Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qətl gününün mühakiməsi
Qətl gününün mühakiməsi (ing. The Doomsday Conspiracy) — Sidni Şeldonun 1991-ci ildə yazdığı romandır.
Yeddinci günün adventistləri
Yeddinci Günün Adventistləri — protestant xristian məzhəbi. == Yaranması == 1831-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının Hempton şəhərində yaşamış baptist icmasının moizəçisi Uilyam Miller vaiz kürsüsünə çıxaraq, İsa Məsihin ikinci zühurunun yaxınlaşdığını bildirmişdir. Onun sözlərinə görə, bu əlamətdar hadisə on iki il sonra, yəni 1843-cü il martın 21-də baş verməli idi. Uzun illər Bibliyanı tədqiq etdikdən sonra belə nəticəyə gəldiyini iddia edən və bu məqsədlə "Məruzə icmallarında izah edilmiş İsa Məsihin 1843-cü ildə ikinci dəfə zühur edəcəyinə dair Müqəddəs Kitabdan və tarixdən dəlillər" adlı kitab nəşr edən Miller qısa müddətdə həm ölkəsində, həm də onun hüdudlarından kənarda xeyli tərəfdar toplamışdır. Beləliklə, yeni xristian dini cərəyanının əsası qoyulmuş və Millerin ardıcılları adventistlər (latınca "adventus" – zühur etmək) adlanmağa başlamışlar. İsa Məsihin gəlişini səbirsizliklə gözləyən Millerin ardıcılları onun alovlu nitqlərini maraqla dinləmiş və həmin ana sidqi-ürəklə hazırlaşmışlar. Bu "tarixi gün" gəlib çatdıqda minlərlə insan əllərində gül dağlara qalxaraq İsa Məsihi qarşılamağa çıxmış, lakin bunun baş vermədiyini görüncə məyus olmuşlar. İnamını itirməyən və insanlar qarşısında yalançı çıxmaq istəməyən Müller İsa Məsihin növbəti ilin yazında gələcəyini bildirmişdir. 1844-cü ilin yazında gözlənilən zühur baş vermədikdə, Miller yeni tarix müəyyənləşdirmişdir. Onun fikrincə, İsa Məsih 1844-cü ilin oktyabrında gəlməli idi, lakin bu da olmayınca, Miller və ardıcılları ümidsizliyə qapılmış, bu dövr cərəyanın tarixinə "Böyük məyusluq" adı ilə düşmüşdür.
Üçüncü günün adamı
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. == Mövzu == İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
Günün cəngavəri (film, 2010)
Günün cəngavəri (ing. Knight and Day) — Ceyms Menqoldun rejissorluğu ilə 2010-cu ildə çəkilmiş amerikan döyüş komediya filmi. == Süjet xətti == Tom Kruz təsadüfən adi bir qızla — Kameron Diazla tanış olan qəhrəman gizli agentdir və o tanış olduğu həmin qızı tükənməz enerji mənbəyi yaratmağın açarı olan super güclü batareyanı öz cinayətkar məqsədləri üçün istifadə etməyə çalışan cinayətkarlardan mühafizə etmək vəzifəsinə cəlb edir. Filmdə deyilir ki, bu akkumulyator hətta kiçik bir şəhəri də mütəmadi olaraq enerji ilə təmin etməyə qadirdir: bu batareyanı ələ keçirmək üçün bundanda gözəl səbəb ola bilərmi? Gizli agent batareya ilə birlikdə onu yaradan gənc alimi — yenicə məktəbi bitirmiş və təkbaşına yaratdığı batareyasını onlardan müdafiə edə bilməyən cinayətkarlardan mühafizə etməlidir. Bu zaman agentlə qız arasında sevgi münasibətləri də yaranır, lakin onlar bu münasibətləri ön plana çəkmirlər, onların əsas vəzifəsi batareyanı cinayətkarlardan hifz etməkdir.
Günün qəhrəmanı (film, 2014)
Günün qəhrəmanı — rejissoru Siddharth Anand və ssenari müəllifləri Abbas Tywala, Sujoy Ghosh və Suresh Nair olan 2014-cü ildə çəkilmiş hindi dilli döyüş komediya filmidir. Fox Star Studios tərəfindən istehsal olunan və 2010-cu ildə ekranlara çıxarılmış Gecə və Gündüz Amerika filminin rəsmən remeyki olan filmin baş rollarında Hritrik Roşan və Katrina Kaif, köməkçi rollarda isə Caved Jaffrey və Denni Denzonqpa çəkilmişdirlər. Xüsusi bir səhnədə isə Cimmi Şeirgil iştirak etmişdir.
Günün soyuq işığı (film, 2012)
Günün soyuq işığı (ing. The Cold Light of Day) rejissor Mabrouk El Meçrinin çəkdiyi 2012-ci il ABŞ və İspaniya istehsalı olan döyüş/triller filmidir. == Məzmun == Vill Şau ailəsi ilə birgə yay tətilini keçirtmək üçün İspaniyaya gedir. Qayıqda olarkən üzərək sahilə gələrək dərman alan Vill geri qayıtdıqda qayıqda heç kimin olmadığını görür. Ailəsini mafiya tərəfindən qaçırıldığını öyrənir və ailəsi qarşılığında bir vacib çamadanı taparaq həmin adamlara verməlidir. Həm sağ qalmaq həm də ailəsini xilas etməyə çalışan Vill eyni zamanda da atasının bir vaxtlar Mərkəzi Kəşfiyyat İdarəsində işlədiyini öyrənir. Bundan başqa atasının başqa qadından olan qızı ilə təsadüfən tanış olur və birlikdə bu çətin vəziyyətdən çıxmağa çalışır. == Rollarda == Henri Kavill — Vill Şau Siqurni Uiver — Ciin Karrak Brüs Villis — Martin Şau Veronica Eçegui — Lusiya Kaldera Karolina Quddal — Laurie Şau Rafi Qavron — Caş Şau Oskar Cineda — Maksimo Lolo Herrero — Reynaldo Mark Ullod — Visente Emma Hamilton — Dara Kollins Cosef Maule — Qorman Maykl Budd — Esmael Aleks Amaral — Kesar Cim Piddok — Meskler Paloma Bloid — Kristiana Rosçidi Zem — Zahir Kolm Meaney — Mərkəzi Kəşfiyyat İdarəsinin Agenti == İstinadlar == == Xarici keçidlər == «Günün Soyuq İşığı» — Internet Movie Database saytında.
Üçüncü günün adamı (film, 2017)
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. == Mövzu == İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
Yay gününün xəzan yarpaqları (film, 1986)
== Məzmun == Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya-atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır. Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır.
Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi (film, 1939)
Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi qısametrajlı sənədli filmi rejissor Əli Musayev tərəfindən 1939-cu ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Filmdə Bakıda Beynəlxalq Gənclər gününün 25 illiyinin təntənə ilə bayram edilməsindən, bayram tədbirlərindən danışılır. == Məzmun == Filmdə Bakıda Beynəlxalq Gənclər gününün 25 illiyinin təntənə ilə bayram edilməsindən, bayram tədbirlərindən danışılır.
IX beynəlxalq gənclər gününün bayram edilməsi (film, 1923)
IX beynəlxalq gənclər gününün bayram edilməsi qısametrajlı sənədli filmi 1923-cü ildə çəkilmişdir. Film "AFKİ"də istehsal edilmişdir. Filmdə Bakıda keçirilən təntənəli bayram, idmançıların çıxışları, komsomolçuların paradı və s. barədə danışılır. == Məzmun == Filmdə Bakıda keçirilən təntənəli bayram, idmançıların çıxışları, komsomolçuların paradı və s. barədə danışılır. == İstinadlar == == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Ahəng qanunu
Ahəng qanunu — qalın və ya incə saitlərin bir-birini izləməsi. Ahəng qanunu çox sayda Aqqlütinativ dillərində müşahidə olunur. == Nümunələr == === Türk dilləri === Ahəng qanunu bütün türk dillərinin dəmir qanunu adlandırılır. Bəzən bu qanunu türk dillərinin "dəmir qanunu" adlandırırlar. Bu qanuna görə sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Hər hansısa bir sözə şəkilçi qoşulduqda həmin sözün son hecasına uyğun olaraq qoşulur; sözün son şəkilçisi incə saitlidirsə, ona uyğun olaraq incə (köynək-dən²) saitli, son şəkilçi qalın saitlidirsə, uyğun olaraq qalın (yağmur-dan²) saitli şəkilçi əlavə edilir. Yəni sözə şəkilçi əlavə edildikdə mütləq son saitin ahəngi qorunmalıdır. (İstisna olaraq bir cür yazılan şəkilçilərimiz bəzən ahəng qanununa tabe olmaya bilər, məsələn; xalam-gil, vətən-daş, dəftər-xana). Bu xüsusiyyətinə görə ahəng qanunu həmçinin morfonoloji hadisə də adlanır.
Amonton qanunu
Amonton qanunu — cismlərin kontakt təsir etmə zamanı toxunan və normal əlaqə reaksiyalarını izah edən empirik qanundur. == Düsturlar == v ≠ 0 {\displaystyle {\textbf {v}}\neq 0} olduqda: F = − v | v | μ | N | {\displaystyle {\textbf {F}}=-{{\textbf {v}} \over {|{\textbf {v}}|}}\mu |{\textbf {N}}|} v = 0 {\displaystyle {\textbf {v}}=0} olduqda: | F | ≤ μ | N | {\displaystyle |{\textbf {F}}|\leq \mu |{\textbf {N}}|} == Xarici keçidlər == Самсонов В.А. Очерки о механике.
Amper qanunu
Amper qanunu — elektrik cərəyanı elementində maqnit sahəsinin göstərdiyi mexaniki təsir qüvvəsini müəyyən edən qanun. Maqnit sahəsinin cərəyanlı naqilə etdiyi təsir qüvvəsi (F) maqnit sahəsinin induksiyası B, naqilin uzunluğu L, naqildən keçən cərəyan şiddəti İ və naqil ilə maqnit sahəsinin induksiya vektoru arasındakı a bucağının sinusu ilə tərs mütanəsibdir.
Arximed qanunu
Arximed qanunu - aerohidrostatikanın əsas qanunlarından biridir. Mayeyə və ya qaza batırılmış cisim, sıxışdırılıb çıxartdığı mayenin və ya qazın çəkisinə bərabər qüvvə ilə şaquli yuxarı itələnir. Bu qüvvəyə arximed qüvvəsi deyilir. İlk dəfə eramızdan əvvəl III əsrdə yaşamış yunan alimi Arximed tərəfindən kəşf olunmuşdur. Bu səbəbdən gəmilər batmadan dəniz üzərində hərəkət edir. İndiyə qədər bəşər tarixinin yetişdirdiyi ən böyük dühalardan biri - Arximed...Yəqin ki, bu böyük alimin adını eşidəndə uşaqdan böyüyə hər birinizin ağlına ilk olaraq onun məşhur "Evrika!" (Tapdım!) kəlməsi gəlir. Qədim Yunan dövlətinin paytaxtı, Siciliya adasında yerləşən Sirakuza şəhərində anadan olan bu dahi şəxsiyyət, əslində öz dövründə bir çox texniki kəşfləri ilə də məşhurlaşıb. Onun nəzəri əsərləri heyrət ediləcək dərəcədə çoxcəhətlidir. Arximedin əsas əsərləri riyaziyyat (həndəsə), fizika, hidrostatika və mexanikanın müxtəlif praktik tətbiqlərinə aiddir. Hidrostatikanın ilk və əsas qanununu Arximed kəşf etmişdi.
Avoqadro qanunu
Avoqadro qanunu (Avoqadro hipotezi) — 1811-ci ildə Amedeo Avoqadro tərəfindən kəşf olunan ideal qaz qanunudur. Qanuna əsasən bərabər temperatur və təzyiqdə bərabər qaz həcmləri eyni sayda molekul və ya zərrəcikdən təşkil olunub. Qanuna əsasən hidrogen və azot qazlarının eyni həcmləri eyni sayda molekuldan təşkil olunub. Qanunun riyazi ifadəsi belədir: V n = a {\displaystyle \qquad {{V} \over {n}}=a} . -burada: V qazın həcmi. n qazda olan molların sayını göstərir. a sabit ədəddir. Lakin yuxarıda qeyd olunan bərabərlik əhəmiyyətsizdir; o bütün homogen maddələr (homogen mayelər və bərk maddələrdə daxil olmaqla) üçün doğrudur. Bu bərabərlik Avoqadronun kəşfindən əvvəl də var idi. Avoqadro qanunun məntiqi nəticəsi belədir: "İdeal qaz sabitinin qiyməti bütün qazlar üçün eynidir." Riyazi ifadəsi isə: p 1 ⋅ V 1 T 1 ⋅ n 1 = p 2 ⋅ V 2 T 2 ⋅ n 2 = c o n s t {\displaystyle {\frac {p_{1}\cdot V_{1}}{T_{1}\cdot n_{1}}}={\frac {p_{2}\cdot V_{2}}{T_{2}\cdot n_{2}}}=const} -dır.
Ber qanunu
Ber qanunu — meridian istiqamətində axan böyük çayların Şimal yarımkürəsində sağ, Cənub yarımkürəsində isə sol sahilinin yuyulması səbəblərini izah edən müddəa. 1857-ci ildə eston alimi Karl Ernst fon Ber (1792–1876) həmin hadisənin Yerin öz oxu ətrafında fırlanmasından yaranan Koriolis təcilinin təsiri nəticəsində baş verdiyini göstərmişdir. Koriolis təcili ekvatorda sıfıra bərabərdir; ən böyük qiymətə qütblərdə çatır. Buna görə də Ber qanunu orta və yüksək enliklərdə daha aydın müşahidə olunur. Çay sahilləri axınların məcradan kənara çıxmasına mane olduğundan Ber qanununa müvafiq yuyulmaya məruz qalır. Nəticədə sağ sahillər adətən dik, sol sahillər isə yastı olur. Cənub yarımkürəsində sahillərin yuyulması prosesi bunun əksinədir. Dnepr, Don, Volqa, Ob, Yenisey, İrtış, Dunay və s. Cənub yarımkürəsində isə Parana, Paraqvay və s. çaylarda Ber qanunu daha yaxşı müşahidə edilir.
Bernulli qanunu
Bernulli qanunu — boruda axan qazın (və ya mayenin) təzyiqi onun axın sürəti kiçik olan kəsiklərdə böyük, axın sürəti böyük olan kəsiklərdə isə kiçik olur. ρ v 2 2 + ρ g h + p = c o n s t {\displaystyle {\tfrac {\rho v^{2}}{2}}+\rho gh+p=\mathrm {const} } Burada ρ - sıxlıq v - mayenin sürəti h - hündürlük p - təzyiq g - sərbəstdüşmə təcili İdeal mayenin elementar axını ücün basqı, başqa sözlə, pyezometrik, sürət və həndəsi basqıların cəmi axının bütün kəsikləri ücün sabit bir kəmiyyətdir. Yuxarıdakı tənlik ilə aydınlaşdırılan teoremə Bernulli teoremi deyilir. Əgər qüvvə və uzunluq vahidi uyğun olaraq kiloqram və metrlər ilə ifadə edilmişsə, onda tənliyin hər bir toplananı uyğun olaraq 1 kq mayenin enerjisini göstərir. == İdeal maye üçün Bernulli tənliyi == Bernulli tənliyi maye enerjisinin itməməsi qanununun analitik ifadəsidir. Bu da Bernulli tənliyinin fiziki mənasını təşkil edir. Bernulli tənliyi mayenin hərəkət qanunlarını öyrənən һidrodinamikanın əsas tənliyidir. Enerjinin itməməsi qanunundan yazmaq olar ki, kinetik enerji + potensial enerji = const. == Real mayenin elementar şırnaq üçün Bernulli tənliyi == İdeal mayenin һərəkəti zamanı mayenin tam xüsusi enerjisi, yaxud elementar axının һər һansı bir kəsiyindəki (H) ümumi basqısı dəyişməz qalır. İdeal mayenin hərəkəti zamanı mayenin tam xüsusi enerjisi, yaxud elementar axının hər hansı bir kəsiyindəki (H) ümumi basqısı dəyişməz qalır.
Brüster qanunu
Brüster qanunu — dielektrikin (qaytarıcı səthin) n sındırma əmsalı ilə pol yarlaşma bucağı arasındakı əlaqəni gös tərən qanun; bu bucaq altında dielektrikin səthinə düşən polyarlaşmamış (təbii) işıq əks olunduqda (qayıtdıqda) tam polyarlaşır. Bu zaman işıq dalğasının elektrik vektorunun düşmə müstəvisinə perpendikulyar (yəni ayırıcı müstəviyə paralel) olan yalnız Es komponenti əks olunur. Düşmə müstəvisindəki Ep komponenti isə əks olunmur, sınır. Bu, tgφB=n olduqda baş verir. φB Brüster bucağı adlanır. Sınma qanununa görə sinφB/sinψ=n (ψ – sınma bucağı) olduğundan, Brüster qanunundan cos φB= sinψ və ya φB+ ψ=90° alınır, yəni sınan və əks olunan şüa lar arasındakı bucaq 90°-yə bərabərdir. Qanun David Brüster tərəfindən 1815-ci ildə müəyyən edilmişdir. Brüster qanununun fiziki izahı aşağıdakı kimidir. Düşən dalğanın elektrik sahəsi (Edüş.) dielektrikdə sınan dalğanın elektrik vektorunun (Esın.) istiqaməti ilə üst-üstə düşən istiqamətdə elektronların rəqsini yaradır. Bu rəqslər ayırıcı səthdə əks olunan dalğanı (Eəks ol.) həyəcanlandırır.
Dolbear qanunu
Dolbear qanunu – havanın temperaturu ilə çəyirtkələrin cırıldama sayı arasında əlaqəni göstərən qanun. Qanunun düsturu Eymos Dolbear tərəfindən təklif olunmuş və 1897-ci ildə "Çəyirtkələr termometr kimi" adlı məqalədə nəşr olunmuşdur. Dolbeardan öncə 1881-ci ildə Marqaret Bruks çəyirtkələrin cırıldaması ilə temperatur arasında əlaqəni müşahidə etmişdir, lakin onun araşdırması Dolbearə qədər diqqətə alınmamışdır. Dolbear hansı çəyirtkə növü üzərində müşahidə apardığını qeyd etməsə də, tədqiqatçıların fikrincə qarlı ağac çəyirtkəsini (Oecanthus niveus) nəzərdə tutduğunu güman etmişdir. Lakin ilkin məqalələrdə qarlı ağac çəyirtkəsi səhvən Oecanthus niveus olaraq adlandırılmışdı, növün düzgün olan elmi adı Oecanthus fultoni şəklindədir. Bir çox düzənlik çəyirtkəsinin cırıldaması ilə temperatur arasında əlaqə çox dəqiq deyil. Onların cırıldaması yaş və cütləşmə kimi müxtəlif faktorlardan da asılıdır. Lakin Dolbearın düsturu ən dəqiq olan düstur hesab olunur. == Düstur == Dolbear havanın Farenheyt şkalası üzrə temperaturu ( T F {\displaystyle T_{F}} ) ilə çəyirtkənin 1 dəqiqədəki cırıldamalarının sayı ( N 60 {\displaystyle N_{60}} ) arasındakı əlaqəni bu düsturla vermişdir: T F = 50 + ( N 60 − 40 4 ) . {\displaystyle T_{F}=50+\left({\frac {N_{60}-40}{4}}\right).} Düsturun daha sadə versiyası çəyirtkənin 15 saniyədəki cırıldamalarının sayı ilə hesablanan versiyasıdır ( N 15 {\displaystyle N_{15}} ): T F = 40 + N 15 {\displaystyle \,T_{F}=40+N_{15}} Düsturun Selsi şkalasına uyğun olan ( T C {\displaystyle T_{C}} ) versiyası belədir: T C = N 60 + 30 7 {\displaystyle T_{C}={\frac {N_{60}+30}{7}}} Selsi şkalasına uyğun olan düsturun daha sadə forması isə 8 saniyədəki cırıldamaların sayı ( N 8 {\displaystyle N_{8}} ) ilə hesablanan və 5 əlavə olunan formasıdır: T C = 5 + N 8 {\displaystyle \,T_{C}=5+N_{8}} == Mədəniyyətdə == Riyaziyyat kitablarında Dolbear qanunu riyazi modellərin çökməsinə nümunə kimi göstərilir, çünki çəyirtkələrin olmadığı və ya ölü olduğu hər yerdə temperatur sabit olmalıdır, çünki çəyirtkə cırıldamasının sayı sıfır olur.
Dollo qanunu
Dollo qanunu və ya Təkamülün dönməzlik qanunu – 1893-cü ildə Belçika paleontoloqu Lui Dollo tərəfindən verilmiş qanun. Qanuna görə istənilən orqanizm təkamül nəticəsində heç vaxt öz keçmiş formasına (hətta eyni mühit şəraiti olsa belə) qayıda bilməz. == Şərhlər == Riçard Dokinz Dollo qanunu belə izah edir ki, Dbu qanuna görə təkamülə təsir edən parametrlər o qədər çoxdur ki, baş verən dəyişikliyin təkrarlanması və ya bütünlüklə əvvəlki vəziyyətinə dönməsi ehtimalı statistik olaraq mümkünsüzdür. Stiven Cey Quld isə Dokinzə nisbətən məsələyə daha yumşaq yanaşmış və Dollo qanununu "dönməyən proses" mənasında ehtimallar kainatından seçilən bir ehtimalın digər ehtimalları məhv etməsi ilə izah etmişdir. Yəni qarşıya A, B, C, D ehtimalları mövcuddursa və A seçilərsə, digər 3 ehtimal normal olaraq ortadan qalxır. Qulda görə Dollo bu qanunda "dönməyən prosesi" izah etməyə çalışmışdır. == Qarşı faktlar == Şimali Amerikadakı Gastrotheca guentheri növündəki qurbağaların alt çənələrindəki dişlərin 200 milyon il sonra yenidən atalarındakı vəziyyətə təkamül keçirməsi "geriyə təkamül" ilə izah olunur. Sudan quruya çıxan heyvanların bəzilərinin su mühitinə qayıtması da misal kimi çəkilə bilər. Dollo qanunu təkzib edən misallardan digəri də tikanbalıqlarıdır. Tikanbalıqlarının əcdadları güclü pulcuqlara, zirehə və üç xətli tikanlara sahib heyvanlar olmuşdur.
Ekman qanunu
Habbl qanunu
Habbl qanunu — qalaktikaların bir-birindən uzaqlaşma sürətini ifadə edir. ABŞ astronomu Edvin Habbl tərəfindən kəşf edilmiş bu qanun alimin şərəfinə adlandırılmışdır və astronomiyanın fundamental qanunlarından biridir. == Qanun == İstənilən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşmasının nisbi sürəti, aralarındakı məsafə ilə düz mütənasibdir. υ = H ⋅ D {\displaystyle \upsilon =H\cdot D} Burada D {\displaystyle D} - qalaktikalar arasındakı məsafə, υ {\displaystyle \upsilon } - qalaktikanın birinin digərinə nəzərən hərəkət sürəti, H {\displaystyle H} - Habbl sabiti olub, sürət artmasının məsafə artmasına nisbətini ifadə edir. == İsbatı == Kainatın quruluşunu təsəvvür etmək üçün aşağıdakı müşahidə faktlarından istifadə edilmişdir: mikrodalğalı diapazonda Kainatın relikt şüalanma fonunun kəşfi; qalaktikaların bir-birinə nəzərən böyük sürətlə uzaqlaşmaları; Kainatda əsas kimyəvi elementlər olan hidrogen və helium elementlərinin nisbəti. Kainat quruluşunun müasir modelinə verilən əsas tələb ondan ibarətdir ki, həmin model bu müşahidə faktları ilə ziddiyyət təşkil etməsin. 1923-cü ildə Habbl Andromeda dumanlığının spiralşəkilli qollarında bir neçə parlaq dəyişən ulduz müəyyən etmişdir. Bu ulduzların parlaqlıq əyriləri (parlaqlığın zamandan asılılıq funksiyası) bizim Qalaktikada Sefeidlər adlanan dəyişən ulduzların parlaqlıq əyrilərinə bənzəyir. Habbl, ulduzların spektr xətlərinin spektrin qırmızı ucuna tərəf sürüşməsinə və Andromeda dumanlığındakı ən parlaq ulduzların görünən parlaqlığına əsasən, həmin qalaktikalara qədər məsafələri qiymətləndirmişdir. Nəticədə müəyyən edilmişdir ki, spektrdə xətlərin qırmızı tərəfə sürüşməsi qalaktikaya qədər olan məsafə ilə mütənasib olaraq artır.
Gümüşü başlıqlı sovka
Dovdaq
Dovdaq (lat. Otis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır.
Savmak
Savmak(yun. Σαύμακος) —Bospor padşahlığında dövlət çevrilişi etmiş skif əyanı. == Həyatı == Bospor padşahlığının taxtına iddi edən və yerli skiflər tərəfindən dəstəklənən Savmak öz əli ilə V Perisadı öldürmüşdü. Bu dövrdə II Tiqranla müttəfıq olan Kiçik Asiyadakı Pont padşahlığının hökmdarı VI Mitridat Yevpatorun (e.ə. 132–64) fəal işğalçılıq siyasəti Roma imperiyasının şərq sərhədləri üçün təhlükə törədirdi. VI Mitridat e. ə. 107-ci ildə Savmakın üsyanını yatırdıqdan sonra Bospor padşahlığını, Qara dəniz sahilindəki bütün yunan şəhərlərini həmçinin Kiçik Ermənistanı və Kolxidanı özünə tabe etmişdi. Lakin Roma imperiyasının şərq əyalətləri olan Qalatiya, Vifiniya, həmçinin Kappadokiya uğrunda mübarizədə ağır məğlubiyyətə uğramış, e.ə. 64-cü ildə Pont padşahlığının varlığına romalılar tərəfindən son qoyulmuşdu.
Solmaz
Solmaz — Azərbaycanda və Türkiyədə qadın adı. Mənası "ölümsüz şəxs", "solmayan gül", "hər zaman yaşıl" və "hər zaman gözəl gül" dür. == Solmaz adlı məşhur insanlar == Solmaz Mirzəyeva — azərbaycanlı jurnalist. Solmaz Məhərrəmova — azərbaycanlı etnoqraf-alim, əməkdar mədəniyyət işçisi. Solmaz Kosayeva — azərbaycanlı aşıq-şair, əməkdar mədəniyyət işçisi. Solmaz Rüstəmova-Tohidi- azərbaycanlı alim. Solmaz Hətəmova — azərbaycanlı aktrisa.
Sorman
Sorman ya da Surman (ərəb. صرمان‎) Liviyanın şimal-şərqində,Aralıq dənizi sahilində və Tripolitaniya regionunda şəhər. == Vətəndaş müharibəsi == 20 İyun 2011-ci ildə Birinci Liviya Vətəndaş Müharibəsi əsnasında, NATO Sormanda Muammər Qəddafinin silahdaşlarından biri Xalid K. El-Hamediyə aid bir ərazidə mülki evlərə hücum edərək, bir neçə mülki şəxsin, o cümlədən iki uşağın və onların analarının öldürüldüyünü bildirdi. NATO, Sormanda bir hərbi hədəfə hava hücumu etdiyini etiraf etdi, ancaq mülki şəxslərin ölümünə rədd etdi. NATO, Sorman bölgəsindəki "yüksək səviyyəli" komandanlıq və nəzarət "nodu" na qarşı dəqiq bir hava hücumu başladıldığını söyləyən bir bəyanat verdi. Avqustun 14-də Milli Qurtuluş Ordusu böyük bir sahil hücumu zamanı şəhəri ələ keçirdiyini söylədi. Qəsəbə uğrunda gedən döyüşdə 10 üsyançı öldürüldü və ən az 40 Qəddafi tərəfdarı tutuldu. 2016-cı ilin martında, ikinci vətəndaş müharibəsi zamanı, Sormanda İslam Dövləti silahlıları tərəfindən insan qalxanı kimi istifadə edilərkən, 2015-ci ilin iyununda qaçırılan iki İtalyanın öldürüldüyü bildirildi.
Hays Qanunu
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi. Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 ​​min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı. 1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır.
Hess qanunu
Hess qanunu — 1836-cı ildə Hess tərəfindən təcrübi nəticələrə əsasən termokimyanın əsas qanunu kəşf edilmişdir. Hess qanunu həmçinin reaksiya istilikləri cəminin sabitliyi qanunu da adlanır və aşağıdakı kimi istifadə olunur: — reaksiyanın istilik effekti prosesin yolundan (aralıq mərhələlərdən) asılı olmayıb, yalnız sistemin başlanğıc maddələr və reaksiya məhsullarının təbiətindən və halından asılıdır. Hess qanunu izoxor-izotermik və izobar-izotermik şəraitdə gedən reaksiyalar üçün doğrudur. Bu qanun termodinamikanın birinci qanunundan əvvəl kəşf edilməsinə baxmayaraq onun riyazi nəticəsi olub, termokimyanın nəzəri əsasını təşkil edir. CH 4 ( q ) ⟶ C ( q ) + 4 H ( q ) {\displaystyle {\ce {CH4 (q) -> C (q) + 4H (q)}}} ; △H= 1664 kC/mol Bu qanundan müxtəlif termokimyəvi hesablamalardan istifadə olunur. Hess qanunu proseslərin istilik effektlərini təcrübi nəticələr olmadıqda və hətda onların ölçülməsi mümkün olmayan şəraitlərdə hesablamağa imkan verir. bu nəyinki kimyəvi proseslər, həm də həllolma, buxarlanma, sublimasiya, kristallaşma və s. proseslərədə aiddir. Bu qanunun tətbiqi istilik effektinə qoyulan tələblərin dəqiq ödənilməsini tələb edir. Termokimyəvi hesablamalar termokimyəvi tənliklərin köməyi ilə aparılır.
Huk qanunu
Huk qanunu — cismin deformasiyası zamanı yaranan elastiklik qüvvəsi, bu deformasiyanın ölçüsü ilə düz mütənasibdir. Huk qanunu 1660-cl ildə ingilis alimi Robert Huk tərəfindən kəşf olunmuşdur. F= -kx Huk qanunu ancaq kiçik deformasiyalarda doğrudur mütənasiblik həddini aşdıqda, gərginliklə deformasiya arasındakı asılılıq qeyri xətti olur. == Nazik çubuqlar üçün Huk qanunu == Nazik çubuğun dartılmasında Hüq qanunu aşağıdakı kimi yazılır: F = k Δ l . {\displaystyle F=k\Delta l.} Burada F {\displaystyle F} — qüvvə , Δ l {\displaystyle \Delta l} — mütləq uzanma я, а k {\displaystyle k} — elastiki modul . Elastikiyyət əmsalı materialın xassəsindən və ölçülərindən asılıdır. Aşkar şəkildə çubuğun ölçülərini istifadə edərək elastikiyyət əmsalını aşağıdakı kimi yazmaq olar. (kəsiyinin en sahəsi S {\displaystyle S} və uzunluq L {\displaystyle L} ) k = E S L . {\displaystyle k={\frac {ES}{L}}.} E {\displaystyle E} birinci növ elastiklik modulu və ya Yunq modulu və materialın mexaniki xarakterikdir. ε = Δ l L {\displaystyle \varepsilon ={\frac {\Delta l}{L}}} en kəsiyindəki normal gərginlik σ = F S , {\displaystyle \sigma ={\frac {F}{S}},} σ = E ε .
Kulon qanunu
Kulon qanunu – sükunətdə olan yüklü iki nöqtəvi cismin vakuumda qarşılıqlı təsir qüvvəsi onların yüklərinin modulları hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Bu qanunu 1785-ci ildə fransız alimi Şarl Kulon kəşf etmişdir. Şarl Kulon ilk dəfə bu qanunu burulma tərəzisinin köməyi ilə tapmışdır. == Düstur == F = k C | q 1 | | q 2 | r 2 {\displaystyle F=k_{C}{\frac {|q_{1}||q_{2}|}{r^{2}}}} Burada: F {\displaystyle F\ } qüvvət, q 1 {\displaystyle q_{1}\ } birinci kütlənin yükü, q 2 {\displaystyle q_{2}\ } ikinci kütlənin yükü, r {\displaystyle r\ } aralarındaki məsafə, k {\displaystyle k\ } tərs mütənasiblik əmsalıdır.
Lotka qanunu
Lotka qanunu (ing. Lotka’s law) — 1926-cı ildə ABŞ riyaziyyatçısı, fiziki kimyaçısı Alfred Lotka tərəfindən təklif edilmişdir. Lotka öz işində 2 verilənlər bazasından istifadə etmişdir, 1907–1916-cı illərdə çap olunmuş "Chemical Abstracts" jurnalında kimya sahəsinə aid olan məqalələr (yalnız soyadı A və B hərfi ilə başlayan müəlliflər); "Auerbach’s Geschichtstafeln der Physik" jurnalında fizika sahəsinə aid olan məqalələr analiz olunmuşdur. Elmi məhsuldarlığın Lotka qanunu ixtiyari elm sahəsində məqalələrin çap edilmə tezliyini öyrənir. X {\displaystyle X} sayda məqaləsi olan alimlərin sayı ( Y {\displaystyle Y} ) 1 məqaləsi olan alimlərin sayının ( C {\displaystyle C} ) 1 / X n {\displaystyle 1/X^{n}} hissəsinə təxminən bərabərdir (n≈2): Y = C X n ; {\displaystyle Y={\frac {C}{X^{n}}};} Misal üçün, əgər elmin bir sahəsəində əsərlərinin sayı 1-ə bərabər olan alimlərin sayı 100 olarsa, onda əsərlərinin sayı 2 olan alimlərin sayı 25, 3 məqaləsi olan alimlərin sayı 11, 4 məqaləsi olan alimlərin sayı 6 və s. olacaqdır. Nəhayət, 10 məqalə çap etdirən yalnız 1 alim olacaqdır. == Həmçinin bax == Bibliometriya == Ədəbiyyat == Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.
Mendel qanunu
Mendel qanunu — Qreqor Yohan Mendelin təcrübə və tədqiqatlarına əsaslanan orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən, irsiliyin molekulyar mexanizmlərini və "təmiz qamet hipotezini" izah edən qanun. Mendel qanununun məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdirlər. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur. == Tarixçə == Qeyd etmək lazımdır ki, Qreqor Yohan Mendelə qədər əldə olunmuş nəticələr qanun şəklində verməmişdir. XIX əsrin ortalarında (O.Sarje, Ş Noden) dominantlıq halı haqqında ilk təsəvvürlər meydana çıxmış olur. Çox vaxt birinci nəsil hibridləri bir-birilərinə və valideynlərin biri ilə (əlamət dominantlıq təşkil etdiyi üçün) oxşar olurlar. Resessiv olan və ya üzə çıxmayan əlamətlər itməyərək hibridlərin bibr-biri ilə çarpazlaşdırılmasından yaranan nəsildə üzə çıxa bilir. C. Qoss göstərmişdir ki, öz-özünə tozlanmada ikinci nəsil hibridlərində dominant əlamətlər iki cür: parçalanan və parçalanmayan ola bilirlər. Lakin tədqiqatçıların heç biri öz müşahidələrini nəzəri cəhətdən qiymətləndirə bilməmişdirlər. Növbəti iki biologiya imtahanından kəsilən Qreqor Yohan Mendel Avqustin monastrında abbatlıq etməyə başlamışdır.
Möhür Qanunu
1765-ci il tarixli "Möhür aktı" Böyük Britaniya Parlamentinin Amerikadakı İngilis koloniyalarına birbaşa vergi tətbiq edən və koloniyalardakı bir çox çap məhsullarının Londondan gələn möhürlənmiş kağız üzərində istehsal edilməsini tələb edən Böyük Britaniya Parlamentinin Aktı idi. Çap materialları arasında hüquqi sənədlər, jurnallar, oyun kartları, qəzetlər və koloniyalarda istifadə edilən bir çox digər kağız növləri var idi və onlar müstəmləkə dövrünün kağız pulları ilə deyil, Britaniya valyutası ilə ödənilməli idi. Verginin məqsədi Fransa və Hindistan müharibəsindən sonra Amerika koloniyalarında yerləşdirilən Britaniya hərbi qoşunlarının haqqını ödəmək idi, lakin müstəmləkəçilər heç vaxt Fransanın işğalından qorxmamışdılar və onlar iddia edirdilər ki, müharibədə öz paylarını artıq ödəyiblər. Amerikada Yeni kolonial sistemi meydana gətirən tədbirlərin sonuncusu, təşkil edilmiş ən böyük müqavimətə ilham verdi. "Möhür Qanunu" kimi tanınan bu qanun şərt qoyurdu ki, bütün qəzetlərə, plakatlara, pamfletlərə, lisenziyalara, icra müqavilələrinə və başqa qanuni sənədlərə vergi möhürü vurulsun. (Amerika gömrük agentlərinin topladığı) bu vergi koloniyaları "müdafiə etmək, onlara yardım etmək və onların təhlükəsizliyini təmin etmək" üçün istifadə olunmalı idi. Möhür Qanunu eyni zamanda biznesin hər hansı bir növü ilə məşğul olan adamlara da aid idi. Beləliklə, bu qanun Şimal və Cənubda, Şərq və Qərbdə Amerika əhalisinin ən güclü və bacarıqlı dəstələrindən olan jurnalistlər, hüquqşünaslar, ruhanilər, tacirlər və biznesmenlər arasında narazılıq hissi oyatdı. Tezliklə tacirlər müqavimət göstərmək üçün birləşdilər və idxaletməyən assosiasiyalar yaratdılar. Ana vətənlə ticarət 1765-ci ilin yayında çox ciddi şəkildə azaldı, çünki məşhur adamlar Möhür Qanununa qarşı çıxmaq üçün bir çox hallarda zorakı vasitələrlə özlərini "Azadlıq Oğulları" adı altında birləşdirərək, gizli təşkilatlar yaratdılar.
Qayıdış qanunu
Qayıdış qanunu (ivr. ‏חֹוק הַשְׁבוּת‏‎ , ḥok ha-shvūt) 5 iyul 1950-ci ildə qəbul edilmiş, yəhudilərə İsrailə gəlib yaşamaq və İsrail vətəndaşlığı almaq hüququ verən İsrail qanunudur. Qayıdış Qanununun 1-ci bölməsində deyilir: "Hər bir yəhudinin bu ölkəyə oleh [mühacir] olaraq gəlmək haqqı var." Qayıdış qanununda İsrail Dövləti, Sionist hərəkatın İsrailin bir yəhudi dövləti olaraq qurulmasını tələb edən "kredosunu" qüvvəyə mindirdi. 1970-ci ildə, bir yəhudi baba və yəhudi ilə evli bir şəxsə, Halaxanın pravoslav təfsirlərinə görə yəhudi hesab olunsa da, girmək və məskunlaşmaq hüququ genişləndirildi. İsrailə gəldiyi gün və ya daha sonrakı dövrdə, Oleh olaraq Qayıdış qanunu ilə İsrailə girən şəxs, həqiqətən də oleh olduğunu ifadə edən bir sertifikat alacaq. Oleh, vətəndaş olmaq istədiyinə və bu müddət ərzində vətəndaşlıqdan imtina edə biləcəyinə qərar vermək üçün üç ay müddətinə malikdir. Bir şəxs yəhudi xalqına qarşı yönəlmiş, ictimai sağlamlığa və ya dövlətin təhlükəsizliyinə təhlükə yaradan və ya ictimai rifahı təhlükəyə ata biləcək cinayət keçmişi olan bir fəaliyyətlə məşğul olarsa, oleh sertifikatı almaq hüququndan məhrum edilə bilər. == Tarix == Qayıdış qanunu 5 iyul 1950-ci ildə İsrail Parlamenti Knesset tərəfindən yekdilliklə qəbul edildi Tarix, sionist uzaqgörən Teodor Herzlin ölüm ildönümünə təsadüf etməsi üçün seçildi. Bildirildi: "Hər bir yəhudinin bu ölkəyə oleh olaraq gəlməyə haqqı var." İsrailin o vaxtkı baş naziri David Ben-Gurion, Knessetə verdiyi bir bəyannamədə, qanunun bir haqq vermədiyini, əksinə yəhudilərin artıq sahib olduğu bir hüququ təsdiqlədiyini iddia etdi: "Bu qanun, dövlətin xaricdə yaşayan yəhudiyə məskunlaşma haqqı verməsini təmin etmir; bu hüququn, yəhudi olması faktından ona xas olduğunu təsdiqləyir; Diaspora yəhudiləri. Bu hüquq Dövləti (sic) qabaqladı; bu hüququ dövləti qurur; Yəhudi xalqı ilə vətən arasındakı tarixi və heç vaxt kəsilməyən əlaqədə onun mənbəyini tapmaq lazımdır.
Qreşem qanunu
Qreşem qanunu (Kopernik — Qreşem qanunu kimi də tanınır) — iqtisadi qanun, əsas fikri odur ki: "Ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar". Qanun 1526-cı ildə Polşa astronomu, iqtisadçısı və riyaziyyatçısı Nikolay Kopernik (1473—1543) tərəfindən "Monetae cudendae ratio" (Sikkələrin zərb edilməsi haqqında) traktatında təsvir olunmuşdur və 1560-cı ildə İngiltərə maliyyəçisi Tomas Qreşem (1519—1579) tərəfindən tamamlanmışdır. == Digər fikirlər == "Dövlət tərəfindən süni şəkildə yüksək qiymətləndirilən pullar onun tərəfindən süni şəkildə aşağı qiymətləndirilən pulları dövriyyədən çıxardılar". "Ucuz pullar bahalı pulları dövriyyədən çıxardacaqlar". "Mübadilə məzənnəsi qanun tərəfindən quraşdırılanda, ən pis pullar ən yaxşı pulları dövriyyədən çıxardılar". == Tarixi == Bir çox ölkə hökümətləri sikkələri korlayırdılar. Korlama sikkənin nominal dəyərini dəyişmədən onun tərkibindəki qızıl və ya gümüş miqdarının azaldılmasından ibarət idi. Pulları "korlayaraq" dövlət tez-tez ortaya çıxan maliyyə çətinlikləri həll etməyə çalışırdı. Bu cür hərəkətlərin nəticələri bahalaşma və əhalidə "tam çəkili pulların" toplanması idi. Gündəlik həyatdan "tam çəkili pulların" yox olmas; və onların "qeyri-tam çəkili pullar" ilə əvəzlənməsi faktını erkən merkantilistlərdən biri və İngiltərə kraliçası I Elizabetin maliyyə müşaviri Tomas Qreşem qeyd etmişdir.
Sabitlik qanunu
“Sabitlik qanunu”– belə ki, biosferin canlı maddəsinin miqdarı sabit kəmiyyətdir. == Ümumi məlumat == Bu qanun ilk dəfə V.İ.Vernadski tərəfindən şərh edilmişdir: Belə ki, qanunun əsas mahiyyəti ondan ibarətdir ki, biosferin canlı maddəsinin miqdarı (müəyyən geoloji vaxt ərzində) sabit kəmiyyətdir. Bu qanun daxili dinamiki tarazlıq qanunu ilə sıx əlaqədardır. Sabitlik qanununa görə biosferin hər hansı bir sahəsindəki canlı maddə miqdarının hər hansı bir dəyişikliyi mütləq biosferin digər bir sahəsində əks işarə ilə həcmcə həmin qədər canlı maddə miqdarının dəyişməsinə səbəb olur.
Salik qanunu
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Sey qanunu
Sey qanunu yaxud bazarlar qanunu — Jan Batist Sey tərəfindən irəli sürülmüş iqtisadi qanundur. Daxili və xarici ticarətdə "məhsullar məhsullar üçün ödənilir" deyimi bazarlar qanununun mahiyyətidir və burada ticarət mahiyyətcə barter mübadiləsindən ibarətdir. Əmtəələr bilavasitə insanların tələbatını ödəmək üçün istehsal olunur, bu mübadilədə pul passiv, vasitəçi rolunu oynayır, o, yalnız tədavül vasitəsidir. Bu qanuna görə, cəmiyyət tərəfindən iqtisadi liberalizmin bütün prinsiplərinə nail olunduqda və riayət edildikdə, istehsal uyğun istehlak doğuracaq, yəni əmtəə və xidmətlərin istehsalı hökmən bu əmtəə və xidmətlərin sərbəst reallaşdırılan gəlirlərini doğuracaq. Seyin qanununa görə, qiymətin səviyyəsindən asılı olmayaraq iqtisadiyyatda həmişə məcmu tələb məcmu təklifə bərabərdir. Bunun isə əsas şərti pula tələbin olmamasıdır.
Stoks qanunu
Stoks qanunu-özlü mayelərdə cismin hərəkəti zamanı meydana çıxan müqavimətinə aiddir. Bu müqavimət qüvvəsi (F) mayenin axma sürəti (v), özülülük əmsalı ( η {\displaystyle \eta } ) və cismin xətti ölçüləri (r) ilə mütənasibdir. F = 6 π η r v {\displaystyle F=6\pi \eta rv} Özülülük əmsalı maddəyə görə dəyişir.
Kovaq
Qovaq
Qovaq (lat. Populus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi.
Sovla
Sovla — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sovla oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Bəzi tədqiqatçılar oykonimi ərəb dilindəki sofla (asağı) sözü ilə əlaqələndirir və ehtimal edirlər ki, kənd coğrafi mövqeyinə, Kür çayının asağı axarına yaxın olan ərazidə yerləşdiyinə görə bələ adlandırılmışdlr. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1113 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir.
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. == Oyunun qaydaları == Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.
Solmaz (dəqiqləşdirmə)
Solmaz — Azərbaycanda və Türkiyədə qadın adı. Mənası "ölümsüz şəxs", "solmayan gül", "hər zaman yaşıl" və "hər zaman gözəl gül" dür. == Solmaz adlı məşhur insanlar == Solmaz Mirzəyeva — azərbaycanlı jurnalist. Solmaz Məhərrəmova — azərbaycanlı etnoqraf-alim, əməkdar mədəniyyət işçisi. Solmaz Kosayeva — azərbaycanlı aşıq-şair, əməkdar mədəniyyət işçisi. Solmaz Rüstəmova-Tohidi- azərbaycanlı alim. Solmaz Hətəmova — azərbaycanlı aktrisa.
Solmaz Amanova
Solmaz Amanova (24.2.1956, Qaraçala kənd, Salyan rayonu, Azərbaycan SSR) — Azərbaycan yazıçısı. == Həyatı == Solmaz Bayramqulu qızı Amanova 24 fevral 1956-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olmuşdur. O, M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunun əmək və rəsmxət fakültəsində, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Salyan rayon Komsomol Komitəsində katib, Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun kitabxanasında kitabxanaçı, metodist, institutun Siyasi-maarif kabinetinin müdiri, Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Azərbaycan Dövlət Tibb Universitetinin rus dili kafedrasında müəllim işləmişdir. 2006-cı ilin dekabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodiki Mərkəzində Səbail-Yasamal-Qaradağ bölməsinə ibtidai siniflər üzrə metodist vəzifəsinə, 2012-ci ilin may ayında Metodik Mərkəzin Multimedia bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərən Solmaz Amanova əsərlərini Azərbaycan və rus dilində yazır. İlk qələm təcrübələri XX əsrin 70-ci illərində "Ulduz" jurnalında işıq üzü görmüşdür. Dövri mətbuatda şeir, hekayə, elmi-kütləvi məqalələrlə çıxış edir. Onun yazdığı "İnsan iz qoyur", "İrs" əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına və adət-ənənələrimizə bağlılığı ilə seçilir.
Solmaz Eliyeva
Solmaz Səməd qızı Əliyeva (31 dekabr 1945, Aşağı Nüvədi, Lənkəran rayonu – 25 may 2012, Aşağı Nüvədi, Lənkəran rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin 5 çağırış deputatı. == Həyatı == Solmaz Əliyeva 1970-ci illərində qabaqcıl tərəvəzçi kimi böyük şöhrət qazanıb. 1973-cü ildə ona əmək nailiyyətlərinə görə,Sosialist Əməyi Qəhrəmanı adı verilib. Solmaz Əliyeva Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 2002-ci ildən Azərbaycan Respublikası prezidentinin təqaüdçüsü idi. == "Kim Tanımır Solmazı" musiqisi == Uzun illər xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi, sözləri Şəkər Aslana, musiqisi Emin Sabitoğluna məxsus olan "Kim tanımır Solmazı" mahnısı Solmaz Əliyevaya həsr edilib.
Solmaz Hətəmova
Solmaz Hətəmova (1950, Bakı) — aktrisa. == Həyatı == Solmaz Hətəmova 1950-ci ildə Bakıda anadan olub. 150 saylı orta məktəbi bitirib. 13 yaşında məşhur "Sehrli xalat" filmində pioner Zərifə obrazını yaradıb. Sonradan Azərbaycan Neft Akademiyasının (AZİ) iqtisadiyyat fakultəsini bitirib. Uzun müddət Rabitə Kollecində dərs deyib və ixtisası üzrə çalışıb. Hazırda təqaüddədir. Ailəlidir, 2 oğlu, 3 nəvəsi vardır.
Solmaz Kosayeva
Kosayeva Solmaz Qorçu qızı (Aşıq Solmaz; 3 mart 1955, Qazax rayonu) — Azərbaycan aşığı, şairi, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2016). == Həyatı == Solmaz Kosayeva 1955-ci il iyunun 3-də Qazax rayonunda ziyalı ailəsində anadan olub. 1961-ci ildə S.Vurğun adına Qazax pionerlər evində sazçı qızlar ansamblına üzv yazılıb. 1972-ci ildə orta məktəbi bitirib. Hələ 6-cı sinifdə oxuyarkən dərsdən kənar vaxtlarında pionerlər evində sazçı qızlar ansamblını yaradaraq həmyaşıdı olan qızlarda saza maraq oyatmağa nail olmuşdur. 1975-ci ildə Özbəkistanın paytaxtı Daşkənd səhərində keçirilən tədbirdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edərək Vətənə mükafatla dönüb. Solmaz Kosayeva 1978-ci ildən Xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblda müğənni kimi fəaliyyət göstərib. 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayının nümayəndəsi olub və buradakı bənzərsiz ifası ilə böyük rəğbət qazanıb. 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya festivalında 1-ci dərəcəli diploma layiq görülüb. 1986-cı ildə Nikaraqua, 1987-ci Əfqanıstan, 1988-də İsveç və Norveç, 1991-də Meksika, Kuba, İrlandiya, 1994-cü ildə Almaniya, Hollandiya və Belçikada olaraq Azərbaycan mədəniyyətini və incəsənətini layiqincə təmsil edib.
Solmaz Mirzəyeva
Solmaz Mirzəyeva (8 iyul 1938, Bakı – 25 yanvar 2010, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. == Həyatı == Solmaz Mirzəyeva 8 iyul 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə Azərbaycan Dövlət Univnsitetinin jurnalistika fakültəsinə daxil olmuş, oranı 1961-ci ildə bitirmişdir. 1962-ci ildən 1968-ci ilə kimi "Azərnəşr"in elmi-kütləvi, uşaq ələbiyyatı, bədii ədəbiyyat və tərcümə redaksiyalarında kiçik redaktor, 1968-ci ildən isə redaktor vəzifələrində çalışmışdır. Solmaz Mirzəyeva jurnalistlik fəaliyyətinin 30 ili "Azərbaycan dəmiryolçusu" qəzeti ilə bağlı olmuşdur. 1980–1993-cü illərdə qəzetin redaktor müavini işləmişdir. 1993-cü ildən ömrünün sonuna kimi qəzetin redaktoru olmuşdur. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilən iqtisadi islahatların ölkə ictimaiyyətinə çatdırılmasında onun böyük zəhməti olmuşdur. İşlədiyi müddət ərzində kollektivin dərin rəğbətini qazanan Solmaz Mirzəyevanın zəhmətini Dəmir Yol rəhbərliyi və MHİRK-nin Rəyasət Heyəti həmişə yüksək qiymətləndirmiş, "Fəxri dəmiryolçu" döş nişanı və mətbuat sahəsində səmərəli fəaliyyətinə görə "Ustad" Ali Jurnalistika Mükafatı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Ailəsi Azərbaycanda jurnalist Mirzəyevlər ailəsi tanınmışdır.
Solmaz Musayeva
Solmaz Qurban qızı Musayeva (10 aprel 1928, Bakı – 21 oktyabr 2016) — teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2007). == Həyatı == Solmaz Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açmışdır. 1947–1952-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. 1953–1955-ci illərdə təhsilini Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinin dekorativ-tətbiqi sənət fakültəsində davam etdirmişdir. 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Solmaz Musayeva 21 oktyabr 2016-cı ildə vəfat etmişdir. == Yaradıcılığı == 1965–1981-ci illərdə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rəssamı kimi çalışmışdır. 1981–1987-ci illərdə isə baş rəssam kimi çalışmış, teatrın Azərbaycan və rus bölmələrində 60-a yaxın tamaşaya səhnə tərtibatı vermişdir. Bunlardan "Malçiş-Kibalçiş" (A.Qaydar), "Bu ev kimin evidir?" (S.Marşak), "Məşədi İbad" (Ü.Hacıbəyli), "Şəngülüm, Şüngülüm, Məngülüm" (Ə.Abbasov), "Cunquş" (X.Əlibəyli), "Qaravəlli" (Anar), "Meşə nağılı" (T.Mütəllibov), "Yumaq top" (F.Sadıq), "Şən ayılar" (V.Rabadan), H.X.Andersenin "Ole Lukoye və yaxud Sehrli çətirlər" (H.X.Andersen), "Cırtdan", "Sehrli nar" (hər ikisi- M.Seyidzadə) və s. tamaşaları qeyd etmək olar.
Solmaz Mustafayeva
== Həyatı == •Elmi əsərlərinin sayı- 680 •Xaricdə dərc olunan əsərlərinin sayı- 525 •Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı - 150 •Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı- 35 •Elmi-pedaqoji fəaliyyəti = 2 il pedaqojı stajı - Bakı Ali Hərbi Məktəbində •Dil bilikləri = azərbaycan, rus və ingilis dilləri == Əsas elmi nəticələri == Mürəkkəb tərkibli xalkogenid AIIIBVI və TlBIIIC2VI yarımkeçiricilərdə relaksasiya electron proseslərinin nəzəri və təcrübi əsaslarını işləyib hazırlamış və xüsusi xassələrə malik olan interkalyasiya olunmuş laylı və zəncirvari strukturaları dünyada ilk dəfə alıb və tədqiq etmişdir. Xarici amillərin (sabit və dəyişən elektrik sahəsi, elektromaqnit şüalanması, temperatur, təzyiq, rentgen şüalanması və s.) alınmış yarımkeçirici nazik təbəqə və kristallarına təsirinin fiziki qanunauyğunluqları tədqiq edilmiş və bu əsasda yeni tipli yarımkeçirici çevricilər və cihazlar ixtira edilmişdir. == Əsas elmi əsərləri == 1. Mustafaeva S.N., Asadov M.M. Currents of Isothermal Relaxation in GaS (Yb) Single Crystals // Solid State Communications. 1983. V. 45. № 6. P. 491 - 494. 2. Mustafaeva S.N., Abdullaev G.B. Photostimulated polarization and depolarization in metal- GaSe -metal thin film structures // Thin Solid Films.
Solmaz Məhərrəmova
Məhərrəmova Solmaz Səttar qızı — etnoqraf-alim, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru. == Həyatı == Azərbaycan Respublikasının Laçın şəhərində ziyalı ailəsində anadan olmuşdur. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirmişdir. 1980-1992-cı illərdə Laçın Rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində işləmişdir. Hazırda AMEA -nın A. A.Bakıxanov adına Tarix İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Laçın Rayon təşkilatının sədridir. == Elmi fəaliyyəti == 1995-ci ildə "Azərbaycan kəndində müasir mədəni-məişət prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmlər namizədi alimlik dərəcəsi almışdır. 2011-ci ildə "XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında)" mövzusunda Ermənistanın işğalına məruz qalmış Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının maddi və mənəvi mədəniyyətinə həsr olunmuş doktorluq dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ilk dəfə böyük tirajla nəşr edilmiş və respublikamızın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş üçcildlik "Azərbaycan etnoqrafiyası"nın müəlliflərindən biri və redaksiya heyətinin üzvüdür. Üç monoqrafiya, 150-dən çox, o cümlədən xarici ölkələrdə (Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan) nəşr edilmiş elmi məqalələrin, habelə muzey işinə aid bir neçə metodiki tövsiyənin həmmüəllifi, Azərbaycan, rus və ingilis dillərində yüksək poliqrafik tərtibatla nəşr edilmiş "Qəbələnin tarixi", "Qəbələnin etnoqrafiyası" və "Qəbələnin folkloru" adlı kitablar toplusunun, 2017-ci ildə Moskvada rus dilində çapdan çıxmış "Azərbaycanlılar", habelə bu yaxınlarda nəşrə təqdim edilmiş "Qarabağın etnorafiyası" adlı fundamental əsərlərin əsas müəlliflərindən biridir.
Solmaz Orlinskaya
Solmaz Qaragen qızı Orlinskaya (əsl adı və qızlıq soyadı: Nina Qareginovna Basmaçyan; 12 (25) sentyabr 1906, Yelizavetpol – 17 iyun 1973, Kirovabad) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1955). == Həyatı == Solmaz Orlinskaya 12 (25) sentyabr 1906-cı il sentyabrın 25-də Yelizavetpolda (hazırkı Gəncə) dünyaya gəlib. Əsl adı Nina olan aktrisasın qızlıq soyadı Basmaçyan olub. Aktrisanın atası milliyyətcə yunan olub. Onun adı bəzi proqramlarda "Nona" kimi də yazılıb. Cəfər Cabbarlının "Od gəlini" qəhrəmanlıq dramında Solmaz rolununun ifasında fərqləndiyinə görə özünə bu adı səhnə təxəllüsü olaraq götürüb. Aktrisa beş sinif təhsil alıb. İlk dəfə səhnəyə 15 yaşında Gəncə Dəmiryolçular klubunun dram dərnəyində çıxan aktrisa burada, Qadınlar klubunda, 1924-cü ildə Şamaxı şəhər dram dərnəyində müxtəlif rollar oynayıb. 1924–1933-cü illərdə M. F. Axundov adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında işləyib. 1933-cü ildə Gəncə Dövlət Dram Teatrının truppasına daxil olub və ömrünün sonuna kimi burada yaradıcılıq fəaliyyəti göstərib.
Solmaz Qurbanova
Solmaz Cəbrayıl qızı Qurbanova (13 noyabr 1939, Bakı – 4 iyun 2013, Bakı) — Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1991). == Həyatı == Solmaz Qurbanova 1939-cu ildə Bakıda anadan olub. Sənətə 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Yeniyetmə oğlan rollarında çıxış etmiş S. Qurbanova teatrın səhnəsində əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb. Səhnə fəaliyyətinə Azərb. Gənc Tamaşaçılar Teatrında başlamış, yeniyetmə oğlan rollarında çıxış etmişdir: Onun Qavroş (V. Hüqonun "Səfillər" romanı əsasında), Antonio ("Puerto Sorido alovları", M. Minçkovski), Rəcəb ("Anacan", Y. Əzimzadə), Petya ("İnqilab naminə", M. Şatrov), Kamal ("Sehrli yaylıq", K. Həsənov), Cülyetta, Culiya ("Romeo və Cülyetta", "İki veronalı", U. Şekspir), kraliça ("İki ağanın bir nökəri", K. Qoldoni), Cemma ("Ovod", E. Voyniç), Flavio ("Sükut divarı", P. Missini), Yaqut ("Məlikməmməd", Ə. Abbasov), Paşa xala ("Unutmayın", Y. Əzimzadə), Dilarə ("Ötən ilin son gecəsi", Anar), Şəcərət ("Əlvida, Hindistan", Q. Rəsulov), Afərid ("Söhrab və Rüstəm", İ. Coşğun), Bibi ("Bala bəla sözündəndir" Əli Əmirli), Qəmər banu ("Mahmud və Məryəm", Elçin) və s. rolları bu gün yaddaşlardadır. Solmaz Qurbanova 4 iyun 2013-cü ildə Bakıda dünyasını dəyişib.
Solmaz İsrafilbəyli
İsrafilbəyli Solmaz Hüseyn qızı (13 mart 1928, Bakı – 11 yanvar 2024) — tibb elmləri doktoru (1974), professor (1979), əməkdar elm xadimi (1987). == Həyatı == Solmaz Hüseyn qızı İsrafilbəyli 1928-i ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir Solmaz İsrafilbəyli həkim kimi ilk əmək fəaliyyətinə Xızı rayonunda başladı və 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun bazasında "mamalıq və ginekologiya" ixtisası üzrə aspiranturaya daxil oldu. Solmaz xanım şəxsi söhbətlərində bir qayda olaraq, o dövrün görkəmli həkimlərindən və tibb alim-lərindən F. N. İlyinlə, M. K. Mahmudbəyova ilə, M. M. Hacıqasımovla, A. A. Atayevlə birgə çalışdığı və onların zəngin təcrübəsindən bəhrələndiyi haqda həvəslə danışır. Onun professor F. N. İlyinin rəhbərliyi ilə işləyib, 1960-cı ildə müdafiə etdiyi "Nisbi göstərişlər əsasında aparılan Sezar kəsiyi əməliyyatı məsələsinə dair" mövzusunda namizədlik dissertasiyasının müddəaları bütün sonrakı elmi-pedaqoji fəaliyyətinin əsas motivini təşkil etmişdir. Çünki o vaxtdan onilliklər keçsə də, bu mövzu aktuallığını itirməmişdir. Solmaz xanım bütün ömrü boyu dünyaya insan gəlişinin – doğuşun təbii yolla başa çatdırılmasının qızğın tərəfdarı olmuş, özü nümunəvi bir cərrah – mama-ginekoloq olmasına baxmayaraq, həmkarlarından Sezar kəsiyi əməliyyatına yalnız hamilə qadının və doğulacaq körpənin həyatına təhlükə ola biləcəyi hallarda əl atmağı tələb etmişdir. Solmaz İsrafilbəyli 1960-cı ildən başlayaraq, Ə. Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləmişdir. Burada o, əvvəl assistent vəzifəsində işləmiş, 1967-ci ildə dosent vəzifəsinə seçilmişdir və 1968-ci ildə ona adı çəkilən institutun "Mamalıq və ginekologiya" kafedrasının müdiri vəzifəsi həvalə edilmişdir.
Solmaz Şirin
Solmaz Əliyeva
Solmaz Səməd qızı Əliyeva (31 dekabr 1945, Aşağı Nüvədi, Lənkəran rayonu – 25 may 2012, Aşağı Nüvədi, Lənkəran rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin 5 çağırış deputatı. == Həyatı == Solmaz Əliyeva 1970-ci illərində qabaqcıl tərəvəzçi kimi böyük şöhrət qazanıb. 1973-cü ildə ona əmək nailiyyətlərinə görə,Sosialist Əməyi Qəhrəmanı adı verilib. Solmaz Əliyeva Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 2002-ci ildən Azərbaycan Respublikası prezidentinin təqaüdçüsü idi. == "Kim Tanımır Solmazı" musiqisi == Uzun illər xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi, sözləri Şəkər Aslana, musiqisi Emin Sabitoğluna məxsus olan "Kim tanımır Solmazı" mahnısı Solmaz Əliyevaya həsr edilib.
Sovqat (1942)
== Məzmun == Filmdə müharibə illərində arxa cəbhədə çalışan zəhmət adamlarının üzərinə düşən ağır sınaqlardan, onların döyüşçülərimizə köməyindən söhbət gedir. == Film haqqında == Filmdə rejissorların hələ 1939-cu ildə yarımçıq qoyduqları "Ayna" filminin kadrlarından istifadə edilmişdir. 1942-ci ildə iki film birləşdirilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Hüseyn Seyidzadə, Niyazi Bədəlov Ssenari müəllifi: İmran Qasımov, Ənvər Məmmədxanlı Quruluşçu operator: Əsgər İsmayılov, Seyfulla Bədəlov Quruluşçu rəssam: Əlisəttar Atakişiyev Səs operatoru: İlya Ozerski Rejissor assistenti: Məmməd Əlili Filmin direktoru: Teymur Hüseynov === Rollarda === Leyla Bədirbəyli (Leyla Cavanşirova kimi) — Ayna Ələsgər Ələkbərov — Ayaz Əzizə Məmmədova Rza Darablı Əhməd Qəmərlinski Rəşid Atamalıbəyov Mirmahmud Kazımovski Möhsün Sənani İsmayıl Əfəndiyev == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Sövhac
Sövhac (ərəb. سوهاج‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 132.649 nəfərdir (2006).
Sövmayə
Sövməə (Çaroymaq)
Sövməə
Sövməə (Çaroymaq)
Sövran
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.