Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarı Ələkbər
Sarı Ələkbər (tam adı: Sarı İmamqulu oğlu Ələkbər; 1 iyul 1885, Yelizavetpol – 6 noyabr 1938, Qars, Qars ili) — Gəncə üsyanının təşkilatçılarından. Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə taqım komandiri. == Həyatı == Sarı Ələkbər 1874-cü il 1 iyul tarixində Gəncədəki Xəlfəli məhəlləsidə anadan olmuşdur. Azərbaycanın yaxın tarixində öz izi olan şəxsiyyətlərdən olan S. Ələkbər 1905-ci il azərbaycanlıların azadlıq hərəkatının ilkin çağlarından "Difai" milli təşkilatının üzvü olmuş, bir qədər sonra Gəncə Milli Komitəsinin aparıcı şəxslərindən olmaqla onun iki zərbə dəstələrindən birinə başçılıq etmişdir. === Ailəsi === Cəvahir xanımla ailə qurmuş S. Ələkbərin Qulu, İsmayıl adlı iki oğlu Briliant adlı qızı olmuşdur. Qızı Birilant Əsədulla Ağüzümün oğlu Lətif Ağüzümlə evlənmişdir. 1946-cı ildə anadan olmuş Başxanım 1931-ci ildə sürgün olunmuşdur. == AXC dövründə fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə taqım komandiri olmuş, daha sonra polis idarəsi rəisinin müavini işləmişdir. Gəncə üsyanının başçılarından biri Cahangir bəy Kazımbəy xatirələrində 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Balabağban məscidində partizan dəstələrinin rəhbərləri Sarı Ələkbər və Qaçaq Qəmbərlə üsyana başlamaq haqqında razılığa goldiklərini qeyd etmişdir. Üsyan zamanı qəhrəmanlıqlar göstərən San Ələkbər 11-ci Qırmızı ordu hissələrinin tərk-silah olunmasında fəal iştirak etmişdir.
Əli Ələkbər
Əli Əkbər (Ələkbərov Əli Hüseyn oğlu; 27 aprel 1927, Qovuşuq – 5 iyun 2022, Sumqayıt) — Azərbaycan şairi. == Həyatı == Əli Əkbər 1927-ci il aprel ayının 27-də Qərbi Azərbaycanın Dərələyəz mahalındakı Qovuşuq kəndində (Yexeqnadzor rayonu) anadan olub. 1947-ci ildə orta məktəbi bitirməmiş onu rayon xalq maarif şöbəsi oxuduğu məktəbdə müəllim təyin edir. İki il orta məktəbdə müəllim işlədikdən sonra yenidən oxuyub 1950-ci ildə orta məktəbi bitirir. Orta məktəbi bitirdikdən sonra rayon xalq maarif şöbəsi onu yenidən müəllim təyin edir. O, 1950-ci ildən 1965-ci ilə qədər Dərələyəz mahalının Sallı, Hors, Gədikvəng və Qabaxlı kəndlərində müəllim işləyir. Paralel olaraq ali təhsil almaq üçün Bakıya gələrək 1962-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şöbəsinə daxil olur. 1968-ci ildə universiteti müvəffəqiyyətlə bitirir. 1988-ci ilə qədər Dərələyəz mahalının Qovuşuq kənd orta məktəbində azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etmişdir. 1988-ci ildə bədxah ermənilərin təzyiq ilə doğma dədə-baba yurdlarından çıxarılan azərbaycanlılarla birlikdə Əli müəllim də Azərbaycana gələrək Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məskunlaşır.
Ələkbər Abdullayev
"Ələkbər Abdullayev — polkovnik, == Həyatı == Aslan Sultanovun 1920-ci ildə Qubadlı qəzasının milis idarəsinə işə götürdüyü Ələkbər Abdullayev isə Sovet dönəmində 1930-cu ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləmişdir. Sonralar isə Daxili İşlər Nazirliyinin banditizmə qarşı mübarizə idarəsinin rəisi vəzifəsinə qədər yüksəlmişdir. Bu sistemdə polkovnik rütbəsinə qədər ucalmışdır.
Ələkbər Axundov
Ələkbər Babazadə
Ələkbər Abbasəli oğlu Babazadə (1893-1943) — Dilimizin görkəmli tədqiqatçısı, dilçi, müəllim. == Həyatı == 1893-cü ildə Gəncədə anadan olub. İlk təhsilini 8 illik məktəbdə almışdır. 1943-cü ildə Bakıda vəfat edib. == Fəaliyyəti == 1912-1924-cü illərdə "Tovfiq" məktəbində və Gəncənin müxtəlif məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub. 1924-cü ildə Bakıya gəlir. Azərnəşrdə - Yeni Türk Əlifbası Mərkəzi Komitəsində müxtəlif vəzifələrdə işləməyə başlayır. Məşhur çuvaş alim Nikolay İvanoviç Aşmarinlə tanışlığı həyatında mühüm hadisə oldu. Aşmarinin məsləhəti ilə Ə.Babazadə "Azərbaycan türklərinin xalq dialektləri lüğəti" üçün material toplamağa başlayır. 1929-1933-cü illərdə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətinin birinci dərəcəli elmi əməkdaşı kimi işə başlayır.
Ələkbər Bayramov
Ələkbər Bayramov (Bayramov Ələkbər Əzizağa oğlu; 10 aprel 1959, Ocaqlı, Astraxanbazar rayonu) — Rusiya alimi; Tibb elmləri doktoru, professor. Kliniki endikrinologiya elmi‑tədqiqat laboratoriyasının müdiri. V.A.Almazov adına ürək, qan və endikrinologiya Federal Mərkəzinin Endikrinologiya İnstitutu direktorunun elmi iş üzrə müavini, Androloq-endokrinoloq həkim. Rusiya Psixoneyroendokrinoloqlar Cəmiyyətinin, Avropa Neyroendokrinoloqlar Cəmiyyətinin üzvü. == Həyatı == Bayramov Ələkbər Əzizağa oğlu 1959-cu il aprelin 10-da Azərbaycan Respublikası Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olub. 1986-cı ildə Leninqrad Sanitar-Gigiyena Tibb İnstitutunu (LSGTİ) (sonradan İ.İ.Meçnikov adına Sankt-Peterburq Dövlət Tibb Akademiyası, hazırda İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti) fərqlənmə ilə bitirib. 1987-2009-cu illərdə Rusiya Tibb Elmləri Akademiyasının akademiki F.Q.Uqlovun akademik İ.P.Pavlov adına Leninqrad Tibb İnstitutunun subordinatorlar üçün hospital cərrahiyyə kafedrası nəzdindəki akademik qrupunda kardiologiya üzrə elmi işçi vəzifəsində çalışıb. 1987-ci ildə Ə.Bayramov klinik kardiologiya üzrə ixtisaslaşma keçib. 1991-ci ildə “ürək-damar cərrahiyyəsi” və “farmakologiya” ixtisasları üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Cərrahi müalicə etapında gecikmiş mərhələdə olan birləşmiş mitral ürək qüsurlu xəstələrdə miokardın metabolik pozulmasının qiymətləndirilməsi və onların farmakokorreksiyası” mövzusunda dissertasiya müdafiə edib.2000-2005-ci illərdə Rusiya Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Eksperimental Tibb İnstitutunun S.V.Aniçkov adına neyrofarmakologiya şöbəsində çalışarkən “Cinsi funksiyanın mərkəzi holinerjik tənzimlənməsi mexanizmləri” mövzusunda doktorluq dissertasiyası üzrə elmi işini yerinə yetirib. Dissertasiyanı 2009-cu ildə S.M.Kirov adına Hərbi-Tibb Akademiyasının Dissertasiya Şurasında “urologiya” və “farmakologiya” ixtisasları üzrə müdafiə edib.
Ələkbər Cabbarov
Cabbarov Ələkbər Məmmədəli oğlu (3.1.1898, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == I Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini təbiət elmləri sahəsində davam etdirmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ələkbər Cahangirov
Ələkbər Məhəmməd oğlu Cahangirov (Aşağı Noxudlu, Salyan rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki, xüsusi təyinatlı hərbi hissə komandiri, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Ələkbər Cahangirov Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. Azərbaycan Ordusunun polkovniki olan Ələkbər Cahangirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi hissə komandiri olaraq iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Ələkbər Cahangirov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Ələkbər Eminov
Ələkbər Əli oğlu Eminov (1908, Göyçay) — Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi. == Həyatı == Ələkbər Əli oğlu Eminov 1908-ci ildə Göyçay rayonunda bənna ailəsində anadan olmuşdur. O, 1922-ci ildə birinci dərəcəli məktəbi bitirmiş, 1924-cü ildə isə Göyçay da olan ikinci dərəcəli məktəbə daxil olsa da təhsili yarımçıq qalmışdı. == Siyasi fəaliyyəti == Ələkbər Eminov gənc yaşlarına komsomol üzvü olmuş, əvvəlcə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Göyçay okruq komitəsinin təlimatçısı, sonra pioner şöbəsinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Ələkbər Eminov 1932-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul edilmiş və Stalin adına pedrabfakda (altı aylıq kurs) təhsil almışdı. 1932-1936-cı illərdə Göyçayda komsomol təşkilatında müxtəlif vəzifələrdə işləmişdir. O, 1936-1938-ci illərdə Naxçıvan vilayət komsomol komitəsinin birinci katibi kimi çalışmışdır. 1938-ci ilin mayında Ələkbər Eminov Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi seçilmişdir. O, həmin ildə Ali Sovetə keçirilən seçkilərdə deputat mandatı da qazanmışdır. 1941-ci il yanvarın 6-da Stalin adına pedaqoji məktəbin akt zalında müəllimlərin yanvar müşavirəsi keçirilir.
Ələkbər Eyvazov
Eyvazov Ələkbər Almaxan oglu (1 fevral 1973, Bozayran, Yardımlı rayonu – 11 yanvar 1993, Alxanlı, Füzuli rayonu) — şəhid. == Həyatı == Ələkbər Eyvazov 1973-cü il fevralın 1-də anadan olub. Əslən Yardımlı rayonunun Bozayran kəndindəndir. Ailədə dördüncü uşaq idi. Anasının adı Əminədir. Sonralar 275 saylı məktəbdə təhsil almışdır. 1992-ci ilin may ayının 21-də Bakı şəhəri Suraxanı RHK-dan hərbi xidmətə çağırıldı. 702-ci hərbi hissənin avtomatçısı idi. İyun ayında Qaraxanlı kəndinə yollandı. Qacar Veysəlli kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə qərəmancasına döyüşdü.
Ələkbər Heydəri
Ələkbər Heydəri (? - ?) — Əkinçi məktəbinin banilərindən biri, jurnalist. == Əkinçi qəzeti ilə münasibəti == "Əkinçilər" məktəbinin banilərindən olan Ələkbər Heydəri qəzetin nəşri dövründə Mahaç-Qalada yaşayırdı. O, 1879-cu ildə Bakıya köçərək səfarətxanada qulluq etmişdi. Heydərinin qəzetdə dərc olunan kəskin yazısı təhsil müəssisələrində dini elmlərlə yanaşı, dünyəvi elmlərin tədrisi ilə bağlıdır ki, bu da kifayət qədər ciddi polemika doğurdu. Bu məqalə "Əkinçi"nin 10-cu sayında işıq üzü görmüşdü. Qəzetin 11-ci sayında Əhsənül-Qəvaid müəllifin fikri ilə həmrəy olduğunu bildirmiş, dini təhsillə yanaşı, dünyəvi elmlərin tədrisini vacib hesab etmişdi. Qəzetin 12-ci sayında Zaqafqaziyanın şeyxülislamı Axund Əhməd Hüseynzadə polemikaya qatılmış, öz düşüncələrini bildirmişdi. Ümumən Heydərlinin bu məqaləsinə cavab olaraq "Əkinçi"də 15-dək yazı nəşr olunmuşdu.
Ələkbər Hüseynov
Ələkbər Adıgözəl oğlu Hüseynov və ya Ələkbər əmi (7 iyul 1961, Bakı – 2 avqust 2007, Bakı) — Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub. == Həyatı == Ələkbər Hüseynov 1961-ci ildə Bakıda anadan olub. 1978–1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layıq görülüb. Beynəlxalq festivallarda iştirak edib.
Ələkbər Hüseynzadə
Ələkbər Hüseyn oğlu Hüseynzadə (3 oktyabr 1887, Bakı – 4 noyabr 1967, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1957). == Həyatı == Ələkbər Hüseynzadə 3 oktyabr 1887-ci ildə Bakıda zərgər ailəsində doğulub. Beş il mollaxanada oxuyub və sonra rus-tatar məktəbində təhsilini davam etdirib. İlk dəfə səhnə müəllimi Səməd bəy Hacıəliyevin təşəbbüsü ilə Nəcəf bəy Vəzirovun quruluşunda "Tamahkarlıq düşmən qazanır" (Vasaq Mədətov) tamaşasında Molla Cəbi rolunda çıxıb. Bu gündən sonra müxtəlif teatr truppalarında çıxış edən Ələkbər Hüseynzadə əsasən komediya aktyoru kimi tanınıb. Ələkbər Hüseynzadə 1913-cü ildə tamaşaya qoyulan "Arşın mal alan"da Soltan bəyin ilk ifaçısı kimi böyük şöhrət qazanmış və uzun illər həmin rolun ən yaxşı yaradıcısı olmuşdur. "Arşın mal alan" filmində də Soltan bəy roluna məhz o çəkilib və bu rola görə Stalin mükafatına layiq görülüb. Aktyor "Nicat" və "Müdiriyyət" truppalarında dramatik rollarla yanaşı, musiqi əsərlərindən "Məşədi İbad"da Hambal və Məşədi İbad, Zülfüqar bəy Hacıbəyovun "Ər və arvad"ında Kəblə Qubad rollarını da oynayıb, müxtəlif operalarda da çıxış edib. 1920-ci ilin mayında bugünkü Milli Dram Teatrı yenidən formalaşanda onun truppasına Ələkbər Hüseynzadə də daxil olub. Yaradıcılığı əsasən realizmi, səmimiyyəti və həyatiliyi ilə səciyyəvi olan aktyorun çoxsaylı rollarından bunları xüsusi göstərmək olar: Hacı Qara və Kərəməli ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Şeyx Nəsrulla və Hacı Həsən ağa ("Ölülər", Mirzə Cəlil Məmmədquluzadə), Həsən ("Ac həriflər"), Hacı Fərzəli ("Dursunəli və ballıbadı", Sultanməcid Qənizadə), Molla Cəbi ("Molla Cəbi", Mirmahmud Kazımovski), Təlxək və Hacı Səməd ağa, Kərbəlayı Bəndəli və Mirzə Qoşunəli ("Pəri cadu" və "Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Hüseynqulu, Hacı Salman, Hacı Məmmədhüseyn və Məşədi Cavad ("Dövlətibisəmər", İsmayıl Rüstəmbəyov), Yolçu, Ədhəm xan və Şah Sultan Hüseyn xan ("Nadir şah", Nəriman Nərimanov), İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), Serqo ("Şeyx Sənan", Hüseyn Cavid), Zabit və Abdulla çavuş ("Vətən", Namiq Kamal), Qraf İqnatov ("Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Yuhan, Saman ("Ərmənusə" və "Xalid ibn Valid", Yusif Talıbzadə), "Boqdan ("Tamahkarlıq", Əhməd Qəmərli), Lodoviqo ("Otello", Uilyam Şekspir), Molla Nəsrəddin ("Molla Nəsrəddin", Qulamrza Şərifzadə), Əmir ("Yezid ibn Müaviyyə", Mehdi Hacıbababəyov — Hacınski), Türen ("1812-ci il" və yaxud "Moskva yanğını", Baxmetov), Şeyxülislam, ("Köhnə Türkiyə", Rza Zaki Lətifbəyov), Kərbəlayı Vəli ("Pulsuzluq", İvan Turgenevdən təbdil edəni Ceyhun Hacıbəyli), Yuvil ("Uriel Akosta", Karl Qutskov), Babakişi, Hacı Əhməd, Allahverdi ("Sevil", "Almaz" və "1905-ci ildə", Cəfər Cabbarlı).
Ələkbər Həsənov
Ələkbər Ağasəf oğlu Həsənov — texnika üzrə elmlər doktoru, Professor, “Tərəqqi” medalı mükafatçısı. == Həyatı == Həsənov Ələkbər Ağasəf oğlu 19 oktyabr 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri, Yasamal rayonu 173 saylı orta məktəbi gümüş medalla bitirmişdir. Həmin ildə Neft və Kimya İnstitutunun (hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) kimya-texnologiya fakultəsinə qəbul olunmuş, 1971-ci ildə həmin institutun “Neft və qaz emalının kimyəvi texnologiyası” ixtisasını bitirmişdir. 1971-ci ildə AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamış, 1973-cü ildə institutun əyani aspiranturasına qəbul olunmuş, oranı bitirdikdən sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1980-cı ildə Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda namizədlik dissertasiyası müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ildə müsabiqə yolu ilə Azərbaycan Neft və Kimya İnstitutuna assistent vəzifəsinə işə qəbul olunmuşdur. 1989-1999-cu illər Əlcəzair Xalq Demokratik Respublikası, Setif Universitetində professor kimi fəaliyyət göstərmişdir. 1981-2010-cu illərdə ADNSU-nun “Kimya texnologiyasının mühəndislik əsasları” kafedrasında assistent, dosent vəzifələrində, 2010-2016-cı illərdə “Faydalı qazıntı yataqlarının işlənməsi” kafedrasının müdiri vəzifəsində çalışmış, 2016-cı ildən “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasına rəhbərlik edir. 2015-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Azərbay-can Respublikası Prezdenti yanında Ali Attestasiya Komissiyasının 22 yanvar 2016-cı il tarixli qərarı ilə Həsənov Ələkbər Ağasəf oğluna texnika elmləri doktoru elmi dərəcəsi verilmiş, 2016-cı ildən o, professor vəzifəsində çalışır.
Ələkbər Həsənzadə
Ələkbər Əliheydər oğlu Həsənzadə (8 noyabr 1939, Bakı - 1 iyul 2019, Sankt-Peterburq) — "Lenfilm" kinostudiyasının səs rejissoru, Rusiya Federasiyasının dövlət mükafatı laureatı, "Nika" mükafatı laureatı, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Sankt-Peterburq Kino və Televiziya Universitetinin professoru, akademik. == Həyatı == Ələkbər Əliheydər oğlu Həsənzadə 8 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olub. Atası Əliheydər Həsənzadə və anası Rüxsarə Ağayeva teatr aktyorları və 1930-cu illərdə Azərbaycanın bir sıra bölgələrində teatr sənətinin təbliği və inkişafı yönündə fəaliyyət göstərən sənət xadimləri idilər. Ə. Həsənzadənin təhsil aldığı 1 nömrəli məktəb o vaxtlar el arasında "Bağırov məktəbi" adlanırdı. Bura orta ümumtəhsil ocağı olmaqla yanaşı, həm də Suvorov məktəbi, ya da sonralar Azərbaycanda yaradılmış Naxçıvanski adına Hərbi Məktəb kimi, gənc hərbçilər hazırlayırdı. Ələkbər Həsənzadə də o dövrün əksər oğlan uşaqları kimi, təyyarəçi olacağı arzulayırdı. İş elə gətirdi ki, məzun olmaqlarına 3 il qalmış məktəbi bağladılar. Onda Ələkbər iki sinif yuxarıda oxuyan yoldaşı ilə qaçıb İrəvana getdi. Orda təyyarəçilər hazırlayan ixtisaslaşmış məktəbə daxil oldu. Təlimlərin birində hətta ayağını möhkəm zədələndi də.
Ələkbər Həşimov
Ələkbər Ələsgər oğlu Həşimov (15 avqust 1951, Rabənd, Zəngilan rayonu) — Zəngilan rayonu İcra Hakimiyyətinin başçısı (1996–1998). == Həyatı == Ələkbər Həşimov 1951-ci ildə Zəngilan rayonunun Rəbənd kəndində doğulub.1969-cu ildən Bakı şəhərində yaşayır. İxtisasca inşaatçı mühəndisdir. == Ailəsi == Atası Sosialit Əməyi Qəhrəmanı olmuşdur. 2 oğul,1 qız övladı var. == Fəaliyyəti == 30 mart 1996-cı il tarixində Zəngilan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. 26 avqust 1998-ci ildə işdə ciddi nöqsanlara yol verdiyinə görə Zəngilan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir. 12 il müddətinə həps edilmişdir. 18 mart 2008-ci il Əfv sərəncamıyla azadlığa çıxmışdır. == Mükafatları == 1978-ci ildə Komsomol mükafatı laureantı (Arxitektura sahəsində) adına layiq görülmüşdür.
Ələkbər Kazımovski
Ələkbər Rauf oğlu Kazımovski (10 iyul 1953 – 19 sentyabr 2016) — Azərbaycan rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). == Həyatı == Ə.Kazımovski "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. filmlərin müəllifi olub. Rejissor kimi uzun illər AzTV-də çalışıb. Ə.Kazımovski rejissor Rauf Kazımovskinin oğludur. 4 noyabr 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adı verilib. 19 sentyabr 2016-cı ildə aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbirində Ə.Kazımovskinin vəziyyəti qəfil pisləşmiş və rejissor dünyasını dəyişmişdir. == Filmoqrafiya == Adı sənin, dadı mənim (film, 1980)(tammetrajlı televiziya tamaşası)(Aztv) Dahilərin divanı (veriliş, 2007) Gülüş sanatoriyası (film, 1989) Kənddən gələn var (film, 1997) Kənddən gələn var.
Ələkbər Murad
Ələkbər Yunus oğlu Muradov — Azərbaycan kino və televiziya rejissoru, ssenarist, kinooperator. Azərbaycanın əməkdar incəsənət xadimi (2005). == Həyatı == Ələkbər Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966-1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973-1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləmişdir. Ələkbər Muradov 1 avqust 2013-cü ildə vəfat etmişdir. Kinomexanik Yunus Muradovun oğludur. Rejissor Murad Muradovun atasıdır. == Mükafatları == 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Ələkbər Muradov
Ələkbər Yunus oğlu Muradov — Azərbaycan kino və televiziya rejissoru, ssenarist, kinooperator. Azərbaycanın əməkdar incəsənət xadimi (2005). == Həyatı == Ələkbər Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966-1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973-1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləmişdir. Ələkbər Muradov 1 avqust 2013-cü ildə vəfat etmişdir. Kinomexanik Yunus Muradovun oğludur. Rejissor Murad Muradovun atasıdır. == Mükafatları == 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Ələkbər Musayev
Ələkbər Əlövsət oğlu Musayev (16 iyun 1999; Cəlilabad rayonu, Azərbaycan — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ələkbər Musayev 1999-cu il iyunun 16-da Cəlilabad rayonunun Mollalı kəndində anadan olub. Atası — Əlövsət Musayev Qarabağ müharibəsi iştirakçısıdır. 2006-2017-ci illərdə şəhid Aqşin Mehdiyev adına Cəlilabad rayon Dövlətəlibəyli kənd orta məktəbində orta təhsil almışdır. == Hərbi xidməti == Ələkbər Musayev 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ələkbər Musayev sentyabrın 29-də Murovdağ döyüşləri zamanı şəhid olub. Onun nəşi uzun müddət tapıla bilməyib.
Ələkbər Məmmədov
Ələkbər Məmmədov (tam adı: Ələkbər Əmir oğlu Məmmədov; rus. Мамедов Алекпер Амирович; 9 may 1930, Bakı – 28 iyul 2014, Bakı) — sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor, "Şöhrət" və "Aleksandr Nevski" ordeni laureatı. Məmmədov Bakının "Neftyanik" (1948-1953, 1960-1961), və Moskvanın "Dinamo" (1953-1959) komandalarında hücumçu mövqeyində çıxış edib. O, SSRİ yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. "Dinamo"nun heyətində dörd dəfə — 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. İki dəfə SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında qərarlaşıb (1956, 1957). SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.Məmmədov 1963-1965 və 1971-1972-ci illərdə "Neftçi" komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi olaraq fəaliyyət göstərmiş, Azərbaycanda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynamışdır. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Milli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü idi.Ələkbər Məmmədov "На трех континентах" (azərb. Üç qitədə‎) (1963), "Тайны футбольной профессии" (azərb.
Ələkbər Məmmədxanov
Məmmədxanov Ələkbər (1875, Naxçıvan – 1920, Bakı) – dövrünün ziyalısı, Zaqafqaziya (Qori) Müəllimlər seminariyasında təhsil almışdır. Mühəndis. == Həyatı == 1884-cü ildə Qori Müəllimlər Seminariyasına daxil olmuş, lakin təhsil haqqını ödəyə bilmədiyindən seminariyadan çıxarılmışdır. Sonralar Xarkov Universitetində təhsil alaraq mühəndis ixtisası qazanmış, Bakıda Musa Nağıyevin şirkətində neft mühəndisi işləmişdir. Bəhailik təriqətinin tarixi və fəlsəfəsini öyrənmiş, bu sahədə Qafqazda çap olunmuş əsərləri, o cümlədən Atropet adlı müəllifin "İmamat" kitabını avtoqrafla məşhur rus yazışısı Lev Tolstoyagöndərmişdir. L.Tolstoy şəxsiyyətinə, irsinə və fəlsəfi görüşlərinə rəğbət bəsləmiş, onunla məktublaşmışdır. Şeyx Bəhaullanın "İşıq" əsərini və bir sıra digər əsərləri rus dilinə tərcümə edərək Yasnaya Polyanaya göndərmişdir. == Mənbə == Məmmədli Q. Molla Nəsrəddin (salnamə),B., 1984. Həbibbəyli İ. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
Ələkbər Qafil
Ələkbər Qafil (1818, Şamaxı – 1891, Şamaxı) — Azərbaycan şairi. Şamaxıda “Beytüs-Səfa” ədəbi məclisinin üzvü.
Ələkbər Qasımov
Ələkbər Məmməd oğlu Qasımov- Rejissor-sənətşünas, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, 1-ci dərəcəli dövlət qulluqçusu == Həyatı == Ələkbər Qasımov 1959-cu il 21 iyulda Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 1981-87-ci illərdə Muxtar Respublika Mədəniyyət Nazirliyində məsul vəzifələrdə çalışıb. 1987-89-cu illərdə nazirliyin Elmi Metodiki Mərkəzində direktor müavini olub. Naxçıvanda Dövlət Kukla Teatrı yaradılmasının təşəbbüskarı və təşkilatçısıdır (1989). Bu teatrın ilk direktoru və bədii rəhbəri kimi həmin sənətin Naxçıvanda inkişafına, dəfələrlə qonşu ölkələrdə təbliğinə nail olub. Müxtəlif səhnələrdə 6 tamaşaya quruluş verib, 50-dən artıq elmi-kütləvi filmin dublyaj, 1 sənədli filmin quruluşçu rejissorudur. Naxçıvan Dövlət Teleradiosunun diktoru kimi çalışıb (1989-1991). 2000-ci ildən 2005-ci ilədək Naxçıvan MR Nazirlər Kabinetinin təhsil, mədəniyyət, səhiyyə və sosial məsələlər söbəsi müdirinin müavini vəzifəsində işləyib. Speys TV-nin, Azad Azərbaycan, Bakinski Raboçi və Respublika qəzetinin bölgə müxbiri olub.
Ələkbər Quliyev
Ələkbər Məmməd oğlu Quliyev (27 sentyabr 1911, Tiflis – 16 aprel 1983, Bakı) — Azərbaycan alimi və dövlət xadimi, akademik, biologiya elmləri doktoru (1950), professor (1952), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1967), Azərbaycan SSR kənd təsərrüfatı naziri (1961–1962). == Həyatı == Ələkbər Quliyev 27 sentyabr 1911-ci ildə Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. 1930-cu ildə orta məktəbi bitirən Quliyev elə həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) qəbul olunmuşdur. O, 1934-cü ildə həmin institutu əla qiymətlərlə bitirdiyinə görə institutun Botanika kafedrasında saxlanılmış, əvvəlcə assistent, daha sonra baş müəllim kimi fəaliyyət göstərmişdir. == Əmək fəaliyyəti == Ələkbər Quliyev uzun illər bir sıra tədris, elmi, dövlət və ictimai vəzifələrdə çalışmışdır. O, 1944–1960-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinin dekanı, Seleksiya və sistematika kafedrasının müdiri, 1955–1959-cu illərdə Tədris və elmi işlər üzrə prorektor kimi fəaliyyət göstərmişdir.1959–1960-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun rektoru, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Birinci vitse-prezidenti, 1961-ci ildə isə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilmişdir. 1962–1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya İnstitutunun direktoru, 1962–1983-cü illərdə isə həmin İnstitutun Texniki və yem bitkiləri şöbəsinin müdiri vəzifəsini icra etmişdir. == Elmi fəaliyyəti == Ələkbər Quliyev akademik A.A.Qrossheymin rəhbərliyi ilə Gəncə və Göygöl rayonları ərazisində bal və tozverən bitki müxtəlifliyini öyrənmişdir. O, 1941-ci ildə "Kirovabad və Xanlar rayonlarının bal və tozverən bitkiləri" mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Daha sonra 1950-ci ildə Leninqradda EA-nın V.L.Komarov adına Botanika İnstitutunda "Azərbaycanın bal və tozverən bitkilərinin öyrənilmə məsələləri" mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və biologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
Abdulla Ələkbərov
Abdulla Ələkbərov (bioloq) — Biologiya elmləri doktoru, professor. Abdulla Ələkbərov (rəssam) — Azərbaycanlı rəssam. Azərbaycan Rəssamlar İttifaqı (1972) və Jurnalistlər Birliyinin (1981) üzvü.
Abdulla Ələkbərov (bioloq)
Abdulla Mustafa oğlu Ələkbərov (1912 – 1981) — Biologiya elmləri doktoru, professor. == Həyatı == Abdulla Ələkbərov 1912-ci ildə anadan olmuş, Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil almışdır. A.Ələkbərov 1946–1967-ci ildə illərdə AMEA-nın Zoologiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmış, namizədlik və doktorluq dissertasiyalarını Leninqrad Dövlət Universitetində müdafiə etmişdir. Abdulla Ələkbərov 1967-ci ildən ömrünün sonlarınadək Bakı Dövlət Universitetində tədris işləri üzrə prorektor, Biologiya fakültəsinin dekanı, Onurğasızlar və onurğalılar zoologiyası kafedralarının müdiri vəzifələrində çalışmışdırvə Şərəfsidir == Elmi yaradıcılığı == Abdulla Ələkbərovun əsas tədqiqat sahəsi herpetologiyadır. Onun "Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri" (1978) adlı monoqrafiyası (rus dilində) nəşr olunmuşdur. A.Ələkbərov 80-ə qədər elmi məqalənin müəllifidir, 10 nəfər biologiya elmləri namizədi hazırlamışdır. Abdulla Ələkbərov "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif olunmuşdur. == Əsas monoqrafiyası == Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri.
Abdulla Ələkbərov (professor)
Abdulla Mustafa oğlu Ələkbərov (1912 – 1981) — Biologiya elmləri doktoru, professor. == Həyatı == Abdulla Ələkbərov 1912-ci ildə anadan olmuş, Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil almışdır. A.Ələkbərov 1946–1967-ci ildə illərdə AMEA-nın Zoologiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmış, namizədlik və doktorluq dissertasiyalarını Leninqrad Dövlət Universitetində müdafiə etmişdir. Abdulla Ələkbərov 1967-ci ildən ömrünün sonlarınadək Bakı Dövlət Universitetində tədris işləri üzrə prorektor, Biologiya fakültəsinin dekanı, Onurğasızlar və onurğalılar zoologiyası kafedralarının müdiri vəzifələrində çalışmışdırvə Şərəfsidir == Elmi yaradıcılığı == Abdulla Ələkbərovun əsas tədqiqat sahəsi herpetologiyadır. Onun "Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri" (1978) adlı monoqrafiyası (rus dilində) nəşr olunmuşdur. A.Ələkbərov 80-ə qədər elmi məqalənin müəllifidir, 10 nəfər biologiya elmləri namizədi hazırlamışdır. Abdulla Ələkbərov "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif olunmuşdur. == Əsas monoqrafiyası == Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri.
Abdulla Ələkbərov (rəssam)
Abdulla Abasqulu oğlu Ələkbərov (2 iyun 1936) — Azərbaycanlı rəssam. Azərbaycan Rəssamlar İttifaqı (1972) və Jurnalistlər Birliyinin (1981) üzvü. == Həyatı == Abdulla Ələkbərov 2 iyun 1936-cı ildə Bakıda anadan olmuşdur. O, 1959-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1967-ci ildə Lvov Poliqrafiya İnstitutunu bitirmişdir. Abdulla Ələkbərov 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən Jurnalistlər Birliyinin üzvüdür. O, 1964-cü ildən “Maarif” Nəşriyyatında baş rəssam kimi fəaliyyət göstərmişdir. Abdulla Ələkbərov, Heydər Əliyev və İlham Əliyevə həsr olunmuş bir çox kitaba bədii tərtibat vermişdir. Bunlardan “Heydər Əliyev dünyanın gözü ilə”, “Böyük ömrün anları”, “Heydər Əliyev və Azərbaycan dili”, “Vədinə sadiq prezident”, “Böyük yolun davamçısı”, “Sülh və sabitlik prezidenti” və s. kitabları qeyd etmək olar. O, dərslik və kitab nəşrinə görə 1987-ci ildə XTNS-nın bürünc medalı, “Nailiyyət” Jurnalist mükafatı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza albom-kitablarına verdiyi bədii tərtibata görə “Səməd Vurğun-90” fəxri diplomuna (1996), 1998-ci ildə “Qızıl qələm-kamil sənətkar” mükafatı laureatı, Azərbaycan Respublikası Sərhəd Qoşunları 85-illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev sərhəd xidmətinin yaradıcısıdır” diplom və mükafatlara layiq görülmüşdür.
Adışirin Ələkbərov
Ələkbərov Adışirin Balaşirin oğlu (25.11.1955 Bakı — 02.05.2016 Bakı) — geoloq, Geologiya-mineralogiya elmləri doktoru (2004) , Əməkdar Mühəndis (2014) == Həyatı == Ələkbərov Adışirin Balaşirin oğlu 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakultəsini dağ-mədən mühəndis-hidrogeoloq ixtisası üzrə bitirmişdir. == Peşə fəaliyyəti == 1976—2001-ci illərdə Dövlət Geologiya Idarəsində (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) Hidrogeologiya Ekspedisiyasında çalışmışdır, geoloq vəzifəsindən ekspedisiyanın rəisi vəzifəsinə qədər yüksəlmişdir. A.B.Ələkbərov 2001—2005-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Hidrogeoloji və Mühəndis Geologiyası İdarəsinin rəisi işləmişdir. 2006-ci ildən “Azərsu” ASC-də şöbə rəisi və “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. A.Ələkbərov 1983-cü ildən Bakı şəhəri və Abşeron yarımadasının hidrogeoloji və geoekoloji şəraitinin intensivləşən gərginləşməsi ilə əlaqədar aramsız meydana çıxan müxtəlif problemlərin ardıcıl həlli ilə məşğul olmuşdur. Bilavasitə iştirakı və rəhbərliyi ilə Bakı – Abşeron aqlomerasiyası ərazisində müxtəlif istiqamətli və fərqli miqyaslı hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji tədqiqatlar aparılmış, yeraltı suların ehtiyatları qiymətləndirilmiş, Xəzər dənizi sahillərində kurort zonası yaradılması ilə əlaqədar yeraltı mineral sular tədqiq edilmiş, çoxsaylı geoloji layihə və hesabatlar, silsilə xəritələr, tövsiyələr hazırlanmışdır. Müxtəlif illərdə təzahür edən ekzogen geoloji proseslərin–Bakı şəhərinin müxtəlif sahələrini, Sumqayıt, Buzovna, Zabrat, Maştağa, Binə və digər sahələri su basması, metronun Əzizbəyov və Neftçilər stansiyalarına neft sızması, neftlə çirklənmə, Sumqayıt ərazisində yeraltı sularda və süxurlarda civə metalının toplanması, palçıq vulkanlarının təzahürləri, yer səthinin çökməsi, Bayıl, Əhmədli, Zığ, Xırdalan və digər sahələrdə təhlükəli sürüşmə proseslərinin öyrənilməsi və onlara qarşı müdafiə tədbirlərinin hazırlanması və s. tədqiqatlarının əsas istiqamətlərindən olmuşdur. 2000-ci ilin 6—7 mart tarixində Bayıl sahəsində baş vermiş sürüşmə, bir neçə gün öncə proqnozlaşdırılmış, 8 saat öncə isə prosesin qaçılmaz olması haqqında hökumət və şəhər rəhbərliyinə məlumat verilmiş, sürüşməyə qədər gecə ikən əhali məlumatlandırılmış, köçürülmüş, nəticədə dünya praktikasında şəhər ərazilərində analoqu olmayan bir sürüşmə heç bir insan tələfatı olmadan ötüşmüşdür.
Aftandil Ələkbərzadə
Aftandil Ələkbərzadə (azərb. Ələkbərzadə Aftandil Vaqif oğlu; rus. Алекберзаде Афтандил Вагиф оглы; d. 2 sentyabr, 1970. Bərdə, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru. İvan Mixayloviç Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tibbi‑profilaktika fakültəsinin cərrahiyyə kafedrasının professoru. == Həyatı == Ələkbərzadə Aftandil Vaqif oğlu 1970-ci il sentyabrın 2-də Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1993-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini “müalicə işi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1993-1995-ci illərdə M.A.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutunda “cərrahiyyə” ixtisası üzrə kliniki ordinatura keçib. Aftandil Ələkbərzadə 1996-1999-cu illərdə M.A.Topçubaşov adına Respublika Elmi-Cərrahiyyə Mərkəzində “cərrahiyyə” ixtisası üzrə aspiranturada təhsil alıb.
Allahverdi Ələkbərov
Allahverdi Məzahir oğlu Ələkbərov (15 fevral 1987, Ucar – 11 noyabr 2020, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-cu ildən Aydan Allahverdi ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Allahverdi Ələkbərov 2006-cı ildə Ucar şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Kəşfiyyatçı xidmətində fərqləndiyinə görə "çavuş" rütbəsi almışdır. 2015-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin (ASQ TTM) "gizirlik kursu"na daxil olmuşdur. Həmin ilin dekabr ayında "gizir" rütbəsində yenidən xidmətinə davam etmişdir.
Allahverdu Ələkbərov
Allahverdi Məzahir oğlu Ələkbərov (15 fevral 1987, Ucar – 11 noyabr 2020, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-cu ildən Aydan Allahverdi ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Allahverdi Ələkbərov 2006-cı ildə Ucar şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Kəşfiyyatçı xidmətində fərqləndiyinə görə "çavuş" rütbəsi almışdır. 2015-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin (ASQ TTM) "gizirlik kursu"na daxil olmuşdur. Həmin ilin dekabr ayında "gizir" rütbəsində yenidən xidmətinə davam etmişdir.
Anar Ələkbərov
Anar Sahib oğlu Ələkbərov (13 aprel 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru; Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti. == Həyatı == Anar Ələkbərov Samux rayonunda anadan olub. O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2008-ci ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib. 2013-cü ildə Fransanın "İncəsənət və ədəbiyyat ordeni" ilə təltif edilib. 21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti seçilib. 2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı — "Komandor xaç" ordeni ilə təltif edilib. 2014-cü ildə "Mehriban Əliyeva — xeyirxahlıq və ümid mücəssəməsi" adlı məqaləsi və "Mehriban" adlı kitabı çap edilib.
Aqil Ələkbərov
Aqil Mayıl oğlu Ələkbərov — Azərbaycanlı şəhid. == Həyatı == Ələkbərov Aqil Mayıl oğlu 1973-cü ildə Gədəbəy rayonunun Şəkərbəy kəndində anadan olub. 1990-cı ildə Şəkərbəy kənd orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə getmişdir. 1994-cü ildə Kəlbəcərdə şəhid olmuşdur.
Arif Ələkbərov
Arif Ələkbər oğlu Ələkbərov — iqtisad elmləri doktoru, professor, 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sosial-iqtisadi və texnika elmləri şöbəsinin müdiri. == Həyatı == 10 iyun 1965-ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonunun Aşağı Göyçəli kəndində anadan olmuşdur. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin uzaqgörən təhsil siyasətinin nəticəsində Ümumittifaq göndərişi ilə Minsk şəhərində Belarusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunun (indiki Belarus Aqrotexniki Universiteti) 1-ci kursuna qəbul olmuşdur.1987-ci ildə Belarusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunda”Kənd təsərrüfatında istehsalat proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə (fərqlənmə diplomu) 1-ci ali təhsil (oxuduğu illərdə Lenin adlı təqaüdə layiq görülmüşdür),1999-cu ildə Belarus Hüquqşünaslıq İnstitunda ”Hüquqşünas” ixtisası üzrə 2- ci ali təhsil,2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə 3-cü təhsil almışdır. 1992-ci ildə texniki elmlər namizədi,2010 –cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə və 2015-ci ildə professor elmi adına layiq görülmüşdür. 1995-99- cu illərdə Minsk şəhərində Belarus –Azərbaycan cəmiyyətinin sədr müavini, Belarus Nazirlər Kabineti nəzdindəki Milli azlıqlar komitəsinin üzvü olmuşdur. 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin ”Kommersiya” fakultəsinin dekanı, 2005-08 ci illərdə “İnformatika və idarəetmə” fakultəsinin dekan vəzifələrində çalışmışdır. 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sosial-iqtisadi və texnika elmləri şöbəsinin müdiridir.Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının professorudur. 70-dən çox elmi və metodik əsərlərin, o cümlədən 1 Avrasiya patentinin, 2 dərs vəsaitinin, 2 monoqrafiyanın müəllifidir. Dünya azərbaycanlılarının 1- ci qurultayının və YAP 2- ci qurultayının nümayəndəsi seçilmişdir. Ailəlidir, iki övladı var.
Aydın Ələkbərov
Aydın Qulam oğlu Ələkbərov (24 dekabr 1930) — tanınmış alim, filologiya elmləri doktoru, Prezident təqaüdçüsü. == Əsas elmi nailiyyətləri == Leksik semantikanın sistem struktur təhlili, mürəkkəb fel əmələgətirmə qaydalarının şərhi. Azərbaycan dilindəki fonemlər tərkibinin fonoloji cəhətdən əsaslandırılması. == Əsas elmi əsərlərin adları == Самоучитель азербайджанского языка. 1977. Фонематическая система современного Азербайжанского языка. Баку, 1971. Лексическая семантика простых глаголов в современном Азербайжанском языке. Баку, 1983. Rus dilinin qrammatikası.
Aydın Ələkbərov (professor)
Aydın Qulam oğlu Ələkbərov (24 dekabr 1930) — tanınmış alim, filologiya elmləri doktoru, Prezident təqaüdçüsü. == Əsas elmi nailiyyətləri == Leksik semantikanın sistem struktur təhlili, mürəkkəb fel əmələgətirmə qaydalarının şərhi. Azərbaycan dilindəki fonemlər tərkibinin fonoloji cəhətdən əsaslandırılması. == Əsas elmi əsərlərin adları == Самоучитель азербайджанского языка. 1977. Фонематическая система современного Азербайжанского языка. Баку, 1971. Лексическая семантика простых глаголов в современном Азербайжанском языке. Баку, 1983. Rus dilinin qrammatikası.
Azər Ələkbərov
Azər Ələkbərov (tam adı: Azər Nəsib oğlu Ələkbərov; 9 avqust 1967, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1967-ci il avqustun 8-i Bakıda anadan olmuşdur. 172 nömrəli orta məktəbi bitirmiş, daha sonra isə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuşdur. Şəhidlik ərəfəsində III kurs tələbəsi idi.Azər bədii fəaliyyətlə də məşğul olmuşdur. Qısa heykələrindən Bahar sevinci və Yol ayrıcında hekayələri məlumdur. Subay idi. Ailənin yeganə oğlu idi. == Qanlı Yanvar faciəsi == Boynundan aldığı küt güllə yarasından həlak olmuşdur.Şəhidlər xiyabanında dəfn edilmişdir. == Ünvan == Bakı, İnşaatçılar prospekti, 583-cü kvartal, ev 1, mənzil 9. == Xatirəsi == Respublika İncəsənət Gimnaziyası onun adını daşıyır.
Ağa Zeynal Ələkbərov
Ağa Zeynal Ələkbər oğlu Ələkbərov (27 dekabr 1922 – 17 fevral 1988) — Azərbaycan kinooperatoru. == Həyatı == Ağa Zeynal Ələkbərov görkəmli sənətkar, teatr və kino aktyoru Ələsgər Ələkbərovun qardaşı oğludur. Əmisi Ağa Zeynalı Bakı kinostudiyasına gətirəndə gəncin hələ 18 yaşı tamam olmamışdı. Bir ildən sonra Böyük Vətən müharibəsi başlananda Ağa Zeynal da Sovet ordusu ilə birgə İrana göndərilir, Tehran və Təbriz şəhərlərində çəkilişlər aparır. Kinostudiyada cəbhə üçün kino qruplar təşkil ediləndə həmin kino qrupların birinə təhkim olunur. Cəbhə kino operatoru kimi onun yolu Kerç, Odessa, Sevastopol, Tuapse uğrunda aparılan ağır döyüşlərdən keçir. Ağa Zeynal Ələkbərov, müharibədən xeyli sonra oğlu Fikrəti Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına gətirib işə düzəldir. Fikrət Ələkbərov, hazırda kinostudiyada quruluşçu rəssam işləyir. O, indiyə kimi bir sıra filmlərə bədii tərtibat vermişdir. 1941-ci ilin axırlarında Ali Baş Komandanlıq Kerç yarımadasını tutmaq və Krımın azad edilməsi üçün zəmin yaratmaq məqsədilə Zaqafqaziya cəbhəsinin 44 və 51-ci ordularının qüvvəsi ilə Feodosiya–Kerç desant əməliyyatına başladı.
Ağa Ələkbər Təbrizi
Ağa Ələkbər Ağa Səməd oğlu Təbrizi (1839-1907) — diplomat. == Həyatı == Ağa Ələkbər Ağa Səməd oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. O, Nasirəddin şah Qacar hakimiyyəti dövrünun ictimai xadimləri icərisində öz bacarığı və nüfuzu ilə seçilən səxsiyyət idi. Mükərrəməssəltənə ləqəbini daşıyırdı. Ağa Ələkbərin ailəsi Azərbaycanın tanınmıs sulalələrindən olub, sonra Mümtaz adlanırdı. Atası Ağa Səməd sərraf olsa da, savadı ilə seçilirdi. Xarici İslər nazirliyinin əməkdaşı idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. İstanbul şəhərində konsul olmuşdu. Ağa Ələkbər Təbrizi sonra Tehran şəhərinə dönmüş, Xarici İslər nazirliyində şöbə müdiri kimi çalışmışdı.
Ağamehdi Ələkbərov
Ağamehdi Salman oğlu Ələkbərov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri. == Həyatı == Ağamehdi Ələkbərov 1910-cu ildə neftçi fəhlə ailəsində anadan olmuşdur. Leninqrad Texnologiya İnstitutunu bitirmişdir.1937-ci ildən neft sənayesi və tikinti materialları sənayesində rəhbər işlərdə — Azərbaycan neft tikinti materialları trestinin baş mühəndisi, müdiri, Azərbaycan Neft Kəşfiyyatı Birliyi rəisinin müavini vəzifələrində işləmişdir. 1953-cü ildən Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini, sonra naziri, 1960-cı ildən isə Azərbaycan SSR Nazirlər Sovetinin texniki və kommunal təsərrüfatı şöbəsinin rəisi olmuşdur. 1965-ci ildə yenidən tikinti materialları sənayesi naziri təyin edilmişdir.Ağamehdi Ələkbərov 1942-ci ildə Sov.İKP üzvlüyünə qəbul edilmiş, Azərbaycan SSR Ali Sovetinin 6 və 7-ci çağırış deputatı seçilmişdir. 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuşdur.
Babək Ələkbərov
Babək Mürsəl oğlu Ələkbərov (24 dekabr 1987, Ceyranbatan, Abşeron rayonu) — Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının general-mayoru, Çevik Hərəkət Qüvvələrinin Komandanı, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Babək Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır. Atası Mürsəl Ələkbərov Hamamlı rayonunun Saral kəndində anadan olub. Anası isə Kalinino rayonunun Molla Eyyublu kəndində anadan olub. Ailəlidir, 3 övladı var. == Hərbi xidməti == Babək Ələkbərov 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Bağır Ələkbərov
Bağır Əsəd oğlu Ələkbərov (10 fevral 1995, Naxçıvan – 15 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bağır Ələkbərov 1995-ci il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. 2001–2012-ci illərdə Culfa rayonunda 3 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Bağır Ələkbərov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb və hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində snayper olaraq davam edib. Xidmətdə olduğu illərdə xarici dövlətlərdə olan təlimlərə göndərilib. Bağır Ələkbərov 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda savaşıb. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bağır Ələkbərov hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında olub və döyüş tapşırığını yerinə yetirib. Azərbaycan Ordusunun giziri olan Bağır Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tehran Mənsimov tərəfindən idarə olunan qrupun heyətində olub.
Böyükbəy Ələkbəroğlu
Böyükbəy Ələkbəroğlu (24 mart 1972, Əhər, Şərqi Azərbaycan ostanı) — folklorşünas, Aşıqlar Birliyində Güney Azərbaycan aşıqlarının təmsilçisi. == Həyatı == Böyükbəy Ələkbəroğlu 24 mart 1972-ci ildə Qaradağın mərkəzi olan Əhər şəhərində anadan olub. Burada böyümüş, təhsilini də Əhərdə almışdır. == Məqalələri == Böyükbəy Ələkbəroğlu. "Aşıq Kamandar haqq aşığıdır". "Xan Kamandar" kitabı. Bakı, "Elm və təhsil", 2012.
Fazil Ələkbərov
Fazil Nəriman oğlu Ələkbərov (1971, Arbatan, İliç rayonu) — Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant. == Həyatı == 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Arbatan kəndində anadan olmuşdur. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1990–1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. === Ailəsi === Ailəlidir, üç övladı var. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğlu və qudasıdır. Qızı Vasif Talıbovun oğlu Seymur Talıbov ilə evlənmişdir. == Siyasi fəaliyyəti == 1992–2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ayrı-ayrı struktur qurumlarında müxtəlif vəzifələrdə işləmişdir. 2010–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 2015–2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 343 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi, 2016-cı il 3 fevral tarixli 1765 nömrəli Sərəncamı ilə general-mayor , 2018-ci il 29 iyun tarixli 261 nömrəli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilmişdir.
Fikrət Ələkbərov
Fikrət Ağa Zeynal oğlu Ələkbərov (18 fevral 1946, Bakı) — rəssam, aktyor, rəssam assistenti, Azərbaycan Respublikasının əməkdar rəssamı (2008). == Həyatı == 18 fevral 1946-cı ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə rəssamlıq məktəbinin rəngkarlıq şöbəsinə daxil olmuşdur. 1967-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, 1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstititunun rəssamlıq fakultəsini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə filmdə quruluşçu rəssam, həm də geyim uzrə rəssam olmuşdur. 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Kinooperator Ağa Zeynal Ələkbərovun oğludur. == Filmoqrafiya == 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet-Mozalan № 161) — rəssam Arxadan vurulan zərbə (film, 1977) Atamın sənəti (film, 1980) Avqust gələndə (film, 1984) Beş nömrəli kameranın məhbusu (Türkiyə) Bir anın həqiqəti (film, 2003) Bir nömrəli… (film, 1980) Bombardıman (film, 1991) Böyüyəndə bilərsən… (film, 1981) Cazibə qüvvəsi (film, 1985) Cəza (film, 1986) Çarə (film, 1981) Dərviş Parisi partladır (film, 1976) DHD (film, 1982) Dua (film, 1982) Ekskursiya (film, 1991) Evlənmək istəyirəm (film, 1983) Əbədi mühərrik (film, 1985) Əhməd haradadır? (film, 1983) Əlavə təsir (film, 2010) Əlvida (film, 2007) Fədailər (film, 1986) Gedərgəlməz (film, 1984) Gedərsən bizə… (film, 1990) Gənc qadının kişisi (film, 1988) Gethagetdə (film, 1983) Girişmə, öldürər!
Füzuli Ələkbərov
Füzuli Həsən oğlu Ələkbərov (1958, Saltaq, Culfa rayonu) — Azərbaycan Respublikasının keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri. == Həyatı == Ələkbərov Füzuli Həsən oğlu 3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Saltaq kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib. Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Rus, türk və ingilis dillərində sərbəst danışır. Ailəlidir, dörd övladı var. İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Ələkbərovun qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == Füzuli Ələkbərov Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987–1991-ci illərdə "Sputnik" Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb. 1992–2006-cı illərdə "İmproteks" Şirkətlər Qrupunun prezidenti olub. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub.
Fərid Ələkbərli
Fərid Urxan oğlu Ələkbərli (3 yanvar 1964, Kirovabad – 7 aprel 2021) — tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, Beynəlxalq Tibb Tarixi Cəmiyyəti (ISHM) İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzüli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi və çapa hazırlanması şöbəsinin müdiri. == Həyatı == Ələkbərli Fərid Urxan oğlu 1964-cü il yanvarın 3-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Bakı şəhər 134 №-li orta ümumtəhsil məktəbini bitirmişdir.1980-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş, 1986-cı ildə oranı bitirərək AMЕA Əlyazmalar Fonduna (hal-hazırda Əlyazmalar İnstitutu) təyinat almışdır. Orta əsr tibb əlyazmaları üzərində elmi tədqiqat aparmaq üçün ərəb və fars dillərini müstəqil öyrənmişdir. 1988-ci ildə Azərbaycan Xarici Dillər İnstitutu nəzdində ikiillik fars dili kurslarını bitirmişdir. 1988–1989-cu illərdə Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" (1712-ci il) və Məhəmməd Möminin "Töhfətül-möminin" (1669-cu il) əsərlərinin tədqiqi və tərcüməsi üzərində çalışmışdır. Əlyazmalar İnstitutunda fars, ərəb, azərbaycan dillərində yazılmış orta əsr tibb əlyazmaları üzərində geniş tədqiqat işi aparmışdır. 1992-ci ildə "Orta əsr (XII–XVIII əsrlər) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir və biologiya elmlər namizədi (biologiya üzrə fəlsəfə doktoru) elmi dərəcəni almışdır. 1993–1994-cü illərdə Bakı Futurologiya Universitetində tibb tarixi, botanika və fitoterapiya üzrə mühazirələr oxumuşdur. 1993–1994-cü illərdə həmçinin Azərbaycan Respublikası Milli Məclisi nəzdində Sosioloji Tədqiqatlar Mərkəzində ekspert vəzifəsində çalışmışdır.
Fərid Ələkbərov
Fərid Tahir oğlu Ələkbərov (18 iyul 1980; Bakı, Azərbaycan SSR — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. Əslən Bakının Nardaran kəndindəndir. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Fərid Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Ələkbərov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Ələkbərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Ələkbərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Fərid Ələkbərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. == Xatirəsi == 2022-ci ildən Bakı küçələrindən biri adını daşıyır.
Ələkbər Ələkbərli
Ələkbər Ramiz oğlu Ələkbərli (28 iyul 1991; Köçərli, Tərtər rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Ələkbər Ələkbərli 28 iyul 1991-ci ildə Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açmışdır. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Ələkbər Ələkbərli hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələkbərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələkbərli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ələsgər Ələkbərov
Ələsgər Ələkbərov (aktyor) — Aktyor, SSRİ xalq artisti
Ələsgər Ələkbərov, arxeoloq
Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas. == Həyat və fəaliyyəti == Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi. 1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi.
Ələsgər Ələkbərov (aktyor)
Ələsgər Ələkbərov (26 mart 1910, Bakı – 31 yanvar 1963, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1940), SSRİ xalq artisti (1961), SSRİ Ali Sovetinin VI çağırış deputatı. == Həyatı == Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927–1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb. Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib.
Ələsgər Ələkbərov (arxeoloq)
Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas. == Həyat və fəaliyyəti == Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi. 1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi.