Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu
Əkinçilik Elmi Tədqiqat İnstitutu - Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır. Əkinçilik ET İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir. Əkinçilik ET İnstitutunun bazasında 1965-ci ildə ET Tərəvəzçilik İnstitutu, 1969-cu ildə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yaradılmışdır. Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılmışdır. 2000-2015-ci illər aralığında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir. İslahatdan sonra Institutun hazırkı strukturuna 3 şöbə (bitki seleksiyasi; bitki fıziologiyası və biotexnologiya; davamlı əkinçilik və bitki diversifikasiyası); 4 laboratoriya (dənin keyfiyyəti; ilkin toxumçuluq və toxumun keyfiyyəti; xəstəlik və zərərvericilərə nəzarət; torpaq və bitki analizləri), yayım və təlim əlaqə qrupu, kitabxana və kompüter mərkəzi, xarici dil və ictimai elmlər kafedrası 4 bölgə təcrübə stansiyasi (Tərtər, Qobustan, Cəlilabad, Zaqatala), 1 dayaq məntəqəsi (Şəki) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron) daxildir. Azərbaycan ET Əkinçilik İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərci) bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqəsədə nail olmaq üçün institutda yerinə yetirilən 9 mövzu və 9 iş, 5 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq pax¬lalıları, davamlı əkinçilik və bitki diversifıkasiyası) üzrə yerinə yetirilir. Bu proqramlardan 4-ü seleksiya, 1-i becərmə texnologiyası istiqamətlidir.
Anat yençi çuvaşlar
Anat yençi çuvaşlar — çuvaş subetnosu. Əsas məskunlaşma sahəsi Çuvaşıstanın şimal-şərqidir. Miqrasiya nəticəsində anat yençi çuvaşların nümayəndələri də Volqaboyu və Uralın bir çox bölgələrində məskunlaşıblar. Anat yençi çuvaşlar 3 alt qrupa malikdirlər: Anat-Sivilskaya, Nijnetsivilskaya və Kozlovskaya. Anat yençi çuvaşlar Çuvaşiyanın şimalında və şimal-şərqində məskunlaşıb. Onlara Başqırdıstan Respublikasında və Tatarıstan Respublikasında, Ulyanovsk, Orenburq vilayətlərində rast gəlinir. Lakin anat yençi çuvaşlar ən çox Penza, Samara və Saratov vilayətlərində yaşayır. Çuvaşların (anat yençi) əcdadları VII-VIII əsrlərdə Şimali Qafqaz və Azov çöllərindən gəlmiş bulqar tayfalarıdır. Anat yençi çuvaşların dialektlərinin tədqiqi problemli olaraq qalır. Bəziləri anat yençi çuvaşların dialektlərinin müstəqil bir dil təşkil etdiyin hesab edir.
Silos yemi (film, 1932)
Təbliğat filmi maldarlığın şirəli yemlə təchiz olunmasında silos basdırmanın əhəmiyyətindən və onun texnoloji qaydalarından bəhs edir. Film Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Rejissor: Şirokov, Hüseynov Operator: Kovalçuk Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Yamçı
Yamçı (fars. یامچی‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanında şəhər. Təbrizdən 130 kilometr şimal-qərbdə yerləşir və Mərənd şəhərilə 55 kilometr məsafəsi var. Yamçı əhalisinin dili Şərqi Azərbaycan şəhərləri kimi, Azərbaycan Türkcəsidir. Əhalisi 9,320 (2006–cı il əhali sayına görə) nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycan ostanının iyirmi dördüncu böyük şəhəri sayılır.
Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi
Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi (ing. Alligator bait) — XIX əsrin ortalarından XX əsrin əvvələrinə qədər Amerika Birləşmiş Ştatlarında yayılmış şəhər əfsanələrindən biri. Konkret sübutlara söykənməyən motiv haqqında dövrün bir çox qəzet və jurnallarında yazılar yayımlanmışdır. Bəzi vizual sənət nümunələri mövzu haqqında karikaturalar dərc edib. Motivin kim tərəfindən yaradılması məlum deyil. Qaradərili uşaqların timsahları cəlb etdiyi və bəzi halallarda timsahların insanlar toplaşan yerlərə məhz qaradərili uşaqlar üçün gəldiyi iddia olunmuşdur. Mövzu heç vaxt ciddi araşdırma mövzusu olmamaqla bərabər, bu faktı sübut edən hər hansısa bir fakt aşkarlanmayıb. Günümüzdə Amerika jarqonunda Afroamerikalı uşaqları timsah yemi kimi təsvir edən (ing. Alligator bait) jarqonu afroamerikalıar tərəfindən irqi zəmində işlədilmiş təhqir olaraq qəbul edilməkdədir. Burada işlədilən və ingilis dilində olan ing.
Kəmçi dağı
Kəmçi dağı - Ordubad rayonu ərazisində dağ. Şumer mənşəli qədim əfsanəyə görə, guya dünya daşqını baş vermiş, Nuh Peyğəmbər gəmisi ilə üzüb Gəmiqaya dağı ərazisinə çatmışdır. Burada suyun səviyyəsi çox hündürə qalxdığı üçün Gəmiqayanın zirvəsi belə görünməz olduğundan gəmi zirvəsindən ötüb keçərkən ona toxunub bərk silkələnmişdir. Lakin Nuh peyğəmbər bundan narahat olmayıb demişdir ki, bu, Kəmçi qaya, yəni kəm, kiçik qayadır. Ordubaddan cənubda, Arazın sağ sahilində (Cənubi Azərbaycanda) də Kəmşi adlı dağ varr. KƏMKİ dağı — El arasında Kəmçi dağının digər adı.
Yamçı (dəqiqləşdirmə)
Yamçı — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanında şəhər. ‎Yamçı-i Süfla (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. ‎Yamçı-i Ülya (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Kimçi
Kimçi (kor. 김치) — tərəvəzlərin, xüsusilə Pekin kələmi və Koreya turpusunun çili tozu, göy soğan, sarımsaq, zəncəfil və ceotqal (duzlanmış dəniz məhsulu) ədviyyatı ilə turşulamasından (qıcqırdılma) alınan Koreya qəlyanaltısı. Kimçinin fərqli tərəvəzlərdən yüzlərlə növü var.
Nemti
Nemti — Misir mifologiyasında Nemti (Yunan dilində Antaeus, lakin yəqin ki, Yunan mifologiyasında Antaeus ilə əlaqəli deyil) ibadət mərkəzi Yuxarı Misirin şimalındakı Anteopolisdə olan bir tanrı idi. Nemtinin ibadəti kifayət qədər qədimdir, ən azı 2-ci sülalədən, onun artıq öz kultuna həsr olunmuş keşişləri olduğu zamana gedib çıxır. Əvvəlcə Nemti, Horus kultunun mərkəzi olan Badari ətrafındakı qədim bölgənin himayədarı olduğu görünür. Sağ qalan məlumatların olmaması səbəbindən Nemtinin orijinal funksiyasının nə olduğu və ya onun hər hansı bir xüsusi funksiyaya istinad edən Horus titulundan başqa bir şey olub olmadığı yaxşı bilinmir. Zaman keçdikcə Nemti sadəcə bərəçilərin tanrısı hesab olunmağa başladı və buna görə də qayıqda dayanan şahin kimi təsvir olundu, bu, əvvəlcə şahin olduğu düşünülən Horusa işarə idi. Daşıyıcıların tanrısı olaraq, (səyahət edən) mənasını verən Nemti titulunu aldı. Onun sonrakı kult mərkəzi Anteopolisdə və həmçinin Yuxarı Misirin 12-ci nomunda Per Nemtidə (Nemti evi) olmuşdur. Nemti, Osirisin mirasının həllini təsvir edən "Horus və Setin mübahisələri" nağılında görünür. Köhnə Krallıq. Bu nağılda Setin güc əldə etmək cəhdlərindən biri də tanrıları bir yerə toplayıb güclü arqumentlər irəli sürərək, onların hamısını inandırmasıdır (sonrakı ənənələrdə Totdan başqa hamısı).
Repçi
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Teuçi
Tecime (手締め) və ya teuçi (手打ち) – Yaponiyada tədbirin sonunda ritmik əl çalmaq adəti. Tədbirin problemsiz başa çatdığını bildirmək üçün yerinə yetirilir. Festivallarda, mərasimlərdə, işgüzar görüşlərdə və ümumi görüşlərdə istifadə olunur. Tecime adətinin əsas məqsədi tədbirin uğurla başa çatmasından ötrü iştirakçılara təşəkkür etməkdir. Ona görə də tecimeni tədbiri təşkil edən şəxs aparır. Bu adətin şintoizmdə mövcud olan kaşivade adətindən yarandığı güman olunur. Kansay regionunda tecime əvəzinə teuçi sözü daha çox işlədilir. Tecime səsi "şan-şan" ilə ifadə olunur. Soğrusuz-sualsız və qısa müddətdə başa çatan şirkət görüşlərini lağa qoymaq üçün "şan-şan görüşü" ifadəsindən istifadə olunur. Tecimenin bir neçə üslubu var.
Bembi
Bembi (ing. Bambi) — 1942-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 5-ci cizgi filmi. İlk nümayişi 13 avqust 1942-ci ildə təqdimatı olmuş və 2 milyon dollardan artıq gəlir gətirmişdir. Feliks Saltenin eyniadlı romanının ekranlaşdırılmasıdır. Bəstəkarları Frenk Çörçil və Edvard Plambdır. 1 mart 2005-ci ildə "Bembi" DVD-də yenidən satışa çıxarılmışdır. 7 fevral 2006-cı ildə Disney studiyası filmin sikvelini — "Bembi 2" cizgi filmini təqdim etmişdir. 1 mart 2011-ci ildə "Bembi" Blu-ray-də yenidən satışa çıxarılmışdır. Con Sazerlend — Bembi Bobbi Styuart / Donni Danagan / Hardi Olbraĭt — gənc Bembi Paula Uinslou — Ana Bembi / Qırqovul Piter Ben / Sem Edvards — gənc Thumper Tim Devis — Thumper Sterling Hollouey — Gül Stan Aleksandr — gənc Gül Vill Rayt — Dostuna Bayquş Enn Gillis — Felin Kammi Kinq — gənc Felin Fred Shilds — Böyük Şeyx dair meşə Margaret Li — Mrs. Rabbit Rəsmi sayt Bembi — Internet Movie Database saytında.
Vyetçi
Vyetçi (vyet. Việt Trì) — Vyetnamın şimalında şəhər, Futxo vilayətinin paytaxtı. 2009-cu ilin məlumatlarına görə şəhərin əhalisi 99,147 nəfərdir. Vyetçi mahalının əhalisi 2010-cu ilə görə 260,288 nəfərdir. Rayonun sahəsi 110 km2. Hanoydan 75 km və Hoşimin şəhərindən 1,794 km məsafədə yerləşir. Böyük sənaye mərkəzi olan Vyetçi ölkənin böyük çay limanına sahibdir (yük daşımalarına görə Ninbindən sonra ikinci yerdədir): 2010-cu ildə 1,493 milyon ton olmuşdur. Xonq-banq sülaləsinin hakimiyyəti dövründə qədim vyet Vanlanq vilayətinin paytaxtı olmuş Fonqtyau şəhəri Vyetçi mahalının ərazisində yerləşirdi.
Elmçi
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Enn Remsi
Enn Remsi (ing. Anne Ramsey) – məşhur ABŞ aktrisasıdır.1988-ci ildə boğaz xərçəngindən vəfat etmişdir.
Gardenia remyi
Gardenia remyi (lat. Gardenia remyi) — boyaqotukimilər fəsiləsinin qardeniya cinsinə aid bitki növü.
Yeddi
Yeddi — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir. Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var. Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s. Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.
Yelvi
Yemiş
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Yemlik
Yemlik (lat. Tragopogon) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Yemva
Yemva — Rusiya Federasiyasında yerləşən şəhər. Komi Respublikasına daxildir.
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Yerfi
Yerfi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. Türkdilli kəndlərin tat kəndlərindən əvvəl məskunlaşdığını nəzərə alsaq, deməli o cümlədən Yerfi kəndində də iki min il əvvəldən yaşayış məskəni olub. Kəndin tarixi ilə əlaqədar yer adlarına, qəbristanlıqlarda kənd sakinlərinin qazıntı apardıqları zaman tapılmış nümunələrə də diqqət yetirmək lazımdır. Kənddə üç yerdə qəbiristanlıq vardır. Sağ və sol tərəflərdə olan qəbiristanlıqların sel suları yuyan yerlərində çoxlu açılmış qəbirlər var. Tamamilə itən qəbirlər də çoxdur. Bu qəbirlərin kimə, yaxud hansı əqrəbaya aid olması bilinmir. Kəndin qədim hesab edilən ərazisi məhəllələrə ayrılmışdır: Musa məhəlləsi, Çuxur məhəllə, Güney məhəllə, Nurəlilər məhəlləsi, Əlməmmədlilər məhəlləsi. Bu bölgü kəndin digər tərəfində yoxdur, evlər də nəsillərə görə deyil, qarışıqdır.
Yersi
Yersi — Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda kənd. Yersi kənd yaşayış məntəqəsinin inzibati mərkəzi. 2150 nəfərdir Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. 1899-cu ildə kənddə Kərim Məmmədbəyov — sovet dövlət xadimi, 1931-1937-ci illərdə Dağıstan MSSR-in xalq Komissarları Sovetinin Sədri anadan olub .
Yamçı-i Süfla (Nir)
Yamçı-i Süfla (fars. يامچي سفلي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 106 nəfər yaşayır (26 ailə).
Yamçı-i Ülya (Nir)
Yamçı-i Ülya (fars. يامچي عليا‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 233 nəfər yaşayır (63 ailə).
Cərco yemişi
Cərco yemişi — xalq seleksiyası ilə yetişdirilmiş yemiş sortudur. Vətəni Orta Asiya olan bu sort yemişlər Azərbaycanda da qədimdən becərilir. Gecyetişən sort olsa da bostançılığın inkişaf etdiyi bölgələrin çoxunda geniş yayılmışdır. Həmin bölgələrin ekoloji şəraitinin uzunmüddətli təsiri Cərco yemişində müəyyən dəyişiklikləri formalaşdırmışdır. Yaşıl gülabi, qara gülabi və sarı gülabi kimi üç sortu Azərbaycanda ən geniş yayılanlarıdır. Cərco yemişinin tağı uzun, uzunluğu 13 sm, eni 19 sm olan yarpaqları enli, ürəkvarı formada, meyvələri yumurtavarı və uzunsov olur. Hər yemişin kütləsi 8 kq-a çatır. Yaşıl və qara gülabı meyvələrinin səthi hamar, naxışı zəif torludur; tor əsasən saplaqətrafı hissədə olur. Sarı gülabı sortu da naxışsızdır, tor meyvənin bütün səthini əhatə edir. Cərco yemişi çox şirin, qalın, sıx, yapışqanliflidir.
Doxsan yeddi
Doxsan yeddi — say sistemində ədədlərdən biridir. Doxsan altıdən sonra, doxsan səkkizdən əvvəl gəlir. Doxsan yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Kalvin Remsi
Kalvin Vilham Remsi (31 iyul 2003, Aberdin) – İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu. Aberdinin heyətində ilk matçına 20 mart 2021-ci ildə keçirilən Dundee Yunayted-Aberdin matçının 90+1-ci dəqiqəsində çıxıb.Matç Dundee Yunaytedin 1–0 hesablı qələbəsi ilə başa çatıb.Aberdində ilk qolunu 2 aprel 2022-ci ildə keçirilən Dundee-Aberdin matçının 41-ci dəqiqəsində vurub. Matçın 78-ci dəqiqəsində əvəzlənib. Matç 2–2 hesablı heç-heçə ilə başa çatıb.19 iyun 2022-ci ildə Aberdindən ayrıldı. 19 iyun 2022-ci ildə Aberdindən Liverpula transfer olundu.
Külçə (yemək)
Külçə — un məmulatı. Azərbaycanın milli mətbəxindən. Bunun üçün bizə 8 stəkan un, 4 ədəd yumurta, 3 stəkan süd, 8 stəkan şəkər tozu, 2 paket vanel lazımdır. Birinci şəkərlə yumurtanı qarışdırırıq. Sonra isə vaneli tökürük. Ən son olaraq unu və südü əlavə edirik. Acımağa qoyuruq. Acıdıqdan sonra xəmiri kiçik-kiçik kündələr halına gətiririk. Onları yuxa kimi yayırıq. Uyğun bir qab götürüb yaydığımız yuxanı tək-tək qabın içinə qoyuruq.
Küçə yeməyi
Küçə yeməyi — küçədə, bazarda, yarmarkada və ya digər ictimai yerdə hazır yemək və ya içki satışı. Qida tez-tez portativ qida kabinəsi, ərzaq səbəti və ya yemək maşınında satılır və dərhal istehlak üçün nəzərdə tutulur. 2007-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, hər gün 2,5 milyard insan küçə yeməyi yeyir.
Damcı
Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərək soyuması.
Meyci
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 – 30 iyul 1912) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur. Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar. Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir. "Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi.
Xəmsi
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur. Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir.
Mərci
Mərcimək (cins)
Cəfər Rəmzi
Cəfər Rəmzi (tam adı: Cəfər Balaəmi oğlu İsmayılzadə; 9 aprel 1905, Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 11 sentyabr 1996, Bakı, Azərbaycan) — Azərbaycan şairi, ədəbiyyatşünas, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1968), Əmək veteranı (1977), Elm veteranı (1988). Cəfər Rəmzi 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində, əkinçi ailəsinı doğulmuşdur. Burada dördsinifli məktəbdə ibtidai təhsil almış (1913–1917), sonra bir müddət əkinçiliklə məşğul olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Mərdəkan gənclər özəyinin kitabxanasında işləmişdir (1920–1922). Bakı Darülmüəllimində (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsilini davam etdirmişdir (1922–1927). APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1929–1932). Bundan sonra uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllimlik etmişdir. APİ-nin Tarix fakültəsində qiyabi təhsil almış (1941–1942), Azərbaycan EA Şərqşünaslıq İnstitunun İran filologiyası şöbəsində işləmişdir (1958–1990). 1968-ci ildə "Yəğma Cəndaqinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 15 yaşından başlamış, şeirlərini "Sufi" təxəllüsü ilə yazıb-yaratmışdır (1954-cü ildən).
Damcı balıq
Damcı balıq (Psychrolutes marcidus) - Avstraliyaya yaxın dərin sularda yaşayır və bədənində əzələ sistemi yox deyiləcək qədər azdır. Dibdə yaşayan bu balıqları həddindən artıq ovlanma səbəbiylə nəsilinin yox olma təhlükəsi var.
Fürsət xərci
Fürsət xərci, alternativ xərc (ing. opportunity cost) — mənbələrdən istifadə üçün alternativ variantlardan birini seçmək və bununla da digər imkanları kənarlaşdırmaq nəticəsində itirilmiş mənfəəti (müəyyən bir halda — mənfəət, gəlir) ifadə edən iqtisadi termin. İtirilmiş mənfəətin miqdarı atılan alternativlərdən ən dəyərlisi ilə müəyyən edilir. Fürsət dəyəri istənilən qərarın ayrılmaz hissəsidir. Bu termin Avstriyalı iqtisadçı Fridrix fon Vizer tərəfindən 1914-cü il tarixli “Sosial İqtisadiyyat Nəzəriyyəsi” monoqrafiyasında işlənmişdir. Fürsət xərcləri həm təbii şəklində (həm istehsalından, həm də istehlakından imtina edilməli olan mallarda) və alternativlərin pul ekvivalenti ilə ifadə edilə bilər. Fürsət xərcləri də saatlarla ifadə edilə bilər (alternativ istifadəsi baxımından itirilmiş vaxt). Fürsət maliyyəsi nəzəriyyəsi 1914-cü il "Sosial İqtisadiyyat Nəzəriyyəsi" monoqrafiyasında təsvir edilmişdir. Ona görə: məhsuldar məhsullar gələcəyi təmsil edir. Onların dəyəri son məhsulun dəyərindən asılıdır ; məhdud mənbələr istifadə yollarının rəqabət qabiliyyətini və alternativliyini müəyyənləşdirir; istehsal xərcləri subyektivdir və müəyyən bir malın istehsalında qurban verilməli olan alternativ imkanlardan asılıdır ; hər hansı bir şeyin həqiqi dəyəri (faydası) bu şeyin istehsalına xərclənən mənbələrlə istehsal edilə bilən digər şeylərin itirilmiş faydasıdır.
Genci-monoqatari
Gəmiçi (Üskü)
Gəmiçi (fars. گميچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Gəmiçi Şahı adasında yerləşir. 2006-cı il məlumatına görə kənddə 527 nəfər yaşayır (184 ailə).
Gəmiçi Henri
Portuqaliya Şahzadəsi Henrike, Viseu Hersoqu (4 mart 1394, Portu, Portuqaliya krallığı – 13 noyabr 1460[…]) — daha çox "Gəmiçi" Henri ( port. Infante Dom Henrique, o Navegador) adı ilə tarixdə məşhurlaşıb. Henrik "Gəmiçi" adlandırılsa da heç vaxt açıq dənizə səyahətə çıxmamışdır, lakin coğrafi kəşflərə çıxan səyyahlara maddi dəstək vermişdir. Henrike Portuqaliya Kralı I Joao-nun dördüncü oğlu idi və heç vaxt Portuqaliya kralı olmayıb. Anası Filippa İngiltərə kralı IV Henrinin bacısı idi. Henri dənizçiliyi inkişaf etdirərək həm yeni ticarət yollarının kəşf edilməsini, həm də Qərbi Afrikada xristianlığın yayılmasını istəyirdi. O, 21 yaşı olarkən atasını müsəlman Marinilər dövlətinin ərazisi olan Keuta limanını işğal etməyə razı saldı. Bu liman Cəbəllütariq boğazında yerləşdiyindən strateji əhəmiyyəti var idi. Digər tərəfdən bu liman, Portuqaliya sahillərində soyğunçuluq edən dəniz quldurlarının bazası idi. Bu uğurdan sonra Henrike avropalı dənizçilərə patronluq edərək Qərbi Afrikada kəşflər aparılmasına və buradakı qızıl ticarətinin mənbəyini axtarmağa başladı.
Gənci (Marağa)
Gənci (fars. گنجي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (15 ailə).
Həmli buta
Buta (butə, puta) — qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.