Ələkbər Cabbarov

Cabbarov Ələkbər Məmmədəli oğlu (3.1.1898, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Ələkbər Cabbarov
Ələkbər Məmmədəli oğlu Cabbarov
Doğum tarixi
Doğum yeri Bakı, Rusiya imperiyası
Vəfat tarixi ?

Həyatı[redaktə | mənbəni redaktə et]

I Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini təbiət elmləri sahəsində davam etdirmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]