Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alaş işi
Alaş işi — 1928-ci ildən Alaş Partiyasının üzvlərinə qarşı kütləvi repressiyalar. Həbs edildikdən sonra onlara sovet hakimiyyətini devirmək üçün ona qarşı silahlı mübarizədə iştirak etməkdə, milliyətçi təbliğat aparmaqda, SSRİ-yə qarşı mübarizə aparan xarici dövlətlərlə əlaqədə olmaq ittihamı irəli sürülmüşdür. 1930-cu ilin aprelində təqribən 40 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, ölüm cəzasına məhkum edilmişdir. Bunlardan Əhməd Baytursunov, Miryaqub Dulatov, Mirəzağalı Espolov, Xalil Qabbasov, Qasımbek Birimjanov və başqaları var. Xalel və Jaxanşa Dosmuxamedov, Maqjan Jumabayev, Yeldos Omarov, İbrahim Satbayev, Abuali Adilov, Abdolla Uzakbayev sürgünə göndərilmişdir. Sonradan azadlığa buraxılan Muxtar Auezov, Ualixan Ömərov, Bilal Suleyev, Alimjan Yermekov, Daniyal İskakov istintaqa cəlb edilmişdir.
Bank işi
Bank işi (Banking) — İqtisadi subyektlərin sərbəst pul vəsaitlərinin müvəqqəti cəlb edilməsi, kreditlərin yerləşdirilməsi, hesablaşmaların aparılması, eləcə də, müxtəlif bank xidmətlərinin göstərilməsi istiqamətində bank tərəfindən aparılan irili-xırdalı bütün əməliyyatlar. Bank işi aşağıdakı kimi əməliyyatları ehtiva edir: Aktiv bank əməliyyatları – kreditin təqdim edilməsi, qiymətli kağızların alınması və s., yəni sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə aparılan bank əməliyyatları. Məsləhətləşmə (konsaltinq) əməliyyatları – bankın müxtəlif maliyyə məsələləri ilə bağlı müştərisinə göstərdiyi məsləhət (konsaltinq) xidmətləri. Vasitəçilik (komisyon) əməliyyatları – iqtisadi subyektlər arasında vasitəçilik xidmətləri, verilən tapşırıqların icrası və s. ilə bağlı bank əməliyyatları. == Bankların pul və kapital bazarlarında fəaliyyəti == Müasir kapitalist iqtisadiyyatı funksional təyinatlı bazarlar sistemi kimi çıxış edir. Bu sistemin tərkibində aşağıdakıları göstərmək olar: – istehlak malları bazarı; – istehsal vasitələri bazarı; – xidmətlər bazarı; – əmək bazarı; – elmi-texniki məhsul bazarı; – borc kapitalı bazarı; – qiymətli kağızlar bazarı; – valyuta bazarı; – qiymətli metallar bazarı və s. Burada bizim diqqətimizi ilk növbədə borc kapitalı bazarı cəlb edir. Məlumdur ki, borc kapitalı bazarı (BKB) iqtisadi münasibələrin elə bir sahəsidir ki, burada baş verən əqdlərin obyekti kimi borc verilən pul kapitalı çıxış edir. Funksional baxımdan, BKB iqtisadiyyatın kreditləşdirilməsinin təmin olunması məqsədilə pul kapitallarının səfərbər edilməsi və yenidən bölgüsünün baş verdiyi bazar münasibətləri sistemidir.
Dreyfus işi
Dreyfus işi — 1894–1906-cı illərdə Fransa Ordusu Baş Qərargahının zabiti, əslən yəhudi olan kapitan Alfred Dreyfusa qarşı alman xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməsi ittihamı üzərində qurulan məhkəmə prosesi və bu proses ətrafında baş verən hadisələrə verilən ad. Bu proses XIX əsrin sonu XX əsrin əvvəllərində Fransa tarixində çox böyük iz buraxmış, o dövrkü Fransa cəmiyyətini "dreyfusçular"a və "antidreyfusçular"a bölmüşdür. Məşhur fransız yazıçısı Emil Zolyanın 1898-ci il yanvar ayının 13-də Parisdə nəşr olunan "L'Aurore" qəzetinin baş səhifəsində Fransa prezidenti Feliks Fora ünvanlanmış "Mən ittiham edirəm" (J'Accuse) başlıqlı məşhur məktubu dərc edildikdən sonra "Dreyfus işi" yeni mərhələyə qədəm qoymuşdur. Bu məsələ ətrafında hakim partiyalar və ordu rəhbərliyi arasında fikir ayrılıqları yaranmışdır. Dreyfusa qarşı irəli sürülən ittihamların əsassız olduğuna inananlar bu işin antisemitizm nümunəsi olduğunu iddia etmişlər. Kapitan Dreyfus 1894-cü ilin dekabrında məhkəmə qərarı ilə hərbi xidmətdən uzaqlaşdırılaraq ömürlük həbs cəzasına məhkum edilmiş və 1895-ci ilin yanvarında cəzasını çəkmək üçün Fransa Qvianasına, paytaxt Kayennadan 11 km aralıda yerləşən Şeytan adalarına göndərilmişdir. 1899-cu ilin sentyabrında kassasiya şikayəti əsasında məhkəmə işinə yenidən baxılmış və Alfred Dreyfusun həbs cəzası 10 ilə endirilmişdir, lakin tezliklə o, Fransa prezidenti tərəfindən əfv olunmuşdur. Buna baxmayaraq, Dreyfusun tərəfdarları onun bəraət alması üçün çalışmış və 1903-cü ilin noyabrında yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. 1906-cı ildə məhkəmənin qərarı ilə Dreyfus bəraət almış, üzərindəki bütün ittihamlar götürülmüş, ordudakı vəzifəsinə geri qaytarılmış və Fəxri Legion ordeni ilə təltif edilmişdir. == Xarici keçidlər == Greatest Newspaper Article of all Time Arxivləşdirilib 2005-11-26 at the Wayback Machine (Journalistic retrospective of Zola's "J'accuse!") Temporal and Eternal by Charles Péguy, translated by Alexander Dru Arxivləşdirilib 2008-02-29 at the Wayback Machine Anya Rous The Rising Celebrity and Modern Politics—The Dreyfus Affair Arxivləşdirilib 2007-05-13 at the Wayback Machine Leslie Derfler, The Dreyfus Affair.
Gömrük işi
Gömrük işi — Gömrükxananın işi. Gömrük işi ilə bağlı başqa bir məsələ gömrük orqanları tarifindən ölkəyə qaçaq yolla gətirilən narkotik vasitələrin müsadirə edilməsidir. İlk baxışdan iqtisadi səmərə verməyən bir hal kimi gözə dəyən bu məsələ, əslində mühüm strateji əhəmiyyətə malikdir. Belə ki, narkoticarətin qarşısını alan gömrük orqanları, ölkəni narkotik bazarına çevrilməsinə imkan verməməklə çoxlu dövlət vəsaitlərinə qənaət etmiş olurlar. Çünki dövlət təkcə narkotik alverinə qarşı mübarizəyə deyil, eyni zamanda narkomanların müalicəsinə də heç bir vəsait xərcləmir və həm də ölkənin inkişafında mühüm potensial sayılan intellektual bazanı da qorumuş olur. Başqa bir misal: gömrük orqanları ölkənin gömrük ərazisinə keyfiyyətsiz məhzulları (ərzaq malları, dərman preparatları, uşaq yeməkləri və s.) buraxmamaqla əhalinin sağlamlığını qorumaqla bərabər dövlət vəsaitlərinin digər sosial qayğılara yönəldilməsinə şərait yaratmış olurlar. Eyni zamanda gömrük orqanları təhlükəli tullantıların ölkə ərazisinə gətirilməsinin qarşısını almaqla, ölkənin ekoloji zibilxanaya çevrilməsinə şərait yaratmırlar ki, bu da ölkə əhalisinin həyatının təhlükə altında qalmasına imkan vermir. Beləliklə, gömrük işinin bu nəticələri dövlətin təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bir daha özünü büruzə vermiş olur. Dövlət gəlirlərinin formalaşmasında gömrük işinin təşkili mühüm rol oynayır. Müxtəlif ölkələrdə bu gəlirlərin payı müxtəlif olsa da, gömrük işi hər yerdə mühüm əhəmiyyət kəsb edir.
Nəşriyyat işi
Nəşriyyat işi – Klassik nəşriyyat fəaliyyətlərinə aşağıdakılar daxildir: əlyazma və müəlliflərin axtarışı, müəllif hüquqları əldə etmək, əlyazma çap üçün hazırlanması (redaktə, oxu, formatlaşdırma), çap (və onun elektron ekvivalentləri) və marketinq paylanması. Praktikada nəşriyyat fəaliyyəti yalnız müəllif və mətbəə arasındakı vasitəçilikdən ibarət ola bilər. Qısacası nəşr edən, düzəldən == Tarixi == Bugünkü nəşriyyatların prototipləri kitabxanalarda və monastırlarda mövcud olmuş qədim və orta əsrlərə aid skriptiyalar idi. Artıq qədim Romada (e.ə. I əsrdə) əlyazma kitabələrin kiçik tirajlarını satışa hazırlayan skripttoriyaların mövcud olduğuna dair sübutlar var. Bunlar (eyni vaxtda 30 nüsxəyə qədər) oxucunun diksiyası altında qul katiblər tərəfindən hazırlanmışdır. Orta əsr Avropasında, digər sənətkarlıqların nümayəndələri kimi peşəkar gildiyalarda yaradılan əlyazma kitablarının naşirləri. İohan Quttenberq tərəfindən XV əsrin ortalarında çap ixtirası nəşriyyatın sürətli böyüməsinə səbəb oldu. XV əsrin sonlarında Avropanın bir çox şəhərində nəşriyyatlar-mətbəələr meydana çıxdı, nəinki kitablar (baş səhifədə və ya kolofonda özləri haqqında məlumatlar var), həm də reklam broşürları, məhsullarının kataloqu nəşr olundu. XV – XVI əsrlərdə kitab ticarətinin inkişafı ilə öz kataloqlarını istehsal edən kitab yarmarkaları meydana çıxdı.
Pambıq işi
Pambıq işi (rus. хлопковое дело, özb. paxta ishi) və ya özbək işi (rus. узбекское дело, özb. o'zbek ishi) — Şərəf Rəşidovun rəhbərliyi altında olan Özbəkistan SSR-də və həmçinin SSRİ-n başqa yerlərində 70-ci illərin axırında və 80-ci illərində araşdırılan korrupsiya və iqtisadi sui-istifadələr ilə bağlı bir sıra cinayət işləri. == Arxa plan == Leonid Brejnevin SSRİ-n Baş Katibi olduğu dövründə korrupsiya adi hal idi. Amma, hətta o dövrün standartlarına görə, Özbək SSR-dəki korrupsiyanın səviyyəsi çox yüksək dərəcəyə çatmışdı. XX əsrin ortasında Mərkəzi Asiya Respublikaları və özəlliklə Özbəkistan, əsas hissəsi RSFSR-in Avropa hissəsində yerləşən SSRİ-n yüngül sənayəsi üçün xammal olan pambıq isehsalın mərkəzinə çevirmiş. 70-ci illərin əvvəlində artıq Özbəkistanın bütün əkilə bilən torpaqları pambıqçılıq üçün işlənilirdi. Mərkəzi Asiyada artıq yığılan pambığın miqyasını artmaq mümkünsüz idi, amma eyni zamanda, SSRİ-n dövlət planı (pambığın idxalının qarşısını almaq üçün) hər beşillik Özbəkistan və başqa Mərkəzi Asiya Respublikalarının pambıqçılığı üçün artıq onsuz da qeyri-realistik hədəfləri şişirdirdi.
Tuxaçevski işi
Tuxaçevski işi və ya "antisovet trotskiçi hərbi təşkilatı" işi — marşal Mixail Tuxaçevskinin başçılıq etdiyi bir qrup yüksək səviyyəli SSRİ hərbi liderlərinin hakimiyyəti ələ keçirmək üçün hərbi çevriliş təşkil etməkdə ittiham edilməsi ilə bağlı iş. Bu hadisə Qızıl Orduda kütləvi repressiyaların başlanğıcı idi. Bir sıra SSRİ, Rusiya və xarici tədqiqatçılar ittihamı uydurma hesab edirlər. 11 iyun 1937-ci ildə iş üzrə SSRİ Ali Məhkəməsinin Xüsusi Məhkəmə iclasının qapalı iclası keçirilmişdir. Bütün müttəhimlər təqsirli bilinmiş, hökmdən dərhal sonra güllələnmişdir. 1957-ci ildə bütün təqsirləndirilənlər cinayət tərkibinin olmaması səbəbindən ölümündən sonra reabilitasiya edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Викторов Б. А. Без грифа «Секретно»: Записки военного прокурора. Возвращение к правде (200000 nüs.). М.: Юридическая литература. 1990.
Tərtər işi
Tərtər işi — Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətin bir hissəsinin (mülki, əsgər, çavuş, gizir və zabit heyəti) və mülki vətəndaşların Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə mümkün əlaqəsi və bu mümkün əlaqələr nəticəsində Azərbaycanın əleyhinə olaraq Ermənistanın maraqlarını təmin etmək məqsədilə casusluq fəaliyyəti və bu mümkün fəaliyyətin Azərbaycanın dövlət orqanları tərəfindən ifşa olunmasından sonra mümkün təqsirkarların 2017-ci ilin aprel-iyun aylarında Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşları və hərbi qulluqçuları tərəfindən qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qoyularaq ifadələrinin alınması, bu proses zamanı onların öldürülməsi, əlil edilməsi, mümkün təqsirkarları müxtəlif üsullarla məcbur edərək onların etirafedici ifadələrə imza atdırılması və s. kimi qeyri-qanuni əməlləri özündə ehtiva edən və yekunda keçirilən məhkəmə proseslərinin cəmləşdirilmiş adı. Məhkəmənin hökmünə əsasən, Ermənistan MTX-sı ilə mümkün əlaqələrə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunan 22 nəfər barəsində 5 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzaları çıxarıldı. Hökm, 1-ci mərhələdə 11 nəfər, 2-ci mərhələdə 7 nəfər, 3-cü mərhələdə 4 nəfər olmaqla 3-lü mərhələ şəklində çıxarıldı. İstintaq prosesinin qeyri-rəsmi olaraq “Tərtər işi” kimi adlandırılmasının səbəbi, kütləvi işgəncələrin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən istismara yararsız və istifadə edilməyən 1-ci Ordu Korpusunun tebeliyində olan hərbi hissənin keçmiş Qərargahında baş verməsi (həmçinin, işgəncələrin çox kiçik bir hissəsi Mingəçevir şəhərində yerləşən 3-cü Ordu Korpusuna tabe olan hərbi hissədə baş verib), istintaqın Tərtər Rayon Hərbi Prokurorluğunda aparılması, hökmün Gəncə və Tərtər Hərbi Məhkəmələrində çıxarılması və mümkün casusluq faktlarının Ağdam və Tərtər rayonlarının təmas xətti boyunca yerləşən mövqelərində baş verməsidir. Əslində isə rəsmi olaraq istintaq prosesinin heç bir xüsusi adı mövcud deyil. == Tarixi == 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər. Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başladı. Hüquq müdafiəçisi Oktay Güləliyevin dediyinə görə, kütləvi həbslərin ilk aylarında nə ictimaiyyət, nə də hüquq müdafiəçiləri baş verənlər barədə heç nə bilmədilər. Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və 12 nəfər işgəncədən ölmüşdür.
XYZ işi
XYZ işi (eng.XYZ Affair) - 1797-1798-ci illər, Con Adamsın prezidentliyinin ilk dövrlərində ABŞ və Fransa Respublikası arasında elan edilməmiş Kvazi Müharibəyə səbəb olan siyasi və diplomatik hadisədir. Bu iş öz adını ABŞ-nin dövlət sənədlərində fransız diplomatları Hottinguer, Bellamy və Hauteval-ın müvafiq olaraq X, Y, Z adlandırılmasından götürüb. 1797-ci ilin iyulunda Amerika diplomatik heyəti müharibə təhlükəsini danışıqlar yolu ilə həll etmək məqsədilə Fransaya göndərilir. ABŞ diplomatları Çarlz Koutsuort Pinkni, Con Marşal və Elbric Cerriyə qeyri-rəsmi yolla Fransanın Xarici İşlər Naziri Taleyranın agentləri tərəfindən danışıqlara başlamazdan əvvəl rüşvət ödəməli olduqları barədə xəbərdarlıq edilir. Baxmayaraq ki, belə tələblər həmin dövr Avropa diplomatiyası üçün yad deyildi, amerikalılar razı olmayaraq Fransanı tərk edirlər. Elbric Cerri müharibədən yayınmaq üçün bütün vasitələri sınamaq istədiyinə görə komissiyanın iki üzvündən sonra bir neçə ay da Fransada qalır. Lakin onun Taleyranla danışıqları heç bir səmərə vermir. Danışıqların belə uğursuzluqla nəticələnməsi ABŞ-də diplomatik burulğan yaradır. Bu hadisə elan edilməmiş Kvazi Müharibəyə (1798-1800) gətirib çıxarır. == Tarixi şərait == 1789-cu il böyük Fransa İnqilabından sonra Corc Vaşinqtonun rəhbərlik etdiyi ABŞ hökuməti ilə yeni yaranmış Fransa Respublikası arasında münasibətlər mürəkkəbləşir.
Şohaçi İşi
Şohaçi İşii (yap. 石井 庄八; 20 sentyabr 1926, Tokio, Yaponiya — 4 yanvar, 1980) — Yaponiya sərbəst güləşçisi. Olimpiya Oyunlarının qalibi. == Həyatı == Şohaçi İşii 20 sentyabr 1926-cı ildə Tokioda anadan olub. O, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında sərbəst üsulla güləş yarışlarında qızıl medal qazanıb. Həlledici görüşdə sovet idmançısı Rəşid Məmmədbəyovu məğlub edən Şohaçi, İkinci Dünya müharibəsindən sonra Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk Yaponiya idmançısı olub. 4 yanvar 1980-cı ildə böyrək xərçəngindən vəfat edib.
Əl işi
Bəzən daha dəqiq bir şəkildə sənətkarlıq olaraq ifadə edilən əl işi, faydalı və dekorativ əşyaların tamamilə əl ilə və ya yalnız qayçı, oyma alətləri kimi sadə, avtomatlaşdırılmamış əlaqəli alətlərdən istifadə edilməklə hazırlanan işlərdir. Sənətkarlığın ənənəvi əsas sektorudur və toxuculuq, qəliblənə bilən və sərt materiallar, kağız, bitki lifləri, gil və s. ilə işləmək də daxil olmaqla, öz əlləri və bacarığı ilə əşyaların düzəldilməsi ilə əlaqəli geniş yaradıcılıq və dizayn fəaliyyətlərinə aiddir. Ən qədim əl sənətlərindən biri Dokradır. Bu, Hindistanda 4000 ildən çoxdur hələ də istifadə olunan bir növ metal tökümdür. İranın Sistan və Bəlucistan ostanında qadınlar hələ də kəndin yaxınlığındakı bir arxeoloji sahə olan Kalpurganın 5000 illik saxsı ənənəsinə bənzər nöqtəli bəzəkli qırmızı əşyalar əl istehsalı saxsı məmulatlar hazırlayırlar. Əl sənayesi, maşınları istifadə etmədən yerləşdikləri məkanda insanların ehtiyaclarını ödəmək üçün əl ilə əşyalar istehsal edən sahədir. Bir çox sənətkar təbii, hətta tamamilə yerli materiallardan istifadə edir, digərləri isə müasir, qeyri-ənənəvi materiallara və hətta yüksək səviyyəli sənaye materiallarına üstünlük verə bilər. Əl işi olan bir əşyanın fərdi sənətkarlığı birinci dərəcəli meyardır yəni kütləvi istehsal və ya maşınlar tərəfindən hazırlananlar əl işləri deyil. Tələbələrin ümumiyyətlə və bəzən müəyyən bir sənətkarlıq və ya ticarət sahəsindəki bacarıqlarını və yaradıcı maraqlarını inkişaf etdirmək olaraq görülən əl işləri, həm qeyri-rəsmi, həm də formal olaraq təhsil sistemlərinə inteqrasiya olunur.
Petrov işi
Petrov işi — 1954-cü ildə DTK zabiti Vladimir Petrovun Sovet İttifaqının Kanberradakı səfirliyindən qaçması ilə bağlı Soyuq Müharibə illərində Avstraliyada baş vermiş casus hadisəsi. Bu ayrılma Kral Komissiyasına səbəb oldu və nəticədə yaranan mübahisə İşçi Partiyasının parçalanmasına gətirib çıxartdı. == Arxa plan == Petrov, nisbətən kiçik diplomatik statusuna baxmayaraq, (1954-cü ildə) KQB-nin, Sovet məxfi polisinin polkovniki, həyat yoldaşı isə Daxili İşlər Nazirliyinin (MVD) zabiti idi. Petrovlar 1951-ci ildə Sovet Təhlükəsizlik İdarəsinin rəisi Lavrenti Beriya tərəfindən Kanberra səfirliyinə göndərilmişdi. 1953-cü ilin martında İosif Stalinin ölümündən sonra Beriya Stalinin xələfləri tərəfindən həbs edilmiş və güllələnmişdi və Vladimir Petrov yəqin ki, Sovet İttifaqına qayıtsa, "Beriya adamı" kimi "təmizlənəcəyi"ndən qorxurdu. == Sığınma == Petrov Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı (ASIO) ilə əlaqə saxladı və siyasi sığınacaq müqabilində Sovet casusluğunu sübut etməyi təklif etdi. Bu ayrılma, təxminən iki ilə yaxındır Petrovu yetişdirən, onunla dostluq edən və onu Sidneyin King's Cross bölgəsində fahişələrə baş çəkməyə aparan polşalı həkim və musiqiçi və yarımştat ASIO agenti Maykl Bialoquski tərəfindən təşkil edildi. Bialoquski Petrovu ASIO-nun yüksək rütbəli zabiti Ron Riçardsla tanış etdi, o, Petrova sığınacaq və səfirlikdən özü ilə gətirə biləcəyi bütün sənədlərin müqabilində 5000 funt sterlinq təklif etdi. Potensial qaçqınların "Kabin Namizədləri" kimi qeyd edilməsinin standart təcrübəsinə əsasən, Petrovun qaçmasının planlaşdırılmas 11 saylı Əməliyyat Kabini olaraq təyin olunduqdan sonra qısa müddət ərzində Əməliyyat Kabin 12 olaraq kodllandırıldı. Petrov 3 aprel 1954-cü ildə ölkəni tərk etdi.
Yapon işi
Yapon işi (türk. Japon İşi) – 1987-ci ildə Kartal Tibetin rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Komediya janrında olan filmin baş rollarında Kamal Sunal, Fatma Girik, Sümer Tilmaç, Reha Yurdakul və Necdet Yakın çıxış edirlər. Film bir gecə klubunda ofisiant kimi işləyən Veysəldən və yapon dostu tərəfindən göndərilmiş qadın robotdan bəhs edir. == Məzmun == Veysəl bir gecə klubunda işləyən ofisiantdır. Klubun solisti olan Başak Billursesə aşiqdir. Lakin nə qədər çalışsa da, Başak ona maraq göstərmir. Bir gün Veysəlin kömək etdiyi bir yapon müştəri ona Başaka çox bənzəyən bir robot göndərir. Veysəl "Yapon Başak" adlandırdığı robot ilə birlikdə yaşamağa başlayır. Başak həbsdə olan və cəzasının bitməsinə çox az qalan mafiya lideri Dəli Dilavərin evlənmə təklifini qəbul etməmək üçün İsveçrəyə qaçır.
AbzasMedia işi
"AbzasMedia" jurnalistlərinin həbsi və ya ictimaiyyət arasında tanınan adı ilə "AbzasMedia" işi — 2023-cü il noyabrın 20-dən etibarən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən "AbzasMedia" müstəqil media plaftormasının rəhbərliyi və jurnalistlərinə qarşı aparılan həbslər dalğasıdır. Həbslər zamanı "AbzasMedia"nın təsisçisi və direktoru Ülvi Həsənli, direktorun müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova polislər və Elnarə Qasımova həbs edilmiş və onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır. "AbzasMedia" jurnalistlərinin həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir. == Arxa plan == "AbzasMedia" Azərbaycanda dövlət rəsmiləri və məmurlarının bizneslərini, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya halları ilə bağlı araşdırmaları ilə tanınan müstəqil media plaftormasıdır. "AbzasMedia"da Azərbaycan Prezidenti İlham Əliyevin ailəsi, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin mühafizə xidmətinin rəisi Bəylər Eyyubov, DTX rəisi Əli Nağıyevlə bağlı korrupsiya araşdırılmaları, o cümlədən nazir və məmurlarla bağlı olan onlarla araşdırılmayan cinayətlərlə bağlı materiallar dərc olunmuşdur. == Ülvi Həsənli və Sevinc Vaqifqızının həbsi == 2023-cü il noyabrın 20-də saat 07:00 radələrində "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən hava limanına gedən zaman evinin yaxınlığında saxlanıldı. Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılan Həsənlinin evində və "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqova ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən 40 min avro məbləğində pulun tapıldığını bildirdi. "AbzasMedia" isə bu ittihamları rədd elədi və bunu "Ülvi Həsənliyə qarşı ittihamın irəli sürülməsi üçün qurulan ssenari" olduğunu bildirdi. Axtarış prosesi zamanı Ülvi Həsənlinin gözünün altında qırmızı rəngdə yara izi müşahidə edilib.
Kobani işi
Kobani işi (türk. Kobani Davası) — Xalqların Demokratik Partiyasının (HDP) siyasətçilərinin 2014-cü ilin oktyabrında Kobani etirazları zamanı 37 nəfərin ölümünə səbəb olmaqda və "dövlətin birliyini və ərazi bütövlüyünü" pozmaqda ittiham olunduğu hüquqi prosedur. Etirazlar HDP-nin Kobanini mühasirəyə alan İslam Dövlətinə (İD) qarşı Türkiyə hökumətindən dəstək tələb etməsi ilə başlamışdır. Türkiyə hökuməti və prokuroru HDP-nin belə tələbləri terror təşkilatı kimi gördüyü Kürdüstan Fəhlə Partiyasının (PKK) sifarişi əsasında irəli sürdüyünü iddia etmişdir. Etirazlarla bağlı istintaq 2014-cü ildə başlasa da, ittiham aktı 2020-ci ilin dekabrında təqdim edilmiş və məhkəmə prosesi 2021-ci ilin aprelində başlamışdır. == Zəmin == 2014-cü ilin oktyabrında Türkiyənin kürdlərin çoxluq təşkil etdiyi bölgələrdə İD-nin Suriyanın əsasən kürdlərin yaşadığı Kobani şəhərini mühasirəyə almasına qarşı etirazlar başlamışdır. Suriyadan Türkiyəyə 200 minə yaxın qaçqın daxil olmuşdur. Türkiyə hökumətinin mühasirəyə yanaşması ilə kifayətlənməyən HDP Kobanidə baş verəcək qırğına qarşı etirazlara çağırmışdır. Etirazlar Hürr Dava Partiyasının əks etirazları ilə qarşılanmışdır. HDP Türkiyə Böyük Millət Məclisində etiraz aksiyalarının araşdırılmasını tələb etsə də, onların tələbləri təmin edilməmişdir.
Diplom İşi (1979)
== Məzmun == Rəssamlıq məktəbinin tələbəsi heykəltaraş Mahmud (Şamil Süleymanov) tətil günlərində kəndə nənəsinin yanına gəlir və burada öz diplom işi üçün həmkəndlisi Zümradı (Firəngiz Mütəllimova) canlı model seçir. İş başa çatanda Zümradın qohumları, onların ardınca bütün kənd camaatı Mahmuddan tələb edir ki, qızla evlənsin. Gənc rəssam qaçmaqla canını qurtarır. Axı, o, işləyəcəyi bütün canlı modellərlə evlənə bilməz ki... == Festivallar və mükafatlar == 1) 1979-cu ildə Karlovı-Varı Beynəlxalq Kinofestivalı Film diploma layiq görülmüşdür. == Film haqqında == Film rejissor Cahangir Mehdiyevin kinoda ilk işidir. Kinokomediya yazıçı A.İbanoidzenin "İmeretiyasayağı evlənmə" romanının motivləri əsasında çəkilmişdir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Təmam şud işi
Təmam şud işi, həmçinin Somerton kişisinin sirri olaraq da bilinən Avstraliyanın Adelaida şəhərinin şimalındakı Somerton çimərliyində 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da ölü şəkildə tapılmış kişinin üstü açılmamış cinayət işi. Kişinin şalvarının gizli cibindən bir ay sonra aşkarlanmış kağız parçası çap olunmuş və fars dilində "bitdi" və ya "tamamlandı" mənasını verən təmam şud sözünün şərəfinə adlandırılmışdır. Bu parça XII əsr şairi Ömər Xəyyama aid olan şeirlər toplusu - Rübailər kitabının bir nəşrinin son səhifəsindən çırılmışdı. İşin ilkin protokollarında Təmam sözü orfoqrafik səhv nəticəsində Təman olaraq qeyd edilmiş və bu səhv tez-tez təkrarlanır. Tamam şud işi (ing. Tamam Shud case) - 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da Avstraliyanın Adelaida şəhərində baş vermiş hadisə. Hadisə şəhərdə yerləşən Somerton çimərliyi ərazisində naməlum kişi cəsədinin tapılması ilə meydana gəlmişdir. Cəsədin üzərində şəxsiyyəti təsdiq edən heç bir sənəd aşkarlanmamışdır. 40-45 yaşlarında olan, qalın geyimli kişi cəsədinin ayaqqabılarının təmiz olması onun bura sonradan gətirildiyi ehtimalını gücləndirir. Cəsəddən götürülmüş diş və dırnaq nümunələri əsasında şəxsin ərazinin yerlisi olmadığı güman edilmişdir.
Diplom işi (film, 1979)
== Məzmun == Rəssamlıq məktəbinin tələbəsi heykəltaraş Mahmud (Şamil Süleymanov) tətil günlərində kəndə nənəsinin yanına gəlir və burada öz diplom işi üçün həmkəndlisi Zümradı (Firəngiz Mütəllimova) canlı model seçir. İş başa çatanda Zümradın qohumları, onların ardınca bütün kənd camaatı Mahmuddan tələb edir ki, qızla evlənsin. Gənc rəssam qaçmaqla canını qurtarır. Axı, o, işləyəcəyi bütün canlı modellərlə evlənə bilməz ki... == Festivallar və mükafatlar == 1) 1979-cu ildə Karlovı-Varı Beynəlxalq Kinofestivalı Film diploma layiq görülmüşdür. == Film haqqında == Film rejissor Cahangir Mehdiyevin kinoda ilk işidir. Kinokomediya yazıçı A.İbanoidzenin "İmeretiyasayağı evlənmə" romanının motivləri əsasında çəkilmişdir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Yapon işi (film, 1987)
Yapon işi (türk. Japon İşi) – 1987-ci ildə Kartal Tibetin rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Komediya janrında olan filmin baş rollarında Kamal Sunal, Fatma Girik, Sümer Tilmaç, Reha Yurdakul və Necdet Yakın çıxış edirlər. Film bir gecə klubunda ofisiant kimi işləyən Veysəldən və yapon dostu tərəfindən göndərilmiş qadın robotdan bəhs edir. == Məzmun == Veysəl bir gecə klubunda işləyən ofisiantdır. Klubun solisti olan Başak Billursesə aşiqdir. Lakin nə qədər çalışsa da, Başak ona maraq göstərmir. Bir gün Veysəlin kömək etdiyi bir yapon müştəri ona Başaka çox bənzəyən bir robot göndərir. Veysəl "Yapon Başak" adlandırdığı robot ilə birlikdə yaşamağa başlayır. Başak həbsdə olan və cəzasının bitməsinə çox az qalan mafiya lideri Dəli Dilavərin evlənmə təklifini qəbul etməmək üçün İsveçrəyə qaçır.
Ümumxalq işi (film, 1989)
== Məzmun == 1989-cu il yanvarın 12-dən əhalinin Ümumittifaq miqyasında siyahıya alınması keçirilib. Filmdə siyahıyaalınmanın mühüm iqtisadi, siyasi və elmi əhəmiyyətə malik olmasından, bu tədbirin keçirilməsində Azərbaycan SSR Dövlət Statistika Komitəsinin fəaliyyətindən, habelə sosial inkişaf planlarının müəyyən edilməsində siyahıyaalınmanın böyük rolundan söhbət açılır.
Makome M'Bovole işi
Makome M'Bovole işi — Fransada müfəttiş Paskal Kompen tərəfindən başından odlu silah ilə vurulan Makome M'Bovolenin ölümündən sonra başladılan məhkəmə işi. Hadisə 6 aprel 1993-cü ilda Parisin XVIII arondismanında yerləşən Qran-Karyer polis idarəsində baş vermişdir. Polis şübhəlini qorxutmaq istədiyi zaman silahının maqazininin boş olduğunu düşünərək təsadüfən atəş açdığını bildirmişdir. Makomé M'Bovoleni qəsdən öldürməkdə günahlandırılan 38 yaşlı müfəttiş Paskal Kompen 15 fevral 1996-cı ildə Paris Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəsdən zorakılıq və ölüm ilə nəticələnən zorakılığa görə 8 il həbs cəzasına məhkum edilmişdir. Bu iş qəzetlərdə manşetlərə çevrilmişdir, çünki o zaman iştirak edən şahidlər boşaldılmış odlu silah və ya ov tüfəngindən istifadə edərək şübləliləri qorxutmağı adət etdiklərini etiraf etmişdilər. Hadisələr "Amnesty International" təşkilatının hesabatında qeyd edilmişdir. Məhkəmə işi həmçinin, üç günlük iğtişaşlara, o cümlədən Parisin mərkəzində kütləvi talanlara, etirazçı dəstələr ilə polis arasında toqquşmalara səbəb olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətində arxiv işi
Arxiv işi - Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət və hökumət orqanlarının sənədlərin saxlanması məqsədilə gördükləri tədbirlər. == Yaradılması == Çarizm dövründə Şimali Azərbaycanda vahid arxiv sistemi yox idi. Çar hökumətinin süqutu və 1917-18 illərdə baş verən mürəkkəb hadisələr dövlət və hökumət idarələrinin, sahibkarlara məxsus fabrik, zavod və digər müəssisələrin sənəd və materiallarının toplanması və saxlanması işini çətinləşdirmişdi. Bu vəziyyət Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin nəzərindən yayınmadı. Dövlət nəzarəti idarəsi 1918 il noyabrın 3-də Azərbaycan dövləti ərazisindəki, demək olar, bütün dövlət təşkilatlarının kargüzarlıq və qeydiyyat işinin müharibə və inqilabi şəraitlə əlaqədar olaraq bərbad vəziyyətə düşdüyünü və əsaslı surətdə qaydaya salınmalı olduğunu bildirdi. Azərbaycan Hökuməti çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu məsələyə xüsusi diqqət yetirirdi. Hökumətin Tiflisdə yaradılması, bir müddət orada fəaliyyətdən sonra Gəncəyə köçürülməsi, nəhayət, Bakıda fəaliyyətə başlaması formalaşmaqda olan dövlət hakimiyyəti orqanlarının kargüzarlıq sənədlərinin mühafizəsində çətinlik yaradırdı. Lakin bu sahəyə qayğı işin təşkilinə müsbət təsir göstərirdi. 1918 ilin oktyabrında sığorta cəmiyyəti idarələrindən biri binasını dəyişərkən keçmiş hərbi-sənaye kompleksinin atılmış arxiv sənədləri aşkar edilmişdi. Onların siyahısı dərhal tutulmuş, pərakəndə sənədlər yığılıb rəflərə qoyulmuş, bir hissəsi bağlanıb ayrıca otağa yerləşdirilmişdi.
Ukraynanın Azadlığı Uğrunda İttifaq işi
"Ukraynanın Azadlığı Uğrunda İttifaq" işi (ukr. Процес «Спілки визволення України») — 1920-ci illərin axırlarındaUkrayna SSR Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən SSRİ-nin mərkəzləşdirilmiş repressiv siyasəti çərçivəsində Ukrayna elmi ziyalılarını nüfuzdan salmaq məqsədilə başladılmış uydurulmuş antisovet təşkilatı haqqında məhkəmə işi.. İş üzrə təqsirləndirilən şəxslərin Birinci Dünya müharibəsi illərində həqiqətən də mövcud olmuş Ukraynanın Azadlığı Uğrunda İttifaq (UAUİ) ilə heç bir əlaqəsi yox idi. 1930-cu ildə keçirilən məhkəmə işi zamanı UAUİ "üzvləri"nə görə 474 nəfər repressiyaya məruz qalmışdır. 15 nəfər ölüm cəzasına məhkum olunmuş, 192 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, 87 nəfər Ukrayna hüdudlarından kənara deportasiya olunmuş, 3 nəfər şərti cəzaya məhkum edilmiş, 124 nəfər cəzadan azad olunmuşdur. == Təqsirləndirilən şəxslər == akademik Sergey Yefremov (Ümumukrayna Elmlər Akademiyasının vitse-prezidenti), hüquqşünas Zinoviy Morqulis (Ümumukrayna Elmlər Akademiyasının elmi işçisi), ilahiyyatçı Vladimir Çexovski (Ukrayna Sosial Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Ukrayna Xalq Respublikasının Baş naziri, ilahiyyatçı və Ukrayna Avtokefal Pravoslav Kilsəsi Kanonikin lideri), pedaqoq Vladimir Durdukovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), tarixçi İosif Germayze (Kiyev Xalq Təhsili İnstitutunun professoru, UKSFP-nin keçmiş üzvü), ədəbiyyatşünas və yazıçı Andrey Nikovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü və UXR-nin Xarici İşlər naziri), yazıçı Lyudmila Staritskaya-Çernyaxovskaya (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), yazıçı Mariya Proxorova (teatr xadimi, Kiyev gimnaziyalarında xarici dillər müəllimi), Professor Aleksandr Çernyaxovski (alim histoloq, Kiyev Tibb İnstitutunun professoru), Akademik Mixail Slabçenko (tarixçi, Odessa Xalq Təhsili İnstitutunun professoru, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), professor Vasili Doqa (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının üzvü, Ümumukrayna Elmlər Akademiyasının professoru), müəllim Aleksandr Qrebenetski (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vsevolod Qantsov (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), dilçi Qriqori Qoloskeviç (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vadim Şarko (Kiyev Kooperativ İnstitutunun professoru, Ümumukrayna Elmlər Akademiyasının Ukrayna Elmi Dili İnstitutunun redaktoru), həkim Mykola Kudritsky (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü, Kiyev Tibb İnstitutunun professoru), mama-ginekoloq Aleksandr Krupski (Ümumukrayna Elmlər Akademiyasının tibb bölməsinin üzvü, tibb elmləri doktoru, professor, dünyada ilk dəfə ukrayn dilində tibbi əsərlərin müəllifi), dilçi Qriqori Xolodnı (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi-leksikoqraf Mixail Krivinyuk (USDP üzvü), Nikolay Pavluşkov (Kiyev Xalq Təhsili İnstitutunun tələbəsi, sovet hakimiyyəti onu Ukrayna Gəncləri İttifaqının qurucusu hesab edirdi), Vasili Matuşevski (Kiyev İncəsənət İnstitutunun tələbəsi), Boris Matuşevski (Kiyev Xalq Təhsili İnstitutunun məzunu).
Ukraynanın Azadlığı Uğrunda İttifaqın işi
"Ukraynanın Azadlığı Uğrunda İttifaq" işi (ukr. Процес «Спілки визволення України») — 1920-ci illərin axırlarındaUkrayna SSR Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən SSRİ-nin mərkəzləşdirilmiş repressiv siyasəti çərçivəsində Ukrayna elmi ziyalılarını nüfuzdan salmaq məqsədilə başladılmış uydurulmuş antisovet təşkilatı haqqında məhkəmə işi.. İş üzrə təqsirləndirilən şəxslərin Birinci Dünya müharibəsi illərində həqiqətən də mövcud olmuş Ukraynanın Azadlığı Uğrunda İttifaq (UAUİ) ilə heç bir əlaqəsi yox idi. 1930-cu ildə keçirilən məhkəmə işi zamanı UAUİ "üzvləri"nə görə 474 nəfər repressiyaya məruz qalmışdır. 15 nəfər ölüm cəzasına məhkum olunmuş, 192 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, 87 nəfər Ukrayna hüdudlarından kənara deportasiya olunmuş, 3 nəfər şərti cəzaya məhkum edilmiş, 124 nəfər cəzadan azad olunmuşdur. == Təqsirləndirilən şəxslər == akademik Sergey Yefremov (Ümumukrayna Elmlər Akademiyasının vitse-prezidenti), hüquqşünas Zinoviy Morqulis (Ümumukrayna Elmlər Akademiyasının elmi işçisi), ilahiyyatçı Vladimir Çexovski (Ukrayna Sosial Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Ukrayna Xalq Respublikasının Baş naziri, ilahiyyatçı və Ukrayna Avtokefal Pravoslav Kilsəsi Kanonikin lideri), pedaqoq Vladimir Durdukovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), tarixçi İosif Germayze (Kiyev Xalq Təhsili İnstitutunun professoru, UKSFP-nin keçmiş üzvü), ədəbiyyatşünas və yazıçı Andrey Nikovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü və UXR-nin Xarici İşlər naziri), yazıçı Lyudmila Staritskaya-Çernyaxovskaya (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), yazıçı Mariya Proxorova (teatr xadimi, Kiyev gimnaziyalarında xarici dillər müəllimi), Professor Aleksandr Çernyaxovski (alim histoloq, Kiyev Tibb İnstitutunun professoru), Akademik Mixail Slabçenko (tarixçi, Odessa Xalq Təhsili İnstitutunun professoru, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), professor Vasili Doqa (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının üzvü, Ümumukrayna Elmlər Akademiyasının professoru), müəllim Aleksandr Qrebenetski (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vsevolod Qantsov (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), dilçi Qriqori Qoloskeviç (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vadim Şarko (Kiyev Kooperativ İnstitutunun professoru, Ümumukrayna Elmlər Akademiyasının Ukrayna Elmi Dili İnstitutunun redaktoru), həkim Mykola Kudritsky (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü, Kiyev Tibb İnstitutunun professoru), mama-ginekoloq Aleksandr Krupski (Ümumukrayna Elmlər Akademiyasının tibb bölməsinin üzvü, tibb elmləri doktoru, professor, dünyada ilk dəfə ukrayn dilində tibbi əsərlərin müəllifi), dilçi Qriqori Xolodnı (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi-leksikoqraf Mixail Krivinyuk (USDP üzvü), Nikolay Pavluşkov (Kiyev Xalq Təhsili İnstitutunun tələbəsi, sovet hakimiyyəti onu Ukrayna Gəncləri İttifaqının qurucusu hesab edirdi), Vasili Matuşevski (Kiyev İncəsənət İnstitutunun tələbəsi), Boris Matuşevski (Kiyev Xalq Təhsili İnstitutunun məzunu).
Xalqların Demokratik Partiyasının bağlanması işi
Xalqların Demokratik Partiyasının bağlanması işi — Xalqların Demokratik Partiyasının (HDP) bağlanmaqla hədələndiyi, yüzlərlə siyasətçisinin isə beş il müddətinə siyasi qadağa ilə üzləşdiyi hüquqi prosedur. HDP-nin Kürdüstan Fəhlə Partiyası (PKK) ilə təşkilati əlaqələri olmaqda ittiham edilmişdir. == Zəmin == Keçmişdə bir neçə kürdyönümlü partiyalar qadağan edilmişdir. Həmçinin, kürdyönümlü siyasətçilər tez-tez qanuni təqib və həbs cəzaları ilə üzləşmişlər. Daxili İşlər Nazirliyi 2019-cu ilin mart ayında keçirilən bələdiyyə seçkilərindən bəri onlarla seçilmiş HDP bələdiyyə sədrini vəzifəsindən azad etmiş, İslam Dövlətinin (İD) həyata keçirdiyi Kobaninin mühasirəsi zamanı Kobanidə kürd əhaliyə dəstək verən Kobani etirazlarına görə yüzdən çox siyasətçi ömürlük həbslə hədələmişdir. Türkiyə hökumətinin bir neçə nümayəndəsi HDP-ni terror təşkilatı olmaqda ittiham etmiş və MHP lideri Dövlət Baxçalı onun bağlanmasını tələb etmişdir. Baxçalı bildirmişdir ki, dövlət ittihamçısı bağlanma işi başlamazsa, MHP-nin özü Türkiyə Partiya qanunu ilə bağlı onun bağlanmasını tələb edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da partiya liderlərini terrorçu adlandırmışdır. Millət vəkili Maral Danış Beşdaş məhkəmənin partiyanın bağlana biləcəyini, ancaq partiyanın hərəkatının bağlana bilməyəcəyini bildirmişdir. Partiyanın həmsədri Mithat Səncər kürdyönümlü partiyaların bağlandığı vaxtlarda olduğu kimi, hərəkatın başqa bir partiyada yenidən toplanacağını qeyd etmişdir.
Dişi
Dişi — daşınamayan artıma hüceyrəsi (yumurta) çıxaran fərdlərə deyilir. == Simvol == Ümumiyyətlə Veneranın simvolu (♀) dişilər üçün istifadə edilir.
Kişi
Kişi — erkək insandır. "Kişi" sözü yetkinlik yaşına çatmış insanlar barəsində işlənilir, bu sözun tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir. Leonardo da Vinçinin "Vitruvius İnsanı" bir kişinin nisbətini göstərməktədir == Kişilik yaşı == Kişilik erkək insanın bir baliğ mərhələyə qədəm qoymasıdır. Müxtəlif sünnət əsaslı icmalar bu mərhələyə keçmək üçün xüsusi mərasimlər qururlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu baliğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Pişi
Pişi və ya baursaq – Mərkəzi Asiya, Monqolustan, Orta Şərq, türk mətbəxində qızartma xəmir yeməyi. Qırğız, qazax, türk kimi müxtəlif növləri var. == Hazırlanması == Pişinin hazırlanmasında un, su, duz və mayadan istifadə olunur. Lakin şəkər, bal, mürəbbə, yağdan da istifadə oluna bilər. Bütün ərzaqlarla hazırlanan xəmir mayalanmaya buraxılır və kündələr hazırlanır. Kündələr qızğın yayda qızardıldıqdan sonra servis edilir. Qars vilayətində saçaqlı pendirlə birlikdə süfrəyə verilir. == Rekordlar == Dünyada ən böyük pişi 20 aprel 2014-cü ildə Rusiyanın Ufa şəhərində hazırlanmışdır. Pişinin hazırlanmasında 1006 yumurtadan, 25 kiloqram şəkərdən, 70 kiloqram undan, 50 kiloqram baldan istifadə olunmuşdur, çəkisi isə 179 kiloqram idi.
Vişi
Vişi- Fransanın mərkəzi hissəsində,Alye departamentində kurort şəhəri.Əhalisi 58 min (1975) nəfərdir.Fransız dilində "isti kənd" deməkdir.Bu ad şəhərin ətrafındakı isti sulu bulaqlarla əlaqədardır.
İbi
İbi (isp. Ibi) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Oyya-de-Kastalya ərazisinin 62,52 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 23861 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 30 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Oyya-de-Kastalya Tibi Onil == İstinadlar == == Xarici keçidlər == Rəsmik sayt Arxivləşdirilib 2018-11-07 at the Wayback Machine Ayuntamiento de Ibi Arxivləşdirilib 2018-11-07 at the Wayback Machine Índice estadístico municipal de Ibi Ibi en el Registro de Entidades Locales de la Generalidad Valenciana Villa de Ibi noticias sobre Ibi Web de noticias de Ibi Portal sobre Ibi Reportajes gráficos de las fiestas de Moros y Cristianos de Ibi Federación Valenciana de Municipios y Provincias — Guía Turística Página de la comisión de fiestas de moros y cristianos, historia, fotos, comunicados, múscia, vídeos..
İki
İki — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Birdən sonra, üçdən əvvəl gəlir. == Ümumi məlumat == Bütün başlanğıcların başlanğıcı, yəni elə sayların da ilki olan birdən sonra insanlar iki sayı ilə qarşılaşmışlar. Bu sayın da ilkin yaranışı çeçələ barmaqdan sonra qatlanan adsız barmaqla bağlıdır. Özündən əvvəlki bir sayından fərqli olaraq iki sayı insanları "cüt"lük, "qoşa"lıq aləmi ilə qovuşdurur. Bu "qoşa"lıq, "cüt"lüklə yeni inam, etiqad, görüşlər silsiləsi yaranır. İki sayı fərq qoymadan mifoloji və gerçək hadisələri, nəsnələri öz içinə alır. Bunlar isə sırası kəsilməz saydadır. Bir neçə örnəyi yada salaq. İnsan çoxluğunun yaranma başlanğıcına səbəb tək bir böyük Tanrının xəlq etdiyi Adəm-Həvva, yəni kişi-qadın cütlüyü.
İİİ
İnsan İnkişafı İndeksi (İİİ) — 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstərici. Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İİİ insan inkişafının üç ölçüsünü özündə birləşdirir: uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır). Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir. 2009-cu il hesabatındakı reytinq sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya bölünmüşdür. Əvvəlki sistemdə 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, daha sonra isə aşağı olduğu ölkələr tuturdu. 2009-cu ildən etibarən ölkələr 4 kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası daxil edilmişdir.
İŞİD
İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır. == Terrorçu qrup kimi təyin edilməsi == Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir İran ABŞ Rusiya Türkiyə Livan Səudiyyə Ərəbistanı İndoneziya İtaliya Almaniya Polşa Danimarka Yunanıstan Estoniya Bolqarıstan Fransa Birləşmiş Krallıq Niderland Xorvatiya Çexiya Sloveniya Albaniya Kanada Avstraliya BƏƏ Bəhreyn Qətər Filippin Malayziya Bosniya və Herseqovina İordaniya Gürcüstan Azərbaycan == Tarixi == İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. === İraqda === ==== İraq İslam Dövləti ==== 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. ===== İraq İslam Dövlətində döyüşçü sayı ===== 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. ==== 2012 ==== ==== 2013 ==== ==== 2014 ==== ===== Oktyabr 2014 ===== 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
İşıq ili
İşıq ili - işığın 1 il ərzində getdiyi yoldur. Daha dəqiq desək, Beynəlxalq Astronomiya İttifaqının (IUA) qəbul etdiyinə görə işıq ili, işığın vakuumda (boşluqda) heç bir qravitasiya təsiri olmadan 1 Yulian (365,25 gün) ili ərzində keçdiyi yoldur. İşığın adi sürəti isə təxminən saniyədə 300 min kilometrə bərabər olduğu nəzərə alınsa, onun 1 ildə getdiyi yol 10 trilyon kilometrə bərabərdir (1 işıq ili=10 trilyon kilometr).
İsi
İsi (keçmiş adları İsibəy və Bəykəndi) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində, Lənkəran ovalığındadır. Keçmiş adı İsibəy olmuşdur. Yaşayış məntəqəsi İsibəyə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhali tərəfindən Bəykəndi də adlanırdı. Sovet hakimiyyəti illərində oykonimin tərkibindəki "bəy" sözü atılmışdır. == Əhalisi == === Tanınmışları === Mir Kazım Aslanlı (d. 1912, İsi, Masallı rayonu – ö. 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar.
Bağırsaq
Bağırsaq (lat. intestinum) — insanlar da daxil olmaqla çoxhüceyrəli heyvanlarda ifrazat və həzm orqanı. Qarın boşluğunda yerləşir. == Anatomik quruluşu == Anatomik olaraq bağırsaq aşağıdakı seqmentlərə bölünür: nazik bağırsaq (lat. intestinum tenue); yoğun bağırsaq (lat. intestinum crassum). === Nazik bağırsaq === Nazik bağırsaq və ya orta bağırsaq (lat. intestinum tenue; yun. enteron) həzm kanalının ən uzun hissəsini təşkil edir. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır.
Məşədi İsi
Məşədi İsi (təq. 1840-cı illər – 1905, Ağdam, Şuşa qəzası) — XIX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Məşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində almışdır. Xanəndə Hacı Hüsünün "Xanəndələr məclisi"nin fəal üzvlərindən biri olmuşdur. Məşədi İsi klassik Şərq, xüsusilə Azərbaycan muğamlarının bilicisi olmuş, öz bilik və sənətkarlıq bacarıqlarını "Xanəndələr məclisi"nin gənc xanəndələrinə öyrətmişdir. O, "Rast", "Şur", "Hümayun", xüsusilə "Mahur" dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir. Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafiz və Sədi Şirazinin əsərlərini də oxumuşdur. Musiqişünas Cəlil Bağdadbəyovun yazdığına görə Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olmuşdur. Məşədi İsi təkcə Qarabağda deyil, eləcə də Azərbaycanın bir çox şəhərlərində — Gəncə, Ağdaş, Şamaxı və Bakıda dəfələrlə müxtəlif məclislərdə çıxış etmişdir. Aylarla şamaxılı Mahmud ağanın məclislərində oxumuşdur.
İsi Məlikzadə
Məlikzadə İsi Abbas oğlu (1 may 1934, Ağcabədi rayonu – 12 may 1995, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan ədəbiyyatına yeni qəhrəman tipi gətirmiş, "60-cılar" nəslinin görkəmli nümayəndəsidir. == Həyatı == İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Orta təhsilini Ağcabədidə Xəlfərəddin kənd orta məktəbində, ali təhsilini indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində almışdı. == Fəaliyyəti == "Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957–1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961–1966), "Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966–1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974–1976), "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976–1980), "Ulduz" jurnalı redaksiyasında nəşr şöbəsinin müdiri (1980–1981), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981–1983), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir (1983–1985). Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988–1990) işləmişdir. Sonra ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ filialının sədri (1990-cı ildən) vəzifələrində çalışmışdır. 1995-ci il dekabrın 5-də vəfat etmişdir. Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə, İsi Məlikzadə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
Batırşa
Batırşa(1710–24 iyun 1762); əsl adı: Qabdulla Qaliyev, başq. Fабдулла Fәли улы, tatar. Габдулла Гали улы) — Başqırd üsyanının başçısı və ideoloqu. == Həyatı == Batırşanın həyatı ilə əlaqədar məlumatlar müxtəlif qaynaqlarda fərqli şəkildə verilmişdir. Tarixdə Batırşa və ya Batırşah adı ilə bilinsə də, tarixçilər bizlərə onu Gabdulla Aliyev, Batırşa Aliyev, Gabdulla Myazgaldin adı ilə tanıdırlar. Məşhur tarixçi Gaysa Hüseynovun fikrincə, Batırşanın gerçək adı Bahadirşah Miğlegali oğlu olub (Galiyev). Xalq arasında isə onun adını qısaldaraq Batırşa deyə adlandırıblar. Gobeydulla Mezgıtdin isə böyük bir ehtimalla onun ləqəbidir. Rizaetdin Fehretdinə görə isə, Batırşanın gerçək adı Gabdulla Tuktargali oğlu (Galiyev)dur. Bəzi faktlara görə Mişər tayfasındandır..
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Bağırsaq (Kəlbəcər)
Bağırsaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Bağırsaq Kəlbəcər rayonunun Yanşaq inzibati ərazi vahidində kənd. Kəndin ərazisi əvvəllər yaxınlıqdakı Qamışlı kəndinin binəsi olmuşdur. Tədricən həmin kənddə ki, ağayarlı və qazıxanlı nəsillərinə mənsub ailələr burada məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. Kənd öz adını ərazidəki eyniadlı çay dərəsindən və bulaqdan almışdır. Burada dərənin relyef formasının əyri-üyrülüyünə, bağırsaqşəkilli olmasına görə belə adlandırılmışdır. 1917-ci ildə Baqarsıx variantında qeydə alınmışdır.
Biri var idi, biri yox idi (III mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın üçüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2013-cü ildə elan edilmişdi. İcraçı prodüserlər Adam Horovitz və Edvard Kitsis bildirmişdilər ki, üçüncü mövsüm iki hissəyə bölünərək, birinci mövsüm 29 sentyabr-15 dekabr 2013-cü ildə, ikinci hissə isə 9 mart-11 may 2014-cü ildə efirə veriləcək. Birinci hissədə qəhrəmanların Yoxlandiyada Piter Penlə mübarizəsi və Storibruka qayıtmaları, ikinci hissədə isə qəhrəmanların şəhərə yol tapmış Qərbin Qəddar Cadugəri Zelena ilə mübarizələri göstərilir. İki hissənin əsas antoqonistləri olan Qərbin Qəddar Cadugəri və Piter Pendən başqa üçüncü mövsümdə Din-din, Ariel, Şahzadə Erik, Ursula, Meduza, Rapunzel, Oz cadugəri, Xeyirxah Cadugər Qlinda, Şimalın Xeyirxah Cadugəri, Cənubun Cadugəri, Doroti Geyl, Qarasaqqal və Elza obrazları da debüt edir. Mövsüm premyerası 8.52 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.6/7 reytinq qazanmışdır. Mövsüm ortası finalı tənqidçilər tərəfindən qiymətləndirilmiş və Cənab Qoldun özünü qurban etməsi və keçmişlə bağlı göstərişlər qeyd edilmişdir. Mövsümün ikinci hissəsi yaxşı reytinq nəticəsi göstərərək, ikinci seriya həftənin ən yüksək reytinq nəticəsinə nail olmuşdur və bu 2012-ci ilin oktyabrında ikinci mözsümün ikinci seriyasının yayımlanmasından sonra serialın göstərdiyi ən uğurlu nəticə idi. Seriya tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş, ssenari müəllifləri və prodüserlər tərəfindən yaradılmış yeni ssenari xəttinə dəyər verilmişdir. İki saatlıq mövsüm finalı 6.8 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.3/7 reytinq nəticəsi göstərmişdir ki, bu da serialın reytinqlərinin yaxşılaşmasına baxmayaraq, ən zəif final göstəricisi olmuşdur.
Asi
Asi (عاصی - üsyançı):
ISIN
ISIN (ing. International Securities Identification Number — Qiymətli kağızın beynəlxalq identifikasiya kodu) — maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli kod. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir. Növbəti doqquz rəqəm qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 "ikiqat artır – topla — ikiqat artır" ("Modulus 10 Double Add Double technique") moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsilə hesablanır.
Bağırsaq (bulaq)
Bağırsaq – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağırsaq kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Qarabağ yaylasında, Kəlbəcər rayonu ərazisində, Bağırsaq çayının dərəsində, 2400 metr yüksəklikdə, İstisu Kurortunun yaxasında çıxan mineral bulaqdır. Suyu çoxdibetlidir. Suyundan müalicə və içmək üçün istifadə edilir. Vannası oynaq, sinir və digər xəstəliklərin müalicəsində müsbət təsir göstərir.Suyun hərarəti aşağıdır. Suyunun tərkibində bol miqdarda həm müxtəlif təbii qazlar, həm də mineral maddələr var. == Həmçinin bax == Bağırsaq == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.74.
Bağırsaq (dağ)
Bağırsaq dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsinin suayrıcında, Bağırsaqdərəsi çayının sağ sahilində, Günnüt kəndindən 4,5 km cənub-qərbdə dağ (hünd. 1993,6 m). Üst Devonun Famen mərtəbəsinə aid Qabaqdağ lay dəstəsinin kvarsit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay qırılması keçir. Həmçinin yamaclarında şimal-şərq və şimal-qərb istiqamərli qırılmalar izlənilir.
Bağırsaq amöbü
Bağırsaq amöbü — xəstəliktörətmə xüsusiyyətinə malik deyil. Bağırsaq amöbü iki — kiçik (forma minuta) və iri (forma magna) vegetativ formaya malikdir. == Quruluşu və həyat tərzi == Bədən dairəvi və düzgün olmayan şəkildə olur. Dizenteriya amöbünə nisbətən zəif hərəkətlidir. Şəffaflıq dərəcəsinə görə ektoplazmasını endoplazmadan ayırmaq çətinlik törədir. Sitoplazmanın iri vakuollarında törəməyə təsadüf edilmir. Parazitin qidasını müxtəlif bakteriyalar və leykositlər təşkil edir. Sistada nüvələrin sayı dizenteriya amöbündən fərqli olaraq 8 ədəddir. Nüvənin ölçüsü 2,5–9 mkm-dir. Rənglənmiş preparatda nüvədəki xromatin aydın görünür.
Bağırsaq balantidisi
Bağırsaq balantidisi lat. Balantidium coli - insanın bağırsağında yaşayan parazit olub, xroniki dizenteriya əmələ gətirir. Parazitin uzunluğu 30-200 mkm, eni isə 20-70 mkm-dir. Bədənin ön hissəsində infuzorlar üçün xarakter olan sitostom yerləşir. Sitostom peristomdan və qıfabənzər udlaqdan ibarətdir. Sitostom formaca yarıq şəklində olub, perpendikulyar yerləşir. Bədənin ortasında lobya formalı iri nüvə (makronukleus) və onun əyilmiş tərəfində isə dairəvi kiçik nüvə (mikronukleus) yerləşir. İki yığılıb-açılan ifrazat vakuolu vardır. Müxtəlif qida qalıqları və eritrositlər parazitin qidasını təşkil edir. == İnkişaf dövriyyəsi == Parazit yoğun bağırsaqda, az hallarda nazik bağırsağın aşağı şöbələrində yaşayır.
Bağırsaq dağı
Bağırsaq dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsinin suayrıcında, Bağırsaqdərəsi çayının sağ sahilində, Günnüt kəndindən 4,5 km cənub-qərbdə dağ (hünd. 1993,6 m). Üst Devonun Famen mərtəbəsinə aid Qabaqdağ lay dəstəsinin kvarsit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay qırılması keçir. Həmçinin yamaclarında şimal-şərq və şimal-qərb istiqamərli qırılmalar izlənilir.
Bağırsaq dolması
Bağırsaq keçməzliyi
Bağırsaq keçməzliyi — bağırsaqların bu, yaxud digər səviyyəsində kənar edilə bilməyən maneə əmələ gələrək, onun içindəkilərin irəliləməsini pozaraq əmələ gəlir. Bağırsaq keçməzliyinin iki əsas forması ayırd edilir: dinamik; mexaniki. Dinamik bağırsaq keçməzliyi bağırsaqların iflici yaxud spazması nəticəsində bağırsaqlarda irəlilədilmə pozulduqda inkişaf edir. Mexaniki bağırsaq keçməzliyin öz növbəsində iki növü ayırd edilir: obturasion; stranqulyasion. Birinci halda maneə bağırsağın içində yerləşərək bacanı tıxaclayır (şiş, qurd yumağı) və bağırsaq keçməzliyinə səbəb olur. Stranqulyasion keçilməzliyi zamanı bağırsaq bacanı xaricdən və müxtəlif cərrahi əməliyyatlardan sonra əmələ gələn yapışmaların (bitişik yerləri) sıxılıb əzilməsi nəticəsində baş verir. == Əlamətləri == Ən çox təsadüf edilən bağırsaq keçməzliyinin əlamətlərindən qarın nahiyəsində bərk tutma şəkilli ağrıları qeyd etmək olar. Stranqulyasion keçilməzliyində ağrılar daimi olub, tutma şəkilli xarakter daşıyaraq, qəflətən başlayır. Ağrıların dözülməz səviyyəsində qarında "tərpənməni" müşahidə etmək olar. Obturasion keçməzliyində ağrılar elə intensiv olmayaraq, tədricən inkişaf edir.
Bağırsaq lyambliası
Bağırsaq lyambliyası (lat. Giardia lamblia) — heyvanlar aləminin metamonada tipinin diplomonadida dəstəsinin hexamitidae fəsiləsinin lyambliya cinsinə aid heyvan növü. İlk dəfə Xarkov Universitetinin professoru D.F.Lyamble tərəfindən öyrənilmiş və elmə daxil edilmişdir. Parazit müxtəlif onurğalıların, o cümlədən, insanın onikibarmaq bağırsağında yaşayır. == Morfologiyası == 4 cüt qamçıya malikdir, onlardan biri arxa hissədən, qalanları isə alt və yan tərəflərdən çıxır. Bədənin ön hissəsi dəyirmi, arxa hissəsi isə konusvari itidir. Ümumi görünüşü armudvari olub, ikitərəfli simmetriyaya malikdir. Bədənin alt tərəfində bağırsağa yapışmaq üçün bir ədəd sorucu disk vardır. Parazitin uzunluğu 10–18 mkm, eni isə 8–10 mkm-dir. Bədənin ön hissəsində simmetrik yerləşən iki nüvə vardır.
Bağırsaq trixomonadı
Bağırsaq trixomonadı(lat. Dientamoeba fragilis) — insan, donuz və qorillaların mədə-bağırsaq traktında mövcud olan tək hüceyrəli excavata. Bəzi insanlarda narahatlığa səbəb ola bilir. == Morfoloji quruluşu == Bağırsaq trixomonadının bədən forması kürə və oxlovvari olub, uzunluğu 5–15 mkm-dir. Bədənin ön hissəsi qismən dəyirmi olub, qamçıya malikdir. Bədənin bir tərəfində onun bütün uzunluğu boyu qamçı formasında uzanan və bədənə nazik pərdə ilə birləşən titrəyici membran yerləşir. Membranı onun zəif hərəkəti zamanı görmək mümkündür. Bədənin ön hissəsinə yaxın tərkibində bir neçə xromatini olan kiçik qovuğabənzər nüvə vardır. Nüvə ilə bədənin ön kənarı arasında kinetosom yerləşir və ondan bilavasitə qamçılar çıxır. Öndən arxaya doğru uzanan bütün bədən üçün dayaq rolu oynayan aksostil yerləşir.
Bağırsaq çöpləri
Escherichia coli- Enterobacteriaceae fəsiləsinin Escherichia cinsinə daxildir. İnsan patologiyalarında əhəmiyyət kəsb edən E.coli növü ilk dəfə 1885-ci ildə T. Eşerix tərəfindən nəcisdən əldə edilmiş və onun şərəfinə də adlandırılmışdır. Morfo-bioloji xüsusiyyətləri. E.coli ölçüləri 0,5–3,0*0,5–0,8 mkm olan qram mənfi qısa çöplərdir. Peritrix flagellalar hesabına hərəkətlidirlər. Bir çox ştammları mikrokapsula əmələ gətirir. Fakultativ anaerobdur, adi qidalı mühitlərdə 37° temperaturda pH 7.2–7.6 intervalında asanlıqla inkişaf edir. Bərk qidalı mühitlərdə hamar, azacıq qabarıq, parlaq, yarımşəffaf koloniyalar əmələ gətirir. Maye mühitlərdə diffuz bulanıq və çöküntü əmələ gətirir. Laktozanı parçaladığı üçün Endo mühitində metal parlaqlığı olan moruğu-qırmızı, MacConkey mühitində çəhrayı, eozin-metilen abısı mühitində (Levin mühitində) tünd bənövşəyi koloniyalar əmələ gətirir.
Düz bağırsaq
Düz bağırsaq (lat. rectum; yun. proktos) — yoğun bağırsağın axırıncı hissəsini təşkil edərək lat. articulatio sacroiliaca sinistra — sol oma-qalça oynağı bərabərində S-ə bənzər bağırsaqdan başlayır və aralıqda lat. anus adlanan dəlik vasitəsilə xaricə açılır. Bu dəlik olan hissə 2,5–3 sm uzunluğunda, dairəsi isə 5–9 sm olub və anus kanalı — lat. canalis analis adlanır. Düz bağırsağın uzunluğu 15–20 sm olub kiçik çanaqda omanın ön səthində, kişilərdə sidikliyin, toxum kisəciyinin və prostat vəzinin arxasında və qadınlarda isə uşaqlıq ilə uşaqlıq yolunun arxasında yerləşmişdir. Düz bağırsaq sagital istiqamətdə iki: çıxıq tərəfi arxaya baxan oma əyriliyinə — lat. flexura sacralis, önə baxan aralıq əyriliyinə — lat.
Kor bağırsaq
Kor bağırsaq - lat. cecum; yun. typhlon yoğun bağırsağın qalça bağırsağa açılan yerindən aşağı olan hissəsinə deyilir; uzunluğu 6-8 sm və eni 7-7,5 sm olub, sağ qalça çuxurunda, pupart bağından yuxarı, qalça fassiyası üzərində yerləşmişdir. Çox vaxt kor bağırsaq hər tərəfdən periton ilə örtülü olur; ona görə də çox mütəhərrikdir; bəzən arxa səthi periton ilə örtülü olmayıb qarın boşluğunun arxa divarına bitişir. kor bağırsaq içəri tərəfdən uzun, silindirəbənzər və 1,0-1,5 sm diametrində bir çıxıntı gedir, buna soxulcanabənzər artım (çıxıntı) - lat. appendix vermiformis (processus vermiformis s. appendix - BNA) deyilir. uzunluğu çox müxtəlifdir - 2 sm-dən 20 sm-ə qədər tərəddüd edir, orta hesabla 7-9 sm-ə çatır. Bunun içərisi boşdur və lat. ostium appendicis vermiformis adlanan dəlik vasitəsilə kor bağırsağa açılır.
Nazik bağırsaq
Nazik bağırsaq, orta bağırsaq (lat. intestinum tenue; yun. enteron ona görə də onun iltihabı enteritis adlanır) ― həzm kanalının ən uzun hissəsini təşkil edir. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır. Böyüklərdə meyitdə uzunluğu 6–7 m-dir və üç hissəyə bölünür: Onikibarmaq bağırsaq – lat. duodenum (intestinum duodenum – BNA) Acı bağırsaq – lat. jejunum (intestinum jejunum – BNA) Qalça bağırsaq – lat. ileum (intestinum ileum – BNA) Acı bağırsaq və qalça bağırsaq peritondan əmələ gəlmiş çöz (müsariqə) – lat. mesenterium vasitəsilə qarın boşluğunun arxa divarına bağlanmışdır; ona görə bunlara biryerdə çözlü (müsariqəli) bağırsaq – lat. intestinum tenue mesenteriale s.
Onikibarmaq bağırsaq
Onikibarmaq bağırsaq (lat. duodenum) — nazik bağırsağın ön ya birinci hissəsini təşkil edir; şəkil və vəziyyət cəhətcən müxtəlif olub, uzunluğu adətən 25–30 santimetrdir. Onikibarmaq bağırsaq onurğanın bel nahiyəsində yerləşərək, başlanan və qurtaran uclarından başqa qarın boşluğunun arxa divarına hərəkətsiz bir surətdə bağlanmışdır. Nala bənzəyir, çıxıq tərəfi sağa baxır, basıq tərəfi isə soldan mədəaltı vəzin başını əhatə edir. Onikibarmaq bağırsaq özü bir neçə hissələrə bölünür: birinci hissə — lat. pars superior (pars horisontalis superior - BNA) onikinci döş fəqərəsi ilə birinci bel fəqərəsi arasında mədə çıxacağından başlayır. Onurğanın sağ tərəfi ilə arxaya və sağa doğru üfüqi istiqamətdə gedir və öd kisəsinin boynuna çatdıqda aşağı dönərək ikinci hissəyə — enən hissəyə — lat. pars descendens keçir. Burada əmələ gələn əyriliyə lat. flexura duodenum superior deyilir.
Yoğun bağırsaq
Yoğun bağırsaq ya arxa bağırsaq — lat. intestinum crassum 1,5 metr uzunluğunda olub, üç hissəyə bölünür: Kor bağırsaq — lat. cecum (intestinum caecum - BNA); Çənbər bağırsaq — lat. colon; Düz bağırsaq — lat. rectum (intestinum rectum - BNA). Zahiri şəkli uzun konusa bənzəyir və eni yuxarıda 7 və aşağıda 4 sm-ə çatır. Yoğun bağırsaq xaricində olan zolaqlar — lat. teniae coli, çömçələr — lat. haustra coli, köndələn şırımlar — lat. sulci transversi və piy artımları (çıxıntıları) — lat.
Bağırsaq lyambliyası
Bağırsaq lyambliyası (lat. Giardia lamblia) — heyvanlar aləminin metamonada tipinin diplomonadida dəstəsinin hexamitidae fəsiləsinin lyambliya cinsinə aid heyvan növü. İlk dəfə Xarkov Universitetinin professoru D.F.Lyamble tərəfindən öyrənilmiş və elmə daxil edilmişdir. Parazit müxtəlif onurğalıların, o cümlədən, insanın onikibarmaq bağırsağında yaşayır. == Morfologiyası == 4 cüt qamçıya malikdir, onlardan biri arxa hissədən, qalanları isə alt və yan tərəflərdən çıxır. Bədənin ön hissəsi dəyirmi, arxa hissəsi isə konusvari itidir. Ümumi görünüşü armudvari olub, ikitərəfli simmetriyaya malikdir. Bədənin alt tərəfində bağırsağa yapışmaq üçün bir ədəd sorucu disk vardır. Parazitin uzunluğu 10–18 mkm, eni isə 8–10 mkm-dir. Bədənin ön hissəsində simmetrik yerləşən iki nüvə vardır.
Acı bağırsaq
Acı bağırsaq (lat. jejunum) — insanlarda və ən yüksək onurğalılarda, o cümlədən məməlilər, sürünənlər və quşlarda nazik bağırsağın ikinci hissəsi. Onun membranı əvvəllər onikibarmaq bağırsağın fermentləri tərəfindən həzm olunmuş qida maddələrinin kiçik molekullarının enterositlər tərəfindən udulması üçün ixtisaslaşmışdır. Acı bağırsağın döngələri qarın boşluğunun yuxarı sol hissəsində yerləşir. Acı bağırsaq və qalça bağırsağın arasındakı bölünmə anatomik olaraq fərqlənmir. Yetkinlərdə qalça bağırsaq adətən 6-7 m (20-23 fut) uzunluğundadır, bunun təxminən beşdə ikisi acı bağırsaqdır. == Tərkibi == Qəbul edilən qidaya məruz qalan acı bağırsağın daxili səthi, qəbul edilən qidalardan qida maddələrinin udulması üçün mövcud olan toxumaların səth sahəsini artıran villi adlanan selikli qişalarla örtülüb. Qida maddələrinin epitelial hüceyrələr vasitəsilə acı bağırsaq və qalça bağırsaq vasitəsilə daşınmasına şəkər fruktozasının passiv daşınması və amin turşularının, kiçik peptidlərin, vitaminlərin və əksər qlükozanın aktiv daşınması daxildir. Acı bağırsaqdakı villi onikibarmaq bağırsaq və ya qalça bağırsaqdan daha uzundur. Acı bağırsaqdakı pH adətən 7 ilə 8 arasındadır (neytral və ya bir qədər qələvi).
Bağırsaq (dəqiqləşdirmə)
Bağırsaq — insanlar da daxil olmaqla çoxhüceyrəli heyvanlarda həzm orqanı. Bağırsaq (Kəlbəcər) — Kəlbəcər rayonunun YanŞaq inzibati ərazi vahidində kənd. Bağırsaq (bulaq) — Kəlbəcər rayonunda çıxan mineral bulaqlar. Bağırsaq (dağ) — Şərur rayonunda dağ. Bağırsaqçayı — Kəlbəcər rayonu ərazisində çay. Tərtər çayının qoludur.
Bağırsaq qanaxması
Mədə-bağırsaq qanaxmaları — belə qanaxmalar yerinə, səbəbinə, qanaxma həcminə (ağırlıq dərəcəsinə) və davam edib-etməməsinə görə təsnif edilir.
Bakırdağ
Baqırdağ - türk və altay mifologiyasında yeraltı dağı. Mis Dağ mənası vardır. Müxtəlif türk dillərində Bakırtav, Pakırtağ olaraq da deyilər. Maştağ (Mıştav) da yenə bu sözlə eyni mənalı və ya xarakterizə edici olaraq istifadə edilər. Yeraltında doqquz dəniz vardır, bunların hamısının birləşməsindən Böyük Dəniz (Taluy) meydana gəlir. Burada doqquz Tanrı yaşayır. Bu doqquz dənizin qovuşduğu yer olan tam orta nöqtədə Mis Dağ iştirak edər. Mis üçüncü olmağı ifadə edir. Birinci sırada qızıl, ikinci sırada dəmir vardır. Bakırdağ, mifologiyada Altındağın yeraltındakı hissəsi olaraq düşünülər.
Baqırdağ
Baqırdağ - türk və altay mifologiyasında yeraltı dağı. Mis Dağ mənası vardır. Müxtəlif türk dillərində Bakırtav, Pakırtağ olaraq da deyilər. Maştağ (Mıştav) da yenə bu sözlə eyni mənalı və ya xarakterizə edici olaraq istifadə edilər. Yeraltında doqquz dəniz vardır, bunların hamısının birləşməsindən Böyük Dəniz (Taluy) meydana gəlir. Burada doqquz Tanrı yaşayır. Bu doqquz dənizin qovuşduğu yer olan tam orta nöqtədə Mis Dağ iştirak edər. Mis üçüncü olmağı ifadə edir. Birinci sırada qızıl, ikinci sırada dəmir vardır. Bakırdağ, mifologiyada Altındağın yeraltındakı hissəsi olaraq düşünülər.