Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
Ala acıyonca
Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Ala qapı
Ala qapı Ərdəbil şəhərinin qədim altı məhəlləsindən biridir. Şeyx Səfi kompleksi bu məhəllədə yerləşibdir.
Ala qaçuu
Ala qaçuu (qırğ. ала качуу) — Qırğızıstanda hələ də baş verən gəlin oğurlanması növləri. Bu ifadə fərqli hərəkətlər üçün isitifadə olunur: həm gizli və razılıqlı qaçışlar, həm də razılıqsız insan oğurluğu üçün. Qız ala qaçuu (qırğ. кыз ала качуу) qızı alıb qaçmaq demək. Tipik olaraq, kişilər qadınları razılıqsız qaçırdır.Sovet dövründə ala qaçuu yatırılırdı, SSRİ-n dağılmasından sonra isə, o yenidən üzə çıxmağa başlayıb. Onun indi əvvəl kimi olduğu-olmadığı mübahisəlidir. Bəzi mənbələrdə deyilir ki, əvvəl ala qaçuu oğurlama yox, bir qaçış forması idi. Bəzən "oğurlama" sadəcə toy mərasimin formal hissəsi ola bilərdi və gəlin razılı formada onda iştrak edirdi. Bəzilər oğurlanmağı hətta qürur mənbəyi kimi sayırlar, çünki, onların firkincə bu qadının həyat yoldaşı olmağa layiqliyini göstərir.Baxmıyaraq ki, Sovet dövründə də, müasir zamanda da, Qırğızıstanda gəlin oğurlaması qanuna ziddir, hökumət qadınları ondan yətərincə qədər müdafiə etməməyində günahlandırılır.
Ala ördək
Ala ördək (lat. Tadorna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ala ördəklər
Ala ördəklər (lat. Tadorninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bu qrupa daxil olan ördəklərin əksəriyyəti tropik bölgələrdə və ya cənub yaruımkürəsində, yalnız 2 növü - ala ördək (Tadorna tadorna) və qırmızı anqut (Tadorna ferruginea) şimal bölgələrində mülayim iqlim olan ərazilərində yaşayırlar.
Ala (cin)
Ala (cin) — Ala və ya hala Bolqar, Makedoniya və Serb folklorundan mifoloji qadın məxluq. Ala pis hava cinləri hesab olunur, onların əsas məqsədi dolu yağan fırtına buludlarını tarlalara, üzüm bağlarına və ya bağlara yönəltmək və məhsulu məhv etmək və ya qarət etmək və ələ keçirməkdir. Həddindən artıq qarınqulu, ala xüsusilə uşaqları yeməyi sevir, lakin onların acgözlükləri Yerlə məhdudlaşmır. Bəzən belə hesab olunur ki, onlar Günəşi və ya Ayı yeməyə çalışıblar, tutulmalara səbəb olublar və əgər onlar uğur qazansalar, bu, dünyanın sonu demək olacaq. İnsanlar bir ala ilə qarşılaşdıqda, onların ruhi və ya fiziki sağlamlığı, hətta həyatları təhlükə altında olsa da, onlara hörmət və güvənlə yanaşdıqda, onların lütfünü qazanmaq olar. Bir ala ilə yaxşı münasibətdə olmaq çox faydalıdır, çünki ən çox sevdiklərini zənginləşdirir və çətin anlarda canlarını qurtarır. Alanın zahiri görünüşü folklorda müxtəlif şəkildə təsvir olunur. Nəhəng bir məxluq, nəhəng ağızlı insan və ya ilana bənzər canavar, dişi əjdaha və ya qarğa kimi görünə bilər. Həmçinin, ala müxtəlif insan və ya heyvan formalarını ala bilər və hətta bir insanın bədənini ələ keçirə bilər. İnsana bənzəyən ala ilə bağlı xalq nağıllarında ala şəxsiyyəti rus Baba Yaqanın şəxsiyyətinə bənzəyir.
Ala yelkənlər
Ala yelkənlər (rus. Алые паруса) — hər il Sankt-Peterburqda(keçmiş Leninqrad) keçirilən orta məktəb şagirdlərinin buraxılış bayramıdır. Adət olaraq ən aydın bəyaz gecəyə düşən şənbə günündə keçirilir(adətən 18–27 iyun tarixləri arasında, 22 iyun istisna olmaqla). İlk dəfə bayram 28 iyun 1968-ci ildə baş tutub. İlk rəsmi tədbir isə bir il sonraya, 1969-cu ilə təsadüf edib. 1979-cu ildən bayramın keçirilməsi dayandırlıb, lakin 2005-ci ildən yenidən davam edib.Tədbir üçün biletlər alına bilməz, yalnız məzunlar və onların yaxınları tədbirdə xüsusi dəvətnamələrlə iştirak edə bilərlər. == Tədbirin tarixi == Ala yelkənlər bayramı 1968-ci ildə Sankt-Peterburqda bir neçə məzun qrupunun təşəbbüsü ilə meydana çıxdı. İlk bayram 28 iyun 1968-ci ildə saat 23:00-da başladı. Həmin tədbirdə 25 mindən çox məzun iştirak edirdi.Tədbir Troiçki körpüsünün(ru) altından hərəkətə başlayan bir qrup katelə açıq elan olundu. Onların ardınca Leninqrad(ru)(indiki Ümid(rus.
Kalaşa-ala
Vayqali (Kalaṣa-alâ), Nuristani Kalaşa adı ilə də tanınır, Əfqanıstanın Nuristan əyalətindəki Vayqal vadisində təxminən 10 000 nuristanlının danışdığı dildir . Öz adı " Kalaṣa-ala " qısaca: 'Kalaşa dili'dir. "Vayali" adı ise Vayqal Vadisinin yuxarı hissəsinin Vay xalqının ləhcəsinə aiddir, mərkəzi Vayqal şəhərindədir və bu ləhcə də öz növbəsində aşağı vadidə yaşayan Çima-Nişeyi xalqının ləhcəsindən fərqlidir. 'Kalaşa' sözü isə cənub Nuristan dillərində danışanların hamısının özünə doğma hesab etdiyimiz bir etnonimidir. Kalaṣa-alâ Hind-Avropa dil ailəsinə aiddir və Hind-İran qolunun cənub Nuristan qrupuna daxildir. O, öz növbəsində Zemiyaki və Treqami ilə sıx bağlıdır, sonuncu ilə leksik oxşarlıq təxminən 76% — 80% təşkil edir.O, adını Pakistanın cənubundakı Çitral rayonunda danışan Kalaşa-mun dili ilə bölüşür, lakin bu iki dil Hind-İran dillərinin müxtəlif qollarına aiddir. Vayali dilində danışanlara bəzən "Qırmızı Kalaşa", Pakistanda isə bu dildə danışanlara isə "Qara Kalaşa" deyilir. Dilçi alim Riçard Stranda görə Çitrallı Kalaşalar görünür ki, tarixi naməlum bir vaxtda cənub Çitral bölgəsinə qədər öz təsirini genişləndirmiş Nuristani Kalaşaların adını qəbul ediblər.
Ala-Too meydanı
Ala-Too meydanı (qırğ. Ала-тоо аянты, Ala-Too ayanty) — Qırğızıstanın paytaxtı Bişkek şəhərinin mərkəzi meydanıdır. Meydan 1984-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının 60 illiyini qeyd etmək münasibətilə tikilmiş və meydanın mərkəzində Leninin heykəli ucaldılmışdır. Meydanda yerləşdirilmiş bu heykəl 2003-cü ildə buradan götürülərək daha kiçik olan bir meydana qoyulmuş və onun yerinə Erkindik (Azadlıq) adlanan yeni heykəl qoyulmuşdur. Daha sonra 2011-ci ildə bu heykəli Qırğızıstanın müstəqilliyinin 20-ci ilinə xitabən hazırlanmış, Manas adlanan digər heykəl əvəz etdi.Meydanda həmçinin dövlət tədbirləri və bayramları keçirilir. 2008-ci ildə dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun xatirə mərasimi burada keçirilmişdir.2005-ci il martın 25-də meydanda Qırğızıstan tarixinin ən böyük, "Zanbaq inqilabı" adlanan hökumət əleyhinə üsyanları başladı. Bir neçə həftədən sonra üsyan bütün ölkə boyunca yayıldı və 15.000-dən çox insanın etirazı nəticəsində növbədənkənar parlament seçkiləri keçirildi. Üsyançıların hökumət qüvvələriylə toqquşması nəticəsində 2 insan qətlə yetirildi və yüzlərlə insan yaralandı. Lakin tezliklə üsyançılar mərkəzi meydanı nəzarət altına aldı və paytaxtda yerləşən Ağ evə hücum olundu. Nəticədə 1990-cı ildən bəri prezidentlik vəzifəsində çalışan Əsgər Akayev qaçdı və tezliklə vəzifəsini buraxdı.
Ala (Roma ordusu)
Ala (latın dilində: ala -hərfi mənada "qanad" falanqalarda legion süvarilərinin ənənəvi döyüş mövqeyinə görə belə adlandırılmışdır) - Roma ordusunda köməkçi süvari hissəsi. Sonralar Ala (Roma ordusu) əsasən müttəfiqlərin süvari hissələri əsasında təşkil olunurdu (ala sociorum). Ala süvari hüssələrindən ilk dəfə İmperator Sezarın qallara qarşı hərbi əməliyyatları zamanı istifadə olunmuşdur. Hər bir ala 10 turmadan ibarət olmuşdur. 500 atlıdan, prefekt istisna olmaqla, (atların ümumi sayı-504) ibarət olan ala quingenaria, 1000 atlıdan, prefekt istisna olmaqla (atların ümumi sayı-1090) milliaria adlanırdı. Ala quingenaria hər biri 10 döyüşçü və 1 zabitdən ibarət 3 dekuriyadən (onluq) təşkil olunmuş ibarət 16 turmaya, Ala milliaria isə prefektin (praefectus alae) komandanlığı altında 24 turmaya bölünürdü. Tarixçilərə görə möhkəmləndirilmiş hərbi düşərgədə 4 alae milliariae və 5 alae quingenariae yerləşirdi. Ala süvarisi alaris (alarius) adlanırdı. Döyüş dəvələrindən (alae dromedariae) ibarət alalar da mövcud olmuşdur. == Mənbə == Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Ala-Arça (milli park)
Qırğızıstanın Milli Təbii Parkı Ala-Arça (qırğ. Ала-Арча) — Qırğızıstanın paytaxtından 41 km məsafədə Qırğız silsiləsinin (Kirg. Qırğız Ala-Too) şimal yamacında 1600—4860 metr yüksəklikdə yerləşən parkdır. 2280 hektar ərazini əhatə edir. Qırğızıstanın Ala-Tu yüksəkliyindən başlayaraq, şimala doğru Ala-Arçinski dərəsinə doğru uzanır. Ala-arxa çayı parkdan keçir. Ala-arxa çayı parkın ərazisindən keçir. Parkın direktoru Qasımbəyov Marat Aşurbəyoviçdir. == Təsviri == Ala - rəngarəng, zolaqlı; arça - ardıc mənalarını verir. == Tarixi == Milli park Qırğızıstan SSR Nazirlər Sovetinin 29 aprel 1976-cı il tarixli fərmanı ilə 19.4 min hektar ərazidə yaradılmışdır.
Beynəlxalq Ala-Too Universiteti
Beynəlxalq Ala-Too Universiteti və ya Beynəlxalq Atatürk-Ala-Too Universiteti (rus. Международный университет «Ала-Тоо»; türk. Uluslararası Ala-Too Üniversitesi), Qırğızıstanın Bişkek şəhərində yerləşən özəl universitetdir. 1996-cı ildə qurulmuşdur. Universitet məzun, magistr və doktorantura proqramları üzrə təhsil verir. Qırğızıstanın ən nüfuzlu universitetlərindən biridir. [mənbə göstərin]Universitetdə əsas tədris dili ingilis dilidir, lakin bəzi fənnlər türk, qırğız və rus dillərində tədris olunur. Fransız və alman dilləri də seçmə dərslər olaraq tədris olunur. Universitetin rektoru Səncər Erdolatovdur.Qırğızıstan vətəndaşları, Mərkəzi İmtahan Sisteminin imtahan nəticələrinə görə universitetə ​​qəbul olunurlar. Ala-Too Beynəlxalq Universiteti qlobal İslam təhsili tərəfindən maliyyələşdirilir və idarə olunur.
Beynəlxalq Atatürk - Ala-too Universiteti
Beynəlxalq Ala-Too Universiteti və ya Beynəlxalq Atatürk-Ala-Too Universiteti (rus. Международный университет «Ала-Тоо»; türk. Uluslararası Ala-Too Üniversitesi), Qırğızıstanın Bişkek şəhərində yerləşən özəl universitetdir. 1996-cı ildə qurulmuşdur. Universitet məzun, magistr və doktorantura proqramları üzrə təhsil verir. Qırğızıstanın ən nüfuzlu universitetlərindən biridir. [mənbə göstərin]Universitetdə əsas tədris dili ingilis dilidir, lakin bəzi fənnlər türk, qırğız və rus dillərində tədris olunur. Fransız və alman dilləri də seçmə dərslər olaraq tədris olunur. Universitetin rektoru Səncər Erdolatovdur.Qırğızıstan vətəndaşları, Mərkəzi İmtahan Sisteminin imtahan nəticələrinə görə universitetə ​​qəbul olunurlar. Ala-Too Beynəlxalq Universiteti qlobal İslam təhsili tərəfindən maliyyələşdirilir və idarə olunur.
Kişmiş
Kişmiş — xüsusi üzüm növündən hazırlanan çərəz. Eləcə də bu üzüm növünün adı. == Hazırlanması == Kişmişin bir neçə hazırlanma üsulu var. Kişmişi həm kölgədə (yəni isti və quru, amma gün düşməyən yerdə, məsələn damın altında, ilkin emaldan keçmiş üzüm salxımları ipdən asılırlar), həm də gün altında qurudurlar. Kişmişin ilkin emalı üsulları da bir neçədir: 1. Üzümün salxımlarını, rənginin açıq olmasını saxlamaq və qurudulmasının tezləşdirilməsi üçün 10 saniyə ərzində qaynar 0,5%-lik qələvi məhlulunda (10-30 qram potaş və 5-10 qram əhəng bir litr suya) emal olunurlar (sadəcə məhlula salınırlar) və sonra, soyuq suda yaxşıca yuyulurlar. Bunun nəticəsində üzümün üzərində tor əmələ gəlir. Bu üzümün qurudulması vaxtı suyun buxarlanmasını tezləşdirir. Bundan sonra, kişmişin daha yaxşı alınması üçün üzümü bir saat ərzində kükürd tüstüsünə verirlər (4 kq üzümə 1 qram kükürd). 2.
Alma-Ata
Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927-1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir). Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır. == Təbiəti == Almatı şəhəri qış turizmi üçün ideal yerdir.
Alma Ata
Alma Ata - türk və Mərkəzi Asiya mifologiyalarında xüsusilə qazax əfsanələrində adı çəkilən əfsanəvi övliya. == Xüsusiyyətləri == Bir rəvayətə görə yer üzündə ilk alma ağacını yer üzündə o tikmişdir. Qazaxıstanın paytaxtı Almatının adı buradan gəlir və almalı (və ya almanın yayıldığı yer) deməkdir. Onsuz da bu şəhərin eks adı da Alma Atadır. Yaxın bir zamana qədər də bu şəhərin adı rəsmi olaraq da Alma Ata idi. Almanın varlığı ilk insana qədər uzandığı üçün Alma Ata'nın haradasa ilk insan ilə ortaq bir keçmişin məhsulu olduğu qarşıya sürə bilər. Alma sözcüyü əmr kipinde mənfi quruluşda "Alma!" şəklində də ələ alınsa, almanın qadağan bir meyvə olduğu bir daha aydın olacaq. Lakin bu qadağa o biri dünyaya aid olduğu, bu dünyada isə kənar aləmin tam tərsi bir məntiq etibarlı olduğu üçün ən müqəddəs və ən məşhur ağac ilə meyvəsi almadır. == Türk mifologiyasında alma == Alma, türk və altay xalq inancında və mifologiyasında müqəddəs bir meyvədir. Alma, Olma, Ulma, Ulmo olaraq da deyilər.
Paris Pişmiş
Paris Pişmiş (erm. Պարիս Փիշմիշ; 30 yanvar 1911, Konstantinopol, Osmanlı imperiyası – 1 avqust 1999, Mexiko) — erməni əsilli Türkiyə astronomu.
Kişmiş oyunu
Qalaqapı və ya kişmiş oyunu — Azərbaycanda tarixən oynanılan stolüstü oyun. Qo ilə oxşardır. Qalaqapı oyunu ağ və qara rənglərdə kişmiş ilə oynanılır. Oyun qara daşlar ilə oynayan oyunçunun addımı ilə başlayır. Nəticədə oyun lövhəsindəki qara daşlar qəlbə yaxınlıq və səmimiyyət simvolu olaraq oyunçunun ürəyinə doğru yerləşdirilir. Ağ daşlar ilə oynayan oyunçuya əvvəlcədən bir neçə qara daşın verilməsi oyunçuları tarazlaşdırır.Qalaqapı oyununda güclü tərəf zəif tərəfə "dədəboyu" (hərf. şans) verir. "Dədəboyu" kəsişmələrində 9-a qədər qara daş düzülə bilər. Hərəkətlər "dov" (hərf. qazanmaq) adlanır, yəni oyunçular növbə ilə bir-birinə hücum edir və güclərini artırırlar. Oyunçu qadağan olunmuş hərəkətlər edən zaman digər oyunçu "kov deyil" (hərf. hesab olunmur) deyir və daşı başqa kəsişməyə qoymağı təklif edir. Oyunda baş verən hər hansı bir vəziyyətin təkrarlanması da "kov deyil" qaydasına tabedir.
Ayla Akat Ata
Ayla Akat Ata (16 fevral 1976, Diyarbəkir) — Türkiyə siyasətçisi və hüquqşünası. O, Sülh və Demokratiya Partiyasından Batman vilayətini təmsil edərək Türkiyə Böyük Millət Məclisinin XXIII və XXIV çağırış deputatı olmuşdur. == Həyatı == Dəclə Universitetinin Hüquq fakültəsini bitirmişdir. İnsan Haqları Dərnəyi, Cəmiyyət və Hüquq Araşdırmalar Vəqfi, Göç-Der və Diyarbakır Qadınlar Platformasının üzvü olmuşdur. O, 2007-ci il seçkilərində müstəqil namizəd kimi Batmandan millət vəkili seçilmişdir. Daha sonra parlamentdəki Demokratik Cəmiyyət Partiyası qrupuna daxil olmuşdur. O, 2009-cu ildə partiya buraxıldıqdan sonra Sülh və Demokratiya Partiyasına üzv olmuşdur. 4 fevral 2010-cu ildə Bengi Yıldız ilə birlikdə Türkiyə Böyük Millət Məclisində partiyanın qrup sədr müavini təyin edilmişdir. 2011-ci ildə yenidən müstəqil Batman millət vəkili seçilən Ata parlamentdəki BDP qrupuna daxil edilmişdir. 2013-cü ildə partiyanın qərarı ilə partiyaya çevrilən Xalqların Demokratik Partiyasında üzvlüyünü davam etdirmişdir.
Kişmiş Təpə (Maku)
Kişmiştəpə (fars. كشمش تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,655 nəfər yaşayır (594 ailə).
İndiki bitmiş zaman
İndiki bitmiş zaman (Present Perfect) - keçmişdə qeyri-müəyyən bir vaxtda baş verən və nəticəsi indiki zamanla əlaqəli olan zaman forması. İndiki bitmiş zaman "to have" feli və keçmiş feli sifət vasitəsilə düzəldilir: Biz yeni informasiya verərkən bu zaman formasından istifadə edirik: Ow! I've cut my finger. Bu zaman formasında hərəkət keçmişdə, nəticə isə indiki zamandadır: I have lost my keys. I can't open the door now. "gone to" ilə "been to" arasındakı fərq: He has gone to Rome. (O, hal-hazırda Romadadır.)He has been to Rome. ( O, hal-hazırda geri dönüb.) İndiki bitmiş zaman "just" , "already" və "yet" sözləri ilə istifadə edilə bilər. "Just" dilimizə "indicə" kimi tərcümə olunur və təsdiq cümlələrdə köməkçi fellə əsas felin arasında istifadə edilir: She has just had lunch. "Already" dilimizə "artıq" kimi tərcümə olunur və təsdiq cümlələrdə köməkçi fellə əsas felin arasında istifadə edilir: He has already left.
Alma-Ata bəyannaməsi (1991)
Alma-Ata bəyannaməsi, Alma-Ata müqaviləsi — MDB-nin məqsəd və prinsipləri, əsasları barədə bəyannamə. Bəyannamədə MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılığı təsdiqləndi. 21 dekabr 1991-ci ildə prezidentlərin Alma-Ata görüşündə imzalanmışdır (sonradan bu cür görüşlər MDB Dövlət Başçıları Şurasının iclasları şəklində keçirilmişdir). Nəticədə, Belarusiya, Rusiya və Ukraynadan əlavə daha 8 respublika MDB-yə qoşuldu: Azərbaycan (24 sentyabr 1993), Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan. Gürcüstan 1993-cü ilin dekabrında MDB-yə qoşulub. Baltikyanı respublikalar (Latviya, Litva və Estoniya) Belovej razılığı kimi, Alma-Ata Bəyannaməsini də imzalamaqdan imtina etdilər. 3 aprel 1990-cı il tarixli 1409-I saylı "İttifaq respublikasının SSRİ-dən ayrılması ilə bağlı məsələlərin həlli qaydası haqqında" SSRİ Qanunu və SSRİ-nin qorunub saxlanmasına dair Ümumittifaq referendumunun nəticələrini pozaraq qanuni şəkildə imzalanmışdır. == Alma-Ata sammitində qəbul edilən qərarlar == Sammitdə iştirak edən 11 üzv dövlət Müstəqil Dövlətlər Birliyinin Sovet İttifaqını əvəz etməsi ilə bağlı razılığa gəlmişdirlər. Bu qərar protokolla müəyyən edilmiş və protokolun bütün üzv dövlətlərin parlamentləri tərəfindən təsdiqindən sonra qüvvəyə minməsi əsas götürülmüşdür. İclasda Rusiya Federasiyasına Sovet İttifaqını Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında nümayəndəsi olmaq səlahiyyəti verilmişdir.
Muyumqum (Alma-ata dairsində səhra)
Muyunqum — elə də böyük olmaya qumlu massiv Qazaxıstanın Almatı vilayəti ərazisində yerləşir. Bu səhranı Canbul və Cənubi-Qazaxıstan vilayəti ərazisində yerləşən geniş əraziyə malik Muyunqum səhrası ilə səhv salmaq lazım deyildir. Kiçik Muyunqum Almatı şəhərinin 10 km şimalından İli çayının sahilinə qədər uzanır. Orta eni 2–5 km təşkik edir. Sahəsi 60 km²-dır. Qumlu massiv 500–600 metr hündürlüyə malikdir. Şərqindən Almatı-Kapçaqay avtomagistralı keçir. Bitki örtüyü kserofitdir. Kənarlarında Karaoy, Zareçnoe və Arna kimi yaşayış məntəqələri vardır.
Muyunqum (Alma-ata dairsində səhra)
Muyunqum — elə də böyük olmaya qumlu massiv Qazaxıstanın Almatı vilayəti ərazisində yerləşir. Bu səhranı Canbul və Cənubi-Qazaxıstan vilayəti ərazisində yerləşən geniş əraziyə malik Muyunqum səhrası ilə səhv salmaq lazım deyildir. Kiçik Muyunqum Almatı şəhərinin 10 km şimalından İli çayının sahilinə qədər uzanır. Orta eni 2–5 km təşkik edir. Sahəsi 60 km²-dır. Qumlu massiv 500–600 metr hündürlüyə malikdir. Şərqindən Almatı-Kapçaqay avtomagistralı keçir. Bitki örtüyü kserofitdir. Kənarlarında Karaoy, Zareçnoe və Arna kimi yaşayış məntəqələri vardır.
ALP
Azərbaycan Liberal Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri. == Tarixi == === Lalə Şövkət dövrü (1995–2003) === Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılmışdır. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilmişdir. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Liberal Demokrat Partiyasının ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ildə 60%-i ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. === 2003-cü il prezident seçkiləri === === Əvəz Temirxan dövrü === 24 iyun 2023-cü il tarixində partiya fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı. == İdeologiyası == İdeologiyasının əsasında insan haqlarının müdafiəsi, qanunun aliliyi durur. Proqramının hədəfi insan haqlarının üstünlüyünü təmin edən cəmiyyətin qurulmasıdır.
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Ağa-bala Hacıyev
Ağa-bala Hacıyev – texniki elmlər namizədi, AR Nazirlər Kabineti Aparatının rəhbəri == Həyatı == Hacıyev Ağa-bala Şamxal oğlu 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1957-ci ildə Azərdəmiryolu Bakı parovoz deposunda fəhlə kimi başlamış, daha sonra çilingər olmuşdur. 1960-1965-ci illərdə Xarkov Dəmir yol Nəqliyyatı üzrə Mühəndislər İnstitutunun (Ukrayna) tələbəsi olmuşdur.1965-1978-ci illərdə Azərbaycan Baş istehsalat energetika və elektrikləşdirmə idarəsinin "Azərenerjisazlama" müəssisəsində mühəndis, baş mühəndis olmuşdur. Sex rəisinin müavini vəzifələrində işləmişdir. 1978-1983-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin energetika və elektrikləşdirmə şöbəsinin müdiri, 1983-1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi (sonradan Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi) sədrinin müavini vəzifəsində çalışmış, komitənin kollegiyasının üzvü təsdiq edilmişdir. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü olmuşdur. 1991-1994–cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilmişdir. 2003-cü ilin sentyabrından Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəridir. A.Hacıyev "Azərbaycanın əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür. Maşınqayırma və energetikanın inkişafı problemləri üzrə 19 elmi məqalənin müəllifidir, texniki elmlər namizədidir.
Kişniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Bibiş
Bibiş (25.01.1978-ci ildən Berkaber) — İcevan rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Ana üçün ağla (film, 2013)
Ana üçün ağla — qısametrajlı bədii filmi, rejissor Emil Quliyev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. "Art Film Pictures" şirkətinin istehsalıdır. Filmin mövzusu məsuliyyətsiz atalar və vicdansız analardır. Əsas rolları Natali Borzitski və Turqay Manafov ifa edirlər.
Çişmi rayonu
Çişmi rayonu (başq. Шишмә районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi şəhər tipli Çişmi qəsəbəsidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın mərkəzi hissəsində yerləşir. Rayonun ərazisi 1823,77 km² təşkil edir. İqlimi kontinental, isti, mülayim rütubətlidir. Ərazisinidən Dyoma, Urşak, Karmasdan, Çermasak, Uza və s. çaylar axır. Ərazisində 250-dən çox göl vardır kı, onlarında ümumi sahəsi 1000ha-dır. Qara və boz meşə torpaqları geniş sahə tutur.
İtmiş ağac
İtmiş ağac (fr. Arbre Perdu) və ya Arbre Terri Sabin — Nigerin şimal-şərqində yerləşən, Sahara səhrasının Tenere bölgəsində yerləşən təcrid olunmuş ağac. Ağac akasiya növündəndir, kiçik qum təpəciyinin üzərində yerləşir. Kiçik ölçüsünə baxmayaraq, çox ucqar yerdə yerləşdiyinə görə böyük əhəmiyyətə malikdir.Paris-Dakar rallisinin qurucusu Terri Sabin bu ağacın yaxınlığında bir vertolyot qəzasında ölmüşdür. Onun külləri İtmiş ağacın ətrafına səpilmişdir. Bundan sonra ağac ralli xəritələrində "Arbre Terri Sabin" adı ilə göstərilməyə başlamışdır. Onun xatirəsinə ağacın yaxınlığında nişan qoyulmuşdur: "Meydan oxuyanlar üçün — Arzularda qalanlar üçün".
İtmiş şəhərlər
İtmiş şəhərlər (ing. Lost city) - əvvəllər mövcud olmuş, lakin sonradan mövcud olduğu ərazidə olmayan və ya harada mövcud olduğu haqqında dəqiq məlumat olmayan şəhərlərə verilən ad. Kabus şəhər anlayışına yaxın olan İtmiş şəhər ifadəsi yazıçılar tərəfindən geniş istifadə edilmişdir. Bəzi tarixi qaynaqlarda əhalisinin sayı 25 - 30 min arasında olan, stratrji baxımdan böyük önəm daşıyan şəhərlərin adları qeyd edilmiş, lakin həmin şəhərlərin dəqiq olaraq harada yerləşdiyi haqqında məlumat əldə edilməmişdir. == Bəzi itmiş şəhərlər == Ubar - Şəhərlərin tərk edilmə səbəbləri müxtəlifdir. Əsas səbəblər kimi xəstəliklərin geniş formada yayılması, müharibələrin aramsız şəkildə davam etməsini və ya karvan yolların dəyişməsini göstərmək olar. Ərəb Xilafəti dövründə mövcud olmuş Ubar şəhəri haqqında son zamanlarda məlumat tapılmışdır. Aparılmış araşdırmalardan sonra məlum olmuşdur ki, Ubar səhrada yerləşən və dövrünə görə əhalisi çox olan şəhərlərdən idi. İçməli su qaynaqlarının anidən tükənməyə başlaması, şəhər əhalisinin şəhəri tərk etməsinə səbəb olmuşdur. Ərəb tarixi rəvayət və ya nağıllarında Ubar adlı şəhərin adı tez-tez qeyd edilir.
Biseps
Biseps və ya bazu (lat. musculus biceps brachii) — çiyin və dirsək arasında qolun qabaq hissəsində yerləşən əzələ. İnkişaf etmiş biseps əzələsi bütün xalqlarda gücün göstəricisi hesab olunur.
Bismut
Bismut (Bi) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 83-cü element. == Tarixi == XVIII əsrə qədər bu metal Avropa əlkimyaçılarının işlərində tez-tez rast gəlinirdi. Bismut sözünün mənşəyi məlum deyil. Bir fərziyyəyə görə o, təhrif olunmuş alman sözləri "wis" və "mat"dan yaranıb "ağ kütlə" deməkdir. Bitkilərdə bismut aşkar olunmamışdır. Heyvanlarda bismutun miqdarı külə ilə 0,00002%-dir. == İnsan orqanizmində bismut == Insan orqanizminə bismut qida ilə, həmçinin hava və su vasitəsi ilə daxil olur və bu, sutkada 5-20 mkq-dır. Bismut insan orqanizminə müxtəlif orqanlarda və toxumalarda aşkar olmuşdur: qanda, əzələlərdə, saçlarda, böyrəklərdə, sümüklərdə, baş beyində və s. Bismut qara ciyərdə, dalaqda və sümüklərdə toplanır. Bismut bəzi zülalların sintezi prosesində iştirak edir, böyrəklərin strukturunu əmələ gətirir.
Bitlis
Bitlis — Türkiyənin Bitlis ilinin inzibati mərkəzi.
Vasmış
Basmınc (yerli xalqın ləhcəsində Vasmış) (fars. باسمنج‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanında şəhər. Basmınc Təbriz şəhərindən 10 kilometr cənub-şərqdə yerləşir. Əhalisi 10,736 (2006–cı il əhalinin siyahıya alınmasına görə) nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycan ostanının 22-ci şəhəri sayılır. Basmınc suğatları (sovqatları) qali, Liqvan pendiri və Basmınc xiyarıdır (yerpənək-gülbəsər).
Bisti
Bisti - Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.
Basmıl xaqanlığı
Basmıl xaqanlığı — Göytürk xaqanlığının dağılmasından sonra yerində, basmıllar tərəfindən qurulmuş qısa müddətli dövlət. == Hökmdarları == Basmıl hökmdarı İrtəriş xaqan dövlətin ilk və son hökmdarı olmuşdur. == Ərazisi == Dövlətin şərqi Uyğur yabquluğu, qərbi isə Karluk yabquluğu adlanırdı. == Tarixi == Cəmi 2 il mövcud olan dövlət 744-cü ildə Qarluqlar və Uyğurların birgə səyi nəticəsində parçalanmış, yerində Uyğur xaqanlığı və Qarluq xaqanlığı yaradılmışdır.
Biktış (Şaran)
Biktış (başq. Биктыш), rus. Биктышево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Akbaris kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 12 km, kənd sovetliyindən (Akbaris): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 47 km. == Əhali == === Etnik tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (98%) üstünlük təşkil edir.
Bismut oksid
Bismut oksid (II)
Bitlis ili
Bitlis ili — Türkiyədə il. “Van və Bitlisdə müsəlman əhalisinin cəmi 10 faizi sağ qalmışdı. Maddi dəlillər bizi belə bir ümumi faktlar həqiqətinə gətirib çıxarır ki, ermənilər müstəsna qəddarlıqla geniş miqyasda müsəlmanları qırmışlar. Nəticədə əhalinin dörddə bir qismi ancaq sağ qalmışdı. Ölkə dağılmışdı . == Əhalisi == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 129 min nəfər əhalisinin 82 min nəfəri ana dilinin kürd, 44 min nəfəri türk, 3 min nəfəri isə ərəb dili olduğunu qeyd etmişdir.
Bitlis qalası
Bitlis qalası — Türkiyənin cənub-şərqində yerləşən Bitlis ilçəsində bir qala. Tikilmə tarixi tam olaraq bilinməməklə yanaşı miladdan əvvəl III-IV əsrlərdə inşa edildiyi ehtimal edilir. Makedoniyalı İskəndər tərəfindən sərkərdə Bedlisə inşa etdirilmişdir. Sərt qayalıqlara inşa edildiyi üçün qalanın ətrafında müdafiə xəndəyi yoxdur. == Tarixi == Yazılı mənbələrdə e.ə. 330-cü ildə Makedoniyalı İskəndərin sərkərdələrindən Leys Bedlis tərəfindən inşa etdirildiyi bildirilir. Bitlis adını bu qalanı inşa edən Bedlis adlı sərkərdədən almışdır. Qalanı Bedlis adlı sərkərdənin inşa etməsi sonrakı illərdə türklərin qalanın olduğu bölgəyə Bitlis adını qoymasına səbəb olmuşdur. Bitlis qalası şəhər mərkəzində sərt bir qaya bloku üzərindədir. İndiyə qədər elmi araşdırma istiqamətli hər hansı bir iş görülmədiyi üçün, içində saxladığı bütün tarixi sirləri ilə öz möhtəşəmliyini saxlayır.
Bitlis vilayəti
Bitlis vilayəti — Osmanlı İmperiyası tərkibində, 1875–1923–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bitlis şəhəri idi.
Cismin sahəsi
Səth — həndəsənin əsas anlayışlarından biri. Bu anlayış cismin sərhədi və ya hərəkət edən xəttin izi kimi sadə təsəvvürlərin riyazi mücərrədləşməsidir. Səthin sadə hissəsi üçölçülü fəzanın elə D {\displaystyle D} çoxluğudur ki, o, E 2 {\displaystyle E^{2}} kvadratı ilə homeomorfdur. D {\displaystyle D} və E 2 {\displaystyle E^{2}} çoxluqları arasında homeomorfluq <center x = x ( u , v ) , y = y ( u , v ) , z = z ( u , v ) {\displaystyle x=x(u,v),y=y(u,v),z=z(u,v)} funksiyaları ilə verilir. Burada u , v {\displaystyle u,v} E 2 {\displaystyle E^{2}} kvadratının daxili nöqtələrinin koordinatları, x , y , z {\displaystyle x,y,z} isə ( u , v ) {\displaystyle (u,v)} -yə uyğun nöqtənin koordinatlarıdır. u {\displaystyle u} və v {\displaystyle v} ədədlərini D {\displaystyle D} çoxluğunda əyrixətli koordinatlar adlandırırlar. Səthin sadə hissəsi ilə müqayisədə düzgün səth daha ümumi anlayışdır. Düzgün səth fəzanın elə nöqtələri çoxluğudur ki, bu çoxluqda hər bir nöqtənin kiçik ətrafı səthin sadə hissəsi olsun. Bu tərif üçölçülü fəzada ikiölçülü həndəsi obrazların tərifi ilə eynidir. Bu tərifi də, məsələn, kənarı olan səth ödəmir.
Semyon Bilmes
Semyon Bilmes (d. 29 avqust 1955) - Azərbaycan əsilli amerikalı rəssam, Eşlənd İncəsənət Akademiyasının qurucusu və müəllimlərindən biri. Bu incəsənətin ABŞ-nin Oreqon şttının Eşlənd şəhərində və Havayinin Maui şəhərində bölmələri vardır. Bilmes ABŞ səviyyəsində marketinq, redaktə və kitab rəssamlığı sahəsində tanınmışdır. O, AT&T, CBS, General Mills, Warner Lambert, Smirnoff Vodka, Citibank, Clairol, Western Union, Alaska Airlines və Philip Morris kimi şirkətlərin reklamları üçün rəsmlər çəkmişdir. O, kitablara və Reader's Digest, the The New York Times dövrü mətbuatlar üçün rəsmlər çəkmişdir. Bilmesin yağlı boya rəssamlığı nümunəsi olan "Qırmızı türbanda xanım" əsəri American Showcase tərəfindən hazırlanmış ilin ən yaxşı dizaynları və rəsmləri siyahısında yer almışdır. == Həyatı == Semyon Bilmes 1955-ci il 29 avqust tarixində Azərbaycan SSR-nın Bakı şəhərində anadan olmuşdur. O, ilk incəsənət təhsilini məktəbin ilk illərində almış, 16 yaşına çatdıqda isə Bakıda yerləşən Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinda təhsilinə davam etmişdir. 1980-ci ildə Nyu-Yorka mühacirət etmiş, burada da Parlons Dizayn Məktəbindən məzun olmuşdur.O, ABŞ-də Bilmes İncəsənət Məktəbinin əsasını qoymuş, burada kommersiya məqsədləri ilə 10 il dərs demişdir.