Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nina Zilli
Rzaqulu mirzə Zilli
Rzaqulu mirzə Əhməd mirzə oğlu Zilli (d. 1906 — ö. 1945) — Qacar şahzadəsi, müğənni. Əhməd mirzənin dördüncü oğlu Rzaqulu mirzə 1906-cı ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Musiqişünas idi. İranda böyük xanəndə kimi tanınmışdı. Əbülhəsən xan İqbali Azərin və Arif Qəzvininin şagirdi olmuşdu. Rzaqulu mirzə 1945-ci ildə vərəm xəstəliyindən vəfat edib. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Zilli Namazov
Zilli Namazov (1951 – 27 dekabr 2021) — Azərbaycan kino aktyoru, ikinci rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2019). 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib,1976 ildən Azərbaycanfilmdə aktyor-rejissor kimi çalışır…Azərbaycanfilmin istehsal etdiyi 50-dən çox filmdə irili-xırdalı obrazlar yaradıb. Bundan əlavə "Belarusfilm","Mosfilm","İranfilm" və ABŞ-nın istehsal etdiyi filmlərdə çəkilib. Yaratdığı xarakterik obrazlarla tamaşıçıların qəlbinə yol tapan aktyor dublay olunan filmlərdə fəaliyyət göstərir. Gənc aktyorların formalaşmasında yaxından iştirak edir. Eyni zamanda görkəmli kino rejissoru Vaqif Mustafayevin çəldiyi filmlərində rejissor kimi işləyib. Hal-hazırda kino fəaliyyəti ilə yanaşı, televiziya sahəsində də, çalışır. Ailəlidir:oğlu İlkin Namazov da aktyor kimi çalışır. Zilli Namazov 27 dekabr 2021-ci ildə Bakı şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Zillisultan
Sultan Məsud mirzə Qovanlı-Qacar (1847-1918)-şahzadə, əyalət valisi Sultan Məsud mirzə Nasirəddin şah oğlu 1847-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Anası İffətüssəltənə Mirzə Qulu bəy qızıdır. İffətüssəltənə Qacar elindən olmadığına görə Sultan Məsud mirzə vəliəhd təyin edilməmişdi. O, mükəmməl saray təlim-tərbiyəsi, təhsili almışdı. Yəminüddövlə və Zilliüssultan ləqəblərini daşıyırdı. Daha çox ikinci ləqəbi ilə tanınırdı. Nasirəddin şah böyük oğlunun xətrini çox istəyirdi. Ona şahlığında heç nəyi əsirgəməmişdi. Sultan Məsud mirzə çox ərköyün böyüdüyündən qaba xasiyyət olmuşdu. Var-dövlətə, hakimiyyətə çox hərisliyi vardı.
Zillur Rəhman
Zillur Rəhman (benq. জিল্লুর রহমান) — banqladeşli siyasi və dövlət xadimi. Zillur Rəhman, 1929-cu il, martın 9-da vəkil ailəsində anadan olmuşdur. Ali təhsilini Dəkkə Universitetində tarix və hüquq ixtisası üzrə almışdır. 1952-ci ildə benqal azadlıq hərəkatına qoşulmuşdur. 1970-ci ildə o zaman Pakistanın bir hissəsi olan Banqladeş parlamentinə seçilmişdir. Banqladeşin tanınmayan milli hökümətinin fəal əməkdaşı idi. Ölkədə müstəqilliyin bərqərar edilməsindən sonra da siyasi fəaliyyətini davam etdirərək "Liqi Avami" partiyasının baş katibi oldu. 1973-cü ildən Banqladeş Parlamentinin üzvü idi. Prezident Micibur Rəhmanın ölümündən sonra ölkənin yeni hərbi rəhbərliyinin represiya təzyiqlərinə məruz qaldı.
İll Bill
Uilyam Braunşteyn (ing. William Braunstein — Quins, Nyu-York, 14 iyul 1972) Bruklin çıxışlı rep ifaçısı, prodüser. Non Phixion qrupu ilə məşhurluq qazanmışdır. Politik, cinsəllik və şiddət yönündə yazdığı sözləri ilə yanaşı, "Uncle Howie Records"-un qurucusu və prodüser kimi tanınır. Hal-hazırda La Coka Nostra qrupunun tərkibində fəaliyyət göstərir. Bundan başqa, qardaşı Ron da Necro ləqəbi ilə tanınan məşhur repçidir. 1994-cü ilin sonlarında 3rd Bass qrupunun üzvü olan MC Serch öz tələbəsi Sabac Redi DJ Eclipse və İll Bill ilə birləşdirərək Non Phixion qrupunu qurdu. Bundan sonra, İll Billin uşaqlıq dostu olan Goretex MC Serchlə freestyle etdikdən altı ay sonra qrupa qatıldı. MC Serch qrupun ilk albomu olan "The Future is Now" (azərb. Gələcək indidir‎) albomunda çıxış etmədi.
Kill Kill
Kill Kill — amerikalı müğənni Lana Del Reyin 21 oktyabr 2008-ci ildə Lizzy Grant adı altında buraxdığı ilk mini-albomu (EP). Mini-albom 5 Points Records tərəfindən buraxılıb, üç trek daha sonra 2010-cu ildə buraxılan Lana Del Ray albomunda yer alıb. "Yayo" mahnısı yenidən yazılıb və üçüncü dəfə 2012-ci ildə Paradise mini-albomunda buraxılıb. Mini-albomun tanıtılması üçün bir sinql "Kill Kill" buraxılıb. Trekin musiqi klipi 2008-ci ildə yayımlanıb. == Trek siyahısı == Mahnıların prodüserliyini David Kahne edib.
Bill
Bill — dünyada daha çox işlədilən ad. Bill Klinton — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001) Bill Geyts — dünyanın ən varlı şəxslərindən biri Bill Hinzman — ABŞ aktyoru və rejissoru Bill Nighy — aktyor Bill Şuster — ABŞ Konqresinin 2001-ci ildən üzvü Bill Mürrey — amerika akyoru, "Qızıl Qlobus" BAFTA mükafatları laureatı.
Hill
Hill — soyad. Con Hil — ingilis botaniki. Mildrid Ceyn Hill — "Good Morning to All" ( "Hamınızın sabahı xeyir") mahnısını bəstələyən Silent Hill Kennet Hill — Avstraliya botaniki.
Lill
Lill (fr. Lille [lil] dinlə, pikard Lile, q.flamand Rysel, nid. Rijsel) — Fransada şəhər və kommuna, O-de-Frans bölgəsinin və Nor departamentinin mərkəzi. Şəhər Döl kanalının sol sahilində, Belçika sərhəddinin 14 kilometrliyində yerləşir və son zamanlara qədər Fransa tekstik sənayesinin mərkəzi hesab oolunurdu. == Tarixi == Şəhərin adı Deüle çayındaki bir adadan gəlir: köhnə Fransızca (L'Isle). Lill və ətrafı tarix boyunca romalıların təsirində qalmışdır və latın dilindən istifadə etmişdir. == Əhali == 226 000 nəfərlik əhalisi ilə ətrafındakı ən böyük yaşayış mərkəzidir. Şəhər 2004-cü ildə Avropa Mədəniyyət Paytaxtı seçilmişdir.
Mill.
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Sill
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Zili
Zili — xovsuz xalça növünün ən maraqlı nümunələrindən biri. Zili zərif toxunuşlu olur. Yaşlı xalçaçıların söylədiklərinə görə, Bərdə, Cəbrayıl, Naxçıvan, Şirvan, Abşeron, Xızı, Təbriz, Qazax və digər rayonlarda istehsal olunan zililər XVIII əsr – XIX əsrin əvvələrində Avropa və Rusiyaya ixrac olunurdu. "Zili" xalçalarının ən xarakterik xüsusiyyəti - heyvan və bitki elementlərinin üslublaşdırılmış formasıdır. Qarabağ tipinin xovsuz xalça növünə aid olan “Zili”, əsas etibarilə, Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl, Naxçıvan rayonlarının xalçaçılıq müəssisələrində istehsal olunmuş və “Qarabağ Zili” adı ilə məşhurlaşmışdır. “Qarabağ zili”si “Qazax zili”sindən daha zərifdir, lakin “Bakı zili”sindən daha kobuddur. Bununla bərabər,onlar həm milli, həm də xarici bazarlarda əhəmiyyətli mövqe qazanmışlar. Qədim zamanlarda zili köçəri əhalinin məişətində geniş istifadə olunurdu, hal – hazırda isə yaşayış yerlərinin bəzəyi hesab olunur. Qarabağ zililəri bədii nöqteyi – nəzərdən kompozisiyasına və rəng çalarlarına görə Bakı və Qazax zililərindən fərqlidir. Kompozisiya şahmat sxemini xatırladır, onun kvadrat, düzbucaqlı və çoxbucaqlı formalı əsas elementləri Qarabağ tipi üçün səciyyəvidir.
Kill la Kill
Kill la Kill (yaponca: キルラキル, Hepbörn: Kiru Ra Kiru, azərb. Ya öldür, ya öl‎) — Trigger studiyası tərəfindən istehsal olunmuş anime serialı. Kimsəsiz məktəbli qız Ryuko Matoyun atasının qatilinin axtarışına çıxmasından, Honnoci Akademiyasının məktəb şurasının prezidenti Satsuki Kiryuin ilə münaqişəyə girməsindən və anasının dəb imperiyasından bəhs edir. "Kill la Kill" Trigger studiyasının ilk orijinal anime serialıdır. Anime serialının rejissoru Hiroyuki İmayşi, ssenari müəllifi Kazuki Nakaşimadır. Onlar daha əvvəl "Gurren Lagann" animesi üzərində birlikdə işləmişdilər. Anime Yaponiyada 4 oktyabr 2013-cü ildən 28 mart 2014-cü ilə kimi yayımlanmışdır. Anime serialı ABŞ-nin Adult Swim kanalının Toonami blokunda 8 fevral 2015-ci ildə göstərilməyə başlamışdır. Ryo Akuzuki tərəfindən hazırlanan manqa adaptasiyası Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında 4 oktyabr 2013-cü ildə nəşr olunmağa başlamışdır. 3 sentyabr 2014-cü ildə anime serialının əslində 25-ci seriyası olan OVA seriyası buraxılmışdır.
Zil
Zil (səs) — səs tembiri. Zil (dağ) — dağ. Zil (Tabasaran) — Tabasaranda kənd. ZİL — Yük maşını.
Emmett Till
Emmett Till (25 iyul 1941, Çikaqo, İllinoys, ABŞ – 28 avqust 1955) ABŞ-nin Missisipi ştatında 1955-ci ildə 14 yaşında ikən irqçi bir cinayət nəticəsində ödürülən Afroamerikalı uşaq. Emmet Till cinayəti, Afroamerikalılar vətəndaş haqqlar hərəkətinin qurulmasına səbəb olmuşdur.
Jill Abramson
Cil Ellen Abramson (19 mart 1954, Nyu-York, Nyu-York ştatı) — Amerikalı müəllif və jurnalistdir. The New York Times qəzetinin keçmiş icraçı redaktoru kimi tanınır; Abramson bu vəzifəni 2011-ci ilin sentyabrından 2014-cü ilin may ayına qədər tutmuşdur. O, 160 illik tarixində ilk qadın icraçı redaktordu. Abramson 1997-ci ildə New York Times qəzetinə qatılıb, redaktor adlandırılmadan əvvəl Vaşinqton bürosunun müdiri və idarəedici redaktoru olaraq çalışmışdı. Əvvəllər The Wall Street Journal-da istintaq müxbiri və büro müdirinin müavini kimi də çalışıb. 2016-cı ilin mart ayında ABŞ-nin "Guardian" qəzetinə siyasi köşə yazarı olaraq işə qəbul edilib. Abramsonun kitabı Donald Trump tərəfindən düzgünlüyünə görə təriflənsə də, 2019-cu ildə "Tacirləri Həqiqət" kitabında plagiat keçidlər və çoxsaylı faktiki səhvlər olduğu aşkarlandıqdan sonra jurnalistlər tərəfindən geniş tənqid aldı. 2012-ci ildə ən güclü qadınlar siyahısında Beşinci sırada yer alıb. Xarici Siyasətçilər tərəfindən o, dünyanın ən güclü 500 insanından biri seçilib. == Həyatı və təhsili == Abramson Nyu York şəhərində anadan olub və yəhudi evində böyüyüb.
Kapitol Hill
Capitol Hill ABŞ Konqresinin metaforası olsa da, Vaşinqton şəhərində ən böyük tarixi məhəllədir. Geniş küçələri ilə Capitol adlı ABŞ Konqres Binasının önündən şərqə doğru uzanır. Vaşinqtonun ən qədim məhəllələrindən biri olsa da, 5 km² ərazisində təxminən 35.000 əhalisi ilə ən sıx məskunlaşılan məhəllələrdən biridir.
Kennet Hill
Kennet Hill (ing. Kenneth D. Hill; 6 avqust 1948 – 4 avqust 2010, Sidney) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Kennet Hill toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 400-dən artıq növ təsnif etmişdir. == Əsərləri == Hill, K.; Osborne, R. Cycads of Australia. — Sydney, 2001. — 116 p. — ISBN 0–7318-0886-X. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Stanberg, Leonie. "Hill, Kenneth (Ken) D. (1948 - 2010)". Australian National Herbarium. 2010.
Lill (rayon)
Lill (fr. Lille) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nor. Suprefektura — Lill. Rayon əhalisi 2012-ci ildə 1 217 202 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1384,8 nəf / km². Rayon sahəsi — 879 km².
Lill FK
Lille Olympique Sporting Club (Lille OSC olaraq da tanınır) — Fransa futbol klubu. Klub 1902-ci ildə qurulmuş olan Olimpik Lillois və 1901-də qurulmuş olan SC Fives futbol komandalarının birləşməsiylə 1944-cü ildə Fransanın şimalında olan Lill şəhərində qurulub. == Klub tarixi == === 1944-2000 === İkinci dünya müharibəsindən sonra "Lill" 3 dəfə liqa çempionu olmuş, 4 dəfə liqanı ikinci olaraq bitirmiş və 6 dəfə Fransa kubokunu qazanmışdır. Amma daha sonra yerli rəqibi olan "RC Lens" göstərdiyi müvəffəqiyyət və marağın kölgəsində qalmışdır. İki klub arasındakı köklü rəqabət, Lil OSC-nin böyük bir burjuaziya şəhəri - eyni zamanda Fransız Flanders hissəsinin paytaxtı olan Lilli RC Lens-in isə orta hissənin mədənçilərin yaşadığı Lens şəhərində qurulmuşdur. === 2000 === İkinci liqada üç il keçirdikdən sonra 2000-ci ildə döndükləri Birinci Liqada qazandıqları uğurlar; üç dəfə; 2002, 2005 və 2006-cı ildə Çempionlar Liqasına qatılmaq, 2004-cü ildə İntertoto Kubokunu qazanmaq kimi, yerli rəqiblərinin müvəffəqiyyətlərindən çox daha üstündür. Liqa 1-də 2004/05 mövsümündə Lille Monaco, Marsel kimi böyük klubların və yerli rəqibi Lens-in qarşısında liqa ikincisi olaraq parlaq bir müvəffəqiyyətə imza atdı. Lyonu evində məğlub etməsinə baxmayaraq qazanmadıqları bir çempionluq mübarizəsi yaşandı. Lille birbaşa UEFA Çempionlar liqası qrupunda çıxış etmək şansı qazandı və qrup mərhələsini keçərək Avropada yaxşı təsir bağışlayaraq iz buraxdı. 2 Noyabr 2005 tarixində Çempionlar liqası qrup oyunlarında Mançester Yunaytedi məğlub edərək öz klub tarixlərindəki ən böyük müvəffəqiyyətlərdən birini əldə etdilər.
Monako-Vill
Monako Vill (fr. Monaco-Ville) — Monako paytaxtı. Şəhər ölkənin sentrin cənubda, Aralıq dənizin sahilində yerləşir.
Monako Vill
Monako Vill (fr. Monaco-Ville) — Monako paytaxtı. Şəhər ölkənin sentrin cənubda, Aralıq dənizin sahilində yerləşir.
Nathalia Dill
Nathalia Goyannes Dill Orrico (Portuguese: [[Beynəlxalq fonetik əlifba|[naˈtaliɐ ˈdʒiw]]]; 24 mart 1986, Rio-de-Janeyro) — Braziliya aktrisası.
Nottinq-Hill
Nottinq-Hil (ing. Notting Hill) — London şəhərinin rayonu. Kosmopolitan olan rayonda hər il Avropanın ən böyük küçə karnavalı olan Nottinq-Hil karnavalı keçirilir. Rayon Londonun 19-cu əsrdə qərbə genişlənməsinə qədər kənd kimi qalmışdır. 19-cu əsrin əvvəllərində Ledbrok ailəsi memar Tomas Elloma Nottinq-Hili Belqravia kimi nüfuzlu rayona çevirməyi sifariş verdi. 1965-ci ildən rayonda hər ilin Avqustu Nottinq-Hil küçə karnavalı keçirilir. Karnaval 1950-ci illərdən yaşayan Karib əsilli əhali tərəfindən təşkil olunur.
P.Mill.
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Peti Hill
Peti Smit Hill (27 mart 1868 - 25 may 1946), bacısı Mildrid Ceyn Hill ilə birlikdə sonralar "Happy birthday to you" (azərb. Doğum günün mübarək‎) kimi məşhurlaşan melodiyanı yazmaqla,tanınan bəstəkar və müəllim. O,Amerikada uşaq bağçasında müəllimə və hazırda Gənclərin Təhsili üzrə Milli Dərnək olaraq mövcud olan Məktəbəqədər Təhsil üzrə Milli Dərnəyin əsas təsisçisi idi. Peti Smit Hill,1868-ci ildə Luisvill (Kentukki) kənarda yerləşən Ankoreyg şəhərində anadan olmuşdur. Valideynləri,Peti və digər bacı-qardaşlarına təhsilin əhəmiyyətini,oyunun dəyərini və başqaları üçün bunları təbliğ etməyin zəruriliyini aşılayan insanlar idi. Atası Uilyam Vols Hill,Kentukki Basda anadan olub,1833-cü ildə Kentukki,Danvilldəki Mərkəzi kollecdən məzun oldu və 1838-ci ildə Prinston Universitetindən ilahiyyat doktoru dərəcəsi aldı. Bütün həyatını nazir və təhsil işçisi olaraq davam edtdirməsi,Hill ailəsinin Kentukkidən,Missuriyə,Texasa apardı. Anası Marta Ceyn Smit, Uilyamın ikinci həyat yoldaşı idi (birinci həyat yoldaşı doğuş zamanı vəfat etmişdi). O,Pensilvaniyada anadan olmuşdu,yeniyetmə ikən qardaşı ilə birlikdə,əmi və bibisinin Denvildəki plantasiyalarında yaşamaq üçün ora köçürlər. Marta Ceyn öyrənmək və öyrəndiklərini başqaları ilə bölüşməkdə olduqca həvəsli və diqqətcil idi,buna misal olaraq Qrayms plantasiyalarındakı qullara oxumağı və yazmağı öyrətməsini göstərmək olar.
Qill Markus
Qill Markus — CAR Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Samanta Xill
Samanta Xill (d. 8 iyun 1992) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Samanta Xill, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.