Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
TƏBİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və ya qısaca TƏBİB — İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir. == Tarixi == "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) Azərbaycan Respublikası Prezidenti 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmana əsasən yaradılmışdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. == Fəaliyyət istiqamətləri == TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.
Həkim
Həkim - ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insan. == Həkim andı == Daha çox qədimdən də həkim andı kimi məlum olan "Hippokrat andı"dır. And 9 etik prinsip və öhdəliyi özündə əks etdirir.
"Təbib" nəşriyyatı
"Təbib" nəşriyyatı == Haqqında == "Təbib" nəşriyyatı 1991-ci ildə Respublikada tibb ədəbiyyatı nəşrinin təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir. Nəşriyyatın ilk direktoru T.Səfərov olmuşdur. 1994-cü ildən X.A.Balaxanlı direktor təyin edilmişdir. Nəşriyyat 1992-ci ildən etibarən tam təsərrüfat hesabı ilə fəaliyyət göstərir. Burada əsasən tibb universiteti tələbələri üçün dərsliklər, dərs vəsaitləri, metodik ədəbiyyat və tibbə dair monoqrafiyalar, elmi-praktik məcmuələr, elmi-kütləvi əsərlər çap edilir. Nəşriyyatın nəzdində kompyüter yığımı sexi və mətbəə şöbəsi fəaliyyət göstərir. == Əlaqə == Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 100, tel.: 495-55-76.
Təbib (nəşriyyat)
"Təbib" nəşriyyatı == Haqqında == "Təbib" nəşriyyatı 1991-ci ildə Respublikada tibb ədəbiyyatı nəşrinin təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir. Nəşriyyatın ilk direktoru T.Səfərov olmuşdur. 1994-cü ildən X.A.Balaxanlı direktor təyin edilmişdir. Nəşriyyat 1992-ci ildən etibarən tam təsərrüfat hesabı ilə fəaliyyət göstərir. Burada əsasən tibb universiteti tələbələri üçün dərsliklər, dərs vəsaitləri, metodik ədəbiyyat və tibbə dair monoqrafiyalar, elmi-praktik məcmuələr, elmi-kütləvi əsərlər çap edilir. Nəşriyyatın nəzdində kompyüter yığımı sexi və mətbəə şöbəsi fəaliyyət göstərir. == Əlaqə == Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 100, tel.: 495-55-76.
Təbib (qəzet)
Təbib (qəzet) — Bakıda çap olunan universitet tibb qəzeti. Qəzet 2014-cü ilin yanvarından 8 səhifə olmaqlar rəngli çap olunur. == Haqqında == İlk sayı "Tibbi qadro uğrunda" adı altında 1933-cü ilin 16 dekabrında buraxılmışdır. Ayda iki dəfə işıq üzü görən "Təbib" qəzeti Azərbaycan Tibb Universitetinin nəşridir. Universitetin ictimai həyatını, elmi yenilikləri, alimlərin yubileylərini, dünya tibb elmində baş verən son məlumatları öz oxucularına çatdırır. Qəzetin səhifələrində özünə ardıcıl yer qazanmış həkim məsləhətləri, xalq təbabətindən nümunələr, tanınmış alimlərin ayrı-ayrı xəstəliklərlə bağlı çıxışları təkcə tibb ictimaiyyəti, tələbələr arasında deyil, həmçinin geniş xalq kütləsi tərəfindən rəğbətlə qarşılanır. "Təbib" qəzeti təkcə tibb universitetinin həyatı ilə məhdudlaşan bir çərçivədə deyil, Azərbaycan səhiyyəsi ilə bağlı aktiv yazılara da mütəmadi yer ayırır. == Əlaqə == e-mail: e-mail: tel.
Əbdülməcid Təbib
Əbdül Məcid Təbib (XIII əsr) — Azərbaycanın XIII əsr görkəmli həkimlərindən biridir. O,Marağada yaşamış və Şərqin böyük astronom və riyaziyyatçısı Nəsir əd-Din Tusinin yaratdığı rəsədxanada çalışmışdır. == Əsər və araşdırmaları == Əbdül Məcid Şərqdə geniş yayılmış "Kitabüt-tibb" adlı kitabın müəllifidir. Adına, materialların yerləşməsinə və bəzi şərhlərinə görə,bu əsəri Mahmud ibn İlyasın "Elmi təbabət kitabı"na da bənzətmək olar. Lakin bu yalnız ilk baxışdan belə görsənir. Əbdül Məcidin əsərində həm diaqnostika, həm də xüsusən əsəblə bağlı bir çox xəstəliklərin müalicəsinə dair orijinal fikirlər vardır. Buna baxmayaraq, aydın görünür ki, Əbdül Məcid öz əsərini yazarkən Mahmudun kitabının təsiri altında olmuşdur, bəlkə də hətta onlar tanış idilər. "Kitabüt-tibb" 1275–1280-ci illərdə, Mahmudun ölümündən bir qədər əvvəl yazılmış və 1307-ci ildə işıq üzü görmüşdür. Buna görə də onların görüşdüklərini ehtimal etmək mümkündür. Əsər monqol hökmdarı Orqan xana həsr olunmuşdur və 49 hissədən ibarətdir.
Hacı Həkim
Hacı Həsən Həkim (ərəb. الطبيب الحاج حسن‎) — XX əsrdə Şəki şəhərində yaşamış ərəb əsilli həkim. Cənubi Qafqaz regionunda Taun və Tif viruslarına qarşı mübarizə aparan yeganə həkim olub. == Həyatı == Əsil adı Həsən olan Hacı Həkim 1862-ci ildə Ərəbistan yarımadasında anadan olub. Milliyətcə ərəb olub. Dəqiq doğum yeri və tarixi məlum deyil. Mədrəsə təhsili alıb, daha sonradan həkimlik peşəsində çalışmağa başlayıb. Daha sonradan bir neçə il Ərəb yarımadası ölkələrində işləyib. Bundan sonra o öz adını "Hacı Həsən" ilə əvəz edib. 1898-ci ildə Cənubi Qafqaza, Şəki şəhərinə köçür.
Heydər Həkim
Heydər Həkim(XVI-XVII əsrlər) — == Həyatı == Hindistanın Agra şəhərində, Böyü Moğollar sülaləsinin təmsilçisi Sultan Əkbərin sarayında çalışmış Azərbaycan həkimidir. Azərbaycan dilində lirik şeirlər də yazırdı.
Həkim Cəbrayil
Həkim Cəbrayil(vəfatı 1616). == Həyatı == Həkim Cəbrayil Həkim Məhəmməd Bəqərin oğlu. Tibb elmini Qəzvin və İsfahan şəhərlərində öyrənmişdi, mehriban xasiyyəti və səhavətinə görə şöhrət tapmışdı. Təhsilini başa vurandan sonra, şahın əmri ilə Ərdəbilin "Darül-İrşad" mədrəsəsinə dərs deməyə göndərilmişdi. Müəyyən müddətdən sonra, o, Ərdəbili tərk edib, Hindistana yollanır və Əbdürrəhim Hani-Hanan adında xeyriyyəçinin sarayına yol tapır. Lakin Həkim Cəbrayıl orada çox qalmır və Hindistanın Dekkan əmirliyinə üz tutur. Orada, o, Qolkunda şəhərinin hökmdarı Məhəmmədqulu Qütb Şahın himayəsini qazanır və ölümünə qədər orada yaşayır.
Həkim Qəni
Həkim Qəni (azərb. Hüseynov Qəni Hüseynqulu oğlu‎, 16 fevral 1918, Bakı - 10 iyun 2008, Bakı) — şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, prezident təqaüdçüsü. == Həyatı == Həkim Qəni 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Tibb İnstitutunda almışdır (1936-1941). İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədə hərbi həkim kimi fəaliyyət göstərmişdir (1941-1945). 1967-ci ildə ordudan tərxis olunub və o, Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub. Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olmuşdur. 1990-cı ildən (başqa məlumata görə 1993-cü ildən) etibarən Vahid poeziya evində “Vahid“ ədəbi şairlər məclisinə sədrlik etmişdir. Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunmuşdur.
Həkim kolbasası
Həkim - bütün keçmiş SSRi dövlərləti arasında çox məşhur bişmiş kolbasadır. Digər kolbasalarla müqayisədə bu kolbasa pəhriz saxlayanlar üçün əlverişlidir. Bu kolbasa 1930-cu ildən SSRİ-də Anastasa Mikoyna tərəfindən bişirilməyə başlayır. Bütün SSRİ məkanında kolbasanı hazırlanması eyni qaydada eyni resept ilə hazırlanır. Bu səbəbdən onun adı "Həkim kolbasa"sı adlanır. == Tarixi == İlk dəfə kolbasanın istehsalına 1936-cı ildən başlanılmışdır. Bu ət məhsulları içərinsə xüsusi yeri olan kolbasadır. İlk dəfə istehsalı A.İ.Mikoyana adlı Moskva ət kombinatında hazırlanmağa başlanılır. Kolbasanın pəhriz xüsusiyyətinə malik olması onun Böyük Vətəndaş və Çar müharibələrində geniş istifadə edilməsinə səbəb oldu. == Tərkibi == QOST 23670-79 standartlarına uyğun olaraq kolbasa hazırlanır.
Həkim səhvi
Həkim səhvi — həkimin və ya hər hansı digər tibb işçisinin peşə fəaliyyəti zamanı bilmədən səhv etməsi. Səhlənkarlıq buna aid deyil. == Hüquqi tərəfi == Qanunda "Həkim səhvi" termini yoxdur, buna görə də vəkillər, ümumiyyətlə, bundan istifadə etmirlər. Əsasən, tibbi ədəbiyyatda yayılmışdır, lakin hətta burada bu terminin ümumi qəbul edilmiş konsepsiyası yoxdur. == Təsir == Qlobal olaraq, 2013-cü ildə tibbi müalicənin mənfi təsirlərindən 142.000 insanın öldüyü təxmin edilir, 1990-cı ildə bu rəqəm 94.000 idi. 2000 Tibb İnstitutunun hesabatında tibbi səhvlər nəticəsində 44.000 ilə 98.000 arasında ölüm və ABŞ xəstəxanalarında hər il 1.000.000-dan artıq yaralanma təxmin edildi. İngiltərədə 2000-ci ildə edilən bir araşdırma hər il təxminən 2 milyard funt sterlinqə başa gələn 850.000 tibbi səhvin meydana gəldiyini aşkar etdi. 2002-ci il Səhiyyə Tədqiqatları və Keyfiyyət Agentliyi hesabatına görə, dərman səhvlərindən hər il təxminən 7000 insanın öldüyü təxmin edilmişdi. Tibbi səhvlər dünyada 10 xəstədən birinə təsir göstərir. Digər hesablamada isə hər il 180.000 insanın yatrogen zədə nəticəsində öldüyü bildirilir.
Hərbi həkim
Hərbi həkim ali tibb təhsili olan, tibbi mövqe tutan bir əsgərdir. 1864-cü ildə ilk Cenevrə Konvensiyası tibb işçilərinin xüsusi neytral statusunu müəyyənləşdirdi və bu, "yalnız tibbi" funksiyaları yerinə yetirməyi, müharibə və silahlı münaqişələrin bütün qurbanlarına "qərəzsiz" tibbi yardım göstərməyi özlərinə vəzifə olaraq qoymaq idi. == Tarixi == Qədim yunanların qoşunlarında xüsusi həkimləri var idi. Bəziləri yalnız daxili xəstəliklərin müalicəsi ilə məşğul olurdular, digərləri cərrahi. Həkimlər ordunun tərkibini təşkil edirdi, düşərgə qurarkən onların fikirləri soruşulurdu. Onlar İlahiyyat və dünyəvi tibb məktəblərində təhsil alırdılar. Romanın mövcud olduğu dövrdə tibb xəstəliklərinin müalicəsinə ruhların qovulması və müxtəlif batil müalicə metodları öz əksini tapmışdır. Epidemiyaya qarşı müharibə zamanı qoşunlarda dualar təyin olunur, keşişlər müxtəlif dini mərasimlər təşkil edirdilər. Əsgərlər yaralanan zaman bir-birlərini sağaldır və ya təsadüfi həkimlərin xidmətlərindən istifadə edirdilər. Daimi ordu olmadığı üçün daimi hərbi həkimlər olmurdu.
Sibqat Həkim
Sibqat Həkim (tatar. Сибгат Хәким; 4 (17) dekabr 1911, Kazan quberniyası – 3 avqust 1986, Kazan) — Sovet, tatar şairi. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Böyük Vətən müharibəsi iştirakçısı. Rafael Həkimovun atasıdır. == Bioqrafiya == Sibqat Həkim 4 dekabr 1911-ci ildə Kulle-Kimi kəndində (indiki Tatarıstan Respublikası, Ətnə rayonu, Kulle-Kiminskoye kəndində) kasıb kəndli ailəsində anadan olmuşdur. 1931-ci ildə Kazandakı işçilər fakültəsində oxumuşdur, sonra 1937-ci ildə məzun olduğu Kazan Pedaqoji İnstitutuna daxil olur. 1941-ci ildə Qırmızı Ordu sıralarına çağırılır, 1942-ci ilin mayından döyüş əməliyyatlarının iştirakçısı olur. Hərbi xidmətlərinə görə, 375-ci atıcı diviziyasının 1243-cü atıcı alayının taqım komandiri, leytenant Həkimov 1943-cü ilin avqustunda Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. 1963-1967-ci illərdə Tatar MSSR Ali Sovetinin Rəyasət Heyətinin üzvü olmuşdur.
Əl-Həkim
Əl-Həkam (ər. الحكم) — Allahın adlarından biri.
Əməkdar həkim
Azərbaycan Respublikası əməkdar həkimi — səhiyyə sahəsində xüsusi xidmətlərinə görə müalicə-profilaktika, sanitariya, sanatoriya-kurort müəssisələrinin, elmi-tədqiqat institutlarının, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının və digər səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə verilən fəxri ad.
Möcüzə həkim
Möcüzə Həkim- "MF Yapım" tərəfindən imzalanmış, ilk seriyası 12 sentyabr 2019-cu ildə yayımlanmış, ssenari müəllifi Pınar Bulut və Onur Koralp tərəfindən yazılmış tibbi dram üslubunda Türk televiziya serialıdır. 2013-cü ildə Cənubi Koreyanın "Good Doctor" dramından uyğunlaşdırılmışdır. 2 mövsümdən ibarət serial "MF Yapım" tərəfindən 14 may 2021-ci ildə elan edilən rəsmi son tarix olan 27 may 2021-ci ildə yayımlanan 64-cü seriya ilə sona çatdı.
Mirzə Məmmədqulu Təbib
Mirzə Məmmədqulu bəy Molla Həsən bəy oğlu Qayıbov (1818, Şuşa – 1875, Şuşa) — şair, həkim. == Həyatı == Mirzə Məmmədqulu bəy Molla Həsən bəy oğlu 1819-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı. İbtidai təhsilini atasından almışdı. Atasının vəfatından sonra anasının və əmisinin himayəsində böyümüşdü. Anası oxumağa həvəsini görüb, onu İsfahana göndərir. İsfahanda Məmmədqulu bəyi mədrəsədə yer olmadığını bəhan gətirib qəbul etmək istəmirlər. Bunu görən Məmmədqulu bəy su ilə tam dolu piyaləyə bir gül yarpağı atır, bunun nə demək olduğunu soruşan müəllimlərə Məmmədqulu bəy belə cavab verir: "Görürsünüzmü, bir gül yarpağı, dolu piyaləni daşırtmadı, məgər bir adam, belə böyük bir mədrəsə üçün artiq ola bilərmi?" Uşağın bu fərasətini görən rəhbərlik onu mədrəsəyə qəbul edir. Məmmədquli bəy təhsilini müvəffəqiyyətlə başa vurub, tibb elminə sahib olur. Onu yüksək savadına görə şah sarayında həkim vəzifəsində saxlamaq istəyirlər, lakin vətənə, doğma yurda, ailəyə olan məhəbbəti onu dəbdəbəli saray həyatını qoyub, doğma Qarabağa çəkib gətirir. Mirzə Məmmədqulu bəy Gövhərnisə bəyim ağa İbrahimxəlil xan qızı Cavanşirin şəxsi həkimi və vəqfinin mütəvəllisi idi.
Yusif Məhəmməd Təbib
Yusif Məhəmməd Təbib (XV əsrin sonu — XVI əsrin əvvəli) — mənşəcə Azərbaycan türklərindən olan məşhur alim, təbib. == Haqqında == XV əsrin sonu — XVI əsrin əvvəlində yaşamış məşhur təbib Yusifi Məhəmməd ibn Yusif haqqında məlumatlara Azərbaycanda təbabət tarixinin ilk tədqiqatçısı İ. K. Əfəndiyevin araşdırmalarında rast gəlinir. Yusif Təbib haqqında bioqrafik məlumatlar olmadığından araşdırıcı onun əsərlərinin təhlili ilə kifayətlənmişdir. Yusifi Məhəmməd ibn Yusif Təbibdən bizə onun təbabətə dair bir neçə əsəri gəlib çatmışdır. Bu əsərlərdən ən erkən yazılanı 1513-cü ildə bitirdiyi və Şah İsmayıl Xətaiyə həsr etdiyi "Came ül-Fəvaid"dir. Bu əsər görünür, yadda yaxşı qalmaqdan ötrü nəzmlə yazılmışdır. Buradan da belə bir ehtimal irəli sürülür ki, əsər o zaman mövcud olmuş çoxsaylı tibb təhsil mərkəzlərinin tələbələri üçün nəzərdə tutulub. Kitab iki fəsildən ibarətdir. Birinci fəsildə xəstəliklərin simptomologiyası, bunların qarşısını almaq vasitələri və həmin vasitələrin hazırlanması metodları nəzərdən keçirilir. İkinci fəsil heyvani və bitki əsaslı qida maddələrinin insan orqanizmi üçün faydalılığı haqqındadır.
Əbdül Məcid Təbib
Əbdül Məcid Təbib (XIII əsr) — Azərbaycanın XIII əsr görkəmli həkimlərindən biridir. O,Marağada yaşamış və Şərqin böyük astronom və riyaziyyatçısı Nəsir əd-Din Tusinin yaratdığı rəsədxanada çalışmışdır. == Əsər və araşdırmaları == Əbdül Məcid Şərqdə geniş yayılmış "Kitabüt-tibb" adlı kitabın müəllifidir. Adına, materialların yerləşməsinə və bəzi şərhlərinə görə,bu əsəri Mahmud ibn İlyasın "Elmi təbabət kitabı"na da bənzətmək olar. Lakin bu yalnız ilk baxışdan belə görsənir. Əbdül Məcidin əsərində həm diaqnostika, həm də xüsusən əsəblə bağlı bir çox xəstəliklərin müalicəsinə dair orijinal fikirlər vardır. Buna baxmayaraq, aydın görünür ki, Əbdül Məcid öz əsərini yazarkən Mahmudun kitabının təsiri altında olmuşdur, bəlkə də hətta onlar tanış idilər. "Kitabüt-tibb" 1275–1280-ci illərdə, Mahmudun ölümündən bir qədər əvvəl yazılmış və 1307-ci ildə işıq üzü görmüşdür. Buna görə də onların görüşdüklərini ehtimal etmək mümkündür. Əsər monqol hökmdarı Orqan xana həsr olunmuşdur və 49 hissədən ibarətdir.
Adil Baxşəliyev (həkim)
Azər Xudiyev (həkim)
Xudiyev Azər Manaf oğlu — otorinolarinqoloq, Azərbaycan Tibb Universitetinin professoru. == Həyatı == == Təhsili == Azər Xudiyev 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatr ixtisasını oxumuşdur. 1984-cü ildə Qazaxıstanda "Uşaqlara otorinolarinqoloji xidmət"ində 3 ay müddətdində təlim keçmişdir. 1985-1989-cu illərdə İ.M.Secenov adına I Moskva Tibb Universitetində Otorinolarinqoloq ixtisasına yiyələnmiş, həmin illərdə: 1985-1988-ci illərdə "Endoskopik cərrahiyyə" İ.M.Secenov adına I Moskva Tibb İnstitutu təlimlərində iştirak etmişdir. == İş fəaliyyəti == 1983-1985-ci illərdə Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasında həkim-LOR, 1985-1988-ci illərdə İ.M.Secenov adına I Moskva Tibb İnstitutunda aspirant, 1994-2007-ci illərdə ATU-da dosent, 2007-ci ildən Azərbaycan Tibb Universitetinin professoru, 1996-cı ildən bu günədək isə Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Baş həkimi vəzifəsindədir. == Üzv olduğu qurumlar == “Sağlamlıq” jurnalı, Azərbaycan, Bakı Redaksiyası; “Российская Оториноларингология“ jurnalı, Sankt- Peterburq, Rusiya Redaksiyası; “Детская оториноларингология” jurnalı, Rusiya Moskva, Redaksiyası; “Pediatriya” Azərbaycan, Bakı Redaksiya heyətinin üzvü olmuşdur.
Ağ həkim xalatı
Ağ xalat — tibb sahəsində həkimlər tərəfindən istifadə olunan geyim növü. == Tarixi == Ağ xalatın demək olar ki, 150 ildən çox yaşı var. Bu xalatlar pasiyentləri infeksiyalardan və yoluxucu bakteriyalardan qorumaq məqsədilə düşünülmüşdür. Ağ xalatların yaranması ilə bağlı iki əsas versiya mövcuddur. Bir versiyaya görə, ağ xalatın ilk yaradıcısı ingilis həkimi Cozef Lister (1827–1912) olmuşdur. Digər bir versiyaya görə isə, ilk dəfə həkimlərə ağ xalat geyməyi məşhur rus cərrahı Nikolay Piroqov (1810–1881) təklif etmişdir. Həmkarları öz xatirələrində Piroqov haqqında yazırdılar ki, -"o, o qədər təmizkar və təmizliyi sevən bir həkim idi ki, əməliyyatlardan əvvəl hətta sarğı materiallarını da mikroskopla yoxlayarmış". == Tənqidlər və qadağalar == === Tənqidlər === 20 il bundan öncə onlar müxtəlif sahələrdə çalışan həkimlərin 100 ədəd xalatlarını mikroskop altında analizdən keçirmişlər. Xalatların əksəriyyətində "qızılı stafilokok" (üzüm salxımına oxşar qruplar şəklində yerləşmiş bakteriya) aşkarlanmışdır. Merilend Universitetindən olan alimlər isə bundan bir neçə il sonra məhz elə ağ xalatlar vasitəsilə xəstəliklərin bir pasiyentdən digərinə keçdiyini iddia etdilər.İlk öncə iradlar ağ xalatların qollarına idi.
Eldar Qasımov (həkim)
Eldar Qasımov (25 yanvar 1949, Kəlbəcər) — Tibb elmləri doktoru, professor. == Həyatı == 1966 Kəlbəcər rayon orta məktəbi; 1972 Azərbaycan Tibb İnstitutu – müalicə işi; 1981 Tibb elmləri namizədi, Yaroslavl Tibb İnstitutu, elmi rəhbər – prof. Gulağa Hacıyev 1986–1990 N. İ. Piraqov adına 2-ci Moskva Tibb İnstitutunun "Mikrosirkuliyasiya və elektron mikroskopiya" laboratoriyasının doktorantı 1991 Tibb elmləri doktoru, 2-ci Moskva Tibb İnstitutu, elmi rəhbər – prof. V. V. Banin == Elmi fəaliyyəti == Mərkəzi və periferik sinir sisteminin müxtəlif törəmələrinin makro-mikroskopik anatomiyasi, mieloarxitektonikası və sonuncunun informasion analizi; Hüceyrə və toxumaların funksional morfologiyası: endoteliositlər, perisitlər, saya əzələ hüceyrələri, mononuklear faqositlər, sinir və qliya hüceyrələri; Hemato-ensefalik, hemato-nevral, araxnoidal və perinevral səddlərin morfoloji əsasları; Makro- və mikromolekulyar trasserlərin sinir sisteminin qişa və damar elementlərində yayılma xüsusiyyətləri; Sədd funksiyasina malik törəmələrin bioloji mayelərin cərəyanında rolu; Beyin və periferik sinir mikrodamarlarında qocalıqla əlaqədar və müxtəlif şəraitlərdə baş verən dəyişikliklər zamanı oksidativ stresin rolu; Kəskin endotoksemiya zamanı beyin qabığında, hissi düyündə və periferik sinir kötüklərində baş verən dəyişikliklərin morfo-funksional xarakteristikası. == Əsas elmi nailiyyətləri == 4 sinif, 23 növ onurğalı heyvanlarda və insanda baldır və ayaq dəri sinirlərinin makro-mikroskopik anatomiyası və mieloarxitektonikasına aid yeni faktiki məlumatlar əldə edilmişdir; Suda-quruda yaşıyanlardan başlamış məməlilərə qədər baldır və ayağın dərisinin innervasiyasında iştirak edən, müxtəlif adlar daşıyan sinirlər arasında homologiya olduğu aşkar edilmişdir; İnsanın baldır və ayaq dəri sinirlərinin anatomo-topoqrafik xüsusiyyətlərinin iki ayaq üstə yeriməklə bağlılığı filoğenetik olaraq sübut edilmişdir; Ayaqarxası sinirlərlə müqayisədə, insanin ayaqaltı sinirlərinnin tərkibində mielinli sinir liflərinin ümumi sayının 2,0 dəfə, böyük diametrli mielinli sinir liflərinin sayının isə 1,5 dəfə artıq olmasının onların daha yüksək informasion imkanlara malik olmaları ilə əlaqələndirilmişdir; məməlilərdə aşağı ətrafın distal hissəsinin istinad tipi ilə ayaq arxasının dərisinin innervasiyasında iştirak edən sinirlərin şaxələnmə tipləri arasında korrelyativ əlaqə oloduğu aşkar edilmişdir; periferik sinirlərin qidalanmasında iştirak edən mikrodamarların anatomik konstruksiyası dəqiqləşdirilmişdir; epi- və endonerval damarların ultrastruktur quruluş xüsusiyyətləri haqqında yeni məlumatlar əldə edilmiş; zülal mənşəli trasserlərin sinir kötükləri tərkibində anizotrop (qeyri bərabər) paylanmasının periferik sinirlərdə endonevral mayeninn cərəyanında (sorulmasında) əsas faktorlardan biri olduğu hipotezası irəli sürülmüşdür; sinir dəstələrinin periferik sinirlərin tərkibində transport vahidi kimi fəaliyyət göstərməsi morfo-funksional cəhətcə əsaslandırılmışdır; onurğa beyni və görmə sinirlərinin gedişi boyu qişa-damar-sinir əlaqələri tədqiq edildiyi zaman hörümçək torunabənzər qişanın sədd qatının bəzi nahiyyələrdə olmaması ultrastruktur olaraq təsdiq edilmişdir; eksperimental ödem şəraitində sinir dəstələrində perineral qisasının tamlıgının pozulduğu aşkar edilmiş; Kəskin eksperimental endotoksemiya zamanı beyin qabığında və oturaq sinirində damarların keçiriciklərinin artması ilə müşahidə olunan ödemin yaranması ilə mononuklear faqositlərin proliferasiyasi və aktivliklərinin artması arasinda sıx əlaqənin olması dəqiqləşdirilmişdir; Endotoksemiya zamanı beyin qabığında sinir hüceyrələrinin ölümünün apoptoz yolu ilə deyil degenerasiya uğramış tünd neyronların formalaşması nəticəsində baş verdiyi müəyyənləşdirilmışdir; Alsheymer xəstəliyi inkışhafinda damar faktorunun mühüm rol oynadığu aşkar edilmişdir; Alsheymer xəstəliyinin modeli olan transgen Apo4 suçanlarında antioksidant təsirə malik maddələrin təsir mexanizləri araşdırılmışdır. == Beynəlxalq konfranslarda iştirakı və sertifikatları == 1969–1971 Tələbə elmi cəmiyyətlələri konfranslarında aktiv iştiraka görə şəhadətnamələr (Tbilisi −1969; Saratov – 1970; Mockva – 1971); 1972 Azərbaycan Tibb İnstitunun diplomu – müalicə ışı; 1975–1989 Zakavkaziya morfoloqları konfranslarında aktiv iştiraka görə şəhadətnamələr (1975 — Tbilisi; 1978 –Baki; 1982 — İrəvan; 1989 – Bakı; 1979 Assistentlərin təkmilləşmə kursunun vəsiqəsi –Kiyev (Ukrayna) 1981 Tibb elmləri namizədi diplomu – Yaroslavl tibb institutu (Rusiya) Moskva; 1981–1986 SSRİ Anatomlarınin, histoloqlarının və embrioloqlarının beynəlxalq konqreslərində aktiv iştiraka görə şəhadətnamələr (1981 –Minsk, Balarusiya; 1989 – Vinnitsa, Ukrayna); 1989 Çexoslovakiya Morfoloqlarının XXXI konqresində aktiv iştiraka görə şəhadətnamə, Koşitse şəhəri; 1990 Normal anatomiya kafedrasının dosenti attestatı, Moskva; 1991 Tibb elmləri doktory diplomu – N. İ, Piraqov adına 2-ci Moskva tibb institutu, Moskva; 1996 Anatomiya kafedrasının professoru attestatı, Bakı; 2009 Alseymer Assosiasiyasinin 12-ci Beynəlxalq konfransında aktiv iştiraka görə şəhadətnamə, Avstriyanın Vena şəhəri; 2009 Polşanın psixoqeriatrlarının 6-cı beynəlxalq konfransında aktiv iştiraka görə şəhadətnamə, Vrotslavl şəhəri; 2011 Alseymer Assosiasiyasinin 13-cü Beynəlxalq konfransında aktiv iştiraka görə şəhadətnamə, Fransa, Paris şəhəri; 2011 İnfeksion xəstəliklər və antibiotiklər üzrə beynəlxalq Pekin forumunda aktiv iştiraka görə şəhadətnamə, Cin Xalq Respublikası, Pekin; 2011 Almaniyanin "ZEİSS" firmasınin Rusya Federasiyasının Moskva və Macarıctan Pespublikasının Budapeşt şəhərlərində "Təsvirlərin Analizi Sistemləri" üzrə simpoziumunda iştirak üçün "İştirak Təqaüdi AR Prezidenti yanında Elmin İnkişaf Fondunun 2011-ci ildə biologiya, tibb və aqrar elmlər üzrə qalib gəlmış "Respublikada biologiya və tibb sahələrində ultrastruktur tədqiqatların müasir səviyyədə təşkili üçün Transmissiya Elektron Mikroskopunun, müvafiq cihaz, avadanliq və materialların alınması" pilot layihəsinin rəhbəri. == Mükafatları == 2000 AR Prezidentinin əmri ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi", Bakı; 2003 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı 2003 Azərbaycanın tanınmış alimləri, "Vektor"beynəlxalq elm mərkəzi, Bakı; 2009 ABŞ-nin Alseymer Assosiasiyasinin 12-ci Beynəlxalq konfransında "İştirak Təqaüdi" ABŞ, Çikaqo şəhəri; 2009 Azərbaycan Tibb Universisitetinin Fəxri Fərmanı, Bakı; 2010 AR Prezidentinin əmri ilə "Tərəqqi medal" ilə təltif, Bakı == Pedoqoji fəaliyyəti və kadr hazırlığı == Pedoqoji faliyyətə hələ 1971-ci ildə normal anatomiya kafedrasında preparator ışlədiyi zaman prof. K. İ. Balakişiyevin təklifi ilə 1-ci kurs tələbələrindən sümük bəhsindən məqbulu vaxtinda verməmiş tələbələrə dərs verməklə başlamışdır. 14 qeri qalmış tələbədən 13-ü semestri borcsuz başa vurduqlarına görə (məqbulları ancaq professorlar götürürdülər) insan anatomiyası fənninin müxtəlf bəhslərindən verməli olacağı məqbullardan prof. K, A, Balakısıyev onu azad etmişdir; 1971-ci ilədən başlayaraq insan meyidlərinin damar daxili perfuziya üsulu ilə fiksasiya və təşrih metodlarını mənimcəməklə yanaşı tələbələrə nümayiş etdirmək üçün əzələ, urək-damar və sinir sistemlərinə aid meyid materiallarının hazirlanmasında fəal iştirak etmişdir; 1972-ci ilin sentyabr ayından başlayaraq əvvəl 1-ci, sonralar isə 2-ci kurs tələbələrinə normal anatomiyanın bütün bəhsləriı üzərə praktiki məşğələ dərsləri aparmışdır; 1986-cı ildə normal anatomiya kafedrasının dosenti seçildikdən sonra az müddət ərzində mühazirələr oxumuş, 1986-cı ilin dekabr ayından isə Moskva şəhərinə, N. İ, Piraqov adına 2-ci Moskva tibb institutuna doktoranturaya göndərilmışdir; 1990-cı ildən başlayaraq 1999-cu ilə qədər praktiki məşğələlərlə yanaşı, normal anatomiyanın bütün bəhsləri üzrə müxtəlif fakültə tələbələrinə mühazirələr oxumuşdur; 1999-cu ildən indiyə qədər tələbələrə , aspirantlara və kafedra əməkdaşlərina sitologiya, embriologiya və histologiya fənləri üzrə mühazirələr oxuyur.
Elmar Qasımov (həkim)
Elmar Qasımov (Qasımov Elmar Mustafa oğlu 10 fevral 1962, Bakı) — həkim-oftalmoloq,Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru == Həyatı == Elmar Qasımov 1962-ci ildə Bakıda anadan olub, 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1987-ci ildə Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutun internaturasında hazırlıq keçib və 1994-cü ildə həmin institutun aspiranturasını bitirib. O, 1998-ci ildə S. N. Fyodorov adına "Gözün mikrocərrahiyyəsi" Elmi-texniki Oftalmoloji kompleksində "Azərbaycanda qlaukoma nəticəsində korluğun və əlilliyin tibbi-sosial aspektləri" mövzusunda namizədlik dissertasiyasını və akad. A. P. Nesterovun rəhbərlik etdiyi Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında 2003-cü ildə "Kvant generatorun yeni növü – mis buxarı əsasında işləyən lazer və onun oftalmologiyada tətbiqinin imkanları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. E. M. Qasımov tikişsiz aparılan oftalmocərrahiyə üsullarını və fakoemulsifikasiya üsulunu, öz fəaliyyətində tətbiq edir. 232 elmi əsərin, o cümlədən xaricdə çap olunmuş 65 elmi işin o cümlədən 6 patentin müəllifidir. Elmi tədqiqatların nəticələri müxtəlif yerli və xarici konfranslarda və konqreslərdə təqdim olunub. 18 fəlsəfə doktoru yetişdirib, 4 elmlər doktorunun elmi məsləhətçisi olmub. Hal-hazırda 5 fəlsəfə doktorluq dissertasiya işinin rəhbəridir və 5 elmlər doktorluq dissertasiya işinin elmi məsləhətçisidir. 2006-cı ilin mart ayından akad.
Həbib
Həbib — Azərbaycanlı kişi adı. Həbib Bayramov — Tarzən. Azərbaycanın xalq artisti (1983). Həbib Elqaniyan — Tehran yəhudi Cəmiyyətinin prezidenti Həbib İbrahimov — Sədərək rayonu İcra hakimiyyətinin başçısı Həbib İsrafilov — Geologiya elmləri doktoru, professor Həbib Şirinov — iqtisad elmləri doktoru, professor. Həbib Qaramani — XV əsr xəlvəti şeyxlərindən biri. Həbib bəy Səlimov — general-mayor, ADR ordusunun ilk baş qərargah rəisi, Həbib Rəhimoğlu — Ermənistanın əməkdar jurnalisti. Həbib İsmayılov — Azərbaycan kino rejissoru.
Təbil
Təbil - eramızdan əvvəl yaradılmış qədim zərb alətidir. "Kitabi-Dədə Qorqud" dastanında təbilin adı çəkilir. Klassik şairlərimizdən Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məsihi və başqaları öz şeirlərində təbili vəsf etmişlər Nizami "İsgəndərnamə" poemasında yazır: Təbildən müxtəlif məqsədlərlə istifadə olunurdu: qoşunu döyüşə ruhlandırmaq, karvanı səfərə səsləmək, informasiya vasitəsi kimi və s. Əfrasiyab Bədəlbəyli "Musiqi lüğəti" kitabında yazır: "Sağanağının hər iki tərəfinə dana və ya qoyun dərisi çəkilir və sonradan xüsusi ağacla çalınır. Təbil öz konstruksiyası etibarilə nağaraya bənzəyir, lakin təbilin sağanağı xeyli böyük, həm də çəllək kimi ellips şəklində olur".
Hakim
Hakim (hüquq) — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Yarğıc (hüquq) - yrğılayan kimsə Hakim (idman) — oyunda, yarışda hakimlik edən şəxs. Hakim (futbol) — futbol oyununda hakimlik edən şəxs Hakim (rəhbər) — bir ölkənin başında duran, onu idarə edən şəxs. Hakim (termin) — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir. Hakim (film, 1966) — Futbol üzrə beynəlxalq dərəcəli hakim, FİFA-nın qızıl fit sahibi Tofiq Bəhramova həsr olunmuş film.
Elman Həbib
Hacıyev Elman Həbib oğlu (4 may 1949, Tivi, Ordubad rayonu – 18 sentyabr 2009, Naxçıvan) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1979), Naxçıvan MR-in Əməkdar incəsənət xadimi (1989), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1999). == Həyatı == Elman Həbib 4 may 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. 1970-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə isə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi işə başlamış, burada müxtəlif vəzifələrdə çalışmışdır. 1991-ci ildən 2001-ci ilədək Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsinin sədri olmuşdur. 2001-ci ildən Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilmişdir. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, 1999-cu ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, 2005-ci ildə "Tərəqqi" medalı, 2008-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Birinci çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir. Ailəlidir, 3 övladı var. Elman Həbib 18 sentyabr 2009-cu ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Həbib Abdullayev
Həbib Məhəmmədoviç Abdullaev (18 iyul (31), 1912, Fərqanə vilayəti, Aravan kəndi - 20 iyun 1962, Daşkənd) - Sovet Özbəkistan geoloqu, akademik (1947-ci ildən) və Özbəkistan SSR Elmlər Akademiyasının prezidenti (1956-1962). SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1958). == Həyatı == Həbib Abdullayev 1936-cı ildə İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetini bitirib. Daha sonra Moskva Geologiya Kəşfiyyat İnstitutunda və Orta Asiya Politexnik İnstitutunda dərs demişdir. Abdullayevin əsas əsərləri petrologiya və filiz yataqlarına həsr edilmişdir. Yer qabığındakı əsas mineralların əmələ gəlməsi və paylanması qanunlarına dair bir nəzəriyyəsi mövcuddur. 1936-1939-cu illərdə Moskva Dövlət Geolologiya İnstitutunda mühazirələr oxuyur. 1941-ci ildə Sənaye şöbəsinin müdiri işləmişdir. 1942-1948-ci illərdə Xalq Komissarları Sovetinin sədr müavini təyin edilmişdir. 1943-cü ildə Müxbir Üzv seçilmişdir.
Həbib Babayev
Həbib Bayram oğlu Babayev (30 dekabr 1926, Bucaq, Şəki qəzası – 2 iyul 1994, Bakı) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (1969), professor (1970), Azərbaycan SSR əməkdar elm xadimi (1990). == Həyatı == 1932–1939-cu illərdə Bucaq kənd orta məktəbdə təhsil almış, lakin valideynlərinin vəfatı ilə əlaqədar Şuşa şəhər 1 saylı uşaq evinə göndərilmişdir. 1939–1941-ci illərdə təhsilini orada davam etdirmişdir. 1941–1943-cü illərdə Şuşa ikiillik Müəllimlər İnstitunun Dil və Ədəbiyyat fakültəsində, 1946–1951-ci illərdə ADU-nun Filologiya fakültəsində ali təhsil almışdır. 1951–1955-ci illərdə isə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsilini davam etdirmişdir. 2 iyul 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1943–1944-cü illərdə Bucaq kəndində başlamışdır. O, 1956–1958-ci illərdə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi olmuşdur. 1958–1970-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsini icra etmişdir. 1970-ci ildən ömrünün sonunadək Bakı Slavyan İnstitutunda kafedra müdiri olmuşdur.
Həbib Bayramov
Həbib Əbdül Hüseyn oğlu Bayramov (14 iyun 1926, Bakı – 15 avqust 1994, Bakı) — azərbaycanlı tarzən, Azərbaycan SSR xalq artisti (1989). == Həyat və yaradıcılığı == Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bayramovun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparmışdır. Həbib Bayramov 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olmuşdur.Həbib Bayramov 1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs demişdir. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olmuşdur.Həbib Bayramov repertuarında "Rast", "Şur", "Çahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu. Həbib Bayramov həmçinin saz ifaçısı olmuşdur. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır. Həbib Bayramov 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur. == Ailəsi == Həbib Bayramov Tükəzban İsmayılovanın həyat yoldaşı, İlhamə Quliyevanın ögey atası olmuşdur.
Həbib Cəbiyev
Həbib Cəbiyev (tam adı:Həbib Pirican oğlu Cəbiyev; sentyabr 1899, Balaxanı, Bakı qəzası – 21 aprel 1938, Bakı) — siyasi və dövlət xadimi, publisist. == İlk illər == Həbib Pirican oğlu Cəbiyev 1899-cu ildə Balaxanıda anadan olub.Ailədə 2 qardaş olublar: Həbib Cəbiyev və Ağahüseyn Cəbiyev. Atası Pirican Cəbiyev Nobel qardaşları ilə birgə fəaliyyət göstərib.Hacı Zeynalabdin Tağıyev və Arafelovla birgə o vaxt " Novıy Ararat" şirkətini təsis ediblər(Xəyal Bünyadzadə."Cümhuriyyət" qəzeti, 21- 27 aprel 2023-cü il, " Mircəfər Bağırov neft maqnatının inqilabçı oğlunu niyə güllələdi").Atası onu öz işinin davamçısı görmək istəmiş və bu arzu ilə 12 yaşlı Həbibi Bakı kommersiya məktəbinə qoymuşdur. Həmin illərdə sosial ədalətsizliklər, fəhlələrin ağır və məşəqqətli həyatı, maddi çətinliklərə qarşı etirazlar yeniyetmə Həbibdə inqilabi əhvali-ruhiyyə yaratmışdı. O, tez-tez kommersiya məktəbində kor-koranə yaranan toplanış və yığıncaqlarda iştirak edir və narazılıqlarını açıq söyləyirdi. O, eyni zamanda məktəbdə yaradılmış gizli şagird dərnəyinə üzv olur və bu dərnəyin işində fəal iştirak edirdi. == İnqilaba gedən yol və partiya işləri == 1916-cı ilin sonlarında Həbib Cəbiyev müharibə (Birinci Dünya müharibəsi) əleyhinə apardığı təbliğata görə həbs edilərək iki gün polis sahəsində saxlanılır. Bu, onun gələcək həyatının inqilaba həsr olunmasına təkan verir. Həbib Cəbiyev həmin gündən açıq mübarizəyə başlayır və inqilabçı olur. Rusiyada baş vermiş fevral inqilabı geniş xalq kütlələrini hərəkətə gətirdi.
Həbib Elqaniyan
Həbib Elqaniyan, Hacı Həbibulla Elqaniyan kimidə tanınan (9 may 1909 - 9 may 1979)- Tehran yəhudi Cəmiyyətinin prezidenti vəzifəsində çıxış edən və 1970-ci illərdə İran yəhudi icmasının simvolik rəhbəri kimi xidmət edən görkəmli İran yəhudi iş adamı idi O, "Korrupsiya", "İsrail və sionizm ilə əlaqə" və "Allahın düşmənləri ilə dostluq", ittihamı ilə İran İslam İnqilabından sonra İslam inqilabi məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib və edam edildi. Həbib Elqaniyan, 1958-ci ildə Tehranda Plasko adlı plastik şirkətin yardmışdır.
Həbib Fərşbaf
== Həyatı == Çağdaş Güney Azərbaycan ədəbiyyatının yaradıcılarından olan Həbib Fərşbaf istedadlı şair, nasir, həm də müəllimdir. 1944-cü ildə Təbrizin ustad Şəhriyarın da doğulduğu məşhur Bağmeşə məhəlləsində dünyaya gələn Həbib Fərşbaf (Fərşbaf – Xalça toxuyan mənasındadır) ibtidai təhsilini “Mümtaz” mədrəsəsində alır,orta təhsilini isə daha sonra yazıldığı “Siqətilislam” dəbiristanında əla qiymətlərlə başa vurur.Fars dilində oxuyub təhsil almaq məcburiyyəti qarşısında qalan Həbibin qəlbində elə məktəb illərindən ana dilinə, Azərbaycan şifahi xalq ədəbiyyatına, folklor qaynaqlarına güclü sevgi oyanır. İlk müəllimləri olmuş Əlipur, Firidun Qərəçorlu onun həyat idealına çevrilir və o, müəllim olmaq qərarına gəlir.”Siqətilislam” dəbiristanında orta təhsilini başa vuran Həbib müəllimlik diplomunu alır və Qaradağ bölgəsinin ucqar kəndlərində pedaqoji fəaliyyətə başlayır. == Fəaliyyəti == Uzun illər müəllim kimi fəaliyyət göstərən Fərşbaf fars dilini tədris etməsinə baxmayaraq tədris keçdiyi körpə uşaqlarda Azərbaycan türkcəsinə sevgi hissi oyadır.Əməkçi ailəsində dünyaya gələn və həyatın çətinliklərinə dözməyə lap uşaq yaşlarından alışan gənc müəllim ucqar kəndlərdə bir sıra ciddi sınaqlara, rejimin yaratdığı çətinliklərə tuş gəlir. Lakin bu çətinliklərə sinə gərir, yolundan dönmür, heç vəchlə sevdiyi peşəsindən əl çəkmir. Qaradağlı uşaqlara, oğlan və qızlara savad verməklə bərabər, bölgənin folklor, ağız ədəbiyyatı nümunələrini toplayır və bu zəngin irsin Təbrizdə çap olunmasına səy göstərir. Həmçinin bütün bunlardan tədris prosesində də istifadə edir, şagirdlərinin milli-mənəvi dəyərlərimizi mənimsəməsi, sağlam ruhda böyüyərək xalqına faydalı bir insan olaraq böyüməsi, əsl vətəndaş kimi formalaşması qayğısına qalır.O, gündüzlər qurduğu siniflərdə dərs deyir, gecələrsə evində savadsız kəndlilərə M.Ə.Sabirin “Hophopnamə”sini, Cəlil Məmmədquluzadənin, Mirzə Əli Möcüzün,Səməd Behrənginin və b. əsərlərini oxuyur, onların “gözünü açır”.İran İslam İnqilabının qələbəsindən sonra Təbrizdə yaranmış yazıçı-şairlər Cəmiyyəti rəyasət heyətinin üzvü seçilən Həbib Fərşbaf hazırda Təbrizin Dəvəçi və Şengilan məktəblərində pedaqoji fəaliyyətini davam etdirir. Yazarın bu günədək “Qaradağ kəndlərində”, “Dan yeri”, “Uşaq bağçası”, “Bir sevgi – bir ömür” kitabları çap olunmuşdur. Nəzm və nəsr əsərlərinin mövzusunu real həyatdan, gerçəkliklərdən, götürən yazarın yaratdığı obrazlar, qəhrəmanlar da onun müasirləri, gündəlik qarşılaşdığı, təmas qurduğu, tanıdığı insanlar, müəllim işlədiyi uzun illərdə yaşadıqları, şahidi olduğu hadisə və olaylardır.
Həbib Fətəliyev
Həbib Sadıq oğlu Fətəliyev (7 aprel 1942, Göyçay – 20 aprel 1999, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1987–1989), Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi (1980–1987), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Həbib Sadıq oğlu Fətəliyev 7 aprel 1942-ci ildə Göyçay şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.1957-ci ildən xəstəxanada sanitar, "Azərneftdövlətlayihə" İnstitutunda çertyojçu, texnik, bir sıra müəssisələrdə mühəndis-konstruktor, böyük mühəndis işləmişdir. 1965-ci ildən Yusif Qasımov adına maşınqayırma zavodunda sexin mühəndis-texnoloqu, böyük mühəndis texnoloqu, zavodun baş konstruktoru, "Bolşevik" zavodu direktorunun müavini və direktoru, eləcə də Y. Qasımov adına zavodun direktoru işləmişdir. 1975–1977-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsi rəisinin müavini, 1977–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində işləmiş, 1980-ci ildə isə Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi təyin edilmişdir.Həbib Fətəliyev 1987–1989-cu illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1989–1991-ci illərdə Azərbaycan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, 1991–1999-cu illərdə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır.Həbib Fətəliyev 1963-cü ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.Həbib Fətəliyev 20 aprel 1999-cu ildə Bakıda vəfat etmişdir.
Həbib Həsənov
Həbib Rəhim oğlu Həsənov (5 avqust 1922, Ağzıbir, Yeni Bəyazid qəzası – 2004, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR meşə təsərrüfatı naziri (1981–1988), Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi (1974–1980), Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi (1956–1960), Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR əməkdar jurnalisti (1971). == Həyatı == Həbib Rəhimoğlu 1922-ci ilin avqustun 5-də Ermənistan SSR Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olmuşdur. 1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir. 1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiadzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi vəzifələrində işləmişdir. 1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. 1974-cü ildən Azərbaycnın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981–1988-ci illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır. Dəfələrlə Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycanda çalışdığı bütün müddətdə respublika Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Ermənistan SSR əməkdar jurnalistidir."Lenin" ordeninə, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeninə, bir neçə medala layiq görülmüşdür. == Yaradıcılığı == H. Həsənov 1997-ci ildə nəşr olunmuş "Silinməz adlar, sağalmaz yaralar" adlı kitabın müəllifidir.
Həbib Məmmədəliyev
Həbib Məmmədəliyev (tam adı: Məmmədəliyev Həbib Mehdi oğlu;v. 14 may 1975) — AMEA-nın müxbir üzvü, kimyaçı alim, texniki elmlər doktoru, professor == Həyatı və təshili == Məmmədəliyev Həbib Mehdi oğlu 1912-ci il martın 29-da Ordubad şəhə­rində anadan olmuşdur. Yusif Məmmədəliyevin qardaşı oğludur. Şərqşünas Vasim Məmmədəliyevin qohumudur. Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçısıdır. 1937-ci ildə Azərbaycan Sə­naye İnstitutunu muhəndis-kimyaçı tex­noloq ixti­sası üzrə bitirmişdir. === Vəfatı === 14 may 1975-ci ildə Moskva şəhərində vəfat etmişdir. Bakı şəhərində dəfn edilmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === İkinci Dünya Müharibəsi illərində H.Məmmədəliyev ordu sıralarında iştirak etmiş və hərbi texnikanın yanacaq və sürtkü materialları ilə təmin edilməsi üzərində elmi tədqiqat işləri aparmışdır. 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1955-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1956-cı ildə professor elmi adını almış, 1967-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
Həbib Nurmaqomedov
Həbib Əbdülmanaf oğlu Nurməhəmmədov (rus. Хабиб Абдулманапович Нурмагомедов; avar. ХIабиб ГӀабдулманапил НурмухӀамадов; 20 sentyabr 1988, Sildi[d], Dağıstan MSSR) — Avar əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı, iki dəfə sambo üzrə dünya, pankration üzrə isə Avropa çempionu, hazırkı UFC turniri üzrə yüngül çəkili çempion, UFC turnirindəki bacarığına görə ən yaxşı döyüşçülər siyahısında 8-ci yerə layiq görülmüş, Rusiya çempionatının finalçısı və kubokun qalibidir. == Bioqrafiya == Milliyətcə avar olan Həbib Nurməhəmmədov 1988-ci ilin 20 sentyabr tarixində Dağıstan Respublikasının Tsumada rayonunun Sildi kəndində anadan olmuşdur. Uşaqlığı atası Əbdülmanaf Nurməhəmmədovun rəhbərliyi altında təlim keçib.ABŞ-də yaşadığı müddətdə, AKA zalında (Amerika Kikboksinq Akademiyası) Xavyer Mendesin rəhbərliyi altında məşq edir. == Karyera == 21 yanvar 2012-ci ildə Həbibin UFC-nin Amerika təşviqi himayəsi altında ilk döyüşü oldu. Döyüş, Kamal Şalorusun 3-cü turda təslim olması ilə sona çatdı. Amerikalılar dərhal Nurməhəmmədovun güləş üzrə yüksək səviyyəli təlimini qeyd etdilər.. 7 iyul 2012-ci ildə Həbib Nevada ştatının Las-Veqas şəhərində UFC 148-də dünyanın ən yaxşı 15 döyüşçüləri arasında yer alaraq, braziliyalı yüngül çəki döyüşçüsü Qleyson Tibauya qarşı Amerika UFC turniri altında ikinci mübarizəsi keçirildi. Bütün üç mərhələdə Rusiya yekdilliklə qərar verərək üstünlük qazanmışdı..
Həbib Nurməhəmmədov
Həbib Əbdülmanaf oğlu Nurməhəmmədov (rus. Хабиб Абдулманапович Нурмагомедов; avar. ХIабиб ГӀабдулманапил НурмухӀамадов; 20 sentyabr 1988, Sildi[d], Dağıstan MSSR) — Avar əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı, iki dəfə sambo üzrə dünya, pankration üzrə isə Avropa çempionu, hazırkı UFC turniri üzrə yüngül çəkili çempion, UFC turnirindəki bacarığına görə ən yaxşı döyüşçülər siyahısında 8-ci yerə layiq görülmüş, Rusiya çempionatının finalçısı və kubokun qalibidir. == Bioqrafiya == Milliyətcə avar olan Həbib Nurməhəmmədov 1988-ci ilin 20 sentyabr tarixində Dağıstan Respublikasının Tsumada rayonunun Sildi kəndində anadan olmuşdur. Uşaqlığı atası Əbdülmanaf Nurməhəmmədovun rəhbərliyi altında təlim keçib.ABŞ-də yaşadığı müddətdə, AKA zalında (Amerika Kikboksinq Akademiyası) Xavyer Mendesin rəhbərliyi altında məşq edir. == Karyera == 21 yanvar 2012-ci ildə Həbibin UFC-nin Amerika təşviqi himayəsi altında ilk döyüşü oldu. Döyüş, Kamal Şalorusun 3-cü turda təslim olması ilə sona çatdı. Amerikalılar dərhal Nurməhəmmədovun güləş üzrə yüksək səviyyəli təlimini qeyd etdilər.. 7 iyul 2012-ci ildə Həbib Nevada ştatının Las-Veqas şəhərində UFC 148-də dünyanın ən yaxşı 15 döyüşçüləri arasında yer alaraq, braziliyalı yüngül çəki döyüşçüsü Qleyson Tibauya qarşı Amerika UFC turniri altında ikinci mübarizəsi keçirildi. Bütün üç mərhələdə Rusiya yekdilliklə qərar verərək üstünlük qazanmışdı..
Həbib Qaramani
Həbib Qaramani (Niğdə ili – 1497) — XV əsr xəlvəti şeyxlərindən biri. Soyunun ata tərəfdən Ömərə, ana tərəfindən isə Əbu Bəkrə çatdığı söylənilir. == Həyatı == Həbib Qaramani Qaramanda, Niğdə yaxınlığında, Ortaköy qəsəbəsində doğulmuşdur. O zaman Niğdə Qaramana bağlı olduğundan Qaramani nisbəsini almışdır. Təhsilini tamamladıqdan sonra Sultan Rüknəddin mədrəsəsində müdərrislik etmişdir. Daha sonra Bakıya gələrək Seyid Yəhyaya intisabla tam 12 il onun yanında olmuşdur. Seyri-sülukunu tamamlayaraq icazə və xilafətlə şeyxinin əmri üzərinə Anadoluya xidmət üçün göndərilmişdir. Şeyx Həbib əfəndi uzun müddət Ankarada qalmışdır. Burada Hacı Bayram Vəlinin qəbrini ziyarət etmiş, Ağşəmsəddinlə də bir müddət münasibətdə olmuşdur. Ayrıca Kayseridə Şeyx İbrahim Tənnuri və Nəqşibəndilik təriqəti xəlifələrindən Əmir ilə söhbət etmişdir.
Həbib Rzayev
Rzayev Həbib Allahverdioğlu (26 dekabr 1923, Nehrəm – 12 avqust 1997, Bakı) — Naxçıvan MSSR-in Baş prokuroru, ədliyyə general-mayoru. == Həyatı == Həbib Rzayev 26 dekabr 1923-cü il tarixində Nehrəm kəndində anadan olmuşdur. 1942-ci ildə Orconikidze (indiki Vladiqafqaz) Səhra komandirləri kursunu, 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1947-ci ildə Bakı hüquq məktəbini, 1954-cü ildə isə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. Həbib Rzayev 12 avqust 1997-ci ildə Bakıda vəfat etmişdir. == Fəaliyyəti == Həbib Rzayev 1961-1969-cu illərdə Noraşen rayonu prokuroru, 1970-1975-ci illərdə Kürdəmir rayon prokuroru, 1975-1980-ci illərdə Naxçıvan MSSR Baş prokuroru vəzifələrində çalışmışdır. == Mükafatları == Vətən müharibəsi ordeni və medallarla, SSRİ-nin əlaçı hüquqşünası döş nişanı ilə təltif olunmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası (Bakı–2002) Elmin Nuri. ""Bir kəndin məşhurları" – Cəlil Məmmədquluzadənin kəndinin tanınmışları". 28.08.2015.
Həbib Rəhimoğlu
Həbib Rəhim oğlu Həsənov (5 avqust 1922, Ağzıbir, Yeni Bəyazid qəzası – 2004, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR meşə təsərrüfatı naziri (1981–1988), Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi (1974–1980), Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi (1956–1960), Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR əməkdar jurnalisti (1971). == Həyatı == Həbib Rəhimoğlu 1922-ci ilin avqustun 5-də Ermənistan SSR Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olmuşdur. 1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir. 1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiadzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi vəzifələrində işləmişdir. 1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. 1974-cü ildən Azərbaycnın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981–1988-ci illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır. Dəfələrlə Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycanda çalışdığı bütün müddətdə respublika Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Ermənistan SSR əməkdar jurnalistidir."Lenin" ordeninə, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeninə, bir neçə medala layiq görülmüşdür. == Yaradıcılığı == H. Həsənov 1997-ci ildə nəşr olunmuş "Silinməz adlar, sağalmaz yaralar" adlı kitabın müəllifidir.
Həbib Sahir
Həbib Sahir (az.-əbcəd هبیب ساهیر‎) və ya Mir Həbib Qəvami (میر هبیب قوامی) (1895, Təbriz – 1985, Tehran) — azərbaycanlı şair, yazıçı, tərcüməçi və ədəbiyyat tədqiqatçısı. İranda Azərbaycan türkcəsində sərbəst şeirin banisi. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra da məktəblilər üçün "Ana dili" dərsliyini yazıb. Mətbuatda "Aydın", "Ülkər", "Ağ" kimi imzalarla yazılar yazıb. Fəaliyyətinə görə dəfələrlə sürgün olunub. İran İslam İnqilabından sonra özünü asaraq intihar edib. == Həyatı == Mir Həbib Qəvami 1903-cü ildə Təbrizin Sırxab məhəlləsində anadan olub. Əvvəlcə "Sərdabə üstü" molla məktəbində ərəb dilində yazıb-oxumağı öyrənib. Daha sonra isə "Mədaris-i Mötəmidə" və "Rüşdiyyə" məktəblərində ibtidai təhsil alıb. İbtidai təhsilini bitirdikdən sonra "Mədrəseyi Mübarək-e Məhəmmədiyyə" liseyinə daxil olub.
Həbib Zərbəliyev
Həbib Zərbəliyev (24 sentyabr 1953, Xurşud, Salyan rayonu) — Azərbaycanda İndoneziya dili üzrə ilk mütəxəssis, Azərbaycan Dillər Universitetinin professoru == Həyatı == Həbib 1953-cü ilin 24 sentyabrında Salyan rayonunun Xurşud kəndində anadan olmuşdur. O vaxtlar Xurşud kəndində yalnız ibtidai məktəb fəaliyyət göstərirdi. İki il orada oxuduqdan sonra Həbib Salyan şəhər internat məktəbində təhslini davam etdirməli olur. Burada oxuduğu müddətdə müəllimlər ondan həmişə razılıq edir, onun ən yaxşı oxuyan şagird olduğunu deyirdilər. Səkkizinci sinfə qədər burada oxuduqdan sonra 1968-ci ildə Həbib Əli Bayramlı şəhər Pedaqoji Məktəbinin ibtidai sinif müəllimi şöbəsinə daxil olur. Burada da o, yaxşı oxuması ilə fərqlənir. Bununla yanaşı, Həbib bədii özfəaliyyət dərnəyində də fəaliyyətini davam etdirir, pedaqoji məktəbin ansamblı ilə əlamətdar günlərdə tələbələr qarşısında, eləcə də müxtəlif rayon və şəhərlərin mədəniyyət saraylarında konsert proqramları ilə çıxış edir. 1972-ci ildə Həbib pedaqoji məktəbi fərqlənmə diplomu ilə bitirib ibtidai sinif müəllimi ixtisası alır və təyinatla Puşkin (indiki Biləsuvar) rayonuna işləməyə göndərilir. 1973-cü ilin mayına qədər Nərimanov kənd orta məktəbində sinif müəllimi işlədikdən sonra Həbib ordu sıralarına çağırılır. Ordudan qayıtdıqdan sonra o, doğma kəndində müəllimlik fəaliyyətini davam etdirir.
Həbib İsmayılov
Həbib İsmayılov Ələkbər oğlu (21 fevral 1906 – 31 dekabr 1966) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960). == Həyatı == Həbib İsmayılov 21 fevral 1906-cı ildə Naxçıvan şəhərində anadan olub. Ailəsi ilə birlikdə əvvəllər Nehrəm kəndində yaşayıb. Həmin kənddə kənd təsərrüfastı ilə məşğul olan atası və babası, Naxçıvana köçdükdən sonra dəmirçiliklə məşğul olublar. Maddi vəziyyətə görə İsmayılovlar ailəsi 1910-cu ildə Tiflis şəhərinə köçür. Həbib İsmayılov orta məktəbə Tiflis şəhərində gedib. == Teatrdakı fəaliyyəti == Həbib İsmayılov Tiflisdə yaşadığı müddətdə "Yeni fikir" qəzetində korrektor köməkçisi vəzifəsində işləyib. Həmçinin paralel olaraq Tiflis şəhərindəki Azərbacan teatrının səhnəsində uşaq rollarını ifa edib. Bir müddət sonra İsmayılovlar ailəsi Bakıya köçüb və Həbib İsmayılov 1924-1927-ci illərdə Fəhlə fakültəsində təhsil alıb. Eyni zamanda dram dərnəyində səhnə fəlaiyyətini davam etdirib.
Həbib İsrafilov
Həbib Yusif oğlu İsrafilov — geologiya elmləri doktoru, professor. == Həyatı == Həbib İsrafilov 1915-ci ildə anadan olmuşdur. O, 1937-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji-kəşfiyyat fakültəsini bitirib, 1956-cı ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Həbib İsrafilov əmək fəaliyyətinə «Buzovnaneft» NQÇİ-də mühəndis işləməklə başlayıb və tez bir zamanda Bakı Su Kəməri İdarəsinin müdir müavini təyin edilib. Həbib İsrafilov 1945-1952-ci illərdə Azərbaycan Geologiya İdarəsində çalışaraq mühəndisdən hidrogeoloji ekspedisiya rəisinə qədər yol keçmişdir. O, 1952-ci ildən BDU-nun Hidrogeologiya və mühəndisi geologiya kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. Həbib İsrafilov 1963-1976-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Hidrogeologiya kafedrasında müəllimlik etmişdir. O, qrunt təzyiqli, çayyataqaltı suların əmələgəlmə şəraitlərini, onların səth sulan və hidrotexniki qurğularla qarşılıqlı əlaqələrini, qrunt sulan rejimlərinin əmələ gəlməsinə antropogen təsirin rolunu, həmçinin qrunt suların səviyyə və keyfiyyət rejimlərini tədqiq etmiş, bunların əsasında rejimin genetik tipləri müəyyən edilmiş, Kür-Araz düzənliyini hidrogeoloji rayonlaşdırmaq mümkün olmuşdur. Hidrogeologiya kafedrası18 elmlər namizədi hazırlamış, 6 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. O, 200 məqalə, 3 monoqrafiyanın müəllifidir.
Həbib-bəy Səlimov
Səlimov Həbib bəy Hacı Yusif oğlu (8 fevral 1881, İrəvan – 30 dekabr 1920, Bakı) — general-mayor, AXC ordusunun ilk baş qərargah rəisi, Əsgəran savaşının qəhrəmanı kimi tanınan Azərbaycan generalı. == Həyatı == Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda doğulub. Atası Yusif bəy İrəvan quberniyasında məhkəmə iclasçısı çalışıb. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alan Həbib bəy daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olub və gimnaziyanı birinciliklə bitirmişdir. == Hərbi fəaliyyəti == === Çar Rusiyası dövrü === 1900-cü ilin avqustun 12-də orduya könüllü yazılaraq 156-cı Yelizavetpol (Gəncə) süvari alayında 1il 2ay xidmət edib, unter-zabit rütbəsi alıb. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb, podporuçik olub. 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin olunub. Həmin ilin sentyabrında Müqəddəs Vladimir ordeni ilə təltif edilib. Həbib bəy 1908–1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb.
Həbib ağa Şəkinski
Həbib xan Süleyman xan oğlu Şəkinski — Çar Rusiyasında polis pristavı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi. == Həyatı == Həbib xan Şəkinski 1880-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almış, sonra Şuşa real məktəbini bitirmişdi.Çar Rusiyası dövründə Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəza rəisini əvəz etmişdir. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur.O, 1956-cı ildə Bakıda vəfat edib. == Ailəsi == Şəki xanı Səlim xanın və Qarabağ xanı İbrahimxəlil xanın nə əsinin nəvəsidir. Süleyman xan Şəkinskinin oğlu Həsən ağanın oğlu Süleyman xanın oğludur.[mənbə göstərin]Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı Ağca (Həcər) xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuşdu. Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var idi. Barat Şəkinskayanın atasıdır.
Həbib bəy Köçərli
Köçərli Həbib bəy Kərim bəy oğlu (1890-?) — rejissor, aktyor, incəsənət xadimi. == Həyatı == Həbib bəy Kərim bəy oğlu 1890-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Tiflis 1-ci gimnaziyaya daxil olub, 1913-cü ildə tamamlamışdı. Almaniyanın Leypsiq şəhərində kommersiya institutunda təhsilini davam etdirmişdi. Həbib bəy Köçərli teatr həvəskarı idi. Həm Tiflis, həm də Şuşa teatrına öz töhfəsini vermişdi. Teatrşünas Abbas Hacıyev onun haqqında yazır: "Həbib bəy Köçərli Tiflisdə aktyor və rejissor kimi böyük şöhrət tapmışdı. O, savadlı, dünyagörüşün genişliyi, həyata, bədii əsərə, onun səhnə təcəssümünə orjinal baxışı, incə zövqü və həssaslığı ilə Tiflis Azərbaycan artistlərinin çoxundan fərqlənirdi. O, rus, gürcü, tatar və erməni aktyorları ilə əlaqə saxlayır, realist-romantik təcrübəni yayır, müxtəlif səpkili əsərlərdə bacarıqla, özünəməxsus üslubla oynaya bilir və onun təbini, səhnə istedadı ədəb mühit tərəfindən qiymətləndirilirdi".Abbas Hacıyev Həbib Köçərlinin Tiflisdəki teatr fəaliyyətinin 1905-ci ildən başlandığını göstərir: "1905-ci il inqilabından sonra Tiflis Azərbaycan teatrı mündəricəsi, hər hansı əsərin təcəssümünü verə bilmək imkanın genişliyi ilə Zaqafqaziya teatrlarının çoxundan fərqlənirdi.
Əl-Həsib
Əl-Həsib (ər. الحسيب) — Allahın adlarından biri.