçün nəzərdə tutulub. Portrait Records (fəaliyyət göstərmir) Ruthless Records (fəaliyyət göstərmir) — Eazy-E və Cerri Xeller tərəfindən 1987-ci ildə yaradılan hip-hop leyblı. Work Records (fəaliyyət göstərmir) — "WORK" və "The WORK Group" kimi də tanınır. Əvvəllər Chaos Recordings kimi idarə olunub. == Epic Records-un ifaçıları == Epic Records-un keçmiş və indiki ifaçılarının siyahısı üçün bax: Epic Records ifaçılarının siyahısı == Epic Records rəhbərliyi == Çarli Uolk — Epic Records-un prezidenti. Nik Rafael — Epic Records-un Böyük Britaniya şöbəsinin idarəçisi.
Kərpic
Kərpic — Düzbucaqlı paralelepiped şəklində olan və tikintidə işlədilən material. Hazırda kərpicin əsas 2 növündən istifadə edilir: qırmızı kərpic və silikat kərpic. Qırmızı kərpic yanmış gildən düzəldilir. Silikat kərpic isə qum və sönməmiş əhəngin qatışığından düzəldilir. Kərpic hələ keçmiş zamanlardan — X-XII əsrlərdən etibarən tikinti materialı kimi geniş yayılıb. Hazırda tarixi abidələr kimi qorunan orta əsrlərə aid binaların əksəriyyətinin tikintisində kərpicdən istifadə olunduğu məlum faktdır. Bu tikinti materialının uzunömürlülüyü imkan verir ki, müasir tikintilərdə də ondan geniş istifadə olunsun.
Yerdiç
Yerdiç — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayondakı Qoytul kəndinin yaxınlığında, Arpaçayın sahilində yerləşir. Kəndin cənubunda qədim qala və qəbiristanlığın qalıqları var. "İrəvan əyalətinin icmal dəftəri"ndə Ərdiş formasında qeyd edilmişdir. Kənddə 1831-ci ildə 70 nəfər, 1873-cü ildə 167 nəfər, 1886-cı ildə 234 nəfər, 1897-ci ildə 382 nəfər, 1904-cü ildə 298 nəfər, 1914-cü ildə 327 nəfər, 1916-cı ildə 403 nəfər, 1919-cu ildə 127 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sentyabr-oktyabr aylarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və İrandan köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Azərbaycanlılar yurdlarına indiki Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra, 1924-cü illərdə qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–49-cu illərdə azərbaycanlılar deportasiya olunmuşdur. Toponim türk dilində işlənən "yer, torpaq, ölkə" mənasında işlənən yer (er) sözü ilə "kənar" mənasında işlənən dış, diş (diç) sözünün birləşməsində əmələ gəlib "kənarda olan yer, yaşayış məntəqəsi" mənasını ifadə edir.
Bayram Yeli
Vədə Yeli – Azərbaycanda bayramdan qabaq əsən yeldir. Bu yelin əsməsi önəmli bir hadisə sanılır. Azərbaycan folklorunda bu yelin əsməsindən yeddi-on gün sonra, ilin təhvili (köhnə ilin təzə ilə dəyişilməsi) sanılır. Ona görə də, onu “bayram yeli”, və ya “vədə yeli” (müjdə verən yel) adlandırırlar. == Bayram yeli folklorda == Bayram yelinin, başqa yellər (ağyel, meh) kimi olsun deyə, müəyyən bir xarakteri yoxdur, ancaq onun hadisələnməsi önəmli sayılır. Çünki qasırğa olduqda hər şeyi dəyişər. Xalq inanır ki, bu yel əsəndə “halal üşüməz amma haram üşüyər!” (halal ətli heyvanlar üşüməz amma haram ətli heyvanlar üşüyər!). İnsan da haram ətli olduğu üçün bu yeldə üşüyər. == ‌Bayram yeli Azərbaycan ədəbiyatında == Burada, örnək olaraq, Şəhriyar`ın Heydərbaba`sından bir bənd verilir: == İstinadlar == == Həmçinin bax == Meh Qaraçuxa (roman), Nasir Mənzuri.
Dan yeli
Dan yeli – Kamal Yaşarın rejissorluğu ilə 2019-cu ildə çəkilmiş qısametrajlı Azərbaycan filmi. Müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Film "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilmişdir. == Məzmun == Film Ermənistanla cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Hekayənin əsas qəhrəmanı 6 yaşlı "Qaqaş" adlı oğlandır. Onun əsas məşğuliyyəti və sevgisi futboldur. Digər uşaqlardan balaca olduğu üçün o, elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahim isə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir.
Hans fon Eyler-Helpin
Hans Karl Avqust Simon fon Eyler-Helpin (isv. Hans Karl August Simon von Euler-Chelpin; 15 fevral 1873, Auqsburq, Almaniya imperiyası — 6 noyabr 1964, Stokholm, İsveç) — İsveç biokimyaçısı, kimya üzrə Nobel mükafatı laureatı (1929). Leonard Eylerin nəslindəndir, Ulf fon Eylerin atasıdır. == Həyatı == Eyler-Helpin 1873-cü ilin fevralın 15-də Almaniyada Auqsburqda anadan olmuşdur. Riyaziyyatçı L.Eylerin nəslindəndir. 1895-ci ildə Berlin Universitetini bitirmişdir. 1896-1897-ci illərdə Qettingen Universitetində V.F.Q. Nernstin və Berlin universitetində Y.X. Vant-Hoffun rəhbərliyi altında, 1897-ci ildən Stokholm universitetində işləyir. 1906-cı ildən Stokholm Universitetinin professoru olur. 1929-1937-ci illərdə bu universitetin Biokimya İnstitutunun direktoru, 1938-1948-ci illərdə Üzvi Kimya İnstitutunun direktoru və eyni zamanda 1940-cı ildən Vitamin İnstitutunun direktoru olmuşdur. Əsas işləri biokimyəvi proseslərin mexanizmlərinin öyrənilməsinə həsr olunub.
Olivera Yevtiç
Olivera Yevtiç (24 iyul 1977, Uziçe, Yuqoslaviya) — Serbiyanı təmsil edən marafonçu. Olivera Yevtiç müxtəlif bayrağlar altında 2004, 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarına qatıldı. Sarah Attar birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Həmin il Londonda baş tutan yarışlarda Sarah Attar 800 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 2:44.95 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı. Sarah Attar növbəti Olimpiadasına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 16 dəqiqə 11 saniyəyə qət edərək 157 marafonçu sırasında 132-ci yeri tutdu.
Miodraq Yeşiç
Miodraq Yeşiç (serb. Миодраг Јешић; 30 noyabr 1958, Oseçenika[d], Mionisa bələdiyyəsi[d] – 8 dekabr 2022, Ruma[d], Voevodina) — Serbiyalı futbol məşqçisi, keçmiş futbolçu, 2011-ci ilin iyun ayında Təbrizin Bələdiyyəspor futbol klubunun olmuş baş məşqçisi. Türkiyədə uzun illər həm oyunçu, həm də məşqçilik etdiyinə görə türk dilini sərbəst bilirdi. 1985-1989-cu illərdə Türkiyənin "Altay" klubunda çıxış edib. Dörd il ərzində o, 136 oyun keçirib və 29 qol vurub. Növbəti klub isə müdafiəçinin yeganə 1989/90 mövsümündə çıxış etdiyi “Trabzonspor” olub. Mövsüm ərzində 37 oyun keçirib və iki qol vurub. 30 noyabr 1958-ci ildə Oseçenikada doğulub.
Qəlic (Bükan)
Qəlic (fars. قليج‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (9 ailə).
Naxçıvan Kərpic Zavodu
Naxçıvan Kərpic Zavodu - 1925-ci ildə istifadəyə verilmişdir. Bu zavod həmin vaxt ildə 3 milyon ədəd kərpic buraxmaq gücünə malik idi. Zavod hər kamerası 9 mindən 12 min ədədə qədər kərpic tutan 16 kameralı Hofman kürəsi ilə təchiz edilmişdir. Naxçıvan Kərpic Zavodunun kürə kompleksi 1911-ci ildə alman mühəndisi Hofmanın lahiyəsi əsasında tikilmişdir. Kürə kompleksi 2 mərtəbədən və hündürlüyü 38 metr, başlanğıc dia metri 3,76 metr, qurtaracaqda isə 2 metr olan ekologiyaya zərər vuracaq his-pas buraxmadan işləyən bir konsvari qüllədən ibarətdir. Kürə vasitəsilə hər dövretmə ərzində 240 min ədəd keyfiyyətli kərpic istehsal etmək mümkündür. Hofman kürəsində istənilən ölçüdə kərpic bişirmək olar. Hazırda isə burada 20x20x4 sm olan dördkünc kərpic, 20x10x4 sm olan yerli və 25x16x6 sm olan rus kərpic formatlı məmulat istehsal olunur ki, qədim abidələrdə bərpa və yenidənqurma məqsədilə bu kərpiclərdən geniş istifadə olunur. Kərpic zavodunun binası öz ilkin quruluşunu saxlamışdır. Planda kəllə divar yarımdairəvi formada həll edilmişdir.
Yeli-i Süfla (Kəleybər)
Yeli-i Süfla (fars. يلي سفلي‎) və ya Aşağı Yeli - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 178 nəfər yaşayır (40 ailə).
Yeli-i Ülya (Kəleybər)
Yeli-i Ülya (fars. يلي عليا‎) və ya Yuxarı Yeli - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 163 nəfər yaşayır (35 ailə).