Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yolçu Babazadə
Yolçu Əliyev
Yolçu Əliyev və ya Avarets (tam adı: Yolçu Əfi oğlu Əliyev; d. 5 noyabr 1964, Daşburun, Beyləqan rayonu, Azərbaycan SSR, SSRİ — ö. 27 iyul 2014, Ukrayna) — Donbass müharibəsi şəhidi. Yolçu Əliyev 1964-cü il mayın 11-də Beyləqan rayonun Daşburun kəndində anadan olub. Ukraynada "Ruslan" kimi tanınan Yolçu Əliyev, "Aydar" könüllülər batalyonunun kəşfiyyat bölüyündə xidmət edib. 2014-cü il iyulun 27-də hərbi əməliyyat zamanı qəhrəmancasına həlak olub.
Dur yolçu heykəli
Türkiyə nin ən böyük heykəlidir.6 Avqust 2008-cı tarixdə Türkiyənin paytaxtı Ankarada(Polatlı ,Kartaltepe) Dur yolçu abidəsinin açılış mərasimi olmuşdur.Dur yolçu abidəsinin uzunluğu ümumilikdə 32 metrdir. Heykəl 22, postament isə 10 metrdir.Abidənin müəllifi akademik Sait Rüstem dir.
Allahverdi Yolçuyev
Yolçuyev Allahverdi Bayram oğlu (20 avqust 1958, Cəlaloğlu və ya Ermənistan SSR) — Azərbaycan aktyoru == Həyatı == Allahverdi Bayram oğlu Yolçuyev 20 avqust 1958-ci ildə Ermənistan SSR Stepanavan şəhərində dünyaya gəlib. 1979-cu ildə M. A. Əliyev adına Azərbaycan dövlət İncəsənət inistutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimləri-SSRİ xalq artisti Adil İsgəndərov, Azərbaycanın xalq artisti Elmira Şabanova. 1978–1979-cu ildə Leninqrad da keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub. 1982-ci ildən 1985-ci ilədək İncəsənət institunda səhnə nitqi müəllimi olub. Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib. Müxtəlif ölkələrdə tədbirlərdə, cəbhə bölgələrində, qocalar evlərində olub. Allahverdi Yolçuyev özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə çıxış edib. Müxtəlif telekanallarda minlərlə filmlər, cizgi filmləri səsləndirib. Ən yadda qalan məşhur Fransız aktyoru Luide Fünesin rollarıdır.
Allahyar Yolçuyev
Yolçuyev Allahyar Bəxtiyar oğlu — Kimya elmləri doktoru, professor Allahyar Bəxtiyar oğlu Yolçuyev 1938-ci ilin iyulun 27-də Qərbi Azərbaycanm Kirovakan şəhəri, Qukark rayonunun (Qaraisə) Arçut kəndində müəllim ailəsində anadan olmuşdur. 1952-ci ildə Arçut yeddi illik məktəbini, 1955-ci ildə isə Spirak (Hamamlı) rayonunun Saral orta məktəbini bitirmişdir. 1957–62-ci illərdə indiki N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində təhsil aldıqdan sonra, öz doğma kəndində müəllim və dərs hissə müdiri vəzifəsində işləmışdir. 1962–64-cü illərdə keçmiş SSRI Sovet ordu sıralarında qulluq etmişdir. 1965-ci il-dən indiki Azərbaycan dövlət Neft Akademiyasının (ADNA) "Analitik kimya" kafedrasında assisent (1965–67), baş müəllim (1977–81), dosent (1981–92) vəzifəsində çalışmışdır. 1992-ci ildən "Analitik və fızikı kimya" kafedrasının professoru olmuşdur. 1975-ci ildə elmi rəhbərsiz "İtterbiumun bəzi müşayiət edən və digər metalların iştirakı ilə miqdarca təyini" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Yolçiyev Allahyar Bəxtiyar oglu elmi rəhbərsiz oldugu üçün, 22 aprel 1976-cı ildə, Moskva şəhəri, SSRİ AAK-nin ekspert elmi şurasında yenidən namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1991-ci ildə isə "Bis-dördlü ammonium duzlarının, morfolinlərin və funksional-əvəzli kraun-efirlərin makromolekulyar ion-assosiatlarının sintezi və analitik tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ildə "Analitik kimya" ixtisası üzrə professor adına layiq görulmüşdur.
Azad Yolçuyev
Nizami Yolçuzadə
Nurəddin Yolçuyev
Yolçubəyli
Yolçubəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Yolçubəyli Azərbaycan Respublikasi Sabirabad rayonu ərazisində kənd yaşayış məntəqəsidir. Rayon mərkəzindən 7 km qərbdə Kür çayının Şirvan sahilində Sabirabad-Kürdəmir (köhnə Tiflis hərbi yol) yolunun üstündə yerləşir. Ərazisinin ümumi sahəsi 2500 ha (əkin sahələriylə birgə), əhalisinin sayı 4000 nəfərə yaxın olan Yolçubəyli kəndi həm də üç kəndin (Yolçubəyli, Türkədi, Narlıq )icra nümayəndəliyidir. Arxiv sənədlərində Yolçubəylinin rəsmən yaşayış məntəqəsi kimi qeyd edilməsi 1770-1800-cü illərə təsadüf edilirsə də, yaşlı insanların deməsinə istinadən kənd ərazisində oturaq əhalinin məskunlaşdığı 400 ilə yaxındır. Buna kənd qəbirstanlığında olan qədim baş daşları da sübut ola bilər (nəzərə alınsa ki, hazırkı qəbiristanlıq ilkin qəbiristanlıq deyil buna şübhə qalmaz). Yolçubəyli adının toponomikası haqda əsasən iki fərziyyə mövcuddur ki, bunlardan biri bu ərazilərdə yaşamış Qasım, Əsgər, Yolçu bəy qardaşların adlarıyla əlaqələndilir. Belə ki, kəndlə Kürün əks sahilində Qasımbəyli və Əsgərbəyli kəndləri yerləşir. İkinci fikir həqiqətə daha yaxındır: bu ərazilər ta qədimdən Şamaxı əhalisinin mal qaranı otarmaq üçün istifadə etdikləri yaylaq yerləri olub, adamlar Şamaxı ilə Kür qırağında yerləşən bu otlu-alaflı bərəkətli torpaqlar arasında gedib gəlmiş, daima yollarda olmuş, bir sözlə yolçuluq etmişlər və bu yolçuların içərisindən bərəkətli torpaqlar sayəsində mal qarası həddən çox artan bəylər yetişmiş ki, onlar da get-gəl çətinliyini aradan qaldirmaq üçün oturaq düşərgə salmaq, bir məntəqə yaratmaq məcburiyyətində qalmış və Yolçubəylidə yerləşən binələrində birdəfəlik məskunlaşmışlar. Çox güman ki, bu oturaqlığı vacib edən səbəblərdən biri də Şamaxıda tez tez baş verən zəlzələ və sellər olmuşdur.
Yolçubəyli bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yolçuluq
Yolçuluq və ya dilənmək — bir şey üçün ciddi və ya təvazökarlıqla müraciət. Küçə dilənçiləri, nəqliyyat marşrutları, şəhər parkları və məşğul bazarlar kimi ictimai yerlərdə tapıla bilər. Puldan başqa, onlar ərzaq, içki, siqaret və ya digər kiçik əşyalar da istəyə bilər. İnternet dilənçiliyi internetdən başqalarına pul vermək üçün yaranan müasir təcrübədir. İnternet dilənçiliyi adətən dilənçi ilə tanış olan insanlara yönəldilir, ancaq kənar adamlara da yönələ bilər.
Əli Yolçuyev
Əli Kərim oğlu Yolçuyev — Azərbaycan Respublikası Daxili Qoşunlarının "Şahin" xüsusi təyinatlı dəstəsinin hərbçisi, kiçik çavuş. 1982-ci il Bakı şəhərində anadan olub, 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlamışdır. 2003-cü ildə ehtiyata buraxılan Əli Yolçuyev daha sonra Azərbaycan Respublikası Daxili Qoşunlarının "N"saylı hərbi hissəsində "Şahin" xüsusi təyinatlı dəstəsində müddətdən artıq hərbi xidmət etmiş və çavuş rütbəsinə yüksəlmişdir. 2008-ci il avqust ayında Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) Qusar rayonu Həzrə kəndi ərazisində "Meşə Qardaşları" adlı terorçu dəstəni zərərləşdirilməsi üçün keçirdiyi əməliyyatda terorçuların açtığı atəş nəticəsində 4 güllə yarası alaraq yerindəcə şəhid olmuşdur. Gizir Məmmədov Saleh (Daxili Qoşunların Xüsusi Təyinatlı Kəşfiyyatının təlimçisi): O,çox səxavətli və mehriban insan idi.Əsl dost dedikdə bizim ağlımıza yalnız Əli gəlir.Hamı ilə mehriban hamının qayğısına qalan,bütün tədbirlərdə öndə iştirak edən məğrur bir insan idi. "Meşə Qardaşları" ilə əməliyyat gecəsi bizə əmr gəldi və biz əməliyyat rayonuna çıxdıq .Hər əməliyyat gedişində hamı bir biri ilə halallaşır,bu dəfədə elə oldu və gəldik çatdıq əməliyyat yerinə.Bir neçə gün axtarışda olduq sonra dəqiqləşdirdikdən sonra Həzrə kəndinə qədər onları qovduq çıxılmaz vəziyyətdə qalan terrorçu dəstə ilə son dərəcə ehtiyatlı olmaq lazım idi,amma hamıdan qabaqda gedən Əli onlara başqa tərəfdən yaxınlaşırdı sanki,Azərbaycanı təşvişə salmış cinayətkarları özü cəzalandırmaq istəyirdi.Hamı sakitcə "ölüm zonası"na yaxınlaşırdı və birdən atəş səsi eşidildi,dörd dəfə atəş səsi təkrarlandı.Səs Əlinin getdiyi tərəfdən gəlirdi və hamımız himayəli irəliləmə ilə o tərəfə yönəldik lakin, Əlini yerdə uzanmış halda gördük və dəstək qrupu ilə onu xilas etməyə çalışdıq,içimizdən zabit Umudov onu vurub qaçan terrorçunun arxasınca qaçdı və onu məhv edərək Əlidən götürdüyü silahı geri qaytardı.Əli hadisə yerində can verdi elə bilki,bizim üçün dünyanın sonu gəldi. Düşmən ondan cəld tərpənmişdir desəm doğru olmaz, yalnız Vətən üçün ölümnən qorxmamağ onu ölümə apardı. Onun ailəsi hər zaman diqqətimizdədir və hər zaman kömək göstərməyi özümüzə borc bilirik,çünki Əli bizim üçün ölməyib necə deyərlər: Şəhidlər ölməz, Vətən bölünməz. Mayor Füzuli Şiraslan oğlu İmrəliyev (Daxili Qoşunların zabiti,əməliyyat zamanı "Şahin" xüsusi təyinatlı dəstə komandiri): O,sadəcə Vətənin sevən cəngavər idi,amma ölüm hər zaman insanı haqlayır.O isə ölümnən qorxmurdu …! Azərbaycan Respublikası Prezidentinin 12 mart 2009-cu il fərmanına əsasən dövlətçiliyin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifəsini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərməsinə görə Azərbaycan Respublikasının "İgidliyə görə" medalı ilə təltif olunmuşdur (ölümündən sonra).
Bolçu döyüşü
Bolçu döyüşü 711-ci ildə Göytürk xaqanlığı ilə Türgişlərin rəhbərlik etdiyi ittifaq qüvvələri arasındakı döyüşdür. Döyüş göytürklərin qələbəsi ilə nəticələnmişdir. == Döyüşün səbəbi == Qapağan xaqanın hücumlarından təngə gələn Tan sülaləsi ona qarşı bu ağır təzyiqdən qorunmaq üçün müttəfiqlər axtarmalı oldu. Bu məqsədlə qırğızlar və türgişlər ittifaqa dəvət edildi. türgişlər, qırğızlar və Tan sülaləsi göytürklərə qarşı ittifaq hazırlığına keçdi. Bu vəziyyəti casuslar vasitəsi ilə öyrənən Tonyukuk ittifaq qüvvələri hücum etməzdən əvvəl müharibə hazırlıqlarına başladı. == Döyüş == === Qırğızların aradan qaldırılması === Tonyukuk əvvəlcə üçtərəfli ittifaqın ən zəif üzvü olan qırğızları aradan qaldırmaq qərarına gəldi. Qırğızlar o dövrdə "Kögmen Meşəsi" deyilən ərazidə yaşayırdılar. Bu meşəyə aparan yeganə yol Az qəbiləsinin ərazisindən keçən Anı çayı boyunca uzanan at yolu idi. Tonyukuk Göytürk ordusunu bu yolda irəliləyə biləcəyini düşündü və vəziyyəti Qapağan xaqana bildirdi.
ASEAN yolu
ASEAN yolu (ing. ASEAN Way), Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının regional və rəsmi himni.
Fərqlənmə yolu
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
Göy yolu
Göy yolu — türk və altay xalq mədəniyyətində və mifologiyasında Süd Yolu. Gökyolu, Kökzol və ya Gökcol da deyilir. Səmada bir yol kimi görünən qalaktika. Günəş sistemi bu qalaktika içərisindədir. Nağıl qəhrəmanlarının yenə bu yoldan keçdikləri izah edilər. Eyni mənalı olaraq "Ordu yolu" təbiri də istifadə edilir. Bəzən Quş yolu olaraq da ifadə edilər. Ancaq bu təbir çox məşhur deyildir. == Ordu yolu == Ordu yolu; türk, altay, macar və monqol mifologiyasında və xalq mədəniyyətində Süd yolu deməkdir. Urdazol və ya Ordacol olaraq da deyilər.
Kanat yolu
Kanat yolu — bir-birindən uzaq iki yer arasında, havada gərilmiş olan bir və ya bir neçə polad kəndir üzərində bağlanaraq yol alan asılı nəqliyyat vasitəsinə verilən ümumi addır. Kanat yolu lift prinsipiylə işləyib, xüsusilə vadi keçişlərində eynilə bir helikopter kimi yer səthindən olduqca yüksək nöqtələrə qalxa bilir. Kanat yolu nəqliyyat üçün çətin olan yüksəkliklər arasında qurulur. Bir dəniz ya da boğaz üzərində mövcud olanları da vardır. Kanat yolunun qurulduğu yerlər — quru, dəmir və dəniz yolu ilə nəqliyyatı çox çətin ya da çox bahalı olan bölgələrdir. Bu cür bölgələrdə müəyyən iki nöqtə arasında qurulan kanat yolu, insanların daşınması üçün istifadə olunur. İnsanların daşındığı kanat yollar polad kəmərlərlə asılı sərnişin kabinlərindən ibarətdir. Ümumiyyətlə tək istiqamətə və tək kəndir dolaşımlı olan kanat yolu sistemləri iki və daha çox polad kəndir ilə də hazırlanmaqdadır. Burada bir kəndir çəkici digər kəndir daşıyıcı kəndir vəzifəsini yerinə yetirir. Kanat yolu sistemləri polad kəndirə bağlama aparatı olan KLEM (Grip) vasitəsilə bir-birindən ayrılır.
Krallıq yolu
Krallıq yolu — e.ə. V əsrdə İran şahı I Dara tərəfindən salınmış yol. Herodotun əsərlərindən məlumdur. İran imperiyası süquta uğradıqdan və Selevkilər dövləti yarandıqdan sonra da yolun bir hissəsi kral sülaləsinin padşahları və qoşunları tərəfindən istifadə olunmağa davam etmişdir. Sarddan o zamanlar imperiyanın mühüm limanı olan Efesə gedən yolun bir hissəsini məhz onlar çəkmişdir. Daha sonra qismən Roma Respublikası və imperiyası, daha sonra Bizans imperiyası dövründə istifadə edilmişdir. Suzdan Sarda qədər uzanan krallıq yolunun uzunluğu təxminən 3,400 kilometr (2,100 mil) idi.
Lenin yolu
Lenin yolu (alm. Lenins Weg‎) — 1932-1936-cı illər ərzində Helenendorf və bir müddət sonra Bakı şəhərində nəşr olunmuş alman dilində qəzet. Kommunist yönümlü olan qəzet Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin dəstəyi ilə nəşr edilmişdir. Lenin yolu qəzeti Qafqaz almanları arasında kommunist ideyalarının yayılmasına hesablanmışdı.
Likiya yolu
Likiya yolu (türk. Likiya yolu) — Türkiyə, qədim Likiyanın dəniz sahili boyu uzanan turist marşrut yolu. Uzunluğu 509 km olan bu yol Fəthiyəni Antalya ilə birləşdirir. == Ümumi məlumat == Antik Likiya ərazisi Teke yarımadasında yerləşir. Likiya yolu bu ərazidə olan həm tarixi, həm də coğrafi obyektləri birləşdirir. Yol antik yollardan, patikalardan(dağ cığırlarından) və qatır yollarından ibarətdir. Likiya yolu bəzən dəniz sahili boyu, bəzəndə dağlıq ərazi boyu uzanır, bir qismi isə Olimpos Beydağları Milli Parkın ərazisindən keçir. Yolun keçdiyi ərazinin maksimal hündürlüyü 1811 m-dir. Yol keçilməsi baxımdan orta və ağır dərəcə ilə qiymətləndirilir. Ümumi məsafənin ortalama qət olunma müddəti 29 gündür.
Monorels yolu
Monorels yolu və ya təkrelsli dəmiryolu — nəqliyyat qurğusu. Sərnişin vaqonları və ya yük vaqonetləri lazımi yüksəklikdə quraşdırılmış estakadaya, yaxud ayrı-ayrı dayaqlara bərkidilmiş relsin (monorelsin) üzəri ilə hərəkət edən arabacığa bərkidilir. Vaqonlar ya arabacıqlara üstdən söykənir (talvar tipli monorels yolu), yaxud arabacaıqların altından sallanır (asma monorels yolu). Yük daşıyan monorels yolundan (uzunluğu 1,5 kilometrədək) sənaye müəssisələrində sexdaxili, sexlərarası və zavodlararası nəqliyyat vasitəsi kimi istifadə olunur. Yük vaqonetləri xüsusi platforma, özüboşalan kuzov, qaldırıcı və tutucu mexanizmlərlə təchiz olunur. 0,5–2 metr (bəzən 5 m) yük götürür, sürəti 2–4 km/saatdır. Bir sıra ölkələrdə sərnişin daşıyan monorels yolu (əsasən, təcrübə məqsədi ilə və ya sərgilərdə xidmət göstərmək üçün) titkilmişdir. Tokionun mərkəzi ilə Xaneda Hava Limanı arasında monorels yolu çəkilmişdir Vaqonlar 60–120 sərnişin tutur;qatarların sürəti 120 km/saat, ayrı-ayrı sınaq sahələrinmdə 240 km/saat və daha çox olur. Nisbətən baha başa gəldiyi üçün tətbiqi məhduddur. Адасинский С. А. Городской транспорт будущего.
Müstəqillik yolu
Müstəqillik yolu (türk. Bağımsızlık Yolu) — Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən solçu siyasi partiya. Əvvəllər qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən qurum 2018-ci ildə partiyaya çevrilmişdir. İlk dəfə 2022-ci il parlament seçkilərində iştirak etmişdir.
Nomentan yolu
Nomentan yolu (lat. Via Nomentana) - İtaliyada Romadan keçən və Lazioda yerləşən Nomenta şəhərindən (lat. Nomentum) 23 km şimal-şərqdə yerləşən qədim yoldur. Əvvəllər yol, Fikuliya yolu (lat. Via Ficulnensis) adlanırdı. Bunun səbəbi yolun Romadan 13 km məsafədə yerləşən etrusk-latın şəhəri olan Fikuleyaya (lat. Ficulea) qədər çatması idi. Sonralar yolu Nomentaya qədər uzatdılar və onun adı da dəyişdi. Zaman keçdikcə Nomentan yolunu bir az da uzatdılar və o, Adriatik dəniz sahilindəki Truentə (lat. Castrum Truentinum) qədər çatan Salariya yolu ilə birləşdi.
Olimpiya Yolu
Olimpiya Yolu ümumiyyətlə isə Uembli Yolu kimi tanınan bu yol İngiltərənin paytaxtı London şəhərində yerləşən Uembli Park metro stansiyasına və Uembli stadionu tərəfə bağlayan yoldur. Stadionda keçirilən bütün tədbirlərdən öncə minlərlə tamaşaçı məhz bu yoldan istifadə edərək stadionun girişinə yaxınlaşır. Məhz bu yol London metropolitenindən çıxarkən stadiona tərəf yönələn ən asan yoldur. Uembli Yolu İkinci dünya müharibəsindən sonra alman əsirlər tərəfindən bir neçə il ərzində tikilmişdr və bu əsirlər bu günə qədər Böyük Britaniya tərəfindən nəzarət altındadır. Başlanğıcda onlar Londonda keçirilmiş 1948 Yay Olimpiya Oyunları ərzində işləri görməkdən qəsdən boyun qaçırdılar lakin sonradan onların vəzifəsi mətbuatda yayımlanmış tənqidi yazı səbəbiylə dəyişdirildi; "Bunu fərz etmək olar ki, Əmək Nazirliyi könülsüz olan qul əməyinin yerli və xaricdən gələn ziyarətçilərin gözü qarşısında istifadə etmədən öncə çox dərindən düşünəcək." Əvəzində onlar daha az göz pnündə olan tikinti obyektlərində çalışdırıldılar.
Süd Yolu
Süd yolu (lat. Via Lactea, ing. Milky Way), Ağ yol və ya Kəhkəşan — Günəş sisteminin də daxil olduğu qalaktika. Hələ ən qədim zamanlardan, insanları aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırmışdır. Səmanın başqa hissələrindən fərqlənən və nisbətən möcüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məsələdir ki, adi gözlə bunu öyrənib müəyyən fikir söyləmək o qədər də asan olmamışdır. Teleskoplar icad olunduqdan sonra şimaldan cənuba doğru yönəlmiş həmin ağ zolağın Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların şüalanmasının yaratdığı fon olduğu məlum oldu. Buna Ağ yol, Süd yolu, müsəlman aləmində isə Məkkə yolu, anadolu türkləri isə Samanyolu adını verdilər. Bu işıqlı zolağa Məkkə yolu adının verilməsinin özünəməxsus tarixi vardır. Hələ kompas kəşf olunmamışdan qabaq, insanlar cəhətləri müəyyən ulduzlara və səma cisimlərinin vəziyyətinə görə təyin edirdilər.
Uşaqlıq yolu
Uşaqlıq yolu (ing. vagina) ― 8–10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; dölün və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatozoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir. Bunun ön divarı — lat. paries anterior və arxa divarı — lat. paries posterior vardır. Bunlar uşaqlıq yolu boş olan vaxt bir-birinə söykənir və aralarında frontal istiqamətdə durmuş bir yarıq qalır. Uşaqlıq yolu aşağıya doğru daralaraq uşaqlıq yolu dəliyi (girəcəyi) — lat. ostium vaginae (introitus vaginae BNA) vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır; yuxarıda isə uşaqlıq boynunun uşaqlıq yolu hissəsini (lat. portio vaginalis cervicis) əhatə edir və nəticədə uşaqlıq yolu ilə lat. portio vaginalis arasında uşaqlıq yolu tağı — lat.
Zəfər yolu
Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu" — Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. 7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir.
Ələhi yolu
Ələhi yolu — Ordubad rayonunun Ələhi kəndinin qərb tərəfində, çayın sağ sahilində arxeoloji abidə. Körpüdən çıxdıqdan sonra yol həm cənuba, həm də şimala doğru uzanır. Dağların yamacı boyunca uzanan yolu aşınmadan qorumaq üçün iri qaya parçalarından hörülmüş divarlar çəkilmişdir. Divarların ətrafından Orta əsrlərə aid şirsiz keramika parçaları aşkar olunmuşdur. Ələhi körpüsü yaxınlığında olan yolun salınmasını VII-XVIII əsrlərə aid etmək olar. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 99.
Eqnati yolu
Eqnati yolu və ya Via Egnasiya (lat. Via Egnatia) — Yunanıstanın Roma tərəfindən zəbt edilməsindən (e.ə. 146) qısa müddət sonra Balkanlardan keçən və Adriatik sahilindəki Dirraxi və Apolloniya ilə Egey sahilindəki Salonikanı birləşdirən Roma yolu. Sonradan Konstantinopola qədər uzanmış, Roma imperiyasının köhnə və yeni iki paytaxtı arasında əsas əlaqə yolu, həmçinin Qədim Romada mühüm iqtisadi marşrut kimi xidmət etmişdir. Yolun tikintisinə e.ə. 145-ci ildə başlanmış və 44 il davam etmişdir. == İndiki dövrdə == Qədim yolun hissələri Albaniya, Yunanıstan, Şimali Makedoniya və Türkiyə dövlətlərində bu günə qədər gəlib çatmışdır. Qədim hərbi ticarət yolunun marşrutu ümumi mənada müasir "Eqnatiya" magistralına bənzəyir. Onun sələfinin ümumi uzunluğu 746 mil (təqribən 1120 km), standart eni 6 metr idi. Qədim yolun marşrutu arxeoloqlar tərəfindən onun kənarlarına qoyulmuş ikidilli dirəklərdən istifadə etməklə yenidən qurulur.
Ədviyyat yolu
Ədviyyat yolu və yaxud Baharat yolu — Hindistan, Molukka adaları və Şərqi Afrikanı Aralıq dənizi ölkələri ilə birləşdirən yer üzündəki ən qədim ticarət yollarından birinin quru hissəsi. Ticarət yolu Ərəbistan və Qırmızı dəniz limanlarından başlayırdı. Burada mallar Petra vasitəsilə Aralıq dənizi sahillərinə gedən karvanlara yüklənirdi. Ticarəti asanlaşdırmaq üçün Kraliça Hatşepsut, fironlar III Senusret və I Nexo və Əhməni çarı I Dara Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirən kanal qazmağa cəhd etmişdilər. Ticarət yolunun adı şərti olaraq, ədviyyat yolu adlanırdı, çünki, yol ilə Hindistan və Uzaq Şərqdən müxtəlif ədviyyatlar gətirilirdi. Lakin ədviyyatla yanaşı, bu yol ilə həm də Şərqi Afrikadan qiymətli ağac və fil sümüyü, Çindən ipək, qızıl, gümüş və qiymətli daşlar da daşınırdı. XIII əsrdən başlayaraq müsəlman dövlətlərinin (Məmlük dövləti, Osmanlı və Səfəvi imperiyaları) ədviyyat ticarəti yolu üzərində hökmranlığı avropalıları alternativ yollar tapmağa məcbur etdi. Bu isə öz növbəsində Böyük coğrafi kəşflərə gətirib çıxardı. Ədviyyat ticarəti Asiya, Şimal-Şərqi Afrika və Avropadakı tarixi sivilizasiyaları əhatə edirdi. Darçın, kassiya, istiot, hil, zəncəfil, bibər, sarıkök, muskat fındığı, anis, mixək və s.
Təyin yolu
Təyin yolu — farmakologiya və toksikologiyada dərmanın, mayenin, zəhərin və ya digər maddənin orqanizmə daxil olması üsuludur. Dərmanların orqanizmə yeridilmə yollarının vahid təsnifatı olmasa da, əsasən, yerli (lokal) və sistem xarakterli olmaqla iki qrupa bölünür. Dərman maddələrinin orqanizmə yerli təyini yollarına aşağıdakılar aiddir: Epidermal (dəriüstü, perkutan) İntrakutan (dəriiçi, dəridaxili) Konyuktiva üzərinə İntranazal (burundaxili) İntrabukkal (ağıziçi, yanaqdaxili) İntratekal (subaraxnoidal) İntravaginal İntrarektal İntraplevral İntraperitoneal İntrakardial İntrauterin (uşaqlığın divarına — miometriuma inyeksiya) İntraartikulyar (oynaqiçi). Epidermal yolla dərman maddələri məhlul, suspenziya, məlhəm, krem və s. formada, əsasən, dəri xəstəliklərinin müalicəsi məqsədilə təyin olunur. Dərman maddələri dəri içinə, adətən, müxtəlif allergik və ya bakterioloji sınaqların aparılması məqsədilə təyin olunur. Bu yolla, həmçinin, yerli anestetiklər də təyin oluna bilər. Konyuktiva üzərinə oftalmologiya təcrübəsində istifadə olunan dərman maddələri (oftalmik preparatlar) təyin olunur. İntranazal yolla, əsasən, yerli təsir almaq məqsədilə iltihabəleyhinə, antibakterial, vazokonstriktiv təsirli maddələr, yerli anestetiklər təyin olunur. Bukkal yolla dərman maddələri, əsasən, ağızın selikli qişası və diş ətinin müxtəlif mənşəli xəstəliklərinin müalicəsində təyin olunur.
Appi yolu
Appi yolu (lat. Via Appia) – Romada ilk dəfə çaydaşı ilə döşənmiş yol (uz.təqr. 580 km, eni 4–4,5 m). E.ə. 312-ci ildə senzor Appi Klavdinin (adı da buradandır) dövründə salınmağa başlanmışdır. Appi yolu əvvəl Romadan Kapuya şəhərinədək (350 km), e.ə. 244-cü ildə isə Brundizi (indiki Brindizi) limanınadək uzanırdı. Romalılar mühüm ticari və strateji əhəmiyyətə malik Appi yolunu «yolların kraliçası» adlandırıdılar. Appi yolunun ən qədim sahəsində Roma patrisilərinin iqamətgahları, yol boyunca isə qəbirüstü abidələr, qurbangahlar, tanınmış şəxslərin, həmçinin Roma hərbi və dövlət xadimlərinin məqbərələri olmuşdur. Müqəddəs Pyotr ilə İsa Məsihin görüşdüyü yerdə “Domine Quo Vadis?” (“Hara gedirsən?”) erkən xristian bazilikası inşa edilmişdir.
İpək Yolu
Böyük ipək yolu — Qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan ticarət yoludur. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. E.ə. II əsrdə açılıb. Lançjoudan keçməklə Siandan Dunxuanacan uzanırmış. Burada iki yerə ayrılırmış: şimal yolu Turfandan Pamirə, oradan isə Fərqanəyə və Qazaxıstan çöllərinə qədər uzanıb. Cənub yolu Lobnor gölünün yanıyla, Təklə-Məkan səhrasının cənub hissəsiylə Yarkənd və Pamirdən (cənub hissəsindən) keçməklə Baktriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə qədər uzanmışdır. E.ə.145-ci ildə Çinlərlə Hunlar arasında müharibə başladı. Və e.ə.120-ci ildə Hunlar məğlubiyyətə uğradılar. "İpək yolu" və "İpək marşrutu" terminləri (alm.
Avtomobil yolu
Avtomobil yolu — avtomobillərin hərəkəti üçün salınan, yaxud uyğunlaşdırılan yol. Müasir avtomobil yolunda avtomobilin sürətli və intensiv hərəkəti təhlükəsiz, fasiləsiz və rahat olmaqla bərabər, yük və sərnişin daşınması ucuz başa gəlməlidir. == Tarixi == SSRİ-nin iqtisadiyyatdakı əhəmiyyətinə görə ittifaq, respublika, yerli (rayon və kənd) və müəyyən idarə tableyində avtomobil yolları var idi. Azərbaycanda olan ittifaq. respublika və vilayət əhəmiyyətli avtomobil yollarının hamısına Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin, yerli yollar isə rayon icraiyyə komitələrinin nəzarətində idi. Bundan əlavə, "Azərneft" birliyi tabeliyində olan avtomobil yolları da var idi. SSRİ-də avtomobil yolları beş texniki dərəcəyə bölünürdü. Dərəcə bütün yol boyu və ya onun ayrı-ayrı hissələrində perspektiv (10–20 ildən sonra) orta gündəlik hərəkət intensivliyinə görə təyin edilirdi. Hərəkətin orta gündəlik intensivliyi (hər iki istiqamətdə) 7 min avtomobildən ço olduqda yol I dərəcəli, 3 mindən 7 minədək II dərəcəli, 1,000-dən 3 minədək III dərəcəli, 200-dən 1,000-dək IV dərəcəli və 200-dən az olduqda V dərəcəli adlanırdı. == İnşaatı == Yolun texniki normativləri (hərəkətin hesablanma sürəti, hərəkət zolaqlarının sayı, genişliyi, yol çiyinlərinin eni, üfüqi və şaquli əyrilərin ən kiçik radiusları, ən böyük uzunluq mailliyi, ən kiçik görmə məsafəsi, yol örtüyünün tipi və s.) onun texniki dərəcəsinə əsasən inşaat normaları üzrə müəyyənləşdirilir.
Ölçü
Ölçü - hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş vahid. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır və bu kəmiyyət xarakteristikalarınin hər birinin ölçüləri vardır. Hər bir elmdə və sənətdə umumi ölçülərlə bərabər yalnız onlara məxsus olan ölçülər və ölçü vahidləri vardır. Məsələn: Texnikada və fizikada (bax Ölçü vahidləri, Ölçü cihazı, Cihazlar və qurğular) Riyaziyyatda (bax Çoxluqlar nəzəriyyəsi) Zərgərlikdə (bax Karat (ölçü vahidi)) Fəlsəfədə (bax Ölçü (fəlsəfə)) və s. Xüsusi texniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin təcrübi yolla tapılmasıdır Xətti, radius və bucaq kəmiyyətləri ölçmələri texniki ölçmələr adlanır. Ölçmələr sınaqlar və nəzarət zamanı obyekt haqqında informasiya alınmasının aralıq və son mərhələsi ola bilər. Sınaq isə nəzarət prosesində ilkin informasiya alınmasının bir mərhələsidir. Müəyyən edilmiş texniki normalara məmulatın uyğunluğunun yoxlanılması prosesidir və ondan məhsulun keyfiyyəti xeyli asılıdır. Ölçmə vasitələrinin tətbiqi ilə aparılan texniki nəzarət ölçmə nəzarəti adlanır. Sınaq obyektinin kəmiyyət xassələrinin obyektə müəyyən təsir göstərməklə müəyyən edilməsidir.
Ölçü (fəlsəfə)
Ölçü — predimetin və ya hadisənin keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi vəhdətini ifadə edən fəlsəfi kateqoriyadır. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır. Bu xarakteristikalar dəyişkən və mütəhərrikdir. Lakin onların özünün dəyişməsi zəruri surətdə müəyyən hüdudlarla məhdudlaşır ki, bunlardan kənara çıxdıqda kəmiyyət dəyişmələri keyfiyyət dəyişmələrinə gətirib çıxarır.(Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.) Bu hüdudlar Ölçüdür. Öz növbəsində mövcud obyektin keyfiyyətinin dəyişməsi onun kəmiyyət xarakteristikalarının və ölçüsünün dəyişməsi ilə nəticələnir.Kəmiyyət və keyfiyyətin əlaqəsi və vəhdəti mövcud obyektin təbiətindən asılıdır. Əgər obyektin inkişafını nəzərdən keçirsək, o zaman bu prosesin bir pilləsindən digər pilləsinə keçid nöqtələri dəyişkən nöqtələr kimi aşkara çıxır. Belə düyün nöqtələri sistemini ölçülərin düyün xətti adlandırmaq qəbul olunmuşdur. Fəlsəfə tarixində Ölçü kateqoriyasını ilk dəfə Hegel hazırlamışdır. Fəlsəfə Ensklopedik lüğəti.
Ölçü cihazı
Cihaz və ya ölçü cihazı – verilmiş fiziki kəmiyyəti hər hansı bir diapazonda ölçmək üçün tətbiq olunan qurğudur. İndikasiya üsuluna görə: Rəqəmli multi ölçü cihazı.Bu cihaz yalnız ölçülən kəmiyyətin qiymətini göstərməyə imkan verir. Qeyd edici cihaz – burada ölçülən kəmiyyət qeyd edilir. Nəticə ya analoq ya da rəqəmli şəkildə verilə bilər. Ölçmə üsuluna görə: Bir başa ölçən, burada kəmiyyətin qiyməti bir başa ölçülür, məsələn manometr, ampermetr. Müqayisəli şəkildə olçən cihaz, burada ölçmədən alınan nəticə dolayı yolla bir etalon qiymətlə müqayisə edilərək qiymətləndirilir. Nəticənin təsvirinə görə: Analoq ölçmə cihazı, burada cihazın göstəricisi bir başa ölçülən kəmiyyətdən asılı olan funsiya ilə müəyyən olunur. Rəqəmli ölçmə cihazı - ölçmənin nəticəsi rəqəmli şəkildə verilir. Başqa əlamətlərinə görə: Çəmləşdirici ölçmə ciha zı ölçmənin nəticəsini müxtəlif yollarla əldə edilən iki və daha artıq finksiyalardan asılı olaraq təyi edilir. İnteqrallayıcı ölçmə cihazı ölçmənin nəticəsini inteqralladıqdan sonra göstərir.
Yol, qayıdış yolu
Yol, qayıdış yolu (ing. The Way, Way Back) — Nat Fakson və Cim Raş tərəfindən yazılıb, rejissorluğu edilən ABŞ istehsalı komediya-dram filmi. Film 14 yaşlı özünə qapalı yeniyetmədən bəhs edir, Dankan anası və onun sevgilisi olan şəxslə yay tətili üçün, Massaçusetsin Vearem qəsəbəsinə ziyarət edir. Rollarda Stiv Kerell, Toni Kolett, Cenni Ellison, Annasofiya Robb, Sem Rokuell, Maya Rudolf və başqaları çəkilib.