Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İblis oturub
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
Cəlal ilə Ceren
Celal ilə Ceren — Türkiyə istehsalı komediya film. "Hər kəsin bir Cereni var" şüarı ilə çəkilən film, altı ildir birlikdə olan sevgililərin ayrıldıqdan sonra yaşadıqları hekayədən bəhs edir. Şahan Gökbakar filmdəki baş rolu Ezgi Mola ilə bölüşdü. İstifadəçilərin səsverməsi nəticəsində IMDb Worst 100 siyahısında birinci yerdədir. == Mövzu == 30 yaşında olan Celal (Şahan Gökbakar), Karaköydə atasının elektrikçi dükanında işləyir. Sözlüsü yenə 30 yaşında olan Ceren (Ezgi Mola) isə bir mebel mağazasında işləməkdədir. İki sevgilinin birlikdə olması 6 il davam etmişdir və hələ də Celal evlilik təklifi etməmişdir. Celal bir dostunun subaylığa vida şənliyinə getmək istəyəndə cütlük dəhşət dərəcədə savaşır və ayrılırlar. Ceren getməyini istəməsə də, Celal yalan deyib Cereni aldadaraq Aksaraydakı Rus qadınlarının olduğu şənliyə gedir. Şənlikdə Cəlalın dostu böyük bir saflıqla Cəlalın Rus qızlarla bərabər əyləndiyi video görüntüləri İnternetə qoyur.
Fil ilə edam
Fil ilə edam — Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar. Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır. Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim Roma və Karfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir. == Mədəni xüsusiyyətlər == Fillərin həssaslığı, dözümlülüyü və çox yönlü olması, romalılar tərəfindən döyüş məqsədilə istifadə olunmuş şir və ayılara nəzərən daha çox üstünlük yaratmışdır.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Kəsmə ilə emal
Kəsmə ilə emal - mexaniki emal üsullarına aid olan texnologiyadır. Burada pəstahda olan artıq material yonularaq (kəsilərək) çıxarılır və lazımi olan formaya salınır. Baxmayar ki, bu üsullarla qeyri metallar da emal oluna bilirlər, çox vaxt kəsmə ilə emal metalların emalı ilə əlaqələndirilir. Bunun səbəbi sənaye inqilabı dövründə maşınqayırmanın inkişafı ilə bağlıdır. Maşınlarda çalışan peşəkarlardan tornaçılar və başqa mütəxəssislər meydana gəlirlər. Əslində əl ilə emal da (məsələn, yonma, yiyələmə, mişarlama) bu sahəyə aiddir. Kəsmə ilə emal istehsal prosesinin tərkib hissəi olub ayrıca bir elm kimi tədqiq olunur. Kəsmənin əsas prinsipi iti tilə malik kəsici alətinin pəstahın səthinə girməsi və bunun nəticəsində nazik material qatını - yonqarı çıxarmasından ibarətdir. Alətin materialı emal olunan pəstahın materialından bərk olmalıdır. Yumşaq materialların emalında adi polad kəsici material kimi tətbiq oluna bilir.
Palitra ilə avtoportret
Palitra ilə avtoportret (fr. Portrait de soi avec la Palette) — Fransız boyakarı Pol Sezannın məşhur avtoportretlərindən biridir. Əsər İsveçrənin Sürix şəhərində yerləşən E.G.Bührle fonduda saxlanılır.
Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. == Terminologiya == Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir. == Tarix == === Xitaylar === Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. == Haqqında == Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Slavyanka ilə vidalaşma
"Slavyanka ilə vidalaşma" (rus. Прощание славянки) — bəstəkar Vasili Aqapkin tərəfindən Birinci Balkan müharibəsində ərlərini müşayiət edən slavyan qadınların şərəfinə yazılmış Rusiya vətənpərvərlik marşı. Marş 1912-ci ilin sonunda Tambovda yazılmış və premyerası olmuşdur. 1915-ci ilin yayında Kiyevdə qrammofon sinqlı kimi buraxıldı. Slavyanka "slavyan qadını" deməkdir. == Tarixi == Melodiya Rusiyada və ona daxil olan ölkələrdə Birinci Dünya müharibəsi illərində, rus əsgərləri evlərini tərk edərkən və marşın musiqisi ilə müşayiət olunanda populyarlıq qazandı. 1941-ci il noyabrın 7- də Qırmızı meydanda keçirilən parad zamanı da nümayiş edildi, bundan sonra əsgərlər birbaşa Moskva döyüşünə getdilər. Bu marş həm də admiral Kolçakın Ağ Ordusunun qeyri-rəsmi himni kimi istifadə olunurdu. Qərb mənbələri iddia edirdi ki, mahnı 1957-ci ildə mükafata layiq görülmüş "Durnalar uçur" filmində istifadə edilməzdən əvvəl senzuradan keçməyən mövzular ilə bağlı sözləri olduğu üçün qadağan edilib. Bununla belə, bundan əvvəl ifa olunan mahnının bir çox sənədləri var, bir çoxunu Aqapkinin özü idarə etdi.
Xanım sincab ilə
"Xanım gəlincik ilə" (it. Dama con l'ermellino) — Leonardo da Vinçinin portretlərindən biri. Tədqiqatçıların çoxunun fikrincə bu portretdə Sisilya Qallerani – İl Moro adı ilə tanınan Milan hersoqu Lüdoviko Sforsun sevgilisi təsvir olunub və bu da əsərin mürəkkəb simvolikasında öz təsdiqini tapır. Bu rəsm əsəri "Mona Liza", "Cinevra de Bençinin portreti" və "Gözəl Ferronyera" ilə yanaşı Leonardoya məxsus dörd qadın portretindən biridir. == Portretin ehtimal edilən modeli == Ənənəvi olaraq hesab edilir ki, portretin modeli Milan hersoqunun məşuqəsi Sisilya Qalleranidir. Əvvəllər belə bir ehtimal mövcud idi ki, həmin qadın Leonardonun başqa bir portretində — "Gözəl Ferronyera" əsərində də təsvir olunmuşdur. Lakin hazırda, "Gözəl Ferronyera"dakı modelin, uzun müddət hersoqun məşuqəsi olmuş Lukresiya Krivelli olduğu güman edilir. Bu portretin Qalleraninin təsviri ilə identifikasiyası ən yeni dövrə aiddir. Hələ 1877-ci ildə Leonardo yaradıcılığının tədqiqatçıları yazırdılar: == Yaradılması tarixi və vaxtı == Ehtimal edilir ki, Milan sarayında işləyən Leonardo, portreti Sisilya hersoqun sevgilisi olanda, yəni 1489–1490-cı illərdən başlayaraq işləmişdir. Ədəbiyyatda bir qayda olaraq portretdə 17 yaşlı Sisilyanın təsvir edildiyi göstərilsə də, bu sübut edilməmişdir.
İnterpolyasiya ilə axtarış
İnterpolyasiya ilə axtarış (ing. Interpolation search) — Artan və ya azalan sıra ilə düzülmüş massivdə verilmiş elementin tapılması alqoritmidir. == İşləmə prinsipi == Eyni ilə ikili axtarış alqoritminin sxemi üzrə qurulur. Yeganə fərq ondan ibarətdir ki, massiv hər addımda ikiyə tən ortadan deyil, cari intervalın uclarındakı qiymətlərdən asılı olaraq xətti interpolyasiya ilə tapılmış mövqedən bölünür. Hesablamaya sərf olunan vaxt baxımından intervalın ikiyə ortadan bölunməsi ilə interpolyasıyanın hesablanması arasında fərq ciddi olmadığı üçün, bu intervalın daha böyük sürətlə yığılmasına gətirir. Massivdəki elementlərin sayı N olarsa, bir elementin mövqeyinin tapılması üçün orta hesabla l o g ( l o g ( N ) ) {\displaystyle log(log(N))} müqayisə sərf edilər. Ən pis halda (məsələn verilənlər eksponsional xarakter daşıdıqda) tələb edilən əməliyatların sayı O ( N ) {\displaystyle O(N)} -ə çata bilər.
Oturum
Oturum və ya Suya oturma dərəcəsi – hərbi və mülkü gəmiqayırmada gəminin və ya qayığın suya oturma (dalma) dərəcəsi. Gəmilərin hərkətlərinin nizamlamasında mühüm rol oynayır. == Növləri == Oturumun aşağıdakı növləri vardır: Layihə (hesablama) oturumu Midelşpanqoutuya görə layihə oturumu Gəminin burun tərəfi ilə ilə oturum Gəminin dal tərəfi ilə oturum Orta oturum Dərəcəsinə görə: Gəminin ən dərin bölmədə suya oturumu (ds) gəminin yay yük xəttinə müvafiq suya oturma dərəcəsidir. Gəminin ən az istismar olunan suya oturma dərəcəsi (dl) gözlənilən ən az yüklənmə və onunla əlaqədar maye ehtiyatlarına, o cümlədən, zədəyə qarşı davamlılıq və/yaxud suya batma üçün zəruri ola bilən bu tip ballasta müvafiq olan gəminin istismar olunan suya oturma dərəcəsidir. Gəminin bölmədə qismən suya oturma dərəcəsi (dp) gəminin az istismar olunan suya oturma dərəcəsi, üstəgəl gəminin az istismar olunan suya oturma dərəcəsi ilə ən dərin bölmənin suya oturma dərəcəsi arasındakı fərqin 60%-dir.
Ana südü ilə qidalanma
Ana südü ilə qidalanma yaxud təbii qidalanma — məməlilərin dişilərinin döşlərindəki südü övladlarına çatdırmasıdır. Körpələrin instinktiv ana südü ilə qidalanma refleksi sayəsində öyrənmə prosesi lazım deyildir. İnsanlarda ana südü ilə qidalanma tövsiyələri 6 ay ilə 2 yaş arasında dəyişir. Ana südü ilə qidalanma üçün təbii əmizdirmə yerinə, bir qabda cəmlənərək şüşə ilə qidalanma üsulu da izlənilə bilər. Bunun üçün məmə üzərinə qoyulan və südün alınmasına kömək edən tirl kimi alətlərdən istifadə edilir.
Aristotel Homerin büstü ilə
Aristotel Homerin büstü ilə (nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus) — Rembrandtın italyan kolleksiyasıçısının sifarişi ilə 1653-cü ildə çəkdiyi iri ölçülü (143,5x136,5 sm) rəsm əsəri. Rəssamın yaradıcılığı üçün ənənəvi olan bu portret tarixi süjet kimi qələmə verilmişdir. == Rəsmin tarixi == Siciliyalı zadəgan Antonio Ruffo (1610/11- 1678) Rembrandtin ofortlarını Romada görmüş və onları yüksək qiymətləndirmişdi. 1652-ci ildə o özünün Amsterdamdakı agenti vasitəsilə Aristoteli təsvir edəcək rəsm əsərinə görə Rembrandta 500 florin təklif etmişdi. O dövr üçün bu çox böyük məbləğ idi (Rəsmlərin İtaliyadakı orta qiymətindən 8 dəfə çox). O dövrkü Amsterdamda isə bu məbləğ rəssam və ya dükan sahibinin ailəsi ilə birlikdə 1 il yaşaması üçün kifayət idi. Lakin Rembrandt üçün bu daha böyük məbləğ idi, çünki Amsterdamda o artıq dəbdən düşmüşdü. Bundan əlavə, Rembrandt böyük fəlakət astanasında idi: hətta belə böyük məbləğ onu müflisləşmədən xilas edə bilmirdi Rembrandt sifarişi yerinə yetirərək rəsmi dəniz yolu ilə Messinaya göndərdi. Ruffo rəsmi çox bəyəndiyindən daha sonra Rembrandta Makedoniyalı İskəndəri (1661, dövrümüzədək gəlib çatmamışdır) və “İliada”nı pəsdən öz şagirdlərinə oxuyan Homeri (1663, Mauritsxeys) təsvir edən daha iki rəsm sifariş etmişdi.
Avstriya ilə dövlət müqaviləsi
Avstriya ilə dövlət müqaviləsi (alm. Österreichischer Staatsvertrag‎) və ya Müstəqil və demokratik Avstriyanın bərpası haqqında dövlət müqaviləsi (alm. Staatsvertrag betreffend die Wiederherstellung eines unabhängigen und demokratischen Österreich‎) — Avstriyanın dövlət müstəqilliyini bərpa edən müqavilə. Bu, İkinci Dünya müharibəsində antihitler koalisiyasına daxil olan dörd böyük dövlət – SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa ilə Avstriya arasında 15 may 1955-ci ildə Vyana şəhərində imzalanmışdır. Müqavilə Avstriyanın dörd böyük dövlət tərəfindən işğalına son qoymuşdu. Böyük dövlətlər Avstriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edəcəyi, Avstriya isə Almaniya ilə hər hansı bir şəkildə siyasi, iqtisadi ittifaqa girməyəcəyi, ölkədə demokratik azadlığı təmin edəcəyi, nasist və faşist təşkilatların fəaliyyətinə imkan verməyəcəyi barədə öhdəlik götürmüşdür. Müqaviləyə anşlussu qadağan edən maddə də əlavə edilmişdir Avstriya ilə dövlət müqaviləsi beynəlxalq gərginliyin zəiflədilməsi və Avropada sülhün möhkəmləndirilməsində mühüm rol oynamış, müstəqil Avstriyanın inkişafına zəmin yaratmışdır.
Cənaba sevgi ilə (roman)
Cənaba sevgi ilə (ing. To Sir, With Love) – Qayana yazıçısı E. R. Braytvayt tərəfindən 1959-cu ildə yazılan yarı avtobioqrafik roman. == Mövzu == Roman 1950-ci illərin sonlarında Londonun şərqində ancaq varlı uşaqların təhsil aldıqları məktəbdə iş tapa bilən yoxsul ailədən çıxmış qaradərili müəllimin qarşılaşdığı çətinliklərdən bəhs edir. Həmin illərdə E. R. Braytvaytda Londonda belə məktəbdə təhsil almış və eyni problemlərlə qarşılaşmışdı. Yazıçı, diplomat və müəllim olan Edvard Rikardo Braytvayt qaradərililərə qarşı bəslənilən münasibət və irqçilik haqqında yazdığı əsərlər ilə tanınmışıdır. == Film == 1959-cu ildə yazılmış bu roman əsasında 1967-ci ildə İngiltərədə Ceyms Klavel tərəfindən eyniadlı film çəkilmişdir. Filmin baş rolunda amerikalı Sidney Poytyer oynamışdır. Filmdə həmçinin Kristian Roberts, Suzi Kendal, Cudi Qiison və Lulu rol almışdılar. Lulunun həmin film üçün bəstələdiyi "To Sir, with Love" mahnısı həmin il ABŞ-də pop mahnıya çevrilmişdi.
Dostların Gözü ilə (1979)
Dostluq Yolu ilə (1964)
Dostluq Yolu ilə (1974)
Gürzə ilə Əlbəyaxa (1984)
== Məzmun == Azərbaycanda qeyri-adi laboratoriya vardır. Bu laboratoriyada adi insanlar işləyirlər. Onları herpentoloq, laboratoriyanı isə herpentoloji adlandırırlar. Filmin qəhrəmanı Eldar Xanlarov hər gün 100-dən artıq gürzə ilə mübarizədən qalib çıxır. O, insanlara lazım olan zəhəri əldə edir. Zəhərdən isə insanları bir sıra xəstəliklərdən xilas edən çoxlu qiymətli dərmanlar hazırlanır. Bu laboratoriyada 2300 gürzə saxlanılır və dünyada ən nadir və ən iri "mağaza" hesab olunur. Film Azərbaycan alimlərinin cəsarətli təcrübəsindən bəhs edir. Onlar inkubasiya şəraitində gürzə balasını almağa müvəffəq olublar. Gürzənin zəhəri isə insan həyatı üçün mübarizədə çox vacibdir.
Kopernik. Tanrı ilə söhbət
"Kopernik. Tanrı ilə söhbət" (pol. Astronom Kopernik, czyli rozmowa z Bogiem) — polyak rəssam Yan Mateykonun 1873-cü ildə tamamladığı rəsm. Rəsmdə məşhur astronom Nikolay Kopernikin Fromborq şəhərində kilsənin yanındakı qüllədən müşahidələr aparma səhnəsi təsvir olunmuşdur. Hal-hazırda rəsm Krakov şəhərində Yagellon Universitetinin kolleksiyasına daxildir. Bu rəsmi Polşa ictimaiyyəti pul ilə alaraq Yagellon Universitetinə bağışlamışdır. == Yaranma tarixi == Yan Mateyko rəsmin üzərində işləməyə 1871-ci ildə Kopernikin 400 illik yubileyinin qeyd edilməsi üçün görülən hazırlıqlar ərəfəsində başlamışdır. Onun digər rəsmlərində olduğu kimi bu rəsm də Polşa tarixinin önəmli hadisəsinə həsr olunmuşdur. Bu rəsm əsərində Nikolay Kopernik dünyanın heliosentrik nizamının tərəfdarı və elmi inqilabın yaradıcısı kimi təsvir olunmuşdur. Rəsmin çəkilməsi üçün Mateyko Yagellon Universitetində əlçatan olan tarixi sənədləri araşdırmış, bir neçə karandaş eskiz və daha sonra rəsmin yekun variantının bitməsinə qədər yağlı boya ilə çəkilmiş daha 2 eskiz yaratmışdır.
Lenin Yolu ilə (1949)
== Məzmun == Kinooçerk Leninin vəfatının 25 illiyi münasibətilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mikayıl Mikayılov Ssenari müəllifi: Q.Qrekin Operator: Vladimir Zbudski, Mirzə Mustafayev, Leonid Koretski Səs operatoru: İlya Ozerski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.
Leninin Adi ilə (1977)
== Məzmun == Kinolentdə "Leninneft" NQÇİ fəhlə və mühəndislərinin fədakar əməyindən söhbət gedir. == Film haqqında == Film Leninneft NQÇİ-nin sifarişi ilə çəkilmişdir.
Leyla ilə Məcnun (serial)
Leyla ilə Məcnun (türk. Leyla ile Mecnun) — EfLAtunfilm kinoşirkəti tərəfindən istehsal olunub 3 mövsüm TRT 1-də yayımlanmış və final bölümü olmadan yayımdan çıxardılmış absurd komediya janrında Türkiyə teleserialıdır. Serial əfsanəvi obrazlar Leyli və Məcnunun hekayəsinə bənzədilmiş və seriala absurd komediya, elmi fantastika janrları da əlavə edilmişdir. == İstehsal == Ssenari müəllifi Burak Aksak, rejissoru Onur Ünlü olan serialın 1-ci bölümü 9 fevral 2011-ci il tarixində TRT 1 telekanalında yayımlanmışdır. Son bölüm sayılan 103-cü bölüm isə 17 iyun 2013-cü il tarixində yayımlanmışdır. Daha sonra isə TRT 27 yanvar 2014-cü il tarixində 104-cü bölümü də yayımlayacağını açıqlamışdır. Serialın 12-ci və 13-cü bölümlərində "Behzat Ç." serialı ilə ortaq səhnələri vardır. Serial bununla Türkiyədə ilk dəfə fərqli kinoşirkətlərə məxsus serialların bir-birilərinə qonaq olmasını etmişdir. Leyla ilə Məcnun bitəndən sonra filminin də çəkilməsi planlaşdırılırdı. Lakin bəzi aktyorların və aktrisaların serialdan ayrılmasına və final bölümünün olmamasına görə film çəkilmədi.
Madonna payızbülbülü balası ilə
Madonna payızbülbülü balası ilə (it. La Madonna del Cardellino) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-1506-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir və hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.
Qum şırnağı ilə emal
Qum şırnağı ilə emal dedikdə materialın və ya pəstahın səthinin pardaqlama vasitəsi kimi qumdan istifadə etməklə paslanma, çirk, rəng və digər qalıq materiallardan təmizlənməsi başa düşülür. Güclü kompressor vasitəsilə yaradılan hava axını pardaqlayıcı materialı (qum, bəzi hallarda şüşüə qranulatı, korund, süni material qranulatı və ya soda) çəndən götürür. Beləliklə yaradılmış pardaqlayıcı material-hava qarışığı xüsusi şlanq-ucluq sisteminin tətbiqi ilə yüksək təzyiq altında emal edilən səthə vurulur. Pardaqalyıcı materialın abraziv təsiri hissənin səthində hissəciklər qopardılır və kənarlaşdırılır. Qum şırnağı ilə emal həm tikintidə, həm də metal emalında tətbiq olunur. Tiklilərdə köhnəlmiş üz qatlarını çıxarmaqla bərabər bu üsulla metalların səthində qalmış rəng qalıqlarını təmizləmək, həmçinin süni materialların (məsələn: diş protezləri) səthinin təmizlənməsi mümkündür. Təmizləmə prosesi açıqlıqda, kabinlərdə, əl və ya avtomatik aparıla bilir. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
Duymaq
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Cimmi Durmaz
Yakup Cimmi Durmaz (22 mart 1989, Erebru) əvvəllər Cimmi Tuma kimi tanınan, Türkiyənin "Qalatasaray" klubu və İsveç milli komandasında oynayan bir İsveç futbolçusudur.
Sadir Durmaz
Sadir Durmaz (15 iyul 1963, Kırşəhər ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Sadir Durmaz 1963-cü ildə Kırşəhər ilinin Çiçəydağı ilçəsində anadan olub. Karadeniz Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Kənd Təsərrüfatı Kredit Kooperativləri Baş İdarəsində müfəttiş yardımçısı, müfəttiş, şöbə müdiri, sədr müavini və sədr vəzifələrində çalışıb. Beynəlxalq Kooperativ və Çalışma İqtisadiyyatı Araşdırma İnstitutunun (CIRIEC) İstanbul Daimi Komissiyası üzvü, Kooperativ Təhsil Vəqfi İdarə heyəti üzvü, GÜBRETAŞ İdarə Heyəti sədri, Güven Sığorta AŞ İdarə Heyəti sədri, Tarım Kredispor İdman Klubunun prezidenti vəzifələrdə çalışıb. Kənd Təsərrüfatı Kredit Kooperativlərinin Yenidən Qurulması Layihəsinin Koordinatoru olub. Qəzetlərdə, jurnallarda məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. 2006-cı ildə MHP İdarə Heyətinin üzvü seçilib. MHP sədrinin yerli idarələrdən məsul müavinidir.
Çətinliyə baş vurmaq
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Çətinliyə baş vurmaq (teleserial, 2008)
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. == Ailəm == Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. == Sözün mənşəyi == Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Ozon dəliyi
Yer üzərində həyat minillərlə, atmosferdə olan mühafizə qatı sayəsində qərar tutmuşdur. Ozondan ibarət olan bu qat Yeri günəşin zərərli ultrabənövşəyi şüalanmasından mühafizə edir. Lakin antropogen və texnogen təsirlər altında 20 ildən artıq bir müddətdə ozon qatının aramsız nazikləşməsi qlobal miqyasda təhlükə mənbəyinə çevrilmişdir. Ozon tərkibində üç ədəd oksigen atomu olan qazdır. O, ilk dəfə 1839-cu ildə K.F.Şonbeyn tərəfindən elektrik boşalmalarının müşahidəsi zamanı kəşf edilmişdir. Lakin ozonun atmosferin bir hissəsinin olduğu faktı yalnız 1850-ci ildən sonra məlum olmuşdur. Ozon – yunan sözü olub, mənası "kəskin iy" deməkdir. Ozon günəşin işıqlandırdığı insan və digər canlıların yayıldığı müstəsna əhəmiyyətə malikdir, çünki o, atmosferin temperaturunun lay-lay olmasını müəyyən edir və eyni zamanda intensiv ultrabənövşəyi şüalanmadan qoruyur. Ozon əsasən atmosferin troposfer və stratosfer qatlarında yerləşir. Troposferdə ozonun miqdarı çox azdır.
Soxulcan dəliyi
Soxulcan dəliyi və ya Eynşteyn-Rozen körpüsü, Natan Rozen və Albert Eynşteyn tərəfindən irəli sürülmüşdür. Soxulcan dəliyi əslində kosmos zamanın nöqtə dizaynı və zamanda bir qısa yol olan nəzəri topolojik bir xüsusiyyətidir. Ümumi olaraq ağ dəliklər və qara dəliklər arasındakı keçidə soxulcan dəliyi deyilməkdədir. Bir soxulcan dəliyinin bir boğaza bağlı ən az iki çıxışı vardır. Əgər soxulcan dəliyindən keçmək mümkündürsə, maddə soxulcan dəliyinin girişindən keçib çıxışından çıxa bilər. Soxulcan dəliyi adı fenomeni açıqlamaqda istifadə olunan analogiyadan gəlir. Əgər bir soxulcan bir almanın üzərində səyahət edirsə, bütün almanın ətrafını gəzmək yerinə içindən keçərək bir kəsə yol tapmış olur. Soxulcan dəliyinin mərkəzi (ortası) dayanacaq nöqtəsidir, yəni oraya keçərkən spagettiləşmə deyilən bir hadisədən sonra ilişərsəniz və ulduzların bir ömrü bitirməsini 10 saniyə içində görə bilərsiniz. Oradan çıxmaq üçün işıqdan sürətli olmalısınız. Çıxa bilməsəniz qara dəlik yox olarkən enerji və ya qaz kütləsinə çevrilərsiniz.
Joturus
Joturus (lat. Joturus) — kefallar fəsiləsinə aid balıq cinsi.
İturup
İturup (aynu. Этороп, yap. 択捉島 Etorofu) — Kuril adalarına daxil olan Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti Kurilsk şəhər dairəsinə daxildir. Ancaq adalara Yaponiya iddia edir və adanı Hokkayda prefekturasının Nemuro subprefekturasına daxil ərazi hesab edir. Adannın müxtəlif adalarının olmasına baxmayaraq bu daha geniş yalılanıdır. Ayn dilində işlənən "etorop" sözü, tərcümədə Meduza anlamını verir. == Coğrafiya == Ada şimal-şərqdən cənub-qərbə doğru 200 km məsafədə uzanır. Eni 7–27 km arasında dəyişir. Sahəsi 3200 km² təşkil edir.
Turut
Turut düzü — Şəki rayonu ərazisində düz. Turut (İran) — İranda kənd.
Xilə
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. == Coğrafi mövqeyi == Əmircan Bakının şərqində, Şor gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. == Əhalisi == Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.
İlmə
Xalça toxunarkən, ümumiyyətlə, iki ərişə bir ilmə salınır. İlmə salınarkən yun ip iki ərişə dolanıb düyünlənir, qalan iki ucu isə xalçanın xovunu yaradır. == İlmə növləri == İlmə iki hissədən ibarətdir: 1. Düyün hissəsi 2. Uc hissələr (düyünün ucları (buna qanad da deyirlər)). İlmənin ucları –qanadlarına ilmətoxunuşun uzunluğu da deyirlər. İlmənin uzunluğu xalçada sıxlığın aşağı olması ilə də əmələ gəlir. Məsələn, sıxlıq 40x40 olduqda ilmənin uzunluğu 25–28 mm, sıxlıq 35×35 olduqda isə, ilmənin uzunluğu 30–35 mm ola bilir. == İlmə sıxlığı == Xalça toxunmazdan qabaq ona sərf olunacaq yun ipin, ərişin, arğacın qədərini, sıxlığını, xovunun qalınlığını bilmək, hesablamaq çox vacibdir. Bunun üçün əvvəlcə 1 m²-də ilmələrin sayını bilmək lazım gəlir.
İlçə
İlçə (türk. İlçe) — Türkiyənin inzibati-ərazi bölgüsünə əsasən ildən (vilayət) sonra gələn inzibati idarə vahididir yəni inzibati bölgüdə ilçə ikinci yeri tutur. İlçə daha çox rayon bölgü vahidinə yaxındır, çünki ilçələr də öz daxilində belde, kənd, qəsəbə, "mahalle" və "semtlerden" ibarət ola bilər. Ayrıca hər bir ilçəyə seçki yoluyla ilçə bələdiyyə başqanı seçilir. Vilayət (il) bir neçə ilçədən ibarət olur. Yeni bir ilçənin qurulması və ya var olanın ləğv edilməsi sadəcə qanunla ola bilər. Vilayət (il) mərkəzi də bir ilçəni təşkil edir və buna mərkəz ilçə deyilir. Böyükşəhər (Büyükşehir) qurulan vilayət mərkəzlərində mərkəz ilçə anlayışı olmur. Abdullah Gülün təsdiqlədiyi 6 mart, 2008 tarixli 5747 saylı qərarına əsasən əhalisi 2 min nəfərin altına düşən 862 bəldə ləğv olundu və 43 yeni ilçə quruldu. Bu qanunla Adanada 2, Ankarada 1, Antalyada 5, Diyarbakırda 4, Ərzurumda 2, Əskişəhərdə 2, İstanbulda 8, İzmirdə 2, Kocaelində 6, Mersində 4, Sakaryada 4 ve Samsunda 3 yeni ilçə qurulmuş oldu.
İyə
İzə
İzə- İranın Xuzistan ostanının şəhərlərindən və İzə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 103,695 nəfər və 20,127 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Verilənlər bazasının administratoru
Verilənlər bazasının administratoru – verilənlər bazasına cavabdeh olan şəxs və ya şəxslər qrupu. Adətən, verilənlər bazasının administratorunun vəzifələri sırasına verilənlər bazasının informasiya tərkibinin müəyyənləşdirilməsi, verilənlərin saxlanmasının daxili strukturunu və onlara erişmənin strategiyasının müəyyənləşdirilməsi, verilənlərin qorunmasının və onların tamlığının təmin edilməsi, verilənlər bazasının səmərəliliyinə nazarət edilməsi və istifadəçilərin tələblərinə cavab verilməsi daxil olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Babamızın babasının babası
Babamızın babasının babası və ya Babamın babasının babası — 1981-ci ildə Azərbaycan-sovet rejissoru Tofiq Tağızadə tərəfindən "Azərbaycanfilm" kinostudiyasında komediya janrında çəkilmiş tammetrajlı bədii film. Filmin əsas qəhrəmanı sevgi və əbədiyyət ideyalarının daşıyıcısı kimi təsvir olunan 160 yaşlı çoban Əziz babadır. Filmdəki əsas rolları Hüseynağa Sadıqov, Samir Qədirov, Şamil Süleymanov, Səməndər Rzayev, Hamlet Qurbanov, Həmidə Ömərova və Sabir Məmmədov canlandırırlar. Film Ramiz Rövşənin ssenari müəllifi kimi diplom işi idi. Kino mütəxəssisi Aydın Kazımzadənin sözlərinə görə, bu film Azərbaycan kinosu tarixində mühüm yer tutur, hansı ki, Azərbaycan SSR xalq artisti Hüseynağa Sadıqovun son film idi. Filmdən bir kadrda Azərbaycan Sovet Ensiklopediyasında Sadıqov haqqında bir məqalə təsvir edilmişdir. Filmin çəkilişləri Şəki şəhərinin yaxınlığında iki-üç ay ərzində aparılmışdır. Filmin premyerası 1982-ci ildə Kürdəmirdəki Yay Kinoteatrında baş tutmuşdur. Premyerada çəkiliş qrupunun üzvləri, eyni zamanda filmdəki işlərdən və bir neçə maraqlı hekayədən bəhs edən aparıcı aktyor Hüseynağa Sadıqov çıxış etmişdir. Film 2017-ci ildə Azərbaycan Dövlət Film Fondunun əməkdaşları, əməkdar mədəniyyət işçiləri Rafael İmanov və Xuraman Pişiyari tərəfindən rəqəmsallaşdırılmışdır.
Yerfındığı dəliyi
Yerfındığı dəliyi — 2014-cü ilə qədər Oxot dənizinin mərkəzində açıq okean sahəsi. 1991-ci ildən 2014-cü ilə qədər onun statusu beynəlxalq mübahisələrin predmeti idi. Buna baxmayaraq, 2014-cü ilin mart ayından etibarən Yerfındığı dəliyinin dəniz dibi və alt qatı qanuni olaraq Rusiyanın kontinental şelfinin bir hissəsidir. Formasına görə adlandırılmış olan Yerfındığı dəliyi eni təqribən 55 kilometr (34 mil) və uzunluğu 480 kilometr (300 mil) olan sahə idi. Bu, Kamçatka yarımadasının, Kuril adalarının, Saxalin və materik Rusiyasının (Xabarovsk diyarı və Maqadan vilayəti) sahilləriindən uzanan Rusiyanın müstəsna iqtisadi zonası (MİZ) ilə əhatə olunmuşdu, lakin istənilən sahildən 200 nautical mile (370 km) uzunluqdan çox uzaqlıqda olduğu üçün Rusiyanın defolt MİZ-də deyildi. MİZ-lər suverenlik sahələri deyil, müəyyən suveren hüquqların və funksional yurisdiksiyanın sahələridir. Yerfındığı dəliyi Rusiyanın MİZ-də olmadığı üçün istənilən ölkə orada balıq tuta bilərdi. Bəziləri bunu 1991-ci ildə ekstensiv şəkildə etməyə başlamış və 1992-ci ildə buradan təqribən bir milyon metrik tona qədər sayda çıxarmışdılar. Bu, Rusiya Federasiyası tərəfindən Rusiyanın balıq ehtiyatları üçün təhlükə kimi qiymətləndirilmişdi, çünki balıqlar Rusiyanın MİZ-dən Yerfındığı dəliyinə girib-çıxırdılar Bu vəziyyətə " qarışdırılan səhm " deyilir. 1993-cü ildə Çin, Yaponiya, Polşa, Rusiya və Cənubi Koreya sayda ehtiyatları bərpa olunana qədər Yerfındığı dəliyində balıq tutmağı dayandırmağa razılaşmışdılar, lakin bundan sonra necə davam edəcəyinə dair razılaşma əldə etməmişdilər.
Schwarzschild qara dəliyi
Schwarzschild qara dəlik — ümumi nisbilikdə ən sadə qara dəlik həllidir. Elektrik yükü yoxdur və heç bir istiqamətə dönmür. Təsvir etdiyi fəza-zaman sferik simmetrikdir. Bu aşağıdakı ölçü ilə təmsil olunur: d s 2 = − c 2 ( 1 − 2 G M r c 2 ) d t 2 + ( 1 − 2 G M r c 2 ) − 1 d r 2 + r 2 d Ω 2 , {\displaystyle ds^{2}=-c^{2}\left(1-{\frac {2GM}{rc^{2}}}\right)dt^{2}+\left(1-{\frac {2GM}{rc^{2}}}\right)^{-1}dr^{2}+r^{2}d\Omega ^{2},} ki burada M {\displaystyle M} qara dəliyin kütləsini, c {\displaystyle c} işıq sürətini, G {\displaystyle G} isə Nyutonun cazibə qüvvəsi sabitini ifadə edir. Bu bir Eynşteyn sahə tənliklərinin qlobal simmetrik unikal vakuum həllidir.
Deniya
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Marina-Alta Xavea Kalpe == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
IF deyimi (şərt deyimi)
Şərt — müəyyən şərtin doğruluğundan asılı olaraq baş verən və ya baş verməyən hərəkət və ya əməliyyat haqqında işlədilən termin. Kompüter elmində qərarların idarə edilməsi üçün proqramlaşdırma dili əmrlərinə deyilir. Konkret olaraq, proqramçı tərəfindən müəyyən edilmiş Boolean şərtinin doğru və ya yanlış olaraq qiymətləndirilməsindən asılı olaraq şərtlər müxtəlif hesablamaları və ya hərəkətləri həyata keçirir. Nəzarət axını baxımından qərar həmişə hansısa şərt əsasında axının seçici şəkildə dəyişdirilməsi ilə əldə edilir. Dinamik göndərmə adətən şərti konstruksiya kimi təsnif edilməsə də, icra zamanı alternativlər arasında seçim etməyin başqa bir yoludur. Şərti ifadələr, vəziyyətə uyğun davranışı təyin edən proqramda nəzarət nöqtələridir. == Terminologiya == "Şərti deyim" termini adətən imperativ proqramlaşdırma dillərində istifadə olunur. Bunun əksinə olaraq, funksional proqramlaşdırmada "şərti ifadə" və ya "şərti konstruksiya" terminlərinə üstünlük verilir, çünki bu terminlərin hamısının fərqli mənaları var.
Canis Degiya
Demini çayı
Demini çayı — Braziliyanın Amazonas ştatının Amazon cəngəlliklərindən axan çaydır. Çay Rio Neqro çayının qolunu əmələ gətirir. == Axını == Demini çayı həmçinin Serra de Araka Dövlət Parkının ərazisindən axır. 1990-cı ildə Demini çayının mühafizəsi ilə bağlı olaraq 1,818,700 hektarlıq (4,494,000 akrlıq) ərazi salınmışdır. Çay parkın cənub-qərb axınları vasitəsilə Cənubi Rio Neqro çayının axınlarına qoşulur. Toototobi çayının sərhədi yaxınlığında, Venesuelanın Orinoko çayının yuxarılarına yaxın Demini-nin səviyyəsi artır. Yanomani indios bu ərazilərin yerli sakinləridir.
Lorenso Mediçi
Lorenso di Pyero de Mediçi "Möhtəşəm" (it. Lorenzo di Piero de Medici il Magnifico; 1.1.1449, Florensiya - 8.4.1492, Karedci) — italyan dövlət xadimi, Florensiya Respublikasınn de-fakto hakimi və İtaliyada İntibah mədəniyyətinin ən güclü və intuziast hamisi. Müasir florentinlər tərəfindən həm də Möhtəşəm Lorenso (it. Lorenzo il Magnifico) kimi tanınan dövlət xadimi, eyni zamanda maqnat, diplomat, siyasətçi və alim, sənətkar və şairlərin hamisi olmuşdur. Hami kimi o daha çox Botiçelli və Mikelancelonun təhsil və yaradıcılığını maliyyələşdirməsi ilə məşhurdur. Siyasətçi kimi Lorensonun fəaliyyəti İtaliya Liqası dövlətlərinin gücləndirilməsi, alyans ölkələrinin əməkdaşlığını yaratmaqla İtaliya yarımadasında on illərlə davam edən siyasi sabitliyə nail olunması ilə xarakterikdir. Onun yaşam dövrü İtaliya intibahı və Florensiya Qızıl dövrünün əsas hissəsini təşkil edir. Xarici siyasətdə Lorenso, Papa IV Sikstin ərazi ambisiyalarının qarşısını almaq üçün 1454-cü ildə İtaliya Liqasında balansın saxlanılması üçün dəqiq plan təklif etməsi ilə yadda qalıb. Buna görə də ona qarşı Patsi qəsdçiliyi (1478) törədilir və nəticədə Lorensonun qardaşı Culyano öldürülür. Lorensonun ölümü ilə müxtəlif italyan dövlətləri arasında sülhü təmin edən Lodi sülhü (1454) pozulur.
Mariya Mediçi
Mariya Mediçi (it. Maria de Medici, fr. Marie de Médicis; 26 aprel 1575, Florensiya — 3 iyul 1642, Köln) — Fransa kraliçası, IV Henrixin ikinci arvadı, XIII Lüdovikin anası == Həyatı == Mariya Mediçi 26 aprel 1575-ci ildə Florensiyada anadan olmuşdur. Böyük Toskana hersoqu Françesko de Mediçi və onun ilk arvadı Avstriyalı İoannanın altıncı uşaq və altıncı qızı idi. Ana tərəfdən Müqəddəs Roma imperiyasının imperatoru V Karlın bacısı nəvəsi və I İzabellanın kötücəsi idi. Mariya 2 yaşında olarkən onun anası bədbəxt hadisə nəticəsində vəfat etdi, atası isə çoxillik məşuqəsi Bianka Kappello ilə evləndi. Onun yeganə rəfiqəsi sosial vəziyyət və mənşədə olan əhəmiyyətli fərqə baxmayaraq xidmətçi və süd bacısı Leonora Doru Qaliqay (təxminən 1571–1617) idi. 1599-cu ildə Fransa kralı IV Henrix uşaqsız olan Marqarita de Valua ilə nikahını pozduğdan və evlənmək istədiyi rəsmi favoritkasi Qabriel d'Estrenin vəfatından sonra, Mariyanın əmisi və 1587-ci ildə vəfat edən I Françeskonun xələfi I Ferdinand Mediçinin nümayəndəsi ilə onun qardaşı qızı Mariya ilə evlənməsi barədə danışıqlara başladı, hadisələr baş verəndə gələcək kraliçanın artıq 24 yaşı tamam olmuşdur. 1600-cü ilin mart ayına qədər davam edən uzun sürən danışıqlardan sonra, hər iki tərəf razılığa gəldi. I Ferdinand altı yüz min kron cehiz verdi və beləliklə Mariya Mediçi öz nişanlısına Fransa tarixində ən böyük cehiz gətirdi.
Mediçi ailəsi
Mediçilər (it. Medici) — italyan bank ailəsi, siyasi sülalə və sonradan XV əsrin birinci yarısından Florensiya Respublikasına rəhbərlik edən Kosimo Mediçinin sayəsində kral evinə çevrilmiş ailə. Ailə Toskananın Mucello adlanan bölgəsindən mənşəyini götürmüşdür. Sonradan bank işində təkmilləşərək Mediçi bankını yaradan ailə XV əsr ərzində Avropanın ən böyük bankına çevrilmişdir. Florensiyada olan siyasi güclərinin getdikcə artdığını görən ailə üzvləri özlərini monarx yox, rəsmi olaraq vətəndaş kimi qalmalarını üstün tutmuşdular. Mediçi ailəsindən dörd Roma papası - X Leo (1513-1521), VII Kliment (1523-1534), IV Piy (1559-1565) və XI Leo (1605); Fransanın iki regent kraliçası - Yekaterina Mediçi (1547 -1559) və Mariya Mediçi (1600-1610) çıxmışdır. 1531-ci ildən başlayaraq ailə üzvləri irsilik prinsipinə əsasında Florensiya hersoqlarına çevrilmişdilər. 1569-cu ildə ərazi ekspansiyasından sonra hersoqluq Böyük hersoqluğa çevrilmişdir. Onlar Toskana hersoqluğunu ailənin sonuncu nümayəndəsi Can Qastone Mediçi 1737-ci ildə öldüyü tarixə qədər idarə etmişdilər. Böyük hersoqluq ilkin böyük hersoqlar dövründə iqtisadi gücün artmasının şahidi olsa da, III Kosimo Mediçinin dövründən başlayaraq Toskana hersoqluğu maliyyə cəhətdən bankrot olmuşdur.
Mnemiopsis leidyi
Mnemiopsis leidyi (lat. Mnemiopsis leidyi) — mnemiopsis cinsinə aid heyvan növü. Xəzər dənizində yabanı növ olan Mnemiopsis leidyi haqqında məlumat Mnemiopsis leidyi (А. Agassiz, 1965) okean sularında yaşayan mezoplanktona aid jeleşəkilli daraqlı orqanizmdir. Mnemiopsis Atlantik okeanın Meksika körfəzindən əvvəlcə yük daşıyan gəmilərin ballast suları ilə Qara dənizə düşmüş, Azov, Aralıq dənizlərində məskunlaşmış, bir neçə ildən sonra isə Xəzər dənizində müəyyən edilmişdir. Mnemiopsis leidyi-nin daxili cənub dənizlərinə (Qara, Azov, sonra isə Xəzər dənizinə) düşməsini alimlər bu dənizlərin ekosistemlərinə gəlməsinin real müddətlərindən çox sonra müəyyən etmişlər. Beləliklə, Qara dənizdə jeleşəkilli daraqlısının görünməsi haqqında ilk qeyd 1982-ci ildə edilmişdir (Pereladov, 1988), növ kimi birinci qeydiyyat isə 1986-cı ildə meydana gəlmişdir (Zaytsev və s., 1988). Xəzər dənizində balıqçıların tora düşmüş jeleşəkilli daraqlısı haqqında ilk məlumatı 1996-cı ildə daxil olmuşdur və yalnız 1999-cu ildə bu növ Xəzər ETBTİ mütəxəssisləri tərəfindən Türkmənistan sahillərində ekspedisiya keçirərkən (Zaytsev, 2001) qeydə alınmışdır. Bunun nəticəsində yırtıcı jeleşəkilli daraqlısı Mnemiopsis leidyi 35 ildən artıqdır ki, Qara və Azov dənizlərinin ekosisteminə, 20 ildən artıq müddətdir ki, Xəzər dənizinə təsir göstərir. Mnemiopsis leidyi canlısının Xəzər dənizində yayılması Son 15–20 ildə zooplanktonun sayı və biokütləsi Orta Xəzərdə 5–6 dəfə, Cənubi Xəzərdə isə təxminən 10 dəfə azalmışdır. Cənubi Xəzərdə Mnemiopsis leidyi-nin ən yüksək biokütlələri müəyyən edilmişdir.
Nyuton beşiyi
Nyutonun beşiyi — müxtəlif növ enerjilərin bir-birinə çevrilməsini nümayiş etdirmək üçün İsaak Nyuton tərəfindən düşünülmüş mexaniki sistem. == Tarixi == İlk dəfə 1967-ci ildə aktyor Saymon Prebbl tərəfindən hazırlanan bu oyuncağı günümüzdə bir çox ofislərdə və kabinetlərdə stolüstü əşya kimi görmək olar. Dünyada ən böyük Nyuton beşiyinə Miçiqan ştatının Kalamazoo şəhərində rast gəlmək olar. O,hər biri 6,8 kq olan 16 ədəd boulinq şarından ibarətdir.
REM deyimi
REM (REMark) statement ~ оператор REM ~ REM değimi ~ REM deyimi – BASIC proqramlaşdırma dilində, eləcə də MS-DOS və OS/2 əməliyyat sistemlərinin paket fayllarında (BATCH FILES) açıqlama vermək üçün deyim. REM sözüylə başlanan istənilən deyim interpretator, kompilyator, yaxud komanda prosessoru tərəfindən nəzərə alınmır. Bax: COMMENT. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Seriyi (Alye)
Seriyi (fr. Cérilly) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03048. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1379 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 762 nəfər (15-64 yaş) arasında 541 nəfər iqtisadi cəhətdən, 221 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.0%, 1999-cu ildə 68.8%). Fəal 541 nəfərdən 497 nəfər (279 kişi və 218 qadın) işləyir, 44 nəfər işsizdir (20 kişi və 24 qadın). 221 hərəkətsiz 33 nəfər arasında şagird və ya tələbə, 107 nəfər təqaüdçü, 81 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Spiridon Kediya
Spiridon Malxazoviç Kediya (gürc. სპირიდონ კედია;20 sentyabr 1884 – 1948, Paris) — Gürcü siyasətçisi, Gürcüstan Milli Demokrat Partiyasının yaradıcılarından biri. == Həyatı == Spiridon Kediya 1905-ci ildən etibarən siyasi həyatda fəal iştirak etməyə başlamışdır. Hökumət əleyhinə etirazlarda iştirak etdiyi üçün gimnaziyadan qovulmuşdur. Müstəqillik şüarlarını elan edən, lakin tez tərk edən Gürcüstan federalistlərinin partiyasına qoşuldu. Kediya 1906-cı ildə həbsdən yayınaraq Fransaya getdi. Spiridon Kediya orta məktəbi Parisdə bitirib. Spiridon Kediya 1907-ci ildə Paris Universitetində təhsil almağa başladı, ancaq xəstəlik üzündən təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldı. Daha sonra Monpelye Universitetinə daxil olaraq oradan məzun oldu. Təhsil aldığı müddətdə Gürcüstan Tələbələri Dərnəyinin üzvü idi.
Typhlodromus eddiei
Typhlodromus eddiei (lat. Typhlodromus eddiei) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus eddiei Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Mütrüb
Mütrüb — bu söz məna və mahiyyətcə əyləndirən, könülaçan kimi yozulur. Ərəb dilində "çalğıçı, sazəndə, rəqs edə-edə mahnı oxuyan, qız paltarında toylarda oynayan oğlan" mənaları var. Xalq deyimlərində həmin sözün mütrib, mütrüf, mütrüp tələffüzləri də var. Mütrüb sözü lap qədim dövrlərdə Azərbaycan ərazisindəki dini məbədlərdə lüt, əksər hallarda yarımçılpaq görkəmdə rəqs edənlərin adları ilə bağlıdır. Eyni zamanda lal oyunu (pantomima) ifaçısının adı ilə də əlaqəlidir. Eramızın XXI əsrlərindən başlayaraq, təxminən beş yüz il sözü rəqs edə-edə oxuyan şərqiçilərə, həmçinin çalğıçılara, aşıqlara, nəqqallara (nağıl danışan ifaçılara) da mütrüb deyilib. XIX əsrdən etibarən toylarda, el şənliklərində, qapalı əyləncə mərasimlərində incə, zərif bədənlərinə qadın paltarı geyinib rəqqaslıq edən oğlanlar mütrüb adı ilə çağırılıblar. Rəqqas mütrüb uzun saç buraxır, dırnaqlarına xına yaxır, gümüşdən belbağı, sinəbənd taxır, boynundan həmayil asır, dikdaban ayaqqabı geyinirdi. Barmaqlarına taxdığı mis halqalarla musiqinin ritmini tutan mütrüb tamaşaçılara işvə, naz atır, danışmadan erotik ruhlu qaş-göz oynadırdı.
Qürub
Qürub və ya Günbatımı — Yerin öz ətrafında fırlanmasının nəticəsi olaraq Günəşin üfüqün aşağısında qeyb olmasıdır.
Le-Pon-de-Kle
Le-Pon-de-Kle (fr. Le Pont-de-Claix) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38317. Kommunanın 2006-cı il üçün əhalisi 11573 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 227 ilə 391 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 7 km cənubda yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == Le-Pon-de-Kle xüsusiyyətləri == Le-Pon-de-Kle sənaye şəhəridir, çünki ərazisinin demək olar ki, üçdə bir hissəsi böyük bir kimyəvi platformadır.
.gle
.google — İnternet Domen Ad Sistemində istifadə olunan, brendə aid yüksək səviyyəli sahə adı sonluğudur. 2014-cü ildə yaradılan, Google-un üst şirkəti olan Alphabet Inc. tərəfindən idarə olunur. Bu, bir brendin ictimai bir tor şəbəkə səhifəsinə aid ilk sahə adı sonluğudur. Digər Alphabet məhsullarını və sahə adlarını .google-a köçürmək üçün planlar mövcuddur. Google Sahə Adları, https://domains.google şəbəkə səhifəsində bir sahə adı qeydiyyatı xidmətidir. Bundan əlavə, Google şirkəti, .goog (https://partnergainage.goog və https://pki.goog kimi saytlar üçün) və .gle (goo.gle və forms.gle kimi qısaldılmış ünvanlar üçün) sahə adlarına da sahibdir. Eyni zamanda Quqlun bəzi səhifələri, aşağıdakı nümunələr kimi .google sahə adı sonluğu istifadə edir: https://about.google – Google məhsulları və şirkət məlumatlarını nümayiş etdirir. https://blog.google – Google məhsulları haqqında xəbərlər nümayiş etdirir. https://registry.google – Google-un sahib olduğu sahə adı sonluqlarını nümayiş etdirir.
Nile
Duman dənizi üzərindəki gəzgin
Duman dənizi üzərindəki gəzgin (almanca: Der Wanderer über dem Nebelmeer) - 1818-ci ildə romantik alman rəssamı Kaspar David Fridrix tərəfindən çəkilmiş rəsm əsəri. Bu, romantizmin şah əsərlərindən biri hesab olunur.
Hibrid ötürmə
Hibrid ötürmə müxtəlf enerji mənbələri ilə işləyən iki mühərrikin bir məqsəd üçün birləşdirilməsidiir. Avtomobilqayırmada benzin və elektriklə işləyən mühərriklərin inteqrasiyası, velosipedlərdə elektrik mühərrikinin əzələ ilə işləyən mexanizmlə birləşməsini buna misal göstərmək olar. Hibrid mühərrikləri ilə işləyən avtomobillərin yaranması yanacağa qənaət etmək məqsədi daşıyır. Bu yolla qalıq (fosil) yanacaqlardan asılılığı azaltmağa çalışırlar. Digər aspekt ətraf mühitə vurulan ziyanın azaldılmasıdır. Hibrid güc ötürməsində mühərriklər ya parallel, ya da gücdən asılı olaraq birləşmə prinsipi ilə işə qoşulurlar. İkinci halda ötürmə daxili yanma mühərriki ilə bərabər iki elektrik mühərrikindən (generator və mühərrik) ibarət elektrik ötürmə sisteminə malikdir. Daxili yanma mühərrrikinin yaratdığı gücün bir hissəsi maşınların transmissiyasına bir başa, digər hissəsi isə mühərrik-generator-ötürməsi üzərindən ötürülür. Yəni iş zamanı elektrik ötürməsində mexaniki enerji elektrik enerjisinə çevrilir və batareyada yığılır. Kombinasiya olunmuş hibrid ötürməsində mühərriklər muftalar vasitəsilə ayrılaraq paralel və ya fərdi tətbiq oluna bilirlər.
Oturan Buğa
Oturan Buğa (1831-1890 ) Yerli dildə adı: (Tȟatȟáŋka Íyotake). O, Federal hökumətinin əsir aldığı son Siu (Lakota) qəbiləsinin böyüyüdür. Öz adını 14 yaşında Krou hindularına qarşı mübarizədə fərqlənəndə alıb. Lakota qəbiləsinə 1868-ci ildən başçılıq etməyə başlayıb. == Little Bighorn döyüşü == Ağlar hinduların torpaqlarına 1950-ci illərdə yerləşməyə başladılar və hinduları sıxışdırdılar. Ağlarla müharibə 1868-ci ildə bitmişdi, amma Black Hills adlanan yerdə (bu bölgə hindular üçün müqəddəs idi) qızılın tapılması gərginliyi yenidən artırdı. 1876-cı ildə mart ayında Lakota, Cheyyene və Arapahoların qatıldığı və Rosebud Creekdə keçirilən "Günəş Rəqsi" mərasimində Oturan Buğa gələcəkdən xəbərlər aldığını bilidirdi. Bir neçə həftə sonra General George Amstrong Custer və 7-ci süvari dəstəsi yerlilərin düşərgəsinə hücum etdilər. Bu döyüşdə bir çox hindu və demək olar ki, bütün ağ əsgərlər öldürüldü. == Təslim olması == 4 il sonra buffaloların nəslinin tükənməsi və qida tapılmaması səbəbi ilə Oturan Buğa təslim olmaq məcburiyyətində qaldı.
Oturan iblis
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
Oturaq heyvanlar
Oturaq heyvanlar - Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. == Heyvan populyasiyalarının etoloji strukturu == Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Oturaq sümüyü
Oturaq sümüyü (lat. os ischii) — qalça sümüyünün oturaq hissəsi. Oturaq sümük bucaq altında əyilmiş oturaq sümüyün yuxarı (lat. ramus superior ossis ischii), aşağı (lat. ramus inferior oss. ischii) şaxələrdən və sümük cismindən ibarətdir. Oturaq sümüyün şaxələri qasıq sümüyü ilə birləşərək qapayıcı dəliyi (lat. foramen obturatum) əmələ gətirir.
Planetar ötürmə
Planetar dişli çarx ötürməsi- bir mərkəzi ulduz çarxının oxu ətrafında fırlanan bir neçə dişli çarxdan ibarət olan mexaniki sistemdir (şəkil 1). Dişli çarxlar aparıcı bəndlə (1) birlikdə saxlanılır. İlişmədə mütəhərrik oxlu dişli çarx satellit adlanır (2). Aparıcı çarxın oxuna əsas ox deyilir. Satellitlərlə təmasda olan, əsas oxla tuşoxlu olan dişli çarxlara mərkəzi dişli çarxlar deyilir (1, 3). Əsas oxla üst-üstə düşən, yükü qəbul edən bənd əsas bənd adlanır. Əsas bəndlərdən hər üçü 2, 3 və 4 ilişmədə iştirak edərsə, belə ötürmə diferensialdır. Adətən planetar ötürmədə iştirak edən dişli çarxlar radial qüvvəni kompensasiya etmək məqsədilə xarici səth boyunca bərabər paylanır. Bu ötürməni quraşdırmaq üçün mərkəzi çarxların dişlərinin cəminin satellitin sayına nisbəti tam ədəd olmalıdır. Planetar ötürmədə dişlərin yüklənməsi adi silindrik dişli çarxlarda olduğu kimi hesablanır.
Robert Sturua
Robert Sturua (gürc. რობერტ სტურუა; d. 31 iyul, 1938. Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü teatr rejissoru, aktyor, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı (1979) == Həyatı == Robert Sturua 31 iyul 1938-ci ildə Gürcüstan SSR-in paytaxtı Tbilisi şəhərində doğulmuşdur.
Ötürmə sistemləri
Ötürmə sistemi — maşınlara verilən enerjini hərəkət enerjisinə çevirərək onun işləməsi üçün lazım olan mexaniki hərəkəti yaradır. Ağırlıq qüvvəsi ilə işləyənlərdə ətalət enerjisindən, əl ilə işləyənlərdə əzələ qüvvəsindən, elektrik ilə işləyənlərdə elektrik enerjisindən, daxili yanma mühərriklərində tətbiq olunan ötürmələrdə isə kimyəvi enerjidən istifadə edilir. Enerjinin hərəkəti icra edən hissələrə ötürülməsi çarxqolu-sürgüqolu mexanizmi ilə mexaniki, pnevmatik, hidravlik və ya elektrik ola bilər. Maşınların tətbiq sahələrindən asılı olaraq güc ötürücüləri kombinasiya edilmiş şəkildə də tətbiq olunur. Ən geniş yayılmış formaları bunlardır: Elektro-mexaniki ötürmə (məs. körpü kranlarında), Elektro-hidravlik (məs. elektrik karalar), Dizel-mexaniki (məs. ekskavatorlarda) , Benzin-hidravlik (məs. yük maşınlarında), Dizel-elektrik (məs. dəmir yol kranlarında).
Üzə oturma
Üzə oturma, yaxud da feissitinq (ingilis dilində Facesitting) insan cinsi hərəkətlərindən biridir. Bir cinsi partnyor adətən oral-genital və ya oral-anal əlaqəyə icazə vermək və ya məcbur etmək üçün digərinin üzünə oturur. Poza həmçinin digər erogen zonaları stimullaşdırmaq üçün altda qalan partnyorun əllərini azad şəkildə buraxmasına şərait yaradır.
İldırım ötürücü
İldırım ötürücü — bina və qurğulara quraşdırılan, ildırım vurmalarından qorunmaq üçün cihaz. == İş prinsipi == İldırım çaxması zamanı yer üzündə böyük bir cərəyan meydana gəlir və Yerin səthində güclü bir elektrik sahəsi görünür. Sahə intensivliyi xüsusilə kəskin keçiricilərin yanında yüksəkdir və buna görə ildırım ötürücünün ucunda bir tac boşalması alovlanır. Tac boşalması nəticəsində ildırım ötürücüyə yaxın hava güclü ionlaşır. Nəticədə ucun yaxınlığındakı elektrik sahəsi azalır (hər hansı bir ötürücünün içərisində olduğu kimi), induksiyalı yüklər binaya yığıla bilmir və şimşək ehtimalı azalır. İldırım meydana gəldiyi eyni hallarda (belə hallar çox nadirdir), ildırım ötürücü vastəsi ilə ötürülür və nəticədə dağıntı olmadan təhlükə aradan alxır. == Qurğu == Bir-biri ilə əlaqəli üç hissədən ibarətdir: İldırım qəbul edici — ildırımın qəbul edilçəsinə xidmət edir və ildırım kanalı ilə təmas zonasında yerləşir; qorunan obyektdən asılı olaraq, metal bir pin, keçirici material şəbəkə və ya qorunan obyektin üstünə uzanan bir metal kabel ola bilər. Yerləndirmə ötürücüsü və ya aşağı keçirici — yükü hava terminalından torpaq elektroduna yönəltməyə xidmət edən bir dirijor; ümumiyyətlə kifayət qədər böyük bir kəsişmədən ibarət bir teldir. Yerləndirmə — yerlə təmasda olan bir ötürücü və ya ümumiyyətlə torpağa basdırılmış bir metal çubuq. Bir ildırım ötürücüsünü elementləri bir-birinə bağlıdır və dəstəkləyici bir quruluşla sabitlənmişdir.
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.